Məhkəmə qərarları › İş №1(069)-6/2024

Xocavənd Rayon Məhkəməsi Hökm — İş №1(069)-6/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan şəhəri İş № 1(069)-6/2024 31.10.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Neftçala rayonu, Xolqaraqaşlı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, işsiz, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağayev X14 rayon sakini Zərərçəkmiş şəxs2 məxsus “DAF” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə əsasında 22 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 62-ci kilometrliyində Füzuli rayonu istiqamətində idarə edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyərək, idarə etdiyi nəqliyyat vasitəsini yol kənarında olan beton maneələrə vuraraq yol kənarına aşırmış, avtomobildə olan sərnişin Biləsuvar rayon sakini X1 tağı, kəllə əsası və üz-sklet sümüklərinin çoxsaylı, qəlpələnmiş açıq sınıqları, baş beyin toxumasının əzilibdağılması, sağ bud sümüyünün orta üçdə-birinin fraqmentləri yerinidəyişmiş, qəlpələnmiş açıq sınığı, bədən səthinin çoxsaylı əzilmiş yaraları və sıyrıqları, daxili üzvlərin azqanlılığı ilə müşayət olunan, yetirilən anda həyat üçün təhlükəli olan xəsarətlər alaraq ehtiyyatsızlıqdan ölməsinə səbəb olan, həmçinin Zərərçəkmiş şəxs2 məxsus avtomobilin yararsız vəziyyətə düşməsi nəticəsində sonuncuya 80.000 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Bu hərəkətlər ilə o, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin, şahid ifadələri və işin digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009-cu ildən BC katerqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə etmiş, 2023-cü ildən X4 Vəlicanova məxsus olan “DAF” markalı, **-CD- *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobillə pompa işləri görüb pul əldə etmiş, həmin pulların müəyyən qismini Telman Vəlicanova vermişdir. 17 dekabr 2023-cü il tarixdə Telman Vəlicanov zəng edərək, Şuşa şəhərində iş olduğunu, ora getmək lazım olduğunu demiş, bu zaman sonuncuya avtomobilin sürətlər qutusunda problem olduğunu və bu vəziyyətdə avtomobili idarə etməyin mümkün olmadığını, həmçinin özü ilə birlikdə Elçin Nəzərovun da gedəcəyini bildirmişdir. Bu zaman Telman Vəlicanov təmir üçün avtomobili Bakı şəhərinə gətirməsini demiş və 21 dekabr 2023-cü il tarixdə avtomobili Bakı şəhərinə aparmışdır. Həmin gün avtomobilin pevod adlanan detalı dəyişdirilmiş, lakin avtomobilin nasazlığı tam düzəlməmişdir. Həmin gün Bakı şəhərindən geri qayıdarkən Bakı-Salyan avtomobil yolunda avtomobilin sürətlər qutusunda yenidən nasazlıq baş vermiş, lakin bu barədə Telman Vəlicanova zəng edib məlumat verməmişdir. 22 dekabr 2023-cü il tarixdə, saat 08 radələrində Telman Vəlicanov zəng edərək, Şuşa şəhərinə gedib-getmədiyini soruşmuş, o, birazdan çıxacağını, lakin avtomobilin ötürücü qutusunda hələ də problem olduğunu demişdir. Bu zaman Telman Vəlicanov oranın düz olduğunu, 1 həftə işləyib geri qayıdacaqlarını, asta-asta avtomobili idarə edərək, getmələrini demişdir. Elçin Nəzərovla birgə həmin gün saat 13 radələrində Xocavənd rayonu ərazisində yerləşən “Kolin İnşaatın” ərazisinə çatmışlar, iş görüləcək ərazi ilə tanış olduqdan sonra Telman Vəlicanova zəng edərək, burada avtomobilin dağılacağını demiş, sonuncu isə xx.xx.2023cü il tarixədək işləyib sonra geri qayıtmasını bildirmişdir. Həmin gün Xocavənd rayonu ərazisində yerləşən Füzuli-Şuşa avtomobili yolunun 72-ci kilometrliyində 7 kubmetr əraziyə beton tökmüş, lakin avtomobilin həmin ərazidə işləyə bilmədiyini görüb bu barədə Telman Vəlicanova zəng edib məlumat vermiş, avtomobili həmin ərazidə saxlayacağını, başqa şəxsin gəlib idarə etməsini demişdir. Bundan sonra Telman Vəlicanov avtomobili orada saxlamamağı, yaşadığı Biləsuvar rayonuna aparmağını demişdir. Həmin gün saat 19 radələrində Elçin Nəzərovla birgə oradan çıxmış, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Böyük Tağlar kəndi ərazisindən keçən hissəsi ilə Füzuli rayonu istiqamətində hərəkətdə olarkən, yolun enişli hissəsində avtomobil sürətlə hərəkət etməyə başlamış, əyləcdən istifadə etsə də, avtomobilin sürətini azalda bilməmiş və bu barədə avtomobildə olan Elçin Nəzərova demiş, sonuncu əyləcdən istifadə etməsini desə də, avtomobili əyləc və sürətlər qutusu ilə dayandırmaq mümkün olmamışdır. Bundan sonra avtomobil aşmış və nə baş verdiyini xatırlamamış, sonradan xəstəxanada olan zaman qəza keçirdiklərini, sərnişin Elçin Nəzərovun vəfat etdiyini bilmişdir. Hadisə ehtiyyatsızlıqdan baş vermiş, Elçin Nəzərovun qəza zamanı vəfat etməsindən səmimi peşmandır. Törətdiyi cinayət əməlindən səmimi peşmanlığını, hadisə nəticəsində özünün də ağır xəsarət almasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X17 onun kiçik qardaşıdır. Elçin Nəzərovun daimi işi olmadığından müxtəlif şirkətlərdə və ya fərdi qaydada fəhlə işləyib ailəsi üçün qazanc əldə etmişdir. Sonuncu dəfə qardaşı Elçin Nəzərov 21 dekabr 2023-cü il tarixdə işləmək üçün Şuşa şəhərinə gedəcəyini desə də, bu barədə ətraflı söhbət edə bilməmişlər. 22 dekabr 2023-cü il tarixdə qardaşı X25 rayonu ərazisində avtomobillə qəzaya düşdüyünü və vəziyyətinin ağır olduğunu bilmişdir. Həmin gün Beyləqan rayonu ərazisində yerləşən mərkəzi xəstəxanaya getmiş, gələn zaman artıq qardaşının vəfat etdiyini bilmişdir. X13 meyitinə baxış keçirilmiş və onun baş və sifət nahiyəsi qəza nəticəsində yarasız vəziyyətə düşdüyündən qardaşının sağ qolunun çiyin nahiyəsində yerləşən döymə izlərindən, ağız nahiyəsində olan qızıl dişlərindən və bədən quruluşundan tanımışdır. Bundan sonra müəyyən tanınma protokolu tərtib edildikdən sonra qardaşının meyitini yaşadığı Biləsuvar rayonunda dəfn etmək üçün aparmışdır. X29 vəfat etdiyi “DAF” xüsusi təyinatlı beton vuran **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsdur, hadisənin necə baş verməsi ilə bağlı heç bir məlumatı yoxdur. Hadisə ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb, Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə aldığı və özünə məxsus olan “DAF” xüsusi təyinatlı beton vuran **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilini müxtəlif şirkətlərə və fərdi şəxslərə müəyyən məbləğ qarşılığında kirayə vermiş və həmin avtomobili idarə etmək üçün müxtəlif şəxslərə etibarnamə vermişdir. Sonuncu dəfə həmin avtomobili idarə etmək üçün xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 10 illik müddətinə etibarnamə vermişdir. Öz aralarında olan şifahi razılığı əsasında fərdi işlər olanda Təqsirləndirilən şəxs işi görmüş, şirkətlərlə iş olanda isə birbaşa özləri ilə əlaqə saxlayıb iş barədə danışıqlar aparıb razılaşmışlar. Sonuncu dəfə Şuşa şəhərində yerləşən “X34 Sanayi və Ticarət Anonim Şirkətinin” Azərbaycandakı nümayəndəliyi müraciət edərək, pompa avtomobili lazım olduğunu bildirmiş, bu barədə atası Telman Vəlicanova demiş, sonuncu Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradaraq, Şuşa şəhərində iş olduğunu, ora gedib işə baxmaq lazım olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü ilə birgə Şuşa şəhərində işləmək üçün aparacağı əvvəldən tanımadığı Elçin Nəzərovun şəxsiyyət vəsiqəsinin şəklini göndərmiş, həmin şəxslərin vəsiqələrini portal açmaq üçün “X34 Sanayi və Ticarət Anonim Şirkətinin” Azərbaycandakı nümayəndəliyinə göndərmişdir. Portal icazəsi alındıqdan sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Elçin Nəzərov avtomobillə həmin ərazidə işə baxmaq üçün oraya getmişdir. Təqsirləndirilən şəxs oraya getdikdən sonra işin aparılacağı ərazi ilə tanış olduqdan sonra avtomobilin həmin ərazidə dağılacağını, işin ağır olduğunu bildirmişdir. Bundan sonra həmin ərazidə işləməməyə qərar verilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs avtomobillə geri qayıdarkən yolda qəza baş vermiş və nəticədə avtomobildə olan X17 vəfat etmiş, Təqsirləndirilən şəxs müxtəlif dərəcəli bədən xəsarəti almış və nəticədə avtomobil yararsız vəziyyətə düşmüşdür. Qəza baş verən zaman avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə nəticəsində ona dəymiş 80.000 manat dəyərində maddi ziyan tam ödənilmiş və hadisə ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən X22, 2023-cü ildən Xocavənd Rayon Polis Şöbəsində YPX-nin baş inspektoru vəzifəsində xidmət edir, polis leytenantı rütbəsindədir. 22 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisində xidmətdə olarkən, Xocavənd RPŞ-nin növbətçi hissəsindən Xocavənd rayonu, Böyük Tağlar kəndi əraizisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 64-cü kilometrliyində yolnəqliyyat hadisəsinin baş verdiyi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında dərhal hadisə yerinə getmiş, hadisə yerinə çatan zaman sarı rəngli “DAF” markalı, **-CD- *** dövlət qeydiyyat nişanlı betonvuran pompa avtomobilinin yolun Füzuli rayonu istiqamətində olan hissəsində yolun kənarında olan beton maneələrə dəyərək aşmış vəziyyətdə olduğunu görmüşdür. Avtomobilin ön hissəsi dağılmış və yolun kənarına tökülmüşdür. Həmin vaxt avtomobilin sürücüsü yaralı vəziyyətdə, sərnişin isə vəfat etmişdir. Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilas etmə qrupunun əməkdaşları avtomobildə sıxılmış vəziyyət qalan sərnişin, əvvəldən tanımadığı, sonradan adının Elçin Nəzərov olduğunu bildiyi şəxsin nəşini çıxarmağa çalışmış, orada yaralı vəziyyətdə olan sürücü Təqsirləndirilən şəxs isə təcilli tibbi yardım xidmətinin əməkdaşları tərəfindən Füzuli rayonu Mərkəzi Xəstəxanasına aparılmışdır. Elçin Nəzərovun nəşi avtomobildən çıxarıldıqdan sonra müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza mərkəzinin Beyləqan rayonu Şöbəsinə aparılmışdır. Hadisə yerinin sxemi müstəntiq Xəyyam Vəliyev tərəfindən çəkilmiş, ölçülər götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs yaralı vəziyyətdə olduğundan onun sərxoşluğunun yoxlanılması tərəfindən alkotesterlə mümkün olmamış və buna görə müstəntiq tərəfindən Füzuli RMX-da həkimlər vasitəsilə sonuncunun qanından nümunə götürülmüşdür. Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı heç bir məlumatı yoxdur. Qəza baş verən zaman hava şəraiti açıq və yağıntısız olduğundan yol örtüyü quru olmuşdur. İş materiallarında olan 22 dekabr 2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi DAF markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törətdiyi yer Xocavənd rayonu, Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 62-ci kilometrliyidir. (1-ci cild işin 7-26-cı vərəqi) İş materiallarında olan Biləsuvar RPŞ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1978-ci il tarixdə Neftçala rayonu, Xolqaraqaşlı kəndində anadan olmuş, Biləsuvar rayonu Nəsimi kəndində qeydiyyatdadır. (1-ci cild işin 30-cu vərəqi) İş materiallarında olan 23 dekabr 2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X7 meyitinə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. (1-ci cild işin 40-cı vərəqi) İş materiallarında olan 23 dekabr 2023-cü il tarixli “meyitin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs1 təqdim edilən meyiti nəzərdən keçirmiş, tanınmaya təqdim edilmiş şəxs onun qardaşı X11r. (1-ci cild işin 51-ci vərəqi) İş materiallarında olan 23 dekabr 2023-cü il tarixli maddi sübut kimi tanıma və maddi sübutun saxlanılması üçün təhvil verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətdiyi və Zərərçəkmiş şəxs2 məxsus DAF markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə sübuti əhəmiyyətə malik olduğundan maddi sübut kimi tanınmış və həmin avtomobil saxlanılması üçün Xocavənd Rayon Polis şöbəsinin duracağına təhvil verilmişdir.(1-ci cild işin 52-53-cü vərəqi) İş materiallarında olan 27 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 qardaşı X12 məxsus AZE seriyalı 09876321 saylı şəxsiyyət vəsiqəsini və bir ədəd yaşıl rəngli əl çantasını, içərisindəki geyim əşyaları ilə birgə Xocavənd Rayon Polis X10 təhvil almışdır.(1-ci cild işin 57-ci vərəqi) İş materiallarında olan Xocavənd RPŞ-nin DYPQ-nun DAM-ı, polis mayoru Şaiq Ağayevin xx.xx.2024-cü il tarixli rapotundan görünür ki, Təqsirləndirilən şəxs adına BB seriyalı 252789 nömrəli, B1, B, C1 və C dərəcəli sürücülük vəsiqəsi mövcuddur. “DAF” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş, qeyd olunan avtomobil Zərərçəkmiş şəxs2 məxsusdur. Yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidə təhlükəsizlik kameraları quraşdırılmamışdır. Nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə texniki baxışdan keçirilimiş, xx.xx.2023-cü il tarixdə növbəti baxışdan keçirilməlidir. (1-ci cild işin 59-cü vərəqi) İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil asvalt yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisindən keçən hissəsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində qardaşı X7 ölməsi ilə bağlı hüquqi varis qismində tanınmasını xahiş etmişdir. (1-ci cild işin 65-ci vərəqi) İş materiallarında olan xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (1-ci cild işin 67-68-ci vərəqi) İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X26 qardaşı Təqsirləndirilən şəxs məxsus olan bir ədəd qara rəngli nokio markalı mobil telefonu üzərində olan iki ədəd sim kartı ilə birgə yararsız vəziyyətdə və bir ədəd göy rəngli əl çantasında olan qardaşına məxsus geyim əşyalarını Xocavənd Rayon Polis Şöbəsinin İstintaq qrupundan təhvil almışdır. (1-ci cild işin 89-cu vərəqi) İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, DAF markalı **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobil qəza törədən zaman hadisəni görən şəxs və ya şəxslərin müəyyən edilməsi zərurəti yarandığından, əməliyyat axtarış tədbirləri həyata keçirilmiş və DAF markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil qəza törədən zaman axşam saatları olduğundan hadisəni görən şəxs və şəxsləri müəyyən etmək mümkün olmamışdır. (1-ci cild işin 95-ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” X32 məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 4686/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazzlon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (1-ci cild işin 96-99-cu vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. (1-ci cild işin 109-cu vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” X38 Beyləqan rayon Şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 44/23 nömrəli rəyindən görünür ki, X7 baş beyin toxuması əzilib-dağılmış, kəllə tağı, kəllə əsası və üz-sklet sümüklərinin çoxsaylı, qəlpələnmiş açıq sınıqları, baş beyin toxumasının əzilib-dağılması, sağ bud sümüyünün orta üçdə-birinin fraqmentləri yerinidəyişmiş, qəlpələnmiş açıq sınığı, bədən səthinin çoxsaylı əzilmiş yaraları və sıyrıqları, daxili üzvlərin azqanlılığı ilə müşayət olunan, yetirilən anda həyat üçün təhlükəli olan və ölümlə nəticələnən sağlamlığa ağır zərərvuran xəsarətlər almış, ölümünə səbəb baş beyin toxumasının əzilib-dağılması olmuşdur. Elçin Nəzərovun meyitindən götürülmüş qan nümunəsində etil spirti və narkotik tərkibli maddələr aşkar olunmamışdır.(1-ci cild işin 110-115-ci vərəqi) İş materiallarında olan 26 fevral 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan, fotocədvəl və sxemdən görünür ki, “DAF” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin kabinasının sağ hissəsi güclü dinamiki zərbə nəticəsində geriyə doğru deformasiya olmuş, sağ qapı, kapot, bufer, fara və digər hissələr əzilərək yararsız vəziyyətə düşmüşdür. Ön alın şüşəsi və qapılarda olan şüşələr sınmış, arxa sağ təkər partlamışdır. Avtomobil yararsız vəziyyətə düşdüyündən mühərriki işə salmaq mümkün olmamışdır. Avtomobilin baş tormoz slindri üzərində və təkərlərə gedən tormoz boruları üzərində hər hansı partlama, cırılma yəni, havanın kənara çıxması əlamətləri müəyyn olunmamışdır. Avtomobilin arxa körpülərindəki tormoz sisteminə aid olan enerji akumlyatorlar avtomobilin üzərində olmaqla həmin hissələrdə hər hansı nasazlıq müəyyən olunmamışdır. Bundan sonra enerji akumlyatorlar üzərində olan bolt boşaldıqdan sonra tormoz barabanlar sökülmüş, bu zaman tormoz kalotkalarının qalınlığının norma daxilində olması müəyyən olunmuşdur. Avtomobilin tormoz sisteminə aid olan digər elementlərində hər hansı nasazlıq müəyyən edilməmişdir. (1-ci cild işin 130-132-ci vərəqi) İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 Xocavənd Rayon Polis X16 baş müstəntiqi, polis baş leytenantı X5 DAF markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. (1-ci cild işin 133-cü vərəqi) İş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 230 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. (1-ci cild işin 142-ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/327 nömrəli rəyindən görünür ki, “DAF” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sistemi hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilin tormoz sisteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. “DAF” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş, həmçinin avtomobil saz vəziyyətdə olmuşdur. (1-ci cild işin 143-145-cı vərəqi) İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnasinmədən görünür ki, 1987-ci il təvəllüdlü Nefçala rayon Xolqaraqaşlı kəndində anadan olmuş, azərbaycanlı, kişi, orta təhsilli, bitərəf, evli, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan Ağayev X3 yaşadığı müddətdə özünü intizamlı, əməksevər, bacarıqlı insan kimi göstərmişdir. Kənd əhalisinin və kənd ağsaqqallarının dərin hörmətini qazanmışdır. Onunla bağlı Nəsimi kənd icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (1-ci cild işin 147-ci vərəqi) İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-39-12/2-209/2024 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri həyat yoldaşı X8, qızı X27, qızı X28 və oğlu X18 ibarətdir. (1-ci cild işin 148-ci vərəqi) İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-39-12/2-208/2024 nömrəli arayışından görünür ki, Ağayev X15 rayonu, Nəsimi kəndində qeydiyyatdadır. (1ci cild işin 149-cu vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” X38 Beyləqan rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 196/24 nömrəli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs L1-L2 (1-ci və 2-ci bel fəqərəsi) fəqərələrinin sınığı nəticəsində çanaq üzvlərinin funksiyasının kəskin pozulması və aşağı ətraflarda hərəki və hisiyyat pozulmaları ilə müşayət olunan onurğa beyinin bel seqmentində zədələnməsi, təpə nahiyəsində əzilmiş yara, bədən səthinin çoxsaylı sıyrıqları aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (1-ci cild işin 150-153-cü vərəqi) İş materiallarında olan X34 Sanayi və Ticarət Anonim Şirkətinin Azərbaycandakı nümayəndəliyindən daxil olmuş 06 mart 2024-cü il tarixli, 8052 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və X17 ilə şirkət arasında əmək və ya mülki hüquqi müqavilələr bağlanmamışdır. Həmin şəxslərin işğaldan azad edilmiş ərazilərə daxil olmaları üçün portal icazə sisteminə şirkət tərəfindən daxil edilməsinə səbəb həmin şəxslərlə şirkət arasında subpodrat danışıqlar aparılması, onlara görüləcək işlər barədə ətraflı məlumat almaları üçün inşaat sahəsinə dəvət edilmişlər. Lakin görüləcək işlərin şərtləri barədə qarşılıqlı razılığa gəlinməməsi səbəbi ilə onlarla müqavilə bağlanmamış, şirkət tərəfindən onlara hər hansı işlərin görülməsi tapşırılmamışdır. (1-ci cild işin 154-cü vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Biləsuvar rayon X19 Hüquqi şəxsi tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli, 727 nömrəli məktubdan görünür ki, Biləsuvar rayonu, Nəsimi kənd sakini Ağayev X15 rayon Mərkəzi Xəstəxanasının ruhi-əsəb və narkoloji dispanserində xəstə kimi qeydiyyatda yoxdur. (1-ci cild işin 155-ci vərəqi) İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X7 ölməsi ilə bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışmış, ona dəymiş ziyan tam həmcdə ödənilmişdir. (1-ci cild işin 195-ci vərəqi) İş materiallarında olan "xxxx" MMC-dən verilmiş 01 aprel 2024-cü il tarixli, 17/0351 nömrəli qiymətləndirmə hesabatından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “DAF” xüsusi beton nasos markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 80.000 (səksən min) manat məbləğində maddi ziyan dəymişdir. (1-ci cild işin 208-220-ci vərəqi) İş materiallarında olan Zərərçəkmiş şəxs2un ərizəsindən görünür ki, DAF markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı əzilməsi nəticəsində maddi ziyan dəymiş, lakin avtomobilinin əzilməsi ilə əlaqədar olaraq hər hansı bir şəxsdən şikayəti, tələbi və mülki iddiası yoxdur. (1-ci cild işin 221-ci vərəqi) İş materiallarında olan Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2023-cü il tarixli, 7E-12294 nömrəli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs2 “DAF” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək üçün xx.xx.2033-cü il tarixədək Təqsirləndirilən şəxs oğuna etibarnamə vermişdir. (1-ci cild işin 227-ci vərəqi) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” X32 xx.xx.2024-cü il tarixli, 539/KEŞ nömrəli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı hazırda onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilmədi. X21 İnstitutunda tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs “Sinir köklərinin və kələflərinin digər zədələnmələri. Onurğanın beloma şöbəsinin sinir kökünün travması. Süst paraplegiya. Hərəkətin və yerişin pozulmaları. Sidik ifrazının ləngiməsi. Fəqərəarası diskin digər dəqiqləşdirilmiş zədələnməsi. Özünə xidmət zamanı köməyə ehtiyacı” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Təqsirləndirilən şəxs aşağı ətraflarda hərəkət məhdudluğunu və kənar şəxslərin köməyinə ehtiyacı olduğunu nəzərə alaraq, hazırki sağlamlıq durumu ilə əlaqədar onun məhkəmə iclasında sərbəst olaraq iştirakı mümkünsüzdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” X32 xx.xx.2024-cü il tarixli, 750/KEŞ nömrəli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, X21 İnstitutunda tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs “Sinir köklərinin və kələflərinin digər zədələnmələri. Süst paraplegiya. Hərəkətin və yerişin pozulmaları. Anuriya və oliquriya. Fəqərəarası diskin digər dəqiqləşdirilmiş zədələnməsi. Özünə xidmət zamanı köməyə ehtiyac” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Təqsirləndirilən şəxs düçar olduğu xəstəliklər onun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsində cəza çəkməsinə mane olmur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Xocavənd Rayon Məhkəməsininin icraatında olan cinayət işi üzrə ittiham aktını almış, iş üzrə heç bir vəsatəti və şikayəti yoxdur, məhkəmə hazırlıq iclasına onun iştirakı olmadan keçirilməsinə etiraz etmir və xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Xocavənd Rayon Məhkəməsininin icraatında olan 1(069)-6/2024 saylı cinayət işi üzrə ibtidai istintaqda verdiyi izahatını təsdiq edir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Xocavaənd Rayon Məhkəməsininin icraatında olan 1(069)-6/2024 saylı cinayət işi üzrə ibtidai istintaqda verdiyi izahatını təsdiq edir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmir və Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, məhkəmənin icraatında olan cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərlə bağlı heç bir tələbi və şikayəti yoxdur, zərər ona tam olaraq ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs yüngül cəza verilməsinin müzakirə edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli olması tam sübuta yetmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 263.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.12-ci, dəymiş ziyanı aradan qaldırmasını CM-nin 59.1.13-cü, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, hadisə nəticəsində özünün də ağır dərəcəli bədən xəsarəti almasını CM-nin 59.2-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 230 (ikiyüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış - zərərçəkmiş Zərərçəkmiş şəxs2 təhvil verilmiş “DAF” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs məxsus olmaqla, qardaşı X20 təhvil verilmiş - üzərində olan iki ədəd sim kartı ilə birgə yararsız vəziyyətdə bir ədəd qara rəngli “Nokia” markalı mobil telefonu və bir ədəd göy rəngli əl çantasında olan geyim əşyaları Təqsirləndirilən şəxs istifadəsində saxlanılmalıdır. Məhkəmə habelə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış - X12 məxsus AZE seriyalı 09876321 saylı şəxsiyyət vəsiqəsi və içərisindəki geyim əşyaları ilə birgə bir ədəd yaşıl rəngli əl çantasının qardaşı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirəsi təklif edilən əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 230 (ikiyüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış - zərərçəkmiş Zərərçəkmiş şəxs2 təhvil verilmiş “DAF” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs məxsus qardaşı X20 təhvil verilmiş - üzərində olan iki ədəd sim kartı ilə birgə yararsız vəziyyətdə bir ədəd qara rəngli “Nokia” markalı mobil telefonu və bir ədəd göy rəngli əl çantasında olan geyim əşyaları Təqsirləndirilən şəxs istifadəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış - X12 məxsus AZE seriyalı 09876321 saylı şəxsiyyət vəsiqəsi və içərisindəki geyim əşyaları ilə birgə bir ədəd yaşıl rəngli əl çantasının qardaşı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirəsi təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protest verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar