Məhkəmə qərarları › İş №1(069)-5/2025

Xocavənd Rayon Məhkəməsi Hökm — İş №1(069)-5/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan şəhəri İş № 1(069)-5/2025 21.05.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1986-ci ildə Ağdam şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Ağdam rayonu, Qarapirim kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Güloğlular kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxta və mənbədən 1 ədəd polietilen kəsiyi bükümündə xeyli miqdarda ümumi təmiz çəkisi 16,09 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edərək, etibarnamə əsasında istifadəsində olan “MAZ” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtokranın arxa hissəsində, sistem adlanan yerdə gizlətməklə saxlamış və daşımış, narkotik vasitə əldə etməsi və daşıması barədə Xocavənd Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 14 yanvar 2025-ci il tarixdə, saat 19 radələrində “MAZ” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtokranla Xocavənd rayonu, Qarakənd kəndi ərazisində hərəkətdə olarkən, həmin kəndin çıxış hissəsində avtomobil yolunda polis əməkdaşları tərəfindən saxlanılaraq, video çəkiliş aparılmaqla onun idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin arxa hissəsində, sistem adlanan yerdən bir ədəd sellofan bükümdə xeyli miqdarda, ümumi təmiz çəkisi 16,09 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətlər ilə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun qeyd edilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, müvafiq ekspert rəyləri və işin digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum edilmiş, cəzadan azad olunduqdan sonra Bərdə rayonunda ailəsi ilə birgə yaşamağa başlamış və günəmuzd olaraq işləyib ailəsini dolanışığı üçün qazanc əldə etmişdir. Bərdə rayonunda yaşayan əvvəldən tanıdığı Ramiz Əzizova məxsus “MAZ” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtokranla Xocavənd rayonu ərazisində yerləşən yükləri daşımaq üçün getmiş və bunun qarşılığında Ramiz Əzizov ona gündəlik olaraq 30 manat pul vermişdir. Həmin avtomobili “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etmişdir. Sonuncu dəfə Xocavənd rayonu ərazisinə 05 yanvar 2025-ci il tarixdə tək gəlmiş, həmin tarixdən "xxxx" şirkətinin Qarakənd kəndi ərazisində yerləşən işlərini görmüş və işdən sonra şirkətə məxsus binada qalmışdır. 13 yanvar 2025-ci il tarixdə səhər saatlarında Xocavənd rayonu, Qırmızıbazar qəsəbəsi ərazisinə gedərkən, yolda Xocavənd rayonu, Çartar kəndi ərazisində avtomobildən düşərək yolun kənarında yerləşən məhləyə daxil olmuşdur. Həmin məhlədə ağacdan xurma yeyərkən ətrafdan nəşə adı ilə tanıdığı narkotik vasitənin kəskin iyisini hiss etmiş və həmin qoxu əvvəllər də istifadə etdiyi üçün tanış gəlmişdir. Həmin ağacdan 5-6 metr kənarda kolların arasında təxminən 1 ovuc miqdarında nəşə adı ilə tanıdığı narkotik vasitə-qurudulmuş marixuana tapmış, oradan yerdən ağ rəngli sellofan torba tapıb içərisinə yığmış və əlində saxlayıb idarə etdiyi “MAZ” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtokrana aparmışdır. Avtomobilin salonunda iş yoldaşları oturduğundan həmin sellofan torbanı avtomobilin arxa hissəsində yerləşən sistem deyilən hissəsində gizlətmişdir. Bundan sonra Xocavənd rayonu, Qırmızıbazar qəsəbəsinə gedib orada işlərini görüb geri qayıtmışdır. 14 yanvar 2025-ci il tarixdə Xocavənd rayonu, Qarakənd kəndi ərazisində yenidən iş üçün getmiş, orada işlərini yekunlaşdırmış və iş yoldaşı Şahid5la birgə Xocavənd rayonuna qayıtmışdır. Qayıdan zaman yolda Xocavənd rayonu, Qarakənd kəndində polis əməkdaşları idarə etdiyi “MAZ” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtokranı saxlatmış, narkotik vasitə əldə etmədə, saxlama və daşımaqda şübhəli olduğunu, buna görə üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilməli olduqlarını demişlər. Polis əməkdaşlarına bununla bağlı heç bir etiraz etməmiş və polis əməkdaşları videoçəkiliş ilə ilk öncə üzərində şəxsi axtarış aparmışlar. Lakin üzərindən qadağan edilmiş hər hansı bir narkotik və ya psixotrop maddə aşkar edilməmiş, özü avtomobildə saxladığı narkotik vasitə-qurudulmuş marixuananı saxladığı yerdən, yəni avtomobilin sistem olan yerindən sellofan torbadan çıxarıb təqdim etmişdir. Həmin kütlə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, ümumi kütləsi 25 qram olmuş, müvafiq qaydada qablaşdırılaraq götürülmüş və bundan sonra Xocavənd Rayon Polis Şöbəsinə aparılmışdır. Orada müstəntiq tərəfindən dövlət hesabına vəkil təyin edilmiş, vəkilin iştirakı ilə həmin kütləyə yenidən baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və müvafiq qaydada götürülmüşdür. Avtomobildən aşkarlanmış narkotik vasitəni kiməsə satmamış və ya pay verməmiş, həmin kütləni şəxsi istifadə üçün götürmüşdür. Həmin kütlədən istifadə etməmiş və ya hər hansısa bir yerdə gizlətməmişdir. Narkotik vasitə istifadə etməyindən ailə üzvlərinin xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı psixoloji və fiziki təzyiq olmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, bir daha cinayət etməyəcəyinə dair söz verir. Bundan başqa atası yaxın vaxtlarda vəfat etmiş, xəstə anası onunla birlikdə yaşayır, həmçinin himayəsində iki kiçik qız övladları vardır. Ona görə də, qeyd etdiklərinin nəzərə alıb, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, 2022-ci ildən X7, 2022-ci ilin iyun ayından Xocavənd Rayon Polis Şöbəsində CAQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir. Ağdam rayonu, Qarapirim kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Güloğlular kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, üzərində saxlaması və daşıması barədə Xocavənd Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rəhbərliyi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün icazə almışdır. İcazə aldınqdan sonra xx.xx.2025-ci il tarixdə CAQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, CAQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və PPXT-nın polis baş serjantı Şahid4 iştirakı ilə Xocavənd Rayon Polis Şöbəsinin rəisinin təsdiq etdiyi qərarla əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirlərinə başlamazdan əvvəl rəhbərlik tərəfindən təlimatlandırıldıqdan sonra əməliyyat tədbirinin videoçəkilişlə aparılacağı bildirilmiş və çəkilişin aparılması Şahid3 tapşırılmışdır. 14 yanvar 2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri videogörüntü ilə aparılmış və əvvəldən tanımadığı, aralarında hər hansı bir ədavət və düşmənçilik olmayan Təqsirləndirilən şəxs idarə etdiyi “MAZ” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtokran saxlanılmış və sonuncuya narkotik vasitələrini qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ilə əlaqədar saxlanıldığı izah olunmuşdur. Təqsirləndirilən şəxs avtomobildən yerə enmiş, hüquq və vəzifələri elan edilmiş və bütün bunlar videogörüntü ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs ilk öncə üzərində narkotik vasitə və ya psixotrop maddə olubolmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmiş, tərəfindən şəxsin üzərinə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və vasitə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “MAZ” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtokranda narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs isə avtokranın sistem adlanan hissəsində ağ sellofan torbaya bükülmüş kütlə çıxarıb təqdim etmişdir. Həmin ağ sellofan torbaya baxış keçirməyə başlanılmış, sellofan torbanın açarkən orada yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütləni elektron tərəzidə ölçərkən çəkisi 25 qram olmuş və həmin kütləni zərflə qablaşdıraraq müvafiq qaydada götürmüşlər. Daha sonra avtokrana baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və vasitə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “MAZ” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtokranla birlikdə Xocavənd RPŞ-yə aparılmışdır. Avtomobildə narkotik vasitəyə bənzər kütlə aşkar edildiyindən araşdırma aparılması üçün rəhbərliyə raportla məruzə edilmiş və araşdırma aparılması polis şöbəsinin müstəntiqi, polis baş leytenantı Cavid Bayramlıya həvalə edilmiş, Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edərək, sonuncunu dövlət hesabına müdafiəçi ilə təmin etmiş və raportla təqdim etdiyi kütləyə videogörüntü ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı hər hansı bir psixoloji və fiziki təzyiq olmamış və saxlanılması ilə bağlı bütün əməliyyat tədbiri video çəkilişlə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun qeyd etdiyi halları təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, o, 12 noyabr 2024-cü il tarixdən işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində fəaliyyət göstərən "xxxx" MMC-də fəhlə kimi işə düzəlmiş və həmin şirkətin fəhlə yataqxanasında müvəqqəti olaraq yaşamışdır. Təqsirləndirilən şəxs "xxxx" MMC-də işlədiyi müddətdə tanımış, onunla aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. 14 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “MAZ” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtokranla Xocavənd rayonun işğaldan azad edilmiş Qarakənd kəndi ərazinə iş üçün getmiş, axşam saat 19 radələrində işləri bitdikdə Xocavənd rayonunda yerləşən fəhlə yataqxanasına qayıdan zaman Xocavənd rayonunun işğaldan azad edilmiş Qarakənd kəndi ərazisində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi saxlanılmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olubolmaması barədə sual vermiş, bu zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarına üzərində narkotik vasitə olmadığını, lakin idarə etdiyi “MAZ” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobildə olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Sərnişin olduğu avtomobildə narkotik vasitə olması ilə bağlı heç bir məlumatı olmamışdır. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsindən və avtomobilində saxlayaraq, daşımasından hər hansı bir məlumatı olmamışdır. İş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və götürmə haqqında” 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 14 yanvar 2025-ci il tarixdə, saat 19 radələrində Xocavənd rayonu, Qarakənd kəndi ərazisində Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən əşya və ya vəsitə aşkar olunmamış, Təqsirləndirilən şəxs idarə etdiyi “MAZ” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtokranın sistem hissəsindən özü bir ədəd ağ sellofan büküm çıxarıb təqdim etmiş, həmin təqdim ediyi bir ədəd ağ rəngli sellofan paketdəki büküm açıldıqda onun içərisində tünd yaşıl rəngdə, kəskin iyli qurudulmuş halda narkotik tərkibli vasitə olan marixuanaya bəzər kütlə aşkar olunmuş, həmin kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən elektron tərəzidə çəkilərək ümumi çəkisi 25 qram olduğu müəyyən olunmuş və həmin kütlə zərfə qoyularaq üzəri iştirakçıların imzasi ilə imzalanaraq, möhürlənmişdir. (1-ci cild işin 8-10-cu vərəqi) İş materiallarında olan baxış aparılması haqqında 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 14 yanvar 2025-ci il tarixdə, saat 19:03 radələrində Xocavənd RPŞ-nin CAQ-nun əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs nakotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilinərək, onun idarə etdiyi “MAZ” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, video çəkiliş vasitəsi ilə qeydə alınmış, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmiş, üzərinə baxış keçirən zamanı narkotik vasitə və ya psixotrop maddə aşkarlanmamış, lakin Təqsirləndirilən şəxs avtomobilin sistem adlanan hissəsindən bir ədəd ağ sellofan torbaya bükülmüş vəziyyətdə ümumi çəkisi 25 qram olan narkotik vasitə və ya psixotrop maddəyə bənzər yaşıl rənğli kütlə aşkar edilmiş və müvafiq qaydada qablaşdırılmışdır. (1-ci cild işin 11-12-ci vərəqi) İş materiallarında olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə şübhəli olan şəxs qismində 14 yanvar 2025-ci il tarixdə, saat 21:32-də tutulmuşdur. (1-ci cild işin 13-14-cü vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 15 yanvar 2025-ci il tarixli, 18/37 nömrəli ekspert rəyindən görünür ki, “Təqsirləndirilən şəxs idarə etdiyi... avtomobildən...” sözləri və imzalar olan kağız paketdə 02 ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 16,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 16,09 qram, tədqiqata istifadə olundu - 0,02 qram, qalıq - 16,07 qram. (1-ci cild işin 57-60-cı vərəqi) İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (1-ci cild işin 63-64-cü vərəqi) İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (1-ci cild işin 74-75-ci vərəqi) İş materiallarında olan şübhəli şəxsin müvəqqəti saxlanma yerindən azad edilməsi haqqında 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Cəfərov X4 Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerindən xx.xx.2025-ci il tarixdən, saat 19:35-dən azad edilmişdir. (1-ci cild işin 84-85-ci vərəqi) İş materiallarında olan təhvil verilmə haqqında 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus OPPA A40 m markalı bir ədəd mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən, Təqsirləndirilən şəxs təhvil verilmişdir. (1-ci cild işin 88-90-cı vərəqi) İş materiallarında olan maddi sübut kimi tanıma və təhvil verilməsi haqqında 15 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi 16,07 qram olan kustar üsulla hazırlanmış nakotik vasitə-qurudulmuş marixuana iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Xocavənd Rayon Polis Şöbəsinə təhvil verilmişdir. (1-ci cild işin 91-ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X13 03 fevral 2025-ci il tarixli, 18-1-21/3- 461/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X15 poliklinika şöbəsinin Narkoloji və Psixiatrik kabinetində qeydiyyatda yoxdur. (1-ci cild işin 178-ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X13 05 fevral 2025-ci il tarixli, 18-1-28/2- 260/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X15 poliklinika şöbəsinin Narkoloji və Ruhi-Əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. (1-ci cild işin 181-ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamənin, Xocavənd Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 1(069)-5/2022 saylı hökmünün, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(21)-111/2022 saylı qərarının və Salyan Rayon Məhkəməsinin xx.xx.2023 cü il tarixli, 7(057)-652/2023 saylı qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 228.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsinə əsasən, barəsində 04 il azadlığın məhdudlaşdırlması cəzası təyin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş azadlığın məhdudlaşdırlması cəzası 01 il, 11 ay, 08 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həmin cəzadan CM-nin 76-cı maddəsinə əsasən, 10 ay, 11 gün vaxtından əvvəl şərti azad edilmiş və Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 249356/01 saylı məktubuna əsasən, Təqsirləndirilən şəxs cəza müddətinin sonu ilə əlaqədar xx.xx.2024-cü il tarixdə, Şöbənin “şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyat kitabı”ndan çıxarılmışdır. (1ci cild işin 182-183-ci, 208-211-ci vərəqi) İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğluları kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Güloğlular kəndində yaşayır, ərazidə yaşadığı müddətdə özünü intizamlı aparmış, ictimai yerlərdə davranışı müsbət olmuş, kənd əhalisinin və həmyaşıdlarının arasında özünə hörmət qazanmış, kəndin ictimai işlərində və abadlıq işlərində yaxından iştirak etmişdir. Onun barəsində Bərdə rayonu Güloğlular kənd İƏD üzrə İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (1-ci cild işin 212-ci vərəqi) İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 320 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün kimi Bərdə rayonu, Güloğlular kəndində yaşayır, ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. (1-ci cild işin 213-cü vərəqi) İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.2019-cu ildə doğulmuşdur. (1-ci cild işin 240cı vərəqi) İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsindən görünür ki, X9 xx.xx.2021-ci ildə doğulmuşdur. (1-ci cild işin 240cı vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 12 fevral 2025-ci il tarixli, 783 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub, lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (1-ci cild işin 223-224-cü vərəqi) Məhkəmə işdəki sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, əməlindən səmimi peşman olub törətdiyi əməli səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdən - 15 yanvar 2025-ci il tarixdək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə aşağıdakı vəzifələr qoyulmalıdır: - yaşayış yerini - Bərdə rayonu, Güloğlular kəndində evini saat 23:00-dan - 07:00-dək tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - yaşadığı Bərdə rayonu ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası məhkum edilmiş şəxsin yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Xocavənd Rayon Polis Şöbəsində maddi sübut kimi saxlanılan 16,07 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 31 manat 95 qəpik Təqsirləndirilən şəxs tutularaq X3 210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi zərər və xüsusi müsadirəsi təklif edilən əmlak yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdən - 15 yanvar 2025-ci il tarixdək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə aşağıdakı vəzifələr qoyulsun: - yaşayış yerini - Bərdə rayonu, Güloğlular kəndində evini saat 23:00-dan - 07:00-dək tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - yaşadığı Bərdə rayonu ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və cəzanın icrası məhkum edilmiş şəxsin yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə Xocavənd Rayon Polis Şöbəsində maddi sübut kimi saxlanılan 16,07 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik Təqsirləndirilən şəxs tutularaq X3 210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi zərər və xüsusi müsadirəsi təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protest verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar