Azərbaycan Respublikası adından HÖKM Beyləqan şəhəri İş № 1(069)-5/2024 13.03.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cu ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum edilməmiş, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Borçalı Bağ massivində yerləşən 5 nömrəli fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində birlikdə işlədiyi qardaşı Şahid2 xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Xocavənd rayonu, Məmməddərə kəndində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti yerləşdiyi düşərgədə iş yoldaşı Zərərçəkmiş şəxs tərəfindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı döyülməsinə görə ondan qisas almaq məqsədilə xx.xx.2023cü il tarixdə, saat 00:30 radələrində sərxoş vəziyyətdə Xocavənd rayonu, Məmməddərə kəndində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti yerləşdiyi düşərgədə quraşdırılmış Zərərçəkmiş şəxs qaldığı 2 nömrəli konteyner evə daxil olaraq, sonuncudan nə səbəbə qardaşı Şahid2 vurmasını soruşmuş, Zərərçəkmiş şəxs yaxşı edib vurduğunu dedikdə, o, yumruqla qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə zərbə vuraraq burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, alın sümüyünün burun çıxıntısının fraqmentləri yerindəyişmiş qapalı sınıqları və hər iki gözaltı-almacıq nahiyələrinin hematoması ilə müşayiət edilən Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023-cü il avqust ayından Xocavənd rayonu, Məmməddərə kəndi ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində boru montajçısı kimi işləmiş, iş rejimi gündəlik olaraq saat 08-dən axşam saat 22-dək olmuş, işdən sonra şirkətin yataqxanasına gedərək orada istirahət etmiş, 29 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində işdən qayıdıb şirkətin yeməkxanasına gedib qardaşı Şahid2lə birlikdə 500 qram spirtli içki araq qəbul etmişdir. Özünün qəbul etdiyi spirtli içkinin miqdarı təxminən 200-250 qram olmuşdur. Təxminən yarım saatdan sonra onlar masadan qalxıb yataq otağına getmiş və bir neçə dəqiqədən sonra çöldən səslər eşitmişdir. O, otaqdan çölə çıxan zaman qardaşı Şahid2lə sonradan tanıdığı Zərərçəkmiş şəxs söz mübahisəsi etdiyini görmüş və onları aralaşdıraraq yeməkxanaya çay içməyə getmişdir. Çayı götürüb otağına gedən zaman qardaşı Şahid2 üzərinə gəldiyini görmüş, nə baş verdiyini soruşduqda sonuncu Zərərçəkmiş şəxs onu kəllə və yumruqla vurduğunu bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs yatdığı 2 nömrəli konteyner evə getmiş, nə üçün Şahid2 vurduğunu soruşduqda Zərərçəkmiş şəxs onu təhqir edərək, nalayiq formada yaxşı eliyib vurduğunu demiş və o, sərxoş halda Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsinə bir neçə dəfə zərbə vurmuşdur. Hazırda əməlindən səmimi peşmandır, zərərçəkmiş Zərərçəkmiş şəxsla barışmağa cəhd etsə də, zərərçəkmiş onun üzrünü qəbul etməmiş və onu bağışlamamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmişlə barışmağa cəhd etməsini nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən Xocavənd rayonu, Məmməddərə kəndi ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qaynaqçı kimi işləmişdir. İş rejimi gündəlik olaraq saat 08-dən axşam saat 22-dək olmuş, işdən sonra şirkətin yataqxanasına gedərək orada istirahət etmişdir. 29 oktyabr 2023-cü il tarixdə, saat 22 radələrində şirkətin yeməkxanasında Emin Alverdiyev və Elxan Qədirovla birgə şirkətinin yeməkxanasında yemək yeyib spirtli içki qəbul etmişdir. Təxminən 30 dəqiqədən sonra onlar oradan qalxıb istirahət etmək üçün düşərgənin yataqxanasına getmiş, Emin Alverdiyev və Elxan Qədirov orada ayaq yoluna, o isə yatmağa getmişdir. Təxminən 10 dəqiqə sonra çöldən səs-küy eşitmiş və çölə çıxmışdır. Qaldığı konteyner evdən çölə çıxan zaman Şahid2 və Emin Alverdiyevin aralarında “Kürd” söhbətləri etdiyini və tanışı Emin Alverdiyevə içkili olduğundan məsləhət üçün otağa gəlib yatmağını bildirmişdir. Daha sonra Şahid2lə mübahisə etməyə başlamış, mübahisə bitdikdən sonra yenidən Şahid2lə qarşılaşmış və sonuncunu bir dəfə kəllə ilə sifət nahiyəsindən vurmuşdur. Bundan sonra həmin gün saat 00 radələrində öz otağına getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 00:30 radələrində Təqsirləndirilən şəxs onun otağına gələrək, sifət nahiyəsinə təxminən 10-15 dəfə yumruq zərbəsi vurmuş, zərbələrin təsirindən burnundan qan axmağa başlamış və sifət nahiyəsində küt ağrılar hiss etmişdir. Həmin gün Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, döyülməsi ilə bağlı şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs onun sağlamlığına vurduğu ziyanla əlaqədar çəkdiyi xərclərə görə, Təqsirləndirilən şəxs həmin ziyanın ödənməsini istəyir, hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən onun sağlamlığına vurulmuş maddi ziyan 3.000 (üç min) manat təşkil edir. Odur ki, qeyd etdiklərini nəzərə alıb, Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən Xocavənd rayonu, Məmməddərə kəndi ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi işləmiş, iş rejimi gündəlik olaraq saat 08-dən axşam saat 22-dək olmuş, işdən sonra adətən şirkətin yataqxanasına gedərək orada istirahət etmişdir. 29 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində şirkətin yeməkxanasına gedib qardaşı Təqsirləndirilən şəxslə birgə spirtli içki qəbul etmiş, təxminən yarım saat sonra masadan qalxıb yataq otağına getmişdir. Yataq otağına gedən zaman otağın qarşısında olarkən, iş yoldaşı Emin Alverdiyev otağın qarşısında saxladığı qozu yığdığı üçün Zərərçəkmiş şəxs onların söhbətinə müdaxilə etmiş, Zərərçəkmiş şəxs Emin Alverdiyevlə zarafat etdiyini, bu işə qarışmamasını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs ayağa qalxaraq üzərinə gəlmiş və sözlə mübahisə etməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs də ora gəlib Zərərçəkmiş şəxsla sözlə mübahisə etmiş, lakin dalaşmamışlar. Bundan sonra Təqsirləndirilən şəxs yeməkxanaya, Zərərçəkmiş şəxs isə sanitar qovşağa getmişdir. Təxminən 5 dəqiqə sonra Zərərçəkmiş şəxs geri qayıdaraq, onu kəllə və yumruqla vuraraq yerə yıxmışdır. Bundan sonra o, qaldıqları otağa getmiş, bir müddət sonra qardaşı Təqsirləndirilən şəxs gələrək nə olduğunu soruşmuş, o da Zərərçəkmiş şəxs tərəfindən döyülməsini bildirmiş, Təqsirləndirilən şəxs otaqdan çıxaraq getmiş, getdikdən sonra Zərərçəkmiş şəxs vurduğunu eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən Xocavənd rayonu, Məmməddərə kəndi ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi işləmiş, iş rejimi gündəlik olaraq saat 08-dən axşam saat 22-dək olmuş, işdən sonra şirkətin yataqxanasına gedərək orada istirahət etmişdir. 29 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində işdən qayıdıb şirkətin yataqxanasına gedib istirahət etmiş, əmiləri Şahid2 və Təqsirləndirilən şəxs birgə yeməkxanaya getmişlər. Yeməkxanadan geri qayıdıb yataqxanada olan zaman saat 23 radələrində çöldən səs-küy eşitmiş və bayıra çıxan zaman əmisi Şahid2lə tanımadığı Zərərçəkmiş şəxs söz mübahisəsi etdiyini görmüşdür. Bu zaman nə baş verdiyini soruşduqda əmisi Şahid2 heç nə olmadığını bildirmiş və bu zaman əmisi Təqsirləndirilən şəxs oraya gəlmişdir. Oraya gələn zaman bir neçə dəqiqə söhbət etdikdən sonra onlar mübahisə etməyə başlamış, o və ətrafda olan şirkət işçiləri onları dalaşmağa qoymamışlar. Daha sonra Təqsirləndirilən şəxs yeməkxanaya çay içməyə getmiş, Şahid2 isə yataqxananın qarşısında şirkət işçiləri ilə siqarət çəkmiş, o isə sanitar qovşağa əlüzünü yumağa getmişdir. Sanitar qovşaqdan çıxanda Şahid2lə Zərərçəkmiş şəxs yataqxananın qarşısında yerdə dalaşdıqlarını görmüş və Şahid2 aralayaraq yatdığı otağa aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gələrək, nə olduğunu soruşduqda Şahid2 Zərərçəkmiş şəxs ona kəllə və yumruqla vurmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs bundan əsəbləşərək yataq otağından çölə çıxmış və iki-üç dəqiqə sonra çöldən səs gəldiyini eşitmiş və çölə çıxan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yataq otağına gedərək onunla orada dalaşdığını və yumruqla sifət nahiyəsinə vurduğunu eşitmişdir. Daha sonra Zərərçəkmiş şəxs görən zaman üz nahiyəsindən qan axdığını görmüşdür. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyinin” X18 Beyləqan rayon Şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli, 843/23 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Şahid2 alın və sol əl pəncəsi nahiyyələrində sıyrıqlar olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. (1-ci cild işin 52-54-cü vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyinin” X18 Beyləqan rayon Şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli, 844/23 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. (1-ci cild işin 55-57-ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyinin” X18 Beyləqan rayon Şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli, 791/23 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, alın sümüyünün burun çıxıntısının fraqmentləri yerinidəyişmiş qapalı sınıqları və hər iki gözaltı-almacıq nahiyələrinin hematoması aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yumruq zərbələrinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (1-ci cild işin 58-60-cı vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyinin” X18 Beyləqan rayon Şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli, 845/23 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 2003-cü il təvəllüdlü X5 bədən səthi üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. (1-ci cild işin 62-64-cü vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Qaradağ rayon Sektorunun 07 yanvar 2024-cü il tarixli, 09 saylı arayışından görünür ki, Füzuli rayonundan olan məcburi köçkün Zərərçəkmiş şəxs Sahil qəsəbəsi hərbi şəhərcikdə müvəqqəti məskulaşıb yaşayır. (1-ci cild işin 117-ci vərəqi) İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin Qacar kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyatnamədən görünür ki, Füzuli rayon Qacar kənd sakini Zərərçəkmiş şəxs yoldaşları arasında həmişə özünü nümunəvi aparmış, Prezident və Parlament seçkiləri zamanı nümayəndəlik tərəfindən ona verilən tapşırıqları layiqincə yerinə yetirmiş, dövlətin qanunlarına həmişə hörmətlə yanaşmış, gəncləri dövlət və dövlətçiliyi sevməkdə fəallıq göstərmişdir. Onun haqqında icra nümayəndəliyinə hüquq mühafizə orqanlarından heç bir vaxt sorğu göndərilməmiş və onun haqqında cinayət işi açılmamışdır. (1-ci cild işin 118-ci vərəqi) İş materiallarında olan Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsinin 08 yanvar 2024-cü il tarixli, 05 saylı arayışından görünür ki, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Naxçıvan küçəsi ev 31, mənzil 113-də pasport qeydiyyatındadır. Qeydiyyatda olduğu müddətdə özünü nizam intizamlı aparmış, onun haqqında heç bir narazılıq olmamışdır. Quliyev X2 ev 31, mənzil 113-də pasport qeydiyyatında olduğu müddətdə barəsində heç bir yerdən yazılı və şifahi şikayət sorğusu daxil olmamışdır. (1-ci cild işin 119-cu vərəqi) İş materiallarında olan Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil-Kommunal Təsərrüfatı Kombinatının 08 yanvar 2024-cü il tarixli, 06 saylı arayışından görünür ki, Quliyev X4 şəhəri, Naxçıvan küçəsi ev 31, mənzil 113-də qeydiyyatdadır. Ailə üzvüləri həyat yoldaşı 1991-ci il təvəllüdlü X8, oğlu 2008-ci il təvəllüdlü X11, oğlu 2010-cu il təvəllüdlü X12 və oğlu 2011-ci il təvəllüdlü X3 ibarətdir. (1-ci cild işin 120-ci vərəqi) İş materiallarında olan Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsinin 08 yanvar 2024-cü il tarixli, 03 saylı arayışından görünür ki, 2003-cü il təvəllüdlü X10 valideyinləri ilə birlikdə Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 31, mənzil 38-də pasport qeydiyyatındadır. X10 göstərilən ünvanda qeydiyyatda olduğu müddətdə onun haqqında heç bir yerdən yazılı və şifahi şikayət sorğusu daxil olmamışdır. (1-ci cild işin 121-ci vərəqi) İş materiallarında olan Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsinin 08 yanvar 2024-cü il tarixli, 04 saylı arayışından görünür ki, 1976-cı il təvəllüdlü Şahid2 ailəsi ilə birlikdə Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 31, mənzil 45-də pasport qeydiyyatındadır. Şahid2 göstərilən ünvanda qeydiyyatda olduğu müddətdə onun haqqında heç bir yerdən yazılı və şifahi şikayət sorğusu daxil olmamışdır. (1-ci cild işin 122-ci vərəqi) İş materiallarında olan MTT Məhdud Məsuliyyətli Cəmiyyətinin arayışından görünür ki, Təqsirləndirilən şəxs boru montajçısı vəzifəsində, Şahid2 fəhlə vəzifəsində, X10 fəhlə vəzifəsində və Zərərçəkmiş şəxs qaynaqçı vəzifəsində MTT MMC-nin Xocavənd rayonu ərazisində yerləşən müəssisəsində əmək müqavilə əsasında işləmiş, işlədikləri müddətdə heç bir intizam pozuntusuna yol verməmiş və müsbət xarakterizə olunurlar. (1-ci cild işin 123-cü vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. (1-ci cild işin 176-cı vərəqi) İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221, 127.2.2 və 127.2.3-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsasatlarla bağlı cinayət təqibinə xitam verilmiş, Şahid2 və Rəşad Quliyevin əməlində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Şahid2 döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirməsi əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğundan həmin maddə ilə barəsində tədbir görülməsi üçün qərarın surəti Xocavənd RPŞ-nin İTB-yə göndərilmiş, “Hadisə yerinə baxış keçirilməsi”, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, üzləşdirmə protokolu, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 791 nömrəli və digər istintaq sənədləri həmin cinayət təqibi üzrə sübut hesab olunmuş və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xocavənd rayon prokuroruna göndərilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, cinayəti etiraf edib səmimi peşman olduğunu, əvvəllər məhkum edilmədiyini, yaşayış yerindən müsbət xarakterizə olduğunu, zərərçəkmiş şəxslə barışmaga cəhd etməsini CM-nin 59.2-ci maddəsinə əsasən, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, cəzasını ağırlaşdıran hal olmadığını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun cinayəti etiraf edib səmimi peşman olduğunu, şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində üç azyaşlı uşağının olmasını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə, yaşayış yerini - Mingəçevir şəhəri, Borçalı Bağ massivində yerləşən 5 nömrəli fərdi yaşayış evini saat 22:00-dan - 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; yaşadığı Mingəçevir şəhəri ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası məhkum edilmiş şəxsin yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxs sağlamlığına vurulmuş ziyanla əlaqədar çəkdiyi xərclərə görə mülki muhakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, maddi ziyan, mülki iddia və ya əmlak müsadirəsi yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə aşağıdakı vəzifələr qoyulsun: - yaşayış yerini - Mingəçevir şəhəri, Borçalı Bağ massivində yerləşən 5 nömrəli fərdi yaşayış evini saat 22:00-dan - 07:00-dək tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - yaşadığı Mingəçevir şəhəri ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və cəzanın icrası məhkum edilmiş şəxsin yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs sağlamlığına vurulmuş ziyanla əlaqədar çəkdiyi xərclərə görə mülki muhakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilsin. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirəsi təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protest verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №1(069)-5/2024
Xocavənd Rayon Məhkəməsi Hökm — İş №1(069)-5/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver