Azərbaycan Respublikası adından HÖKM Beyləqan şəhəri İş № 1(069)-1/2025 12.03.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X16, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Beyləqan rayonu, Aşıqalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, azərbaycanlı, əvvəllər məhkum olunmamış, ailəli, işləməyən, Beyləqan rayonu, Aşıqalılar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “VAZ 21063” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə əsasında 27 sentyabr 2024-cü il tarixdə, saat 07 radələrində Zəfər yolunda idarə edərkən, Füzuli şəhəri ərazisində Zəfər yolundan çıxaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.1 “Giriş qadağandır” qadağan nişanın) tələblərinə əməl etməyərək, yeni inşa edilən və girişi qadağan olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna daxil olub Şuşa şəhəri istiqamətində hərəkətdə olarkən, Xocavənd rayonunun, Böyük Tağlar kəndi ərazisindən keçən hissəsində hərəkətin qadağan edildiyi 49-cu kilometrliyində nəqliyyat vasitəsini yolun təmir işləri aparılan hissəsində dayanmış vəziyyətdə olan "xxxx" MMC-yə məxsus “Vögele Super 1900-3” markalı asfaltyayan texnikaya vuraraq, avtomobildə olan sərnişin Beyləqan rayon sakini X14 alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti, qapalı sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sağ baldır sümüklərinin aşağı üçdə birinin fraqmentləri yerini dəyişmiş qapalı sınıqları, bədən səthinin çoxsaylı sıyrıqları ilə müşayiət olunan, yetirilən anda həyat üçün təhlükəli olan ağır dərəcəli xəsarətlər alaraq baş beyin toxumasının əzilməsi və ağır travmatik şok nəticəsində ehtiyatsızlıqdan ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətlər ilə o, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri və işin digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin fevral ayından əmək müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühafizəçi vəzifəsinə işə götürülmüş, iş yeri "xxxx" MMC-nin Qarabağ Şöbəsinin yerləşdiyi Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisində yerləşən “X38 və Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyində mühafizəçi vəzifəsində işləmişdir. İş rejimi 24 saat işdə olmaqla, 48 saat istirahəti olmuş və hər növbədə müxtəlif giriş postlarında xidmət etmişdir. Xidmətə gedən zaman 2023-cü ildə qohumu X17 3.000 manata aldığı, faktiki özünə məxsus olan, lakin etibarnamə ilə idarə etdiyi tünd qəhvəyi rəngli “VAZ 21063” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib gəlmiş, həmin avtomobili idarə etmək üçün isə B1, B, C, C1 kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. İşə gedən zaman iş yoldaşları, əvvəldən tanıdığı Arzuman Yaqubov və Şahid2lə birgə öz avtomobili ilə aparmışdır. 27 sentyabr 2024-cü il tarixdə təxminən saat 05 radələrində yaşadığı evdən çıxıb “VAZ 21063” markalı avtomobil ilə Beyləqan rayonu Xalac 4 yolu adlanan ərazidən Şahid1 avtomobilinə mindirmiş və yola davam etmişdir. Yolda olarkən Beyləqan rayonu, Daşburun dairəsi adlanan ərazidən Arzuman Yaqubovu və Şahid2də götürmüş və hərəkətə davam etmişdir. Yolda olarkən Füzuli rayonu, Alxanlı postuna çatmamış mağazaya düşərək bazarlıq etdikdən sonra avtomobilə geri qayıdan zaman Arzuman Yaqubov ön sağda, Şahid1 arxa sağ və Şahid2 isə arxa sol oturacaqlarda əyləşdikdən sonra avtomobili idarə edərək, Füzuli rayonu, Alxanlı postuna getmişdir. Orada portal yoxlanışından keçdikdən sonra Zəfər yolu adlanan Əmədbəyli- Füzuli-Şuşa avtomobil yolu ilə hərəkəti davam etdirmiş və Füzuli şəhərini təxminən 1 kilomert keçdikdən sonra sağda yerləşən yolla yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna keçmiş və həmin yolla hərəkəti davam etdirmişdir. Həmin yolla təxminən 5-10 kilometr hərəkət etdikdən sonra təxminən 100 metr qarşıda asfaltyayan texnikanın olduğunu görmüş və dərhal ayağını qaz əyləcindən ayırıb tormoz əyləcinin üzərinə qoysa da avtomobili saxlaya bilməmiş, avtomobil hərəkət etdiyi sürətlə yəni 90-100 km/saat sürətlə hərəkət etmiş, bu zaman dərhal öndə əyləşən sərnişin Arzuman Yaqubovu oyadıb arxaya keçirmək istəmiş, lakin yatdığı üçün oyada bilməmiş və təxminən 10-15 saniyə ərzində avtomobil həmin texnikaya dəyərək qəza törətmişdir. Qəza nəticəsində baş nahiyəsi avtomobilin dam hissəsinə, sağ ayaq nahiyəsi isə əyləclər olan hissəsində qalaraq sıxışmışdır. Həmin vaxt Arzuman Yaqubova səslənmiş və bu zaman sonuncu “qorxma yaxşıyam” ifadəsini işlətmiş və bundan sonra olanları xatırlamır. Özünə gələn zaman artıq Sumqayıt şəhərində yerləşən Travmatologiya Mərkəzində olduğunu, sağ sirkə kasasının fraqmentlərinin yerini dəyişmiş qapalı sınığı olduğu üçün əməliyyat olunduğunu və qəza zamanı Arzuman Yaqubovun vəfat etdiyini bilmişdir. Qəza baş verən yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun sol hissəsində 2 ədəd qadağa nişanı olduğunu və həmin nişanların yolun bağlı olması ilə əlaqədar orada olduğunu bilməmişdir. Buna görə də, həmin yolla hərəkət etmiş, qəza zamanı avtomobili idarə edən vaxt yatmamış və avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Qəza baş verən zaman hava şəraiti çiskinli olmuş, yol örtüyü olduğuna görə nəm olmuşdur, lakin hava açıq və yolda görünmə məsafəsi yaxşı olmuş, qəza onun diqqətsizliyi və ehtiyyatsızlığı nəticəsində baş vermişdir. Qəza zamanı avtomobildə vəfat edən Arzuman Yaqubovla aralarında dostluq münasibəti olmuş, sonuncu qəza zamanı vəfat etmişdir. Buna görə peşmançılıq çəkir, qəzanın baş verməməsi üçün əyləcdən istifadə etdiyi avtomobili sola tərəf döndərməyə çalışsa da qəzanın qarşısını ala bilməmişdir. Hadisə ehtiyyatsızlıqdan baş vermiş və Arzuman Yaqubovun qəza zamanı vəfat etməsindən səmimi peşmandır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, hadisə nəticəsində özünün də az ağır xəsarət almağını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, o, 1985-ci ildə Şura Yaqubova ilə ailə həyatı qurmuş, birgə nikahlarından 4 övladı olmuş və xx.xx.1995-ci il təvəllüdlü Arzuman Yaqubov sonuncu övladıdır. X36 təxminən 1 ildən artıq müddətdir ki, əmək müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühafizəçi vəzifəsində işə götürülmüşdür. İş yeri "xxxx" MMC-nin Qarabağ Şöbəsində yəni Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisində yerləşən “X38 və Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyində olmuş və orada mühafizəçi vəzifəsində işləmişdir. İş rejimi 1 gün işdə olmaqla, 2 gün istirahətdə olmuşdur. X30 özünə məxsus avtomobili olmadığından hər dəfə müxtəlif iş yoldaşlarına məxsus avtomobillə işə getmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə təxminən saat 05 radələrində Arzuman Yaqubov evdən işə getmək üçün çıxmış və işə getmək üçün iş yoldaşı və dostu Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmişdir. Həmin gün təxminən saat 08-09 radələrində X30 qəzaya uğradığını və X1 eşitmişdir. Oraya gedərkən artıq X30 vəfat etdiyini bilmişdir. Hadisə ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, əvvəldən tanıdığı, aralarında qohumluq münasibətləri olan Təqsirləndirilən şəxslə 26 sentyabr 2024-cü il tarixdə kənddə söhbət edərkən əsgərlikdən yeni qayıtdığını, iş yeri axtardığını demiş və iş tapmaqda köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt özünün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Şöbəsində olan Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisində yerləşən “X38 və Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyində mühafizəçi işlədiyini və növbəti gün işə gedərkən özü ilə aparıb işlə maraqlanmağına köməklik edəcəyini demişdir. Həmin gün axşam Təqsirləndirilən şəxs 27 sentyabr 2024-cü il tarixdə səhər saat 05:20-də kənddən çıxıb gedəcəyini və onu da öz avtomobili ilə aparacağını demişdir. 27 sentyabr 2024-cü il tarixdə, səhər saat 05:20-də Təqsirləndirilən şəxs onu Beyləqan rayonu, Xalac kəndinin dairəsindən özünə məxsus tünd qəhvəyi rəngli “VAZ 21063” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə götürmüş və həmin vaxt yolda yatmaq üçün avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Bundan sonra Beyləqan rayonu, Daşburun dairəsi adlanan ərazidən əvvəldən tanımadığı, sonradan adlarının Şahid2 və Arzuman Yaqubov olduğunu bildiyi şəxslər avtomobilə minmişlər. Həmin vaxt Arzuman Yaqubov avtomobildə ön sərnişin yerində, Şahid2 isə arxa sol tərəfdə əyləşmişlər. Bundan sonra təxminən 05:45 radələrində Xocavənd rayonu ərazisinə getmək üçün Beyləqan rayonu ərazisindən hərəkətə başlamışlar. Beyləqan rayonu, Daşburun dairəsindən yola çıxandan təxminən 1-2 kilometr sonra yatmış, bir qədər gedəndən sonra tanımadığı yolda polis postunda polis əməkdaşları şəxsiyyət vəsiqələrini alıb portal icazələrini yoxlayıb keçmələrinə icazə vermişlər. Bundan sonra yolda yenidən yatmış və baş nahiyəsinin avtomobilin ön oturacağına dəyməsi ilə yuxudan oyanmış və həmin vaxt huşunu itirmişdir. Bundan bir neçə dəqiqə sonra özünə gələrkən avtomobilin sağ arxa qapısını açıb avtomobildən yerə enmiş və həmin vaxt Şahid2 də avtomobildən yerə enmişdir. Yerə enən zaman olduqları avtomobilin yolun təmir gedən hissəsində dayanmış asfaltyayan texnikaya dəyərək qəza törətdiyini görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs avtomobildən düşməyinə köməklik etmiş və həmin vaxt orada olan tanımadığı bir nəfər gənc oğlan olduqları yerə tərəf gələrək ön sağ tərəfdə əyləşən Arzuman Yaqubovu avtomobildən çıxarmaqlarına köməklik etmiş və Arzuman Yaqubovu avtomobildən çıxardan zaman sonuncu artıq vəfat etmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları və X40 xidmətinin əməkdaşları gəlib onları xəstəxanaya aparmışlar. 27 sentyabr 2024-cü il tarixdə səhər saatlarında yeni inşa edilən Füzuli-Əhmədbəyli-Şuşa avtomobil yolunda baş vermiş qəzanın necə və hansı şəraitdə baş verdiyini bilməmiş, həmin vaxt avtomobildə yatmışdır. Həmin yolun örtüyü yaş olmuş, lakin hadisə zamanı yağış yağmamış, hava şəraiti açıq və aydın, görünmə məsafəsi isə normal olmuşdur. Qəza zamanı sağ ayağının balaca barmağı və üst dodaq nahiyəsi zədələnmişdir. Qəza baş verməmişdən öncə sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuş, avtomobilində hər hansı bir nasazlıq hiss etməmiş və avtomobilin təxmini hərəkət surəti 70 km/saat olmuşdur. Qəza ilə əlaqədar ona hər hansı bir maddi ziyan dəyməmiş, qəza zamanı dərəcəsi təyin edilməyən bədən xəsarəti almış, bununla əlaqədar Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2024-cü il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühafizəçi vəzifəsində işləyir. İş yeri Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisində yerləşən “X38 və Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyində mühafizəni təşkil etməkdir. İş rejimi 24 saat işdə olmaqla, 48 saat istirahətidir. İş yerinə həmişə tanıdığı və iş yoldaşı Museyib Şixəliyevin idarə etdiyi “VAZ 21063” markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. İş yerinə gedən zaman Museyib Şixəliyev onu Beyləqan rayonu, Birinci Şahsevən kəndinin dairəsi deyilən yerdən götürüb aparmış, işə həmişə Təqsirləndirilən şəxs və Arzuman Yaqubovla birgə getmişdir. 27 sentyabr 2024-cü il tarixdə təxminən saat 05 radələrində yaşadığı ünvandan işə getmək üçün çıxmış və yolda Arzuman Yaqubovla görüşüb Beyləqan rayonu, Birinci Şahsevən kəndinin dairəsinə getmişlər. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə dairəyə yaxınlaşmış, Arzuman Yaqubov avtomobilin ön sərnişin hissəsində əyləşmiş, özü isə sol arxa sərnişin hissəsində əyləşmişdir. Avtomobilə əyləşən zaman arxa sağ sərnişin hissəsində əvvəldən tanımadığı, sonradan adının Şahid1 olduğunu bildiyi şəxs əyləşmişdir. Avtomobillə gedən zaman Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda polis postuna çatmışlar. Polis əməkdaşları şəxsiyyət vəsiqələrini götürüb portal icazələrini yoxlamış və avtomobilin yük hissəsinə baxış keçirib postdan buraxmışlar. Polis postundan keçəndən sonra yolda yenidən yatmışdır. Baş nahiyəsi avtomobilin dam hissəsinə dəyməsi nəticəsində yuxudan oyanmış və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə qəza etməsini, asfaltyayan texnikaya dəyməsinə görmüş və həmin an hadisənin şokunda olmuşdur. Həmin zaman Şahid3 çöldən avtomobilin qapısını açmış və onu avtomobildən yerə endirmiş, onunla birlikdə sürücü Təqsirləndirilən şəxs və digər sərnişin Şahid1 avtomobildən yerə endirmişdir. Daha sonra Arzuman Yaqubovu avtomobildən çıxarmış və Arzuman Yaqubovu avtomobildən çıxaran zaman artıq vəfat etmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları və X40 xidmətinin əməkdaşları gəlmiş və onları xəstəxanaya aparmışlar. Hadisə baş verən anda yatdığından hadisənin necə baş verməsini bilməmiş, hadisə zamanı avtomobilə dəyərək qəza törədilən vaxt asfaltyayan texnika işlək vəziyyətdə olmamış və içərisində heç kimsə olmamışdır. Hadisə baş verən zaman yol örtüyü yaş olmuş, lakin yağış yağmamış, hava şəraiti açıq və aydın, görünmə məsafəsi isə normal olmuşdur. Qəza zamanı sifət nahiyəsindən xəsarət almış, qəza baş verməmişdən öncə sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuş, avtomobilində hər hansı bir nasazlıq hiss etməmiş və avtomobilin təxminin hərəkət surəti 70 km/saat olmuşdur. Qəza ilə əlaqədar ona hər hansı bir maddi ziyan dəyməmiş, qəza zamanı dərəcəsi təyin edilməyən bədən xəsarəti almış, bununla əlaqədar Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 09 sentyabr 2024-cü il tarixdən “Azvirt MMC”-də mühafizəçi işləyir, vəzifəsi yollarda işləyən texnikaların axşam saat 18:00-dan səhər saat 08:00-dək mühafizə etməkdən ibarətdir. 26 sentyabr 2024-cü il tarixdə gündəlik olaraq xidmət etdiyi postun yerləşdiyi Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 49-cu kilometrliyinə getmiş, orada olan 7 texnikanı sürücülərindən təhvil almış və xidmətə başlamışdır. Xidmət edən zaman hər hansı bir hadisə olmamışdır. 27 sentyabr 2024-cü il tarixdə təxminən saat 06:15-də xidmət etdiyi ərazidə yəni, Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisindən keçən yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 49cu kilometrliyinə yaxın ərazidə olarkən, kənardan toqquşma səsi eşitmiş, içərisində olduğu konteynerdən dərhal çölə çıxmış, təxminən 40-50 metr kənarda yolun təmir işləri aparılan hissəsində tünd qəhvəyi rəngli “VAZ 21063” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolda dayanmış asfaltyayan texnikaya dəyməsini görmüş və dərhal oraya doğru qaçaraq getmişdir. Oraya çatan zaman arxa oturacaqda əyləşən iki nəfər gənc oğlanın avtomobildən endiyini, həmin şəxslərin birinin üz nahiyəsində qan olduğunu, digərinin isə qol nahiyəsinin əzildiyini görmüşdür. Bundan sonra öndə əyləşən sürücü Təqsirləndirilən şəxs avtomobildən çıxarılmasına köməklik etmiş, həmin vaxt ön qapıları açmaq mümkün olmamış, sonra isə sürücünün yanında olan sərnişin Arzuman Yaqubova yaxınlaşmış və oturacağın önə doğru getdiyini, sərnişinin sıxılmış vəziyyətdə olduğunu görmüş və nəbzini əli ilə boğaz nahiyəsindən yoxlayan zaman nəbzin zəif vurduğunu bilmişdir. Onu oradan çıxarmağa çalışsa da Arzuman Yaqubov avtomobildə sıxışdığından çıxarmaq mümkün olmamış, arxaya keçib oturacağı özünə doğru çəkib sındırmış və Arzuman Yaqubovu arxaya tərəf çəkib çıxarmışdır. Orada olan şəxslərlə birgə Arzuman Yaqubovu avtomobildən çıxardıb avtomobilin sağ tərəfində yerdə uzatmış, yenidən nəbzin boğaz nahiyəsindən yoxlayan zaman artıq nəbzinin dayandığını və Arzuman Yaqubovun vəfat etdiyini anlamışdır. Bundan dərhal sonra orada olan şəxslər X40 Xidmətinin 103 məlumat mərkəzinə zəng etmiş və istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə "xxxx" MMC-nin təhlükəsizlik müdiri Şahid4 zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə X40 xidməti və polis əməkdaşları gəlmiş, yaralılar və vəfat etmiş şəxs xəstəxanaya aparmış, polis əməkdaşları isə hadisə yerinə baxış keçirmişlər. 25 sentyabr 2024-cü il tarixdə saat təxminən 09-10 radələrində yeni inşa edilən Əhmədbəyli- Füzuli-Şuşa avtomobil yolunun təmir işləri aparılan 47500-49000 metrliyə qədər olan məsafəsinə bitum mayesi töküldüyündən şirkət tərəfindən həmin hissəyə giriş bağlanmış və qadağan nişanları ilə çəpərlənmişdir. Həmçinin yolun 34 və 51 kilometrliyində əraziyə giriş qadağandır nişanı, həmçinin tikinti aparılan əraziyə giriş təhlükəli və qadağandır yazılı lövhəsi mövcud olmuşdur. Xidmətdə olduğu ərazidən yol tam görünmüş və xidmətdə olduğu zaman yolun bağlanmış hissəsində heç bir nəqliyyat vasitəsi hərəkət etməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəza baş verdiyi əraziyə necə və nə üçün daxil olmasını bilməmişdir. Həmçinin qeyd edilən avtomobilin dəyərək qəza törətdiyi texnika "xxxx" MMC-yə məxsus olan “Vögele Super 1900-3” markalı asfaltyayan olmuşdur. Qəza zamanı asfaltyayanın içərisində heç kimsə olmamış və dayanmış vəziyyətdə olmuşdur. Hadisə baş verən zaman yol örtüyü yaş olmuş, lakin yağış yağmamış, hava şəraiti açıq və aydın, görünmə məsafəsi isə normal olmuş, yolun üzərində “VAZ 2106” markalı avtomobilə məxsus tormoz izi görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2006-ci ildən "xxxx" MMC-də Əməyin Mühafizəsi və X8 vəzifəsində işləyir. xx.xx.2020-ci ildən Qarabağ regionunda, hal-hazırda yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 34-51-ci kilometrliyində aparılan yol tikintisində işləyir. Vəzifəsi şirkət tərəfindən tikinti işləri aparılan ərazilərdə işçilərin təhlükəsizliyi ilə bağlı təlimat verməkdən və işlərin təhlükəsizlik qaydaları əsasında aparılmasına nəzarət etməkdən ibarətdir. 26 sentybar 2024-cü il tarixdə təxminən saat 17-18 radələrində həmin yolun 47500 metrliyindən 49000 metrliyinə qədər olan hissəsinin sağ hissəsinə bitum mayesi vurulmuş və həmin əraziyə girişin qadağan edilməsi ilə bağlı lövhələr, qadağan nişanları yerləşdirilmişdir. 27 sentyabr 2024-cü il tarixdə səhər iş vaxtı həmin yolda asfaltlanma işləri aparılması üçün şirkətə məxsus 2 ədəd “Vögele Super 1900-3” markalı texnika yolun bitum tökülən hissəsinin sonunda dayanmışdır. 27 sentyabr 2024-cü il tarixdə təxminən saat 06:30-da şirkətin Füzuli şəhərində yerləşən yataqxanada olarkən şirkətin mühafizəçisi Şahid3 özünə məxsus olan ***-***-**-** saylı mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, xidmət apardığı Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisində yerləşən postunun yaxınlığında yol nəqliyyat hadisəsinin baş verdiyini demişdir. Bundan sonra dərhal hadisə baş vermiş yerə getmiş, oraya gedən zaman Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisindən keçən yolun 49-cu kilometrliyi adlanan ərazidə “VAZ 21063” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin şirkətə məxsus “Vögele Super 1900-3” markalı texnikaya dəyərək qəza törətdiyini, avtomobilin ətrafına tanımadığı şəxslərin toplaşdığını, həmin avtomobilin sağ hissəsində yerdə Arzuman Yaqubovun uzadıldığını və üzərinə gödəkçə atıldığını görmüşdür. Həmin avtomobilin arxa hissəsində yerdə oturaq vəziyyətdə avtomobili idarə edən Təqsirləndirilən şəxs yaralı vəziyyətdə oturub üzündə olan qanı silmiş və həkim çağırılmasını xahiş etmiş, həmin şəxslərdən başqa avtomobildə sərnişin olan Şahid2 və Şahid1 yaxınlaşaraq, hadisənin necə baş verdiyini soruşduqda qəza zamanı yatdıqlarını, hadisənin necə baş verdiyini bilmədiklərini demişlər. Bundan sonra hadisə yerinə X40 xidmətinin əməkdaşları və polis əməkdaşları gəlmiş, yaralı və vəfat etmiş şəxsi X40 avtomobili ilə xəstəxanaya aparmişlar. Polis əməkdaşları isə onun iştirakı ilə hadisə yerinə baxış keçirdib protokol tərtib etmişlər. Qəzanın necə və hansı şəraitdə baş verməsini bilməmişdir. Qəza baş verən ərazidə 25 sentyabr 2024-cü il tarixdə, saat təxminən 09-10 radələrindən yolun 47500-49000 metrliyə qədər olan məsafəsinə bitum töküldüyü üçün bağlanmış və qadağan nişanları ilə çəpərlənmiş, həmçinin polis əməkdaşları ilə hadisə yerinə baxış zamanı qadağan nişanın birinin sınmış vəziyyətdə yolun sağ tərəfində olan V şəkilli boş su kanalında olduğu aşkar edilmişdir. Həmin yola girişin qadağan edilməsi ilə bağlı zəruri tədbirlər tərəfindən görülmüşdür. Qəza zamanı “VAZ 21063” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərək qəza törətdiyi texnika "xxxx" MMC-yə məxsus 1**-FB-*** dövlət qeydiyyat nişanlı “Vögele Super 1900-3” markalı asfaltyayandır. Texnika hadisədən bir gün öncə 50-ci kilometrlikdən 49-cu kilometrliyə doğru asfaltyayma işlərini aparmaq üçün dayanmış, qəza zamanı texnika işlək vəziyyətdə olmamış və dayanmış vəziyyətdə olmuşdur. Qəza baş verən gün yol örtüyü yaş olmuş, lakin hava şəraiti açıq və aydın, yolda görünmə məsafəsi isə normal olmuşdur. Yolun üzərində “VAZ 21063” markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormoz izi görməmişdir. İş materiallarında olan 27 sentyabr 2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeni inşa edilən Füzuli-Əhmədbəyli-Şuşa asfalt avtomobil yolunun Xocavənd rayonunun, Böyük Tağlar kəndindən keçən 49-cu kilometrliyində Xocavənd rayonu istiqamətindədir. Yolun hərəkət hissəsi düz istiqamətlidir. Örtüyün növü bitum. Örtüyün vəziyyəti: nəm və yapışqandır. Yolun ümumi eni 10 metr 35 santimetr, hərəkət hissəsinin eni 8 metr 20 santimetrdir. Yolun sağ hissəsində V şəkilli 3 metr 20 sm, sol hissəsində isə 70 sm ölçüdə beton kanal mövcuddur, sağ hissədə 1 metr 70 sm, sol tərəfdə isə 60 sm ölçüdə yol çiyni mövcuddur. Yolun hərəkət hissəsində qarşı-qarşıya hərəkət mövcud deyil. Yolun sağ hərəkət hissəsində təmir işləri aparıldığından yolda hərəkət digər zolaqda icazə verilir. Yol nəqliyyat hadisəsi baş verdiyi ərazidən 875 metr qarşıda 3.1 (Giriş qadağandır) qadağan nişanı, 1.23 (Yol işləri) xəbərdarlıq nişanı, 4.22 (Maneəni soldan keçməli) məcburi hərəkət istiqaməti nişanı və plastik maneələr mövcuddur. Baxış zamanı yolun təmir hissəsinə girişi qadağan edən nişanlardan birinin aşaraq yolun kənarında olan V şəkilli kanala düşdüyü müəyyən edilmiş, hadisə baş verdiyi yer yol nişanlarının təsir dairəsinə düşür. Yol İşıqlandırılmır. “VAZ 21063” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil təmir işləri aparılan yolda dayanmış "xxxx" MMC-yə məxsus olan “Vögele Super 1900-3” markalı asfaltyayana sol yan hissədən dəyərək qəza törətmişdir. Avtomobilin hərəkət etdiyi yerdə yol örtüyü bitum mayesi olduğundan avtomobilə məxsus tormoz izini müəyyən etmək mümkün olmamışdır. Avtomobilin olduğu vəziyyətdən görünür ki, avtomobil hərəkətdə olduğu sürətlə təmir işləri aparılan yolda dayanmış vəziyyətdə olan texnikaya dəyərək qəza törətmişdir. Avtomobilin qəza törətdiyi halda olduğu yerin ön hissəsində 12 metr 20 sm uzunluğunda asfaltyayan texnika, sağ tərəfində təmir edilən yol, sol tərəfində V şəkilli kanal, arxa tərəfi isə yoldur. Avtomobilin qabaq sağ təkəri ilə yolun kənarı arasındakı məsafə 4 metr 47 sm, arxa sağ təkəri ilə 4 metr 40 sm, sol qabaq təkəri ilə V şəkilli kanal arasındakı məsafə 3 metr 90 sm, sol arxa təkəri ilə isə 3 metr 97 sm-dir, hadisə yerində aşkar olunan avtomobil “VAZ 21063” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı, tünd qəhvəyi rənglidir. Aşkar olunmuş avtomobil yol nəqliyyat hadisəsinin təsirindən tam yararsız vəziyyətə düşmüşdür. Belə ki, avtomobilin qabaq tərəfindən ön alın şüşəsi, sağ və sol qapılar əzilmiş, sol qapı bağlı formadadır, sükan əzilərək yararsız hala düşmüş, avtomobilin üst hissəsi salona doğru əzilmiş, qabaq sağ və arxa işıq faraları sınmış, qabaq kapotu əzilmiş, avtomobilin ön buferi əzilərək yararsız hala düşmüş, sağ qanadları əzilmişdir. Avtomobil dəyən zaman zərbənin təsirindən avtomobilin salonunda müxtəlif hissələr yararsız hala düşmüşdür. Qabaq və arxa dövlət qeydiyyat nişanları əzilmiş formada buferin üzərində qalmışdır. Zərbənin təsirindən avtomobilin təkərləri müxtəlif istiqamətlərə dönmüş vəziyyətdə olsa da bütün təkərlər yerindədir. Avtomobilin hər iki arxa görüntünü göstərən güzgüləri sınaraq yararsız hala düşmüşdür. Avtomobilin salonu ön hissədən tamamilə əzildiyindən salona yalnız arxa qapıdan daxil olmaq mümkün olmuşdur. Avtomobilin arxa və ön hissəsində avtomobilin dövlət qeydiyyat nişanını göstərən **-BJ-*** yazısı aşkar olunmuşdur. Zərbənin təsirindən avtomobilə məxsus müəyyən hissələr avtomobilin yaxınlığında yerdə yararsız hala düşmüş vəziyyətdə aşkar olunmuşdur. (1-ci cild işin 8-24-cu vərəqi) İş materiallarında olan 27 sentyabr 2024-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X14 meyitinə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. (1-ci cild işin 25-35-ci vərəqi) İş materiallarında olan X16 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Xocavənd rayonunun, Böyük Tağlar kəndi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X14 ölməsi ilə bağlı hüquqi varis qismində tanınmasını xahiş etmişdir. (1-ci cild işin 93-cü vərəqi) İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma barədə 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, X25 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (1-ci cild işin 94-95-ci vərəqi) İş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx.xx.1995-ci ildə doğulmuşdur. (1-ci cild işin 114-cü vərəqi) İş materiallarında olan BD 904308 №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in BDYPİ Ağcabədi RQİTBŞ-dən B1, B, C1 və C kateqoriyalı sürücülük vəsiqəsi əldə etmiş, həmin sürücülük vəsiqəsi xx.xx.2032-ci il tarixədək etibarlıdır. (1-ci cild işin 115-ci vərəqi) İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 7E-9518 nömrəli etibarnamənin surətindən görünür ki, X27 “VAZ 21063” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2024-cü il tarixədək xx.xx.1995-ci il təvəllüdlü Beyləqan rayon sakini Təqsirləndirilən şəxs oğuna nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq ərizə vermək üçün vermişdir. (1-ci cild işin 116-cı vərəqi) İş materiallarında olan M/V № 154039 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır, vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. (1-ci cild işin 118-ci vərəqi) İş materiallarında olan 706 saylı Hərbi Hissənin 09 yanvar 2021-ci il tarixli, 122 nömrəli travma haqqında arayışının surətindən görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sol ətrafların çoxsaylı qəlpə yarası” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən, hərbi xidmət vəzifələrini yerinə yetirərkən, hərbi xidmət vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar olmayan bədbəxt hadisə nəticəsində almışdır. (1-ci cild işin 119-ci vərəqi) İş materiallarında olan 1-72335 nömrəli Azərbaycan Respublikası Medalı vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. (1-ci cild işin 120-ci vərəqi) İş materiallarında olan 1-7562 nömrəli Azərbaycan Respublikası Medalı vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2364 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (1-ci cild işin 121-ci vərəqi) İş materiallarında olan 1-4451 nömrəli Azərbaycan Respublikası Medalı vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2370 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (1-ci cild işin 122-ci vərəqi) İş materiallarında olan 1-8168 nömrəli Azərbaycan Respublikası Medalı vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2724 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. (1-ci cild işin 123-cü vərəqi) İş materiallarında olan 1-13190 nömrəli Azərbaycan Respublikası Medalı vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (1-ci cild işin 124-cü vərəqi) İş materiallarında olan X12 ilə X33 bildirişindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdən müddətsiz olaraq “Vətən N” Mühafizə Xidməti Qarabağ Şöbəsində mühafizəçi işə qəbul olunmuşdur. (1-ci cild işin 139-cu vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİ İdarəsinin 05 noyabr 2024-cü il tarixli tələbnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. (1-ci cild işin 175-ci vərəqi) İş materiallarında olan "xxxx" Avtomotoservis və Ticarət Firmasının xx.xx.2024-cü il tarixli, SA 143 nömrəli ziyan aktindan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı "VAZ 21063" minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.651 manat ziyan dəymişdir. (1-ci cild işin 206-cı vərəqi) İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Aşıqalılar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1995-ci ildə Beyləqan rayonu, Aşıqalılar kəndində anadan olmuş, azərbaycanlı, hərbi mükəlləfiyətli, 44 günlük Vətən müharibəsi vetranıdır. Beyləqan rayonu, Aşıqalılar kəndində yşadığı dövrdə kəndin bütün ictimai işlərində fəal iştirak etmiş, özünün səmimiliyi və ünsiyyətliyi ilə kənd əhalisinin hörmətini qazanmışdır. Öz davranışı ilə həmyaşıdlarına nümunədir, onun haqqında hazırda heç bir cinayət işi olmamışdır. Ailəlidir iki övladı vardır. (1-ci cild işin 208-ci vərəqi) İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Aşıqalılar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 389 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayonu, Aşıqalılar kəndində yaşayır və 44 günlük Vətən müharibəsi veteranıdır. (1-ci cild işin 209-cu vərəqi) İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Aşıqalılar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 388 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayonu, Aşıqalılar kəndində yaşayır və ailə üzvüləri arvadı - X18, oğlu - X4, oğlu - X9 ibarətdir. (1-ci cild işin 210-cu vərəqi) İş materiallarında olan Beyləqan rayon X21 Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 18-1-29/2-1585/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayon X21 Hüquqi şəxsin psixiatrik, nevroloji və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. (1-ci cild işin 212-ci vərəqi) İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 31/24 nömrəli ekspert rəyindən görünür ki, mərhum X14 meyitinin müayinəsi zamanı alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti, qapalı sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sağ baldır sümüklərinin aşağı üçdə birinin fraqmentləri yerini dəyişmiş qapalı sınıqları, bədən səthinin çoxsaylı sıyrıqları aşkar edilmiş, aşkar edilmiş xəsarətlər ətraf yumşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, ölümündən az əvvəl küt təsir mexanizminə malik əşyanın (əşyaların) təsiri nəticəsində törənmişdir, qərarın təsiri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşının salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X26 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, ağır travmatik şok olmuş, ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq X14 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. (1-ci cild işin 214-219-cu vərəqi) İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 686/24 nömrəli ekspert rəyindən görünür ki, Şahid1 üst dodağın və sağ ayağın V barmağının yumuşaq toxumalarının əzilməsi olmuş, qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. (1-ci cild işin 220-223-cü vərəqi) İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 697/24 nömrəli ekspert rəyindən görünür ki, Şahid2 burun nahiyəsində sıyrıqlar olmuş, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. (1-ci cild işin 224-227-ci vərəqi) İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 811/24 nömrəli ekspert rəyindən görünür ki, X6 sirkə kasasının fraqmentləri yerini dəyişmiş qapalı sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (1-ci cild işin 228-231-ci vərəqi) İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3459/K nömrəli ekspert rəyindən görünür ki, X11 götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenialkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazerin törəmələri, salisilatlar və kannabinoud (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. (1-ci cild işin 238-241-ci vərəqi) İş materiallarında olan X16 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Xocavənd rayonunun, Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 49 kilometirliyində X15 idarə etdiyi “VAZ 21063” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun təmir işləri aparılan hissəsində dayanmış asfaltyayan texnikaya dəyərək qəza törətməsi nəticəsində oğlu X22 hadisə yerində vəfat etmişdir. X5 vəfat etməsi ilə əlaqədar Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. (2-ci cild işin 74-cü vərəqi) İş materiallarında olan Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2828-8/2922 nömrəli ekspert rəyindən görünür ki, “VAZ 21063” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sistemi hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, həmin avtomobilin tormoz sisteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. “VAZ 21063” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.1 “Giriş qadağandır” qadağan nişanın) tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə əməl etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (2-ci cild işin 1-5-ci vərəqi) İş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. (2-ci cild işin 2-ci vərəqi) İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Xocavənd Rayon Polis X19 baş müstəntiqi, polis baş leytenantı X7 “VAZ 21063” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. (2-ci cild işin 7-ci vərəqi) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli olması tam sübuta yetmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 263.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.12-ci, dəymiş ziyanı aradan qaldırmasını CM-nin 59.1.13-cü, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, hadisə nəticəsində özünün də az ağır dərəcəli bədən xəsarəti almasını, 44 günlük Vətən Müharibəsində iştirak etməklə medallarla təltif edilməsini, həmin müharibədə “Sol ətrafların çoxsaylı qəlpə yarası” diaqnozu ilə xəsarət almasını CM-nin 59.2-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X10, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təhvil verilmiş “VAZ 21063” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəsində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirəsi təklif edilən əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X10, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təhvil verilmiş “VAZ 21063” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəsində saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirəsi təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protest verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №1(069)-1/2025
Xocavənd Rayon Məhkəməsi Hökm — İş №1(069)-1/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver