Məhkəmə qərarları › İş №1(070)-3/2025

Xocalı Rayon Məhkəməsi Hökm — İş №1(070)-3/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu Meşəli İş № 1(070)-3/2025 08.05.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatda olan, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.2002-ci il tarixdə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatda olan, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1995-ci il tarixdə Yevlax rayonunun Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kəlbəcər rayonunun Xallanlı kəndində qeydiyyatda olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Kələntərli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Nəriman oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 22 dekabr 2024-cü il tarixdə gecə saat 23 radələrində Xocalı rayonunun Təzəbinə kəndinin ərazisində yerləşən və "xxxx" MMCnin istifadəsində olan, həyətinin 3 tərəfi metal tor vasitəsilə çəpərlənmiş, bir mərtəbəli fərdi yaşayış evinin həyətinə çəpərsiz hissədən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə qanunsuz daxil olub cinayətin törədilməsində əvvəlcədən razılaşdıqları qaydada aralarındakı vəzifə bölgüsünə uyğun olaraq özü evə daxil olmadan çöldə gözləmiş, Təqsirləndirilən şəxs3 yerdən götürdüyü daşla fərdi yaşayış evinin pəncərəsinin şüşəsini sındırıb yaşayış sahəsi hesab olunan qeyd edilən evin sındırılmış pəncərəsinin şüşəsinin qırılan hissəsindən əlini evin daxilinə salaraq cəftəsini açdıqdan sonra sonuncu və Təqsirləndirilən şəxs2 həmin pəncərədən evə daxil olub ilk daxil olduqları otağın divarından asılmış xarici bölməsi ilə birlikdə dəyəri 450 (dörd yüz əlli) manat olan “Hisense” markalı, “AST-09UW4SVTG10” modelli, 35 m2 sahə üçün nəzərdə tutulmuş 1 ədəd kondisionerin daxili bölməsini sökərək götürüb evə daxil olduqları pəncərədən aralarındakı vəzifə bölgüsünə uyğun olaraq onun köməkliyi ilə çıxardıqdan sonra, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vahid niyyətlə evin digər otağında divardan asılmış birincisi ilə eyni marka, model və qiymətdə olan, yəni xarici bölməsi ilə birlikdə dəyəri 450 (dörd yüz əlli) manat olan “Hisense” markalı, “AST-09UW4SVTG10” modelli, 35 m2 sahə üçün nəzərdə tutulmuş 1 ədəd kondisionerin daxili bölməsini sökərək götürüb evə daxil olduqları pəncərədən aralarındakı vəzifə bölgüsünə uyğun olaraq onun köməkliyi ilə çıxardıqdan sonra, əvvəlcədən planlaşdırdıqları qaydada cinayət əməllərini davam etdirərək, vahid tamah niyyətilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə evin çöl tərəfində divardan asılmış qeyd olunan kondisionerlərin xarici bölmələrini söküb götürərək qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə aparmaqla, ümumilikdə 900 (doqquz yüz) manat dəyərində qeyd olunan əşyaları qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Nəriman oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 22 dekabr 2024-cü il tarixdə gecə saat 23 radələrində Xocalı rayonunun Təzəbinə kəndinin ərazisində yerləşən və "xxxx" MMC-nin istifadəsində olan, həyətinin 3 tərəfi metal tor vasitəsilə çəpərlənmiş, bir mərtəbəli fərdi yaşayış evinin həyətinə çəpərsiz hissədən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə qanunsuz daxil olub cinayətin törədilməsində əvvəlcədən razılaşdıqları qaydada aralarındakı vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 evə daxil olmadan çöldə gözləmiş, Təqsirləndirilən şəxs3 yerdən götürdüyü daşla fərdi yaşayış evinin pəncərəsinin şüşəsini sındırıb yaşayış sahəsi hesab olunan qeyd edilən evin sındırılmış pəncərəsinin şüşəsinin qırılan hissəsindən əlini evin daxilinə salaraq cəftəsini açdıqdan sonra sonuncu ilə birlikdə həmin pəncərədən evə daxil olub ilk daxil olduqları otağın divarından asılmış xarici böməsi ilə birlikdə dəyəri 450 (dörd yüz əlli) manat olan “Hisense” markalı, “AST-09UW4SVTG10” modelli, 35 m2 sahə üçün nəzərdə tutulmuş 1 ədəd kondisionerin daxili bölməsini sökərək götürüb evə daxil olduqları pəncərədən aralarındakı vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 köməkliyi ilə çıxardıqdan sonra, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 ilə birlikdə vahid niyyətlə evin digər otağında divardan asılmış birincisi ilə eyni marka, model və qiymətdə olan, yəni xarici bölməsi ilə birlikdə dəyəri 450 (dörd yüz əlli) manat olan “Hisense” markalı, “AST-09UW4SVTG10” modelli, 35 m2 sahə üçün nəzərdə tutulmuş 1 ədəd kondisionerin daxili bölməsini sökərək götürüb evə daxil olduqları pəncərədən aralarındakı vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 köməkliyi ilə çıxardıqdan sonra, əvvəlcədən planlaşdırdıqları qaydada cinayət əməllərini davam etdirərək, vahid tamah niyyətilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə evin çöl tərəfində divardan asılmış qeyd olunan kondisionerlərin xarici bölmələrini söküb götürərək qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə aparmaqla, ümumilikdə 900 (doqquz yüz) manat dəyərində qeyd olunan əşyaları qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 22 dekabr 2024-cü il tarixdə gecə saat 23 radələrində Xocalı rayonunun Təzəbinə kəndinin ərazisində yerləşən və "xxxx" MMC-nin istifadəsində olan, həyətinin 3 tərəfi metal tor vasitəsilə çəpərlənmiş, bir mərtəbəli fərdi yaşayış evinin həyətinə çəpərsiz hissədən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz daxil olub cinayətin törədilməsində əvvəlcədən razılaşdıqları qaydada aralarındakı vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 evə daxil olmadan çöldə gözləmiş, özü yerdən götürdüyü daşla fərdi yaşayış evinin pəncərəsinin şüşəsini sındırıb yaşayış sahəsi hesab olunan qeyd edilən evin sındırılmış pəncərəsinin şüşəsinin qırılan hissəsindən əlini evin daxilinə salaraq cəftəsini açdıqdan sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin pəncərədən evə daxil olub ilk daxil olduqları otağın divarından asılmış xarici böməsi ilə birlikdə dəyəri 450 (dörd yüz əlli) manat olan “Hisense” markalı, “AST-09UW4SVTG10” modelli, 35 m2 sahə üçün nəzərdə tutulmuş 1 ədəd kondisionerin daxili bölməsini sökərək götürüb evə daxil olduqları pəncərədən aralarındakı vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 köməkliyi ilə çıxardıqdan sonra, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə vahid niyyətlə evin digər otağında divardan asılmış birincisi ilə eyni marka, model və qiymətdə olan, yəni xarici bölməsi ilə birlikdə dəyəri 450 (dörd yüz əlli) manat olan “Hisense” markalı, “AST-09UW4SVTG10” modelli, 35 m2 sahə üçün nəzərdə tutulmuş 1 ədəd kondisionerin daxili bölməsini sökərək götürüb evə daxil olduqları pəncərədən aralarındakı vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 köməkliyi ilə çıxardıqdan sonra, əvvəlcədən planlaşdırdıqları qaydada cinayət əməllərini davam etdirərək, vahid tamah niyyətilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə evin çöl tərəfində divardan asılmış qeyd olunan kondisionerlərin xarici bölmələrini söküb götürərək qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aparmaqla, ümumilikdə 900 (doqquz yüz) manat dəyərində qeyd olunan əşyaları qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin dekabr ayının sonlarından 2025-ci ilin yanvar ayının əvvəllərinədək Xocalı şəhəri ərazisində "xxxx" MMC-də bağban işləmişdir. İşlə əlaqədar ona Xocalı rayonunun Təzəbinə kəndində xidməti ev verilmiş və həmin evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. Xankəndi şəhərində inşaat materialları satılan mağazada işləyən Təqsirləndirilən şəxs2 ilə uzun müddətdir dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs2la birlikdə Xocalı rayonunun Təzəbinə kəndinə gedən yolun sol tərəfində yerləşən evdə olan kondisionerləri əvvəlcədən görmüşdür. Hadisədən təxminən 3-4 gün əvvəl Təqsirləndirilən şəxs2la pula ehtiyacları yarandığından tez bir zamanda pul əldə etmək barədə düşünmüşlər. Həmin vaxt əvvəlcədən gördükləri iki ədəd kondisioneri oğurlamaq niyyətləri yaranmışdır. "xxxx" MMC-də işlədiyindən həmin evin şirkətə məxsus olmasını əvvəlcədən bilmişdir. Həmin evin həyəti arxa və yan tərəfləri dəmir torla çəpərlənmiş, lakin ön hissəsi açıq olmuş, yəni hər hansı çəpər və ya hasar olmamışdır. Bu da həmin evin həyətinə girişi asanlaşdırmışdır. Onlar işlə əlaqədar münasib vaxt və əlverişli şərait yaranmadığından həmin kondisionerləri oğurlaya bilməmiş və ya hər hansı bir cəhd etməmişlər. 22 dekabr 2024-cü il tarixdə axşam saat 18:00 radələrində iş vaxtı bitdiyi üçün işdən çıxıb Təzəbinə kəndində qaldığı evə gəlmiş, yemək yeyib, spirtli içki qəbul etmişdir. Bir az sonra Təqsirləndirilən şəxs2la telefonla əlaqə saxlamış, danışıq zamanı oğurluq niyyətlərini həmin gecə həyata keçirmək üçün razılaşmışlar. Təqsirləndirilən şəxs2 kondisionerləri oğurlamağa kömək etmək üçün tanışı Təqsirləndirilən şəxs3 da demək istədiyini bildirmişdir. O, bununla razılaşıb əvvəlcədən Təqsirləndirilən şəxs3la danışmasını və harada, nə vaxt görüşüb gedəcəklərini sonuncuya deməsini bildirmişdir. Təxminən saat 20:00 radələrində idarə etdiyi “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xankəndi şəhərinə getmişdir. Xankəndi şəhərinə çatdıqdan sonra əvvəlcədən razılaşdıqları kimi “Mandarin” marketin yaxınlığında Təqsirləndirilən şəxs2la görüşmüş və həmin vaxt Təqsirləndirilən şəxs3 da orada olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la görüşdükdən sonra kondisionerləri necə, hansı formada, hansı üsulla oğurlayacaqları barədə söhbət edib birgə razılığa gəlmişlər. Daha sonra birlikdə idarə etdiyi qeyd olunan avtomobillə Xocalı şəhərinə gəlmiş və Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 şəhərdə yerləşən “AL” marketə girmiş, lakin o, avtomobildən yerə enməmişdir. Marketdən çıxdıqdan sonra birlikdə idarə etdiyi avtomobillə həmin kondisionerləri oğurlayaraq ələ keçirmək niyyətlərini həyata keçirmək üçün Təzəbinə kəndi ərazisinə getmişlər. Avtomobillə həmin evin qarşısından keçərkən bir daha ətrafa baxaraq kimlərinsə olub-olmamasını yoxlamışlar. Həmin kənd ərazisində qaldığı evin qarşısına gedərək orada dayanıb biraz söhbət etdikdən sonra əsas yoldakı müşahidə kameralarına düşməmək üçün avtomobillə qaldığı küçənin sonuna doğru getmişlər. Həmin yerdən kondisionerlərin yerləşdiyi evə tərəf gedən alternativ, heç bir müşahidə kamerası olmayan küçə ilə kondisionerlər yerləşən evə təxminən 250-300 metr aralıda avtomobili saxlayıb düşmüşlər. Piyada şəkildə hər üçü qeyd olunan evə doğru hərəkət etmiş, evin qarşısına çatıb ətrafı müşahidə etməyə başlamışlar. Evdə kiminsə olubolmamasını yoxlamaq məqsədilə yerdən daş götürüb evin damına və ətrafında yerləşən dəmir su çəninə atmış, yaranmış səs-küydən içəridən heç kimin çıxmadığını görüb kimsənin olmamasına əmin olmuşlar. Təqsirləndirilən şəxs3 yerdən götürərək atdığı daş evin pəncərələrindən birinin şüşəsinə dəyərək sındırmışdır. Bir neçə saniyə səssiz halda gözlədikdən sonra Təqsirləndirilən şəxs3 şüşəsi sınmış pəncərəyə yaxınlaşmış və əlini şüşənin sınmış hissəsindən içəri salaraq pəncərənin cəftəsindən tutub açmışdır. Təqsirləndirilən şəxs2, ardınca isə Təqsirləndirilən şəxs3 həmin açıq pəncərədən içəriyə daxil olmuş, o isə çöldən ətrafı müşahidə etmək üçün gözləmişdir. Belə ki, razılaşmaya əsasən o, evdən çöldə gözləyib gələ biləcək səs və ya işıq zamanı dərhal içəridəkilərə xəbər verməyi və içəridən sökülərək götürülmüş kondisionerləri gizlətməyi öz üzərinə götürmüşdür. Təqsirləndirilən şəxs3 əlində olan alışqanın fənəri ilə Təqsirləndirilən şəxs2 istiqamət vermiş və qaranlıqda kondisioneri sökmək üçün görməsini təmin etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 daxil olduqları otaqda olan kondisionerin daxili bölməsini söküb həmin pəncərədən ona vermiş, o isə ətrafa nəzər salıb kondisionerin daxili bölməsini yolun əks istiqamətində çökəklik hissəyə apararaq gizlətmişdir. Kondisioneri evdən uzağa gizlətməkdə məqsədi hadisə vaxtı tutula biləcəkləri təqdirdə əllərində və yaxınlıqlarında kondisionerlərin hissələrinin olmaması və ya kimsə gələcəyi təqdirdə qaçıb gizləndikdən sonra gəlib gizlətdikləri yerdən götürmək olmuşdur. Həmin hissəni gizlətdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 evin daxilindəki digər otağa keçmiş və orada olan digər kondisionerin daxili bölməsini söküb birinci otağın pəncərəsindən ona vermişlər. Həmin daxili bölməni də eyni qaydada yolun digər tərəfinə aparıb gizlətmişdir. Evin daxilindəki kondisionerin daxili bölmələrini sökdükdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sındırdıqları pəncərədən çölə çıxmış və kondisionerlərin evin çölündə olan xarici bölmələrini sökməyə başlamışlar. Birlikdə açar vasitəsilə kondisionerlərin xarici bölmələrin asqılara bağlanmış boltlarını sökmüşlər. Birinci xarici bölməni söküb yerə düşürdükdən sonra o, yolun digər tərəfinə aparıb digər hissələrin yanına gizlətmişdir. Daha sonra onlar birlikdə digər xarici bölməni sökmüş, söküb qurtardıqdan sonra eyni qaydada aparıb digərlərinin yanına gizlətmişdir. Ətrafa bir daha nəzarət edib evin həyətindən çıxmış və kondisionerləri gizlətdikləri yerə gəlmişlər. 2 ədəd kondisionerin daxili bölmələrini Təqsirləndirilən şəxs3, xarici bölmələrinin birini özü, digərini isə Təqsirləndirilən şəxs2 götürmüş və piyada halda cəld şəkildə gəldikləri yolla avtomobili saxladığı küçəyə doğru aparmışlar. Kiminsə görəcəyindən ehtiyat edib bacardıqları qədər sürətli şəkildə avtomobilə doğru hərəkət etmiş, avtomobilə çataraq kondisionerlərin daxili və xarici bölmələrini avtomobilin salon və yük yerinə yığıb birlikdə həmin kənddə yaşadığı evə aparmış, kondisionerləri gizlicə evin həyətinə boşaltdıqdan sonra 23 dekabr 2024-cü il tarixdə saat təxminən gecə 3 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 öz avtomobili ilə yaşadıqları Xankəndi şəhərinə aparıb düşürdükdən sonra geriyə qayıtmışdır. Növbəti gün Təqsirləndirilən şəxs2la telefon əlaqəsi saxlayıb oğurladıqları kondisionerləri hansı qiymətə, hansı şəkildə satacaqları barədə söhbətlər etmiş, lakin konkret olaraq hər hansı bir razılığa gəlməmişlər. 24 dekabr 2024-cü il tarixdə işdə olan zaman şirkətdə işləyən işçilər arasında şirkətin qonaq evindən kondisionerlərin oğurlanması ilə bağlı söhbətlər eşitmiş, amma bu barədə heç kimə heç nə deməmişdir. 28 dekabr 2024-cü il tarixdə saat 11:00 radələrində Xocalı şəhərində işdə olarkən "xxxx" MMC-də sahə rəisi olan Şahid1 zəng vurmuş və kənd ərazisində yerləşən ikinci kameranın yanına gəlməsini xahiş etmişdir. Qeyd olunan yerə gəldikdən sonra Şahid1 yanında polis əməkdaşlarının olduğunu görmüşdür. Şahid1 şirkətə məxsus evdən oğurlanan kondisionerlərlə bağlı polis əməkdaşlarının işçilərin qaldıqları bütün xidməti evlərə baxış keçirmək istədiklərini bildirmişdir. Öz razılığı ilə polis əməkdaşları tərəfindən Şahid1 və öz iştirakı ilə Təzəbinə kəndi ərazisində qaldığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birgə oğurlayaraq evin içərisində yerləşən otaqlardan birinə gizlətdiyi kondisionerlər aşkar edilmişdir. Bununla bağlı polis əməkdaşları tərəfindən RPŞ-yə dəvət edilmişdir. Oğurluq cinayətini gəlir əldə etmək məqsədilə tamah niyyətilə törətmiş və hadisəni törədərkən heç kim onları görməmişdir. Son olaraq Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində 1 azyaşlı uşağının olmasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər işi ilə əlaqədar Xankəndi şəhərində qalmaq üçün ona ev verilmiş və orada yaşamışdır. Xocalı şəhərində "xxxx" MMC-də bağban işləyən Təqsirləndirilən şəxs1 ilə uzun müddətdir dostluq münasibəti vardır. Xankəndi şəhərində mağazaların birində satıcı işləyən Təqsirləndirilən şəxs3 da bir müddətdir tanıyır. Təqsirləndirilən şəxs1 ilə birlikdə Xocalı rayonunun Təzəbinə kəndinə gedən yolun sol tərəfində yerləşən evdə olan kondisionerləri əvvəlcədən görmüş və həmin vaxtdan onları oğurlamaq niyyətləri yaranmışdır. Həmin evin arxa və yan tərəfləri dəmir torla çəpərlənmiş, lakin ön hissəsi açıq olmuş, yəni hər hansı çəpər və ya hasar olmamışdır. 22 dekabr 2024-cü il tarixdə axşam saat 20:00 radələrində iş vaxtı bitdiyi üçün işdən çıxıb Xankəndi şəhərində qaldığı evə gəlmiş, evdə yemək yeyib, spirtli içki qəbul edəndən sonra Təqsirləndirilən şəxs1 ona mobil telefonla zəng etmiş, əlaqə zamanı həmin niyyəti həyata keçirmək üçün əlverişli vaxtın yaranması barədə razılaşmışlar. Kömək etmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 da çağıracağı barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, sonuncu onunla razılaşmış və bununla bağlı tanışı Təqsirləndirilən şəxs3 məlumat verərək bu işdə köməklik etməsini bildirmişdir. Razılaşmaya əsasən o, Təqsirləndirilən şəxs3la birlikdə Xankəndi şəhərində “Mandarin” marketin yaxınlığında görüşmüş, oğurluq edəcəyi yer və oğurlayacağı kondisioner barədə Təqsirləndirilən şəxs3 məlumat vermişdir. Bir az sonra Təqsirləndirilən şəxs1 də özünə məxsus “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmişdir. Onlar törədəcəkləri oğurluq barədə razılığa gələrək həmin avtomobillə kondisionerləri oğurlamaq üçün Təzəbinə kəndi ərazisinə getmişlər. Kondisionerlərin yerləşdiyi evin qarşısından keçərkən ətrafına nəzər salaraq kimlərinsə olmamasına əmin olmuş, lakin həmin yerdə görsənib diqqət çəkməmək üçün birbaşa kənd ərazisində Təqsirləndirilən şəxs1 yaşadığı evə tərəf getmişlər. Evin qarşısında dayanıb biraz söhbət etdikdən sonra həmin avtomobillə əsas yoldakı müşahidə kameralarına düşməmək üçün küçənin sonuna getmişlər. Həmin yolun baş tərəfində kondisionerlər yerləşən evə 250-300 metr məsafədə avtomobili saxlayıb düşmüşlər. Piyada şəkildə hər üçü qeyd olunan evə doğru hərəkət etmişlər. Onlar qabaqcadan bu niyyətlərini həyata keçirmək üçün razılaşdıqlarından evdən çıxan zaman üzərində 1 ədəd dəmirkəsən mişar tiyəsi, 1 ədəd 13 nömrəli açar və 1 ədəd vintaçan götürmüşdür. Qeyd olunan evin qarşısına çatıb ətrafı müşahidə etməyə başlamış, evdə kiminsə olub-olmamasını yoxlamaq məqsədilə yerdən daş götürüb evin damına və yanında yerləşən dəmir su çəninə atmışlar. Yaranmış səs-küydən içəridən heç kimin çıxmadığını görüb kimsənin olmamasına əmin olmuşlar. Təqsirləndirilən şəxs3 yerdən götürərək atdığı daşlardan biri pəncərənin yol tərəfdəki şüşəsindən birini sındırmışdır. Pəncərə sındıqdan sonra bir neçə saniyə gözləmiş, evdə kimsənin olmamasına tam əmin olduqdan sonra Təqsirləndirilən şəxs3 pəncərəyə yaxınlaşıb əlini pəncərənin şüşəsinin sınmış hissəsindən içəri salaraq cəftəsindən tutub pəncərəni açmışdır. İlk öncə o, daha sonra isə Təqsirləndirilən şəxs3 həmin pəncərədən içəriyə daxil olmuş, əvvəlcədən razılaşdıqları qaydada Təqsirləndirilən şəxs1 isə ətrafı müşahidə etməsi, ətrafdan işıq və ya səs gələcəyi təqdirdə məlumat verməsi üçün çöldə qalmışdır. Pəncənin altlığına çıxıb ilk öncə daxili bölməni asqıdan çıxarmış, həmin vaxt Təqsirləndirilən şəxs3 isə əlində olan alışqanın kiçik batareyalı fənəri ilə həmin yerə işıq salmışdır. Üzərində götürdüyü dəmirkəsən mişar tiyəsi ilə daxili bölmədən çölə çıxan mis boru və naqilləri kəsərkən mişarın tiyəsi qırılmış, həmin mis boruları əyməklə sındıraraq daxili bölməni divardan sökmüşdür. Sökdükləri daxili bölməni Təqsirləndirilən şəxs3 pəncərədən Təqsirləndirilən şəxs1 vermiş, sonuncu aparıb yolun digər tərəfindəki kolluq ərazidə gizlətmişdir. Onlar digər otağa keçərək əli çatsın deyə içəridə olan yataqların yanındakı tumbanın üzərinə çıxmış, Təqsirləndirilən şəxs3 isə yenə də alışqanın fənəri ilə kondisioneri görə bilməsini təmin etmişdir. Kondisionerin borularını əyməklə sındırmış və daxili bölməsini söküb sınmış pəncərədən Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 həmin daxili bölməni də aparıb digərinin yanında gizlətmişdir. Evin daxilindəki bölmələri sökdükdən sonra daxil olduqları pəncərədən çölə çıxaraq birlikdə kondisionerlərin evin çölündə yerləşən xarici bölmələrinin boltlarını açmağa başlamışlar. Əvvəlcə sındırdıqları pəncərənin sağ tərəfində yerləşən kondisionerin xarici bölməsinin boltlarını açmaq qərarına gəlmişlər. Boyu çatmadığı üçün divarın üzünün qabarıq hissəsinə çıxmış və həmin xarici bölməni asqıdan ayırmaq üçün boltlarını 13 ölçülü açarla açmışlar. Lakin asqının digər tərəfindəki boltları aça bilmədiyindən əli ilə itələyib qırmış və daha sonra birlikdə yerə qoymuşlar. Təqsirləndirilən şəxs1 sökülən xarici bölməni götürüb digərlərinin yanına apararaq gizlətmişdir. Digər kondisionerin xarici bölməsinin də boltlarını açaraq asqıdan ayırmış və birlikdə yerə qoymuşlar. Təqsirləndirilən şəxs1 eyni qaydada həmin bölməni də aparıb digərlərinin yanında gizlətmişdir. Daha sonra 2 ədəd kondisionerin daxili və xarici bölmələrini birlikdə köməkli şəkildə götürərək gəldikləri yoldan istifadə edərək avtomobili saxladıqları küçənin başına gətirmişlər. Oraya çatdıqdan sonra həmin kondisionerlərin bölmələrini avtomobilə yükləyərək Təqsirləndirilən şəxs1 qaldığı evə aparıb həyətə qoymuşlar. Bir müddət həyətdə söhbət etdikdən sonra təxminən saat gecə 03:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları Xankəndi şəhərində qaldıqları evlərə aparmış və geri qayıtmışdır. Növbəti gün Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayıb oğurladıqları kondisionerləri hansı qiymətə, hansı şəkildə satacaqları barədə söhbətlər etmişlər. Bir neçə gün ərzində həmin kondisionerlərə müştəri çıxmasını gözlədikdən sonra həmin məsələ ilə bağlı Təqsirləndirilən şəxs1 Xocalı RPŞ-yə dəvət olunması barədə məlumat almışdır. Sonradan o da RPŞ-yə dəvət olunmuşdur. Oğurluq cinayətini gəlir əldə etmək məqsədilə tamah niyyətilə törətmiş və hadisəni törədərkən heç kim onları görməmişdir. Son olaraq Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu, himayəsində 2 azyaşlı uşağının olmasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddət Xankəndi şəhərində yerləşən “Rahat” marketdə satıcı işləmiş və 2025-ci ilin yanvar ayının əvvəllərində işdən çıxmışdır. İşlə əlaqədar ona Xankəndi şəhərində qalmaq üçün ev verilmiş və iş yoldaşları ilə birlikdə həmin evdə yaşamışdır. Təqsirləndirilən şəxs2la bir müddətdir münasibəti vardır və onlar Xankəndi şəhərində tanış olmuşlar. Təqsirləndirilən şəxs1 də Təqsirləndirilən şəxs2 vasitəsilə tanımışdır. 22 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 zəng vurmuş və axşam görüşmək istədiyini bildirmişdir. Həmin gün saat 21:00-da işdən çıxmış və Xankəndi şəhərində qaldığı evə gəlmiş, evdə yemək yeyib, spirtli içki qəbul etmişdir. Təqsirləndirilən şəxs2 zəng vurmuş və qaldığı binanın qarşısında gözlədiyini demişdir. Orada Təqsirləndirilən şəxs2 Xocalı rayonunun Təzəbinə kəndində yerləşən evdə quraşdırılmış iki ədəd kondisionerləri sökmək istədiyini və Təqsirləndirilən şəxs1 ilə həmin işdə köməklik etməyini xahiş etmişdir. Həmçinin oğurladıqları kondisionerləri sataraq əldə etdikləri gəliri aralarında bölmələrini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşmış və sonuncu ilə birlikdə Xankəndi şəhərində “Mandarin” marketin yaxınlığında gözləmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəlmişdir. Kondisionerləri satmaq niyyətilə söküb oğurlamaq barədə ətraflı söhbət etmiş və razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə Xocalı rayonunun Təzəbinə kəndi ərazisinə getmişlər. Kondisionerlərin yerləşdiyi evin qarşısından keçərkən ətrafda kiminsə olub-olmamasına nəzər yetirdikdən sonra ətrafında görsənib diqqət çəkməmək üçün birbaşa kənd ərazisində Təqsirləndirilən şəxs1 yaşadığı evə tərəf getmişlər. Evin qarşısında dayanıb biraz söhbət etdikdən sonra həmin avtomobillə əsas yoldakı müşahidə kameralarına düşməmək üçün küçənin sonuna getmişlər. Həmin yerdən kondisionerlərin yerləşdiyi evə gedən və heç bir müşahidə kamerası olmayan küçə ilə hərəkət edərək küçənin baş tərəfində, kondisionerlər olan evdən təxminən 250-300 metr məsafədə avtomobili saxlayıb düşüb piyada hər üçü qeyd olunan evə doğru hərəkət etmişlər. Qabaqcadan bu niyyətlərini həyata keçirmək üçün razılaşdıqlarından Təqsirləndirilən şəxs2 evdən çıxan zaman üzərində 1 ədəd dəmirkəsən mişar, 1 ədəd 13 nömrəli açar və 1 ədəd vintaçan götürmüşdür. Qeyd olunan evin qarşısına çatıb ətrafı müşahidə etməyə başlamışlar. Həmin evin ətrafı dəmir torla çəpərlənmiş, qarşı tərəfində isə hər hansı çəpər və ya maneə olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə evdə kiminsə olub-olmamasını yoxlamaq məqsədilə yerdən daş götürüb evin damına və ətrafında yerləşən dəmir çənə atmağa başlamışdır. Evin yaxınına gəlmiş və artıq evdə heç kimin olmamasını dəqiqləşdirmişlər. Yaranmış səs-küydən içəridən heç kimin çıxmadığını görüb kimsənin olmamasına əmin olmuşlar. Daha sonra yerdən götürdükləri daşları pəncərəyə tərəf atmışlar. Yerdən götürdüyü təxminən ovuc boyda daşı ataraq evin qarşısında yerləşən pəncərənin birinin şüşəsini sındırmışdır. Təxminən 10 saniyə müddətində səssiz şəkildə gözləmiş və bir daha içəridə kimsənin olmadığına əmin olduqdan sonra həmin qırılan pəncərəyə yaxınlaşmışlar. Əlini pəncərənin şüşəsinin sınmış hissəsindən içəri salaraq cəftədən tutub pəncərəni açmışdır. Təqsirləndirilən şəxs2 ardı ilə həmin pəncərədən evə daxil olmuş, razılaşdıqları qaydada Təqsirləndirilən şəxs1 isə ətrafı müşahidə etməsi, ətrafdan səs və ya işıq gələcəyi təqdirdə məlumat verməsi üçün çöldə qalmışdır. Təqsirləndirilən şəxs2la birlikdə otağa daxil olduqdan sonra cibində olan alışqanın fənərindən istifadə edib kondisionerin olduğu yerə işıq salmışdır. Təqsirləndirilən şəxs2 pəncərənin altlığına çıxaraq kondisionerin daxili bölməsini asqıdan çıxarmışdır. Daha sonra özü ilə gətirdiyi dəmirkəsən mişarın tiyəsi ilə boru və kabeli kəsmək istəmiş, lakin borunun biri kəsilərkən tiyə qırılmışdır. Buna görə də Hümbət kondisionerin mis borularını əyməklə sındırmış və daxili bölməni divardan sökmüşlər. Sökdükləri daxili bölməni pəncərədən Təqsirləndirilən şəxs1 vermiş, sonuncu isə aparıb yolun digər tərəfindəki kolluq ərazidə gizlətmişdir. Digər otaqda da kondisionerin olduğunu gördüklərindən otağa keçib eyni üsul və qaydada yan otaqdakı kondisionerin daxili bölməsini də sökmüşlər. Onu da sınmış pəncərədən Təqsirləndirilən şəxs1 vermiş və o, kondisionerin daxili bölməsini aparıb digərinin yanında gizlətmişdir. Evin daxilindəki bölmələri sökdükdən sonra daxil olduqları pəncərədən çölə çıxmışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə kondisionerin xarici bölmələrinin boltlarını açmağa başlamışlar. Əvvəlcə sındırdıqları pəncərənin sağ tərəfində yerləşən kondisionerin xarici bölməsinin boltlarını açmışlar. Təqsirləndirilən şəxs2 boyu çatmadığı üçün divarın üzünün qabarıq hissəsinə çıxmış və həmin xarici bölməni asqıdan ayırmaq üçün boltları açarkən asqının digər tərəfindəki boltları aça bilmədiyindən əli ilə itələyib qırmış və daha sonra birlikdə xarici bölməni yerə qoymuşlar. Təqsirləndirilən şəxs1 sökdükləri xarici bölməni götürüb digərlərinin yanına gizlətmişdir. Daha sonra kondisionerin digər xarici bölməsini də sökmüşlər və Təqsirləndirilən şəxs1 eyni qaydada aparıb digərlərinin yanına gizlətmişdir. Ətrafa baxıb kiminsə gəlmədiyindən əmin olduqdan sonra 2 ədəd kondisionerin daxili bölməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hər biri 1 ədəd xarici bölməni götürmüş və gəldikləri yolla küçənin başına, avtomobil olan yerə aparmışlar. Oraya çatdıqdan sonra həmin kondisionerlərin bölmələrini avtomobilə yükləyərək Təqsirləndirilən şəxs1 qaldığı evə aparıb həyətdə qoymuşlar. Bir müddət həyətdə söhbət etdikdən və dincəldikdən sonra təxminən gecə saat 03:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə onları Xankəndi şəhərində qaldıqları evlərə aparmışdır. Növbəti gün saat 09:00da işə getmiş, işdə olarkən Təqsirləndirilən şəxs2 zəng vurmuş və oğurladıqları kondisionerləri satmaq üçün müştəri tapa bilmədiklərini bildirmişdir. 29 dekabr 2024-cü il tarixdə işdən icazə alıb yaşadığı Bərdə rayonuna getmişdir. Evdə olarkən polis əməkdaşları zəng vurub onu RPŞ-yə dəvət etmişlər. Bundan sonra artıq törətdikləri cinayət əməlinin üstünün açılmasını başa düşmüş və növbəti gün Xocalı RPŞ-yə gəlmişdir. Oğurluq cinayətini gəlir əldə etmək məqsədilə tamah niyyətilə törətmiş və hadisəni törədərkən heç kim onları görməmişdir. Son olaraq Təqsirləndirilən şəxs3 əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, "xxxx" MMC-də işləyir. Şirkət olaraq Xocalı şəhərində yaşıllaşdırma və abadlaşdırma işləri həyata keçirirlər. Xocalı şəhərindən rayonun Təzəbinə kəndinə gedən avtomobil yolunun sol tərəfində "xxxx" MMC-yə məxsus qonaq evi kimi istifadə olunan fərdi yaşayış evi vardır. Həmin qonaq evi kimi istifadə olunan fərdi yaşayış evi "xxxx" MMC-nin istifadəsindədir. Qeyd olunan evə 2024-cü ilin əvvəllərində məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müxtəlif ev əşyaları, elektronik avadanlıqlar alınaraq quraşdırılmışdır. Həmin ev iki mənzildən ibarət olduğundan 2 girişi mövcuddur. Mənzillərin birinə bir ədəd, digərinə isə iki ədəd kondisioner quraşdırılmışdır. Ümumilikdə həmin evdə 3 ədəd “Hisense” markalı kondisioner olmuş və kondisionerlərin hər biri daxili və xarici bölmələrdən ibarətdir. 24 dekabr 2024-cü il tarixdə saat 17:30 radələrində "xxxx" MMC-də sahə rəisi işləmiş Şahid1 və şirkətin işçisi Nümayəndə1 birlikdə Təzəbinə kəndində qaldıqları evə gedərkən yolun solunda yerləşən, qonaq evi kimi istifadə olunan evə baxmaq qərarına gəlmişlər. Onlar həmin evə baxarkən evin sol tərəfdən birinci pəncərəsinin sındırıldığını görmüş, pəncərənin sınıq vəziyyətdə olduğunu gördükdən sonra kondisionerlərdən 2 ədədinin oğurlanmasını bilmişlər. Şahid1 və Nümayəndə1 ilk öncə bu barədə rəhbərliyə məlumat vermiş və daha sonra işçilər arasında məlumat əldə etmək məqsədilə söhbətlər aparmışlar. Bir neçə gün sonra nəticə əldə edə bilmədiklərindən 28 dekabr 2024-cü il tarixdə bu barədə RPŞ-yə məlumat vermişlər. Daha sonra polis əməkdaşları tərəfindən həmin evə baxış keçirilmişdir. Həmin gün polis əməkdaşları Şahid1lə əlaqə saxlayaraq onunla birlikdə "xxxx" MMC-nin işçilərinin Təzəbinə kəndi ərazisində yerləşən qaldıqları evə baxış keçirmək istədiklərini bildirmişlər. Təzəbinə kəndində işçilərin qaldıqları küçəyə gedilmiş və küçənin başında olan Təqsirləndirilən şəxs1 qaldığı evə baxış zamanı oğurlanmış 2 ədəd “Hisense” markalı kondisionerlərin olmasını görmüşlər. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1 RPŞ-yə dəvət etmişlər. Son olaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 təqsirləndirilən şəxslərlə barışdıqlarını, şikayət və tələblərinin olmadığını bildirdi və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edərək bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, hazırda Xocalı RPŞ-nin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 dekabr 2024-cü il tarixdə Xocalı şəhəri ərazisində xidmətdə olarkən "xxxx" MMC-də sahə rəisi işləyən Şahid1 və Nümayəndə1 ona yaxınlaşmış və Xocalı şəhərindən rayonun Təzəbinə kəndində gedən yolun sol tərəfində "xxxx" MMC-yə məxsus qonaq evi kimi istifadə olunan fərdi yaşayış evinin pəncərəsinin sındırıldığını və MMC tərəfindən həmin evə quraşdırılan 3 ədəd “Hisense” markalı kondisionerlərdən 2 ədədinin daxili və xarici bölmələrinin təxminən 3-4 gün bundan əvvəl naməlum şəxs(lər) tərəfindən oğurlanmasını bildirmişlər. Bununla bağlı RPŞ-yə məlumat vermiş və Şahid1 ərizə verməsi üçün RPŞ-yə dəvət etmişdir. Bundan sonra RPŞ-nin istintaqəməliyyat qrupu ilə birlikdə hadisə yerinə gəlib qeyd olunan evə baxış keçirməyə başlamışdır. Qeyd olunan ev ön hissəsi istisna olmaqla 3 tərəfdən dəmir tor vasitəsilə çəpərlənmişdir. Evə yaxınlaşdıqda sol tərəfdən birinci pəncərəsinin sındırıldığını görmüşdür. Evin çöl tərəfində yerləşən kondisionerlərin xarici bölmələrindən 2 ədədi divardan sökülmüş, asqıları isə divarda qalmışdır. Daha sonra Şahid1 evin qapısını açmış və birlikdə içəriyə daxil olmuşlar. 2 otaqdan kondisionerlərin daxili bölmələri də oğurlanmışdır. Bundan sonra qeyd olunan hadisə ilə bağlı müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və Təzəbinə kəndi ərazisində "xxxx" MMC işçilərinin qaldıqları xidməti evlərə baxış keçirmək qərarına gəlinmişdir. Əvvəlcə Təzəbinə kəndi ərazisində yerləşən boş xidməti evlərdən bir neçəsinə daxil olub baxış keçirilmiş, lakin hər hansı bir nəticə olmamışdır. Bundan sonra həmin küçədə yerləşən və "xxxx" MMC-də bağban işləyən Təqsirləndirilən şəxs1 evinə baxış keçirmək qərarına gəlmişlər. Bu barədə MMC-də sahə rəisi işləyən Şahid1 məlumat verilmiş və o, Təqsirləndirilən şəxs1 həmin evin yerləşdiyi küçəyə çağırmışdır. Təqsirləndirilən şəxs1 ilə birlikdə Təzəbinə kəndində sonuncunun qaldığı evin qarşısına gəlmişlər. Onun razılığı ilə birlikdə evə baxış keçirilmiş və qeyd olunan evin otaqlarından birindən 2 ədəd “Hisense” markalı kondisionerin daxili və xarici bölmələri aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən RPŞ-yə dəvət edilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixdə Şahid1 məhkəməyə ərizə ünvanlayaraq işi ilə əlaqədar Kəlbəcər rayonunun İstisu qəsəbəsində olduğundan, çətin relyef və hava şəraitinin yağıntılı olması səbəbindən xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, "xxxx" MMC-də sahə rəisi işləyir. Xocalı şəhərindən rayonun Təzəbinə kəndində gedən yolun sol tərəfində "xxxx" MMC-yə məxsus qonaq evi kimi istifadə olunan fərdi yaşayış evi vardır. Qeyd olunan ev istifadəyə götürülərkən məişət şəraitinin yaxşılaşdırılması məqsədilə şirkət tərəfindən müxtəlif məişət əşyaları, avadanlıqlar və s. əşyalar alınaraq həmin evə gətirilmişdir. Həmin avadanlıqlara üç ədəd “Hisense” markalı kondisionerlər də daxildir. Həmin ev iki mənzilli olduğundan 2 girişi mövcuddur. Mənzillərin birinə bir ədəd kondisioner, digərinə isə iki ədəd kondisioner quraşdırılmışdır. xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində "xxxx" MMC-də sahə rəisi işləyən Nümayəndə1 ilə birlikdə qeyd olunan fərdi yaşayış evinə gələrkən həmin evin sol tərəfdən birinci pəncərəsinin sındırıldığını və quraşdırılmış 2 ədəd “Hisense” makalı kondisionerlərin xarici bölmələrinin sökülərək götürüldüyünü müşahidə etmişlər. Qapını açıb həmin mənzilə daxil olan zaman kondisionerlərin daxili bölmələrinin də yerində olmadığını görmüşlər. Bu barədə şirkət rəhbərliyinə məlumat verərək bir neçə gün şirkət işçiləri arasında məlumat almaq istəmiş, lakin bir məlumat əldə etmədiklərindən evin mühafizəsini təmin edərək bu barədə RPŞ-yə müraciət etmişlər. Polis əməkdaşları tərəfindən həmin evə baxış keçirilmişdir. Daha sonra polis əməkdaşları "xxxx" MMC-nin işçilərinin Təzəbinə kəndi ərazisində yerləşən qaldıqları evə baxış keçirtmək istədiklərini bildirmişlər. İlk öncə birlikdə bir neçə boş xidməti evə baxış keçirilmişdir. Daha sonra şirkətdə bağban işləyən Təqsirləndirilən şəxs1 razılığı əsasında sonuncunun qaldığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus evdən oğurlanmış iki ədəd “Hisense” markalı kondisionerlər aşkar edilmiş, bununla bağlı Təqsirləndirilən şəxs1 RPŞ-yə dəvət edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X1 RPŞ-nin CAB-ın rəisi X5, Şahid1 və hal şahidlərinin iştirakı ilə Xocalı rayonunun Təzəbinə kəndində yerləşən 2 ədəd “Hisense” markalı kondisionerlərin oğurlandığı evə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Xocalı rayonu, Təzəbinə kəndində yerləşən və "xxxx" MMC-nin istifadəsində olan birmərtəbəli fərdi yaşayış evidir. Müraciət müəllifi olan "xxxx" MMC-də sahə rəisi işləyən Şahid1 qeyd olunan evi təqdim edərək 22-xx.xx.2024-cü il tarixlər arası müddətdə qeyd olunan evin yola tərəf baxan hissəsindəki pəncərələrin naməlum şəxslər tərəfindən sındırılaraq içəri daxil olunduğunu və həmin evə quraşdırılmış 2 ədəd “Hisense” markalı kondisionerin oğurlanmasını bildirdi. Qeyd olunan ev daxildən iki hissəyə bölünmüşdür və ön və arxa tərəfdən 2 ədəd giriş qapısı vardır. Kondisionerlərin hər ikisi evin eyni hissəsinin otaqlarından oğurlanmışdır. Həmin hissəyə giriş evin yol tərəfdən arxa hissəsində yerləşir və mətbəx, koridor, sanitar qovşağı və 4 otaqdan ibarətdir. Evə şüşəsi sındırılmış pəncərəni açmaqla daxil olunmuş, həmin otaqdan eləcə də həmin sol tərəfdə yerləşən otaqda divara bərkidilmiş halda olan 2 ədəd kondisioner oğurlanmışdır. Kondisionerlərin metal asqıları divarda bağlanmış halda qalmışdır. Baxış zamanı hər hansı maddi sübut aşkar edilməmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir; “Baxış keçirilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X1 RPŞ-nin CAB-ın rəisi X5, Təqsirləndirilən şəxs1 və hal şahidlərinin iştirakı ilə oğurlanmış 2 ədəd kondisionerlərin daxili və xarici bölmələrinin gizlədildiyi Xocalı rayonunun Təzəbinə kəndində yerləşən evə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer "xxxx" MMC-də bağban işləyən Təqsirləndirilən şəxs1 qaldığı Xocalı rayonunun Təzəbinə kəndində yerləşən birmərtəbəli fərdi yaşayış evidir. Təqsirləndirilən şəxs1 təqdimatı ilə həmin evə baxış keçirilən zaman evin daxilində yerləşən yataq otaqlarından birindən 2 ədəd “Hisense” markalı ağ rəngli kondisionerin daxili və xarici bölmələri aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kondisionerlərin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Xocalı rayonunun Təzəbinə kəndində yerləşən "xxxx" MMC-nin istifadəsində olan fərdi yaşayış evindən oğurladığını bildirmişdir. Aşkar edilən kondisionerlər maddi sübut kimi götürülmüş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 93 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin nəzdində olan satış bazarında 2024-cü ilin dekabr ayı ərzində 2 ədəd “Hisense” markalı, “AST-09UW4SVTG10” modelli, 35 m2 ölçülü, 2021-ci il buraxılışlı kondisionerin hər birinin dəyəri 280-300 manat təşkil etmişdir; "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC 2023-cü ilin oktyabr ayından Xocalı rayonu ərazisində təmir və yenidən qurma işlərinin görülməsi məqsədilə rayon ərazisinə ezam olunmuşdur. Şirkət işçiləri Xocalı şəhəri, Xocalı rayonunun Malıbəyli və Təzəbinə kəndlərində yerləşən yaşayış evlərində yerləşdirilmişdir. Xocalı rayonunun Təzəbinə kəndi ərazisində giriş hissədə, yolun kənd istiqamətində sol tərəfdə yerləşən birmərtəbəli, iki mənzilli yaşayış evi də 2023-cü ilin noyabr ayından şirkətin isitifadəsindədir. Həmin evin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2024-cü ilin yanvar ayından həmin evə quraşdırılması üçün 1 (bir) ədəd “Simfer” markalı, elektrikli mətbəx qızdırıcı piltəsi, 3 (üç) ədəd “Hisense” markalı, 30-40 m2 ölçüdə kondisionerlər və digər bir neçə məişət əşyaları alınaraq həmin evə gətirilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin istifadəsində olan qeyd olunan evin bir mənzilindən 2 (iki) ədəd, 30-40 m2 ölçüdə, “Hisense” markalı kondisioner naməlum şəxslər tərəfindən oğurlanmışdır; "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 20 ədəd plastik vedrə (10 l), 10 ədəd şvabra, 10 qutu gigiyenik vasitə (yuyucu toz və sabun), 40 ədəd süpürgə, 1 ədəd “LG” markalı paltaryuyan maşın (6 kq), 3 ədəd , 30-40 m2 ölçüdə “Hisense” markalı kondisioner "xxxx" MMC tərəfindən Xocalı rayonu ərazisində işçilərin yaşadıqları evlərdə məişət şəraitinin bərpa edilməsi məqsədilə alınaraq Xocalı rayonu ərazisinə gətirilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır; Xocalı rayon İHB-nin Xocalı şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-51-1/3-2-195 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Xocalı şəhər sakinidir. Hal-hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayır; Xocalı rayon İHB-nin Xocalı şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-51-1/3-2-196 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Xocalı şəhər sakinidir. Hal-hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayır; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Xocalı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 12 fevral 2025-ci il tarixli, 28 nömrəli məktubundan görünür ki, Xocalı şəhərində qeydiyyatda olan, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 “Xocalı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində ruhi-əsəb və narkoloji qeydiyyatında deyil; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Xocalı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 12 fevral 2025-ci il tarixli, 34 nömrəli məktubundan görünür ki, Xocalı şəhərində qeydiyyatda olan, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 “Xocalı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində ruhi-əsəb və narkoloji qeydiyyatında deyil; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 12 fevral 2025-ci il tarixli, 18-1-28/2-309/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2025-ci il tarixli, 9/460 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 02 ədəd 2021-ci il buraxılışlı “Hisense” markalı, “AST-09UW4SVTG10” modelli, 35 m2 sahə üçün nəzərdə tutulmuş kondisionerin matoru ilə birlikdə, yəni xarici bölməsi (aqreqat hissəsi) ilə 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 900 manat (2 ədəd*450 manat) müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 10 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 10 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 10 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; Kəlbəcər RİHB-nin Başlıbel kənd İƏD üzrə nümayəndəliyinin 12 mart 2025-ci il tarixli,-77 nömrəli məktubundan görünür ki, Kəlbəcər rayonunun Xallanlı kənd sakini Təqsirləndirilən şəxs3 müvəqqəti olaraq Bərdə rayonu, Sum-32 binasında məcburi köçkün kimi məskunlaşmışdır; “Maddi sübut hesab edilməsi haqqında” 14 mart 2025-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus qonaq evi kimi istifadə olunan fərdi yaşayış evindən oğurlanmış 02 dəst 2021-ci il buraxılışlı “Hisense” markalı, “AST-09UW4SVTG10” modelli, 35 m2 sahə üçün nəzərdə tutulmuş kondisioner maddi sübut hesab edilmiş və Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 174 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət törədərkən anlaqlı olmuşdur; “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan və İ-3302, İ-36731, İ-4876 nömrəli vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Vətən müharibəsi iştirakçısıdır; Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 11-ci bəndinə əsasən CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli Qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə vurulmuş ziyanı ödəməsini və hüquqi şəxsin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmamasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Xocalı rayon İHB-nin Xocalı şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə); - himyəsində 1 azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan doğum haqqında şəhadətnamənin surəti). İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə vurulmuş ziyanı ödəməsini və hüquqi şəxsin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmamasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Xocalı rayon İHB-nin Xocalı şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə); - Vətən müharibəsi iştirakçısı olmasını (əsas: iş materiallarında olan İ-3302, İ-36731 və İ-4876 nömrəli vəsiqələrin surəti, “Elektron məhkəmə” informasiya sitemindən çıxarış); - himyəsində 2 azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surəti). İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə vurulmuş ziyanı ödəməsini və hüquqi şəxsin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmamasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Kəlbəcər RİHB-nin Başlıbel İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, X-75 nömrəli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, "xxxx" MMC-yə məxsus qonaq evi kimi istifadə olunan fərdi yaşayış evindən oğurlanmış 02 dəst 2021-ci il buraxılışlı “Hisense” markalı, “AST-09UW4SVTG10” modelli, 35 m2 sahə üçün nəzərdə tutulmuş kondisioner qanuni sahibi "xxxx" MMC-yə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. Məhkəmə, həmçinin müdafiəçilər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə vəkillər Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 6 (altı) iş saatı üçün cəmi 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Goranboy rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Goranboy rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bərdə rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, "xxxx" MMC-yə məxsus qonaq evi kimi istifadə olunan fərdi yaşayış evindən oğurlanmış 02 dəst 2021-ci il buraxılışlı “Hisense” markalı, “AST-09UW4SVTG10” modelli, 35 m2 sahə üçün nəzərdə tutulmuş kondisioner qanuni sahibi "xxxx" MMC-yə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar