Məhkəmə qərarları › İş №1(070)-3/2023

Xocalı Rayon Məhkəməsi Hökm — İş №1(070)-3/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu Meşəli İş № 1(070)-3/2023 16.11.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X23 Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Aşağı Rəfədinli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs X4 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, etibarnamə əsasında idarə etdiyi, Şahid1 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Shacman” markalı, 19BK531 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 18 iyul 2023-cü il tarixdə, saat 22 radələrində “Zəfər yolu”nun Xocalı rayonunun Mədətkənd kəndi ərazisindən keçən 80ci kilometrliyində Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində asfalbeton yolda hərəkətdə olan zaman yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka ziyan vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin hərəkət hissəsində dayanıqlı və təhlükəsiz hərəkətini təmin etməli, yolun enişli-döngəli olmasını nəzərə alaraq avtomobilin sürətlər qutusunun dəstəyini əvvəlcədən daha aşağı ötürməyə qoşmalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi maksimum 50 km/saat sürətlə idarə etməli olduğu halda həmin tələblərə riayət etməyib “X19” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərini pozaraq, əməlinin ictimai təhlükəli xarakterini dərk edib, əməlinin insan ölümünə səbəb olacağı imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edib cinayətkarcasına özünə güvənərək, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, bunları etməyərək, həmçinin yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda avtomobili icazə veriləndən artıq sürətlə idarə edərək qeyd edilən qaydaları pozmaqla, ehtiyatsızlıqdan idarəetməni itirib avtomobilin yolun sol tərəfindəki beton su arxına düşüb torpaq təpəyə çırpılması nəticəsində həmin vaxt idarə etdiyi avtomobilin qabaq sağ oturacağında sərnişin qismində əyləşmiş X5 ölümünə səbəb olan baş beyin toxumasının əzilməsi, ağır travmatik şok, hər iki gicgah sümüklərinin kəllə əsası sümüklərinə keçən açıq, xətti sınıqları, beyin qişa və mədəciklərinə qansızma, hər iki gicgah nahiyələrinin əzilmiş yarası, bədən səthinin qançır və sıyrıqları yaraları ilə müşayiət edilən dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə edərkən pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X5 ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs Siyavuş Dərgahov məhkəmə iclası zamanı özünü təqsirli hesab edərək söyləmişdir ki, Füzuli rayonunun Aşağı Rəfədinli kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. 2022-ci ilin sentyabr ayından tanışı Şahid2 məxsus, lakin Şahid1 adına qeydiyyatda olan “Shacman” markalı, 19BK531 dövlət qeydiyyat nişanlı yük avtomobilini sürmək üçün nəzərdə tutulmuş etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 11-12 radələrində tanışı Şahid2 ona mobil telefonla zəng vuraraq işğaldan azad edilmiş ərazilərə sifariş olduğunu və həmin sifarişi yerinə yetirməyi xahiş etmişdir. Sifariş əsasında Beyləqan rayonundan yerə döşənilməsi üçün nəzərdə tutulmuş daş piltələr hazırlanan sexdən avtomobilə daş piltə yüklətmişdir. Həmin sexdən çıxan zaman bir nəfər əvvəllər tanımadığı Seymur Ağayev adlı şəxs onun avtomobilinin ön sərnişin oturacağına əyləşərək işğaldan azad edilmiş əraziyə gedəcəyini bildirmişdir. Seymur Ağayevin sifarişi aparmasında ona bələdçilik etdiyini düşünmüş və sonuncu ilə birlikdə işğaldan azad edilmiş Xocalı rayonu istiqamətində getmişdir. Xocalı rayonu Çanaqçı kəndi istiqamətində hərəkətdə olan zaman “Zəfər yolu”nun sərt enişli hissəsində idarəetməni itirmiş, nəticədə avtomobil sürətlə irəliləyərək yolun sol tərəfində yerləşən su arxına düşüb torpaq təpəyə çırpılmışdır. Hadisə zamanı aldığı xəsarətlərdən huşunu itirdiyindən daha sonra nələrin baş verməsini xatırlamır. Daha sonra öyrənmişdir ki, hadisə zamanı onunla birlikdə avtomobildə sərnişin qismində əyləşmiş X10 vəfat etmişdir. Hadisə baş verən zaman avtomobili təxminən 50 km/saat surətlə idarə etmişdir. Ekspert rəyində qeyd edilən nöqsanı ilə razı olduğunu bildirmişdir. Əməlindən peşman olduğunu, zərər çəkmiş şəxs Seymur Ağayevin hüquqi varisi X11 ilə barışdığını, dəymiş ziyanı ödədiyini, habelə “Shacman” markalı, 19BK531 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi Şahid1 ilə razılıq əldə etdiyi bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi Ağabala Ağayev əvvəlki məhkəmə iclasındakı ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə Beyləqan rayonunun Yuxarı Aran kəndində yaşayır. X10 onun atasıdır. X22 bir neçə ildir ki, Beyləqan rayonunda yerləşən kafel-metlak sexində üzlükçü işləmişdir. Hadisədən təxminən 10 gün əvvəl şəxsi işi ilə bağlı Bakı şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 23 radələrində dostu ona mobil telefonla zəng vuraraq X22in yol nəqliyyat hadisəsi zamanı xəsarət almasını bidirmişdir. Lakin X22in vəfat etməsini bildirməmişdir. xx.xx.2023-cü il tarixdə keçən gecə saat təxminən 3 radələrində yaşadığı Beyləqan rayonunun Yuxarı Aran kəndinə çatan zaman öyrənmişdir k, X22 baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən vəfat etmişdir. Təqsirləndirilən şəxs Siyavuş Dərgahov ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini qeyd edərək onun barəsində cəza təyin edilməməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 əvvəlki məhkəmə iclasındakı ifadəsində bildirmişdir ki, Füzuli rayonu, Yağlıvənd kəndində daimi qeydiyyatda olmaqla həmin rayonun “Qayıdış-4” qəsəbəsi, ev 169 ünvanında yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun mülkiyyətində 3 ədəd yük maşını vardır. Həmin avtomobildən biri “Shacman” markalı, 19BK531 dövlət qeydiyyat nişanlı yük avtomobili qohumu Şahid2 olmasına baxmayaraq rəsmi şəkildə onun adına qeydiyyatdadır. Təqsirləndirilən şəxs onun və Şahid2 yaxın tanışıdır. Təqsirləndirilən şəxs sürmək etibarnaməsi əsasında həmin “Shacman” markalı, 19BK531 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Təqsirləndirilən şəxs özü həmin avtomaşını idarə etməsilə əlaqədar sifarişlərdən aldığı puldan Şahid2 müəyyən məbləğlərdə pul vermişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində qardaşı ona Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı xəsarət almasını və Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirildiyini bildirmişdir. Bundan sonra xəstəxanaya getmiş və Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla yol nəqliyyat hadisəsi törətməsini nəticəsində xəsarət almasını, avtomobildə sərnişin olan şəxsin isə ölməsini öyrənmişdir. Şahid qismində dindirilmiş Şahid2 əvvəlki məhkəmə iclasındakı ifadəsində bildirmişdir ki, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində daimi qeydiyyatda olmaqla həmin rayonun “Qayıdış-1” qəsəbəsi, ev 66 ünvanında yaşayır və "xxxx" ASC-nin Beyləqan rayon filialında mikrokredit bölməsinin rəhbəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onunla eyni qəsəbədə yaşadığı üçün tanıyır və aralarında heç bir ədavət yoxdur. 2022-ci ildən özünə məxsus, lakin rəsmi qaydada qohumu Şahid1 adına qeydiyyatda olan “Shacman” markalı, 19BK531 dövlət qeydiyyat nişanlı avtomobili sürmək etibarnaməsi əsasında tanışı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin avtomaşını idarə etməsilə əlaqədar ona müəyyən məbləğlərdə pul vermişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində Füzuli RPŞ-dən Emil adlı şəxs ona mobil telefonla zəng vuraraq işğaldan azad edilmiş ərazilərə girmək icazəsi olan yük avtomobili lazım olduğunu demiş və bildirmişdir ki, həmin əraziyə daş piltələr gətirilməlidir. Təqsirləndirilən şəxs zəng edərək sifariş olduğunu və dəqiqləşdirib sifarişi yerinə yetirməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs Beyləqan rayonuna gedib orada olan sexdən həmin materialdan yükləyib həmin yükü işğaldan azad edilmiş Xocavənd rayonu ərazisinə getmişdir. Həmin gün saat təxminən 21 radələrində Təqsirləndirilən şəxs bir neçə dəfə mobil telefonla zəng etməsinə baxmayaraq sonuncu ilə əlaqə saxlaya bilməmişdir. Saat 23 radələrində yenidən zəng edib əlaqə saxlaya bilmədikdə Füzuli RPŞ-nin Emil adlı əməkdaşına zəng vurub sürücü ilə əlaqə saxlaya bilmədiyini demişdir. Təxminən 5-10 dəqiqə sonra ona bir nəfər tanış sürücü zəng vuraraq Füzuli rayon xəstəxanasında Təqsirləndirilən şəxs yaralı halda gördüyünü demişdir. Dərhal xəstəxanaya getmiş və öyrənmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla yol nəqliyyat hadisəsi törəməsi nəticəsində sonuncu xəsarət almış, eyni zamanda avtomobildə yanında sərnişin olan şəxs Seymur Ağayev ölmüşdür. Şahid qismində dindirilmiş Şahid4 Ələstan oğlu məhkəmə iclasındakı ifadəsində bildirmişdir ki, o, Kəlbəcər rayonu, Zəylik kəndində qeydiyyatda olmaqla Goranboy rayonu, Börü kəndində yaşayır və 2015-ci ildən DİO-da, 2017-ci ildən isə Xocalı rayon polis şöbəsinin ictmai təhlükəsizlik qrupunun polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdən Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı kəndində xidməti postda təyin olunmuşdur. Xidmətdə olduğu zaman xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində RPŞ-nin Xidmət üzrə rəis müavini post rəhbəri Şahid3 postun bir neçə kilometrliyində “Zəfər Yolu”nun sərt enişli və döngəli hissəsində yük avtomaşının aşması barədə məlumat alaraq hadisə yerinə getmiş və özü isə şöbəyə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Şuşa şəhərindən hadisə yerinə təcili tibbi yardım avtomobilləri gələn zaman o da hadisə yerinə getmiş, oraya çatan zaman Xocavənd rayonu ərazisindən Xocalı rayonu istiqamətində hərəkətdə olmuş, həmin istiqamətdə yolun sol kənarında yerləşdirilən su arxına aşaraq torpaq təpəyə çırpılmış “Shacman” markalı, 19- BK-531 dövlət qeydiyyat nişanlı yük avtomaşını görmüşdür. Avtomaşının kabinə hissəsi yerindən qopmuş vəziyyətdə önə əyilmiş halda olmuş, avtomaşının yanında bir nəfər sonradan adını öyrəndiyi sürücü Təqsirləndirilən şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almış vəziyyətdə yolun kənarında yerə uzanmış halda, ondan bir az kənarda yerdə uzanmış halda sərnişin Seymur Ağayevin meyitini görmüşdür. Təcili tibbi yardım avtomobilləri ilə yaralı Təqsirləndirilən şəxs və Seymur Ağayevin meyiti Füzuli rayon mərkəzi xəstəxanasına aparılmışdır. Şahid5 teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməklə istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid5 istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, Füzuli rayonunun Qorqan kəndində qeydiyyatda olmaqla ünvan 6 ünvanında yaşayır və 2021-ci ildən Füzuli RPŞ-nin İTB-nin rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində Təchizat idarəsindən ona Xocalı rayonu Çanaqçı kəndinə daş piltələr aparılması üçün avtomobil tapılmasına köməklik göstərilməsi bildirilmişdir. Daha sonra Xocalı RPŞ-nin Xidmət üzrə rəis müavini ona zəng vuraraq işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olan yük avtomobili tapılmasını xahiş etmişdir. Tanışlarının əlaqəsindən istifadə edərək Elşən adlı Füzuli rayon sakini ilə əlaqə saxlamış və ondan bu sifarişi yerinə yetirməyi xahiş etmişdir. Sifarişin qiymətini razılaşaraq Şahid3la əlaqələndirmişdir. Həmin gün saat təxminən 22-23 radələrində həmin sifarişi yerinə yetirən avtomobilin Xocalı rayonu ərazisində yol-nəqiyyat hadisəsi törətdiyini öyrənmişdir. Şahid3 teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməklə istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid3 istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, Xocalı rayonu, Kərkicahan qəsəbəsində qeydiyyatda olmaqla Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşayır və 2021-ci ildən Xocalı rayon polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı kəndində xidməti postda olduğu zaman həmin postun kənarına yerə döşənməsi üçün daş piltələr lazım olduğundan Füzuli RPŞ-nin İTB-nin rəisi Şahid5 zəng vuraraq işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olan yük avtomobili tapmasını xahiş etmişdir. Şahid5 tezliklə avtomobil tapıb əlaqə saxlayacağını bildirmişdir. Bir az sonra Şahid5 zəng vururaq yük avtomobili tapdığını, qiyməti razılaşaraq daş piltələr göndərəcəyini demişdir. Həmin gün saat təxminən 21-22 radələrində postun bir neçə kilometrliyində “Zəfər Yolu”nun sərt enişli və döngəli hissəsində yük avtomaşının aşması barədə məlumat almışdır. Bu barədə RPŞyə məlumat verərək hadisə yerinə getmişdir. Hadisə yerinə çatan zaman Xocavənd rayonu ərazisindən Xocalı rayonu istiqamətində hərəkətdə olmuş, həmin istiqamətdə yolun sol kənarında yerləşdirilən su arxına aşaraq torpaq təpəyə çırpılmış “Shacman” markalı 19BK531 dövlət qeydiyyat nişanlı yük avtomaşını görmüşdür. Avtomaşının kabinə hissəsi yerindən qopmuş vəziyyətdə önə əyilmişdir. Avtomaşının kabinəsindən bir nəfər sonradan adını öyrəndiyi sürücü Təqsirləndirilən şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almış vəziyyətdə avtomaşından çıxarılaraq yolun kənarında yerə uzanmış halda olmuşdur. Səyavuş Dargahov avtomaşında başqa bir nəfər sərnişinin olmasını bildirmişdir. Ətrafda olan şəxslərlə birlikdə avtomobilin kabinəsinə və avtomaşının çırpıldığı yerə baxmışdır. Avtomaşının çırpıldığı təpənin üst tərəfində meşəlik hissənin yaxınlığında, avtomaşından təxminən 5-10 metr məsafədə sərnişin Seymur Ağayevin meyitini tapmışdır. Seymur Ağayevin bədənini yoxlayan zaman həyat əlamətlərinin olmadığını görmüşdür. Daha sonra hadisə yerinə təcili tibbi yardım avtomaşınları gələrək yaralı Təqsirləndirilən şəxs və Seymur Ağayevin meyitini Füzuli rayon mərkəzi xəstəxanasına aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Beyləqan rayon Şöbəsinin 19 iyul 2023-cü il tarixli 24/23 №-li rəyində qeyd olunur ki, 1976-cı il təvəllüdlü X5 meyitinin müayinəsi zamanı aşkar olundu: hər iki gicgah sümüklərinin kəllə əsası sümüklərinə keçən açıq, xətti sınıqları; baş beyn toxumasının əzilməsi; beyin qişa və mədəciklərinə qansızına; hər iki gicgah nahiyələrinin əzilmiş yarası; bədən səthinin qançır və sıyrıqları. X5 meyitində aşkar olunmuş xəsarətlər, ətraf yumuşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən əvvəl küt təsir mexanizminə malik əşyanın təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X5 ölmünə səbəb baş beyin toxumasının əzilməsi, ağır travmatik şok olmuşdur.. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, X5 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. (səh. 86-91) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Beyləqan rayon Şöbəsinin 1 sentyabr 2023-cü il tarixli, 313/23 №-li rəyində qeyd olunur ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sağ baldırın orta və aşağı üçdə-birinin və sol baldırın orta üçdə-birinin əzilmiş yaraları, sağ incik sümüyünün yuxarı üçdə-birinin fraqmentləri yerdəyişməyən qapalı sınığı, sağtərəfli pnevmotoraks(sağ plevra boşluğuna havanın yığılması, soltərəlli hemotoraks(sol plevra boşluğuna qanın yığılması), döş qəfəsinin sol və arxa divarında dərialtı emfizema (yumşaq toxumalar arasında hava yığılması), Vİİ-Vİİİ bel fəqərələrinin qapalı kompression sınığı, İX qabırğanın qapalı sınığı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. ( səh 110-113) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” X20 xx.xx.2023-cü il tarixli, 2585/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoidn (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (səh 82-85) .“Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası”-nın 15 sentyabr 2023-cü il tarixli, 8/2514 nömrəli rəyində göstərilmişdir ki, baxışa təqdim olunmuş “Shacman” markalı, 19BK531 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X19” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq sürətlə idarə etdiyindən, onun hərəkətlərində «X19» Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur (səh. 106-109). İşə əlavə edilmiş Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyyəti Başçısının 1№-li İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi 01 avqust 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də hal-hazırda Füzuli rayonu Qayıdış-1 qəsəbəsində 96№-li evdə ailə üzvləri ilə birlikdə yaşayır. Arvadı xx.xx.1993-cü il təvəllüdlü X12 , oğlu 01 sentyabr 2010-cu il təvəllüdlü X8, oğlu 02 iyul 2017-ci il təvəllüdlü X6 və qızı 21 oktyabr 2014-cü il təvəllüdlü X7 “X19” Azərbaycan Respublikası Qanunu: Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları İ. Yol hərəkətinin iştirakçıları: 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; Məhkəmə işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxs Siyavuş Dərgahovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsini, yəni yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmasında təqsirliliyi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, həmçinin istintaq zamanı toplanmış digər obyektiv və təkzibedilməz materiallarla tam sübuta yetirilmişdir. Bu səbəbdən Siyavuş Dərgahov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. X1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ilk dəfə az ağır cinayət törətməsini, səmimi peşmançılıq hissi keçirməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsini, himayəsində 3 azyaşlı uşağının olmasını, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona istinad edilən maddədə nəzərdə tutulmuş həddə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 85 manat ekspertiza tədqiqatının dəyəri Siyavuş Dərgahovdan dövlət büdcəsi xeyrinə tutulmalıdır. Maddi sübut kimi tanınmış avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Müdafiəçi, məhkəmə zamanı dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma 6 saat 10 dəqiqə üçün hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs X9- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - “Shacman” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı yük avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş) manat X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ41NABZ 013601**********3944 S.W.İ.F.T. BİK: CTREAZ 22 hesaba köçürülsün. Hökmün icrasına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 37 (otuz yeddi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar