Azərbaycan Respublikası adından HÖKM Beyləqan şəhəri İş № 1(069)-14/2023 13.12.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Ağdam rayonu, Mərzili kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Xocavənd rayonu Suvarma sistemlərində fəhlə işləyən, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanmış, həmin cəzaya CMnin 70-ci maddəsi tətbiq edilib, 02 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, xx.xx.2023-cü il tarixə çəkilməmiş 01 (bir) il 05 (beş) ay 17 (on yeddi) gün cəzası qalmış, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, Xocavənd rayonu, 320 ailəlik qəsəbə ev 184-də məskunlaşıb yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 31 iyul 2023-cü il tarixdə, saat 23 radələrində Beyləqan rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində tanışları Şahid3, Şahid6 və Şahid2 ilə birlikdə Xocavənd rayon sakini Şahid4 məxsus dönərxanada çay içərkən əvvəlcədən tanıdığı Xocavənd rayonu Əmirallar kənd sakini Zərərçəkmiş şəxs görüb onu çay içməyə dəvət etmiş və söhbət zamanı Zərərçəkmiş şəxs 23 iyul 2023-cü il tarixdə Şahid4 hansı səbəbə görə döydüyünü soruşmuş, bu səbəbə görə ona iradını bildirmişdir. Təxminən 5- 10 dəqiqə bu mövzuda söhbət etdikdən sonra Zərərçəkmiş şəxs oradan çıxıb getmiş, bundan 10-15 dəqiqə sonra geri qayıdaraq dönərxananın qarşısından keçib evinə getmək istəyərkən o, Zərərçəkmiş şəxs yenidən həmin dönərxananın yanında yerləşən fəaliyyəti dayandırılmış kafenin həyətinə çağırmış, yenidən qeyd olunan mövzuda söhbət zamanı ona iradını bildirmiş, Zərərçəkmiş şəxs onun bu məsələyə qarışmamasını və Şahid4la öz aralarında olan mübahisənin ona heç bir aidiyyatının olmadığını dedikdə, o, Şahid4 yanında hörmət qazanmaq, dost və tanışlarına öz gücünü göstərmək və üstünlüyünü nümayiş etdirmək üçün xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs ağız nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi vuraraq sonuncunun alt və üst dodağın şişkinliyi, üst dodağın dodaq qızartısı, alt və üst dodağın selikli qişalarında solda yaralar, alt və üst dodağın selikli qişalarında qansızmalar, üst damaqda 21, 22, 23, 24-cü dişlərdə ll və lll dərəcəli laxlamalar, əng sümüyünün sınığı ilə nəticələnən xəsarətlər yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun qeyd edilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, müvafiq ekspert rəyləri və işin digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən iki il müddətdir ki, Xocavənd rayonunda yerləşən Suvarma Sistemlərində fəhlə kimi işləyir və 31 iyul 2023-cü il tarixdə, saat 18 radələrində həmin idarədən işdən çıxaraq, saat 18:00 radələrində Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinə gəlmişdir. Orada bir müddət gəzdikdən sonra saat 20:00 radələrində tanışları Şahid6, Şahid2, Teymur Quliyev və Samir Kərimovla birlikdə Xocavənd rayonu ərazisində yerləşən Park Restoran adlı kafeyə gedib yemək yemiş və spirtli içki qəbul etmişlər. Onlar həmin gün saat 22:00 radələrində həmin kafedən Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində yerləşən Şahid4 işlətdiyi dönərxananın qarşısındakı çay masasında əyləşib çay içməyə getmiş, həmin zaman Teymur Quliyev və Samir Kərimov oraya getməmişlər. Onlar orada çay içən zaman tanışı Zərərçəkmiş şəxs oraya gələrək, çay masasında əyləşmiş, hadisə baş verməmişdən bir neçə gün əvvəl o, dönərxananın sahibi Şahid4la zarafat etmiş və Zərərçəkmiş şəxs isə zarafata görə Şahid4la dalaşmışdır. Zərərçəkmiş şəxs Şahid4la dalaşdığından, həmin dönərxanada onunla nə üçün dalaşdığını soruşmuş və Zərərçəkmiş şəxs əsəbləşmişdir. Zərərçəkmiş şəxsla söhbət etmək üçün dönərxanın yanında fəaliyyəti dayanmış kafenin həyətinə getmiş, aralarında Zərərçəkmiş şəxsla təklikdə mübahisə başlamış və Zərərçəkmiş şəxs ağız nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vurmuş və oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs təxminən 5 ildir ki, tanıyır və onunla əvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs vuran zaman hər hansı əşya və vasitədən istifadə etməmiş, mübahisə zamanı ətrafda hər hansısa bir əmlaka ziyan yetirilməmişdir. Mübahisə baş verən yerə Şahid6 və Şahid2 ilə birlikdə getmiş, həmin vaxt orada Şahid3 və Şahid4 olmuşdur. Mübahisə zamanı ictimai qayda pozulmamış və dava 2-3 dəqiqə davam etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Ona görə də, məhkəmədən ona qarşı mərhəmətli olmağı xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən Xocavənd rayonu 500 ailəlik qəsəbədə yaşayır və orada təsərüffat işi ilə məşğul olur. Təqsirləndirilən şəxs 5 ildir ki tanıyır, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə onu Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində görüb Şahid4 nə üçün vurduğunu soruşduqda, o Şahid4la onun arasında olan məsələ olduğunu bildirmişdir. 31 iyul 2023-cü il tarixdə, saat 23 radələrində evə çörək almağa getmiş və bu zaman Təqsirləndirilən şəxs onu görərək əyləşdikləri dönərxanaya çağırmışdır. Oraya getdikdə Şahid3, Şahid6, Şahid4 və Şahid2 əyləşmiş və onlarla birgə əyləşib çay içmişdir. Təqsirləndirilən şəxs orada Şahid4 niyə vurduğunu soruşduqda, o yenidən Şahid4la onun arasında olan məsələ olduğunu bildirmişdir. Daha sonra çayı içmiş və oradan durub Fikrət Vəliyevin çayxanasına gedib pivə içmək qərarına gəlmiş, lakin ora bağlı olduğundan evə getmək istəmişdir. Evə gedən zaman onu görən Şahid3 dönərxanaya dəvət etmiş, oraya gedən zaman Təqsirləndirilən şəxs və Şahid3 dönərxananın yanında yerləşən fəaliyyəti dayanmış kafenin qarşısında ona nə üçün Şahid4 vurduğunu yenidən soruşmuşdur. Bu zaman o, qardaşı Şahid1 oraya çağırmış birlikdə söhbət etməyə bu zaman sağında duran Təqsirləndirilən şəxs onu sağ əli ilə ağız nahiyyəsindən yumruq zərbəsi ilə vurmuş, həmin vaxt orada Şahid3 olmuşdur. Təqsirləndirilən şəxs onu vuran zaman ağzı qanamış, dişlərinin sındığını hiss etmiş və möhkəm ağrı olmuşdur. Daha sonra qardaşı Şahid1 onu Xocavənd rayon xəstəxanasına aparmış, səhhəti ağır olduğundan Bakı şəhərinə getməyi bildirilmiş və 02 radələrində taksi ilə Bakı şəhərinə getmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəyən zərəri ödəmiş, münasibətləri yaxşıdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, gündəlik olaraq ev təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır və onunla aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 31 iyul 2023-cü il tarixdə tanışı Şahid5lə qəsəbə ərazisində yerləşən kafedə oturub pivə içmiş, təxminən 23 radələrində qardaşı Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək, Təqsirləndirilən şəxs tərəfindən döyülməsini bildirmiş və dönərxananın yanındakı fəaliyyəti dayanmış kafenin yanına gəlməyini bildirmişdir. Şahid5lə birgə oraya getmiş və qardaşının ağzının qan olduğunu və dişlərinin çıxdığını görmüşdür. Həmin vaxt orada Şahid6, Şahid2, Şahid3 və Şahid4 olmuşdur. Orada olan şəxslərdən nə baş verdiyini soruşduqda, onlar bu barədə heç bir məlumatlarının olmadığını bildirmiş, qardaşının Təqsirləndirilən şəxslə dalaşdığını bildirmişlər və bundan sonra qardaşı Zərərçəkmiş şəxs Xocavənd rayon mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, 31 iyul 2023-cü il tarixdə gün ərzində Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində olmuş, Təqsirləndirilən şəxslə günorta saat 13 radələrində görüşmüş və evə getmişdir. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxslə yenidən görüşmüş, saat 20 radələrində Şahid6, Samir Kərimov və Teymur Quliyev ilə birlikdə Park Restoran adlı kafeyə getmiş və spirtli içki qəbul etmişlər. Həmin gün saat 22 radələrində onlar Park Restoran adlı kafedən çıxıb Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində yerləşən Şahid4 işlətdiyi dönərxananın həyətyanı sahəsində çay içməyə getmişlər. Onlar oraya gedən zaman Teymur Quliyev və Samir Kərimov oraya getməmişlər. Şahid4 Təqsirləndirilən şəxs etdiyi zarafata görə Zərərçəkmiş şəxsla dalaşdığını və sonuncunun Şahid4 döyməsini bildirmişdir. Onlar orada olarkən tanışları Şahid3 və Zərərçəkmiş şəxs onların masasına əyləşib çay içmişlər. Həmin vaxt onun mobil telefonuna zəng gəlmiş və oradan getmişdir. Daha sonra o, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs dalaşdığını eşidib dönərxanaya getmiş və Zərərçəkmiş şəxs orada olduğunu görmüşdür. Oraya gələn zaman orada kənar şəxslər, səs-küy olmamış və hadisənin baş verməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Daha sonra oradan uzaqlaşaraq evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o, 2020-ci ildən Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində yaşayır. Zərərçəkmiş şəxs təxminən 2 aydır, Təqsirləndirilən şəxs isə 2 ildir ki, tanıyır və onlarla əvvəllər heç bir ədavət və düşmənçiliyi olmayıb. 31 iyul 2023-cü il tarixdə gün ərzində evdə olmuş və axşam saatlarında evdən çıxıb Şahid4 işlətdiyi dönərxanaya getmişdir. Oraya gedən zaman Şahid6, Təqsirləndirilən şəxs və Şahid4 orada çay içmiş və təxminən 2 dəqiqə sonra Zərərçəkmiş şəxs oraya gəlmişdir. Daha sonra onun mobil telefonuna zəng gəlmiş və telefonla danışmağa getmiş, o Şahid4 su istədiyini eşitmiş və oraya su aparan zaman Zərərçəkmiş şəxs üzünün qanadığını görmüşdür. Natiqə kömək etmiş və qardaşı Şahid1 gəlib Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Hadisədən sonra evə getmiş və hadisə baş verən zaman o, kənarda telefonla danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır, onunla ədavət və düşmənçiliyi olmamışdır. Yaşadığı qəsəbənin mərkəzində “Oba” market ticarət mərkəzinin yanında dönər bişirib satmaqla məşğul olur. Oraya arada bir müştərilərdən Şahid6, Şahid3, Şahid2, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs gəlib dönər almışlar. Həmin şəxslərlə onun yaxşı münasibəti olmuş və 31 iyul 2023-cü il tarixdə dönərxanaya getmiş, həmin gün axşam saat 22 radələrində Təqsirləndirilən şəxs, Şahid6, Mirqamət Balkişiyev işlədiyi dönərxananın qarşısındakı çay masasının ətrafında əyləşib çay içmişlər. Bu zaman ətrafda dayanmış Zərərçəkmiş şəxs onunla əyləşən şəxslər onu çay masasına dəvət etmiş, Zərərçəkmiş şəxs onların dəvətini qəbul edib onlarla birlikdə əyləşmişdir. Çay masası ətrafında Təqsirləndirilən şəxs bir gün əvvəl Zərərçəkmiş şəxs kəllə ilə onu vurmağının səbəbini soruşmuş, sonuncuya səhv hərəkət etdiyini bildirmiş və irad tutmuşdur. Çay masasının ətrafından Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qalxıb təxminən 15-20 metr kənara çəkilib yaxınlıqdakı işləməyən çayxananın həyətyanı sahəsinə getmişlər. Bundan beş dəqiqə sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir yumruq zərbəsi vurub oradan çıxıb getmişdir. Həmin an Zərərçəkmiş şəxs yanına getmiş, sonuncunun ağız nahiyəsində qan axdığını və özünü yaxşı hiss etmədiyini görmüşdür. Bu vaxt Şahid3 su gətirməsini bildirmiş, Şahid3 dönərxanadan bir vedrə su gətirmiş və onlar Zərərçəkmiş şəxs üzünə su vurub ona köməklik etmişlər. Hadisədən təxminən 15-20 dəqiqə sonra oraya Zərərçəkmiş şəxs qardaşı Şahid1 və qəsəbə sakini Şahid5 gəlmiş və onlarla birlikdə Zərərçəkmiş şəxs Xocavənd rayon mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, o, təxminən iki il müddətdir ki, Xocavənd rayonunda yerləşən Dost iş mərkəzində həkim köməkçisi işləyir və 31 iyul 2023-cü il tarixdə gün ərzində Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində olmuşdur. Həmin gün günortadan sonra tanışı Təqsirləndirilən şəxslə görüşmüş və onunla axşam saatlarında Park Restoran adlı kafedə yemək yemək qərarına gəlmişdir. Axşam təxminən saat 20 radələrində Şahid2 və Təqsirləndirilən şəxslə görüşüb qəsəbə ərazisində yerləşən “Park Restoran” adlı kafeyə getmiş və təxminən yarım saat sonra Teymur Quliyev və Samir Kərimov oraya gəlmişdir. Onlar orada yemək yemiş və spirtli içki qəbul etmiş, təxminən saat 22 radələrində onlar oradan qalxmış və Şahid2 və Təqsirləndirilən şəxs piyada Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində yerləşən Şahid4 dönərxanasına getmiş və həyətdə çay içmişlər. Çay içən zaman orada Şahid4 və Şahid3 olmuş, sonradan tanıdığı Zərərçəkmiş şəxs gəlmişdir. Həmin vaxt onun telefonuna zəng gəlmiş və o, oradan çəkilərək telefonla danışmışdır. Telefonla danışan zaman Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs dalaşdığını eşitmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 ibtidai araşdırma zamanı şahid qismində ifadə verərək göstərmişdir ki, o, 2008-ci ildən ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır və onunla ədavət və düşmənçiliyi olmamışdır. 31 iyul 2023-cü il tarixdə, saat 22 radələrində tanışı Şahid1 zəng vurub onunla Fikrət Vəliyevə məxsus kafedə pivə içməyi təklif etmiş və saat 23 radələrində onunla oraya getmişdir. Təxminən 15 dəqiqə sonra Şahid1 telefonuna zəng gəlmiş, onunla getməsini bildirmiş və o, zaman nə baş verdiyini bilməmişdir. Onlar Şahid4 dönərxanasına çatdıqda Şahid1 qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bilmişdir. Oraya gedən zaman Şahid6, Şahid4, Şahid2, Şahid3 və Zərərçəkmiş şəxs olmuşdur. O, zaman Zərərçəkmiş şəxs damağının qanadığını, dişlərinin sındığını görmüş və sonuncunu Xocavənd rayon mərkəzi xəstəxanasına aparmışlar. 01 avqust 2023-cü il tarixdə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs Bakı şəhərinə yola salmışlar. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 72 nömrəli alkoqolun qəbul faktı və sərxoşluq vəziyyətini təstiq edən tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs sərxoşluq əlamətləri yoxdur. (1-ci cild işin 5-ci vərəqi) İş materiallarında olan xx.xx.2023-cü il tarixli 76 nömrəli alkoqolun qəbul faktı və sərxoşluq vəziyyətini təstiq edən tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq təyin olunmamışdır. (1-ci cild işin 9-cu vərəqi) İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisindən Beyləqan rayonu istiqamətində asfalt yolun sağ hissəsində olmaqla, yerləşir. Hadisə yerinin baxışında iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu yumruqla vurduğu yeri əyani olaraq baxışa təqdim etdi. Həmin yer qırmızı rəngli tikilinin qarşısı olmaqla, sağ hissəsi dəmir lövhəciklərlə bağlı, ön və sol tərəfdən isə müxtəlif növ ağaclarla əhatə olunmuşdur. Həmin iaşə obyektinin heç bir təhlükəsizlik kamerası yoxdur və ora yaxın ətraflarda hadisə yerini müşahidə edən kameraya rast gəlinmədi. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs təqdim etdikləri yerdə və ətrafda hər hansı küt əşya, kəsicideşici alətə rast gəlinmədi. Həmin hadisə yeri asfalt yoldan 15 metr kənarda yerləşir, ətrafda və yaxınlığında yaşayış məntəqəsi yoxdur. (1-ci cild işin 17-18-ci vərəqi) İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertizası və X2” X9 xx.xx.2023-cü il tarixli, 559 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər- sağ əlin 3-cü barmağının 3-cü falanqası proyeksiyasında arxa səthində yara bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (1-ci cild işin 66-67-ci vərəqi) İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertizası və X2” X9 xx.xx.2023-cü il tarixli, 560 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər - alt və üst dodağın şişkinliyi, üst dodağın dodaq qızartısı nahiyəsində, alt və üst dodağın selikli qişalarında solda yaralar, alt və üst dodoğın selikliqişalarında qansızmalar, üst damaqda 21, 22, 23, 24-cü dişlərdə ll-lll dərəcəli laxlamalar, əng sümüyünün sınığı bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. (1-ci cild işin 68-69-cu vərəqi) İş materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx xxxxxx 1987-ci il tarixdə doğulmuşdur. (1-ci cild işin 84-cü vərəqi) İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertizası və X2” X9 xx.xx.2023-cü il tarixli, 2790/K saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (1-ci cild işin 120-123-cü vərəqi) İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertizası və X2” X9 xx.xx.2023-cü il tarixli, 2471 saylı kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq aşkar olunur. İnadkarlıq, tez özündən çıxmaq, kobudluq, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranma səbəbləri situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətdən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. (1-ci cild işin 140-144-cü vərəqi) İş materiallarında olan Xocavənd RİH Başçısının Qaradağlı İƏD üzrə nümayəndəsinin 03 oktyabr 2023-cü il tarixli, 5-52-7/2-447 №-li arayışından görünür ki, Qaradağlı kənd sakini Təqsirləndirilən şəxs hal-hazırda məcburi köçkün kimi müvəqqəti olaraq Xocavənd rayonu, 320 ailəlik qəsəbədə 184 nömrəli evdə arvadı X3 və qızı X4 məskunlaşıb yaşayır. (1-ci cild işin 157-ci vərəqi) İş materiallarında olan Xocavənd RİH Başçısının Qaradağlı İƏD üzrə nümayəndəsinin 03 oktyabr 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Sarıyev X5 RİH Başçısının Qaradağlı İƏD üzrə nümayəndəliyinin işçi kollektivinə qarşı hər zaman diqqətli, əxlaqlı davranış, nümayəndəliyin bütün çağırış və tapşırıqlarını hər zaman diqqələ qarşılamış, yerinə yetirmişdir. (Buna nümunə 2020-ci ildə 44 günlük Vətən müharibəsində demək olar ki, Xocavənd rayonunda ilk Səbərbərliyə çağırılan və nümayəndəliyin xəbərdarlığını alan kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinə getmiş və hal-hazırda Vətən müharibəsi veteranıdır). İşləyir, ictimayət arasında davranış qaydaları qənaətbəxş deyil və adı mübahisəli (münaqişəli) məsələlərdə tez-tez hallanır. O, 2013-2018-ci illər tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən həbsdə olmuşdur. (1-ci cild işin 158-ci vərəqi) İş materiallarında olan 07 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsilə cinayət təqibinə xitam verilmiş, icraatın bu hissəsinə aid olan materiallar cinayət işindən ayrıca icraata ayrılaraq, müəyyən edilmiş qaydada dəftərxanada saxlanılması üçün rayon prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsasatlarla bağlı cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs hadisə zamanı dərəcəsi təyin edilməyən bədən xəsarəti almasında hər hansı bir şəxsin təqsiri olmadığından həmin xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından barəsində həmin xüsusatlarla bağlı cinayət işinin başlanması rədd edilmiş, Şahid4 əməlində oğurluq cinayətinin və xırda talama inzibati xətasının tərkib əlaməti olmadığından həmin xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs dava zamanı Zərərçəkmiş şəxs hər hansı bir küt əşya və ya dəmir parçası ilə vurması istintaq sənədləri ilə təsdiq olunmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmiş, “Hadisə yerinə baxış keçirilməsi”, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolu, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 559 nömrəli, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 560 nömrəli, məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2471 saylı rəyi və digər istintaq sənədləri həmin cinayət təqibi üzrə sübut hesab olunmuş və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xocavənd rayon prokuroruna göndərilmişdir. (1-ci cild işin 179-189-cu vərəqi) İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən zərər ödənilmiş, münasibətləri yaxşıdır, heç bir şikayət və tələbi yoxdur. Qeyd etdiklərini nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd Rayon Bölməsinin xx.xx.2023-cü il tarixli, 124 nömrəli məktubundan görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikasının “Səfərbərlik hazırlığı və Səfərbərlik haqqında” Qanununa əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və müvafiq hərbi hissəyə təhvil verilmiş və xx.xx.2021-ci il tarixdə ehtiyata buraxılmışdır. Xəsarət nəticəsində əlilik dərəcəsi olması barədə heç bir məlumat yoxdur. xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsində hərbi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli Sərəncamı ilə verilmiş Azərbaycan Respublikasının Baş X10 imzası və möhürü ilə təsdiqlənmiş № İ-69255 nömrəli “Vətən müharibəsi iştirakçısı” medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsinin” iştirakçısıdır. İş materiallarında olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi” zamanı döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan AA3093965 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 (fərdi identifikasiya nömrəsi 6U994DU) 01 oktyabr 2013-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin 13 dekabr 2023-cü il tarixli, 130857/2023 saylı məktubundan görünür ki, Xocavənd Rayon Məhkəməsinin 1(069)-2/2023 saylı, 10 may 2023-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il sınaq müddəti ilə şərti cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixə çəkilməmiş 01 il 05 ay 17 gün müddətə şərti cəzası qalmışdır. Məhkəmə işdəki sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuşdur. İş materiallarından və Azərbayan Respublikası DİN-in BƏSİİ-nin məhkumluq haqqında 19 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Sarıyev X6 Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 13 may 2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, həmçinin xx.xx.2023cü il tarixdə Xocavənd Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən, 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti təyin edilməklə şərti təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən müəyyən edilir ki, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, məcburi köçkün olmasını, “Vətən müharibəsi” zamanı döyüş əməliyyatlarında iştirak etməsini, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini CM-nin 59.2-ci maddəsinə, himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsdən üzür istəməsini, zərərçəkmiş şəxsin onunla barışmasını və ondan şikayətinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi olması cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlik dərəcəsini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 127.2.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını məqsədəuyğun sayır. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 №-li Qərarının 5-ci hissəsinin “c” bəndinə əsasən, “şərti məhkum edilən şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz”. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasının əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və məhkəmə iclas zalından dərhal həbs edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Xocavənd Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmünə əsasən, təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Xocavənd Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyinmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə, ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protest verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №1(069)-14/2023
Xocavənd Rayon Məhkəməsi Hökm — İş №1(069)-14/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver