Məhkəmə qərarları › İş №1(069)-12/2023

Xocavənd Rayon Məhkəməsi Hökm — İş №1(069)-12/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan şəhəri İş № 1(069)-12/2023 07.12.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1996-cı ildə Xocavənd rayonu, Kuropatkin kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Xocavənd rayonu, Kuropatkin kəndində qeydiyyatda olmaqla, Xocavənd rayonu 320 ailəlik qəsəbədə yerləşən 86 nömrəli evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi, xx.xx.1989-cu ildə Xocavənd rayonu, Tuğ kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum edilmiş, Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatda olmaqla, Xocavənd rayonu 320 ailəlik qəsəbədə yerləşən 128 nömrəli evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə narkotik vasitə satıb qazanc əldə etmək məqsədilə 2023-cü ilin avqust ayının ortalarında tanışı Ağdam rayonu Seyidli kənd sakini Şahid5 narkotik vasitəyə ehtiyacı olduqda ona müraciət etməsini bildirdiyindən sonuncu 07 avqust 2023-cü il tarixdə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə saat 21:54-də zəng edərək, 157 saniyə danışıq apararaq ona pul müqabilində narkotik vasitə qurudulmuş marixuana verməsini xahiş etmiş, o da həll edəcəyini bildirmiş, lakin özündə narkotik vasitə olmadığı üçün başqa şəxsdən ucuz qiymətə narkotik vasitə əldə edib baha qiymətə Şahid5 satıb qazanc əldə etmək məqsədilə Xocavənd rayonu 500 ailəlik qəsəbəsi ərazisində X9 məxsus 7 nömrəli yaşayış evinin qarşısında oturub birlikdə yemək yediyi tanışlarından biri olan Şahid6 ona narkotik vasitə qurudulmuş marixuana alıb verməsini xahiş etmiş, Şahid6 əvvəlcədən tanıdığı Xocavənd rayonu, 320 ailəlik qəsəbədə 128 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsilə zəng edərək, danışdıqdan sonra ona narkotik vasitə qurudulmuş marixuana alıb gətirə biləcəyini demiş, o, saat 22:17-də Şahid5 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək, nömrəsini deyəcəyi plastik kart hesabına 50 manat pul köçürməsini bildirmiş, bu mövzuda onunla Şahid5 arasında 07 avqust 2023-cü il tarixdə, saat 23:38-də 51 saniyə, 23:43-də 56 saniyə, 23:44-də 78 saniyə, 23:50-də 154 saniyə, 08 avqust 2023-cü il tarixdə 00:06-da 11 saniyə, saat 00:07-də 16 saniyə danışıq aparılmış, Şahid5 telefon vasitəsilə ona deyilən Şahid8 məxsus 4169-7388-4657-2463 nömrəli plastik kart hesabına xx.xx.2023-cü il tarixdə, saat 00:08-də 50 manat pul göndərdikdən sonra bu barədə ona məlumat vermiş, bundan sonra o, tanışı plastik kartın sahibi Şahid8 gedib bankomatdan 50 manat pulu çıxarmasını və həmin puldan 40 manatını Şahid6 verməsini, qalan 10 manat pulla ona siqaret və qarpız alıb gətirməsini xahiş etmiş, Şahid8 və Şahid6 orada olan Şahid7 ilə sonuncunun idarə etdiyi atomobillə Xocavənd rayonu, 500 ailəlik qəsəbə ərazisində yerləşən kapital banka məxsus bankomatın qarşısına getmiş, Şahid8 həmin bankomatdan istifadə edərək, plastik kart hesabına həmin gün saat 00:08-də köçürülmüş 50 manat pulu çıxararaq 40 manatını Şahid6 vermiş, qalan 10 manat pul və üzərinə əlavə etdiyi 2 manat pul qarşılığında 2 ədəd Winchester markalı siqaret və bir ədəd qarpız almış, birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı Xocavənd rayonu 320 ailəlik qəsəbədə yerləşən 128 nömrəli evin qarşısına getdikdən sonra Şahid6 avtomobildən düşüb Təqsirləndirilən şəxs2la görüşərək sonuncuya 40 manat pul verməklə bir ədəd sellofan bükümdə 0,98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixunanı almış, bundan sonra Təqsirləndirilən şəxs1 ayrıldıqları yerə qayıdaraq Şahid6 aldığı narkotik vasitəni, Şahid8 isə aldığı siqaretləri və bir ədəd qarpızı ona vermiş, o, satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxladığı 0,98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixunanı satmaq barədə razılığa gəldiyi Şahid5 vermək üçün sonuncu ilə 08 avqust 2023-cü il tarixdə, saat 00:47-dən saat 01:10-dək olan müddət ərzində görüşəcəkləri yeri və bir-birlərini harada gözləmələrini dəqiqləşdirmək üçün telefon vasitəsilə aralarında danışıq apararaq Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində görüşüb əvvəlcədən əldə etdiyi 50 manat pul müqabilində üzərində daşıdığı həmin narkotik vasitəni ona verərək satmış, narkotik vasitənin alqı və satqısı barədə Xocavənd Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Mənafov X14 rayonu 500 ailəlik qəsəbə ərazisində idarə etdiyi **-HL-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Airtrek” markalı minik avtomobilində hərəkətdə olarkən, xx.xx.2023-cü il tarixdə təxminən saat 01:20-də saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, Xocavənd Rayon Polis Şöbəsinin inzibati binasında xidməti otaqda Şahid5 üzərində şəxsi axtarış aparılan zaman üzərində olan qara rəngli şalvarın ön sağ yan cibindən bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,98 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuna aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 0,98 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixunanı əldə edərək yaşadığı Xocavənd rayonu 320 ailəlik qəsəbədə yerləşən 128 nömrəli evində gizlədərək saxlamış, həmin narkotik vasitəni tanışı Xocavənd rayonu, Tuğ kənd sakini Şahid6 40 manat pul qarşılığında satacağı barədə 07 avqust 2023-cü il tarixdə, saat 21:59-da aralarında aparılmış 77 saniyə danışıq zamanı razılaşmış, həmin gün Şahid6 ona saat 23:26-da və saat 23:43-də təkrarən zəng edərək, gəlib narkotik vasitəni götürəcəyini və onu gözləməsini bildirmiş, Şahid6 narkotik vasitəni götürmək üçün gecikdiyindən o, həmin gün saat 23:53-də Şahid6 zəng edərək, harada qaldığını və nə üçün gecikdiyini soruşmuş, sonuncu bir azdan gələcəyini demiş, 08 avqust 2023-cü il tarixdə, saat 00:20 radələrində Şahid6 ilə yaşadığı Xocavənd rayonu 320 ailəlik qəsəbədə yerləşən 128 nömrəli evin yaxınlığında görüşərək aralarında olan razılaşmaya əsasən, satış məqsədi ilə əldə edərək üzərində saxladığı ümumi təmiz çəkisi 0,98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixunanı Şahid6 40 manat qarşılığında satmış, Şahid6 ondan aldığı narkotik vasitə-qurudulmuş marixunanı aparıb Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin narkotik vasitəni Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində Şahid5 50 (əlli) manat pul qarşılığında satdıqdan sonra həmin gün saat 01 radələrində Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində Şahid5 idarə etdiyi **-HL-*** dövlət qeydiyyat nişanlı “Mitsubsihi Airtrek” markalı minik avtomobilində saxlanılaraq, rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, Xocavənd RPŞ-nin inzibati binasında Şahid5 üzərində şəxsi axtarış aparılan zaman bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,98 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuna aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların qeyd edilən cinayət əməlini törətməsi Təqsirləndirilən şəxs1 etirafedici, Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, müvafiq ekspert rəyləri və işin digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən Xocavənd rayonu 320 ailəlik qəsəbədə yerləşən 86 nömrəli evdə müvəqqəti olaraq məskunlaşmış, həmin tarixdən qəsəbə ərazisində yaşayan bir çox şəxslə münasibəti yaranmışdır. Qəsəbə ərazisində yaşayan Şahid5 taksi fəaliyyəti ilə məşğul olduğu üçün tanıyır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində Şahid5 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək pendir istəmiş, lakin nə demək istədiyini anlamadığını dedikdə ot adı ilə tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu demiş, sonuncuya narkotik vasitə olan qurudulmuş marixuanasının olmadığını demişdir. Bu zaman Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində tanışları Şahid8 və Şahid6la birgə yemək yediyi üçün eyni masada əyləşən Şahid6 narkotik vasitə lazım olduğunu soruşduqda, Şahid6 maraqlanacağını demiş və sonuncu tanımadığı şəxslə telefon əlaqəsi yaradaraq həmin şəxsdə narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu və qiymətinin 40 manat olduğunu demişdir. Bu barədə Şahid5 telefonla əlaqə yaradıb dedikdə hazırda Beyləqan rayonunda oturub yemək yediyini, Xocavənd rayonu ərazisinə gələ bilməyəcəyini, kart nömrəsi atmasını və sonuncu pulu kart hesabına atacağını bildirmişdir. Şahid5la aralarında olan narkotiklə bağlı söhbət zamanı Şahid6la masadan kənarda olmuş və Şahid8 yanlarına gələn zaman ondan kartının olub-olmadığını soruşduqda Şahid8 özünə məxsus kartın nömrəsini demiş, lakin o, hansı məqsəd üçün kart istədiyini Şahid8 deməmişdir. Şahid5 Şahid8 plastik kart hesabına 50 manat pul köçürməsini demiş, sonuncu həmin məbləği köçürdükdən sonra Şahid8lə Şahid6 Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində yerləşən Kapital Bank ASC-yə məxsus bankomata doğru getmiş, lakin yorğun olduğundan pul çıxarmağa getməyərək, onların gəlməsini gözləmişdir. Gedən zaman Şahid8 pulu çıxardıqdan sonra 40 manatını Şahid6 verməsini, qalan pulla isə siqaret və qarpız almasını demişdir. Təxminən 30-40 dəqiqə sonra Şahid6la Şahid8 gəlmiş və Şahid6 bir ədəd sellofan bükümdə olan narkotik vasitəni ona vermiş, Şahid8 isə aldığı siqaret və qarpızı masanın üzərinə qoymuşdur. Şahid6 narkotik vasitəni verdikdən sonra xəstə olduğu üçün evə getdiyini bildirmiş, sonuncu getdikdən biraz sonra Şahid8lə birgə oradan qalxıb getmiş və gedən zaman Şahid5 zəng edərək, qəsəbə ərazisinə gəldiyini və narkotik vasitəni götürmək istədiyini demişdir. Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində üzərində olan 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixunanı Şahid5 qəsəbə ərazisində görüşüb sonuncunun idarə etdiyi “Mitsubishi Airtrek” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobildə ona vermiş və sonuncuya onları avtomobili ilə Xocavənd rayonu 320 ailəlik qəsəbədə yerləşən 85 nömrəli evinə düşürtməsini demişdir. Yolda hərəkət edən zaman polis əməkdaşları onları saxlayaraq narkotik vasitələrin satışı və saxlanılmasında şübhəli olduqlarını bildirib Xocavənd Rayon Polis Şöbəsinin Beyləqan rayonu ərazisində yerləşən inzibati binasına dəvət etmiş, Xocavənd Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dövlət hesabına vəkil təyin olunmuş və vəkilin iştirakı ilə video çəkilişlə şəxsi axtarış zamanı üzərindən heç bir narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır, ona görə də, məhkəmədən ona qarşı mərhəmətli olmağı xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən Xocavənd rayonu 320 ailəlik qəsəbədə yerləşən 128 nömrəli evdə müvəqqəti olaraq məskunlaşmış, həmin tarixdən qəsəbə ərazisində yaşayan bir çox şəxslə münasibəti yaranmışdır. Qəsəbə ərazisində yaşadığı müddət ərzində onunla eyni qəsəbədə yaşayan Şahid6 bərbər olduğu üçün tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 07 avqust 2023-cü il tarixdə təxminən saat 22 radələrində Beyləqan rayonu ərazisində işdən qayıtdıqdan sonra bütün günü evdə olmuş, Şahid6 həmin gün görmədiyini və sonuncuya heç bir narkotik vasitə satmadığını, Azərcell Telekom MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, həmin nömrənin daim üzərində olduğunu və özünün istifadə etdiyini, Şahid6 07 avqust 2023-cü il tarixdə ona zəng etməsini xatırlamadığını bildirmişdir. İstintaqa verdiyi əvvəlki ifadəsində əvvəllər narkotik vasitə istifadə etmədiyini bildirsə də məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 5930 №-li rəyi ilə tanış olduqdan sonra əvvəllər narkotik vasitə istifadə etməsini etiraf etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, Şahid6 adlı şəxsi qeyd etdiyi kimi, bərbər olduğu üçün tanımışdır. Bir dəfə Şahid6 ona bildirmişdir ki, narkotik vasitə satmaq istəyir, lakin satmaq istədiyi narkotik vəsitəni əhatəsində olan dost tanışları pulsuz istifadə edir, onun bu işdə heç bir maddi xeyri olmur. Odur ki, əgər ondan narkotik vasitə almaq istəyən olsa, o, bildirəcəkdir ki, narkotik vasitəni Təqsirləndirilən şəxs2 satır və güya bu işdə Zaur vasitəçi olub Ramildən narkotik alışını təkil edə bilər. Təqsirləndirilən şəxs2 da, Şahid6 bu təklifi ilə razılaşmışdır və özünü yalnız bu hissədə təqsirli bilir. Hazırda buna görə peşmandır və məhkəmədən ona qarşı mərhəmətli olmağı xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 iş üzrə özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakteri daşıyır, cinayət məsuliyyətindən və cəzadan yayınmaq istəyindən irəli gəlir. Belə ki, onun hazırki iş üzrə təqsiri digər Təqsirləndirilən şəxs1 ifadəsi və digər iş materialları ilə tamamilə təkzib edilir. Belə ki, Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, o, 2012-ci ildən X23, Xocavənd CAQ-nun əməliyyat müvəkkili vəzifəsində isə 14 yanvar 2022-ci ildən xidmət edir, polis leytenantı rütbəsindədir. Ağdam rayonu Seyidli kənd sakini, Xocavənd rayonu 146 ailəlik qəsəbədə yerləşən 117 nömrəli evdə yaşayan Şahid5 və Xocavənd rayonu Kuropatkin kənd sakini, Xocavənd rayonu 320 ailəlik qəsəbədə yerləşən 86 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələr istifadə etmələri, alqısatqısı və üzərilərində gəzdirməsi barədə daxil olmuş məlumatlar əsasında Xocavənd RPŞ-nin rəhbərliyindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün icazə alınmış, icazə alındıqdan sonra onun rəhbərliyi ilə xx.xx.2023-cü il tarixdə CAQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid3, PPXT-nın polis nəfəri, polis serjantı Şahid4 və İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid2 iştirakı ilə Xocavənd Rayon Polis Şöbəsinin rəisinin təsdiq etdiyi qərarla əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirlərinə başlamazdan əvvəl rəhbərlik tərəfindən təlimatlandırıldıqdan sonra əməliyyat tədbirinə başlanılmışdır. 08 avqust 2023-cü il tarixdə, saat 01 radələrində Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində Şahid5 idarə etdiyi “Mitsubshi Airtrek” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmış, avtomobildə saxlanılan zaman avtomobildə Təqsirləndirilən şəxs1 və Şahid8 də olmuşdur. Saxlanılan zaman onların üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğu bildirilmiş və Beyləqan rayonu ərazisində yerləşən Xocavənd Rayon Polis Şöbəsinə dəvət edilmişlər. Şahid5 idarə etdiyi “Mitsubshi Airtrek” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilini Xocacənd Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxladıqdan sonra avtomobilinin qapılarını bağlayıb açarı üzərində saxlamışdır. Şahid5 polis şöbəsinə gətirildikdən sonra üzərində və avtomobilində narkotik vasitə olub-olmamasını yoxlanılması üçün Xocavənd RPŞ-nin rəisinə raportla məruzə edilərək, aidiyyəti əməkdaşlar tərəfindən araşdırma aparılması üçün göstəriş verilməsi xahiş olunmuşdur. Xocavənd RPŞ-nin rəisi tərəfindən həmin raportun icrası Xocavənd RPŞ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis polkovnikleytenantı Hümbət Vəliyevə həvalə edilmiş və X33 Mənafovu, Təqsirləndirilən şəxs1 və Şahid8 şübhəli şəxs qismində tutduqdan sonra onlara müdafiəçi təyin etmişdir. X33 Mənafovun üzərində şəxsi axtarış aparacağını və idarə etdiyi avtomobilə baxış keçirdəcəyini bildirmişdir. Bundan sonra Hümbət Vəliyevin xidməti otağında videoçəkilişlə müdafiəçinin iştirakı ilə Şahid5 üzərində şəxsi axtarış aparılmış və Şahid5 üzərində olan şalvarın yan cibindən bir ədəd sellofan bağlamada yaşıl rəngli kəskin qoxulu narkotik vasitəyə bənzər kütlələr aşkar edilərək müvafiq qaydada götürülmüş və həmin kütlə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1,22 qram olmuşdur. Bundan başqa, Şahid5 üzərindən ağ rəngli kağız parçasında qəbz aşkar edilmişdir. Şahid5 idarə etdiyi “Mitsubshi Airtrek” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya vasitə aşkarlanmamışdır. Hümbət Vəliyev avtomobildə saxlanılmış digər şəxslər Təqsirləndirilən şəxs1 və Şahid8 üzərində şəxsi axtarış aparacağını bildirmiş və Hümbət Vəliyevin xidməti otağında video çəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və ya vasitə aşkar edilməmiş, Şahid8 üzərində isə şəxsi axtarış zamanı "xxxx" ASC-yə aid plastik kart aşkar edilmişdir. Araşdırma zamanı Şahid5 narkotik vasitəni 50 manat qarşılğında Təqsirləndirilən şəxs1 aldığını, Təqsirləndirilən şəxs1 isə həmin narkotik vasitəni Şahid6 alıb gətiridiyini bildirmişdir. Əməliyyat tədbirinin davamı olaraq Şahid6 Xocavənd RPŞ-yə dəvət edilmiş və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 Xocavənd RPŞ-yə dəvət edilərək narkotik vasitəni saxlamaqda və satmaqda şübhəli olduğunu bildirilmiş, X41 Cəfərovu şübhəli şəxs qismində tutduqdan sonra ona müdafiəçi təyin etmiş, X41 Cəfərova üzərində şəxsi axtarış aparacağını və yaşadığı evə baxış keçirdəcəyini bildirmiş, şəxsi axtarış və baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək əşya və ya vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, X24 və Şahid2 şahid X3 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, o, 2021-ci ildən Xocavənd rayonu 146 ailəlik qəsəbədə yerləşən 117 nömrəli evdə müvəqqəti olaraq məskunlaşmış, həmin tarixdən qəsəbə ərazisində yaşayan bir çox şəxslə münasibəti yaranmışdır. 2021-ci ildən özünə məxsus olan “Mitsubshi Airtrek” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəsəbə ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Həmin müddət ərzində qəsəbə ərazisində yaşayan Təqsirləndirilən şəxs1la münasibəti yaranmış və aralarında dostluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs1 əvvəldən narkotik vasitə istifadə etdiyini bilmiş və onda da son zamanlarda narkotikə maraq yaranmışdır. 07 avqust 2023-cü il tarixdə, saat 22 radələrində istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 07 avqust 2023-cü il tarixdə, saat 21:54-də əlaqə yaradaraq nəşə adı ilə tanıdığı narkotik vasitə lazım olduğunu bildirmiş və Təqsirləndirilən şəxs1 ona gözləməsini, maraqlanıb xəbər edəcəyini demişdir. Təxminən saat 22:17 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək, 1-2 dəfə istifadə üçün nəşə adı ilə tanıdığı narkotik vasitə tapdığını və qiymətinin 50 manat olduğunu bildirdikdə sonuncu ilə razılaşmış, saat 23:38-dən saat 23:50-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 pul verib götürməsini dedikdə gələ bilmədiyini, kart atmasını və pulu karta vuraraq Beyləqan rayonundan qəsəbəyə qayıdanda götürəcəyini demiş, sonuncu Kapital Banka məxsus 4169-7388-4657-2463 nömrəli kart nömrəsi demiş və həmin kart hesabına Beyləqan rayonu ərazisində yerləşən mağazadakı terminaldan 50 manat pul köçürdükdən sonra həmin qəbzi üzərində saxlamışdır. Bundan sonra təxminən saat 01 radələrində Təqsirləndirilən şəxs1la Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində görüşmüş və Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mitsubshi Airtrek” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı oturacağında əyləşmiş, Təqsirləndirilən şəxs1la birgə gələn Şahid8 isə arxa oturacaqda əyləşmişdir. Təqsirləndirilən şəxs1 avtomobilə əyləşən zaman üzərində olan şalvarın cibindən çıxardığı sellofan torbaya bükülü vəziyyətdə olan narkotik vasitəni ona vermiş, həmin narkotik vasitəni üzərində olan şalvarın ön sağ cibində saxlamışdır. Xocavənd rayonu 320 ailəlik qəsəbə ərazisinə hərəkətdə olarkən polis əməkdaşları onları saxlayıb narkotik vasitələrin saxlanması, daşınması və satışında şübhəli olduqlarını bildirdikdən sonra Xocavənd Rayon Polis Şöbəsinə gətirilmiş və polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra vəkil təyin olunmuş və həmin vaxt polis əməkdaşları üzərində olan qara rəngli şalvarın ön sağ yan cibindən Təqsirləndirilən şəxs1 50 manat pul qarşılığında aldığı narkotik vasitəni aşkar etmişlər. Sellofan bağlamada olan narkotik vasitələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,22 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitə polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılıb götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, o, 2008-ci ildən ailə üzvləri ilə birgə Xocavənd rayonu 500 ailəlik qəsəbədə məskunlaşmışdır. 2017-ci ildən hərbi xidmətdən geri qayıtdıqdan sonra Bakı şəhərinə gedib orada bərbərlik fəaliyyəti ilə məşğul olmuş, 2019-cu ildən Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində özünə məxsus olan bərbərxana açmış və orada fəaliyyətə başlamışdır. Qəsəbə ərazisində işlədiyi müddətdə bir çox şəxsi tanıyır və münasibəti var. 07 avqust 2023-cü il tarixdə, saat 21 radələrində işdən çıxıb evinə gedərkən yolun kənarında əyləşən əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 onu öz oturduğu stola dəvət edərək, onlarla birgə yemək yeməyini xahiş etmişdir. Onların xahişini nəzərə alaraq, Təqsirləndirilən şəxs1, Şahid8 və Şahid7 ilə birgə oturmuşdur. Orada Şahid7 yaşadığı evin yaxınlığında əyləşdiyiklərindən sonuncu evlərindən müəyyən su və yeməkləri gətirmişdir. Yemək yeyən zaman Şahid5 zəng edərək, Rəşaddan istifadə üçün narkotik vasitə istəmiş, bu zaman Təqsirləndirilən şəxs1 Şahid5 olmadığını, tapa bilmədiyini demiş və daha sonra sonuncu masada oturanlara, yəni ona və Şahid8 əlaqələrinin olub-olmadığını, narkotik vasitə tapa biləcəklərini soruşmuş, bu zaman o, ilkin olaraq tapa bilməyəcəyini desə də, Təqsirləndirilən şəxs1 israr etdikdən sonra əvvəllər narkotik vasitə istifadə etdiyi üçün tanışı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə 07 avqust 2023cü il tarixdə, saat 21:59-da zəng edərək, nəşə adı ilə tanıdığı narkotik vasitə olubolmadığını soruşduqda Təqsirləndirilən şəxs2 onda narkotik vasitə olduğunu, qiymətinin isə 40 manat olmasını demişdir. Bu barədə Təqsirləndirilən şəxs1 demiş, sonuncu kimin üzərində plastik kart olduğunu soruşduqda Şahid8 üzərində plastik kart olmasını bildirmiş, Təqsirləndirilən şəxs1 plastik kartı Şahid8 götürdükdən sonra telefonla zəng edərək, kartın nömrəsini demiş, bundan sonra o, Təqsirləndirilən şəxs2la 07 avqust 2023-cü il tarixdə, saat 23:26-da və saat 23:43-da telefon əlaqəsi yaradaraq harada olmasını, gəlib narkotik vasitəni götürəcəyi barədə danışmış, daha sonra saat 23:53-də Təqsirləndirilən şəxs2 zəng edərək, gözlədiyini demişdir. Bundan sonra o, Şahid7 evlərindən çağıraraq Şahid8lə onu Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində yerləşən bankomata aparmasını dedikdə Şahid7 razılaşıb Naz-lifan markalı avtomobili ilə onları Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində yerləşən bankomata gətirmişdir. Bundan sonra Şahid8 avtomobildən düşərək, bankomatdan hesabına köçən 50 manat pulu çıxardıb 40 manatını ona vermiş, yolda olarkən Şahid8 qalan 10 manat pulla Təqsirləndirilən şəxs1 üçün qəsəbə ərazisində yerləşən mağazadan siqaret və qarpız almış, sonra birlikdə 08 avqust 2023-cü il tarixdə, saat 24 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Xocavənd rayonu 320 ailəlik qəsəbədə yaşadığı evin məhləsinin baş hissəsində Şahid7 avtomobili saxlamasını xahiş etmiş və Şahid8 ona 2 ədəd 20 manatlıq olmaqla, ümumilikdə 40 manat pul vermişdir. Avtomobildən düşərək təxminən 15-20 metr getdikdən sonra məhəllədə Təqsirləndirilən şəxs2la görüşüb ondan bir ədəd sellofan bağlamada olan nəşə adı ilə tanıdığı narkotik vasitəni almışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitəni aldıqdan sonra Şahid7 avtomobilinə minmiş və onlarla birgə Təqsirləndirilən şəxs1la əyləşdikləri yerə gəlmiş və aldığı narkotik vasitəni Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Bundan sonra onlarla sağollaşıb oradan ayrılmışdır. Əvvəllər Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadə etdiyi vaxtlar bir-iki dəfə pul qarşılığında narkotik vasitə əldə etmiş və sonuncu dəfə Təqsirləndirilən şəxs1 üçün Təqsirləndirilən şəxs2 narkotik alan zaman onun heç bir maddi marağı olmamış, Təqsirləndirilən şəxs1 verdiyi 40 manat qarşılığında narkotik vasitə almış və sonuncuya təqdim etmiş, hər hansı gəlir əldə etmək məqsədi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid8 ibtidai araşdırma zamanı şahid qismində ifadə verərək göstərmişdir ki, o, 2000-ci ildən Xocavənd rayonu, Qaradağlı kəndi ərazisində yaşayır və qəsəbə ərazisində bir çox şəxslə münasibəti var. Təqsirləndirilən şəxs1 təxminən 2-3 ay əvvəldən tanıyır və aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs1 qəsəbə sakini olduğundan onunla münasibəti yaranmış və sonuncu yaşadığı qəsəbədə işlədiyindən xx.xx.2023-cü il tarixdə qəsəbədə onu görən zaman Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinə gəlməsini və oturub yemək yeməklərini təklif etdikdə bu təkliflə razılaşmış və xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinə gəlib Təqsirləndirilən şəxs1la görüşdükdən sonra qəsəbə ərazisində Təqsirləndirilən şəxs1, Şahid7 və Şahid6la birgə oturub yemək yeyib spirtli içki qəbul etmişdir. Yemək yeyən zaman Təqsirləndirilən şəxs1 ona üzərində plastik kartın olub olmadığını soruşduqda Kapital Banka məxsus 4169-7388- 4657-2463 nömrəli plastik kartın olmasını bildirmiş və kartı Təqsirləndirilən şəxs1 vermişdir. Kartı Təqsirləndirilən şəxs1 verdikdən 10 dəqiqə sonra kart hesabına bilmədiyi hesabdan 50 manat pul köçmüş, kartına pul köçdükdən sonra Təqsirləndirilən şəxs1 kartını geri qaytararaq, hesabına köçən pulu çıxardıb özünə verməsini bildirmişdir. Həmin pulu çıxarmağa gedən zaman Təqsirləndirilən şəxs1 pulu çıxardıqdan sonra 40 manatın Şahid6 verməsini, qalan 10 manat pula isə ona siqaret və qarpız almasını demişdir. Təqsirləndirilən şəxs1 bunu deyən zaman Şahid6 da orada olmuş və Şahid6la birgə Şahid7 avtomobili ilə Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində yerləşən bankomatdan pul çıxarmağa getmiş və pulu çıxardıb 40 manatını Şahid6 vermişdir. Bundan sonra qalan 10 manat pulun üzərinə 2 manat əlavə edərək, qəsəbə ərazisində yerləşən Murad Quliyevin mağazasına düşərək oradan 6 manat dəyərində qarpız, Xocavənd rayonu 320 ailəlik qəsəbə ərazisində yerləşən Telman Hüseynovun mağazasından isə 5 manat 80 qəpik dəyərində 2 qutu Winchestr markalı siqaret almışdır. Şahid6 onunla birgə Xocavənd rayonu 320 ailəlik qəsəbə ərazisində Təqsirləndirilən şəxs2la görüşmək üçün getdiyini bildirsə də nə üçün getməsini deməmişdir. Avtomobili məhlənin giriş hissəsində saxlamış və Şahid6 avtomobildən düşərək, orada yerləşən məhəlləyə doğru getmişdir. Şahid6 təxminən 4-5 dəqiqə sonra gəlmiş, sonra Təqsirləndirilən şəxs1 yanına qayıtmışlar. Təqsirləndirilən şəxs1 üçün aldığı siqareti oturduğu masada sonuncunun qarşısına qoymuş, aldığı qarpızı isə kəsdikdən sonra Şahid6 evə getdiyini bildirmiş və oradan getmişdir. Bundan biraz sonra Təqsirləndirilən şəxs1la oradan qalxıb sonuncunun yaşadığı evə doğru getmiş, yolun kənarı ilə gedərkən əvvəldən tanımadığı bir nəfər şəxs avtomobillə Təqsirləndirilən şəxs1 yaxınlaşmış və Təqsirləndirilən şəxs1 avtomobilə əyləşmiş və onada həmin avtomobilə əyləşməsini bildirmişdir. Həmin avtomobildə Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində hərəkətdə olarkən, polis əməkdaşları onları saxlamış, narkotik vasitələrin saxlanması, satışı və satışında şübhəli olduqlarını bildirərək Beyləqan rayonu ərazisində yerləşən Xocavənd RPŞ-yə dəvət etmiş və polis şöbəsində onu şübhəli şəxs qismində tutulduqdan sonra vəkil təyin olunmuş, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış zamanı heç bir qadağan olunmuş vasitə və ya maddə aşkar olunmamışdır. Lakin sonradan Şahid5 üzərində şəxsi axtarış zamanı narkotik vasitə aşkarlandığını, Şahid5 həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1la görüşən zaman sonuncudan aldığını, həmin narkotik vasitəni isə Şahid6 onlarla birgə bankomatdan pul çıxardıqdan sonra Xocavənd rayonu 320 ailəlik qəsəbə ərazisinə gedib Təqsirləndirilən şəxs2la görüşən zaman sonuncudan aldığını öyrənmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid7 ibtidai araşdırma zamanı şahid qismində ifadə verərək göstərmişdir ki, o, 2008-ci ildən Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində yaşayır və bu müddət ərzində qəsəbə ərazisində bir çox şəxsləri tanıyır. 07 avqust 2023-cü il tarixdə dostları Şahid6, Şahid8 və Təqsirləndirilən şəxs1la evlərinin qarşısında yemək yedikdən sonra Şahid8 kartına pul köçürüldüyünü və “NAZ- Lifan” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəsəbə ərazisində yerləşən bankomata getmələrini demişlər. Həmin avtomobillə qəsəbə ərazisində yerləşən bankomata getmiş, Şahid8 bankomatdan pulu çıxardıb avtomobilə minmiş və oradan mağazaya getmiş, Şahid8 mağazadan siqaret və qarpız alıb avtomobilə əyləşmişdir. Bundan sonra Şahid6 320 ailəlik qəsəbəyə getməyi xahiş etmiş və ondan nə üçün getdiklərini soruşduqda Təqsirləndirilən şəxs2la görüşəcəyini bildirsə də, nə üçün görüşəcəyini deməmiş, sadəcə olaraq işinin olduğunu bildirmişdir. Xocavənd rayonu 320 ailəlik qəsəbə ərazisində Təqsirləndirilən şəxs2 evinin yaxınlığında avtomobili saxladıqdan sonra Şahid6 avtomobildən düşüb Təqsirləndirilən şəxs2 evi istiqamətdə getmiş və nə üçün getdiyini deməmişdir. Şahid6 4-5 dəqiqə sonra geri qayıtmış və geri qayıdan zaman onun əlində və ya üzərində nə gətirdiyini görməmişdir. Oradan çıxdıqdan sonra yemək yedikləri yerə gətirmiş və yaşadığı evə getmişdir. Təxminən yarım saat sonra Şahid6 1 saat sonra isə Təqsirləndirilən şəxs1la Şahid8 oradan çıxıb getmişdir. Onlar çıxıb getdikdən sonra polis əməkdaşları tərəfindən saxlanıldıqlarını və Şahid5 üzərində şəxsi axtarış zamanı narkotik vasitə aşkarlandığını, Şahid5 həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1la görüşən zaman sonuncudan aldığını, həmin narkotik vasitəni isə Şahid6 onlarla birgə bankomatdan pul çıxardıqdan sonra Xocavənd rayonu 320 ailəlik qəsəbə ərazisinə gedib Təqsirləndirilən şəxs2la görüşən zaman sonuncudan aldığını öyrənmişdir. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, xx.xx.1992-ci ildə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, əvvəllər məhkum edilməmiş, Qarabağ Taxıl MMC-də suvarma texniki vəzifəsində işləyən, hazırda Xocavənd rayonu, 146 ailəlik qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şahid5 cinayət əməlini törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur. (1-ci cild işin 11-12-ci vərəqi) İş materiallarında olan BC 758861 №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1992-ci il tarixdə Ağdam rayonunda doğulmuş Şahid5 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Ağcabədi ASAN Xidməti tərəfindən verilmiş xx.xx.2033-cü il tarixədək qüvvədə olan «B 1, B, C,C 1» dərəcəli sürücülük vəsiqəsi verilmişdir. X27 markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili AR DİN-nin BDYPİ Qİİ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AC 244854 nömrəli etibarnamə ilə idarə edir. (1-ci cild işin 38-39-cu vərəqi) İş materiallarında olan 08 avqust 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, xx.xx.1996-cı ildə Xocavənd rayonu, Kuropatkin kəndində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum edilməmiş, işsiz, hazırda Xocavənd rayonu, 320 ailəlik qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur. (1-ci cild işin 46-47-ci vərəqi) İş materiallarında olan 08 avqust 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, xx.xx.1999-cu ildə Xocavənd rayonu, Qaradağlı kəndində anadan olmuş, natamam orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum edilməmiş, işsiz, hazırda Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şahid8 cinayət əməlini törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur. (1-ci cild işin 73-74-cü vərəqi) İş materiallarında olan “Şəxsi axtarış və baxış keçirilməsi haqqında” 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şahid5 üzərinə Beyləqan rayon Vəkil bürosunun vəkili X6 iştirakı ilə Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən Şahid5 üzərində olan tünd qara rəngli qara şalvarın qarşı sağ cibindən qara rəngli “Samsung” A32 markalı mobil telefonu, sonra həmin cibindən ağ rəngli ödəmə pul qəbzi kagız parçası, bundan başqa həmin cibindən ağ rəngli sellofan bükümü və 1 ədəd 20 manatlıq, 4 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq pul əskinazlırı olmaqla, ümumilikdə 41 manat pul çıxarıb təqdim etmiş və Mütalib Manafovun təqdim etdiyi ağ rəngli şəffaf sellofan bükümdə olan tünd yaşılı rəngli narkotik tərkibli vasitəyə bəzər 1,22 qram olan kütlə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış videoçəkilişlə aparılmış və videogörüntülər diskə köçürülərək protokola əlavə edilmişdir. (1-ci cild işin 29-31-ci vərəqi) İş materiallarında olan Baxış keçirilmə haqqında xx.xx.2023-cü il tarixli protokola əlavə edilmiş ödəmə qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 00:08-də 50 manat 416973******2463 nömrəli karta pul köçürülmsüşdür. (1-ci cild işin 33-cü vərəqi) İş materiallarında olan “Şəxsi axtarış və baxış keçirilməsi haqqında” 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə Beyləqan rayon Vəkil bürosunun vəkili X8 iştirakı ilə Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 üzərində olan tünd qara rəngli şalvarın qarşı sol cibindən 1 ədəd qara rəngli “Ayfon 7” (İPONE) markalı mobil telefonu və eyni şalvarın sag cibindən isə 2 ədəd 1 manatlıq pul əskinazı olmaqla, ümumilikdə 2 manat pul çıxarıb təqdim etmiş və Təqsirləndirilən şəxs1 üzərində əlavə olaraq istifadəsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş digər hər hansı bir maddə əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış videoçəkilişlə aparılmış və videogörüntülər diskə köçürülərək protokola əlavə edilmişdir. (1-ci cild işin 64-66-cı vərəqi) İş materiallarında olan “Şəxsi axtarış və baxış keçirilməsi haqqında” 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şahid8 üzərinə Beyləqan rayon Vəkil bürosunun vəkili Quliyev Vəkil Yelmar oğlunun iştirakı ilə Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən Şahid8 üzərində olan göy rəngli cins parçadan hazırlanmış şalvarın qarşı sağ cibindən bir ədəd qara rəngli “Samsung” A23 markalı mobil telefonu, həmin telefonun arxa üzlük qabında isə olan “Kapital Banka” aid özünə məxsus plastik pul ödəmə kartı və eyni şalvarın sağ arxa cibindən isə 6 ədəd 1 manatlıq pul əskinası olmaqla, ümumilikdə 6 manat çıxarıb təqdim etmiş və Şahid8 üzərində əlavə olaraq istifadəsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş digər hər hansı bir maddə əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış videoçəkilişlə aparılmış və videogörüntülər diskə köçürülərək protokola əlavə edilmişdir. (1-ci cild işin 91-93-cü vərəqi) İş materiallarında olan 08 avqust 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, xx.xx.1989-cu ildə Xocavənd rayonu, Tuğ kəndində anadan olmuş, natamam orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, hazırda Xocavənd rayonu, 320 ailəlik qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur. (1-ci cild işin 105-106-cı vərəqi) İş materiallarında olan “Şəxsi axtarış və baxış keçirilməsi haqqında” 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə Füzuli rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 iştirakı ilə Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 üzərində olan göy rəngli cins parçadan hazırlanmış şalvarın sağ arxa cibindən bir ədəd qara rəngli “Samsung” A14 markalı mobil telefonu çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs2 üzərində əlavə olaraq istifadəsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş digər hər hansı bir maddə əşya və ya predmet aşkar olunmamış, daha sonra Təqsirləndirilən şəxs2 daimi yaşadığı Xocavnd rayonu 320 ailəlik qəsəbədç yerləşən 128 nömrəli ünvana baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş hər-hansı maddə, predmet və ya əşya aşkarlanmamışdır. Şəxsi axtarış videoçəkilişlə aparılmış və videogörüntülər diskə köçürülərək protokola əlavə edilmişdir. (1-ci cild işin 122-124-cü vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 Bölməsinin 08 avqust 2023-cü il tarixli, 18/787 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Şahid5 üzərində.... sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellofan torbacıqda təmiz çəkisi - 0,98 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulumuş marixuanadır. Marixuananın təmiz çəkisi - 0,98 qram, tədqiqata sərf olundu - 0,02 qram, qalıq 0,96 qram. (1-ci cild işin 132-135-ci vərəqi) İş materiallarında olan 08 avqust 2023-cü il tarixli, 18/787 №-li ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49,74 manat VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. (1-ci cild işin 133-cü vərəqi) İş materiallarında olan maddi sübut kimi tanınma və təhvil verilməsi haqqında 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şahid5 üzərində aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,98 qram narkotik vasitə olan qurudulmuş marixuanadan ekspert tədqiqatından sonra qalıq qalmış 0,96 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxalnması üçün Xocavənd RPŞ-nə təhvil verilmişdir. (1-ci cild işin 140-142-ci vərəqi) İş materiallarında olan 09 avqust 2023-cü il tarixli şübhəli olan şəxsin tutulmadan azad edilməsi haqqında qərardan görünür ki, Şahid8 üzrərində aşkar edilmiş narkotik vasitə cinayət tərkibi yaratmadığından şübhəli olan şəxs qismində tutulmadan dərhal azad edilmişdir. (1-ci cild işin 147-148-ci vərəqi) İş materiallarında olan 09 avqust 2023-cü il tarixli şübhəli olan şəxsin tutulmadan azad edilməsi haqqında qərardan görünür ki, Şahid5 üzrəində aşkar edilmiş narkotik vasitə cinayət tərkibi yaratmadığından şübhəli olan şəxs qismində tutulmadan dərhal azad edilmişdir. (1-ci cild işin 160-161-ci vərəqi) İş materiallarında olan Xocavənd Rayon Məhkəməsinin 4(069)-2/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.1996-cı ildə Xocavənd rayonu, Kuropatkin kəndində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, məhkum edilməmiş, subay, "xxxx" MMC-də mühafizəçi işləyən, Xocavənd rayonu, Kuropatkin kəndində qeydiyyatda olmaqla, Xocavənd rayonu 320 ailəlik qəsəbədə 85 nömrəli evdə yaşayan, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 avqust 2023-cü il tarixdən hesablanmış, qərarın icrası Beyləqan Rayon Polis Şöbəsinə həvalə edilmiş, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. (1-ci cild işin 198-199-cu vərəqi) İş materiallarında olan Xocavənd Rayon Məhkəməsinin 4(069)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.1989-cu ildə Xocavənd rayonu, Tuğ kəndində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, məhkum edilmiş, ailəli, işləməyən, Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatda olmaqla, Xocavənd rayonu 320 ailəlik qəsəbədə 128 nömrəli evdə yaşayan, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 avqust 2023-cü il tarixdən hesablanmış, qərarın icrası Beyləqan Rayon Polis Şöbəsinə həvalə edilmiş, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. (1-ci cild işin 227-228-ci vərəqi) İş materiallarında olan Xocavənd rayon İHB-nın Tuğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli 94 saylı arayışından görünür ki, Cəfərov X22 rayon Tuğ kənd sakinikdir, hal-hazırda məcburi köçkün kimi müvəqqəti olaraq Beyləqan rayonu ərazisində salınmış Xocavənd rayonu 320 ailəlik qəsəbə 128 saylı evdə məskunlaşmışdır. Ailə tərkibi atası:- X11, anası:- X12, arvadı: - X25, oğlu: - X15 ibarətdir. (2-ci cild işin 45-ci vərəqi) İş materiallarında olan Xocavənd rayon İHB-nın Tuğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli 95 saylı arayışından görünür ki, Cəfərov X22 rayon Tuğ kənd sakinikdir, hal-hazırda məcburi köçkün kimi müvəqqəti olaraq Beyləqan rayonu ərazisində salınmış Xocavənd rayonu 320 ailəlik qəsəbə 128 saylı evdə məskunlaşmışdır. (2-ci cild işin 46-cı vərəqi) İş materiallarında olan Xocavənd rayon İHB-nın Tuğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1989-cu il təvəllüdlü, bitərəf, hal-hazırda Xocavənd rayon Tuğ kəndində daimi pasport qeydiyyatında olan, Xocavənd rayon Tuğ kəndində anadan olmuş,Təqsirləndirilən şəxs2 xx xxxxxx 1989-cu il tarixdə Xocavənd (keçmiş Hadrut) rayon Tuğ kəndində anadan olmuş, daimi qeydiyyatdadır hal-hazırda məcburi köçkün Kimi Beyləqan rayon ərazisində salınmış Xocavənd rayon 320 ailəlik qəsəbə 128 saylı evdə müvəqqəti olaraq məskunlaşmışdır. Kənd sakinləri arasında hörmət və nüfuz sahibidir. Böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşır. Kəndin ictimai işlərində yaxından iştirak edir. Ona verilən tapşırıqları vaxtında yerinə yetirməyə çalışır. Ailə üzvləri 5 nəfərdən ibarətdir. Hal-hazırda ailəlidir, orta təhsillidir, ata-anası, həyat yoldaşı və bir azyaşlı övladı ilə birlikdə yaşayır. Bunları nəzərə alaraq Xocavənd rayon İcra Hakimiyyəti başçısının Tuğ kənd nzibati ərazi dairəsi üzrə nümayəndəliyi Təqsirləndirilən şəxs2 belə bir şəxs olduğunu təsdiq edir. (2-ci cild işin 47-ci vərəqi) İş materiallarında olan Xocavənd rayon İHB-nın Kropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli 5-52-6/2-177/2023 saylı arayışdan görünür ki, Məmmədov X16 rayon Kropatkin kənd sakinikdir, hal-hazırda məcburi köçkün kimi müvəqqəti olaraq Beyləqan rayonu ərazisində salınmış Xocavənd rayonu 320 ailəlik qəsəbə ev 86-da yaşayır. (2-ci cild işin 49-cu vərəqi) İş materiallarında olan Xocavənd rayon İHB-nın Kropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli 5-52-6/2-178/2023 saylı arayışdan görünür ki, Məmmədov X16 rayon Kropatkin kənd sakinikdir, hal-hazırda məcburi köçkün kimi müvəqqəti olaraq Beyləqan rayonu ərazisində salınmış Xocavənd rayonu 320 ailəlik qəsəbə ev 86-da yaşayır. Ailə tərkibi qardaşı:- X20, qardaşı:- X7 ibarətdir. (2-ci cild işin 50-ci vərəqi) İş materiallarında olan Xocavənd rayon İHB-nın kuropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx xxxx 1996cı il təvəllüdlü Məmmədov X16 rayon Kuropatkin kənd sakinidir. Hal- hazırda Beyləqan rayonu inzibati ərazisində salınmış Xocavənd 320 ailəlik qəsəbə ev 86-da məskunlaşıb, yaşayır. Kuropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə onun barəsində hərhansı şikayət və qanunazidd hərəkəti barədə məlumat daxil olmamışdır. Orta təhsillidir, subaydır. Siyasi cəhətdən savadsızdır. (2-ci cild işin 51-ci vərəqi) İş materiallarında olan “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 21 avqust 2023-cü il tarixli PHŞ-6-44/2-192/2023 nömrəli məktubdan görünür ki, Xocavənd rayonu, Tuğ kənd sakini xx.xx.1982-ci il təvəllüdlü Cəfərov X22 RMX-nın Poliklinika şöbəsinin “əsəb-ruhi, narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. (2-ci cild işin 79-cu vərəqi) İş materiallarında olan “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 21 avqust 2023-cü il tarixli PHŞ-6-44/2-191/2023 nömrəli məktubdan görünür ki, Xocavənd rayonu, Kuropatkin kənd sakini xx.xx.1996-cı il təvəllüdlü Məmmədov X16 RMX-nın Poliklinika şöbəsinin “əsəb-ruhi, narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. (2ci cild işin 80-ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (2-ci cild işin 67-ci vərəqi) İş materiallarında olan Xocavənd Rayon Polis Şöbəsinin CAQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 xx.xx.2023-cü il tarixli əməliyyat-tapşırığına cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni haradan və necə əldə etməsi, başqa şəxslərə satıb-satmaması, ailə üzvlərinin narkotik satışı ilə məşğul olduqlarından xəbərlərinin olub-olmamasını müəyyən etmək zərurəti yaranmış, bununla bağlı tərəflərindən əməliyyat-axtarış tədirləri keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində adları qeyd olunan şəxslərin qəsəbə ərazisində yaşayan əvvəllər məhkum edilmiş, cinayət aləminə meyilli şəxslərlə sıx əlaqələrinin olduğu müəyyən edilmişdir. Bununla əlaqədar Xocavənd RPŞ-nin CAQ-nun əməliyyat müvəkkilləri tərəfindən əldə edilmiş agentur məlumat əsasında əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 10-cu maddəsini 1.3-cü bəndini rəhbər tutaraq, Xocavənd Rayon Məhkəməsinin qərarı əsasında telefon danışıqlarına qulaqasılmış, həmin danışıqlar zamanı Təqsirləndirilən şəxs1 adlı şəxslə müxtəlif vaxtlarda narkotik alqı satqısı barədə danışıqlar aparması nüəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində adları qeyd olunan şəxslərin narkotik vasitə istifadə etməsi, alqı satqısı ilə məşğul olması müəyyən edilsədə narkotik vasitəni əldə etdikləri mənbəni müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ailə üzvlərinin narkotik vasitə satışı ilə məşğul olduqlarından xəbərsiz olmuşlar. Odur ki, raportun aidiyyəti əməkdaşa verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. (2-ci cild işin 87-ci vərəqi) İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 29 avqust 2023-cü il tarixli, 18882 nömrəli telefon danışıqlarına baxış zamanı Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 07 avqust 2023-cü il tarixdə, saat 21:59-də zəng edilərək 77 saniyə, saat 23:26da zəng edilərək 13 saniyə və saat 23:43-də zəng edilərək 11 saniyə danışmış, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 07 avqust 2023-cü il tarixdə, saat 23:53-də zəng edilərək 9 saniyə danışmış, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə Şahid5 məxsus ***-***-**-** saylı mobil nömrəyə 07 avqust 2023-cü il tarixdə saat 23:43-də zəng edilərək 56 saniyə, saat 23:44-də zəng edərək 78 saniyə, saat 23:50-də zəng edilərək 154 saniyə, 08 avqust 2023-cü il tarixdə saat 00:27də zəng edilərək 71 saniyə, saat 00:47-də zəng edilərək 27 saniyə, saat 01:02-də zəng edilərək 99 saniyə, saat 01:05-da zəng edilərək 21 saniyə danımış, həmçinin Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 məxsus ***-***- **-** saylı mobil nömrəyə 07 avqust 2023-cü il tarixdə saat 21:54-də zəng edilərək 157 saniyə, saat 22:17-də zəng edilərək 41 saniyə, saat 23:38-də zəng edilərək 51 saniyə, 08 avqust 2023-cü il tarixdə saat 00:06-də zəng edilərək 11 saniyə, saat 00:07-də zəng edilərək 16 saniyə, saat 00:27-də zəng edilərək 71 saniyə, saat 00:74-da zəng edilərək 27 saniyə danımış, saat 01:02-də 99 saniyə, saat 01:05-də zəng edilərək telefon danışığı aparmışdır. (2-ci cild işin 147-244-cü vərəqi) İş materiallarında olan Xocavənd Rayon Polis Şöbəsinin CAQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 xx.xx.2023-cü il tarixli əməliyyat-tapşırığına cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid5, Şahid8 və Şahid6 telefon danışığı apardığı şəxslərdən narkotik vasitə əldə edib-etməməsi zərurəti yaranmış, bununla bağlı tərəfimizdən əməliyyat-axtarış tədirləri keçirilmiş Təqsirləndirilən şəxs2 telefon əlaqəsi yaratdığı şəxslərdən əvvəllər məhkum edilmiş, narkotik vasitə istifadəçiləri olan şəxslər müəyyən edilmiş və həmin şəxslər X21, X4, X26 və X13 Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə edib etməməsini müəyyən etmək üçün ifadələrinin alınması üçün Xocavənd RPŞ-nin İQ-na təqdim edilmiş, Təqsirləndirilən şəxs1, Şahid5, Şahid8 və Şahid6 telefon əlaqəsi yaratdığı şəxslər arasında narkotik vasitə istifadəçisi, əvvəllər məhkum edilmiş və narkotik vasitə satışı ilə məşğul olmaqda şübhəli olan hər hansı bir şəxs müəyyən edilməmiş, hazırda əməliyyat-axtarış tədbirləri davam etdilir və gələcəkdə hər hansı bir məlumat əldə olunarsa Xocavənd RPŞ-nin İQ-na əlavə məlumat verilcəkdir. Odur ki, raportun aidiyyəti əməkdaşa verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. (3-cü cild işin 1-ci vərəqi) İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli, 5930 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X40 X32-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Kannabinoidlərdən istifadə etmə halları olub, müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (3-cü cild işin 40-41-ci vərəqi) İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23 sentyabr 2023-cü il tarixli, 2712 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, psixatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. (3-cü cild işin 42-44-cü vərəqi) İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 5927 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X40 X32-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Kannabinoidlərdən istifadə etmə halları olub, müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (3-cü cild işin 45-46-cı vərəqi) İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23 sentyabr 2023-cü il tarixli, 2711 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. (3-cü cild işin 47-50-ci vərəqi) İş materiallarında olan Kapital Bank ASC-yə məxsus 4169-7388-4657-2463 nömrəli ödəniş kartı üzrə çıxarışdan görünür ki, 08 avqust 2023-cü il tarixdə Şahid8 hesabına ONLİNE KİOSK vasitəsi ilə 50 manat pul köçmüş, həmin pulu Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində bankomatdan çıxarmışdır. (3-cü cild işin 62-64-cü vərəqi) İş materiallarında olan Beyləqan rayon İcra və Probasiya Şöbəsinin 13 oktyabr 2023-cü il tarixli 39/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində çıxarılmış Sabirabad Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmü Xocavənd rayon İcra və Probasiya Şöbəsinin və Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmamışdır. (3-cü cild işin 93-cü vərəqi) İş materiallarında olan AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 1989-cu il təvəllüdlüdür və şəxsiyyət vəsiqəsi xx.xx.2030-cu il tarixədək etibarlıdır. İş materiallarında olan AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx xxxx 1996-cı il təvəllüdlüdür və şəxsiyyət vəsiqəsi xx.xx.2031-ci il tarixədək etibarlıdır. İş materiallarında olan 13 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş 10 avqust 2023-cü il tarixli ittihamın məzmununa əlavə və dəyişikliklər edilməklə, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuş və barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid5 aşkar edilmiş ekspert tədqiqatından sonra təmiz çəkidə 0,96 qram narkotik vasitə olan qurudulmuş marixuana 11 avqust 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq, Xocavənd RPŞ-yə məsul saxlanışa verilməsi nəzərə alınmış, Şahid5, Şahid7 Zaur oğlu, Şahid8 və Şahid6 barəsində Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Şahid6, Şahid7 Zaur oğlu və Şahid8 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Şahid5 və Şahid6 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati icraat başlanması üçün material ayrılıb Xocavənd RPŞ-nin İTB-yə verilmiş, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsini tam əhatə etdiyindən onun gətirdiyi dəlillər özünü müdafiə xarakterli, cinayət məsuliyyətindən kənarda qalmaq məqsədi daşıması kimi qiymətləndirilərək, gətirdiyi dəlillər əsassız olduğundan rədd edilmiş, “Şəxsi axtarış keçirilməsi haqqında” protokol, təqsirləndirilən şəxsin və şahidlərin ifədələri, üzləşdirmədə dindirmdə protokolu, məhkəmə bioloji ekspertizasının 08 avqust 2023-cü il tarixli, 18/787 №-li, məhkəmə-narkoloji ekspertin xx.xx.2023-cü il tarixli, 5927 №-li və xx.xx.2023-cü il tarixli, 5930 №-li rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2711saylı və xx.xx.2023-cü il tarixli, 2712 saylı rəyləri, əməliyyattapşırığının cavabları, telefon danışıqları və digər sənədlərlə onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından onlar həmin cinayət işi üzrə sübut kimi qəbul edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, 08 avqust 2023-cü il tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 məxsus İphone 7 markalı mobil telefonu, Təqsirləndirilən şəxs2 məxsus Samsung A 14 markalı mobil telefonu ailə üzvlərinə, Şahid8 məxsus “Samsung A 23” markalı mobil telefonu, "xxxx" ASC-yə məxsus 4169-7388-4657-2463 nömrəli kartı, 6 manat pul, Şahid5 məxsus “Samsung A 32” markalı mobil telefonu, 1 ədəd 20 manatlıq, 4 ədəd 5 manatlıq, 1 ədəd 1 manatıq pul əskinazını, 1 qutu vinçestr siqaret və 2 ədəd alışqanın təhvil verilməsi nəzərə alınmış və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xocavənd rayon prokuroruna göndərilmişdir. (3-cü cild işin 100-131-ci vərəqi) İ İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmünün surətindən görünür ki, X28 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3.000 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, onun xx.xx.2017-ci il tarixdən hazırki vaxta kimi həbsdə saxlandığı müddət nəzərə alınmaqla, təyin edilmiş cəza yüngülləşdirilmiş və ona 2.000 manat cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, ona Beyləqan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan aylıq qazancının 10 % dövlət nəfinə tutulmaqla 1 il 2 ay müddətə islah işləri cəzası hazırki hökmlə təyin olunmuş cərimə cəzası ilə tamamilə birləşdirilməklə, üzərində qəti olaraq qazancının 10 % dövlət nəfinə tutulmaqla 1 il 2 ay müddətində islah işləri və 2.000 manat cərimə cəzası saxlanılmışdır. (2-ci cild işin 125-139-cu vərəqi) Göründüyü kimi X1 Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3.000 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, onun xx.xx.2017-ci il tarixdən hazırki vaxta kimi həbsdə saxlandığı müddət nəzərə alınmaqla, təyin edilmiş cəza yüngülləşdirilmiş və ona 2.000 manat cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, ona Beyləqan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan aylıq qazancının 10 % dövlət nəfinə tutulmaqla 1 il 2 ay müddətə islah işləri cəzası hazırki hökmlə təyin olunmuş cərimə cəzası ilə tamamilə birləşdirilməklə, üzərində qəti olaraq qazancının 10 % dövlət nəfinə tutulmaqla 1 il 2 ay müddətində islah işləri və 2.000 manat cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Lakin iş materiallarına əsasən müəyyən edilir ki, Sabirabad Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmü hazıradək icra edilməmişdir. Odur ki, həmin hökmün xx.xx.2018-ci il tarixdən hal-hazıradək icra edilməməsində və barəsində amnistiya aktı tətbiq edilməməsində təqsirləndirilən şəxs Ramin Cəfərovun heç bir təqsiri olmadığından, həmin hökmün yeni təyin ediləcək hökmə birləşdirilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilməz. Məhkəmə işdəki sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə törətmiş olduqları cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun peşman olmasını, şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 08 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə habelə Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun peşman olmasını, şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 08 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə habelə Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış və Xocavənd Rayon Polis Şöbəsində saxlanılan qalıq qalan 0,96 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq X5 142595 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 08 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 08 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Xocavənd Rayon Polis Şöbəsində saxlanılan qalıq qalan 0,96 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq X5 142595 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya protesti və ya apelyasiya şikayəti verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar