Məhkəmə qərarları › İş №1(070)-1/2023

Xocalı Rayon Məhkəməsi Qərar — İş №1(070)-1/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 1(070)-1/2023 29.08.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Astara rayonunun Maşxan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC şirkətində operator işləyən, məhkumluğu olmayan, Astara rayonunun Maşxan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, o, etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “X18 3340” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı pompalı avtomobili idarə edərək qeyd olunan avtomobilin operator köməkçisi X9 ilə birlikdə 16 fevral 2023-cü il tarixdə saat 9 radələrində Xocalı rayonunun Çanaqçı kəndi ərazisindən keçən “Zəfər” yolunun 84-cü kilometrliyində, “X17” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, əməlinin ictimai təhlükəli xarakterini dərk edib, əməlinin insanın ağır dərəcəli bədən xəsarətinə səbəb olacağı imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edib cinayətkarcasına özünə güvənərək, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bunları etməyərək ehtiyatsızlıqdan idarəetməni itirib avtomobilin yolun sağ tərəfindəki beton maneəyə dəyərək aşması nəticəsində həmin vaxt idarə etdiyi avtomobilin sağ oturacağında sərnişin qismində əyləşmiş, avtomobilin operator köməkçisi X5 ağır dərəcəli bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilərək söyləmişdir ki, "xxxx" şirkətində betontökən pompa operatoru vəzifəsində işləyir. Şinasin Niyazov da həmin şirkətdə operator köməkçisi işləmişdir. xx.xx.2023-cü il tarixdə Xocalı rayonunun işğaldan azad olunmuş Sığnaq kəndi ərazisində yeni layihə üzrə iş başlamışdır. Həmin gün səhər saat 10-11 radələrində ilk dəfə Xocalı rayonunun Sığnaq kəndi ərazisindəki tikinti aparılan yerə getmiş, Şinasin Niyazov da bir müddət sonra başqa avtomobillə tikinti yerinə gəlmişdir. Həmin gün axşam saatlarında Şinasin Niyazovla birlikdə tikinti aparılan yerdən şirkətin bazası yerləşən Füzuli rayonunun Üçbulaq kəndinə qayıtmışdır. Növbəti gün xx.xx.2023-cü il tarixdə səhər saatlarında şirkətin bazasından idarə etdiyi “Mercedes Axor” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şinasin Niyazovla birlikdə Xocalı rayonunun Sığnaq kəndi istiqamətində yola çıxmışdır. Hadisə baş verən yerə təxminən 8-9 km qalmış əyləc sisteminin qızmasının qarşısını almaq məqsədilə avtomobili saxlamışdır. Təxminən 25-30 dəqiqə sonra onlar avtomobilə əyləşib yenidən yola davam etmişlər. Xocalı rayonunun Çanaqçı kəndinə az qalmış sərt enişli və döngəli hissədə anidən avtomobil idarəetmədən çıxmışdır. Əyləc sistemindən istifadə etməsinə baxmayaraq avtomobil dayanmamış və gəldiyi surətlə yolun sağ tərəfinə düzülmüş beton piltələrə dəyərək iki dəfə çevrilib yolun kənarına aşmışdır. Zərbədən huşunu bir müddət itirmışdir. Avtomobilin kabinasından çıxarılan zaman ayılaraq görmüşdür ki, Şinasin Niyazov avtomobildən təxminən 20 metr kənarda yerdə uzanmış vəziyyətdədir. Hadisə baş verən zaman avtomobili təxminən 10-20 km/saat surətlə idarə etmiş, hadisə zamanı idarə etdiyi “Mercedes Axor” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin əyləc sistemində problemin olması barədə "xxxx" şirkətinin səlahiyyətləri şəxslərinə məlumat versə də, heç bir tədbir görülməmişdir. Ona bildirmişlər ki, həmin ehtiyat hissəsi hazırda yoxdur və sifariş verilməlidir. Avtomobil saz vəziyyətdə olmamasına baxmayaraq ona iş tapşırıb yola çıxarmışlar. Əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslə artıq barışdığını nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs X9 bildirmişdir ki, 2022-ci ilin dekabr ayından işğaldan azad olmuş ərazilərdə fəaliyyət göstərən "xxxx" MMC şirkətində pompa operatorunun köməkçisi kimi işə başlamış və pompa operatoru Qılmanın Rəhmanovun yanında işləmişdir. xx.xx.2023-cü il tarixdə Xocalı rayonunun Sığnaq kəndi ərazisində aparılan tikinti layihəsi ilə bağlı həmin yerə getmişdir. Həmin tarixdə axşam saatlarında, iş başa çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi pompa avtomobili ilə Füzuli rayonunun Üçbulaq kəndində yerləşən bazaya qayıtmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında qaldıqları bazadan Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun idarə etdiyi “Mercedes Axor” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xocalı rayonunun Sığnaq kəndi ərazisinə tikinti yerinə getmək üçün yola çıxmışlar. Bu zaman o, avtomobili idarə edən Təqsirləndirilən şəxs yanında əyləşmişdir. Xocalı rayonu ərazisində “Zəfər yolu”nun sərt enişli döngəli hissəsində Təqsirləndirilən şəxs qəfildən idarə etdiyi avtomobilin idarəetməsini itirmiş və avtomobil yolun kənarında olan beton arakəsməyə dəyərək iki dəfə çevrilmişdir. Bunun nəticəsində avtomobilin kabinasından yerə düşmüş və huşunu itirmişdir. Huşu özünə qayıdanda əlinin biləkdən kəsildiyini görmüşdür. Onu dərhal xəstəxanaya çatdırmışlar. Artıq təqsirləndirilən şəxslə vurulmuş ziyanla bağlı razılıq əldə etmiş, onunla barışmış, ona qarşı hər hansı bir tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissənin Maliyyə xidmətində mühasib işləyir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında sərnişin kimi əyləşdiyi tanımadığı şəxsin idarə etdiyi “Opel” markalı avtomobillə xidməti zərurətlə əlaqədar Şuşa şəhərindən Füzuli rayonu istiqamətdə “Zəfər yolu” ilə hərəkətdə olmuşdur. Xocalı rayonunun Çanaqçı kəndindən Xocavənd rayonu istiqamətində yolun yoxuşlu hissəsində yolun sol tərəfində betontökən pompa avtomobilinin öz hərəkəti istiqamətində yolun sağ kənarına aşdığını, avtomobilin yanında bir-birindən kənarda, yerdə iki nəfər şəxsin uzanmış vəziyyətdə olduğunu görmüşdür. Oradan keçən tanımadığı şəxslərlə birlikdə sağ qolundan xəsarət almış şəxsi qarın üzərindən götürüb yolun kənarına gətirib yerə uzatmışdır. Yol nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxslərə tibbi yardım göstərilməsi məqsədilə “103” xidmətinə zəng vuraraq məlumat vermiş, sonra isə DİN-in “102” Xidməti-zəng mərkəzi sisteminə müraciət edərək yol-nəqliyyat hadisəsinin baş verməsini bildirmişdir. Şahid6 bildirmişdir ki, Xocalı rayon polis şöbəsinin ictimai təhlükəsizlik qrupunun polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı kəndində xidməti postda olduğu zaman saat təxminən saat 09600da postun yaxınlığında, yolun sərt yoxuşlu hissəsində bir avtomobilin aşması barədə məlumat almışdır. Bu barədə Xocalı RPŞ-yə məlumat verərək İTQ-nin sahənin polis nəfəri Şahid7la birlikdə hadisə yerinə getmişdir. Hadisə yerinə çatan zaman Xocavənd rayonu ərazisindən Xocalı rayonu istiqamətində hərəkətdə olmuş, həmin istiqamətdə yolun sağ kənarında yerləşən beton piltələrə çırpılaraq aşmış “Mercedes” markalı **-JC- *** dövlət qeydiyyat nişanlı beton tökən avtomobilin aşdığını görmüşdür. Avtomobilin yanında yolun kənarında beton piltəyə söykənmiş, sağ qolu dirsək hissədən qopmuş bir nəfər, avtomobilin yaxınlığında isə qarın üzərində uzanmış bir nəfər xəsarət alan şəxslər olmuşdur. Şuşa şəhərində yerləşən həkim briqadasına zəng edib hadisə yerinə çağırmışdır. Daha sonra başqa xəsarət alan şəxsin olub-olmamasını öyrənmək üçün avtomaşının içərisinə və ətrafına baxmışdır. Hadisə yerinə həkim briqadasının avtomobili gələrək hər iki şəxsi xəstəxanaya aparmışlar. Daha sonra hadisə yerinə FHN-nin Şuşa şəhər DYMX-nin əməkdaşları gələrək Şinasin Niyazonun yol nəqliyyat hadisəsi zamanı amputasiya olmuş sağ əlini tapıb təqdim etmişlər. Yol nəqliyyat hadisəsini törədən avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olmuş, hadisə zamanı avtomaşında sonuncu və Şinasin Niyazovdan başqa heç kəs olmamışdır. Şahid7 Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid2 bildirmişdir ki, "xxxx" MMC şirkətində Nəqliyyatın istismarı və icarəsi şöbəsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs həmin şirkətdə təxminən 1 ildir ki, yol vərəqəsi əsasında onun istifadəsinə verilmiş “Mercedes Axor 3340” markalı Xüsusi təyinatlı, **-JC-*** dövlət qeydiyyat nişanlı beton pompa avtomobilinin sürücü operatoru işləmişdir. X9 isə cari ilin fevral ayından həmin şirkətdə operator köməkçisi vəzifəsində işləmışdir. Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində aparılan tikinti işləri ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs və X9 beton tökülməsi ilə əlaqədar həmin yerə getmişlər. Növbəti gün yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 09:00-da onlar yenidən Təqsirləndirilən şəxs istifadəsində olan “Mercedes Axor 3340” markalı Xüsusi təyinatlı, **-JC-*** dövlət qeydiyyat nişanlı beton pompa avtomobili ilə Şirkətin qarajının yerləşdiyi Füzuli rayonunun Üçbulaq kəndindən Xocalı rayonunun Sığnaq kəndi ərazisində yerləşən tikinti sahəsinə yola düşmüşlər. Xocalı rayonunun Çanaqçı kəndi ərazisində olan zaman avtomobil qəza törətmiş, nəticədə sürücü Təqsirləndirilən şəxs və Şinasin Niyazov müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 9 radələrində şirkətdən ona zəng edilərək bu barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobil reysə çıxmamışdan əvvəl tam yoxlanılmışdır. Təqsirləndirilən şəxs avtomobildə hər hansı nasazlığın olması barədə məlumat verməmişdir, avtomobil reysə yararlı olmuşdur. Şahidlər Şahid4, X16, X8, X4 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 13 aprel 2023-cü il tarixli, 8/775saylı rəyində qeyd olunur ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Mercedes Axor” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (səh 177-180). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Beyləqan rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 52/23 №-li rəyində qeyd olunur ki, X1 homotoraks, qaraciyərin, öd kisəsinin, böyük və kiçik piyliyin, müsariqənin, mədəaltı vəzin kapsulasının, qalxan və köndələn çəmbərbağırsağın cırılması və hemoperitoneumla müşayət olunan qarının və döş qəfəsinin qapalı küt travması, sağ yuxarı ətrafın mil-bilək oynağı səviyyəsindən travmatik amputasiyası, bədən səthinin sıyrıq və əzilmiş yaraları bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. (səh. 110-113) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Beyləqan rayon Şöbəsinin 26 aprel 2023-cü il tarixli, 135/23№-li rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ X-Xİ-Xİİ qabırğlarının farqmentləri yerinidəyişmiş qapalı sınığı; sağ qalça-qasıq nahiyəsinin cırılmış-didilmiş yarası; ikitərəfli minimal hemotoraks olması bərk küt əşyanın(əşyaların) təsirindən törəmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat qəzası zamanı avtomaşının salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. (səh 186-189) Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi, yəni avtomobil idarə edərək yol hərəkəti qaydalarını pozması, bununla da ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirməsi, özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, habelə ekspertiza rəyləri iə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində bildirilir ki, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Təqsirləndirilən şəxs, habelə zərər çəkmiş şəxs Şinasin Niyazov ona qarşı iddia tələbinin olmadığını qeyd etməklə ayrı-ayrılıqda ərizə təqdim edərək barışdıqlarını bildirməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Cinayət Prosessual Məcəllə: Maddə 39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs Şinasin Niyazovla barışdığından və vurulmuş ziyanı tam ödədiyindən məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Ekspertiza tədqiqatının dəyəri 200 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. X2, məhkəmə zamanı dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma 6 saat üçün hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət təqibinə, təqsirləndirlən şəxs zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən, xitam verilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1 maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Dövlət hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 36 manat dövlət büdcəsindən tutularaq Yevlax rayon Hüquq Bürosunu vəkili X7 ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar