Məhkəmə qərarları › İş №1(070)-13/2025

Xocalı Rayon Məhkəməsi Hökm — İş №1(070)-13/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu Meşəli İş № 1(070)-13/2025 18.12.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş “X9 və Təmir Tikinti” MMC-nin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Tərtər rayonunun Qaynaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Qaynaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.2004-cü il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonunun Ərdəşəvi kəndində qeydiyyatda olan, Tərtər rayonunun Qaynaq kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 və 177.2.2 maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, xx.xx.2000-ci il tarixdə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “X9 və Təmir Tikinti” MMC-də elektrik quraşdırıcısı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Cavad kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, qəsdən tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 11 iyul 2025-ci il tarixdə saat 23 radələrində Xocalı şəhərində adsız küçələrin birində yerləşən yeni tikilmiş “Y-9” nömrəli fərdi yaşayış evinə həmin ərazidə yerləşən elektrik gücləndiricisindən (transformatordan) yerin altı ilə çəkilmiş “X9 və Təmir Tikinti” MMC-yə məxsus 1081 (bir min səksən bir) manat dəyərində qara rəngli, izoliyasiya edilmiş, üzərində “Azər Kablo N2xH 2x10mm2 2025” yazıları olan, içərisində hər biri izoliyasiya edilmiş, 2 jilalı, 2x10 ölçüdə mis əsaslı yanmaz elektrik naqilindən 230 (iki yüz otuz) metr uzunluqda hissəsini cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün aralarındakı rolların bölgüsünə uyğun olaraq kabel quyusuna düşməklə kəsdikdən sonra, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə yerin altından dartaraq çıxarıb sonuncunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sərnişin oturacağının alt hissəsinə birlikdə yığaraq aparmaqla, 1081 (bir min səksən bir) manat dəyərində qeyd olunan naqili qəsdən tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs “X9 və Təmir Tikinti” MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 2025-ci ilin iyul ayının ortalarında istintaqa məlum olmayan gündə saat 23 radələrində Xocalı şəhərində adsız küçələrin birində yerləşən yeni tikilmiş “107” və “108” saylı fərdi yaşayış evlərinə yerin altı ilə çəkilmiş “X9 və Təmir Tikinti” MMC-yə məxsus 1222 (bir min iki yüz iyirmi iki) manat dəyərində qara rəngli, izoliyasiya edilmiş, üzərində “Azər Kablo N2xH 2x10mm2 2025” yazıları olan, içərisində hər biri izoliyasiya edilmiş, 2 jilalı, 2x10 ölçüdə mis əsaslı yanmaz elektrik naqilindən 260 (iki yüz altmış) metr uzunluqda hissəsini cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün aralarındakı rolların bölgüsünə uyğun olaraq kabel quyusuna düşməklə kəsdikdən sonra, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə yerin altından dartaraq çıxarıb sonuncunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sərnişin oturacağının alt hissəsinə birlikdə yığaraq aparmaqla, 1222 (bir min iki yüz iyirmi iki) manat dəyərində qeyd olunan naqili qəsdən tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, gizli olaraq təkrarən talayıb, zərərçəkmiş hüquqi şəxs “X9 və Təmir Tikinti” MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 2025-ci ilin iyul ayının ikinci yarısında istintaqa məlum olmayan gündə saat 21 radələrində Xocalı şəhərində adsız küçələrin birində yerləşən elektrik paylayıcısının qarşısında olan kabel quyusundan digər kabel quyusuna çəkilmiş “X9 və Təmir Tikinti” MMC-yə məxsus 470 (dörd yüz yetmiş) manat dəyərində qara rəngli, izoliyasiya edilmiş, üzərində “Azər Kablo N2xH 2x10mm2 2025” yazıları olan, içərisində hər biri izoliyasiya edilmiş, 2 jilalı, 2x10 ölçüdə mis əsaslı yanmaz elektrik naqilindən 100 (bir yüz) metr uzunluqda olan hissəsini cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün aralarındakı rolların bölgüsünə uyğun olaraq həmin kabel quyusuna düşməklə kəsdikdən sonra, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə yerin altından dartaraq çıxarıb sonuncunun etibarnamə ilə idarə etdiyi “VAZ-21074” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sərnişin oturacağının alt hissəsinə birlikdə yığaraq aparmaqla, 470 (dörd yüz yetmiş) manat dəyərində qeyd olunan naqili qəsdən tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, gizli olaraq təkrarən talayıb, zərərçəkmiş hüquqi şəxs “X9 və Təmir Tikinti” MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 24 iyul 2025-ci il tarixdə saat 23 radələrində Xocalı şəhərində adsız küçələrin birində yerləşən “108” saylı fərdi yaşayış evinə çəkilmiş “X9 və Təmir Tikinti” MMC-yə məxsus 47 (qırx yeddi) manat dəyərində qara rəngli, izoliyasiya edilmiş, üzərində “Azər Kablo N2xH 2x10mm2 2025” yazıları olan, içərisində hər biri izoliyasiya edilmiş, 2 jilalı, 2x10 ölçüdə mis əsaslı yanmaz elektrik naqilindən 10 (on) metr uzunluqda olan hissəsini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə yerin altından çıxarıb sonuncunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sərnişin oturacağının alt hissəsinə birlikdə yerləşdirdikdən sonra, öz cinayətkar əməllərini davam etdirərək Xocalı şəhəri ərazisində yerləşən “33” saylı fərdi yaşayış evinə çəkilməsi üçün evin həyətinin qarşısında küçədə top halında yığılmış “X9 və Təmir Tikinti” MMC-yə məxsus 164,5 (bir yüz altmış dört manat, əlli qəpik) dəyərində qara rəngli, izoliyasiya edilmiş, üzərində “Azər Kablo N2xH 2x10mm2 2025” yazıları olan, içərisində hər biri izoliyasiya edilmiş, 2 jilalı, 2x10 ölçüdə mis əsaslı yanmaz elektrik naqilindən 35 (otuz beş) metr uzunluqda olan hissəsini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə kəsib sonuncunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sərnişin oturacağının alt hissəsinə birlikdə yığaraq aparmaqla, ümumilikdə 45 (qırx beş)metr uzunluqda 211,5 (iki yüz on bir manat, əlli qəpik) manat dəyərində qeyd olunan naqili qəsdən tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, gizli olaraq təkrarən talayıb, zərərçəkmiş hüquqi şəxs “X9 və Təmir Tikinti” MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 31 iyul 2025-ci il tarixdə saat 23 radələrində Xocalı şəhərində adsız küçələrin birində “182” saylı fərdi yaşayış evinə çəkilmiş “X9 və Təmir Tikinti” MMC-yə məxsus 1104,5 (bir min yüz dörd manat əlli qəpik) manat dəyərində qara rəngli, izoliyasiya edilmiş, üzərində “Azər Kablo N2xH 2x10mm2 2025” yazıları olan, içərisində hər biri izoliyasiya edilmiş, 2 jilalı, 2x10 ölçüdə mis əsaslı yanmaz elektrik naqilindən 235 (iki yüz otuz beş) metr uzunluqda hissəsini cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün aralarındakı rolların bölgüsünə uyğun olaraq kabel quyusuna düşməklə kəsdikdən sonra, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə yerin altından dartaraq çıxarıb sonuncunun etibarnamə ilə idarə etdiyi “VAZ-21074” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sərnişin oturacağının alt hissəsinə birlikdə yığaraq aparmaqla, 1104,5 (bir min yüz dörd manat, əlli qəpik) manat dəyərində olan qeyd olunan naqili qəsdən tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, gizli olaraq təkrarən talayıb, zərərçəkmiş hüquqi şəxs “X9 və Təmir Tikinti” MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, qəsdən tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 11 iyul 2025-ci il tarixdə saat 23 radələrində Xocalı şəhərində yerləşən yeni tikilmiş “Y-9” nömrəli fərdi yaşayış evinə həmin ərazidə yerləşən elektrik gücləndiricisindən (transformatordan) yerin altı ilə çəkilmiş “X9 və Təmir Tikinti” MMC-yə məxsus 1081 (bir min səksən bir) manat dəyərində qara rəngli, izoliyasiya edilmiş, üzərində “Azər Kablo N2xH 2x10mm2 2025” yazıları olan, içərisində hər biri izoliyasiya edilmiş, 2 jilalı, 2x10 ölçüdə mis əsaslı yanmaz elektrik naqilindən 230 (iki yüz otuz) metr uzunluqda hissəsi cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün aralarındakı rolların bölgüsünə uyğun olaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 tərəfindən quyuya enməklə kəsildikdən sonra, sonuncu və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 ilə birlikdə yerin altından dartaraq çıxarıb etibarnamə əsasında idarə etdiyi “VAZ- 21074” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sərnişin oturacağının alt hissəsinə birlikdə yığaraq aparmaqla, 1081 (bir min səksən bir) manat dəyərində qeyd olunan elektrik naqilini qəsdən tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs “X9 və Təmir Tikinti” MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 2025-ci ilin iyul ayının ortalarında istintaqa məlum olmayan gündə saat 23 radələrində Xocalı şəhərində adsız küçələrin birində yerləşən yeni tikilmiş “107” və “108” saylı fərdi yaşayış evlərinə yerin altı ilə çəkilmiş “X9 və Təmir Tikinti” MMC-yə məxsus 1222 (bir min iki yüz iyirmi iki) manat dəyərində qara rəngli, izoliyasiya edilmiş, üzərində “Azər Kablo N2xH 2x10mm2 2025” yazıları olan, içərisində hər biri izoliyasiya edilmiş, 2 jilalı, 2x10 ölçüdə mis əsaslı yanmaz elektrik naqilindən 260 (iki yüz altmış) metr uzunluqda hissəsi cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün aralarındakı rolların bölgüsünə uyğun olaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 tərəfindən quyuya enməklə kəsildikdən sonra, sonuncu ilə birlikdə yerin altından dartaraq çıxarıb etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sərnişin oturacağının alt hissəsinə birlikdə yığaraq aparmaqla, 1222 (bir min iki yüz iyirmi iki) manat dəyərində olan qeyd olunan naqili qəsdən tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, gizli olaraq təkrarən talayıb, zərərçəkmiş hüquqi şəxs “X9 və Təmir Tikinti” MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 2025-ci ilin iyul ayının ikinci yarısında istintaqa məlum olmayan gündə saat 21 radələrində Xocalı şəhərində adsız küçələrin birində yerləşən elektrik paylayıcısının qarşısında olan kabel quyusundan digər kabel quyusuna çəkilmiş “X9 və Təmir Tikinti” MMC-yə məxsus 470 (dörd yüz yetmiş) manat dəyərində qara rəngli, izoliyasiya edilmiş, üzərində “Azər Kablo N2xH 2x10mm2 2025” yazıları olan, içərisində hər biri izoliyasiya edilmiş, 2 jilalı, 2x10 ölçüdə mis əsaslı yanmaz elektrik naqilindən 100 (bir yüz) metr uzunluqda hissəsi cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün aralarındakı rolların bölgüsünə uyğun olaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 tərəfindən quyuya enməklə kəsildikdən sonra, sonuncu ilə birlikdə yerin altından dartaraq çıxarıb etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sərnişin oturacağının alt hissəsinə birlikdə yığaraq aparmaqla, 470 (dörd yüz yetmiş) manat dəyərində qeyd olunan naqili qəsdən tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, gizli olaraq təkrarən talayıb, zərərçəkmiş hüquqi şəxs “X9 və Təmir Tikinti” MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 24 iyul 2025-ci il tarixdə saat 23 radələrində Xocalı şəhərində adsız küçələrin birində yerləşən “108” saylı fərdi yaşayış evinə çəkilmiş “X9 və Təmir Tikinti” MMC-yə məxsus 47 (qırx yeddi) manat dəyərində qara rəngli, izoliyasiya edilmiş, üzərində “Azər Kablo N2xH 2x10mm2 2025” yazıları olan, içərisində hər biri izoliyasiya edilmiş, 2 jilalı, 2x10 ölçüdə mis əsaslı yanmaz elektrik naqilindən 10 (on) metr uzunluqda hissəsini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə yerin altından çıxarıb etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sərnişin oturacağının alt hissəsinə birlikdə yerləşdirdikdən sonra, öz cinayətkar əməllərini davam etdirərək Xocalı şəhəri ərazisində yerləşən “33” saylı fərdi yaşayış evinə çəkilməsi üçün evin həyətinin qarşısında küçədə top halında yığılmış “X9 və Təmir Tikinti” MMC-yə məxsus 164,5 (bir yüz altmış dört manat, əlli qəpik) dəyərində qara rəngli, izoliyasiya edilmiş, üzərində “Azər Kablo N2xH 2x10mm2 2025” yazıları olan, içərisində hər biri izoliyasiya edilmiş, 2 jilalı, 2x10 ölçüdə mis əsaslı yanmaz elektrik naqilindən 35 (otuz beş) metr uzunluqda hissəsini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə kəsib etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sərnişin oturacağının alt hissəsinə birlikdə yığaraq aparmaqla, ümumilikdə 45 (qırx beş) metr uzunluqda, 211,5 (iki yüz on bir manat, əlli qəpik) manat dəyərində qeyd olunan naqili qəsdən tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, gizli olaraq təkrarən talayıb, zərərçəkmiş hüquqi şəxs “X9 və Təmir Tikinti” MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 31 iyul 2025-ci il tarixdə saat 23 radələrində Xocalı şəhərində adsız küçələrin birində “182” saylı fərdi yaşayış evinə çəkilmiş “X9 və Təmir Tikinti” MMC-yə məxsus 1104,5 (bir min yüz dörd manat əlli qəpik) manat dəyərində qara rəngli, izoliyasiya edilmiş, üzərində “Azər Kablo N2xH 2x10mm2 2025” yazıları olan, içərisində hər biri izoliyasiya edilmiş, 2 jilalı, 2x10 ölçüdə mis əsaslı yanmaz elektrik naqilindən 235 (iki yüz otuz beş) metr uzunluqda hissəsi cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün aralarındakı rolların bölgüsünə uyğun olaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 tərəfindən kabel quyusuna düşməklə kəsildikdən sonra, sonuncu ilə birlikdə yerin altından dartaraq çıxarıb etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sərnişin oturacağının alt hissəsinə birlikdə yığaraq aparmaqla, 1104,5 (bir min yüz dörd manat əlli qəpik) manat dəyərində qeyd olunan naqili qəsdən tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, gizli olaraq təkrarən talayıb, zərərçəkmiş hüquqi şəxs “X9 və Təmir Tikinti” MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qəsdən tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, qəsdən tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 11 iyul 2025-ci il tarixdə saat 23 radələrində Xocalı şəhərində yerləşən yeni tikilmiş “Y-9” nömrəli fərdi yaşayış evinə həmin ərazidə yerləşən elektrik gücləndiricisindən (transformatordan) yerin altı ilə çəkilmiş “X9 və Təmir Tikinti” MMC-yə məxsus 1081 (bir min səksən bir) manat dəyərində qara rəngli, izoliyasiya edilmiş, üzərində “Azər Kablo N2xH 2x10mm2 2025” yazıları olan, içərisində hər biri izoliyasiya edilmiş, 2 jilalı, 2x10 ölçüdə mis əsaslı yanmaz elektrik naqilindən 230 (iki yüz otuz) metr uzunluqda olan hissəsi cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün aralarındakı rolların bölgüsünə uyğun olaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 tərəfindən kabel quyusuna düşməklə kəsildikdən sonra, sonuncu və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə yerin altından dartaraq çıxarıb sonuncunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sərnişin oturacağının alt hissəsinə birlikdə yığaraq aparmaqla, 1081 (bir min səksən bir) manat dəyərində qeyd olunan naqili qəsdən tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində gizli talayıb, zərərçəkmiş hüquqi şəxs “X9 və Təmir Tikinti” MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Birinci dəfə “X9 və Təmir Tikinti” MMC-yə məxsus elektrik naqillərini tanışları Tayfun və Farizlə birlikdə oğurlamışdır. İkinci dəfə isə təkrarən Tayfunla birlikdə oğurluq etmişdir. Verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, metal dəhrəni oğurladıqları elektrik naqillərini doğramaq üçün istifadə etmişdir. Həmin dəhrə ona məxsusdur. Son olaraq Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, zərərçəkmiş “X9 və Təmir Tikinti” MMC-yə dəyən ziyanı ödəməsini, MMC-nin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Birinci dəfə “X9 və Təmir Tikinti” MMC-yə məxsus elektrik naqillərini tanışları Şamxal və Farizlə birlikdə oğurlamışdır. İkinci dəfə isə təkrarən Şamxalla o, birlikdə oğurluq etmişdir. Son olaraq Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, zərərçəkmiş “X9 və Təmir Tikinti” MMC-yə dəyən ziyanı ödəməsini, MMC-nin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İşlədiyi “X9 və Təmir Tikinti” MMC-dən bir dəfə elektrik naqili oğurlamışdır. Oğurluğu tanışları Şamxal və Tayfunla birlikdə törətmişdir. Son olaraq Təqsirləndirilən şəxs3 əməlindən peşman olduğunu, zərərçəkmiş “X9 və Təmir Tikinti” MMC-yə dəyən ziyanı ödəməsini, MMC-nin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş “X9 və Təmir Tikinti” MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, “X9 və Təmir Tikinti MMC”-də baş mühəndis işləyir. İşlədiyi MMC müqavilə əsasında "xxxx" MMC-nin Xocalı şəhərində apardığı təmir və tikinti işləri zamanı elektrik xətlərinin çəkilməsi və küçələrin işıqlandırılması işlərini həyata keçirir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 2025-ci ilin iyul ayı ərzində Xocalı şəhəri ərazisində yerləşən fərdi yaşayış evlərinə işlədiyi şirkət tərəfindən çəkilmiş müxtəlif tarixlərdə elektrik naqillərindən oğurladıqları ümumilikdə 870 (səkkiz yüz yetmiş) metr qara rəngli, izoliyasiya edilmiş, üzərində “Azər Kablo N2xH 2x10mm2 2025” yazıları olan, içərisində hər biri izoliyasiya edilmiş, 2 jilalı, 2x10 ölçüdə, mis əsaslı, yanmaz elektrik naqili işlədiyi MMC-yə məxsusdur və həmin naqillərin oğurlanmasında qeyd olunan şirkətə maddi ziyan dəymişdir. Son olaraq zərərçəkmiş “X9 və Təmir Tikinti” MMC-nin nümayəndəsi Nümayəndə2 təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın tam ödənildiyini, onlara qarşı şikayət və tələblərinin olmadığını bildirərək buna dair ərizəsini məhkəməyə təqdim etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 və Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, fərdi şəkildə Tərtər rayonunun Sarıcalı kəndində yerləşən metal qəbulu məntəqəsində metal qəbulu ilə məşğul olur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, aralarında heç bir ədavət yoxdur. İlk dəfə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iyul ayının əvvəllərində metal qəbulu məntəqəsinə mis metal kütlələri gətirərkən görmüşdür. Belə ki, təxminən iyul ayının ilk on günlüyündə konkret xatırlamadığı gündə səhər saatlarında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 idarə etdiyi ağ rəngli “VAZ-2107” markalı minik avtomobili ilə metal qəbulu məntəqəsinə gəlmiş və birlikdə avtomobildən bir kisə götürərək məntəqəyə yaxınlaşmışlar. Həmin kisəni açıb içərisinə baxan zaman görmüşdür ki, kisənin içərisində mis əsaslı naqillərin yandırılmış kütləsi vardır. Qaydalara uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqələrini təqdim etmələrini xahiş etmiş və həmin metal kütləsinin haradan əldə etmələrini soruşmuşdur. Cavabında Təqsirləndirilən şəxs1 işıq idarəsində işlədiyini və elektrik çəkilişindən qalan lazımsız hissələri toplayıb yandıraraq gətirməsini bildirmişdir. Metal kütləsinə baxan zaman həqiqətən hissə-hissə kəsilmiş naqillər olmasını görərək dediklərinə inanmış və həmin metalı qəbul etmişdir. Həmin gündən sonra 3 dəfə müxtəlif tarixlərdə həmin şəxslər eyni qaydada xatırlamadığı çəkilərdə mis metal kütlələri gətirərək ona satmışlar. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Elman Hüseynov küçəsi, ev 3 ünvanında yaşayır və xx.xx.2008-ci il tarixdən rəsmi şəkildə sahibkarlıq fəaliyyəti ilə, yəni əlvan və qara metal qəbulu ilə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və ədavəti olmamışdır. Təxminən iyul ayının sonlarında dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs1 onun metal qəbulu məntəqəsinə gələrək təxminən 13 kq çəkidə mis metal kütləsi gətirmişdir. Sonuncu həmin kütləni ona satmaq istədiyini bildirib almağını xahiş etmişdir. Həmin mis metal kütlələri mis əsaslı naqillərin yanmış mis kütləsi olmuşdur. Həmin mis metal kütləsini qəbul edib çəkisinə uyğun şəkildə Təqsirləndirilən şəxs1 pul vermişdir. O, həmin şəxsdən gətirdiyi mis metal kütləsini haradan əldə etməsini soruşmamışdır. Həmin vaxtdan təxminən 4-5 gün sonra konkret xatırlamadığı gündə Təqsirləndirilən şəxs1 yenidən ona məxsus metal qəbulu məntəqəsinə gələrək yenidən mis metal kütləsi satmışdır. Həmin vaxt evdə olmadığından həyat yoldaşı Səkinə Quliyeva qəbul etmiş və sonuncu ona zəng edərək metal qəbul etdiyindən Təqsirləndirilən şəxs1 23 kq mis metalının pulunu verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 onun yanına Tərtər şəhərində yerləşən FHN-in binasının qarşısına gələrək pulu almışdır. Həmin tarixdən sonra Təqsirləndirilən şəxs1 bir daha metal hissələri gətirməmişdir. Bundan əlavə o, ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə metal qəbulu məntəqəsinə Xocalı RPŞ-nin əməkdaşları gələrək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Xocalı şəhərindən mis əsaslı naqillər kəsərək satmasını və bununla bağlı məntəqəyə baxış keçirməli olduqları bildirilmişdir. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs1 qəbul etdiyi mis kütlələrini təqdim etmişdir. Təqsirləndirilən şəxs1 ona təqdim etdiyi metal kütləsi ərimiş halda olan top şəkilli naqillərin yanmış mis kütlələri olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 09 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin baş müstəntiqi X2 RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X11, Təqsirləndirilən şəxs1, Nümayəndə1 və hal şahidlərinin iştirakı ilə Xocalı şəhəri ərazisində naqillərin kəsilərək oğurlandığı konkret yerlərə baxış keçirtmişdir. Baxış keçirilən yer Xocalı şəhəri ərazisində yerləşən fərdi yaşayış evlərinə yer altı şəkildə çəkilmiş “X9 və Təmir Tikinti” MMC-yə məxsus 2x10 mm2, N2xH yanmaz mis əsaslı elektrik naqillərinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlandığı yerlərdir. Şirkətin sahə rəisi Nümayəndə1 və Təqsirləndirilən şəxs1 qeyd olunan yerləri baxış zamanı təqdim etdilər. Baxış keçirilən ilk yer Xocalı şəhəri ərazisində yerləşən yeni tikilməkdə olan “Y-9” nömrəli yaşayış evinə transformatordan çəkilmiş 230 metr elektrik naqilinin kəsilməklə götürüldüyü yerlərdir. Sahə rəisi Nümayəndə1 qeyd olunan evin arxa hissəsində olan quyuları təqdim edərək həmin yerdən çəkilmiş 230 metr 2x10 mm2 N2xH ölçüdə mis əsaslı elektrik naqilinin kəsilərək oğurlanmasını bildirmişdir. Baxış zamanı qeyd olunan quyularda çəkilmiş elektrik naqilinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən 11 iyul 2025-ci il tarixdə oğurlanması müəyyən edilmiş, hər hansı maddi sübut aşkar edilməmiş, iştirakçılarla hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edildi. Daha sonra sahə rəisi Nümayəndə1 Xocalı şəhərində yerləşən adsız mərkəzi küçədə yerləşən quyunu təqdim edərək həmin yerdən də elektrik naqilinin oğurlanmasını bildirmişdir. Baxış zamanı həmin quyudan şəhər ərazisində yerləşən 107 saylı yaşayış evinə çəkilmiş 119 metr, 108 saylı evə çəkilmiş 151 metr 2x10 mm2 N2xH ölçüdə mis əsaslı elektrik naqilinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tərəfindən kəsilərək oğurlanması müəyyən edilmişdir. Hadisə yerindən hər hansı maddi sübut aşkar edilməmiş, iştirakçılarla hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edildi. Bundan başqa sahə rəisi Nümayəndə1 Xocalı şəhərində yerləşən əvvəl təqdim etdiyi quyudan yaxınlıqdakı paylayıcıya çəkilmiş elektrik naqilinin oğurlanmasını bildirmişdir. Baxış zamanı həmin quyudan şəhər ərazisində yerləşən elektrik paylayıcısına çəkilmiş 100 metr 2x10 mm2 N2xH ölçüdə mis əsaslı elektrik naqilinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tərəfindən kəsilərək oğurlanması müəyyən edilmişdir. Hadisə yerindən hər hansı maddi sübut aşkar edilməmiş iştirakçılarla hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edildi. Bundan başqa sahə rəisi Nümayəndə1 Xocalı şəhərində yerləşən 33 saylı evin həyətinin giriş hissəsinə qədər çəkilmiş elektrik naqilinin oğurlanmasını bildirmişdir. Baxış zamanı həmin evin qarşısına çəkilmiş 35 metr 2x10 mm2 N2xH ölçüdə mis əsaslı elektrik naqilinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tərəfindən kəsilərək oğurlanması müəyyən edilmişdir. Hadisə yerindən hər hansı maddi sübut aşkar edilməmiş, iştirakçılarla hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edildi. Daha sonra sahə rəisi Nümayəndə1 Xocalı şəhərində yerləşən adsız küçələrin birində yerləşən quyunu təqdim edərək həmin yerdən də elektrik naqilinin oğurlanmasını bildirmişdir. Baxış zamanı həmin quyudan şəhər ərazisində yerləşən 182 saylı yaşayış evinə çəkilmiş 235 metr 2x10 mm2 N2xH ölçüdə mis əsaslı elektrik naqilinin 31 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tərəfindən kəsilərək oğurlanması müəyyən edilmişdir. Hadisə yerindən hər hansı maddi sübut aşkar edilməmiş, iştirakçılarla hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edildi; Azərbaycan Respublikası DİN-in BDYPİ İmişli RQİTBŞ tərəfindən verilmiş BD seriyalı, 810396 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “B1, B, C1, C” kateqoriyalı sürücüdür; AC seriyalı, 882300 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir; xx.xx.2025-ci il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamənin surətindən görünür ki, “VAZ 21074” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 nəqliyyat vasitəsini xx.xx.2026-cı il tarixədək idarə etməyi və s. Təqsirləndirilən şəxs2 etibar etmişdir; “Baxış keçirilməsi haqqında” 09 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin baş müstəntiqi X2 RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X8, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və hal şahidlərinin iştirakı ilə Tərtər rayonunun Qaynaq kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirtmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 evin həyətyanı sahəsində yerləşən yardımçı tikilinin - tövlənin arxa tərəfini təqdim edərək Təqsirləndirilən şəxs1la birlikdə Xocalı şəhəri ərazisindən oğurlayaraq ələ keçirdikləri elektrik naqillərini həmin yerdə yandıraraq mis kütləsini əldə etdiyini bildirmişdir. Baxış zamanı qeyd olunan yerdə ocaq və kül izləri aşkar edilmişdir. Baxış zamanı maddi sübut aşkar edilməmiş və götürülməmişdir; “Baxış keçirilməsi haqqında” 09 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin baş müstəntiqi X2 RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X8, X15, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Xocalı şəhərində oğurlanmış mis əsaslı naqillərin yandırılaraq mis kütləsinin ayrıldığı Təqsirləndirilən şəxs1 məxsus Tərtər rayonunun Qaynaq kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirtmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin həyəti təqdim edərək Təqsirləndirilən şəxs3lə birlikdə və digər vaxtlarda Xocalı şəhəri ərazisindən oğurladıqları mis əsaslı elektrik naqillərini yandırdıqlarını və mis kütləsini əldə etmələrini bildirmişdir. Baxış zamanı həmin yerdə qeyd olunan elektrik naqillərinin qara rəngli kömürlənmiş və küllənmiş halda olan plastik örtüyünün yandığı ocaq yeri aşkar edilmişdir. Bundan əlavə həyətdə olan dəstək hissəsi ilə birlikdə uzunluğu 40 sm olan dəmir dəhrəni Təqsirləndirilən şəxs1 təqdim edərək naqilləri həm də dəhrə vasitəsilə kəsdiyini bildirmişdir. Baxış zamanı qeyd olunan 1 (bir) ədəd dəhrə maddi sübut kimi götürülmüşdür; “Baxış keçirilməsi haqqında” 09 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin baş müstəntiqi X2 RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X8, X5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xocalı şəhərindən oğurladıqları elektrik naqillərinin mis kütləsi halında satdıqları Tərtər rayonunun Sarıcalı kəndi ərazisində yerləşən Hüseyn Mehtiyevə məxsus metal qəbulu məntəqəsinə baxış keçirtmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin məntəqəni təqdim edərək Xocalı şəhəri ərazisindən oğurladıqları elektrik naqillərindən yandıraraq əldə etdikləri mis kütlələri müxtəlif tarixlərdə həmin yerdə Hüseyn Mehtiyevə satmalarını bildirmişlər. Baxış zamanı metal qəbulu məntəqəsindən hər hansı maddi sübut aşkar edilməmişdir; “Baxış keçirilməsi haqqında” 09 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin baş müstəntiqi X2 RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X8, Şahid1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və hal şahidlərinin iştirakı ilə Xocalı şəhəri ərazisindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanaraq mis kütləsi ayrılmış naqilləri satdıqları Şahid1 məxsus ünvan 2 ünvanında yerləşən metal qəbulu məntəqəsinə baxış keçirtmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin metal qəbulu məntəqəsini təqdim edərək 2025-ci ilin iyul ayı ərzində Xocalı şəhər ərazisindən oğurladıqları naqilləri yandıraraq əldə etdikləri mis kütləsini 2 dəfə həmin məntəqəyə satmalarını bildirmişlər. Baxış zamanı Şahid1 məxsus metal qəbulu məntəqəsində olan yaşayış evinin qarşısında yandırılmış müxtəlif uzunluqda top halında bükülmüş elektrik naqillərindən çıxarılmış mis kütləsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim edərək satdıqları mis kütləsi olmasını bildirmiş, Şahid1 bunu təsdiqləmişdir. Aşkar edilmiş 18,4 kq çəkidə olan mis kütləsi götürülmüşdür; “Şübhəli şəxsin tutulması haqqında” 9 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:50-də şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin tutulması haqqında” 9 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Ramin İnşaat” mağazasının direktoru Ramin Qasımov tərəfindən verilmiş 9 avqust 2025-ci il tarixli məktubdan görünür ki, 2025-ci ilin iyul-avqust ayları ərzində rəhbərlik etdiyi inşaat malları mağazasında üzərində “Azər Kablo N2xH 2x10mm2 2025” yazıları olan, içərisində hər biri izoliyasiya edilmiş, 2 jilalı, 2x10 ölçüdə, mis əsaslı, yanmaz elektrik naqilinin orta bazar satış qiyməti 4,7 manat təşkil etmişdir; “X9 və Təmir Tikinti” MMC xx.xx.2025-ci il tarixli, 142 nömrəli məktubundan görünür ki, Xocalı şəhərində yeni tikilmiş yaşayış evlərinin elektrik təchizatı işləri "xxxx" MMC-nin sifarişi əsasında “X9 və Təmir Tikinti” MMC tərəfindən görülür. Belə ki, bu evlərə çəkilmiş kabellərdən (mis kabel yanmaz 2x10 N2xH) 870 metri yerində oğurlanmışdır. Bunun da nəticəsində mal-material olaraq ümumi dəyəri 5440,98 manat məbləğində şirkətə ziyan dəymişdir; “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” 11 avqust 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Xocalı RPŞ-nin MSY-dən azad olunmuşdur; “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” 11 avqust 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Xocalı RPŞ-nin MSY-dən azad olunmuşdur; “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 avqust 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 11 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 11 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 11 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; Tərtər RİHB-nin Qaynaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 167 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər rayonunun Qaynaq kəndində yaşayır; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Tərtər Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 18 avqust 2025-ci il tarixli, 18-1-75/2-706/2025 nömrəli məktubundan görünür ki, Tərtər rayonunun Qaynaq kəndində yaşayan Təqsirləndirilən şəxs2 Tərtər RMX PHŞ-nin poliklinika şöbəsinin ruhiəsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 18 avqust 2025-ci il tarixli, 18-1-70/2-820/2025 nömrəli məktubundan görünür ki, Sabirabad rayonunun Cavad kənd sakini Ağayev X4 RMX-nin Poliklinika şöbəsinin “Əsəb-ruhi” və “Narkoloji” kabinetlərində dispanser qeydiyyatında deyil; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Tərtər Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 18 avqust 2025-ci il tarixli, 18-1-75/2-707/2025 nömrəli məktubundan görünür ki, Tərtər rayonunun Qaynaq kəndində yaşayan Təqsirləndirilən şəxs1 Tərtər RMX PHŞ-nin poliklinika şöbəsinin ruhiəsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır; “Baxış keçirilməsi haqqında” 30 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin baş müstəntiqi X14 “X9 və Təmir Tikinti” MMC-nin kommersiya qurumlarının hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarını müəyyənləşdirmək üçün https://www.e-taxes.gov/az/ebyn/commersialChecker.jsp internet səhifəsinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, “X9 və Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır (VÖEN: **********, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 50, M2 və M3, qanuni təmsilçisi X7). İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmışdır. Qeyd edilən internet səhifəsindən çıxarış 1 vərəqdə çap edilərək protokola əlavə edilmişdir; “Daşınar əmlakın qiymətləndirilməsi barədə” "xxxx" MMC-nin 29 avqust 2025-ci il tarixli, UNİ/A-95-533/2025 nömrəli hesabatından görünür ki, əmlakın mövcud vəziyyəti, təyinatı, istifadə imkanları nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən siyahı üzrə təqdim edilən avadanlığın oğurlanması nəticəsində “X9 və Təmir Tikinti” MMCyə 29 avqust 2025-ci il tarixinə dəyən maddi ziyan 4089 (dörd min səksən doqquz) manat təşkil edir. Xidmət haqqı 100 (yüz) manat təşkil edir; “Sübutların qiymətləndirilməsi haqqında” 28 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Tərtər rayonunun Qaynaq kəndində yerləşən evin həyətindən aşkar edilən 1 (bir) ədəd metal dəhrə və Şahid1 məxsus Tərtər şəhərində yerləşən metal qəbulu məntəqəsindən aşkar edilmiş 18,4 kq mis metal kütləsi maddi sübut kimi tanınmışdır və Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 İİİ qrup əlildir; “X9 və Təmir Tikinti” MMC-nin xx.xx.2025-ci il tarixli, 205 nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən şirkətə məxsus elektrik naqillərinin oğurlanması nəticəsində dəymiş 5440,98 manat ziyan tam həcmdə ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbləri yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 177.2.1 və 177.2.2-ci maddələrində, Təqsirləndirilən şəxs3 tərəfindən CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 11-ci bəndinə əsasən CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur; 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-in 16.2ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. CM-in 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 177.2.1 və 177.2.2-ci maddələri, Təqsirləndirilən şəxs3 əməli isə CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - törətdiyi əməli etiraf edib peşman olmasını; - zərərçəkmiş “X9 və Təmir Tikinti” MMC-yə vurulmuş ziyanı tam ödəməsini, hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Tərtər RİHB-nin Qaynaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə); - İİİ qrup əlil olmasını (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarış). İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona CM-in 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (xx.xx.2025xx.xx.2025-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - törətdiyi əməli etiraf edib peşman olmasını; - zərərçəkmiş “X9 və Təmir Tikinti” MMC-yə vurulmuş ziyanı tam ödəməsini, hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Tərtər RİHB-nin Qaynaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (xx.xx.2025xx.xx.2025-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - zərərçəkmiş “X9 və Təmir Tikinti” MMC-yə vurulmuş ziyanı tam ödəməsini, hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Sabirabad RİHB-nin Cavad kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Şahid1 məxsus Tərtər şəhərində yerləşən metal qəbulu məntəqəsindən aşkar edilmiş 18,4 kq mis metal kütləsi cinayət yolu ilə əldə edilmiş əmlakın, yəni elektrik naqillərinin digər üsulla çevrildiyi əmlak və ya onun müvafiq hissəsidir. Bu səbəbdən də CM-in 99-1.1.3-cü maddəsinin tələbləri baxımından həmin mis metal kütləsi xüsusi müsadirə olunmalıdır. Belə ki, sözügedən maddənin tələblərinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 yaşadığı Tərtər rayonunun Qaynaq kəndində yerləşən evin həyətindən aşkar edilən 1 (bir) ədəd metal dəhrə qanuni sahibi Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə 100 (yüz) manat xidmət haqqı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq "xxxx" MMCnin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) köçürülməlidir. Məhkəmə, həmçinin müdafiəçilər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə vəkillər Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Tərtər rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Tərtər rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Sabirabad rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Şahid1 məxsus Tərtər şəhərində yerləşən metal qəbulu məntəqəsindən aşkar edilmiş 18,4 kq mis metal kütləsi xüsusi müsadirə olunsun. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 yaşadığı Tərtər rayonunun Qaynaq kəndində yerləşən evin həyətindən aşkar edilən 1 (bir) ədəd metal dəhrə qanuni sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə 100 (yüz) manat xidmət haqqı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq "xxxx" MMCnin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar