Məhkəmə qərarları › İş №1(069)-4/2024

Xocavənd Rayon Məhkəməsi Hökm — İş №1(069)-4/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan şəhəri İş № 1(069)-4/2024 27.06.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, "xxxx" MMCnin direktoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2 və 314.1-ci maddəsi, xx.xx.1994-cü ildə Göygöl şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, "xxxx" MMC-də partlayıcı işləyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Daşkəsən rayonu, Quşçu kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanında təsis edilmiş, 19 avqust 2009-cu il tarixdə dövlət qeydiyyatına alınmaqla “mədənçıxarma sənayesinin digər sahələrində xidmətlərin göstərilməsi” fəaliyyət növləri ilə məşğul olan "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən partlayış işlərinin görülməsi ilə əlaqədar partladıcı maddələrin dağılması zamanı əmələ gələn qəlpə və qırıntıların təsirindən adamların qorunması üçün təhlükəsiz məsafə göstərilmiş layihə və pasportlar hazırlanmasını təmin etmədən, Əhmədbəyli- Füzuli-Şuşa avtomobil yolunun 34-51-ci km-də tikinti işlərinin aparılması zamanı sərt süxurların xırdalanması məqsədilə qazma-partlayış işlərinin yerinə yetirilməsi və bu işlərin aparılmasına rəhbərliyin edilməsi məqsədilə qanuna müvafiq qaydada rəhbər təyin edərək, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və Dağmədən X5 müvafiq icazə almadan həmin işlərin icrasına yol verməklə, həmçinin rəhbəri olduğu məhdud məsuliyyətli cəmiyyətdə 12 aprel 2021-ci il tarixdə fəhlə peşəsində işə qəbul edilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində, eləcə də həmin nazirlik tərəfindən lisenziya verilmiş qurumda partladıcı vəzifəsində zəruri attestasiya komissiyasından və yoxlamadan keçməmiş Təqsirləndirilən şəxs2 partladıcı vəzifəsi üzrə işlərin görülməsinə cəlb etməklə, “Partlayış işlərində vahid təhlükəsizlik qaydaları”nın 7, 54 və 164-cü bəndlərinin və "xxxx" MMC-nin direktoru ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilənin 4.13 bəndinin tələblərini pozmaqla, işinə laqeyd münasibət göstərmiş və öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla səhlənkarlıq etmiş, həmçinin partlayış işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozaraq insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmaqla, qeyd edilən müqavilə əsasında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 34-51-ci kilometrlərdə tikinti işlərinin aparılması məqsədilə sərt süxurların xırdalanması üçün qazma-partlayış işlərinin yerinə yetirilməsi zamanı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 50.4-cü kilometrliyində “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisində yerləşən düşərgənin yaxınlığında qayalıq sahənin partladıcı maddə və qurğularla partladılması işlərinin görüldüyü ərazidə, insanlar üçün daimi və potensial təhlükəli istehsalat faktorları olan zonada adamların, texnikanın və sair təhlükəsiz əraziyə (məsafəyə) keçirilməsini təmin etməyərək, 22 may 2023-cü il tarixdə, saat təxminən 16:40-da Təqsirləndirilən şəxs2 tərəfindən “PM və ANFO” markalı partlayıcı maddələrdən istifadə etməklə, hazırlanmış qurğunun partladılması əməliyyatının həyata keçirilməsinə yol verməklə, partlayış işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozaraq, insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmaqla, partlayış nəticəsində qaya parçalarının ətrafa səpələnməsi zamanı partlayışın olduğu yerdən 70 metr məsafədə “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus düşərgə ərazisində işləyən “Akkol Hazır yemek, Sanayi və Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı filialının çörəkçi köməkçisi işləmiş Zərərçəkmiş şəxs1 sağ dirsək oynağının travmatik zədələnməsi, sümük sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmasına, “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə icarə müqaviləsi əsasında sürücü işləyən Zərərçəkmiş şəxs2 “sağ xaya və cinsiyyət üzvünün əzilməsi”, “Akkol Hazır yemek, Sanayi və Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı filialının qəssabı işləyən Zərərçəkmiş şəxs4 sol dirsək oynağı nahiyəsində sıyrıq, qabyuyan işləmiş Zərərçəkmiş şəxs3 sağ said nahiyəsində qançır və aşpaz işləmiş Zərərçəkmiş şəxs5 sol mil-bilək oynağı nahiyəsində qançır xəsarəti ilə nəticələnən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər almalarına, hüquqi şəxs “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus düşərgədə yerləşən tikililərin dam örtüyü, alçıpan, profil və dəmirdən qurulmuş divarlara, su çəni, aliminium profillər, plastik materialdan olan zibil qabına və pəncərə toruna dəyərək zədələməsi və məhv etməsi nəticəsində 11.122,40 (on bir min yüz iyirmi iki manat qırx qəpik) manat məbləğində maddi zərərin vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci və 314.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun göstərilən cinayət əməllərini törətməsi məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə-tibb və məhkəmə ekspertizalarının rəyləri, habelə işin digər halları ilə sübuta yetirilir. Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanında təsis edilmiş, 19 avqust 2009-cu il tarixdə dövlət qeydiyyatına alınmaqla, “mədənçıxarma sənayesinin digər sahələrində xidmətlərin göstərilməsi” fəaliyyət növləri ilə məşğul olan "xxxx" MMC-də partladıcı işləyərkən, “Partlayış işlərində vahid təhlükəsizlik qaydaları”nın 53, 165, 167-ci bəndlərinin, həmçinin fəhlə peşəsində işə qəbul edilərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində, eləcə də həmin nazirlik tərəfindən lisenziya verilmiş qurumda partladıcı vəzifəsində zəruri attestasiya komissiyasından və yoxlamadan keçmədən “Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin tələblərini qəsdən pozaraq, "xxxx" MMC-nin direktoru ilə "xxxx" MMC-nin direktoru arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqaviləyə əsasən, Əhmədbəyli- Füzuli-Şuşa avtomobil yolunun 34-51-ci kilometrlərdə tikinti işlərinin aparılması zamanı sərt süxurların xırdalanması məqsədilə qazma-partlayış işlərinin yerinə yetirilməsi ilə bağlı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 50.4-cü kilometrliyində “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisində yerləşən düşərgənin yaxınlığında qayalıq sahənin quraşdırdığı partladıcı vasitələrlə partladılması işlərin görüldüyü ərazidə insanlar üçün daimi və potensial təhlükəli istehsalat faktorları olan zonada olan adamların, texnikanın və sairin təhlükəsiz əraziyə (məsafəyə) keçirilməsi təmin olunmadığı halda “PM və ANFO” markalı partlayıcı maddələrdən istifadə etməklə, hazırlanmış qurğunu 22 may 2023-cü il tarixdə, saat təxminən 16:40-da xüsusi vasitələrdən istifadə edərək, partlatmaqla partlayış işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozaraq, insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmaqla partlayış nəticəsində qaya parçalarının ətrafa səpələnməsi zamanı partlayışın olduğu yerdən 70 metr məsafədə “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus düşərgə ərazisində işləyən “Akkol Hazır yemek, Sanayi və Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı filialının çörəkçi köməkçisi işləmiş Zərərçəkmiş şəxs1 sağ dirsək oynağının travmatik zədələnməsi, sümük sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmasına, “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə icarə müqaviləsi əsasında sürücü işləyən Zərərçəkmiş şəxs2 “sağ xaya və cinsiyyət üzvünün əzilməsi”, “Akkol Hazır yemek, Sanayi və Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı filialının qəssabı işləyən Zərərçəkmiş şəxs4 sol dirsək oynağı nahiyəsində sıyrıq, qabyuyan işləmiş Zərərçəkmiş şəxs3 sağ said nahiyəsində qançır və aşpaz işləmiş Zərərçəkmiş şəxs5 sol mil-bilək oynağı nahiyəsində qançır xəsarəti ilə nəticələnən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər almalarına, hüquqi şəxs “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus düşərgədə yerləşən tikililərin dam örtüyü, alçıpan, profil və dəmirdən qurulmuş divarlara, su çəni, aliminium profillər, plastik materialdan olan zibil qabına və pəncərə toruna dəyərək zədələməsi və məhv etməsi nəticəsində 11.122,40 (on bir min yüz iyirmi iki manat qırx qəpik) manat məbləğində maddi zərərin vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə-tibb və məhkəmə ekspertizalarının rəyləri, habelə işin digər halları ilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 222.2-ci və 314.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 5 nəfərdən ibarət olmaqla, bir nəfər partladıcı Təqsirləndirilən şəxs2, 2 nəfər fəhlə və iki nəfər sürücüdən ibarət qrup tünd yaşıl rəngli “Kamaz” və ağ rəngli “Ford transit” markalı avtomobillərlə Daşkəsən rayonundan Xocavənd rayonunun işğaldan azad edilmiş Böyük Tağlar kəndi ərazisində "xxxx" MMCnin sifarişi əsasında qayalıqların partladılması məqsədilə göndərilməsinə aparıcı mühəndis Şahid1 göstəriş vermişdir. Həmin şəxsi heyət orada sifarişçi "xxxx" MMC-nin tapşırğına əsasən, qeyd olunan quyulara partladıcı maddələr yerləşdirərək həmin ərazini partlatmalı olmuşlar. Belə ki, quyuların bir qismi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 50.4-cü km-liyində yerləşir. Şəxsi heyətin başlıca vəzifəsi həmin quyuların içərisinin “PM” və “ANFO” markalı partladıcı maddələrlə dolduraraq göstərilən qayalıq ərazinin partladılması olmuşdur. Partlayış baş vermiş gündən sonrakı gün, xx.xx.2023-cü il tarixdə ofisdə olduğu zaman aparıcı mühəndis Şahid1 ona yaxınlaşaraq, Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisində yerləşən partlatma sahəsində partlayış nəticəsində bədbəxt hadisənin baş verdiyini, hadisə nəticəsində bir nəfər şəxsin xəsarət aldığını bildirmiş, o da Şahid1 dərhal həmin xəsarət alan şəxslə bağlı maraqlanması, həmin şəxsə baş çəkməsi, mövcud problemləri ilə maraqlanıb həll etməyə çalışması və mütəmadi ona məlumat verməsi ilə bağlı tapşırıq vermişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs2 digər fəhlə və sürücülərlə birlikdə olmuş, partlayışla bağlı rəhbərlik etdiyi şirkətin əməkdaşlarından ona heç kim göstəriş verməmiş, sonradan onda olan məlumata görə həmin vaxt orada olan "xxxx" MMC-nin əməkdaşları ətraf ərazinin təmiz olduğunu bildirmiş, bundan sonra partlayışı Təqsirləndirilən şəxs2 həyata keçirmişdir. Tabeliyində olan sürücü, partladıcı və mühəndis vəzifələrində olan şəxslərin hər biri FHN-də nəzərdə tutulmuş sertifikatlaşdırmadan keçərək həmin sertifikatı almış, əməliyyatlara da sertifikatlaşdırılmış işçilər cəlb olunmuşdur. Təlimata görə əməliyyat keçirilməli olan sahədə təyin edilmiş məsul şəxs “Sifarişçi” şirkətin əməkdaşından 3 dəfə həmin ərazinin təmizlənməsi ilə bağlı soruşur, həmin ərazidən insanlar, heyvanlar və texnikaların evakuasiya olunması əməkdaşlar tərəfindən dəqiqləşdirilir, bundan sonra partlayış əməliyyatı həyata keçirilir. Baş vermiş hadisə zamanı evakuasiyon məsafə onda olan məlumata görə az miqdarda, 100-200 metr aralığında olmuşdur. Həmçinin partlayış hər hansı yaşayış məntəqəsi yaxınlığında olduqda partladıcı tərəfindən normadan az olmaqla partladıcı maddə təyin edilə bilər, partlayış sahəsindəki dağıntının miqyası və səpələnmə istiqamətini partladıcı və mühəndis müəyyənləşdirir və sonuncuların səlahiyyəti daxilindədir. Sonradan Şahid1 aldığı məlumata görə həmin sahəyə rəhbər kimi mühəndis Şahid7 yönləndilmiş, lakin Zəngilan rayonundan gəldiyi zaman şirkətə məxsus avtomobil xarab olduğu üçün yolda qalmış və partlayış sahəsinə çata bilməmişdir. Daxili təlimata əsasən, mühəndisin iştirakı olmadan partlayış əməliyyatı həyata keçirilə bilməz, ilk dəfədir ki, belə bir halla rastlaşmışlar. Belə ki, hər bir partlayış əməliyyatlarında mühəndisin iştirakı təmin edilmiş və ümumilikdə mühəndisin iştirakı zəruridir. Əlavə olaraq partlayış üçün konkret olaraq təhlükə mühəndis tərəfindən göründüyü halda sifarişçi tərəfindən partlayış əməliyyatının həyata keçirilməsi təkid olunduqda mühəndis baş ofisə elektron müraciət ünvanlayır və partlayış əməliyyatının həyata keçirilməsindən imtina edir. Qeyd olunan müraciət rəhbərlik tərəfindən təhlil olunduqdan sonra son qərar qəbul edilir. Gündəlik təlimatlandırmalar mühəndis və əməyin mühafizəsi üzrə mütəxəssis tərəfindən həyata keçirilir. Lakin həmin gün mühəndis Şahid7 partlayış sahəsinə çata bilmədiyinə görə təlimatlandırmalar edilməmişdir. Həmin ərazidə sülhməramlı qazma-partlayış işlərinin həyata keçirilməsinə Fövqəladə Hallar Nazirliyi tərəfindən icazə verilməsi məqsədilə həmin quruma onun tərəfindən "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilədən sonra müraciət olunmuş, həmin müraciət əsasında Fövqəladə Hallar Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixədək icazə verilmişdir. Hazırda “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə vurulmuş 11.122,40 (on bir min yüz iyirmi iki manat qırx qəpik) manat məbləğində maddi zərər tamamilə ödənilmiş, digər zərərçəkmiş şəxslərlə də barışmış və onlara dəymiş zərəri ödəmişlər. Ona görə də, işə ədalətli baxıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 222.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 5 nəfərdən ibarət olmaqla o, 2 nəfər fəhlə Şahid3 və Şahid9 və iki nəfər sürücü Şahid11, Şahid12 ibarət qrup şəklində olmaqla, tünd yaşıl rəngli “Kamaz” və ağ rəngli “Ford Transit” markalı avtomobillərlə Daşkəsən rayonundan Xocavənd rayonunun işğaldan azad edilmiş Böyük Tağlar kəndi ərazisində "xxxx" MMCnin sifarişi əsasında qayalıqların partladılması məqsədilə aparıcı mühəndis Şahid1 tərəfindən göndərilmişlər. Onlar orada sifarişçi "xxxx" MMC-nin tapşırığına əsasən, ümumilikdə 119 quyuya partladıcı maddələr yerləşdirərək həmin ərazini partlatmalı olmuşlar. Belə ki, 119 quyunun 45 ədədi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun hadisə baş vermiş ərazisində yerləşir. Onların başlıca vəzifələri həmin quyuların içərisinin “PM” və “ANFO” markalı partladıcı maddələrlə dolduraraq göstərilən qayalıq ərazinin partladılması olmuşdur. Həmin gün təxminən saat 11:30-da qeyd etdiyi ünvana çatmışlar, oraya çatdıqdan sonra sahə rəisi Şahid6 ona qazılmış 45 ədəd quyunun yerini göstərmişdir. Quyuların hər birinin dərinliyi 2-2,5 metr, diametri isə 102 mm olmuşdur. Bundan sonra şirkətin fəhlələri olan Şahid3 və Şahid9 “PM” və “ANFO” markalı partladıcı maddələri gətirmələrini bildirmiş, hər bir quyunun içərisinə 1 ədəd “PM” partladıcı maddəsi olan standart ölçülü 0,475 kq olan bağlama və başlıq hissəsində 7-8 sm ölçüdə alışdırıcı kapsul olan MS (milli saniyə) naqili ilə birləşdirmiş və onun da üzərinə 700-800 qram “ANFO” partladıcı maddəsini əlavə etmiş, bundan sonra üst hissədə detonator qaytanı ilə MS naqilini birləşdirib 500 metr uzunluğunda naqili təhlükəsiz əraziyə çəkmişdir. Qeyd etdiyi proseduru saat təxminən 16:30-da bitirmiş, bundan sonra orada olan Şahid6 və digər işçiyə partlayış sahəsində ola biləcək canlıların və texnikanın çıxarılmalı olmasını şifahi şəkildə bildirmiş, sonuncular da "xxxx" MMC-nin əməkdaşlarını ərazidən kənarlaşdırmışlar. “Zəfər yolu”-nun hər iki istiqamətdən bağlanılmalı olduğunu bildirmiş və bağladıqdan sonra ona məlumat vermələrini demişdir. Təxminən 10-15 dəqiqə sonra yolların bağlı olduğu və heç bir şəxsin olmadığı ona bildirildikdən sonra naqili alışdırma mexanizminə qoşaraq partlayışı həyata keçirmişdir. Partlayış zamanı çoxlu miqdarda daş parçaları ətrafa səpələnmiş, 15 dəqiqə sonra digər partlayış həyata keçirilmiş, toz dağıldıqdan sonra əraziyə baxış keçirilməsi üçün gəldikləri zaman yaxınlıqda yerləşən “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsindən işçilər gələrək nə üçün məlumat verilmədən partlayışın həyata keçirildiyini və nəticədə bir nəfər şəxsin qoluna daş dəyməsi nəticəsində qırılmasını bildirmişlər. O, da həmin şəxslərə "xxxx" MMC-nin əməkdaşlarının heç bir şəxsin olmadığını bildirdiklərinə görə partlayışı həyata keçirdiyini demişdir. Daha sonra Laçın rayonu ərazisində növbəti partlayış əməliyyatı olduğuna görə gecikdikləri üçün həmin ərazini tərk etməli olmuşdur. Laçın rayonuna getdikləri zaman aparıcı mühəndis Şahid1 ona zəng edərək, bir neçə nəfərin xəsarət aldığını, hadisə baş vermiş ərazini tərk etməməli olduqlarını bildirmişdir. Partlayış əməliyyatını həyata keçirən zaman həmin hadisələrin baş verəcəyini güman etməmiş, ehtiyatsızlıqdan həmin nəticələr baş vermişdir. Həmçinin hər bir quyunun içərisinə 1 ədəd “PM” partladıcı maddəsi olan standart ölçülü 0,475 kq olan bağlama və təxminən 700-800 qram miqdarında “ANFO” markalı partlayıcı maddədən istifadə olunmuşdur. Hər bir quyunun içərisinə bir ədəd “PM” markalı partlayıcı maddə olan standart ölçülü bağlama atılır, onun üzərinə isə quyunun dərinliyinin diametrinə vurulmasından alınan nəticəyə uyğun olaraq “ANFO” markalı partlayıcı maddə əlavə olunur. Hadisə baş verdiyi yerdə normadan dəfələrlə az miqdarda “ANFO”-dan istifadə etmiş, hadisə baş verdiyi gün ümumilikdə həmin ərazidə 119 quyuya partlayıcı maddə istifadə etmiş, onun qeyd etdiyi 45 quyuya 700-800 qram, digər quyulara isə normada qeyd edilən təxmini olaraq ümumilikdə 35 kq “ANFO” istifadə olunmuşdur. Partlayış zamanı partlayış sahəsindəki dağıntının miqyası və səpələnmə istiqaməti onun tərəfindən müəyyənləşdirilir, müvafiq qiymətləndirmə aparıldıqdan sonra qərar qəbul edilir. Onlara rəhbərliyi mühəndis Şahid7 həyata keçirmək üçün təyin edilmiş, lakin Zəngilan rayonundan gəldiyi zaman şirkətə məxsus avtomobil xarab olduğu üçün yolda qalmış və partlayış sahəsinə çata bilməmişdir. Daxili təlimata əsasən, mühəndisin iştirakı olmadan partlayış əməliyyatı həyata keçirilə bilməz, ilk dəfədir ki, belə bir halla rastlaşmışlar. Gündəlik təlimatlandırmalar mühəndis tərəfindən həyata keçirilir, lakin hadisə günü mühəndis Şahid7 partlayış sahəsinə çata bilmədiyinə görə təlimatlandırmalar edilməmiş və rəhbərlik edə bilməmişdir. Fövqəladə Hallar Nazirliyinin razılığı ilə "xxxx" MMC-də xx.xx.2021-ci il tarixdə 4 günlük təlim keçmiş, həmin təlimin sonunda “Partladıcı şəxsin vahid kitabçası” sertifikatını almışdır. Hazırda “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə vurulmuş 11.122,40 (on bir min yüz iyirmi iki manat qırx qəpik) manat məbləğində maddi zərər tamamilə ödənilmiş, digər zərərçəkmiş şəxslərlə də barışmış və onlara dəymiş zərəri ödəmişlər. Ona görə də, işə ədalətli baxıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 50.4-cü km-liyində "xxxx" MMC tərəfindən həyata keçirilmiş partlayış əməliyyatı nəticəsində şirkətin həmin ərazidə yerləşən düşərgəsinə 11.122,40 (on bir min yüz iyirmi iki manat qırx qəpik) manat məbləğində maddi ziyan vurulmuş və vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Xocavənd rayonunun işğaldan azad olunmuş Böyük Tağlar kəndi ərazisində yerləşən “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus düşərgədə yerləşən çörək bişirmək üçün nəzərdə tutulmuş tikili ilə onun sağ tərəfində yerləşən tikilməkdə olan qab yumaq üçün nəzərdə tutulan tikilinin arasında dayandığı zaman qəflətən sol tərəfində partlayış səsi eşitmişdir. Bundan sonra həyəcanlanıb partlayış baş vermiş ərazinin əks istiqamətinə, mətbəxin qarşısına doğru qaçmağa başlamış, bu zaman sağ qolunun dirsək nahiyəsinə arxadan zərblə daş parçasının dəyməsini hiss etmiş, daha sonra həmin nahiyə ağırlaşmağa başlamış və qolunu digər əli ilə tutaraq qaçmağa davam etmişdir. Mətbəxin giriş hissəsinə çatdıqdan sonra qarşısında stul görmüş və həmin stulda əyləşmiş, bu zaman iş yoldaşları onu görüb yanına gəlmiş, həmin vaxt sağ qolundan qan axmağa davam etmiş, 2-3 dəqiqə sonra şirkətə məxsus təcili tibbi yardım avtomobili gələrək, həmin avtomobilə o, əyləşdikdən sonra “Füzuli rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsə təxliyə olunmuşdur. Xəstəxanada ilkin tibbi yardım olaraq rentgen müayinəsindən keçirilmiş, rentgen müayinəsi zamanı sağ qolunun dirsək nahiyəsində sümüyün qırılması müşahidə olunmuşdur. Daha sonra həmin hissəyə sarğı qoyularaq əməliyyat olunmağı üçün ixtisaslaşmış xəstəxanaya getməli olduğu bildirilmişdir. Buna görə də, Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna getmiş, saat 23:40-da həmin xəstəxanaya çatmış, orada tibbi yardım olaraq xəsarət aldığı hissədən qanaxmanın dayandırılması üçün keyidilərək tikilmiş, daha sonra gips qoyulmuş, rentgen müayinəsindən keçirilmiş və palataya yerləşdirilmişdir. 24 may 2023-cü il tarixdə, saat təxminən 12:20-də sağ qolundan əməliyyat olunmağı üçün əməliyyat otağına aparılmış və əməliyyat zamanı özündə olmamış, əməliyyat olunaraq həmin hissədə olan zədələnmiş sinirləri tikilmiş və sümüyünün qırılmış hissəsi çıxarılmışdır. 30 may 2023-cü il tarixədək qeyd etdiyi xəstəxanada stasionar olaraq müalicə almış, daha sonra yaşadığı ünvana getmişdir. Həmçinin partlayış baş verdiyi ərazidən düşərgə istiqamətinə gəldikdə hadisə zamanı olduğu yerə qədər olan məsafə təxmini olaraq 50-60 metr olmuşdur. Həmin ərazidə hər hansı partlayışın aparılacağı ilə bağlı nə ona, nə də işlədiyi şirkətə hər hansı formada məlumat verilməmişdir. Baş vermiş hadisə ilə bağlı hər hansı şikayət və ya tələbi yoxdur. Aldığı xəsarətlə əlaqədar tibbi xərcləri "xxxx" MMC tərəfindən qarşılanmışdır. Halhazırda sağ qolundan normal istifadə edə bilir. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir şikayət və maddi tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Xocavənd rayonunun işğaldan azad olunmuş Böyük Tağlar kəndi ərazisində yerləşən “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus düşərgədə yerləşən çamaşırxanada yerləşən paltaryuyan kilidə düşdüyünə görə həmin çamaşırxanaya getmişdir. Həmin paltaryuyanın kilidini açdıqdan sonra çamaşırxananın ikinci mərtəbəsindəki eyvanına çıxıb orada söhbət edərkən, bu zaman qəflətən güclü partlayış səsi eşitmiş və daş parçalarının ətrafa saçıldığını görmüş, həmin vaxt bir neçə daş parçası onun qasıq nahiyəsinə və cinsiyyət orqanına dəymiş və o, döşəmənin üzərinə yıxılmışdır. Daha sonra ayağa qalxıb yaxınlıqda olan stulda əyləşmiş, bundan sonra şirkətə məxsus avtomobil vasitəsilə orada işləyən iş yoldaşları onu düşərgədə yerləşən tibb məntəqəsinə aparmışlar. Həkim tərəfindən müayinə oldunduğu zaman həmin hissədə şişkinlik və göyərmə izləri müşahidə etmiş, həkim xəsarət aldığı nahiyəyə məlhəm çəkdikdən sonra “Füzuli rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsə getmişdir. Orada müayinə olunduqdan sonra düşərgəyə qayıtmış, növbəti gün müayinə olunmaq üçün İmişli rayonuna getmiş, “İmişli rayon mərkəzi xəstəxanası” X23də müayinə olunduqdan sonra müalicə yazılmış, 10 gün bülleten alaraq işə çıxmamış, hal-hazırda normal iş fəaliyyətini yerinə yetirir, heç bir ağrı və narahatlığı yoxdur. Həmçinin partlayış baş verdiyi ərazidən düşərgə istiqamətinə gəldikdə həmin sahələr arasındakı məsafə təxmini olaraq 100 metr məsafədə yerləşir. Həmin ərazidə hər hansı partlayışın aparılacağı ilə bağlı nə ona, nə də işlədiyi şirkətə hər hansı formada məlumat verilməmişdir. Belə bir məlumat verilmiş olsa idi partlayış baş verdiyi əraziyə yaxın sahədə işləyən şəxslər oradan əvvəlcədən çıxarılardır. Hadisə nəticəsində digər hər hansı formada xəsarət almamış və hər hansı formada zərər dəyməmişdir. Partlayışdan sonra Zərərçəkmiş şəxs4 xəsarət alan zaman onun yaxınlığında olduğundan sol qolundan xəsarət almasını, Zərərçəkmiş şəxs1 sağ qolunun dirsək nahiyəsindən xəsarət almasını, qan içərisində olmasını, həmçinin baş aşpaz Gürkan Yığıtın qoluna daş dəyməsini, Zərərçəkmiş şəxs3 huşunu itirməsi və sağ qolunda göyərmə izlərini və Kazımlı Həsənin belinə daş dəyməsini bilmişdir. Həmçinin, “Akkol yemek, gıda ve destek”-ə məxsus “Mitsubishi L-200” markalı avtomobilin arxa şüşəsinin daşların zərbəsi nəticəsində sınmış olduğunu və orada yerləşən bir neçə tikiliyə zərər dəydiyini görmüşdür. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir şikayət və maddi tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Xocavənd rayonunun işğaldan azad olunmuş Böyük Tağlar kəndi ərazisində yerləşən “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus düşərgədə yerləşən mətbəxdə qabları yuyan zaman anidən güclü partlayış səsi eşitmiş və daha sonra mətbəxdən bayıra çıxdığı zaman onunla birlikdə şirkətdə çörək bişirən vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 sağ qolunun dirsək nahiyəsinin qırılmasını və həmin nahiyənin qan içərisində olduğunu görmüş və həyəcandan huşumu itirərək yıxılmışdır. O, özünə gəldiyi zaman düşərgədə yerləşən tibb məntəqəsində olduğunu görmüş, ayıldıqdan sonra sağ qolunda göyərmə görmüş, tibb məntəqəsinin həkimi ona ilkin tibbi yardım göstərdikdən sonra istirahət etməsi üçün yaşadığı otağa göndərilmiş və həmin gün işinə davam edə bilməmişdir. Partlayış baş verdiyi ərazidən düşərgə istiqamətinə gəldikdə ilk olaraq mətbəx və yeməkxana yerləşir, həmin sahələr arasındakı məsafə təxmini olaraq 50 metrdir. Həmin ərazidə hər hansı partlayışın aparılacağı ilə bağlı nə ona, nə də işlədiyi şirkətə hər hansı formada məlumat verilməmişdir. Belə bir məlumat verilmiş olsa idi partlayış baş verdiyi əraziyə yaxın sahədə işləyən şəxslər oradan əvvəlcədən çıxarılardır. Partlayışdan sonra həyəcanlanaraq huşunu itirmiş, yerə yıxıldığı zaman sağ qolunda göyərmə izləri əmələ gəlmiş, digər hər hansı formada xəsarət almamış və hər hansı formada zərər dəyməmişdir. Partlayışdan sonra bayıra çıxdığı zaman Zərərçəkmiş şəxs1 sağ qolunun dirsək nahiyəsindən xəsarət almasını, həmçinin özünə gəldikdən sonra baş aşpaz Gürkan Yığıtın qoluna daş dəyməsini, Zərərçəkmiş şəxs4 sol dirsəyinə və Kazımlı Həsənin belinə daş dəyməsini bilmişdir. Tibb məntəqəsində olduğu zaman Zərərçəkmiş şəxs2 yataqda uzanmış vəziyyətdə görmüş, digər baş vermiş hadisələrdən məlumatı olmamışdır. Hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Xocavənd rayonunun işğaldan azad olunmuş Böyük Tağlar kəndi ərazisində yerləşən “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus düşərgədə yerləşən depodan istifadə etmək üçün salfet gətirməyə getdiyi zaman çamaşırxananın qarşısına çatdıqda çamaşırxananın eyvanında Zərərçəkmiş şəxs2 dayandığını görmüşdür. Həmin vaxt depoda işləyən Elvin adlı əməkdaşa zəng edib danışdığı zaman qəflətən güclü partlayış səsi eşitmiş və daş parçalarının ətrafa saçıldığını görmüşdür. Bu zaman bir daş parçası onun sol qolunun dirsək nahiyəsinə dəymiş və arxasında yerləşən su çənlərinin arxasına sürünərək keçmişdir. Daşlar səpələnib qurtardıqdan sonra şirkətdə sürücü vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 qasıq nahiyəsindən xəsarət aldığını və döşəmənin üzərində yıxılmış vəziyyətdə görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs2 aşağı düşürərək Qalib adlı əməkdaşla birlikdə avtomobil vasitəsilə tibb məntəqəsinə aparmiş, orada onun sol qolunun dirsək nahiyəsinə həkim tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra tibb məntəqəsində olduğu zaman Zərərçəkmiş şəxs3 özündə olmadığını və partlayış baş verdikdən sonra huşunu itirərək yerə yıxıldığını bilmişdir. Dərhal sonuncunun yanına avtomobillə gedərək, Zərərçəkmiş şəxs3 da tibb məntəqəsinə gətirmişlər. İlkin tibbi yardım göstərildikdən sonra sonuncu özünə gəlmiş və həmin vaxt Zərərçəkmiş şəxs3 sağ qolunda göyərmə izlərini müşahidə etmişdir. Tibb məntəqəsinin həkimi ona ilkin tibbi yardım göstərdikdən sonra istirahət etmək üçün yaşadığı otağa göndərilmiş və həmin gün işinə davam etməmişdir. Həmçinin partlayış baş verdiyi ərazidən düşərgə istiqamətinə gəldikdə həmin sahələr arasındakı məsafə təxmini olaraq 100 metr məsafədə yerləşir. Tibb məntəqəsində müayinə olunduğu zaman hər hansı qırıq və ya çıxığın olmadığı aşkar edilmiş, dəri nahiyəsi sıyrılmış vəziyyətdə olmuşdur. Həmin ərazidə hər hansı partlayışın aparılacağı ilə bağlı nə ona, nə də işlədiyi şirkətə hər hansı formada məlumat verilməmişdir. Partlayışdan sonra Zərərçəkmiş şəxs1 şirkətə məxsus təcili tibbi yardım avtomobilində olduğu zaman sağ qolunun dirsək nahiyəsindən xəsarət almasını, qan içərisində olmasını, həmçinin baş aşpaz Zərərçəkmiş şəxs5 qoluna daş dəyməsini, Zərərçəkmiş şəxs3 huşunu itirməsi və sağ qolunda göyərmə izlərinin olduğunu bilmişdir. Zərərçəkmiş şəxs2 xəsarət aldıqdan sonra tibb məntəqəsinə gətirilməsinə kömək etmiş, bundan başqa “Akkol - yemek, gıda ve destek”-ə məxsus “Mitsubishi L-200” markalı avtomobilin arxa şüşəsinin daşların zərbəsi nəticəsində sınmış olduğunu və orada yerləşən bir neçə tikiliyə zərər dəydiyini görmüşdür. Baş vermiş hadisə ilə bağlı heç bir şəxsdən hər hansı şikayəti və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı onlayın Watsap proqramı üzərindən zərərçəkmiş şəxs qismində dindirilmiş X18 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, 17 radələrində Xocavənd rayonunun işğaldan azad olunmuş Böyük Tağlar kəndi ərazisində yerləşən “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus düşərgədə yerləşən mətbəxin girişinin yaxınlığında manqalda kabab bişirdiyi zaman qəflətən güclü partlayış səsi eşitmiş və daş parçalarının ətrafa saçıldığını görmüş, bu zaman bir daş parçası onun sol qolunun bilək nahiyəsinə dəymişdir. Bu zaman cəld formada mətbəxə doğru qaçaraq içəri girmiş, daşlar səpələnib qurtardıqdan sonra mətbəxdən bayıra çıxmış və şirkətdə çörəkçi köməkçisi işləyən Zərərçəkmiş şəxs1 sağ qolunun dirsək nahiyəsinin qan içərisində olduğunu görmüşdür. Bundan sonra dərhal tibb məntəqəsinə qaçaraq getmiş, daha sonra sol qolunun bilək nahiyəsində ağrı hiss etmiş, buna görə də yenidən tibb məntəqəsinə yollanmış, tibb məntəqəsində həkim tərəfindən ona ilkin tibbi yardım olaraq müayinə etdikdən sonra həmin nahiyəyə sarğı qoymuş və işinə davam etmişdir. Partlayış baş verdiyi ərazidən düşərgə istiqamətinə gəldikdə mətbəxin giriş tərəfindəki sahə arasındakı məsafə təxmini olaraq 70 metrdir. Həmçinin tibb məntəqəsində müayinə olunduğu zaman hər hansı qırıq və ya çıxığın olmadığı aşkar edilmiş, kiçik ölçüdə dəri nahiyəsi sıyrılmış vəziyyətdə olmuşdur. Hal-hazırda yaxşıdır, heç bir ağrı və şikayəti yoxdur. Həmin ərazidə hər hansı partlayışın aparılacağı ilə bağlı nə ona, nə də işlədiyi şirkətə hər hansı formada məlumat verilməmişdir. Belə bir məlumat verilmiş olsa idi partlayış baş verdiyi əraziyə yaxın sahədə işləyən şəxslər oradan əvvəlcədən çıxarılardır. Ona görə də, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı bir şikayəti və ya maddi tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə 5 nəfərdən ibarət olmaqla, bir nəfər partladıcı Təqsirləndirilən şəxs2, 2 nəfər fəhlə Şahid3 və Şahid9, iki nəfər sürücü Şahid11 və Şahid12 ibarət qrup xaki rəngli “Kamaz” və ağ rəngli “Ford transit” markalı avtomobillərlə Daşkəsən rayonundan Xocavənd rayonunun işğaldan azad edilmiş Böyük Tağlar kəndi ərazisində "xxxx" MMC-nin sifarişi əsasında qayalıqların partladılması məqsədilə onun tərəfindən göndərilmişdir. Həmin şəxsi heyət orada sifarişçi "xxxx" MMC-nin tapşırğına əsasən, ümumilikdə 119 quyuya partladıcı maddələr yerləşdirərək həmin ərazini partlatmalı olmuşlar. Belə ki, 119 quyunun 45 ədədi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 50.4-cü km-liyində yerləşir. Şəxsi heyətin başlıca vəzifəsi həmin quyuların içərisinin “PM” və “ANFO” markalı partladıcı maddələrlə dolduraraq göstərilən qayalıq ərazinin partladılması olmuşdur. Həmin gün axşam saatlarında "xxxx" MMC-nin sahə rəisi Ədalət adlı şəxslə əlaqə saxlamış, orada nə baş verdiyini soruşduqda partlayış nəticəsində bir nəfərin qolundan və bir nəfərin də qasıq nahiyəsindən daş dəyərək xəsarət aldığını ona bildirmişdir. Daha sonra hadisənin hansı formada baş verdiyini soruşduqda partlayış nəticəsində daş parçalarının “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsi istiqamətinə səpələndiyini bildirmişlər. Növbəti gün hadisə baş vermiş əraziyə getmiş, partlayış baş vermiş sahə ilə “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsi arasındakı məsafə təxmini olaraq hava məsafəsi ilə təxmini 50 metr olmasını müşahidə etmiş və həmin ərazidən insanların mütləq şəkildə partlayış əməliyyatından əvvəl təxliyə olunması vacib olmuşdur. Partlayış zamanı partlayış sahəsindəki dağıntının miqyası və səpələnmə istiqamətini partladıcı müəyyənləşdirir və sonuncunun səlahiyyəti daxilindədir. Həmin şəxsi heyətə rəhbərliyi mühəndis Şahid7 həyata keçirməli olmuş, lakin Zəngilan rayonundan gəldiyi zaman şirkətə məxsus avtomobil xarab olduğu üçün yolda qalmış və partlayış sahəsinə çata bilməmişdir. Həmçinin daxili təlimata əsasən, mühəndisin iştirakı olmadan partlayış əməliyyatı həyata keçirilə bilməz, ümumilikdə mühəndis iştirakı zəruridir. Belə ki, mühəndisin iştirakı olmadıqda, habelə partlayış sahəsində hər hansı insan və canlı olduqda, texnika olduqda, ümumiyyətlə təhlükəsizlik tədbirləri görülən zaman partlayış üçün uyğun şərait yaranmadıqda həmin partlayıcı sxem sökülməli, partlayışdan imtina edilməlidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, 22 may 2023-cü il tarixdə əməliyyatı başlanmış, həmin vaxt toz topasının havaya qalxdığının şahidi olmuş, partlayışın güclü baş verməsi səbəbilə həmin partlayış əməliyyatını həyata keçirən şəxslərin yanına getmiş, bu cür partlayışın planlaşdırılmadığını bildirmiş və əsəbi halda nə üçün belə güclü partlayış həyata keçirdiklərini soruşmuşdur. Həmin şəxslər də belə bir partlayışın baş verməsinin gözlənilməz olduğunu, plana görə partlayışın daha kiçik ölçülü olmalı olduğunu, həmçinin partlayışın belə böyük miqyaslı və partlayış nəticəsində daş parçalarının ətrafa səpələnməsini həmin daşların sərt süxur olmasından qaynaqlandığını ona bildirmişlər. Partlayış nəticəsində ətrafa yayılan daş parçaları “X26 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsi istiqamətinə səpələnmişdir. Həmin vaxt daş parçalarının düşərgə ərazisində yerləşən tikililərin dam örtüyünün üzərinə düşməsi səslərini eşitmiş və sahəyə hər hansı maddi ziyanın dəyibdəymədiyini öyrənmək məqsədilə “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsində yerləşən ofisin qarşısına getmişdir. Oraya getdiyi zaman ətrafda olan daş parçalarını və daş parçalarının tikililərə zərər verdiyini görmüşdür. Daha sonra həmin ərazidə olan bir neçə şəxsə daş parçasının dəyməsi nəticəsində xəsarət almasını eşitmiş və sonra polis və prokurorluq əməkdaşları hadisə baş vermiş əraziyə gəlmişlər. Sifarışçi "xxxx" MMC ilə icraçı "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsinin 4.6-cı maddəsinə əsasən, icraçı partlayış işlərindən öncə sifarişçini məlumatlandırır və sifarişçi partlayış işləri aparılacaq əraziyə yaxın olan stiuasion plana düşmüş müvafiq təşkilatları partlayış barədə xəbərdar edir. Həmçinin həmin miüqavilənin 4.16-cı maddəsinə əsasən, icraçı tələb olunan vaxtında və tam həcmdə yerinə yetirir. Bütün növ təhlükəsizlik, əməyin mühafizəsi və işçilərinə öhdəliklərinə və onların qanunvericiliyin tələblərinə uyğun qaydada öhdəliklərinə və onların pozulmasına görə sifarişçi və dövlət orqanları, digər hüquqi və fiziki şəxslər, idarə müəssisəsi və təşkilatlar qarşısında tam və təkbaşına məsuliyyət daşıyır. “İnşaat Turizm Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsində olan şəxslərə hər hansı partlayışla bağlı məlumat verilməmişdir. Partlayış zamanı partlayış sahəsindəki dağıntının miqyası və səpələnmə istiqamətini icraçı "xxxx" MMC-nin səlahiyyətli şəxsləri, mütəxəssisləri müəyyənləşdirir və həmin şirkətin səlahiyyəti daxilindədir. Baş vermiş hadisə zamanı partlayış nəticəsində daş parçaları bir tərəfli istiqamətdə, “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsi istiqamətinə səpələnmiş, partlayış sahəsindən arxada olan “Zəfər yolu” avtomobil yolunun üzərinə heç bir daş parçası düşməmişdir. "xxxx" MMC-nin orada olan səlahiyyətli əməkdaşları partlayış miqyasının kiçik ölçüdə olacağını bildirmiş, buna görə də hər hansı formada “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin işçilərinin təxliyə olunması üçün xəbərdarlıq edilməmişdir. Partlayışın nəzərdə tutulduğu ərazidə partlayış əməliyyatının həyata keçirilməsi ilə bağlı ilk olaraq sifariş onlar tərəfindən verilmişdir. Qeyd olunan partlayış zamanı bir istiqamətdə, “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsi yerləşən istiqamətdə daş parçaları partlayışın təsirindən atılmışdır. Belə ki, o, partlayış baş verən zaman “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsinə gedilən yolda dayanmış və həmin yerdən partlayış baş vermiş ərazi aydın olaraq görünürdür. Belə ki, partlayış zamanı daş parçaları yalnız “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsi olan istiqamətə tökülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 5 nəfərdən ibarət olmaqla o, partladıcı Təqsirləndirilən şəxs2, 1 nəfər fəhlə Şahid9 və iki nəfər sürücü Şahid11, Şahid12 ibarət qrup şəklində olmaqla, xaki rəngli “Kamaz” və ağ rəngli “Ford Transit” markalı avtomobillərlə Daşkəsən rayonundan Xocavənd rayonunun işğaldan azad edilmiş Böyük Tağlar kəndi ərazisində "xxxx" MMC-nin sifarişi əsasında qayalıqların partladılması məqsədilə aparıcı mühəndis Şahid1 tərəfindən göndərilmişlər. Partlayış zamanı çoxlu miqdarda daş parçaları ətrafa səpələnmiş və 15 dəqiqə sonra digər partlayış həyata keçirilmişdir. Toz yatdıqdan sonra çəkilmiş naqili ərazidən Şahid9la birlikdə yığmağa başlamış, həmin vaxt sahədən naqili yığdıqları zaman “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus düşərgədən işçilər onun olduğu tərəfə gələrək partlayış əməliyyatından əvvəl nə üçün məlumat vermədiklərini əsəbi halda soruşmuş və aqressiv formada danışmışlar. Həmçinin partlayış nəticəsində daş parçası bir nəfər şəxsin qoluna dəyməsini və qolunu sındırmasını ona bildirmişlər. Laçın rayonuna getdikləri zaman aparıcı mühəndis Şahid1 ona zəng edərək, bir neçə nəfərin xəsarət aldığını, hadisə baş vermiş ərazini tərk etməməli olduqlarını bildirmişdir. Partlayışın miqyası və partlayış dalğasının istiqamətini əvvəlcədən partladıcı və mühəndis müəyyənləşdirib sifarişçiyə bu barədə məlumat verir, onun vəzifəsi fəhlə olduğuna görə bu kimi işlərə qarışmır. Daxili təlimata əsasən, mühəndisin iştirakı olmadan partlayış əməliyyatı həyata keçirilə bilməz və ümumilikdə mühəndis iştirakı zəruridir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, o, baş vermiş hadisədən sonra xatırladığı qədərilə geodeziyaçı Şahid5 Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 50.4-cü km-liyində "xxxx" MMC tərəfindən qayalıqların partladılması əməliyyatının həyata keçirilməsi zamanı daş parçaları ətrafa səpələnmiş, nəticədə bir neçə şəxs xəsarət almış və yaxınlıqda olan “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasının nümayəndəliyinə məxsus düşərgədəki tikililərə zərər dəymişdir. Həmin vaxt o, sahədə olmamış, həmçinin həmin müddətdə "xxxx" MMC tərəfindən ard-arda bir neçə partlayış əməliyyatları həyata keçirilmişdir. Davamlı olaraq sahədə olmuş və həmin partlayış əməliyyatından təxminən 3- 4 gün əvvəl həmin şirkətin səlahiyyətli şəxsləri qayalıqların partladılması əməliyyatını həyata keçirmək məqsədilə partlayıcı maddələrin yerləşdirilməsi üçün quyuların qazılmasına görə gəlmiş və "xxxx" MMC-nin işçiləri müvafiq qaydada quyuları qazmağa başlamışlar. Belə ki, topoqraf olaraq yalnız avtomobil yolunun kənarları - konturları, çıxarılmalı qayanın həcmi, layihə üzrə yolun ölçüləri icraçı şəxslərə bildirilir, bununla bağlı müvafiq nişanlamalar aparılır, qazılmalı olan torpaq sahəsinin dərinliyi bildirilir, həmçinin partlayış aparılmış sahənin həcmi hesablanaraq rəhbərliyə təqdim olunur. Quyuların sayı barədə heç bir müəyyənləşdirmə aparılmır. Həmçinin quyular arasındakı şəbəkə intervalı "xxxx" MMC-nin səlahiyyətli şəxsləri tərəfindən həyata keçirilir. Avtomobil yolunun kənarları - konturlarını "xxxx" MMC-nin səlahiyyətli şəxslərinə bildirməyi ilə bağlı göstəriş onun tərəfindən geodeziyaçı Şahid5 verilmiş, sonuncu da müvafiq olaraq digər geodeziyaçılara həmin koordinatları vermiş və həmin koordinatlar tikilməkdə olan avtomobil yolunun kənarlarına vurularaq konturları müəyyənləşdirilmiş, həmin məlumatlar da "xxxx" MMC-nin əməkdaşlarına bildirilmişdir. Quyuların sayı, həmin quyuların dərinliyi və digər məlumatları özləri təyin etmiş və həyata keçirmişlər. Partlayış zamanı partlayış sahəsindəki dağıntının miqyası və səpələnmə istiqamətinin müəyyənləşdirilməsi topoqrafın vəzifəsi deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, baş vermiş hadisədən təxminən 3-4 gün əvvəl "xxxx" MMC-nin səlahiyyətli şəxsləri Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 50.4-cü km-liyində "xxxx" MMC-nin sifarişi əsasında qayalıqların partladılması əməliyyatını həyata keçirmək məqsədilə partlayıcı maddələrin yerləşdirilməsi üçün quyuların qazılmasına görə gəlmiş, ərazidə geodeziyaçılara rəhbərliyi o həyata keçirdiyinə görə həmin yerə avtomobil yolunun kənarlarının müəyyənləşdirilməsi, konturlanması məqsədilə geodeziyaçı Şahid13 qeyd olunan əraziyə göndərmiş, daha sonra Şahid13 həmin ərazidə qeyd olunan işləri gördükdən sonra həmin ərazini tərk etmiş və "xxxx" MMC-nin işçiləri müvafiq qaydada quyuları qazmağa başlamışlar. Qeyd olunan sahədə iri həcmdə qayalar olmuş və həmin qayalar torpaq səthin üzərində yerləşmiş, qayaların şirkətə məxsus qırıcı texnika vasitəsilə parçalanması mümkün olmadığından partlayıcı vasitəsilə parçalanmasına qərar verilmişdir. 22 may 2023-cü il tarixdə axşam saatlarında qeyd olunan sahədə partlayış əməliyyatı həyata keçirilən zaman çox sayda daş parçalarının ətrafa səpələndiyini, bunun nəticəsində “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsində yerləşən tikililərə zərər verdiyini görmüş, daha sonra həmin ərazidə olan bir neçə şəxsin daş parçasının dəyməsi nəticəsində xəsarət almasını eşitmişdir. Belə ki, topoqraf olaraq yalnız avtomobil yolunun kənarları konturları həmin şəxslərə bildirilir, bununla bağlı müvafiq nişanlamalar aparılır, qazılmalı olan torpaq sahəsinin dərinliyi bildirilir, quyular arasındakı şəbəkə intervalı "xxxx" MMC-nin səlahiyyətli şəxsləri tərəfindən həyata keçirilir. Yalnız avtomobil yolunun kənarları konturlarını "xxxx" MMC-nin səlahiyyətli şəxslərinə bildirməsi ilə bağlı göstəriş "xxxx" MMC-nin 5 saylı yoltikinti idarəsinin geodeziya rəhbəri Şahid4 tərəfindən ona verilmiş, o, da digər geodeziyaçılara həmin koordinatları vermiş və həmin koordinatlar tikilməkdə olan avtomobil yolunun kənarlarına vurularaq konturları müəyyənləşdirilmiş, həmin məlumatlar da "xxxx" MMC-nin əməkdaşlarına bildirilmişdir. Quyuların sayı, həmin quyuların dərinliyi və digər məlumatları özləri təyin etmiş və həyata keçirmişlər. Partlayış zamanı partlayış sahəsindəki dağıntının miqyası və səpələnmə istiqamətinin müəyyənləşdirilməsi topoqrafın vəzifəsi deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 16:50-də anidən partlayış baş vermişdir. Partlayışdan 3-5 dəqiqə sonra Şahid8 ona zəng edərək, partlayışın miqyası gözləniləndən daha böyük olmasını və “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsində işləyən bir neçə şəxsin daş parçalarının ətrafa səpələnməsi nəticəsində xəsarət aldığını və orada yerləşən tikililərə müxtəlif ölçüdə zərər vurduğunu bildirmişdir. Bundan sonra dərhal o, “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsinə getmiş, orada düşərgənin ətrafına səpələnmiş daş parçalarını görmüşdür. Həmçinin şirkətə məxsus təcili tibbi yardım avtomobili vasitəsilə 1 nəfər şəxsin xəstəxanaya təxliyə olunduğunu bilmişdir. Partlayışın miqyasının bu qədər olması ilə bağlı heç bir məlumatı olmamış və onlara heç bir xəbərdarlıq edilməmişdir. "xxxx" MMC-nin şəxsi heyəti həmin vaxt ərazidən uzaqlaşdırlmış, şirkətə hər hansı zərər dəyməmişdir. Həmin vaxt nə onlara, nə də “X26 Sanayi ve Ticaret Anonim Birliyi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə rəsmi olaraq məlumat verilməmişdir. Sadəcə olaraq partlayışdan bir neçə dəqiqə öncə Şahid8 hündürlükdən çəkiliş aparmaq üçün düşərgə istiqamətinə getdiyi zaman orada dayanmış işçilərin bir qədər arxaya çəkilmələrini elan etməsini bildirmişdir. Bundan sonra orada dayanmış bir çox şəxs həmin yeri tərk etmişdir. Partlayış baş verdiyi zaman Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 48.2-ci km-liyinə paralel olaraq “Zəfər yolu”-nu Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dayanan hissədən bağlamış və avtomobillərin keçməsinə mane olmuş, həmin vaxt o, özü də həmin yerdə dayanmışdır. Həmin vaxt ümumilikdə 2 dəfə partlayış əməliyyatı hər birinin arasında təxminən 15 dəqiqə olmaqla həyata keçirilmişdir. Lakin ikinci partlayışdan heç bir daş parçası kənara səpələnməmiş, ikinci partlayış baş verən sahədə bütöv qaya zolağı partlayıcı qurğular yerləşdirilərək partladılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, 21 may 2023-cü il tarixdə istifadəsində olan mobil nömrəyə şirkətin aparıcı mühəndisi Şahid1 zəng edərək, 22 may 2023-cü il tarixdə Xocavənd rayonu ərazisində partlayış olacağını, həmin partlayış əməliyyatına onun rəhbərlik etməli olduğunu, qeyd olunan əraziyə getmək üçün 22 may 2023-cü il tarixdə, saat 09 radələrində Füzuli rayonu ərazisində olmalı olduğunu və partlayış əməliyyatı ilə bağlı göndərilən əməkdaşlarla birlikdə partlayış aparılmalı əraziyə getməli olduğunu bildirmiş və oda razılaşmışdır. Növbəti gün şirkətə məxsus ağ rəngli “UAZ Patriot” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü Güləhməd Hüseynovla birlikdə saat 08 radələrində Zəngilan rayonundan yola düşmüş, təxminən 1 saat yol qət etdikdən sonra Zəngilan rayonundan gəldikdə, yerləşən birinci stasionar polis postuna çatmaqlarına təxminən 20 dəqiqə qalmış avtomobil nasaz olduğundan hərəkəti davam edə bilməmiş və xarab olmuşdur. Həmin vaxt olduqları yerdə mobil şəbəkə tutmadığından hər hansı şəxslə əlaqə saxlaya bilməmişdir. Saat 12-13 radələrində aparıcı mühəndis Şahid1 zəng edərək, partlayış sahəsinə gedə bilməyəcəyini, avtomobilin nasaz vəziyyətdə olduğunu və buna görə də həmin partlayış əməliyyatında iştirak edə bilməyəcəyini demişdir. Daha sonra yoldan keçən avtomobillərin biri ilə yenidən Zəngilan rayonundakı yataqxanaya qayıtmış, növbəti gün ona məlum olmuşdur ki, Xocavənd rayonu ərazisində gedə bilmədiyi partlayış əməliyyatı həyata keçirilən zaman daş parçalarının ətrafa səpələnməsi nəticəsində bir neçə şəxs xəsarət almış, yaxınlıqda olan şirkətin düşərgəsinə maddi ziyan dəymişdir. Süxurun forması onlar tərəfindən, lakin ərazinin miqyası “Sifarişçi” şirkət tərəfindən müəyyən olunmuşdur. Partlayış zamanı partlayış sahəsindəki dağıntının miqyası və səpələnmə istiqamətini mühəndis və partladıcı müəyyənləşdirir. Belə ki, ərazidə partlayış əməliyyatı zamanı daş parçalarının ətrafa səpələnməsinin dərəcəsi qazılmış quyulara əlavə edilmiş “ANFO” partlayıcı maddəsinin miqdarından asılıdır. Partlayış zamanı ətrafa səpələnəcək daş parçalarının səpələnmə istiqaməti və sahəsinin müəyyənləşdirilməsi partladıcının vəzifəsidir və bununla bağlı xüsusi dərslər keçirlər. Daxili təlimata əsasən, mühəndisin iştirakı olmadan partlayış əməliyyatı həyata keçirilə bilməz. Belə ki, hər bir partlayış əməliyyatlarında mühəndisin iştirakı təmin edilmişdir. Ümumilikdə mühəndis iştirakı zəruridir. Həmin partlayış əməliyyatının həyata keçirilməsi ilə bağlı orada olan əməkdaşlara göstərişi olmamış, partlayışın həyata keçirilmə vaxtı və forması ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 16:50-də anidən partlayış baş vermiş, partlayışdan 3-5 dəqiqə sonra Şahid6 zəng edərək, partlayışın miqyası gözləniləndən daha böyük olduğunu və “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləyən bir neçə şəxsin daş parçalarının ətrafa səpələnməsi nəticəsində xəsarət aldığını və orada yerləşən tikililərə müxtəlif ölçüdə zərər dəydiyini və ona heç bir şey olmadığını bildirmişdir. Bundan 10 dəqiqə sonra “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsinə gedərək, tibb məntəqəsinə getmiş, tibb məntəqəsində bir nəfər qadının həyəcanlı vəziyyətdə əsməsini, bir nəfər kişinin yataqda uzanmış vəziyyətdə və qasıq nahiyəsindən xəsarət aldığını görmüş və başqa bir nəfər şəxsin qolundan xəsarət aldığını və təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya təxliyə olunduğunu bilmişdir. Daha sonra o da həyəcanlı olduğundan və qorxduğundan həmin ərazini tərk etmiş və "xxxx" MMC-nə məxsus Xocavənd rayonu, Tuğ kəndi ərazisində yerləşən düşərgəyə getmişdir. Həmçinin "xxxx" MMC ilə işlədiyi "xxxx" MMC-nin rəhbərlikləri arasında bağlanmış müvafiq müqavilə əsasında həmin ərazidə yol tikintisi işlərini görmüşlər. Həmin gün səhər saat təxminən 11:30-dan etibarən partlayış əməliyyatına hazırlıq işləri "xxxx" MMC tərəfindən başlanılmış, partlayışın miqyasının çox kiçik ölçüdə olacağını, qayalarda yalnız çatların əmələ gələcəyini bildirmişlər. Belə ki, qayalarda çatlar yaratdıqdan sonra “Rokson” texnikası vasitəsilə həmin qayalar onlar tərəfindən parçalanmalı idi. Lakin, partlayışın miqyasının bu qədər olması ilə bağlı heç bir məlumatları olmamış və onlara heç bir xəbərdarlıq edilməmişdir. “X26 Sanayi ve Ticaret Anonim Birliyi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə rəsmi olaraq məlumat verilməmişdir. Həmin ərazidə hər birinin arasında təxminən 15 dəqiqə olmaqla, iki dəfə partlayış əməliyyatı həyata keçirilmiş, lakin ikinci partlayışdan heç bir daş parçası kənara səpələnməmiş, ikinci partlayış baş verən sahədə bütöv qaya zolağı partlayıcı qurğular yerləşdirilərək partladılmışdır. Partlayış nəticəsində “X26 Sanayi ve Ticaret Anonim Birliyi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus düşərgədə həmin vaxt 2-3 nəfərin daş parşasının dəyməsi nəticəsində xəsarət alması ilə bağlı məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 5 nəfərdən ibarət olmaqla o, partladıcı Təqsirləndirilən şəxs2, 1 nəfər fəhlə Şahid3 və iki nəfər sürücü Şahid11, Şahid12 ibarət qrup şəklində olmaqla, xaki rəngli “Kamaz” və ağ rəngli “Ford Transit” markalı avtomobillərlə Daşkəsən rayonundan Xocavənd rayonunun işğaldan azad edilmiş Böyük Tağlar kəndi ərazisində "xxxx" MMC-nin sifarişi əsasında qayalıqların partladılması məqsədilə aparıcı mühəndis Şahid1 tərəfindən göndərilmişlər. Onların başlıca vəzifələri həmin quyuların içərisinin “PM” və “ANFO” markalı partladıcı maddələrlə dolduraraq göstərilən qayalıq ərazinin partladılması olmuşdur. Partlayış zamanı çoxlu miqdarda daş parçaları ətrafa səpələnmiş, 15 dəqiqə sonra digər partlayış həyata keçirilmiş, toz yatdıqdan sonra çəkilmiş naqili ərazidən yığıb həmin ərazini tərk etməli olmuşlar. Laçın rayonuna getdikləri zaman aparıcı mühəndis Şahid1 ona zəng edərək, bir neçə nəfərin xəsarət aldığını bildirmişdir. Partlayışın miqyası və partlayış dalğasının istiqamətini əvvəlcədən partladıcı və mühəndis müəyyənləşdirib sifarişçiyə bu barədə məlumat verir, onun vəzifəsi fəhlə olduğuna görə bu kimi işlərə qarışmır. Daxili təlimata əsasən, mühəndisin iştirakı olmadan partlayış əməliyyatı həyata keçirilə bilməz, ümumilikdə mühəndis iştirakı zəruridir. Onlar tərəfindən partlayışın miqyası və verə biləcək zərər sifarişçiyə bildirilir, sifarişçi tərəfindən ətrafda olan canlı və texnikaların təxliyə olunması təmin edilir və bu barədə onlara məlumat verildikdən sonra partlayış əməliyyatı həyata keçirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, 22 may 2023-cü il tarixdə, saat 16 radələrində partlayış əməliyyatı başlanmış, həmin vaxt toz topasının havaya qalxdığının şahidi olmuşdur. Bundan təxminən 10 dəqiqə sonra polis postuna yaxınlaşdığı zaman orada olan polis əməkdaşlarından və Şahid6 “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsi istiqamətindən “Mitsubishi Pajero” markalı təcili tibbi yardım avtomobilinin keçdiyini, partlayış nəticəsində “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin işçisinin xəsarət adlığını və “Füzuli rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsə aparıldığını eşitmişdir. Sonra dərhal partlayış əməliyyatı aparılan sahəyə getmiş, ilk olaraq əməliyyat sahəsində olan şəxslərdən hər hansı birinin xəsarət aldığını düşünmüş, daha sonra ona məlum olmuşdur ki, partlayış nəticəsində ətrafa yayılan daş parçaları “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsi istiqamətinə səpələnmişdir. Daha sonra “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsində yerləşən ofisin qarşısına getmiş, oraya getdiyi zaman ətrafda olan daş parçalarını və daş parçalarının tikililərə zərər verdiyini görmüşdür. "xxxx" MMC ilə işlədiyi şirkət arasında partlayış işlərinin görülməsinə dair müqavilə bağlanmış və digər zəruri sənədlər mövcuddur. Partlayış zamanı partlayış sahəsindəki dağıntının miqyası və səpələnmə istiqamətini icraçı "xxxx" MMC-nin səlahiyyətli şəxsləri, mütəxəssisləri müəyyənləşdirir və sonuncuların səlahiyyəti daxilindədir. "xxxx" MMC-nin orada olan səlahiyyətli əməkdaşları partlayış miqyasının kiçik ölçüdə olacağını bildirmiş, buna görə də hər hansı formada “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin işçilərinin təxliyə olunması üçün xəbərdarlıq edilməmişdir. Partlayışın nəzərdə tutulduğu ərazidə partlayış əməliyyatının həyata keçirilməsi ilə bağlı ilk olaraq sifariş onlar tərəfindən verilmişdir. Lakin həmin ərazidə partlayışın həyata keçirilməsinin mümkün olub-olmaması, partlayış nəticəsində yarana biləcək təhlükələrin bildirilməsi icraçı şirkət olan "xxxx" MMC-nin vəzifəsidir. Belə ki, icraçı şirkət tərəfindən qeyd olunan ərazidə partlayışın həyata keçirilməsindən imtina edildiyi halda həmin ərazinin digər üsullarla dağıdılmasının planı hazırlanır və həmin imtinanın əsaslı səbəbləri icraçı şirkət tərəfindən sifarişçi şirkətə rəsmi olaraq bildirilir. Heç bir halda sifarişçi şirkət icraçı şirkəti partlayış əməliyyatının həyata keçirilməsinə məcbur edə bilməz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 5 nəfərdən ibarət olmaqla o, partladıcı Təqsirləndirilən şəxs2, 2 nəfər fəhlə Şahid3, Şahid9 və 1 nəfər sürücü Şahid12 ibarət qrup şəklində olmaqla, xaki rəngli “Kamaz” və ağ rəngli “Ford Transit” markalı avtomobillərlə Daşkəsən rayonundan Xocavənd rayonunun işğaldan azad edilmiş Böyük Tağlar kəndi ərazisində "xxxx" MMC-nin sifarişi əsasında qayalıqların partladılması məqsədilə aparıcı mühəndis Şahid1 tərəfindən göndərilmişlər. Qeyd olunan ağ rəngli “X31” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmişdir. Onun başlıca vəzifəsi fəhlələr Şahid3 və Şahid9 əməliyyat yerinə gətirmək olmuşdur. Təxminən saat 16:40-da partlayış səsi eşitmiş, bir müddət gözlədikdən sonra fəhlələri düşürdüyü yerə qayıtmış, fəhlələr artıq qalmış materialları yük avtomobilinə yığdıqdan sonra idarə etdiyi avtomobilə əyləşmişlər. Daha sonra Laçın rayonu istiqamətinə yola düşmüşlər. Daxili təlimata əsasən, mühəndisin iştirakı olmadan partlayış əməliyyatı həyata keçirilə bilməz, ümumilikdə mühəndis iştirakı zəruridir. Gündəlik təlimatlandırmalar mühəndis tərəfindən həyata keçirilir. Lakin, həmin gün mühəndis Şahid7 partlayış sahəsinə çata bilmədiyinə görə təlimatlandırmalar edilməmiş və rəhbərlik edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 5 nəfərdən ibarət olmaqla o, partladıcı Təqsirləndirilən şəxs2, 2 nəfər fəhlə Şahid3, Şahid9 və 1 nəfər sürücü Şahid11 ibarət qrup şəklində olmaqla, xaki rəngli “Kamaz” və ağ rəngli “Ford Transit” markalı avtomobillərlə Daşkəsən rayonundan Xocavənd rayonunun işğaldan azad edilmiş Böyük Tağlar kəndi ərazisində "xxxx" MMC-nin sifarişi əsasında qayalıqların partladılması məqsədilə aparıcı mühəndis Şahid1 tərəfindən göndərilmişlər. Qeyd olunan xaki rəngli “Kamaz” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmişdir. Onun başlıca vəzifəsi “PM” və “ANFO” markalı partlayıcı maddələr və digər lazımi vasitələri partlayış əməliyyatının keçirilməsi nəzərdə tutulmuş yerə təhlükəsiz formada daşımaq olmuşdur. Təxminən saat 16:40-da partlayış səsi eşitmiş, bundan bir neçə dəqiqə sonra dayandığı polis postundan təcili tibbi yardım avtomobilinin keçdiyini görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək, avtomobildən yük boşaldılan sahəyə çağırmış, orada artıq qalan materialı yenidən yük avtomobilinə yükləmişlər və Laçın rayonu istiqamətinə yola düşmüşlər. Daxili təlimata əsasən, mühəndisin iştirakı olmadan partlayış əməliyyatı həyata keçirilə bilməz, ümumilikdə mühəndis iştirakı zəruridir. Sonuncu dəfə təxminən 1 ay əvvəl təhlükəli yüklərin daşınması ilə bağlı təxminən 3-4 günlük kurs keçmiş, həmin kursu keçməyi ilə bağlı sertifikat verilmiş və həmin sertifikat şirkətdə mövcuddur. Gündəlik təlimatlandırmalar mühəndis tərəfindən həyata keçirilir. Lakin həmin gün mühəndis Şahid7 partlayış sahəsinə çata bilmədiyinə görə təlimatlandırmalar edilməmiş və rəhbərlik edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəsində göstərmişdir ki, baş vermiş hadisədən təxminən 3-4 gün əvvəl "xxxx" MMC-nin səlahiyyətli şəxsləri Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 50.4-cü km-liyində "xxxx" MMC-nin sifarişi əsasında qayalıqların partladılması əməliyyatını həyata keçirmək məqsədilə partlayıcı maddələrin yerləşdirilməsi üçün quyuların qazılmasına görə gəlmiş, ərazidə geodeziyaçılara rəhbərliyi həmin vaxt Şahid5 həyata keçirdiyinə görə həmin yerə avtomobil yolunun kənarlarının müəyyənləşdirilməsi, konturlanması məqsədilə onu göndərmişlər. Daha sonra o, həmin ərazidə qeyd etdiyi işləri gördükdən sonra həmin ərazini tərk etmiş və "xxxx" MMC-nin işçiləri müvafiq qaydada quyuları qazmağa başlamışdılar. 22 may 2023-cü il tarixdə axşam saatlarında qeyd olunan sahədə partlayış əməliyyatı həyata keçirilən zaman çox sayda daş parçalarının ətrafa səpələndiyindən və bunun nəticəsində “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin düşərgəsində yerləşən tikililərə zərər verdiyini görmüşdür. Daha sonra həmin ərazidə olan bir neçə şəxsin daş parçasının dəyməsi nəticəsində xəsarət almasını eşitmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Xocavənd rayonunun işğaldan azad edilmiş Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun təmiri ilə əlaqədar qayalıqlarının partladılması əməliyyatının həyata keçirilməsi zamanı daş parçalarının ətrafa səpələnməsi nəticəsində hadisə baş vermiş əraziyə və partlayış əməliyyatının keçirildiyi əraziyə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı mavi rəngli və iki ədəd ağ rəndli çirklənmiş halda olan torbadan başqa hər hansı əşya götürülməmiş, hadisə yerində qanabənzər ləkələr və digər xarakterli izlər aşkar edilməmişdir. (1-ci cild, işin 06- 27-ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X23 Beyləqan rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 337/23 nömrəli ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 sol mil-bilək oynağı nahiyəsində qançır olmuş, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (1-ci cild, işin 172-174-cü vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X23 Beyləqan rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 334/23 nömrəli ekspert rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 sol dirsək oynağı nahiyəsində sıyrıq olmuş, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (1-ci cild, işin 175-177-ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X23 Beyləqan rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 336/23 nömrəli ekspert rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 sağ said nahiyyəsində qançır olumuş, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (1-ci cild, işin 178-180-cı vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X23 Beyləqan rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 338/23 nömrəli ekspert rəyindən görünür ki, 2001-ci il təvəllüdlü X10 bədən səthi üzərində hər hansı bir xəsarət aşkar olunmadı. (1-ci cild, işin 181-183-cü vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X23 Beyləqan rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 355/23 nömrəli ekspert rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ bud-xaya nahiyəsində qançır olmuş, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (1-ci cild, işin 243-245-ci vərəqi) İş materiallarında olan cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 19/21 nömrəli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs2 həmin şirkətdə fəhlə peşəsinə təyin olunmuşdur. (2-ci cild, işin 8-21-ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X23 Beyləqan rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 383/23 nömrəli ekspert rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün iç kondilusunun qopması, dirsək sinirinin zədələnməsi olmuş, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (2-ci cild, işin 61-64-cü vərəqi) İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, "xxxx" MMC-nə və qeyrilərinə qarşı heç bir şikayət və tələbi yoxdur. (2-ci cild, işin 99-cu vərəqi) İş materiallarında olan “X26 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 6091 nömrəli arayışdan görünür ki, baş vermiş hadisə nəticəsində şirkətin Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisində yerləşən düşərgəsinə ümumilikdə 11.122,40 manat maddi ziyan dəymişdir. (2-ci cild, işin 100-101-ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4299 nömrəli ekspert rəyindən görünür ki, Xocavənd rayonunun işğaldan azad edilmiş Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 50.4-cü km-liyində yerləşən iş sahəsində insanlar üçün daimi və potensial təhlükəli istehsalat faktorları olan zonaların müəyyən edilərək həmin zonada olan adamların, texnikanın və s.-nin təhlükəsiz əraziyə (məsafəyə) keçirilməsi təmin edilmədən qayalıqların partladılması əməliyyatının aparılması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Partlayış işlərində vahid təhlükəsizlik qaydaları”nın 53, 54, 164, 165, 167-ci bəndlərinin və "xxxx" MMC-nin direktoru ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilənin 4.13 bəndinin tələbləri pozulmuşdur. Partlayış işlərinin görülməsi ilə əlaqədar partladıcı maddələrin dağılması zamanı əmələ gələn qəlpə və qırıntıların təsirindən adamların qoruması üçün təhlükəsiz məsafə göstərilmiş layihə və pasportlar hazırlanmadan həmin işlərin icrasına yol verildiyinə və fəhlə peşəsində işə qəbul edilmiş, partladıcı vəzifəsində FHN-də kurs keçməmiş, təlim görməmiş, attestasiya komissiyasından keçməmiş, “Partladıcının Vahid kitabçası”nı almamış, xüsusi sertifikatlaşdırılmamış Təqsirləndirilən şəxs2 partladıcı kimi işlərin görülməsinə cəlb olunduğuna görə, “Partlayış işlərində vahid təhlükəsizlik qaydaları”nın 54, 164-cü bəndlərinin və Azvirt” MMC-nin direktoru ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci tarixli, 03/22 nömrəli müqavilənin 4.13 bəndinin tələbləri "xxxx" MMC-nin drektoru tərəfindən pozulmuşdur. İş sahəsində insanlar üçün daimi və potensial təhlükəli istehsalat faktorları olan zonada olan adamların, texnikanın və s.-nin təhlükəsiz əraziyə (məsafəyə) keçirilməsi təmin edilmədən və səs siqnalından istifadə etmədən partlayış işini həyata keçirdiyinə görə, “Partlayış işlərində vahid təhlükəsizlik qaydaları”nın 53, 165, 167-ci bəndlərinin tələbləri Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. Təqdim edilmiş iş materiallarında partlayış işinin icrası ilə əlaqədar tərtib edilmiş texniki şərti olmadığına görə, qərarın beşinci sualı üzrə tədqiqat aparılmamışdır. (2-ci cild, işin 104-108-ci vərəqi) İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, BLO 2281 nömrəli partladıcı şəxsin vahid kitabçasından görünür ki, Təqsirləndirilən şəxs2 yerüstü Dağmədən işlərinin aparılmasında partladıcı işləməyə xx.xx.2023-cü il tarixə kimi icazə verilmişdir. (2-ci cild, işin 134-cü vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. (2-ci cild işin 152-ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. (2-ci cild işin 153-cü vərəqi) İş materiallarında olan İST Services MMC-nin xx.xx.2023-cü il tarixli XO-0204 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 07-08 oktyabr 2021-ci il tarixlərdə Bakı şəhəri AZ-108, Dərnəgül qəsəbəsi 2096 məhəllə, küçə 507 ünvanında yerləşən təlim bazasında “Yerüçtü Dağ-mədən işlərinin aparılması” təlimində iştirak etmiş və etibarlıq müddəti 08 oktyabr 2023-cü il tarixə qədər olan, BLO 2281 nömrəli vəsiqə dinləyiciyə təqdim edilmişdir. (2-ci cild işin 199-cu vərəqi) İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və Dağ-mədən X7 tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3-18-3/2-9628/23 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nə xx.xx.2022-ci il tarixədək Əhmədbəyli- Füzuli-Şuşa avtomobil yolunun 34-51-ci km-də tikinti işlərinin aparılması zamanı sərt süxurların xırdalanması məqsədilə qazma-partlayış işlərinin yerinə yetirilməsinə icazə (razılıq) alınmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli 13/2022 məktubla müraciət ünvanlanmış, təqdim olunmuş sənədlərə baxaraq cəmiyyətə xx.xx.2022-ci il tarixə kimi sülh məramlı qazma-partlayış işlərinin yerinə yetirilməsinə və bu işlərin aparılmasına rəhbərliyin partlayış işləri üzrə mühəndis Tural Uğur oğlu Babaşova həvalə olunmasına xx.xx.2022-ci il tarixli, xx/xx-00747 nömrəli məktubla agentlik tərəfindən icazə verilmişdir. Eyni zamanda qazma-partlayış işlərinin yerinə yetirilməsinə icazə müddətinin uzadılmasına dair agentliyə müraciət daxil olmamışdır. (3-cü cild, işin 01-ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7019-9/7095-3/1466 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş hadisə yerinə baxış haqqında xx.xx.2023-cü il tarixli protokoldakı məlumatlara və fotoşəkillərdə olan zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında daş parçalarının ilişib qalmasına və hadisə yerində daş parçalarının olmasına əsasən, protokolda qeyd edilən zədələr partlayış zərbəsinin təsiri nəticəsində daşların obyektlərə zərblə dəyməsi nəticəsində partlayış mərkəzinə uzaq məsafədən, müxtəlif istiqamətlərdə yetirilməyə xarakterikdir. Həmçinin, “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 6091 nömrəli arayışında qeyd olunan materialların 2023-cü ilin may ayına olan pərakəndə (sərbəst) satış qiyməti nəzəri qaydada 11.122,40 manat məbləğində müəyyən olunur. (3-cü cild, işin 171-175-ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7300 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Partlayış işlərində vahid təhlükəsizlik qaydaları”nın 7, 53, 54, 164, 165, 167-ci bəndlərinin və "xxxx" MMC-nin direktoru ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilənin 4.13 bəndinin tələbləri pozulmuş, partlayış işlərinin görülməsi üçün müvafiq icazə sənədi almadan və partladıcı maddələrin dağılması zamanı əmələ gələn qəlpə və qırıntıların təsirindən adamların qorunması üçün təhlükəsiz məsafə göstərilmiş layihə və pasportlar hazırlanmadan həmin işlərin icrasına yol verildiyinə və fəhlə peşəsində işə qəbul edilmiş, partladıcı vəzifəsində FHN-də kurs keçməmiş, təlim görməmiş, attestasiya komissiyasından keçməmiş, “Partladıcının Vahid kitabçası”-nı almamış, xüsusi sertifikatlaşdırılmamış Təqsirləndirilən şəxs2 partladıcı kimi işlərin görülməsinə cəlb olunduğuna görə, “Partlayış işlərində vahid təhlükəsizlik qaydaları”nın 7, 54, 164-cü bəndlərinin və "xxxx" MMC-nin direktoru ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilənin 4.13 bəndinin tələbləri "xxxx" MMC-nin direktoru tərəfindən pozulmuşdur. Bundan başqa iş sahəsində insanlar üçün daimi və potensial təhlükəli istehsalat faktorları olan zonada olan adamların, texnikanın və s.-nin təhlükəsiz əraziyə (məsafəyə) keçirilməsi təmin edilmədən və səs siqnalından istifadə etmədən partlayış işini həyata keçirdiyinə görə, “Partlayış işlərində vahid təhlükəsizlik qaydaları”nın 53, 165, 167-ci bəndlərinin tələbləri Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. (3-cü cild, işin 176-180-cı vərəqi) İş materiallarında olan “Hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında” 02 noyabr 2023-cü il tarixli qərarından görünür ki, “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi zərərçəkmiş hüquqi şəxs qismində tanınmışmışdır. (3-cü cild, işin 184-185-ci vərəqi) İş materiallarında olan Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Quşçu kənd İnzibati Ərazi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 05-42-14/2-330/2023 saylı arayışından görünür ki, Verdiyev X3 anası X2 ilə birlikdə yaşayır. (3-cü cild, işin 187-ci vərəqi) İş materiallarında olan Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Quşçu kənd İnzibati Ərazi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 1994-cü ilin iyun ayının 01-də Göy-göl rayonunda anadan olmuş, uzun müddətdir ki, Daşkəsən rayon Quşçu kənd İnzibati Ərazi üzrə Nümayəndəliyi ərazisində qeydiyyatsız yaşayır. Yaşadığı müddətdə nümayəndəliyin ərazisində özünü yaxşı aparmış, kənd sakinlərinin dərin hörmətini qazanmışdır. Onun barəsində istər yuxarı orqanlar, istərsədə yerli sakinlər tərəfindən şikayət xarakterli sənəd Quşçu kənd İnzibati Ərazi üzrə Nümayəndəliyinə daxil olmamışdır. Subaydır. (3-cü cild, işin 188-ci vərəqi) İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli 213 saylı xasiyyətnamədən görünür ki, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə və Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə heç bir təqsirləndirici məlumat və şikayət daxil olmamışdır. (3-cü cild, işin 191-ci vərəqi) İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 63/K saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, xx.xx.2022-ci il tarixdən nəqliyyat müdiri vəzifəsindən direktor vəzifəsində keçirilmişdir. (3-cü cild, işin 220-ci vərəqi) İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 təsisçisi olduğu "xxxx" MMC-nin direktoru vəzifəsinə Təqsirləndirilən şəxs1 təyin olunmasına qərar verilmişdir. (3-cü cild, işin 221-ci vərəqi) İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi qismində Nümayəndə tanınmışdır. (4-cü cild, işin 58-59-cu vərəqi) İş materiallarında olan Nümayəndə xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 50.4 kilometirliyində "xxxx" MMC tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində şirkətin həmin ərazidə yerləşən düşərgəsinə 11.122,40 manat məbləğində vurulmuş maddi ziyan tamamilə ödənilmiş, bununla bağlı heç bir şikayət və tələbləri yoxdur. (4-cü cild, işin 64-cü vərəqi) İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 04 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 222.2 və 314.1-ci maddələri və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 222.2-ci maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində 04 noyabr 2023-cü il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmış, cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X23 Beyləqan rayon şöbəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 334/23, xx.xx.2023-cü il tarixli, 336/23, xx.xx.2023-cü il tarixli, 337/23, xx.xx.2023-cü il tarixli, 355/23 və xx.xx.2023-cü il tarixli, 383/23 nömrəli ekspert rəyləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7019 nömrəli ekspert rəyi, Təqsirləndirilən şəxs1 ifadəsi qismən, Təqsirləndirilən şəxs2, zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid7, Şahid9, Şahid11, Şahid12, Şahid2, Şahid10, Şahid4, Şahid5, Şahid13, Şahid6, Şahid8, X19, X8 ifadələri, eləcə də, digər istintaq sənədləri onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə mötəbər sübutlar hesab edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 10/4299 və xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-10/7300 nömrəli ekspert rəylərində Təqsirləndirilən şəxs2 partladıcı vəzifəsində FHNdə kurs keçmədən, təlim görmədən, “Partladıcının Vahid kitabçası”nı almadan, xüsusi sertifikatlaşdırılmadan partladıcı kimi işlərin görülməsinə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs1 tərəfindən cəlb olunması qeyd olunsa da istintaq zamanı Təqsirləndirilən şəxs2 Fövqaladə Hallar Nazirliyinin razılığı ilə "xxxx" MMC-də xx.xx.2021ci il tarixdə 4 günlük təlim keçməsi və həmin təlimin sonunda “Partladıcı şəxsin vahid kitabçası” sertifikatını alması öz təsdiqini tapdığından həmin xüsusatlar pozuntu kimi qiymətləndirilməmiş, lakin rəylərdə göstərilən digər xüsusatlar cinayət işinin istintaq materialları ilə tam təsdiq olunduğundan mötəbər sübut hesab edilmiş, Təqsirləndirilən şəxs1 istintaq zamanı ifadəsində xx.xx.2023-cü il tarixdə Əhmədbəyli-Füzuli-Şuşa yolunun 50.4-cü kilometrliyində avtomobil yolunun tikintisi məqsədilə rəhbərlik etdiyi "xxxx" MMCnin əməkdaşları tərəfindən həyata keçirilmiş partlayış əməliyyatı zamanı direktor olaraq üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyini, həmçinin onun direktor vəzifəsində olması ilə baş vermiş hadisə arasında heç bir səbəbli əlaqə görmədiyini göstərmiş, Təqsirləndirilən şəxs1 qeyd olunanlar barədə verdiyi ifadə özünü müdafiə kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində mülkiyyətçi “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə 11.122,40 manat maddi ziyan vurulmuş, vurulmuş ziyanın “X26 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ödənilməsi iş üzrə ziyanın ödənilməsi kimi qəbul edilmiş və baş vermiş hadisə ilə əlaqədar "xxxx"MMC-nin aparıcı mühəndisi Şahid1, mühəndis Şahid7 və "xxxx" MMC-nin sahə rəisi Şahid2, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis Şahid10 və geodeziya üzrə mühəndis Şahid4 əməlində cinayət tərkibi yaranmadığından barələrində cinayət təqibinə xitam verilmişdir. (4-cü cild, işin 65-92-ci vərəqi) İş materiallarında Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixli teleqramından görünür ki, icraatda olan 1(069)-15/2023 saylı cinayət işi üzrə istintaqa verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı şikayət və tələbi yoxdur. İş materiallarında zərərçəkmiş şəxs X9 xx.xx.2023-cü il tarixli teleqramından görünür ki, icraatda olan 1(069)-15/2023 saylı cinayət işi üzrə istintaqa verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı şikayət və tələbi yoxdur. İş materiallarında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə xx.xx.2024cü il tarixli ərizəsindən görünür ki, 1(069)-4/2024 saylı cinayət işi üzrə təmsil etdiyi hüquqi şəxsin adından bildirir ki, təqsirləndirilən şəxslərdən şikayətləri və tələbləri yoxdur. Şirkətə dəymiş ziyan tamamilə ödənilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X11 30 may 2024-cü il tarixli ərizəsindən görünür ki, Xocavənd Rayon Məhkəməsinin icraatında olan 1(069)-4/2024 saylı cinayət işi üzrə məhkəmə iclasında iştirak edə bilmir və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir şikayəti və maddi tələbi yoxdur. Məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 27 iyun 2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir şikayəti və maddi tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 27 iyun 2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir şikayəti və maddi tələbi yoxdur. İş materiallarında olan 1 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ seryalı 630225 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X17 arasında nikah xx.xx.2024-cü il tarixdə bağlanmış və 1067 nömrəli ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şükürlü, arvada Şükürlü soyadı verilmişdir. İş materiallarında olan 1 saylı Gəncə Regional ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İV seriyalı 936266 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs2 oğlu, anası X15r. İş materiallarında olan 1 saylı Gəncə Regional ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İV seriyalı 936268 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs2 oğlu, anası X15r. Məhkəmə, tədqiq olunmuş cinayət işinin materiallarını, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varsinin, zərərçəkmiş şəxslərin, şahidlərin və ekspertlərin ifadələrini, eləcə də iş üzrə keçirilmiş ekspertiza rəylərini və işin digər hallarını nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2 və 314.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2 və 314.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə törətmiş olduqları cinayət əməli düzgün olaraq tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını CM-nin 59.1.13-cü maddəsinə əsasən, iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 CM-nin 222.2-ci və 314.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin olunmasını məqsədəuyğun sayır. Belə ki, qeyd edilən cəzanı təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədini təmin etməsi baxımından yetərli hesab etmək olar. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 islah işləri cəzası təyin olunmalı, cəzasının əvvəli onun qazancından dövlət nəfinə ilk tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını CM-nin 59.1.13-cü maddəsinə əsasən, iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 CM-nin 222.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin olunmasını məqsədəuyğun sayır. Belə ki, qeyd edilən cəzanı təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədini təmin etməsi baxımından yetərli hesab etmək olar. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 islah işləri cəzası təyin olunalı, cəzasının əvvəli onun qazancından dövlət nəfinə ilk tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirəsi təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198-ci, 344-349-cu, 351-353-cü, 356-cı, 358-ci, 381-ci, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, ona təyin edilən cəzaları qismən toplamaqla qəti olaraq aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 oğlu cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmənin əvvəli qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu vaxtdan hesablansın. Hökmün bu hissədə icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmənin əvvəli qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu vaxtdan hesablansın. Hökmün bu hissədə icrası Göygöl rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirəsi təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protest verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar