Məhkəmə qərarları › İş №1(070)-1/2024

Xocalı Rayon Məhkəməsi Hökm — İş №1(070)-1/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu Meşəli İş № 1(070)-1/2024 25.04.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Xocalı rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X9 iştirakı ilə, xx.xx.1970-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan, Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “X34 Sanayi və Ticaret Anonim” şirkətinə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “HOWO” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə edərək iş yoldaşları X23, Zərərçəkmiş şəxs, Şahid6 və Şahid5 ilə birlikdə 30 may 2023-cü il tarixdə, saat 18 radələrində Xocalı rayonunun Baharlı kəndi ərazisindən keçən “Zəfər yolu”nun 78-ci kilometrliyində Xocalı rayonunun Sığnaq kəndi istiqamətində asfaltbeton yolda hərəkətdə olan zaman yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka ziyan vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin hərəkət hissəsində dayanıqlı və təhlükəsiz hərəkətini təmin etməli, yolun enişli-döngəli olmasını nəzərə alaraq avtomobilin sürətlər qutusunun dəstəyini əvvəlcədən daha aşağı ötürməyə qoşmalı olduğu halda həmin tələblərə riayət etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, əməlinin ictimai təhlükəli xarakterini dərk edib, əməlinin insanın sağlamlığına az ağır zərər vurulmasına və ölümünə səbəb olacağı imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edib cinayətkarcasına özünə güvənərək, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bunları etməyərək qeyd edilən qaydaları pozmaqla, ehtiyatsızlıqdan idarəetməni itirib avtomobilin yolun sol tərəfindəki meşə massivinə daxil olaraq ağaclara dəyməsi nəticəsində həmin vaxt idarə etdiyi avtomobilin qabaq sağ oturacağında sərnişin qismində əyləşmiş X14 ölümünə səbəb olan sağ İİ-İİİ-İV- V-Vİ qabırğaların fraqmentləri yerinidəyişmiş qapalı sınığı; ağciyərin sağda cırılması; sağtərəfli hemotoraks (sağ plevra boşluğuna qan yığılması 1500-200 ml); sağ bud sümüyünün orta üçdə-birinin fraqmentləri yerini dəyişmiş qapalı sınığı; bədənin səthinin çoxsaylı sıyrıqları; daxili üzvlərin venoz azqanlığı ilə müşayiət edilən dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, avtomobilin kabinasında olan yataq yerində əyləşmiş Zərərçəkmiş şəxs sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların fraqmentləri yerinidəyişən qapalı sınığı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə edərkən pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X14 ölümünə və Zərərçəkmiş şəxs az ağır bədən xasarəti almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 25 may 2023-cü il tarixdən “X34 və Ticarət Anonim Şirkəti”ndə sürücü vəzifəsində işləmişdir. İşi düzələndən sonra hər gün Vedat adlı şəxs idarə etməsi üçün ona fərqli yük avomobillərini vermişdir. Sürücülərin ümumi rəhbəri Vedat adında Türkiyə Respublikasının vətəndaşı olmuşdur. Sürücülərə avtomobil təmir sexində Elman adlı şəxs, sahədə isə Receb adlı şəxs nəzarət etmişdir. 29 may 2023-cü il tarixdə səhər saat 08:30-da işə çıxarkən Vedat “Howo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini göstərərək həmin gün o avtomobili idarə etməsini ona bildirmişdir. O, işlədiyi müddətdə heç bir təlimatlandırma olmamış və təhlükəsizlik qaydaları izah edilməmişdir. Yük avtomobilini idarə edərək yoxladıqda avtomobilin tormoz və mühərrik hissəsində, ön şüşə silənində, işığında, siqnalında nasazlıq olduğunu görmüş və bu barədə Receb adlı sahə rəhbərinə məlumat vermişdir. Receb avtomobili təmir sexinə aparmağı bildirmişdir. O, avtomobili təmir sexinə gətirərək Faruk adlı ustaya təhvil verərək getmişdir. 30 may 2023-cü il tarixdə təxminən saat 09 radələrində yenidən təmir sexinə gəlmişdir. Elnur adlı usta yanında avtomobilin tormoz sisteminə baxaraq yeniləmiş, avtomobili idarə edərək yoxlamış və avtomobili saxladıqda motor sistemindən qara tüstü çıxmışdır. Mühərriki söndürdükdən sonra Elnur hava sisteminin düzgün işləmədiyini deyərək aşağı tərəfdə olan ustalara göstərməyini bildirmişdir. O, avtomobili həmin sexə apararaq ustalara göstərmişdir. Ustalara maşının tormoz sitemində nasazlıq olduğunu, yəni ayaq və əl tormozunun tutmadığını bildirmişdir. Həmin ustalar avtomobilə baxaraq avtomobili təmir etdiklərini bildirmişlər. Saat təxminən 18 radələrində avtomobilə əyləşmiş və gecələr qaldığı düşərgəyə getmək istəmişdir. Həmin vaxt Vedatın köməkçisi Elman iş yoldaşları Loğman Ərəbovu, Zərərçəkmiş şəxs, Şahid6 və Şahid5 avtomobilə əyləşdirərək düşərgəyə aparmasını istəmişdir. O, həmin şəxslərə maşının xarab olduğunu demiş və onları aparmayacağını bildirmişdir. O, nə qədər təkid etsə də həmin şəxslər maşından düşməmişlər. O, həmin şəxsləri təmir sexinin yanından götürərək Sığnaq kəndi istiqamətində yola düşmüşdür. Yolun yoxuş hissəsini qalxdıqdan sonra sürətlər qutusunu üçüncü pilləyə keçirtmişdir. Bu zaman maşından səs gəlmişdir. Lakin, avtomobilin sürətini azaltmaq istədikdə tormoz sisteminin işləmədiyini görmüşdür. Həmin vaxt Loğman Ərəbov əl tormozunu çəkmiş, lakin, yenə də tormoz tutmamışdır. O, sürətin getdikcə artdığını gördükdə avtomobili saxlamaq üçün məcbur olaraq sükanı yolun sol kənarındakı meşəlik əraziyə tərəf döndərmişdir. Belə ki, o, əvvəl maşını aşırtmaq istəsə də öndən “Niva” markalı hərbi maşının və beton maşınının gəldiyini görmüş, buna görə də fikrindən daşınmışdır. Avtomobil yoldan çıxaraq ağaclara çırpılaraq dayanmışdır. Əgər o, avtomobili eniş tərəfə sürsəydi, onda avtomobil ən azı 150 km/saat sürət yığmış olardı ki, bu da avtomobildə olan hər kəsin ölümünə səbəb olardı. Hadisə zamanı sərnişin oturacağında Loğman Ərəbov, arxa tərəfdə yataq yerində isə digər şəxslər əyləşmişdir. Avtomobil ağaclara çırpıldıqdan sonra ön sərnişin yerində əyləşmiş Loğman Ərəbov aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Digər sərnişinlər Zərərçəkmiş şəxs, Şahid5 və Şahid6 isə bədən xəsarətləri almışdır. Hadisə baş verən zaman avtomaşını təxminən 50 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt ətrafdakı şəxslər onlara köməklik etməmiş, sadəcə onları telefonla çəkmişdir. Bu zaman o, qışqırmış və ətrafdakı şəxslərdən ikisi onlara köməyə gəlmişdir. Həmin vaxt İlqarın ağzından qan gəldiyini görmüş və onun öləcəyini fikirləşmişdir. Lakin, daha sonra Loğman onun qucağında ölmüşdür. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, onu avtomobili sürməyə məcbur etməmişlər. Lakin, o, avtomobili idarə etməkdən imtina etsəydi maşının idarə edilməsi başqa şəxsə həvalə olunacaqdı. Tormoz sitemindəki nasazlıqdan tam məlumatı olmamışdır, belə ki, o, hesab etmişdir ki, həmin nasazlıq aradan qaldırılmışdır. Hesab edir ki, gərək həmin maşını sürməzdi. Son olaraq Təqsirləndirilən şəxs bildirdi ki, atası və anası xəstədir. O, işdən çıxarıldığı üçün uşaqlarını da oxuda bilmir. Baş vermiş hadisədə günahının olmamasını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X19 bildirdi ki, Azərbaycan Respublikası DİN-in DQ-nin N saylı hərbi hissəsində xidmət edir. X23 onun atasıdır. Hadisənin şahidi olmamışdır. Hadisə barədə sonradan eşitmişdir. Verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X19 bildirdi ki, təqsirləndirilən şəxs ona maddi cəhətdən köməklik etmişdir. Buna görə heç bir şikayət və tələbi yoxdur. Hadisədən 30 may 2023-cü il tarixdə axşam saat 20:00-da həmkəndlisindən məlumat almışdır. Həmkəndlisi atasının rəhmətə getdiyini ona deməmiş, sadəcə qəzaya düşdüyünü bildirmişdir. O, işdən icazə alaraq atasının olduğu xəstəxanaya getmişdir. Xəstəxanaya getdikdə atasının öldüyünü bilmişdir. Son olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X19 təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını, onunla barışdığını bildirərək buna dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 2 ildir ki “X34 və Ticarət Anonim Şirkəti”ndə sürücü vəzifəsində işləmişdir. May ayının sonunda idarə etdiyi avtomaşında nasazlıq yarandığından avtomaşını Xocavənd rayonunun Böyük Tağlar kəndində yerləşən işlədiyi şirkətə məxsus təmir sexinə gətirmişdir. Bir neçə gün qaldığı Xocalı rayonunun Sığnaq kəndindən sexə gedərək avtomaşının düzəlib-düzəlməməsinə nəzarət etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində eyni qaydada qaldığı düşərgədən Xocavənd rayonu Böyük Tağlar kəndində yerləşən təmir sexinə getmişdir. Həmin gün axşam saat təxminən 18 radələrində qaldığı düşərgəyə qayıtmaq üçün təmir sexindən çıxan, Təqsirləndirilən şəxs idarə etdiyi “Howo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə digər sürücü Loğman Ərəbov və tanımadığı digər 2 nəfərlə minmişdir. Loğman Ərəbov avtomaşının kabinəsində ön sərnişin oturacağında, o və digər tanımadığı 2 nəfər arxa yataq yerində əyləşmişdir. “Zəfər yolu” ilə Xocalı rayonuun Sığnaq kəndi istiqamətində hərəkətdə olarkən sərt enişli, döngəli yolda sürücü Təqsirləndirilən şəxs qəfildən idarəetməni itirmiş və getdikcə artan sürətlə yolun döngəli hissəsindən çıxaraq meşəlik hissəyə doğru irəliləyərək ağaclara çırpılmışdır. Həmin vaxt o, aldığı xəsarətlərdən huşunu itirmiş, daha sonra nə baş verməsini xatırlamamışdır. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, hazırda işləmir. Namiqi hadisəyə qədər tanımamışdır. Namiqin idarə etdiyi avtomobildə arxada oturmuşdur. Avtomobilə minən zaman Namiqin avtomobili idarə etmək istəməməsini deməsini xatırlamır. Əvvələr Namiqin idarə etdiyi avtomobilə minməmişdir. Son olaraq Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını, onunla barışdığını bildirərək buna dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, o, yalnız maşının arxa mostlarının birinin üzərində borunun birləşdiyi yerdən “19” ölçülü boltu açarla bərkitmişdir. Bundan başqa onun heç bir işi olmamışdır. Verilmiş suallara cavab olaraq Şahid4 bildirdi ki, hadisə barədə axşam bilmişdir. Hadisəni görməmiş, sadəcə hadisənin baş verməsini eşitmişdir. Təqsirləndirilən şəxs Türkən oğlunun idarə etdiyi avtomobildə nasazlığın olmasını eşitməmişdir. Avtomobilin tormoz sitemində nasazlıq olub-olmamasından məlumatlı deyil. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərdi ki, “X34 və Ticarət Anonim Şirkəti”ndə sürücü vəzifəsində işləyir. Sürücülərin ümumi rəhbəri Türkiyə Respublikasının vətəndaşı Vedat Soylu olmuşdur. Sürücülərə avtomobil təmir sexində Şahid1, sahədə isə Vedat Soylu nəzarət etmişdir. “Howo” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona təhkim edilmişdir. Avtomobilin ötürücü qutusu nasaz olduğuna görə avtomobili 30 may 2023cü il tarixdə şirkətin Xocavənd rayonunun Böyük Tağlar kəndində yerləşən təmir sexinə aparmışdır. Həmin gün təxminən saat 18 radələrində avtomobilin təmir olunub qurtarmadığını görüb gecələr qaldığı Xocalı rayonunun Sığnaq kəndində yerləşən düşərgəyə getmək qərarına gəlmişdir. Təmir sexinin qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin düşərgə istiqamətində getdiyini bildikdən sonra avtomobilə yaxınlaşıb Loğman Ərəbov, Zərərçəkmiş şəxs və Şahid5la birlikdə avtomobilə əyləşərək düşərgəyə tərəf yola düşmüşlər. Yolun yoxuş hissəsini Namiq maşını sürətlər qutusunun 6cı pilləsində idarə etmişdir. Bu zaman maşın qızdırmışdır. Daha sonra yolun eniş hissəsinə keçdikdə də Namiq sürətlər qutusunun altıncı pilləsində hərəkətə davam etmişdir. Namiq tormozu tez-tez basmış və buraxmışdır. O, bununla bağlı Namiqə iradını bildirmiş və Namiq ona onu öyrətməməyi demişdir. Daha sonra eniş yolda Namiq sürətlər qutusunu neytrala atmış və pilləni dəyişmək istəmişdir. Bu zaman maşın sürətlənmişdir. Loğman Ərəbov əl tormozunu çəkməsinə baxmayaraq tormoz tutmamışdır. Tormoz tutmadığına görə sürücü qarşıda olan döngəni döndükdən sonra kimsə sürücüdən avtomobili sola döndərməyini istəmişdir. Təqsirləndirilən şəxs avtomobili yolun sol tərəfinə meşəlik əraziyə döndərmişdir. Belə ki, yolun öz istiqaməti və sağ tərəfi daha enişli olmuşdur. Avtomobil yolun sol tərəf kənarına çıxaraq meşəlik ərazidəki ağaclara çırpılmışdır. Hadisə nəticəsində ön tərəfdə əyləşmiş sərnişin Loğman Ərəbov vəfat etmiş, o və Zərərçəkmiş şəxs bədən xəsarəti almışdır. Onun qolu iki yerdən sınmışdır. Verilmiş suallara cavab olaraq Şahid6 bildirdi ki, hadisə baş verən zaman Loğman sağ olmuşdur. Loğman təxminən hadisədən 5 dəqiqə sonra vəfat etmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşən zaman avtomobilin nasaz olması barədə heç nə deməmişdir. Namiq özünü yaxşı hiss eləmədiyini bildirmişdir. Ümumiyyətlə, Namiqin idarə etdiyi avtomobildə nasazlıq olması barədə heç nə eşitməmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, “X34 və Ticarət Anonim Şirkəti”ndə sürücü vəzifəsində işləmişdir. Sürücülərə avtomobil təmir sexində Şahid1, sahədə isə Vedat Soylu nəzarət etmişdir. Ona “Howo” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili təhkim edilmiş və həmin avtomobillə 59-cu kilometrlikdə torpaq daşımışdır. Avtomobili gecə növbəsində işlədən digər sürücü traktorla toqquşdurduğuna görə avtomobili 30 may 2023-cü il tarixdə şirkətin Xocavənd rayonunun Tağlar kəndində yerləşən təmir sexinə aparmışdır. Həmin gün təxminən saat 18 radələrində avtomobilin təmir olunmadığını görüb gecələr qaldığı Xocalı rayonunun Sığnaq kəndində yerləşən düşərgəyə getmək qərarına gəlmişdir. Təmir sexinin qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin düşərgə istiqamətində getdiyini bildikdən sonra avtomobilə yaxınlaşıb Loğman Ərəbov, Zərərçəkmiş şəxs və Şahid6la birlikdə avtomobilə əyləşərək düşərgəyə tərəf yola düşmüşdür. Yolun yoxuş hissəsini qalxdıqdan sonra enişli yolla hərəkətdə olarkən avtomobilin göstəricilərini əks etdirən ekranda tormozun havasının azaldığını görmüş və Namiqdən avtomobili saxlamasını istəmişdir. Təqsirləndirilən şəxs tormoz verməsinə baxmayaraq tormoz tutmamış və avtomobilin sürəti artmağa davam etmişdir. Buna səbəb Namiqiın yolda tormozdan tez-tez istifadə etməsi olmuşdur. Həmin vaxt Namiq ötürücü qutusunun sürətini aşağı sürətə dəyişmişdir. Lakin, hansı sürətə keçirtdiyini görməmişdir. Loğman Ərəbov əl tormozunu çəkməsinə baxmayaraq tormoz tutmamışdır. Tormoz tutmadığına görə Namiq avtomobili yolun sol tərəfinə meşəlik əraziyə döndərmişdir. Avtomobil yolun sol tərəf kənarına çıxaraq meşəlik ərazidəki ağaclara çırpılmışdır. Hadisə nəticəsində ön tərəfdə əyləşmiş sərnişin Loğman Ərəbov vəfat etmiş, digər sərnişinlər isə xəsarət almış, o isə heç bir xəsarət almamışdır. Verilmiş suallara cavab olaraq Şahid5 bildirdi ki, Namiqin maşınına bazada minmişdir. Namiq bu zaman maşının nasazlığı barədə heç nə deməmişdir. Namiqə maşını saxlaması barədə məlumat vermişdir. Lakin, Namiq buna əhəmiyyət verməmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, “X34 və Ticarət Ananim Şirkəti”ində təmirçi vəzifəsində işləyir və vəzifəsi nasaz olan avtomobillərin təmiridir. Təqsirləndirilən şəxsla eyni şirkətdə işləsə də, yeni işə başladığı üçün onu tanımamış və aralarında heç bir ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində o, Mitat və Saleh təmir emalatxanasında olmuşlar. Təqsirləndirilən şəxs idarə etdiyi **-JT-*** dövlət qeydiyyat nişanlı, “Howo” markalı yük avtomobili emalatxanaya yaxınlaşmışdır. Sürücü Təqsirləndirilən şəxs Mitat ustaya qatı tüstünün olmasını və avtomobilin hava itirməsini bildirmişdir. Faruk və Gökan orada olmadığı üçün Mitatın göstərişi ilə təmir işlərinə başlamışlar. Mitat sürücüyə avtomobili yerində işə salmasını bildirmişdir. Lakin, avtomobil qatı tüstü verməmişdir. Sürücü avtomobildən qatı tüstü verməsini bildirdiyi üçün Mitat yeni mühərrik kəpənəyi gətirib avtomobilin üzərində olanla dəyişmişdir. Həmin vaxt Mitatın göstərişi ilə o və Saleh hava itirməsi ilə bağlı hava borularını yoxlamışlar. Saleh avtomobilin alt hissəsinə girib boruları və balonları yoxlamışdır. O isə ön hissəsində olan hava borularına baxmışdır. Baxan zaman sürətlər qutusunun yanında boruların bir-birini sürtməsi nəticəsində iynənin uc hissəsi ölçüdə deşiyin olmasını müəyyən etmişdir. Həmin borunu deşik hissədən kəsmiş və “6” ölçülü birləşdirici ilə həmin hissəni birləşdirmişdir. Saleh isə arxa mostların birinin üzərində borunun birləşdiyi yerdən “19” ölçülü boltun yerindən hava itirməsini bildirmiş və açarla həmin hissəni bərkitmişdir. Bundan sonra onlar işi yekunlaşdırmış, sürücü Təqsirləndirilən şəxs avtomobili işə salmış və avtomobilin hava toplamasını, nasazlığın olmamasını qeyd etmişdir. Lakin, əlavə olaraq mühərrikin düzgün işləmədiyini, avtomobilin sürət toplamadığını, tez-tez tüstü verməsini bildirmişdir. Bu səbəblə Mitat yenidən avtomobilə baxmış, avtomobilin tüstü buraxmamasını qeyd etmişdir. Bundan sonra o, digər avtomobili təmir etmək üçün uzaqlaşmışdır. Həmin avtomobilin emalatxanadan çıxmasına diqqət yetirməmişdir. Faruk və Gökan orada olmadığı üçün onlar avtomobildə apardıqları təmir işləri ilə bağlı heç kimə məlumat verməmişdirlər. Verilmiş suallara cavab olaraq Şahid3 bildirdi ki, maşının təmiri hadisədən 3-4 saat əvvəl olmuşdur. Maşın təmir olunduqdan sonra baş sürücünün yanına göndərilir və onun istifadə uyğun olub-olmaması müəyyən edilir. Şahid1 baş sürücü vəzifəsində işləmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, “X34 və Ticarət Anonim Şirkəti”ində çilingər vəzifəsində işləyir və vəzifəsi nasaz olan avtomobilləri təmir etməkdir. İşlədiyi təmir emalataxanasının rəhbəri Faruk və Gökan adlı şəxslərdir. Nasaz avtomobillər haqqında sürücü və onların rəhbərləri qeyd etdiyi şəxslərə müraciət etmiş, həmin şəxslər də işləri ona və digər ustalara yönləndirmişdir. Təmir etdiyi avtomobilləri o, idarə edib nasazlığın aradan qalxıb-qalxmamasını müəyyən edib sürücülərə təhvil vermişdir. İşə qəbul edilən zaman ona təhlükəsizlik qaydaları izah edilmiş və bununla bağlı müvafiq sənədələrə imza atmışdır. Təqsirləndirilən şəxsla eyni şirkətdə işləsə də, yeni işə başladığı üçün onu tanımamış və aralarında heç bir ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə günorta yeməyindən sonra Faruk ona Təqsirləndirilən şəxs idarə etdiyi **-JT-*** dövlət qeydiyyat nişanlı, “Howo” markalı yük avtomobilini təmir emalatxanasında təqdim edib nasaz olmasını və təmir etməsini tapşırmışdır. Sürücü Təqsirləndirilən şəxs bildirmişdir ki, əyləc sistemində nasazlıq vardır. Təqsirləndirilən şəxs yanında avtomobilə baxan zaman avtomaşının sağ arxasında olan 2 barabanın nasaz olamasını, birinin çatlamasını, digərinin isə tamamilə qırılmasını və əyləc yastıqlarının tamamilə yarasız olmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə həmin nasazlıqlara baxmış və yanında da həmin detalları dəyişmişdir. Verilmiş suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs idarə etdiyi maşını təmir etdikdən sonra yoxlayaraq maşını Təqsirləndirilən şəxs təhvil vermişdir. Onun gördüyü işlərin tormoz sitemindəki olan hava boşluğuna aidiyyəti yoxdur. Gördüyü işlərdən sonra həmin maşında tormoz tam işlək vəziyyətdə olmuşdur. Maşın Təqsirləndirilən şəxs istifadəsinə veriləndə tormoz sitemində olan nasazlıq tam aradan qaldırılmışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, “X34 və Ticarət Anonim Şirkəti”ndə baş sürücü vəzifəsində işləmişdir. Şirkətin Xocavənd rayonunun Tağlar kəndində yerləşən avtomobil təmir sexində avtomobillərin təmirə göndərilməsinə və təmirdən çıxarılmasına nəzarət etmişdir. 29 may 2023-cü il tarixdə sahədə olan avtomobillərə nəzarət edən Vedat Soylu ona zəng edərək Təqsirləndirilən şəxs idarə etdiyi “Howo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sistemində nasazlıq yarandığını bildirmiş və həmin avtomobili təmir sexinə yerləşdirməyini ondan istəmişdir. Təqsirləndirilən şəxs avtomobili idarə edərək təmir sexinə gətirmişdir. O, təmir sexinin rəhbəri Faruk adlı şəxsi çağıraraq təmir etməsi üçün avtomobili ona təhvil vermişdir. Bundan sonra o, ustaların yanına getməmişdir. 30 may 2023-cü il tarixdə təmir sexində olarkən təxminən saat 18 radələrində Təqsirləndirilən şəxsla görüşdükdə sonuncu avtomobilin təmir olunaraq təmirdən çıxartdığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilin tormoz sisteminin təmir olunaraq saz vəziyyətə gətirildiyini soruşduqda sonuncu tormoz sisteminin yaxşı işlədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşərək gecələr qaldığı Sığnaq kəndində yerləşən düşərgəyə gedərkən sexin həyətində olan digər sürücülər Loğman Ərəbov, Zərərçəkmiş şəxs, Şahid6 və Şahid5 düşərgəyə getmək üçün Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşmişlər və birlikdə Xocalı rayon Sığnaq kəndi istiqamətində yola düşmüşlər. Həmin şəxsləri Sığnaq kəndinə getmək üçün Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə o, mindirmişdir. O, həmçinin qeyd etmişdir ki, tabeliyində olan sürücüləri gündəlik təhlükəsizlik qaydaları ilə təlimatlandırmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yo çıxdıqdan 15 dəqiqə sonra ona hadisə barədə məlumat verilmiş və o, hadisə yerinə getmişdir. Hadisə yerində Loğmanın vəfat etdiyinin, İlqarın isə xəsarət aldığını görmüşdür. Onda olan məlumata görə hadisə vaxtı Təqsirləndirilən şəxs avtomobili sürətlə idarə etmişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil təmir olunduqdan sonra onu təmir etmiş usta yoxlayaraq maşını Namiqə təhvil vermişdir. Təqsirləndirilən şəxs da heç bir irad bildirmədən işlək vəziyyətdə maşını qəbul etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi maşında təmir zamanı bir baraban, həmçinin əyləc yastıqları dəyişdirilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Akyol X30 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid Akyol X24 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, Türkiyə Respublikası Batman şəhərində qeydiyyatda olmaqla, Ankara şəhərində yaşayır və “X34 və Ticarət Anonim Şirkəti”ndə mexanik mühəndis vəzifəsində işə düzəlməyilə bağlı 19 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Qeyd olunan şirkətin Füzuli- Şuşa lahiyəsində işə düzəldiyinə görə Xocavənd rayonunun Böyük Tağlar kəndində yerləşən düşərgədə qalmışdır. Onun işi əsasən təmir sexində nəzarətçi kimi fəaliyyət göstərməkdir. Belə ki, nasaz vəziyyətdə sexə gələn avtomobilləri və ya digər mexaniki vasitələri aidiyyəti ustaya yönəldirir. 29 may 2023-cü il tarixdə Şahid1 SMS göndərərək bir neçə avtomobilin nasaz olduğunu və təmir olunmalarını bildirmişdir. Həmin avtomobillərdən biridə Təqsirləndirilən şəxs idarə etdiyi “Howo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idi. Avtomobilin tormoz sistemi nasaz olduğuna görə 30 may 2023-cü il tarixdə təmir etməsi üçün usta Şahid2 tapşırıq verərək T-0 giriş tunelində olan X38 generatorunda nasazlıq yaranması səbəbindən oraya getmişdir. Həmin gün təxminən saat 18:30-da təmir sexinə qayıtdıqda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sexdən çıxarıldığını görmüşdür. Həmin vaxtdan bir neçə dəqiqə əvvəl Şahid1 sms yazaraq bir neçə avtomobilin sexdən təmir olunaraq çıxarıldığını bildirmişdir. Həmin avtomobillərdən biridə “Howo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili olmuşdur. Sexə gəldikdən 20-30 dəqiqə sonra “Howo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin yol-nəqliyyat hadisəsi törətdiyini və xəsarət alan şəxslərin olduğunu eşitmişdir. O, dərhal hadisə yerinə getdikdə sürücülərin və başqa işçilərin toplaşaraq yaralıların çıxartmağa çalışdıqlarını görmüşdür. FHN-nin əməkdaşları hadisə yerinə gələrək Loğman Ərəbovu olduğu yerdən çıxarmış, digər yaralılarıda şirkət əməkdaşları xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tədqiqat üçün nümunələrin götürülməsi haqqında” 30 may 2023-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X2 rayon mərkəzi xəstəxanasının tibb bacısı Vəsirə Vəliyevanın, Xocalı RPŞ-nin PPXB-nin manqa komandiri X20 iştirakı ilə sürücü Təqsirləndirilən şəxs sağ qolundan cinayət təqibi üçün əhəmiyyətli olan qan nümunəsi götürmüşdür; “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 30 may 2023-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X1 Namiq Türkmən oğlunun, Xocalı rayon prokurorunun köməkçisi X10, Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X21, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi yeri Xocalı rayonunun Baharlı kəndidir. Yolun hərəkət hissəsi döngəli və enişli, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 9 metrdir. Hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 4,5 metrdir. Hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axımını ayırmaq üçün uzununa nişanlanma xətti çəkilmişdir. Hərəkət hissəyə birləşir: sağdan 1,5 metr enində yol çiyni, soldan 1,5 metr enində yol çiyni. Sonra sağdan meşə salma, soldan meşə salma. Hərəkət nizamlama üsulu yoxdur. Yol nişanları zonası yoxdur. Yol (küçə) işıqlandırılmır. Sürücü yerindən faraların işığında görünüş məsafəsi: uzaq işıqda 80 metr, yaxın işıqda 50 metr, gün işığında 100 metrdir. Sürücünün hərəkət etdiyi zolaqda sahənin gözlə qavramaq qabiliyyəti: sağa tərəf 50 metr, sola tərəf 50 metrdir. Aşma (maneəni vurma) yerinin hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları: Zəfər yolunun Şuşa şəhəri istiqamətində sol tərəfdir. Hadisə yerində “Howo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Zəfər yolunun Şuşa şəhəri istiqamətində sol tərəf kənarında olan dəmir maneəyə dəydikdən sonra 51 metr getdikdən sonra ağaclara çırpılıb dayanmışdır. Zəfər yolunun sol tərəf kənarında torpaqda avtomobilin təkər izləri vardır; “Meyitə baxış keçirilməsi haqqında” 30 may 2023-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X3 rayon prokurorunun köməkçisi X10, Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X21, məhkəmə-tibbi eksperti X8, hal şahidlərinin iştirakı ilə X14 meyitinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, X4 meyiti düzgün bədən quruluşlu, kafi qidalı, boyu 185 sm-dir. Meyitin əynində olan paltarlar: 1. Açıq göy rəngdə qısaqollu yay köynəyi; 2. Boz rəngdə mayka; 3. Göy rəngdə cins şalvar; 4. Açıq göy rəngdə bir cüt corab; 5. Boz rəngdə alt paltarı. Meyitin dəri örtüyü və görünən selikli qişaları kəskin solğundur. Meyit soyunmuşdur, meyit qacıması yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri arxa səthlərində adacıqlar şəklində yerləşməklə solğun bənövşəyimtil rəngdədir, təzyiq etdikdə ağarır, 3-4 dəqiqəyə bərpa olur. Başın tük örtüyü əsasən qara rəngdədir, yanlarda hissəvi çallaşmalarla müşayət olunur, 5-6 sm uzunluğundadır. Gözləri qapalıdır, birləşdirici toxuma qoşaları solğundur. Bəbəkləri dairəvi və simmetrikdir, 0,4 sm diametr ölçüdədir. Hər iki xarici qulaq keçəcəkləri və burun dəliklər sərbəstdir. Ağzı yarıaçıqdır dodaqları qurudur, göyərmişdir. Görünən dişləri tamdır, təbiidir, dili ağız boşluğunda sərbəst yerləşmişdir. Döş qəfəsi silindrik formadadır, simmetrikdir, elastikdir. Ön qarın divarı qabırğa qövsü səviyyəsindədir. Xarici cinsiyyət üzvləri kişi cinslidir. Xayalar xaya kisəsindədir, sonuncunun dərisi qəhvəyimtil rəngdə piqmentasiyalıdır, qırışlıdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dəri örtüyü təmizdir. Ətrafları bədəninə mütənasibdir. Xəsarətləri: Döş qəfəsinin sol yarısında əlləmə zamanı qabırğaların patoloji hərəkətliliyi qeyd olunur, həmin proyeksiyada qırmızımtıl rəngdə, fasiləli formada, qeyri-müəyyən formalı dəriiçi qansızma sahələri izlənilir. Sağ dirsək oynağının arxa səthində ölçüləri, 1x0,2 sm-dən 8x0,4 sm-ə qədər olmaqla çoxsaylı, sağ saidin orta üçdə-birinin arxa səthində 2,5x03 sm, sağ baldırın orta üçdə birinin ön səthində 4x1 sm, sağ baldırın yuxarı üçdə birinin ön səthində 2x1 sm və 3x1 sm, sol budun orta üçdə birinin arxa səthində 15x10 sm ölçülərdə, səthi ətraf zədələnməmiş dəri səviyyəsindən çökək, qurumuş, qırmızımtıl rəngdə sıyrıqlar vardır. Sağ budun orta üçdə biri patoloji hərəkətlidir. Meyitin baxışı zamanı bədən səthində başqa hər-hansı xəsarət aşkar olunmadı; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Qİİ/ 9 saylı səyyar “ASAN xidmət” tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AF seriyalı, 207755 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Qİİ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı, 501926 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Howo” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi “X34 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyidir; “X34 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, nümayəndəliyə məxsus olan **-JT-*** dövlət qeydiyyat nişanlı “Howo ZZ3327S3847E” yük markalı, avtomobilin idarə olunması 1 ay müdətinə Təqsirləndirilən şəxs (sürücülük vəsiqəsi № AF 207755) etibar edilmişdir; “X34 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 25 may 2023-cü il tarixli, 1909/23 nömrəli əmrindən və müvafiq əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən nümayəndəliyin sürücüsü vəzifəsinə təyin edilmişdir; “X34 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 05 aprel 2023-cü il tarixli, 1028/23 nömrəli əmrindən və müvafiq əmək müqaviləsindən görünür ki, X23 həmin tarixdən nümayəndəliyin sürücüsü vəzifəsinə təyin edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18 publik hüquqi şəxsin Beyləqan Rayon Şöbəsinin 30 may 2023-cü il tarixli, 18/23 nömrəli rəyindən görünür ki, X4 meyitinin müayinəsi zamanı aşkar olundu: Sağ İİ-İİİ-İV-V-Vİ qabırğaların fraqmentlərinin yerinidəyişmiş qapalı sınığı; ağciyərin sağda cırılması, sağtərəfli hemotoraks (sağ plevra boşluğuna qan yığılması - 1500-2000 ml); sağ bud sümüyünün orta üçdə-birinin fraqmentlərinin yerinidəyişmiş qapalı sınığı; bədən səthinin çoxsaylı sıyrıqları; daxili üzvlərin venoz azqanlılığı. X4 meyitində aşkar olunmuş xəsarətlər ətraf yumuşaq toxumalara yayılmış qansızmalarının olmasına görə həyatidir, onun ölümündən az əvvəl ağır küt travma nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomasın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X4 ölmünə səbəb qabırğaların çoxsaylı sınıqları və ağciyərin cırılmasından törənmiş çoxlu qanitirmə, travmatik şok olmuşdur. X4 meyitində nəqliyyat travmalarından savayı digər hər-hansı bir xəsarət aşkar olunmadı. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, X14 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18 publik hüquqi şəxsin 16 iyun 2023-cü il tarixli, 2010/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18 publik hüquqi şəxsin Beyləqan Rayon Şöbəsinin 20 iyul 2023-cü il tarixli, 263/23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların fraqmentlərinin yerinidəyişən qapalı sınığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyelərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir; “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X5 Namiq Türkmən oğlunun ifadəsini yerində yoxlamışdır; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 27 iyul 2023-cü il tarixli, PHŞ-6-40/2-913/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloq və psixiat həkimlərinin qeydiyyatında yoxdur; “X34 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 07 aprel 2023-cü il tarixli, 1089/23 nömrəli əmrindən və müvafiq əmək müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdən nümayəndəliyin sürücüsü vəzifəsinə təyin edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 28 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18 publik hüquqi şəxsin Beyləqan Rayon Şöbəsinin 06 iyul 2023-cü il tarixli, 228/23 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol əl pəncəsi nahiyəsinin yumşaq toxumalarının əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2023-cü il tarixli, 8/1997 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, baxışa təqdim olunmuş “Howo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sistemi hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Yəni, avtomobilin tormoz siteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Howo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbacan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 230 (iki yüz otuz) manatdır; “Sübutların qiymətləndirilməsi haqqında” 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, “X34 Sanayi ve Ticaret Anonim Şirketi”nə məxsus olan “Howo” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır və onun qanuni sahibinə qaytarılması qərara alınmışdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 avqust 2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxsin hüquqi varisi X13 notarial qaydada təsdiq olunmuş, həmçinin məhkəməyə verdiyi ərizələrdən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır; Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş, həmçinin məhkəməyə verdiyi ərizələrdən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özü etiraf etməsə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni baş vermiş yolnəqliyyat hadisəsində onun günahının olmaması, nəqliyyat vasitəsinin tormoz sistemində nasazlıq olması səbəbindən yol-nəqliyyat hadisəsinin baş verməsi və bu səbəbdən onun hadisənin qarşısını almağa texniki imkanının olmaması ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - “Howo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sistemi hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Yəni, avtomobilin tormoz siteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. “Howo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbacan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2023-cü il tarixli, 8/1997 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi); - Şahid6 ifadəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə nasazlıq olması barədə heç nə eşitmədiyini göstərmişdir; - Şahid3 ifadəsində təmirdən sonra Təqsirləndirilən şəxs avtomobili işə saldığını və sonuncunun avtomobilin hava toplamasını, nasazlığın olmamasını bildirdiyini göstərmişdir; - Şahid2 ifadəsində Təqsirləndirilən şəxs idarə etdiyi maşını təmir etdikdən sonra yoxlayaraq maşını Təqsirləndirilən şəxs təhvil verdiyini, gördüyü işlərdən sonra həmin maşında tormozun tam işlək vəziyyətdə olmasını, maşın Təqsirləndirilən şəxs istifadəsinə veriləndə tormoz sitemində olan nasazlığın tam aradan qaldırıldığını göstərmişdir; - Şahid1 ifadəsində Təqsirləndirilən şəxs avtomobilin tormoz sisteminin təmir olunaraq saz vəziyyətə gətirildiyini soruşduqda sonuncunun tormoz sisteminin yaxşı işlədiyini qeyd etdiyini, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil təmir olunduqdan sonra onu təmir etmiş ustanın yoxlayaraq maşını Namiqə təhvil verdiyini, Təqsirləndirilən şəxs da heç bir irad bildirmədən işlək vəziyyətdə maşını qəbul etdiyini göstərmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi və hərtərəfli, tam və obyektiv baxılmasına əsasən qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur və iş üzrə toplanmış sübutların məcmusuna əsasən istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (CM-in 59.1.12-ci maddəsi); - zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (CM-in 59.1.12-ci maddəsi); - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Göyçay RİHB-nin Aşağı Qaraməryəm kənd İƏD üzrə nümayəndəli tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə); - himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətləri). Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X19 və Zərərçəkmiş şəxs ilə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və sonuncular tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirən hal Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - “X34 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus olan “Howo” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - “X34 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus olan “Howo” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 230 (iki yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X12, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar