Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 1(070)-12/2025 18.12.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Tərtər rayonunun Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonunun Sarıcalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır və ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək qeyd olunan avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Şahid1 ilə birlikdə 13 iyun 2025-ci il tarixdə saat 07 radələrində Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun Xocalı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olan zaman yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka ziyan vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcud yol şəraitində təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda həmin tələblərə riayət etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, əməlinin ictimai təhlükəli xarakterini dərk edib, əməlinin insanların az ağır və ağır dərəcəli bədən xəsarətinə səbəb olacağı imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edib cinayətkarcasına özünə güvənərək, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bunları etməyərək qeyd edilən qaydaları pozmaqla, ehtiyatsızlıqdan idarəetməni itirib avtomobilin yolun sağ tərəfindəki beton maneəyə dəyməsi nəticəsində həmin vaxt idarə etdiyi avtomobilin ön sağ oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 onurğa sütununun İ bel fəqərəsinin cisminin onurğa kanalına nüfuz edən kompression sınığı, sağ bud sümüyünün qapalı sınığı, alın, sağ gicgah, sağ almacıq nahiyələrinin əzilmiş yaraları, alın, sağ gicgah, sağ qaş, sağ almacıq, sağ yanaq, burun, sağ qulaq seyvanı, sağ dirsək oynağı, sağ said, sağ əl nahiyələrinin sıyrıqları, sol ayağın dərialtı hematoması ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, avtomobilin arxa oturacağında ortada sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 nazik bağırsağın travmatik cırılması, retoperitonial hematoma, döş qəfəsinin sağında qabırğaların çoxsaylı sınığı, çanaq sümüklərinin sınığı, hematuriya, travmatik şok İİ dərəcə, başın sağ gicgah nahiyəsində əzilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, avtomobilin arxa sağ oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs3 sağ sirkə kasasının (çanaq sümüyü) yerdəyişmiş sınığı, qapalı kəllə-beyin travması, alın nahiyəsinin, sağ əlin İV, V barmaqlarının əzilmiş-cırılmış yaraları, sağ dirsək oynağı, sağ said, hər iki diz oynağı, hər iki baldır, sağ ayaq nahiyələrinin sıyrıqları, sol budun qançırı ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə, yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə edərkən pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ağır dərəcəli, Zərərçəkmiş şəxs3 isə az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxslərlə barışmış və onlara vurulmuş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri yoxdur. Göstərilənlərə dair ərizəsini təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Göstərilənlərə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Göstərilənlərə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Göstərilənlərə dair ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilmiş BD seriyalı, 205416 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” kateqoriyalı sürücüdür; BD seriyalı, 507855 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C180” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şahid3 mülkiyyətindədir; xx.xx.2025-ci il tarixli “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin surətindən görünür ki, “Mercedes Benz C180” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid3 sözügedən nəqliyyat vasitəsini xx.xx.2031-ci il tarixədək idarə etməyi Təqsirləndirilən şəxs etibar etmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2025-ci il tarixli, 310/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 aldığı xəsarətlər sağ sirkə kasasının yerdəyişmiş sınığı, qapalı kəllə-beyin travması, alın nahiyəsinin, sağ əlin İV, V barmaqlarının əzilmişcırılmış yaraları, sağ dirsək oynağı, sağ said, hər iki diz oynağı, hər iki baldır, sağ ayaq nahiyələrinin sıyrıqları, sol budun qançırı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Həmçinin qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlə əlaqədar ağırlaşma və ya ümumi əmək qabiliyyətinin pozulması halları baş verərsə əlavə məhkəmə-tibbi ekspertizanın keçirilməsi məsləhətdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2025-ci il tarixli, 309/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aldığı xəsarətlər onurğa sütununun 1-ci bel fəqərəsinin cisminin onurğa kanalına nüfuz edən kompression sınığı, sağ bud sümüyünün qapalı sınığı, alın, sağ gicgah, sağ almacıq nahiyələrinin əzilmiş yaraları, alın, sağ qaş, sağ almacıq, sağ yanaq, burun, sağ qulaq seyvanı, sağ dirsək oynağı, sağ said, sağ əl nahiyəsinin sıyrıqları, sol ayağın dərialtı hematomasıdır, bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Tərtər Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 08 iyul 2025-ci il tarixli, 18- 1-75/2-605/2025 nömrəli məktubundan görünür ki, Tərtər rayonunun Sarıcalı kəndində yaşayan Əliyev X3 RMX PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2025-ci il tarixli, 473 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlər- nazik bağırsağın travmatik cırılması, retoperitonial hematoma, döş qəfəsinin sağında qabırğaların çoxsaylı sınığı, çanaq sümüklərinin sınığı, hematuriya, travmatik şok İİ dərəcə, başın sağ gicgah nahiyəsində əzilmiş yara-bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, öz-özünə yetirməsi üçün xarakterik deyildir, yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası” ilə bağlı 11 iyul 2025-ci il tarixli, 8/1376 nömrəli rəyindən görünür ki, təqdim edilən məlumatlara əsasən “Mercedes C180” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 50 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 sentyabr 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2025-ci il tarixli, 546 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində olan xəsarətlər- sağ sirkə kasasının yerdəyişmiş sınığı, qapalı kəllə-beyin travması, alın nahiyəsinin, sağ əlin İV, V barmaqlarının əzilmişcırılmış yaraları, sağ dirsək oynağı, sağ said, hər iki diz oynağı, hər iki baldır, sağ ayaq nahiyələrinin sıyrıqları, sol budun qançırı-bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər; “Sübutların qiymətləndirilməsi haqqında” 24 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, “Mercedes Benz C180” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi maddi sübut kimi tanınmışdır; xx.xx.2025-ci il tarixli aktdan görünür ki, iş üzrə maddi sübut - “Mercedes Benz C180” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qanuni sahibi Şahid3 qaytarılmışdır; Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyindən, o, sonuncu ilə barışmışdır və ona qarşı heç bir şikayəti yoxdur; Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyindən, o, sonuncu ilə barışmışdır və ona qarşı heç bir şikayəti yoxdur; Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyindən, o, sonuncu ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməli, eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan müvafiq materiallar Xocalı RPŞ-yə göndərilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxslərə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut - Mercedes Benz C180” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi Şahid3 qaytarılması nəzərə alınmaldır. CPM-in 197-198-ci maddələrinə istinadən məhkəmə qeyd edir ki, hazırki iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, kod 210005, VOEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Məhkəmə həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 8 (səkkiz) iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materiallar Xocalı RPŞ-yə göndərilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.1, 40.3, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, kod 210005, VOEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut - Mercedes Benz C180” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi Şahid3 qaytarılması nəzərə alınsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(070)-12/2025
Xocalı Rayon Məhkəməsi Qərar — İş №1(070)-12/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver