Məhkəmə qərarları › İş №1(070)-1/2025

Xocalı Rayon Məhkəməsi Hökm — İş №1(070)-1/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu Meşəli İş № 1(070)-1/2025 13.02.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1970-ci il tarixdə Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonunun Çuxurməhlə kəndində qeydiyyatda olan, Ağdam rayonunun Bənövşələr kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxx 1975-ci il tarixdə Ağdam rayonunun Keştazlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Keştazlı kəndində qeydiyyatda olan, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 14 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Xocalı şəhəri, keçmiş Həsənabad yaşayış məntəqəsi ərazisində yerləşən "xxxx" MMC-nin mühafizəsində olan saxlanc yeri hesab edilən daş-mərmər sexinin həyətinə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə giriş qapısına bağlanan metal simləri açmaqla qanunsuz daxil olub sexin həyətinin giriş hissəsində sağ tərəfdə üst-üstə düzülmüş mərmər-daş lövhələrdən 800 (səkkiz yüz) manat dəyərində heç bir üzü yonulmamış 1 (bir) ədəd 127,5x74x12 santimetr, 1100 (bir min bir yüz) manat dəyərində hər bir üzü yonularaq parlaqlaşdırılmış 1 (bir) ədəd 150x70x14 santimetr və 450 (dörd yüz əlli) manat dəyərində hər bir üzü yonularaq parlaqlaşdırılmış 1 (bir) ədəd 149,5x29,5x14 santimetr ölçüdə olan boz-qara rəngli mərmər löhvələri qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük hissəsinə qoyduqdan sonra, sexin ərazisində yerləşən, saxlanc yeri hesab edilən metal konstruksiyalı avtomobil qarajına qapısında olan qıfılı və metal-tros kilidi idarə etdiyi avtomobildən götürdüyü mismar çəkən alət vasitəsilə sındırdıqdan sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə daxil olub içəridə olan 650 (altı yüz əlli) manat dəyərində 1 (bir) ədəd “TCC” markalı, 5 kv-lıq, təzə, işlək vəziyyətdə olan, benzinlə işləyən səyyar elektrik generatorunu, 800 (səkkiz yüz) manat dəyərində 1 (bir) ədəd diametri 130 santimetr ölçüdə olan almaz ucluqlu daş kəsilməsində istifadə olunan metal kəsici mişar daşını götürüb daxil olduğu qarajdan çıxardaraq idarə etdiyi avtomobilin yük yerinə yığıb aparmaqla, ümumilikdə 3800 (üç min səkkiz yüz) manat dəyərində qeyd olunan əşyaları qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 14 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Xocalı şəhəri, keçmiş Həsənabad yaşayış məntəqəsi ərazisində yerləşən "xxxx" MMC-nin mühafizəsində olan saxlanc yeri hesab edilən daş-mərmər sexinin həyətinə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə giriş qapısına bağlanan metal simləri açmaqla qanunsuz daxil olub sexin həyətinin giriş hissəsində sağ tərəfdə üst-üstə düzülmüş mərmər-daş lövhələrdən 800 (səkkiz yüz) manat dəyərində heç bir üzü yonulmamış 1 (bir) ədəd 127,5x74x12 santimetr, 1100 (bir min bir yüz) manat dəyərində hər bir üzü yonularaq parlaqlaşdırılmış 1 (bir) ədəd 150x70x14 santimetr və 450 (dörd yüz əlli) manat dəyərində hər bir üzü yonularaq parlaqlaşdırılmış 1 (bir) ədəd 149,5x29,5x14 santimetr ölçüdə olan boz-qara rəngli mərmər löhvələri qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1lə birlikdə sonuncunun etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük hissəsinə qoyduqdan sonra, sexin ərazisində yerləşən, saxlanc yeri hesab edilən metal konstruksiyalı avtomobil qarajına qapısında olan qıfılı və metal-tros kilidi qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 tərəfindən mismar çəkən alət vasitəsilə sındırdıqdan sonra daxil olub sonuncu ilə birlikdə içəridə olan 650 (altı yüz əlli) manat dəyərində 1 (bir) ədəd “TCC” markalı, 5 kv-lıq, təzə, işlək vəziyyətdə olan, benzinlə işləyən, səyyar elektrik generatorunu, 800 (səkkiz yüz) manat dəyərində 1 (bir) ədəd diametri 130 santimetr ölçüdə olan almaz ucluqlu daş kəsilməsində istifadə olunan metal kəsici mişar daşını götürüb daxil olduğu qarajdan çıxardaraq sonuncunun etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinə yığıb aparmaqla, ümumilikdə 3800 (üç min səkkiz yüz) manat dəyərində qeyd olunan əşyaları qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, mərmər-daş lövhələrin kəsimi və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs2 daş lövhələr üzərində rəsm çəkməklə məşğul olduğu üçün onu tanıyır. İşğaldan azad edilmiş ərazilərdə olan mərmər sexlərindən birini birlikdə icarəyə götürmək qərarına gələrək xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin sexlərə baxmaq məqsədilə özünə məxsus “Ford Tranzit” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonundan Xankəndi şəhərinə gəlmişlər. Xankəndi şəhərində yerləşən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə gedərək icarə qaydaları ilə maraqlanmış, saat təxminən 15:00 radələrində Xankəndi şəhərindən çıxaraq Xocalı rayonu istiqamətində hərəkət etmişlər. Xankəndi şəhərindən təxminən 1-2 kilometr irəlilədikdən sonra yolun sağ tərəfində yerləşən daş sexini görmüş və sexin həyətinin girişinə tərəf getmişlər. Orada avtomobili saxlayıb birlikdə yerə enmişlər. Sexin həyətinin kənarına çəkilmiş çəpərə yaxınlaşıb qapıya bağlanmış metal simləri açıb həyətə daxil olmuşlar. Qəbir daşlarının düzəldilməsi ilə məşğul olduqlarından həmin sexdə olan alət və avadanlıqları, eləcə də sex ərazisində olan daşları tanımışlar. Sexin giriş hissəsində sağ tərəfdə üst-üstə düzülmüş halda mərmər daş lövhələr olmuşdur. Elşənlə birlikdə həmin daşlara baxaraq onların işləri üçün lazım olacağını düşünüb oğurlamaq qərarına gəlmişlər. Avtomobili sexin həyətinə salaraq arxa yük hissəsini həmin daşlara tərəf istiqamətləndirmişdir. Orada üst tərəfdə olan bir ədəd üzəri yonulmuş, 1,5x70x14 ölçüdə qara rəngli “buki” növ mərmər daş lövhəni götürmüş, həmin daşın altında olan daş lövhə yararsız olduğundan onu kənara aşırıb altında olan birinci daş lövhənin ölçülərinə uyğun görünən və həmin növdə olan üzəri yonulmamış daş lövhəni və bir ədəd 12x30x1,50 ölçüdə daş lövhəni də götürərək avtomobilin yük hissəsinə yığmışlar. Daha sonra sexin həyətində olan qarajın qapısının kilidini sındırmaq məqsədilə avtomobildən mismarçəkən aləti götürərək sexin həyətində olan qapısı kilidli qarajın dəmir qapısında olan bir ədəd dəmir qıfılı və bir ədəd metal-tros kilidi sındıraraq qapısını açmışlar. Qapını açan zaman içəridə bir ədəd elektrik generatoru, bir neçə ədəd böyük mişar daşı və avtomobil ehtiyat hissələri olmuşdur. Onlar həmin qarajın içərisinə daxil olub içəridən bir ədəd elektrik generatorunu və bir ədəd böyük mişar daşını birlikdə götürüb avtomobilin yük hissəsinə qoymuş, daha sonra həmin sexdən çıxaraq Ağdam rayonu istiqamətində hərəkət etmişlər. Əsgəran qəsəbəsindən çıxdıqdan sonra Ağdam rayonu ərazisinin Xocalı rayon ərazisindən olan giriş hissəsindəki polis postundan yayınmaq məqsədilə posta çatmamış sağ tərəfdə yeni çəkilməyə başlamış torpaq yolla Ağdam şəhərinə getmişlər. Ağdam şəhərindən çıxaraq Evoğlu kənd ərazisində yerləşən polis postuna yaxınlaşmışlar. Polis postunda Ağdam RPŞ-nin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı avtomobildən qeyd olunan əşyalar aşkar edildiyindən onlar Ağdam RPŞ-yə dəvət olunmuşlar. Ağdam RPŞ-də avtomobildən üç ədəd mərmər daş löhvə, bir ədəd kəsici mişar daşı və bir ədəd səyyar elektrik generatoru aşkar edilərək götürülmüşdür. Hadisədən iki gün sonra Ağdam RPŞ-dən yenidən onlara zəng edilərək qeyd olunan faktla bağlı Xocalı rayon polis şöbəsində araşdırma aparılması ilə bağlı məlumat verilmiş və məsələ ilə bağlı Xocalı rayon polis şöbəsinə dəvət olunmuşlar. Son olaraq Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, işi mərmər lövhələr üzərində rəsmlər çəkməkdən ibarətdir. Təqsirləndirilən şəxs1 Ağdam rayonunun Bənövşələr kəndində yerləşən qəbir daşları hazırlayan sex işlətdiyindən sonuncu ilə münasibəti vardır. İşğaldan azad edilmiş ərazilərdə olan mərmər sexlərindən birini birlikdə icarəyə götürmək barədə razılığa gələrək xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs1lə birlikdə həmin sexlərə baxmaq məqsədilə sonuncuya məxsus “Ford Tranzit” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonundan Xankəndi şəhərinə gəlmiş və Xankəndi şəhərində yerləşən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə gedərək icarə qaydaları ilə maraqlanmışlar. Saat təxminən 15:00 radələrində Xankəndi şəhərindən çıxaraq Xocalı rayonu istiqamətində hərəkət etmişlər. Xocalı şəhəri istiqamətində hərəkətdə olan zaman rayon ərazisində yerləşən daş sexlərinin bir neçəsinə baxmışlar. Xankəndi şəhərindən təxminən 1-2 kilometr irəlilədikdən sonra yolun sağ tərəfində daş sexi olmasını görmüş və sexin həyətinin girişinə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 avtomobili saxlamış və onlar yerə enərək sexin həyətinin kənarına çəkilmiş çəpərə yaxınlaşıb qapıya bağlanmış metal simləri birlikdə açmağa başlamışlar. Onlar çəpərin qapısını açıb həyətə daxil olaraq sexi gəzmiş, qəbir daşlarının düzəldilməsi ilə məşğul olduqlarından həmin sexdə olan alət və avadanlıqları, eləcə də sex ərazisində olan daşları tanımışlar. Sexin giriş hissəsində sağ tərəfdə üst-üstə düzülmüş halda mərmər daş lövhələr olmuşdur. Həmin daşlara baxaraq daşların iş üçün lazım olacağını düşünüb oğurlamaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs1 avtomobili sexin həyətinə salaraq arxa yük hissəsini həmin daşlara tərəf çevirmişdir. Onlar orada üst tərəfdə olan bir ədəd üzəri yonulmuş, 1,5x70x14 ölçüdə qara rəngli “buki” növ mərmər daş lövhəni götürmüş, həmin daşın altında olan daş lövhə yararsız olduğundan onu kənara aşırıb altında olan birinci daş lövhənin ölçülərinə uyğun görünən və həmin növdə olan üzəri yonulmamış daş lövhəni və bir ədəd 12x30x1,50 ölçüdə daş lövhəni də götürərək avtomobilin yük hissəsinə yığmışlar. Daha sonra Təqsirləndirilən şəxs1 avtomobildən mismarçəkən aləti götürərək sexin həyətində olan qapısı kilidli qarajın dəmir qapısında olan bir ədəd dəmir qıfılı və bir ədəd metal-tros kilidi sındıraraq qapısını açmışdır. Qarajın içərisində bir ədəd elektrik generatoru, bir neçə ədəd böyük mişar daşı və avtomobil ehtiyat hissələri olmuşdur. Onlar həmin qarajın içərisinə daxil olub içəridən bir ədəd elektrik generatorunu və bir ədəd böyük mişar daşını birlikdə götürüb avtomobilin yük hissəsinə qoyduqdan sonra həmin sexdən çıxaraq Ağdam rayonu istiqamətində hərəkət etmişlər. Əsgəran qəsəbəsindən çıxdıqdan sonra Ağdam rayonu ərazisinin Xocalı rayon ərazisindən olan giriş hissəsindəki polis postundan yayınmaq məqsədilə posta çatmamış sağ tərəfdə yeni çəkilməyə başlamış torpaq yolla hərəkət edərək Ağdam şəhərinə, oradan isə Evoğlu kənd ərazisində yerləşən polis postuna yaxınlaşmışlar. Polis postunda Ağdam RPŞ-nin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı avtomobildən qeyd olunan əşyalar aşkar edildiyindən onlar RPŞ-yə dəvət olunmuş, Ağdam RPŞ-də avtomobildən aşkar edilmiş əşyalar götürülmüşdür. Hadisədən iki gün sonra Ağdam RPŞ-dən zəng edilərək qeyd olunan faktla bağlı Xocalı rayon polis şöbəsində araşdırma aparılması ilə bağlı məlumat verilərək bununla bağlı Xocalı rayon polis şöbəsinə dəvət olunmuşlar. Son olaraq Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, müharibə veteranı olmasını, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, həmin MMC-nin Xocalı rayonu üzrə mühəndis nəzarətçisi vəzifəsində işləyir. İşlədiyi şirkət təxminən 2023-cü ilin oktyabr ayından Xocalı şəhərində fərdi yaşayış evlərinin tikinti və təmiri ilə məşğul olur. 2024-cü ilin əvvəllərindən Xocalı rayonu ərazisində tikilən evlərin pilləkənlərində və üzlüyündə istifadə etmək məqədilə mərmər tələbatı yarandığından Xocalı rayonu ərazisində yerləşən daş-mərmər sexlərinin fəaliyyətləri şirkət tərəfindən bərpa edilərək mərmər istehsalına başlanılmışdır. Həmin sexlərdən biri də Xocalı şəhəri yaxınlığında keçmiş Həsənabad yaşayış məntəqəsi adlanan ərazidə yerləşən mərmər sexi olmuşdur. Sexin fəaliyyətinin bərpa edilməsi məqsədilə müxtəlif inşaat malları - elektrik naqilləri, lampalar, su nasosları, həyətin çəpərinin bərpası üçün metal sim, qaynaq üçün elektrod və s. alınmışdır. 2024-cü ilin avqust ayında Xocalı şəhəri ərazisində aparılan yenidənqurma işlərinə fasilə verildiyindən qeyd olunan sexin də fəaliyyəti dayandırılmışdır. Buna görə də sexdə olan alət və avadanlıqlar, yəni 5 ədəd 1,5 m diametrli mişar daşları, 1 ədəd 5 kilovat gücündə “TCC” markalı elektrik generatoru, 2 qutu qaynaq çubuqları, 2 ədəd yer qazma beli, 3 ədəd elektrikli su nasosu, 4 ədəd müxtəlif ölçülü çarx motoru, 1 ədəd avtomobilin sürətlər qutusu (karobka), 50 metr mis naqil və digər təmir alətləri həmin sexin həyətində olan saxlanc yerinə yığılaraq kilidlənmiş halda mühafizə olunmuşdur. xx.xx.2024-cü il tarixdə zəng edilərək bir gün öncə həmin sexə daxil olaraq sexin həyətindən və saxlanc yerindən oğurluq olması barədə məlumat verilmişdir. Daha sonra bununla bağlı polisə müraciət edilmiş və sexdən oğurluğun Ağdam rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən edilməsi məlum olmuşdur. Son olaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın tam ödənildiyini, onlara qarşı şikayət və tələblərinin olmadığını bildirərək bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, 2024-cü ilin fevral ayından Xocalı rayonu ərazisində "xxxx" MMC-nin istifadəsində olan daş sexində böyük mişar operatoru işləyir. İşlədiyi sex Xocalı rayonu, keçmiş Həsənabad yaşayış məntəqəsinin ərazisində yerləşir. Sexdə işlədiyi vaxt 2024-cü ilin yay aylarında rəhbərlik ona Xocalı rayonu Malıbəyli kəndi ərazisində yerləşən sexdə olan səyyar elektrik generatorunu işlədiyi sexə gətirməyi tapşırmışdır. Qeyd olunan generator işlədiyi şirkət tərəfindən alınaraq istifadə edilməsi üçün Malıbəyli kəndi ərazisində yerləşən sexə qoyulmuşdur. Həmin generatoru işlədiyi sexə gətirərək sexin ərazisində olan tikilinin içərisinə qoymuşdur. Qeyd olunan tikilinin qapısı etibarlı şəkildə bağlanmadığından generatorun oğurlanacağından narahat olaraq onu hadisədən təxminən 4-5 gün əvvəl sexin həyətində yerləşən qapısı bağlı olan qarajın içərisinə qoymuşdur. O, həmin generatoru tanışı Şahid2 ilə birlikdə qarajın içərisinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində sexdən çıxaraq qaldığı Əsgəran qəsəbəsinə gəlmişdir. Həmin vaxt generator sexdə qapısı bağlı qarajın içərisində olmuşdur. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində yenidən həmin sexə gedən zaman sexin həyətinin giriş qapısının açıq olmasını, həyətdə üst-üstə düzülmüş halda olan mərmər lövhələrin dağılmış olmasını, içərisindən 3 (üç) ədəd mərmər daş lövhənin götürülməsini görmüşdür. Sexin həyəti metal tor çəpərlə və məftillə əhatələnmişdir. Bundan əlavə həyətdə olan qarajın qapısında olan qıfıl və tros kilid sındırılaraq açılmış, içərisindən 1 (bir) ədəd təzə, işlək vəziyyətdə olan “TCC” markalı, 5KV-lıq, benzinlə işləyən, səyyar elektrik generatoru və 1 (bir) ədəd böyük kəsici mişar daşı oğurlanmışdır. Hadisə yerində heç bir yerə toxunmadan bu barədə rəhbərliyə və polisə məlumat vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 məhkəməyə teleqram ünvanlayaraq işi ilə əlaqədar Bakı şəhərinə ezam olunduğunu, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 15 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin baş müstəntiqi X3 RPŞ-nin CAB-ın rəisi X7, Ağdam RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti X2, Şahid1 və hal şahidlərinin iştirakı ilə Xocalı rayonu, Həsənabad yaşayış məntəqəsində yerləşən oğurluq hadisəsi baş vermiş daş-mərmər sexinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Xocalı rayonunda yerləşən, "xxxx" MMC-nin istifadəsində olan daş-mərmər sexidir. Sexin ümumi ərazisi 0,8 ha-dır və ətrafı metal tor çəpərlə əhatələnmişdir. Sexin həyətində 4x5 m ölçüdə daşdan tikilmiş tikili, 6x3,5 m ölçüdə metal konstruksiyalı qaraj və 30x8 m ölçüdə çardaq vardır. Eyni zamanda sexin giriş hissəsində və həyətin bir neçə yerində müxtəlif ölçülərdə kəsilmiş və ya xammal halında mərmər daşlar mövcuddur. Şahid1 sexin həyətinin giriş hissəsinin dəmir darvazasını təqdim edərək naməlum şəxslər tərəfindən açılmasını, giriş hissədə sağ tərəfdə yerləşən mərmər daş lövhələrdən bir neçəsinin götürülməsini, həyətdə olan qarajın qapısında olan qıfılın və metal tros kilidin sındırılmasını və qarajın içərisinə daxil olaraq oradan 1 (bir) ədəd səyyar elektrikli generatorun və kəsici mişar daşlarından birinin götürülməsini bildirdi. İnspektor-kriminalist tərəfindən qarajın qapısına, qıfıla və kilidə baxış keçirilsə də, hər hansı iz aşkar edilmədi. Baxış zamanı qarajın içərisində əlavə 4 (dörd) ədəd mişar daşı, 3 (üç) ədəd su nasosu, 4 (dörd) ədəd çarx motoru, 1 (bir) ədəd avtomobil surətlər qutusu, 50 m mis naqil və digər təmir alətləri (çəkic, açar, kəlbətin) var idi. Baxış zamanı hər hansı maddi sübut aşkar edilməmiş və götürülməmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir; “Baxış keçirilməsi haqqında” 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Ağdam RPŞ-nin TB-nin təhqiqatçısı X1 Kamil Saday oğlu, Təqsirləndirilən şəxs2 və hal şahidlrinin iştirakı ilə “Ford Tranzit” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirtmişdir. Baxış zmanı müəyyən edildi ki, avtomobili Təqsirləndirilən şəxs1 idarə edir. Avtomobil ağ rənglidir, yanları və arxa hissəsi palçıqlıdır. Avtomobilin yük hissəsində göy-qara rəngli generator, plastik boz rəngli su bidonları, yaşıl rəngli mələfə, yaşıl rəngli xalça kəsikləri, qara rəngli mərmər baş daşı var. Həmin daşın altında sərilmiş qırmızı rəngli xalçanın altında böyük laqonda daşı var. Taxtanın alt hissəsində boşluq yerdə daha 1 ədəd baş daşı və baş daşının bir hissəsi qoyulub. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 generatoru Xocalı rayonundan götürdüklərini bildirdilər. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokol tərtib olunmuşdur; “Baxış keçirilməsi haqqında” 18 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin baş müstəntiqi X3 RPŞ-nin NH-nin məsul növbətçisi Babək Əliyev, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və hal şahidlərinin iştirakı ilə “Ford Tranzit” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən obyekt Təqsirləndirilən şəxs1 idarə etdiyi yük avtomobilidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin avtomobili təqdim edərək avtomobildə olan 3 (üç) ədəd mərmər daş lövhəni, 1 (bir) ədəd generatoru və 1 (bir) ədəd kəsici mişar daşını Xocalı şəhəri ərazisindən mərmər sexindən oğurladıqlarını bildirmişlər. Baxış zamanı yük yerində 1 (bir) ədəd “TCC” markalı, 5 kv-lıq təzə, işlək vəziyyətdə olan, benzinlə işləyən səyyar elektrik generatoru, onun alt hissəsində 1 (bir) ədəd 127,5x74x12 sm ölçüdə olan bozqara rəngli, heç bir üzü yonulmamış, 1 (bir) ədəd 150x70x14 sm ölçüdə olan hər bir üzü yonularaq parlaqlaşdırılmış, 1 (bir) ədəd 149,5x25,5x14 sm ölçüdə olan boz-qara rəngli hər bir üzü yonularaq parlaqlaşdırılmış mərmər daş lövhələr və 1 (bir) ədəd diametri 130 sm olan almaz ucluqlu, metal, kəsici mişar daşı aşkar edilərək götürülmüşdür; "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 47 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin nəzdində olan satış bazarında 2024-cü ilin oktyabr ayı ərzində 1 (bir) ədəd 127,5x74x12 sm ölçüdə olan boz-qara rəngli, heç bir üzü yonulmamış mərmər daş lövhənin orta bazar qiyməti 330 (üç yüz otuz) manat, 1 (bir) ədəd 150x70x14 sm ölçüdə olan boz-qara rəngli, hər bir üzü yonularaq parlaqlaşdırılmış mərmər daş lövhənin orta bazar qiyməti 360 (üç yüz altmış) manat, 1 (bir) ədəd 149,5x29,5x14 sm ölçüdə olan boz-qara rəngli, hər bir üzü yonularaq parlaqlaşdırılmış mərmər daş lövhənin orta bazar qiyməti 150 (yüz əlli) manat, 1 (bir) ədəd “TCC” markalı, 5 kv-lıq, təzə, işlək vəziyyətdə olan, benzinlə işləyən, səyyar elektrik generatorunun orta bazar qiyməti 630 (altı yüz otuz) manat, 1 (bir) ədəd işlənmiş, diametri 130 sm ölçüdə olan, almaz ucluqlu, daş kəsilməsində istifadə olunan, metal, kəsici mişar daşının orta bazar qiyməti 80 (səksən) manat olmaqla həmin əşyaların ümumi orta bazar qiyməti 1550 (min beş yüz əlli) manat təşkil etmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 19 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin tutulması haqqında” 19 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 20 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 20 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” 20 oktyabr 2024-cü il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 saxlanıldığı Xocalı RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” 20 oktyabr 2024-cü il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 saxlanıldığı Xocalı RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Mehdiyev X6 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona qazancından dövlət nəfinə iyirmi faiz məbləğdə pul tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; “Marmor” Mərmər Qranit mağazasının xx.xx.2024-cü il tarixli, 09 nömrəli məktubundan görünür ki, müəssisədə 2024-cü ilin oktyabr ayı ərzində 1 (bir) ədəd 127,5x74x12 sm ölçüdə olan boz-qara rəngli, heç bir üzü yonulmamış mərmər daş lövhənin orta bazar satış qiyməti 850 (səkkiz yüz əlli) manat, 1 (bir) ədəd 150x70x14 sm ölçüdə olan boz-qara rəngli, hər bir üzü yonularaq parlaqlaşdırılmış mərmər daş lövhənin orta bazar satış qiyməti 1160 (min yüz altmış) manat, 1 (bir) ədəd 149,5x29,5x14 sm ölçüdə olan boz-qara rəngli, hər bir üzü yonularaq parlaqlaşdırılmış mərmər daş lövhənin orta bazar satış qiyməti 500 (beş yüz) manat, 1 (bir) ədəd işlənmiş, diametri 130 sm ölçüdə olan, almaz ucluqlu, daş kəsilməsində istifadə olunan, metal, kəsici mişar daşının orta bazar satış qiyməti 800 (səkkiz yüz) manat təşkil etmişdir; “İdeal Aqro” mağazasının xx.xx.2024-cü il tarixli, 22 nömrəli məktubundan görünür ki, mağazada 2024-cü ilin oktyabr ayı ərzində 1 (bir) ədəd “TCC” markalı, 5 kv-lıq, təzə, işlək vəziyyətdə olan, benzinlə işləyən, səyyar elektrik generatorunun ümumi orta satış qiyməti 650 (altı yüz əlli) manat təşkil etmişdir; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 04 dekabr 2024-cü il tarixli, 18-1- 21/3-4568/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsinin narkoloji və psixoloji kabinetində qeydiyyatda yoxdur; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 04 dekabr 2024-cü il tarixli, 18-1- 21/3-4569/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsinin narkoloji və psixoloji kabinetində qeydiyyatda yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2025-ci il tarixli, 9/10483 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 3 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2350 manat müəyyən edilir (1 (bir) ədəd 127,5x74x12 sm ölçüdə olan boz-qara rəngli, heç bir üzü yonulmamış mərmər daş lövhə 800 manat, 1 (bir) ədəd 150x70x14 sm ölçüdə olan boz-qara rəngli, hər bir üzü yonularaq parlaqlaşdırılmış mərmər daş lövhə 1100 manat, 1 (bir) ədəd 149,5x29,5x14 sm ölçüdə olan boz-qara rəngli, hər bir üzü yonularaq parlaqlaşdırılmış mərmər daş lövhə 450 manat). Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır; “Maddi sübut hesab edilməsi haqqında” 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin mühafizəsində olan daş-mərmər sexindən oğurlanmış 1 (bir) ədəd 127,5x74x12 sm ölçüdə olan boz-qara rəngli, heç bir üzü yonulmamış, 1 (bir) ədəd 150x70x14 sm ölçüdə olan, boz-qara rəngli, hər bir üzü yonularaq parlaqlaşdırılmış və 1 (bir) ədəd 149,5x29,5x14 sm ölçüdə olan, boz-qara rəngli, hər bir üzü yonularaq parlaqlaşdırılmış mərmər lövhələr, 1 (bir) ədəd “TCC” markalı, 5 kv-lıq, təzə, işlək vəziyyətdə olan, benzinlə işləyən, səyyar elektrik generatoru, 1 (bir) ədəd işlənmiş, diametri 130 sm ölçüdə olan, almaz ucluqlu, daş kəsilməsində istifadə olunan, metal, kəsici mişar daşı maddi sübut hesab edilmişdir və Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılır; Məhkəmənin sorğusuna cavab olaraq: Ağdam rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli, 86/2013 nömrəli məktubundan görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 1(071)-51/2013 nömrəli, xx.xx.2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 cəzasını çəkib qurtardığı üçün xx.xx.2015-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır; Xocalı RPŞ-nin xx.xx.2025-ci il tarixli, 3-13-81/2-1354/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 12:40-da azad edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 15:15-də azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 11-ci bəndinə əsasən CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011ci il tarixli Qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə vurulmuş ziyanı ödəməsini və hüquqi şəxsin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmamasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Ağdam RİHB-nin Bənövşələr qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 1 (bir) gün (xx.xx.2024-xx.xx.2024-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), üzərinə vəzifələr qoyulmalı (CM-52-1), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə vurulmuş ziyanı ödəməsini və hüquqi şəxsin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmamasını; - müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Ağdam RİHB-nin Qiyaslı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə); - müharibə veteranı olmasını (əsas: iş materiallarında olan Ağdam rayon hərbi komissarlığı tərəfindən verilmiş vəsiqənin surəti, “Elektron məhkəmə” informasiya sitemindən çıxarış); - himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan Ağdam RİHB-nin Qiyaslı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 01 nömrəli arayış, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti). İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 1 (bir) gün (xx.xx.2024-xx.xx.2024-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), üzərinə vəzifələr qoyulmalı (CM-52-1), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, "xxxx" MMCnin mühafizəsində olan daş-mərmər sexindən oğurlanmış 1 (bir) ədəd 127,5x74x12 sm ölçüdə olan boz-qara rəngli, heç bir üzü yonulmamış, 1 (bir) ədəd 150x70x14 sm ölçüdə olan, boz-qara rəngli, hər bir üzü yonularaq parlaqlaşdırılmış və 1 (bir) ədəd 149,5x29,5x14 sm ölçüdə olan, boz-qara rəngli, hər bir üzü yonularaq parlaqlaşdırılmış mərmər lövhələr, 1 (bir) ədəd “TCC” markalı, 5 kv-lıq, təzə, işlək vəziyyətdə olan, benzinlə işləyən, səyyar elektrik generatoru, 1 (bir) ədəd işlənmiş, diametri 130 sm ölçüdə olan, almaz ucluqlu, daş kəsilməsində istifadə olunan, metal, kəsici mişar daşı qanuni sahibi "xxxx" MMC-yə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, həmçinin müdafiəçilər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə vəkillərin hər birinə 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 1 (bir) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Ağdam rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 1 (bir) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Ağdam rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, "xxxx" MMCnin mühafizəsində olan daş-mərmər sexindən oğurlanmış 1 (bir) ədəd 127,5x74x12 sm ölçüdə olan boz-qara rəngli, heç bir üzü yonulmamış, 1 (bir) ədəd 150x70x14 sm ölçüdə olan, boz-qara rəngli, hər bir üzü yonularaq parlaqlaşdırılmış və 1 (bir) ədəd 149,5x29,5x14 sm ölçüdə olan, boz-qara rəngli, hər bir üzü yonularaq parlaqlaşdırılmış mərmər lövhələr, 1 (bir) ədəd “TCC” markalı, 5 kv-lıq, təzə, işlək vəziyyətdə olan, benzinlə işləyən, səyyar elektrik generatoru, 1 (bir) ədəd işlənmiş, diametri 130 sm ölçüdə olan, almaz ucluqlu, daş kəsilməsində istifadə olunan, metal, kəsici mişar daşı qanuni sahibi "xxxx" MMC-yə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar