Məhkəmə qərarları › İş №1(070)-4/2025

Xocalı Rayon Məhkəməsi Hökm — İş №1(070)-4/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu Meşəli İş № 1(070)-4/2025 08.05.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Xocalı rayonunun Badara kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocalı rayonunun Meşəli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü, xx.xx.1967-ci il tarixdə Xocalı rayonunun Badara kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Xocalı rayonunun Meşəli kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1980-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xocalı rayonunun Meşəli kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 və xx.xx.1967-ci il tarixdə Laçın rayonunun İmanlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Xankəndi şəhərində qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq və təkrarən talayaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 6 iyun 2024-cü il tarixdə saat 17 radələrində Xocalı rayonunun Malıbəyli kəndi ərazisində yerləşən "xxxx" MMC-nin istifadəsində olan saxlanc yeri hesab edilən daş-mərmər sexinin həyətinə, oradan isə həyətdə yerləşən saxlanc yeri hesab olunan birmərtəbəli tikiliyə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qanunsuz daxil olub içəridə olan 80 (səksən) manat dəyərində 1 (bir) ədəd “Family” markalı, “WFD- 510L” model, Koreya istehsalı olan su dispenserini, 200 (iki yüz) manat dəyərində 1 (bir) ədəd “Bosch” markalı, “GWS 2200” model, Çin istehsalı olan, səyyar, elektrikli ovuc daşlayıcısını (laqonda), 55 (əlli beş) manat dəyərində 1 (bir) ədəd “Mİ1HT5” markalı, “M 60” model, Çin istehsalı olan elektrikli su nasosunu, 35 (otuz beş) manat dəyərində 1 (bir) ədəd “SKOM” markalı, “SC-300” model, Çin istehsalı olan elektrikli su tənzimləyicisini (hidrofor), 10 (on) manat dəyərində 20 (iyirmi) ədəd istifadə edilməmiş (təzə) sadə işçi əlcəyini, 10 (on) manat dəyərində 1 (bir) ədəd təxminən 3 il işlənmiş baltanı, 10 (on) manat dəyərində 1 (bir) ədəd 1 il işlənmiş 30x40 sm ölçüdə kabab barmaqlığını götürüb daxil olduğu tikilidən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə çıxardaraq sonuncunun etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı, 90ZJ110 dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerinə yığıb aparmaqla, ümumilikdə 400 (dörd yüz) manat dəyərində qeyd olunan əşyaları qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü ilin oktyabr ərzində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsinə qorunub saxlanması və idarə edilməsi üçün həvalə edilmiş Xocalı rayonunun Daşbulaq kəndi ərazisində adsız küçələrdən birində yerləşən yaşayış sahəsi hesab edilən kürsülü birmərtəbəli fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub oradan 450 (dörd yüz əlli) manat dəyərində 1 (bir) ədəd “Toshiba” markalı, GR-S33UB-C model, 100 litrlik 6 il istifadə edilmiş, Tailand istehsallı ikiqapılı soyuducunu, 150 (bir yüz əlli) manat dəyərində 1 (bir) ədəd “WİKASS” markalı, VCR-12 model, 120 litr tutumlu dondurucunu və 150 (bir yüz əlli) manat dəyərində 1 (bir) ədəd “HEC” markalı, ES80V-HE1 model, şaquli tipli, 80 litr həcmli, 1,75 kVt güclü, 1 il istifadə edilmiş su qızdırıcısını (ariston), əvvəlcədən planlaşdırdığı qaydada cinayət əməlini davam etdirərək, vahid tamah niyyətilə həmin kürsülü birmərtəbəli fərdi yaşayış evi ilə üzbəüz yerləşən yaşayış sahəsi hesab edilən ikimərtəbəli fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub oradan 150 (bir yüz əlli) manat dəyərində 1 (bir) ədəd “İNDESİT” markalı, WİA 122 model, 5 kq tutumlu, 2005-ci il buraxılışlı, 18 il istifadə edilmiş, İtaliya istehsalı paltaryuyan maşını, 250 (iki yüz əlli) manat dəyərində 1 (bir) ədəd “HOFFMANN” markalı, WH500AS model, 6 kq tutumlu, 2018-ci il buraxılışlı, 4 il istifadə edilmiş, Çin istehsallı paltaryuyan maşını, 200(iki yüz) manat dəyərində 1 (bir) ədəd “Bonita” markalı FSBN5831İ model, 2020-ci il istehsallı, 3 il istifadə edilmiş, alt hissəsi sobalı qaz piltəsini, 400 (dörd yüz) manat dəyərində 1 (bir) ədəd “Hisense” markalı, RD-22DC4SA1 model, 160 litrlik, 3 il istifadə olunmuş, ikiqapılı soyuducunu və 450 (dörd yüz əlli) manat dəyərində 1 (bir) ədəd “Sharp” markalı, SJ-K26N-BE model, 22 litrlik, beş il istifadə olunmuş, ikiqapılı soyuducunu götürərək aparıb işlədiyi "xxxx" MMC-nin Xocalı rayonunun Daşbulaq kəndi ərazisində yerləşən konteynerlərində gizlətməklə, ümumilikdə 2200 (iki min iki yüz) manat dəyərində qeyd olunan əşyaları qəsdən vahid tamah niyyətilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və qardaşı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 6 iyun 2024-cü il tarixdə saat 17 radələrində Xocalı rayonunun Malıbəyli kəndi ərazisində yerləşən "xxxx" MMC-nin istifadəsində olan saxlanc yeri hesab edilən daş-mərmər sexinin həyətinə, oradan isə həyətdə yerləşən saxlanc yeri hesab olunan birmərtəbəli tikiliyə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qanunsuz daxil olub içəridə olan 80 (səksən) manat dəyərində 1 (bir) ədəd “Family” markalı, “WFD-510L” model, Koreya istehsalı olan su dispenserini, 200 (iki yüz) manat dəyərində 1 (bir) ədəd “Bosch” markalı, “GWS 2200” model, Çin istehsalı olan, səyyar, elektrikli ovuc daşlayıcısını (laqonda), 55 (əlli beş) manat dəyərində 1 (bir) ədəd “Mİ1HT5” markalı, “M 60” model, Çin istehsalı olan elektrikli su nasosunu, 35 (otuz beş) manat dəyərində 1 (bir) ədəd “SKOM” markalı, “SC-300” model, Çin istehsalı olan elektrikli su tənzimləyicisini (hidrofor), 10 (on) manat dəyərində 20 (iyirmi) ədəd istifadə edilməmiş (təzə) sadə işçi əlcəyini, 10 (on) manat dəyərində 1 (bir) ədəd təxminən 3 il işlənmiş baltanı, 10 (on) manat dəyərində 1 (bir) ədəd 1 il işlənmiş 30x40 sm ölçüdə kabab barmaqlığını götürüb daxil olduğu tikilidən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə çıxardaraq sonuncunun etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı, 90ZJ110 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığıb aparmaqla, ümumilikdə 400 (dörd yüz) manat dəyərində qeyd olunan əşyaları qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 6 iyun 2024-cü il tarixdə saat 17 radələrində Xocalı rayonunun Malıbəyli kəndi ərazisində yerləşən "xxxx" MMC-nin istifadəsində olan saxlanc yeri hesab edilən daş-mərmər sexinin həyətinə, oradan isə həyətdə yerləşən saxlanc yeri hesab olunan birmərtəbəli tikiliyə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qanunsuz daxil olub içəridə olan 80 (səksən) manat dəyərində 1 (bir) ədəd “Family” markalı, “WFD- 510L” model, Koreya istehsalı olan su dispenserini, 200 (iki yüz) manat dəyərində 1 (bir) ədəd “Bosch” markalı, “GWS 2200” model, Çin istehsalı olan, səyyar, elektrikli ovuc daşlayıcısını (laqonda), 55 (əlli beş) manat dəyərində 1 (bir) ədəd “Mİ1HT5” markalı, “M 60” model, Çin istehsalı olan elektrikli su nasosunu, 35 (otuz beş) manat dəyərində 1 (bir) ədəd “SKOM” markalı, “SC-300” model, Çin istehsalı olan elektrikli su tənzimləyicisini (hidrofor), 10 (on) manat dəyərində 20 (iyirmi) ədəd istifadə edilməmiş (təzə) sadə işçi əlcəyini, 10 (on) manat dəyərində 1 (bir) ədəd təxminən 3 il işlənmiş baltanı, 10 (on) manat dəyərində 1 (bir) ədəd 1 il işlənmiş 30x40 sm ölçüdə kabab barmaqlığını götürüb daxil olduğu tikilidən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə çıxardaraq etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı, 90ZJ110 dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerinə yığıb aparmaqla, ümumilikdə 400 (dörd yüz) manat dəyərində qeyd olunan əşyaları qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 6 iyun 2024-cü il tarixdə saat 17 radələrində Xocalı rayonunun Malıbəyli kəndi ərazisində yerləşən "xxxx" MMC-nin istifadəsində olan saxlanc yeri hesab edilən daş-mərmər sexinin həyətinə, oradan isə həyətdə yerləşən saxlanc yeri hesab olunan birmərtəbəli tikiliyə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz daxil olub içəridə olan 80 (səksən) manat dəyərində 1 (bir) ədəd “Family” markalı, “WFD- 510L” model, Koreya istehsalı olan su dispenserini, 200 (iki yüz) manat dəyərində 1 (bir) ədəd “Bosch” markalı, “GWS 2200” model, Çin istehsalı olan, səyyar, elektrikli ovuc daşlayıcısını (laqonda), 55 (əlli beş) manat dəyərində 1 (bir) ədəd “Mİ1HT5” markalı, “M 60” model, Çin istehsalı olan elektrikli su nasosunu, 35 (otuz beş) manat dəyərində 1 (bir) ədəd “SKOM” markalı, “SC-300” model, Çin istehsalı olan elektrikli su tənzimləyicisini (hidrofor), 10 (on) manat dəyərində 20 (iyirmi) ədəd istifadə edilməmiş (təzə) sadə işçi əlcəyini, 10 (on) manat dəyərində 1 (bir) ədəd təxminən 3 il işlənmiş baltanı, 10 (on) manat dəyərində 1 (bir) ədəd 1 il işlənmiş 30x40 sm ölçüdə kabab barmaqlığını götürüb daxil olduğu tikilidən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə çıxardaraq sonuncunun etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı, 90ZJ110 dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerinə yığıb aparmaqla, ümumilikdə 400 (dörd yüz) manat dəyərində qeyd olunan əşyaları qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Xankəndi-Xocalı-Ağdərə xüsusi nümayəndəliyinə məxsus meyvə bağında gözətçi işləmişdir. 6 iyun 2024-cü il tarixdə saat təxminən 15-16 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 sonuncuya məxsus “Mercedes” markalı, 90ZJ110 dövlət qeydiyyat nişanlı avtomobillə işlədiyi yerə gələrək onunla görüşmüşlər. Daha sonra onlarla birlikdə həmin avtomobillə Xocalı rayonu ərazisini gəzmək üçün yola çıxmışlar. Xocalı şəhərindən Xankəndi şəhəri istiqamətində hərəkətdə olan zaman keçmiş Həsənabad kəndi yaxınlığında Qarqar çayının sol sahilində mərmər sexi görüb maraq üçün həmin sexin həyətinə daxil olmuşlar. Sexin həyətində olan birmərtəbəli tikilinin qapısı açıq vəziyyətdə olmuş, otağın içərisində isə yataqlar, soyuducu və.s. kimi məişət əşyaları, eləcə də müxtəlif alət və avadanlıqlar olmuşdur. Həmin vaxt onların qeyd olunan əşya və avadanlıqlardan götürmək niyyətləri yaranmış, elə orada həmin əşyaları oğurladıqdan sonra aralarında bölüşdürmək barədə razılaşmışlar. Onlar qeyd olunan otaqdan həmin niyyətlə gəldikləri razılığa əsasən ümumilikdə 1 (bir) ədəd “Family” markalı, su dispenserini, 1 (bir) ədəd “Bosch” markalı, səyyar, elektrikli ovuc daşlayıcısını (laqonda), 1 (bir) ədəd “Mİ1HT5” markalı elektrikli su nasosunu, 1 (bir) ədəd “SKOM” markalı su tənzimləyicisini (hidrofor), 20 (iyirmi) ədəd istifadə edilməmiş (təzə) sadə işçi əlcəyini, 1 (bir) ədəd baltanı, 1 (bir) ədəd 30x40 sm ölçüdə kabab barmaqlığını götürüb gəldikləri avtomobilə qoyaraq işlədiyi bağın gözətçi məntəqəsinə aparmışlar. Həmin əşyaları gözətçi məntəqəsinə qoyduqdan sonra axşam Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Xankəndi şəhərinə getmişlər. O və Təqsirləndirilən şəxs2 həmin gecə bir yerdə gözətçi məntəqəsində qalmışlar. Növbəti gün Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 sexdən oğurladıqları əşyalardan özləri üçün zəruri ola biləcək hissələrini götürərək Bakı şəhərinə getmişlər. Özünə lazım olacağı üçün su aparatını - “Dispenser”i və əlcəkləri götürmüşdür. Həmin gün günorta saatlarında özünə məxsus “VAZ- 2107” markalı, 72BA208 dövlət qeydiyyat nişanlı avtmobillə tanışı Şahid2la birlikdə gəzmək üçün yenidən həmin sexə getmiş, sexin həyətində gəzən zaman yaxınlıqda olan tanımadığı bir neçə nəfər yaxınlaşaraq kim olduğunu soruşmuş, zarafat etmək məqsədilə sexin müdiri olduğunu demişdir. Bundan başqa 2024-cü ilin təxminən oktyabr ayının ortalarında gəzmək məqsədilə Xocalı rayonunun Daşbulaq kəndinə getmişdir. Kənd ərazisini gəzən zaman küçələrin birində yerləşən evin həyətinə daxil olmuş və evin həyətində iki ədəd müxtəlif markalı soyuducu, bir ədəd qaz piltəsi və iki ədəd paltaryuyan maşın görmüşdür. Daha sonra həmin evlə üzbəüz yerləşən evin həyətinə daxil olmuş, həmin evin həyətində bir ədəd su qızdırıcısı, iki ədəd soyuducu və bir ədəd kiçik ölçülü dondurucu olmuşdur. Həmin əşyaları bir yerdə və yaxın olduqlarını gördükdən sonra onları həmin yerlərdən götürərək işlədiyi bağın nəzarət məntəqəsinə aparmaq qərarına gəlmişdir. Buna görə də geri qayıdıb kənd ərazisində sahibsiz halda olan bir ədəd uzunqulaq və bir ədəd həmin heyvana qoşmaq məqsədilə araba tapmışdır. Arabanı uzunqulağa qoşduqdan sonra qeyd olunan evlərdə tapdığı əşyaları oğurlamaq üçün həmin arabaya yükləmişdir. Həmin arabanın hündürlüyü az olduğundan məişət əşyalarını tək halda arabaya aşıraraq bir hissəsini yığmışdır. Əşyaları qeyd etdiyi araba ilə həmin nəzarət məntəqəsinə apararaq konteynerin qapısının qarşısına boşaltmışdır. Daha sonra yenidən həmin evlər olan küçəyə qayıdaraq yerdə qalan əşyaları da arabaya yükləyərək həmin qaydada bağa gətirmişdir. Həmin vaxt saat təxminən 17-18 radələri olduğuna, eləcə də hava alatoranlıq olmasına görə ətrafda heç kim olmamış və onu heç kim görməmişdir. Həmin gün müəyyən fasilələrlə yorğunluğunu çıxararaq qeyd edilən əşyaları sürüyərək konteynerlərin içərisinə yığmışdır. Uzunqulağı və arabanı şübhə yaratmaması üçün yenidən Daşbulaq kəndi ərazisinə apararaq orada heyvanı sərbəst buraxmışdır. Arabanı isə yolun kənarında bir yerə qoymuşdur. Həmin vaxtdan bir müddət sonra, yəni yanvar ayının əvvəllərində polis əməkdaşları işlədiyi bağın ərazisinə gələrək nəzarətçi məntəqəsinə baxış keçirərək qeyd olunan əşyaları müəyyən etmiş və bununla bağlı RPŞ-yə dəvət olunmuşdur. Xocalı rayonu, Daşbulaq kəndi ərazisində yerləşən iki yanaşı evdən 1 (bir) ədəd “İNDESİT” markalı, WİA 122 modelli, 5 kq-lıq tutumlu, 2005-ci il buraxılış illi, 18 il istifadə edilmiş, İtaliya istehsalı paltaryuyan maşın, 1 (bir) ədəd “HOFFMANN” markalı, WH500AS modelli, 6 kq-lıq tutumlu, 2018-ci il buraxılış illi, 4 il istifadə edilmiş, Çin istehsalı paltaryuyan maşın, 1 (bir) ədəd “Bonita” markalı FSBN5831İ modelli, 2020-ci il istehsallı, 3 il istifadə edilmiş, alt hissəsi sobalı qaz piltəsi, 1 (bir) ədəd “Hisense” markalı, RD-22DC4SA1 modelli, 160 litrlik, üç il istifadə olunmuş, iki qapılı soyuducu, 1 (bir) ədəd “Sharp” markalı, SJ-K26N-BE modelli, 22 litrlik, 5 il istifadə olunmuş, ikiqapılı soyuducu, 1 (bir) ədəd “Toshiba” markalı, GR-S33UB-C modelli, 100 litrlik, 6 il istifadə edilmiş, Tailand istehsallı ikiqapılı soyuducu, 1 (bir) ədəd “WİKASS” markalı, VCR-12 modelli, 120 l tutumlu, dondurucu, 1 (bir) ədəd “HEC” markalı, ES80V-HE1 modelli, şaquli tipli, 80 l həcmli, 1,75 kVt güclü, xx.xx.2023-cü il buraxılışlı, 1 il istifadə edilmiş su qızdırıcısı (ariston) oğurlamışdır. Polis əməkdaşları tərəfindən aşkar edilən 1 (bir) ədəd “ОРСК-8” markalı, КШ-22 ТУ modelli, 1988-ci il buraxılış illi, SSRİ istehsallı, 30 il istifadə edilmiş soyuducu isə əvvəlcədən həmin konteynerin daxilində olmuş, yəni onu oğurlamamışdır. Son olaraq Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə dəyən ziyanı ödəməsini, Zərərçəkmiş şəxs1, zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, müharibə veteranı olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 5 iyun 2024-cü il tarixdə Kərkicahan qəsəbəsində görülən tikinti işlərində işləmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs3 və kirvəsi Təqsirləndirilən şəxs4lə birlikdə qardaşının idarə etdiyi “Mercedes” makalı, 90ZJ110 dövlət qeydiyyat nişanlı avtomobillə Xankəndi şəhərinə gəlmişlər. Onlar iş şəraitini bəyənmədiyindən yenidən Bakı şəhərinə qayıtmalı olmuşlar. Həmin gün Xankəndi şəhərini gəzdikdən sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 11-12 radələrində Xankəndi şəhərindən çıxıb Xocalı rayonu ərazisində yerləşən meyvə bağlarında gözətçi işləyən həmkəndlisi Təqsirləndirilən şəxs1la görüşmək üçün sonuncunun yanına getmişlər. Birlikdə yemək yedikdən sonra bağın ətrafını və Xocalı rayonu ərazisini gəzmək istəmişlər. Buna görə də Xocalı rayonunu ərazisində gəzərkən rayonunun keçmiş Həsənabad kəndi yaxınlığında yolun kənarında mərmər sexinin yanında Təqsirləndirilən şəxs3 avtomobili yolda saxlamışdır. Onlar yerə enərək sexin darvazasından həyətə daxil olmuşlar. Sexin həyətini gəzən zaman orada olan birmərtəbəli tikili ilə qarşılaşmışlar. Həmin tikili sexin işçilərinin qalması üçün nəzərdə tutulmuş yer olmaqla qapısının kilidi olmasa da, qapısı örtülü olmuşdur. Onlar birlikdə içəriyə daxil olmuşlar. İçəridə yataqlar, soyuducu və s. kimi məişət əşyaları, eləcə də müxtəlif alət və avadanlıqlar olmuşdur. Həmin vaxt onların qeyd olunan əşya və avadanlıqlardan götürmək niyyətləri yaranmış, elə orada həmin əşyaları oğurladıqdan sonra aralarında bölüşdürmək üçün razılaşmışlar. Onlar qeyd olunan otaqdan həmin niyyətlə gəldikləri razılığa əsasən ümumilikdə 1 (bir) ədəd “Family” markalı, su dispenserini, 1 (bir) ədəd “Bosch” markalı, səyyar, elektrikli ovuc daşlayıcısını (laqonda), 1 (bir) ədəd “Mİ1HT5” markalı elektrikli su nasosunu, 1 (bir) ədəd “SKOM” markalı su tənzimləyicisini (hidrofor), 20 (iyirmi) ədəd istifadə edilməmiş (təzə) sadə işçi əlcəyini, 1 (bir) ədəd baltanı, 1 (bir) ədəd kabab barmaqlığını götürərək qardaşı Təqsirləndirilən şəxs3 avtomobilinin yük yerinə yığmışlar. Onlar oradan çıxıb Təqsirləndirilən şəxs1 işlədiyi yerə gedərək götürdükləri əşyaları Təqsirləndirilən şəxs1 işlədiyi gözətçi məntəqəsinə qoymuşlar. Saat təxminən 18 radələrində qardaşı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Xankəndi şəhərinə qayıtmış, o isə Təqsirləndirilən şəxs1 ilə birlikdə gözətçi məntəqəsində qalmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində qardaşı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Xankəndi şəhərindən həmin yerə gəlmiş və bir gün öncə sexdən oğurladıqları əşyaları öz aralarında bölərək qardaşının avtomobilinə qoyub Bakı şəhərinə getmişlər. Bir neçə gün sonra Xocalı RPŞ-dən zəng edilərək RPŞ-yə dəvət edilmiş, həmin əşyaları oğurlmaqları barədə müraciət əsasında araşdırma aparılması və araşdırma ilə bağlı həmin əşyaları da gətirmələri izah olunmuşdur. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 həmin əşyaları götürərək yaşadıqları Bakı şəhərindən Xocalı rayonuna gəlmişlər. Həmin əşyalardan özünə lazım olduğundan sonradan bölüşərək götürdüyü bir ədəd kabab bişirmək üçün barmaqlığı RPŞ-yə təqdim etmişdir. Son olaraq Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs1 dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, müharibə vetaranı olduğunu, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 5 iyun 2024-cü il tarixdə Kərkicahan qəsəbəsində yenidən bərpa işlərində işləmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 və qardaşının kirvəsi Təqsirləndirilən şəxs4lə birlikdə idarə etdiyi “Mercedes” makalı, 90ZJ110 dövlət qeydiyyat nişanlı avtomobillə Xankəndi şəhərinə gəlmişdir. Onlar iş şəraitini bəyənmədiyindən yenidən Bakı şəhərinə qayıtmalı olmuşlar. Həmin gün Xankəndi şəhərini gəzdikdən sonra xx.xx.2024cü il tarixdə saat təxminən 11-12 radələrində Xankəndi şəhərindən çıxıb Xocalı rayonu ərazisində yerləşən meyvə bağlarında gözətçi işləyən həmkəndliləri Təqsirləndirilən şəxs1la görüşmək üçün sonuncunun yanına getmişlər. Onlar birlikdə yemək yemişlər. Daha sonra bağın ətrafını və Xocalı rayonu ərazisini gəzmək istəmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 da onlara qoşulmaqla ona məxsus avtomobillə bağdan kənarlaşmışlar. Xocalı rayonunun keçmiş Həsənabad kəndi yaxınlığında yolun kənarında darvazası örtülü olan mərmər sexi görmüş, avtomobili yolda saxlayıb yerə enmişlər. Həmin darvazadan təxminən 10-15 metr kənarda sexin həyətinə açılmış keçid olmuşdur. Onlar oradan sexin həyətinə daxil olmuş, sexin həyətini gəzən zaman orada olan birmərtəbəli tikili ilə qarşılaşmışlar. Həmin tikili sexin işçilərinin qalması üçün nəzərdə tutulmuşdur. Həmin yerin qapısının kilidi olmasa da, qapısı örtülü olmuşdur. Birlikdə qapıdan həmin tikilinin içərisinə daxil olmuşlar. İçəridə yataqlar, soyuducu və s. kimi məişət əşyaları, eləcə də müxtəlif alət və avadanlıqlar olmuşdur. Həmin vaxt onların qeyd olunan əşya və avadanlıqlardan götürmək niyyətləri yaranmış, elə orada həmin əşyaları oğurladıqdan sonra aralarında bölüşdürmək üçün razılaşmışlar. Onlar qeyd olunan otaqdan həmin niyyətlə gəldikləri razılığa əsasən ümumilikdə 1 (bir) ədəd “Family” markalı, su dispenserini, 1 (bir) ədəd “Bosch” markalı, səyyar, elektrikli ovuc daşlayıcısını (laqonda), 1 (bir) ədəd “Mİ1HT5” markalı elektrikli su nasosunu, 1 (bir) ədəd “SKOM” markalı su tənzimləyicisini (hidrofor), 20 (iyirmi) ədəd istifadə edilməmiş (təzə) sadə işçi əlcəyini, 1 (bir) ədəd baltanı, 1 (bir) ədəd kabab barmaqlığını götürərək avtomobilinin yük yerinə yığmışlar. Oradan çıxıb Təqsirləndirilən şəxs1 işlədiyi yerə getmiş, götürdükləri əşyaların hamısını Təqsirləndirilən şəxs1 işlədiyi gözətçi məntəqəsinə qoymuşlar. Saat təxminən 18 radələrində o və Təqsirləndirilən şəxs4 Xankəndi şəhərinə qayıtmışlar. Qardaşı Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1la birlikdə gözətçi məntəqəsində qalmışdır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Xankəndi şəhərindən çıxıb yenidən Təqsirləndirilən şəxs1 işlədiyi yerə gələrək orada olan bir gün öncədən sexdən götürdükləri əşyaları hərəsi özünə lazım olanları seçərək avtomobilinə qoyub Bakı şəhərinə getmişlər. Bir neçə gün sonra Xocalı RPŞ-dən zəng edilərək RPŞ-yə dəvət edilmiş, həmin əşyaları oğurlamaqları barədə edilmiş müraciət əsasında araşdırma aparılması və araşdırma ilə bağlı həmin əşyaları da gətirmələri izah olunmuşdur. Həmin əşyalardan özünə lazım olduğundan sonradan bölüşərək götürdüyü bir ədəd, göy rəngli, “BOSCH” markalı laqondanı gətirərək RPŞ-yə təqdim etmişdir. Son olaraq Təqsirləndirilən şəxs3 əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs1 dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 5 iyun 2024-cü il tarixdə Kərkicahan qəsəbəsində görülən tikinti işlərində işləmək məqsədilə qohumu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3lə birlikdə sonuncunun idarə etdiyi “Mercedes” makalı, 90ZJ110 dövlət qeydiyyat nişanlı avtomobillə Xankəndi şəhərinə gəlmişdir. Onlar iş şəraitini bəyənmədiyindən yenidən geri qayıtmalı olmuşdur. Həmin gün Xankəndi şəhərini gəzdikdən sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 11-12 radələrində Xankəndi şəhərindən çıxıb Xocalı rayonu ərazisində yerləşən meyvə bağlarında gözətçi işləyən həmkəndliləri Təqsirləndirilən şəxs1la görüşmək üçün onun yanına getmiş, birlikdə yemək yemiş, daha sonra bağın ətrafını və Xocalı rayonu ərazisini gəzmək istəmişlər. Buna görə də birlikdə Xocalı rayonu ərazisini gəzməyə başlamış, Xocalı rayonunun keçmiş Həsənabad kəndi yaxınlığında yolun kənarında darvazası örtülü olan mərmər sexinin yanında Təqsirləndirilən şəxs3 avtomobili yolda saxlayaraq yerə enmişlər. Həmin darvazadan təxminən 10-15 metr kənarda sexin həyətinə açılmış keçiddən sexin həyətinə daxil olaraq həyəti gəzən zaman orada olan birmərtəbəli tikili ilə qarşılaşmışlar. Həmin tikili sexin işçilərinin qalması üçün nəzərdə tutulmuş yer olmuşdur. Həmin yerin qapısının kilidi olmasa da, qapısı örtülü olmuşdur. Onlar birlikdə içəriyə daxil olarkən içəridə yataqlar, soyuducu və s. kimi məişət əşyaları, eləcə də müxtəlif alət və avadanlıqlar olmasını görmüşlər. Həmin vaxt onların qeyd olunan əşya və avadanlıqlardan götürmək niyyətləri yaranmış, elə orada həmin əşyaları oğurladıqdan sonra aralarında bölüşdürmək üçün razılaşmışlar. Onlar qeyd olunan otaqdan həmin niyyətlə gəldikləri razılığa əsasən ümumilikdə 1 (bir) ədəd “Family” markalı, su dispenserini, 1 (bir) ədəd “Bosch” markalı, səyyar, elektrikli ovuc daşlayıcısını (laqonda), 1 (bir) ədəd “Mİ1HT5” markalı elektrikli su nasosunu, 1 (bir) ədəd “SKOM” markalı su tənzimləyicisini (hidrofor), 20 (iyirmi) ədəd istifadə edilməmiş (təzə) sadə işçi əlcəyini, 1 (bir) ədəd baltanı, 1 (bir) ədəd kabab barmaqlığını götürərək Təqsirləndirilən şəxs3 avtomobilinin yük yerinə yığmışlar. Oradan çıxıb Təqsirləndirilən şəxs1 işlədiyi yerə getmiş və götürdükləri əşyaları sonuncunun işlədiyi gözətçi məntəqəsinə qoymuşlar. Saat təxminən 18 radələrində o və Təqsirləndirilən şəxs3 Xankəndi şəhərinə qayıtmış, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 ilə birlikdə gözətçi məntəqəsində qalmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində o və Təqsirləndirilən şəxs3 Xankəndi şəhərindən həmin yerə gəlmiş və orada olan sexdən götürdükləri əşyaları aralarında bölüşdürüb Məzahir Allahveriyevin avtomobilinə qoyaraq Bakı şəhərinə getmişlər. Bir neçə gün sonra Xocalı RPŞ-dən zəng edilərək RPŞ-yə dəvət edilmiş, həmin əşyaları oğurlamaları barədə edilmiş müraciət əsasında araşdırma aparılması və araşdırma ilə bağlı həmin əşyaları da gətirmələri izah olunmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə həmin əşyaları götürərək yaşadıqları Bakı şəhərindən Xocalı rayonuna gəlmişlər. Həmin əşyalardan özünə lazım olduğundan sonradan bölüşərək götürdüyü 1 (bir) ədəd “Bosch” markalı, səyyar, elektrikli ovuc daşlayıcısını (laqonda), 1 (bir) ədəd “Mİ1HT5” markalı elektrikli su nasosunu, 1 (bir) ədəd “SKOM” markalı su tənzimləyicisini (hidrofor), 1 (bir) ədəd baltanı RPŞ-yə təqdim etmişdir. Son olaraq Təqsirləndirilən şəxs4 əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs1 dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, müharibə vetaranı olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona dəymiş zərərin ödənildiyini, heç bir şikayəti olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, fərdi şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Xocalı rayonu ərazisində yerləşən "xxxx" MMC-nin istifadəsində olan mərmər zavodunun sexlərindən birini icarəyə götürərək fəaliyyətini bərpa edir. Bərpa işlərində atası Şahid1 da ona əməli köməklik göstərir. Bu dövr ərzində gah o, gah da atası Şahid1 həmin sexə gedərək bərpa işlərinə nəzarət etmişdir. Həmin sexin bərpası üçün atası Şahid1 2024-cü ilin may ayında Bakı şəhərindən və Bərdə şəhərindən müxtəlif iş ləvazimatları və tikinti alətləri alaraq həmin sexə gətirmişdir. xx.xx.2024-cü il tarixdə atası Xocalı rayonundan Bakı şəhərinə gəlmişdir. Həmin vaxt sexdə heç kim olmamışdır. xx.xx.2024-cü il tarixdə atası Şahid1 sexdən zəng edilərək sexin işıqlarının yanması barədə məlumat verilmişdir. Növbəti gün atası sexə getdikdə 1 (bir) ədəd “Family” markalı su dispenserinin, 1 (bir) ədəd “Bosch” markalı, səyyar, elektrikli ovuc daşlayıcısının (laqonda), 1 (bir) ədəd “Mİ1HT5” markalı elektrikli su nasosunun, 1 (bir) ədəd “SKOM” markalı su tənzimləyicisinin (hidrofor), 20 (iyirmi) ədəd istifadə edilməmiş (təzə) sadə işçi əlcəyinin, 1 (bir) ədəd baltanın, 1 (bir) ədəd 30x40 sm ölçüdə kabab barmaqlığının oğurlanmasını müəyyən etmişdir. Zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixdə zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə Fərhad oğlu məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslərin müəssisəyə vurduqları ziyanı ödədiklərini, şikayətləri olmadığını, təqsirləndirilən şəxslərlə barışdıqlarını, məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə Fərhad oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs” Mənzil fondunun idarə edilməsi və məskunlaşma departamentinin Xocalı rayon şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. İşlədiyi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” adları çəkilən şəhərə və rayonlara əhalinin qayıdışı ilə əlaqədar mövcud mənzil fondunun qorunması və saxlanılması, yeni çoxmənzilli bina və fərdi yaşayış evlərinin tikintisinin təşkili, habelə onların idarə edilməsi, eləcə də müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Xocalı RPŞ-nin İstintaq qrupundan daxil olmuş xx.xx.2025-ci il tarixli məktub və qərarla tanış olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 2024-cü ilin oktyabr ayı ərzində Xocalı rayonu Daşbulaq kəndində yerləşən fərdi yaşayış evlərindən oğurladığı 1 (bir) ədəd “İNDESİT” markalı, WİA 122 modelli, 5 kq-lıq tutumlu, 2005-ci il buraxılış illi, 18 il istifadə edilmiş, İtaliya istehsalı paltaryuyan maşın, 1 (bir) ədəd “HOFFMANN” markalı, WH500AS modelli, 6 kq-lıq tutumlu, 2018-ci il buraxılış illi, 4 il istifadə edilmiş, Çin istehsalı paltaryuyan maşın, 1 (bir) ədəd “Bonita” markalı FSBN5831İ modelli, 2020-ci il istehsallı, 3 il istifadə edilmiş, alt hissəsi sobalı qaz piltəsi, 1 (bir) ədəd “Hisense” markalı, RD-22DC4SA1 modelli, 160 litrlik, üç il istifadə olunmuş, iki qapılı soyuducu, 1 (bir) ədəd “Sharp” markalı, SJ-K26N-BE modelli, 22 litrlik, 5 il istifadə olunmuş, ikiqapılı soyuducu, 1 (bir) ədəd “Toshiba” markalı, GR-S33UB-C modelli, 100 litrlik 6 il istifadə edilmiş, Tailand istehsallı ikiqapılı soyuducu, 1 (bir) ədəd “WİKASS” markalı, VCR-12 modelli, 120 L tutumlu dondurucu və 1 (bir) ədəd “HEC” markalı, ES80V-HE1 modelli, şaquli tipli, 80 L həcmli, 1,75 kVt güclü, xx.xx.2023-cü il buraxılışlı, 1 il istifadə edilmiş su qızdırıcısı (ariston) Xidmət tərəfindən qorunub saxlanılan mənzil fondlarının tərkibinə daxildir. Buna görə də həmin adları çəkilən məişət əşyalarının Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanması nəticəsində Xidmətə maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, 2024-cü ilin ortalarında Xocalı rayonu ərazisində fəaliyyət göstərən meyvə bağlarında gözətçi kimi işləmişdir. Təqsirləndirilən şəxs1 onun qohumudur və o da Xocalı rayonu ərazisində yerləşən digər meyvə bağlarının birində gözətçi işləmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində İbrahim Numəmmədovla birlikdə Ballıca kəndində qaldıqları yerdə olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan “VAZ-2107” markalı, 72BA208 dövlət qeydiyyat nişanlı avtomobilin açarını ona verərək onu iş yerinə aparmağını xahiş etmişdir. Ballıca kəndindən çıxan zaman yolun keçmiş Həsənabad yaşayış məntəqəsi ərazisində Təqsirləndirilən şəxs1 gəzmək istəməsini deyərək avtomobili yolun kənarında saxlamağını istəmişdir. Avtomobili yolun sağ tərəfində olan daş sexlərinin yaxınlığında saxlamış, sonuncu yerə enib daş sexinin ətrafını gəzməyə başlamışdır. Həmin vaxt sexin həyətində tanımadığı bir neçə nəfər şəxs olmuşdur. Həmin şəxslər onlardan kim olduqlarını soruşub əvvəlki günlərdə sex ərazisindən oğurluq olmasını demişlər. Bunu eşidəndən sonra İbrahimə həmin yerdən uzaqlaşmağı məsləhət bilmişdir. Belə ki, hadisə ilə bağlılığı yaranacağından qorxmuşdur. Növbəti gün polis əməkdaşları tərəfindən ona zəng edilərək bir neçə gün öncə Həsənabad yaşayış məntəqəsində oğurluq hadisəsi baş verməsini və həmin məsələ ilə əlaqəsinin olub-olmamasının müəyyən edilməsi məqsədilə Təqsirləndirilən şəxs1la birlikdə RPŞ-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs1 zəng edərək oğurluqla əlaqəsinin olub-olmamasını soruşmuş, sonuncu cavabında xx.xx.2024-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4lə birlikdə Təqsirləndirilən şəxs3 məxsus avtomobillə Xocalı rayonu ərazisini gəzərkən qeyd olunan mərmər sexinə getməsini və həmin sexin həyətinə və içərisində olan tikiliyə daxil olaraq oradan müxtəlif alət və avadanlıqlar götürməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 həmin əşyaların sahibinin Xocalı RPŞ-yə müraciət etməsini və bununla bağlı RPŞ-yə dəvət olunmasını demiş və birlikdə RPŞ-yə gəlmişlər. Təqsirləndirilən şəxs1 digərləri ilə birlikdə xx.xx.2024-cü il tarixdə qeyd olunan sexdən əşyalar oğurlamasından heç bir məlumatı olmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixdə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, fərdi şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Xocalı rayonu ərazisində yerləşən "xxxx" MMC mərmər zavodunun sexlərindən birini icarəyə götürərək fəaliyyətini bərpa edir. Qeyd olunanan sex rəsmi olaraq oğlu Zərərçəkmiş şəxs1 məxsusdur və sexin fəaliyyətinin bərpası məqsədilə oğluna köməklik edir. Həmin sexin bərpası üçün 2024-cü ilin may ayında Bakı şəhərindən və Bərdə şəhərindən müxtəlif iş ləvazimatları, yəni işçi əlcəkləri, elektrik naqilləri, laqonda, drel, su nasosu, balta, çəkic, kəlbətin və bundan əlavə də bir xeyli ləvazimatlar alaraq sexin daxilində olan birmərtəbəli tikilinin içərisinə yığmışdır. Qeyd edilən ləvazimatlardan istifadə edərək sexin bərpasını həyata keçirmişdir. Həmin tikilinin qapısının kilidi xarab olmasına baxmayaraq qapı örtülü olmuşdur. Sonuncu dəfə 2 iyun 2024-cü il tarixdə həmin əşyalar qeyd etdiyi yerdə olmuşdur. xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə getdikdən sonra sexin yaxınlığında olan digər daş sexinin işçiləri tərəfindən xx.xx.2024-cü il tarixdə zəng edilərək ona məxsus sexin işıqlarının yanmasını bildirilmişdir. İşçilər həmin yerə gedib baxan zaman içərinin dağılmış vəziyyətdə olmasını görmüşlər. xx.xx.2024-cü il tarixdə yenidən həmin sexə qayıdan zaman eyni mənzərə ilə qarşılaşmışdır. Bu barədə Xocalı RPŞyə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Müəyyən etmişdir ki, sexdən 1 (bir) ədəd “Family” markalı su dispenseri, 1 (bir) ədəd “Bosch” markalı, səyyar, elektrikli ovuc daşlayıcısı (laqonda), 1 (bir) ədəd “Mİ1HT5” markalı elektrikli su nasosu, 1 (bir) ədəd “SKOM” markalı su tənzimləyicisi (hidrofor), 20 (iyirmi) ədəd istifadə edilməmiş (təzə) sadə işçi əlcəyi, 1 (bir) ədəd baltanı, 1 (bir) ədəd 30x40 sm ölçüdə kabab barmaqlığı oğurlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X4 RPŞ-nin İTB-nin polis sahə rəisi X16, Xocalı RPŞ-nin CAB-ın rəisi X11, Şahid1 və hal şahidlərinin iştirakı ilə Şahid1 məxsus alət və avadanlıqların oğurlandığı mərmər sexinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Xocalı rayonunun Həsənabad kəndinin yaxınlığında Xocalı-Xankəndi yolunun sol tərəfində Qarqar çayının sol sahilində "xxxx" MMC-yə məxsus əmlak kompleksinə daxil olan mərmər sexidir. Şahid1 qeyd olunan sexi təqdim edərək ona məxsus alət və avadanlıqların oğurlanmasından əvvəl həmin yerdə olmasını və xx.xx.2024-cü il tarixdə naməlum şəxslər tərəfindən qeyd olunan sexin həyətinə və orada tikilinin içərisinə daxil olmaqla oğurlanmasını bildirmişdir. Qeyd olunan mərmər sexinin ümumi ərazisi 0,4 ha olmaqla daxilində 2 ədəd, 1 mərtəbəli tikili, 1 ədəd çardaq mövcuddur. Çardaq mərmər və digər daş məlumatlarının doğranmaq üçün nəzərdə tutulmuş çarxların üzərində yerləşir. Qeyd olunan tikililərdən birincisi 3x3 ölçüdə olub dəzgahların idarəetmə pultları yerləşir. Digər tikili isə “Г” şəkilli olub 3 hissədən ibrarətdir. Həmin hissələrdən yaşayış üçün nəzərdə tutulan hissə 3x4 metr ölçüdə olmuş, giriş hissəsində metal qapı vardır. Otağın daxilində 1 ədəd soyuducu, 2 ədəd çarpayı vardır. Oğurlanan əşyalar həmin otaqdan oğurlanmışdır. Tikilinin digər iki hissəsi anbar və sanitar qovşağı olmaqla yarımtikili haldadır. Baxış zamanı maddi sübut götürülmüş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; “Könüllü təqdim edilən sənədlərin götürülməsi haqqında” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 1 (bir) ədəd “Bosch” markalı, “GWS 2200” model, Çin istehsalı olan, səyyar elektrikli ovuc daşlayıcısını (laqonda) könüllü olaraq təqdim etmişdir; “Baxış və götürmə aparılması haqqında” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X3 Nurməmmədov, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və hal şahidlərinin iştirakı ilə Xocalı rayonunun Malıbəyli kəndi ərazisində yerləşən daş-mərmər sexindən oğurlanmış alət və avadanlıqlardan Təqsirləndirilən şəxs3 götürdüyü və Xocalı RPŞ-yə təqdim etdiyi 1 ədəd göy rəngli ovuc daşlayıcısına baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 təqdim etdiyi ovuc daşlayıcısının (laqonda) uc hissəsi metal, arxa hissəsi isə tünd göy rəngli plastik materialdan olmaqla iki hissəlidir. Metal hissədə qara plastik materialdan tutacaq və kəsici daşın üzərində isə boz rəngli metal materialdan olan qoruyucu vardır. Plastik hissənin aşağı tərəfində qırmızı rəngli düzbucaqlı formada işəsalma düyməsi yerləşdirilmişdir. Plastik hissənin sağ və yan tərəfində qırmızı rəngli yazı ilə “BOSCH”, “Professional”, “GWS2200” sözləri qeyd edilmiş hissəcik vardır. Sol yan tərəfində isə “220-230 W-50-60 Hz 10A; 2200W Made in China; 08/2023” sözləri qeyd olunmuş digər lövhə vardır. Baxış zamanı ovuc daşlayıcının işlək vəziyyətdə olması müəyyən edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək yuxarıda əlamətləri qeyd olunan 1 ədəd ovuc daşlayıcı müvafiq qaydada götürülmüşdür; “Könüllü təqdim edilən sənədlərin götürülməsi haqqında” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 1 (bir) ədəd 30x40 sm ölçüdə kabab barmaqlığını könüllü olaraq təqdim etmişdir; “Baxış və götürmə aparılması haqqında” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X3 Nurməmmədov, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və hal şahidlərinin iştirakı ilə Xocalı rayonunun Malıbəyli kəndi ərazisində yerləşən daş-mərmər sexindən oğurlanmış alət və avadanlıqlardan Təqsirləndirilən şəxs2 götürdüyü və Xocalı RPŞ-yə təqdim etdiyi 1 ədəd kabab bişirmək üçün nəzərdə tutulmuş barmaqlığa baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi kabab bişirmək üçün barmaqlıq parlaq metal materialdan olub qulp hissəsinə taxta materialdan bir hissə yerləşdirilmişdir. Barmaqlığın ümumi ölçüsü 30x40 sm-dir. Barmaqlı iki hissədən ibarət olub altlıq və qabaq hssədən ibarətdir; “Könüllü təqdim edilən sənədlərin götürülməsi haqqında” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 1 (bir) ədəd “Mİ1HT5” markalı, “M 60” model, Çin istehsalı olan elektrikli su nasosunu, 1 (bir) ədəd “SKOM” markalı, “SC-300” model, Çin istehsalı olan elektrikli su tənzimləyicisini (hidrofor) və 1 (bir) ədəd baltanı könüllü olaraq təqdim etmişdir; “Baxış və götürmə aparılması haqqında” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X3 Nurməmmədov, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və hal şahidlərinin iştirakı ilə Xocalı rayonunun Malıbəyli kəndi ərazisində yerləşən daş-mərmər sexindən oğurlanmış alət və avadanlıqlardan Təqsirləndirilən şəxs4 götürdüyü və Xocalı RPŞ-yə təqdim etdiyi 1 ədəd hidrofor, 1 ədəd su nasosu və 1 ədəd baltaya baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs4 təqdim etdiyi 1 ədəd təzə (istifadə edilməmiş) “SKOM” markalı “SC-300” modelli, Çin istehsalı, elektrikli su tənzimləyicisidir. Hidrofor plastik materialdan olub 2 hissəlidir. Alt hissəsi qara rəngdədir. Həmin hissədə su üçün giriş-çıxış kanalları, təzyiq göstəricisi, yenidən başlatma düyməsi, elektrik üçün giriş-çıxış kanalları vardır. Üst hissəsi qapaq funksiyasını yerinə yetirməklə göy rəngli materialdan ibarətdir. Su kanallarının giriş-çıxış hissəsinə qırmızı materialdan olan tıxac yerləşdirilmişdir. Eyni zamanda yenidən başlama düyməsindən üzərində məhsulun adı və digər parametrləri göstərilən kardon materialdan olan dairəvi şəkilli yarlıq asılmışdır. Təqdim edilən su nasosu təzə (istifadə edilməmiş) “MПЯT5” markalı, “M60” modelli Çin istehsalı, elektrikli su nasosudur. Su nasosunun əsası metal materialdan ibarət olub gövdə hissəsi qırmızı rəng, arxa pərinin qoruyucu qapağı qara rəngli, üst qapağı isə plastik materildan olub qara rəngdədir. Gövdə hissənin ön tərəfində su üçün giriş-çıxış kanalları vardır və ağ rəngli şəffaf, plastik tıxacla qapadılmışdır. Nasosun elektrik naqilinin üzərində məhsulun adı və digər parametrləri göstərilən kardon materialdan olan beşbucaqlı şəkilli yarlıq asılmışdır. Təqdim edilən 1 ədəd balta sapı boz, qəhvəyi rəngli taxta materialdandır. Kəsici uc hissəsi qara-qəhvəyi rəngli metal materialdan ibarət olub ümumi uzunluğu 60 sm-dir. Baxış zamanı fotoşəkillər çəkilərək yuxarıda əlamətləri qeyd olunan əşyalar müvafiq qaydada götürülmüşdür; “Baxış keçirilməsi haqqında” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin baş müstəntiqi X4 RPŞ-nin İTB-nin polis sahə rəisi X12, Xocalı RPŞ-nin İTBnin polis sahə rəisi X16, Təqsirləndirilən şəxs1 və hal şahidlərinin iştirakı ilə Şahid1 məxsus alət və avadanlıqların oğurlanaraq saxlanıldığı, Təqsirləndirilən şəxs1 gözətçilik etdiyi məntəqəyə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Xocalı şəhəri ərazisində yerləşən meyvə bağının gözətçi məntəqəsidir. Məntəqə 1 mərtəbəli olub üzəri çardaqlıdır. Məntəqənin giriş hissəsi öndən, çardağının giriş hissəsi isə arxa tərəfdən yerləşən pilləkənlərdən nəzərdə tutulmuşdur. Məntəqənin sol tərəfində bitişik halda 2 konteyner mövcuddur. Baxış zamanı məntəqənin içərisində Şahid1 məxsus mərmər sexindən oğurlanmış 1 ədəd dispenser aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 iştirakı ilə dispenserin aşkar edildiyi yerdə fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Qeyd olunanlardan əlavə hər hansı əşya və predmet aşkar edilməmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2024-cü il tarixli, 9/5084 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən (6 malların fotoşəkili təqdim edilmişdir) malların (malların istifadədə olması nəzərə alınmaqla) nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 648 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində CM-in 263.1-ci maddəsi ilə olan ********* nömrəli materiala Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən xitam verilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır; "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 08 nömrəli məktubundan görünür ki, Bərdə rayon Ticarət Mərkəzi nəzdində olan "xxxx" MMC–nin satış bazarında 2025-ci ilin yanvar ayı ərzində 1 (bir) ədəd “İNDESİT” markalı, WİA 122 modelli, 5 kq-lıq tutumlu, 2005-ci il buraxılış ili, 18 il istifadə edilmiş, İtaliya istehsalı paltaryuyan maşının orta bazar qiyməti - 150 (yüz əlli) manat, 1 (bir) ədəd “HOFFMANN” markalı, WH500AS modelli, 6 kq-lıq tutumlu, 2028-ci il buraxılış ili, 4 il istifadə edilmiş, Çin istehsalı paltaryuyan maşının maşının orta bazar qiyməti - 150 (yüz əlli) manat, 1 (bir) ədəd “Bonita” markalı, FSBN5831İ modelli, 2020-ci il istehsalı, 3 il istifadə edilmiş, alt hissəsi sobalı qaz piltəsinin orta bazar qiyməti - 100 (bir yüz) manat, 1 (bir) ədəd “Hisense” markalı, RD-22DC4SA1 modelli, 160 litrlik, üç il istifadə olunmuş, iki qapalı soyuducunun orta bazar qiyməti - 200 (iki yüz) manat, 1 (bir) ədəd “Sharp” markalı SJ-K26N-BE modelli, 22 litrlik, beş il istifadə olunmuş, ikiqapılı soyuducunun orta bazar qiyməti - 180 (yüz səksən) manat, 1 (bir) ədəd “Toshiba” markalı, GR-S33UB-C modelli, 100 litrlik 6 il istifadə edilmiş Tailand istehsallı ikiqapılı soyuducunun orta bazar qiyməti - 150 (yüz əlli) manat, 1 (bir) ədəd “OPCK-8” markalı, KШ-22 TY modelli, 1988-ci il buraxılış ili, SSRİ istehsallı, 30 il istifadə edilmiş soyuducunun orta bazar qiyməti - 50 (əlli) manat, 1 (bir) ədəd “WİKASS” markalı, VCR-12 modelli, 120 L tutumlu, dondurucunun orta bazar qiyməti - 150 (yüz əlli) manat, 1 (bir) ədəd “HEC” markalı, ES80V-HE1 modelli, şaquli tipli, 80 L həcmli, 1,75 kvt güclü, xx.xx.2023-cü il buraxılışlı, 1 il istifadə edilmiş su qızdırıcısının (ariston) orta bazar qiyməti - 150 (yüz əlli) manat olmaqla, qeyd olunan əşyaların ümumi orta bazar qiyməti 1280 (min iki yüz səksən) manat təşkil etmişdir; “Baxış keçirilməsi haqqında” 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin baş müstəntiqi X4 RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Həsənov Nicat Şahid oğlu, Təqsirləndirilən şəxs1 və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 Xocalı rayonunun Daşbulaq kəndi ərazisindən məişət əşyalarını oğurladığı yerə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Xocalı rayonunun Daşbulaq kəndi ərazisində adsız küçələrin birində yerləşən hündür kürsülü 1 mərtəbəli fərdi yaşayış evidir. Təqsirləndirilən şəxs1 qeyd olunan fərdi yaşayış evini təqdim edərək 2024-cü ilin təxminən oktyabr ayının ortalarında həmin evin pilləkənlərinin üst tərəfində yerləşən 1 (bir) ədəd “Wikass” markalı dondurucu, 1 (bir) ədəd “Toshiba” markalı soyuducunu, həmçinin pilləkənlərin başlanğıc hissəsində qapısı olan zirzəminin giriş hissəsində yerə qoyulmuş halda “AEC” markalı, elektrikli su qızdırıcısının oğurlanmasını və araba ilə işlədiyi bağın ərazisində olan vaqona yığmasını bildirmişdir. Baxış zamanı hər hansı maddi sübut aşkar edilməmiş və götürülməmişdir, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir; “Baxış keçirilməsi haqqında” 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin baş müstəntiqi X4 RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Həsənov Nicat Şahid oğlu, Təqsirləndirilən şəxs1 və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 məişət əşyalarını oğurladığı Xocalı rayonunun Daşbulaq kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Xocalı rayonunun Daşbulaq kəndində adsız küçələrdən birində yerləşən ikimərtəbəli fərdi yaşayış evidir. Qeyd olunan evin giriş hissəsində kiçik ölçülü darvaza, həmin darvazadan evə qədər isə çardaq vardır. Təqsirləndirilən şəxs1 həmin çardağın alt hissəsində yerləşən yeri təqdim edərək orada 1 ədəd “İndesit” markalı, 5 kq-lıq, 1 ədəd “Hofmann” markalı, 6 kq-lıq, hər biri istifadə olunmuş paltaryuyan maşınlar, 1 ədəd “Bonita” markalı, istifadə olunmuş altı sobalı qaz pilitəsi, 1 ədəd “Hisense” markalı soyuducu, 1 ədəd “Sharp” markalı soyuducunun həmin yerdə olmasını və qeyd olunan məişət əşyalarını oğurlayaraq həmin kənd ərazisində yerləşən işlədiyi meyvə bağının həyətində olan konteynerin içinə yığmasını bildirmişdir. Fotoşəkillər çəkilərək fotocədvəl şəklində protokola əlavə olunmuşdur; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Xocalı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 12 fevral 2025-ci il tarixli, 33 nömrəli məktubundan görünür ki, Xocalı rayonunun Meşəli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 “Xocalı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində ruhiəsəb və narkoloji qeydiyyatında deyil; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Xocalı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 12 fevral 2025-ci il tarixli, 32 nömrəli məktubundan görünür ki, Xocalı rayonunun Meşəli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 “Xocalı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində ruhiəsəb və narkoloji qeydiyyatında deyil; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Xocalı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 12 fevral 2025-ci il tarixli, 31 nömrəli məktubundan görünür ki, Xocalı rayonunun Meşəli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs3 “Xocalı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində ruhiəsəb və narkoloji qeydiyyatında deyil; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Xocalı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 12 fevral 2025-ci il tarixli, 30 nömrəli məktubundan görünür ki, Xocalı rayonunun Meşəli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs4 “Xocalı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində ruhiəsəb və narkoloji qeydiyyatında deyil; Xocalı rayon İHB-nin Meşəli kənd İƏD üzrə nümayəndənin xx.xx.2025-ci il tarixli, 5-51- 1/3-2-24 nömrəli arayışından görünür ki, Xocalı rayonunun Meşəli kənd sakini Təqsirləndirilən şəxs1 Qaradağ rayonu, “Qobu Park 3” qəsəbəsində müvəqqəti məskunlaşmışdır; Xocalı rayon İHB-nin Meşəli kənd İƏD üzrə nümayəndənin xx.xx.2025-ci il tarixli, 5-51- 1/3-2-25 nömrəli arayışından görünür ki, Xocalı rayonunun Meşəli kənd sakini Təqsirləndirilən şəxs2 Qaradağ rayonu, “Qobu Park 3” qəsəbəsində müvəqqəti məskunlaşmışdır; Xocalı rayon İHB-nin Meşəli kənd İƏD üzrə nümayəndənin xx.xx.2025-ci il tarixli, 5-51- 1/3-2-26 nömrəli arayışından görünür ki, Xocalı rayonunun Meşəli kənd sakini Təqsirləndirilən şəxs3 Qaradağ rayonu, “Qobu Park 3” qəsəbəsində müvəqqəti məskunlaşmışdır; Kərkicahan qəsəbə İƏD üzrə İHB-nin nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 5-51-1/3- 2-100 nömrəli arayışından görünür ki, Nəbiyev X6 qəsəbə sakinidir, ünvan 5 ünvanında yaşayır; “Daşınar əmlakın qiymətləndirilməsi barədə” "xxxx" MMC-nin 19 mart 2025-ci il tarixli, UNİ/M-66-144/225 nömrəli hesabatından görünür ki, əmlakın mövcud vəziyyəti, təyinatı, istifadə imkanları nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən siyahı üzrə təqdim edilən məişət əşyalarının oğurlanması nəticəsində “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə 2250 manat maddi ziyan dəymişdir. Xidməq haqqı 100 (yüz) manat təşkil edir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 aprel 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 aprel 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 aprel 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 aprel 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 04 aprel 2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 04 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 04 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 04 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, 1 (bir) ədəd “Family” markalı, “WFD-510L” model, Koreya istehsalı olan su dispenseri, 1 (bir) ədəd “Bosch” markalı, “GWS 2200” model, Çin istehsalı olan, səyyar, elektrikli ovuc daşlayıcısı (laqonda), 1 (bir) ədəd “Mİ1HT5” markalı, “M 60” model, Çin istehsalı olan elektrikli su nasosu, 1 (bir) ədəd “SKOM” markalı, “SC-300” model, Çin istehsalı olan elektrikli su tənzimləyicisi (hidrofor), 1 (bir) ədəd təxminən 3 il işlənmiş balta, 1 (bir) ədəd 1 il işlənmiş 30x40 sm ölçüdə kabab barmaqlığı, 1 (bir) ədəd “Toshiba” markalı, GR-S33UB- C model, 100 litrlik 6 il istifadə edilmiş, Tailand istehsallı ikiqapılı soyuducu, 1 (bir) ədəd “WİKASS” markalı, VCR-12 model, 120 litr tutumlu dondurucu, 1 (bir) ədəd “HEC” markalı, ES80V-HE1 model, şaquli tipli, 80 litr həcmli, 1,75 kVt güclü, 1 il istifadə edilmiş su qızdırıcısı (ariston), 1 (bir) ədəd “İNDESİT” markalı, WİA 122 model, 5 kq tutumlu, 2005-ci il buraxılışlı, 18 il istifadə edilmiş, İtaliya istehsalı paltaryuyan maşın, 1 (bir) ədəd “HOFFMANN” markalı, WH500AS model, 6 kq tutumlu, 2018-ci il buraxılışlı, 4 il istifadə edilmiş, Çin istehsallı paltaryuyan maşın, 1 (bir) ədəd “Bonita” markalı FSBN5831İ model, 2020-ci il istehsallı, 3 il istifadə edilmiş, alt hissəsi sobalı qaz piltəsi, 1 (bir) ədəd “Hisense” markalı, RD-22DC4SA1 model, 160 litrlik, 3 il istifadə olunmuş, ikiqapılı soyuducu və 1 (bir) ədəd “Sharp” markalı, SJ-K26N-BE model, 22 litrlik, 5 il istifadə olunmuş, ikiqapılı soyuducu maddi sübut kimi tanınmışdır; “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs2dur; “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxs3dur; “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 müharibə veteranıdır; “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 müharibə veteranıdır; “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs4 müharibə veteranıdır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144- 146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 11-ci bəndinə əsasən CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur; 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-in 16.2ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli Qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlləri isə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - törətdiyi əməli etiraf edib peşman olmasını; - Zərərçəkmiş şəxs1 və zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə vurulmuş ziyanı ödəməsini, Zərərçəkmiş şəxs1 və “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını; - qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Xocalı rayon İHB-nin Meşəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə); - müharibə veteranı olmasını (əsas: iş materiallarında olan “Elektron məhkəmə” informasiya sitemindən çıxarış). İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - əvvəllər məhkum olunmamasını; - Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; - qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Xocalı rayon İHB-nin Meşəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə); - müharibə veteranı olmasını (əsas: iş materiallarında olan Xocalı rayon hərbi komissarlığı tərəfindən verilmiş vəsiqənin surəti, “Elektron məhkəmə” informasiya sitemindən çıxarış); - himyəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: “Elektron məhkəmə” informasiya sitemindən çıxarış). İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; - qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Xocalı rayon İHB-nin Meşəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə); - himyəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını (“Elektron məhkəmə” informasiya sitemindən çıxarış). İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs4 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; - qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Xocalı rayon İHB-nin Meşəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə); - müharibə veteranı olmasını (əsas: iş materiallarında olan Şuşa rayon hərbi komissarlığı tərəfindən verilmiş vəsiqənin surəti, “Elektron məhkəmə” informasiya sitemindən çıxarış). İş üzrə Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs4 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs4 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs4 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs4 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, 1 (bir) ədəd “Family” markalı, “WFD-510L” model, Koreya istehsalı olan su dispenseri, 1 (bir) ədəd “Bosch” markalı, “GWS 2200” model, Çin istehsalı olan, səyyar, elektrikli ovuc daşlayıcısı (laqonda), 1 (bir) ədəd “Mİ1HT5” markalı, “M 60” model, Çin istehsalı olan elektrikli su nasosu, 1 (bir) ədəd “SKOM” markalı, “SC-300” model, Çin istehsalı olan elektrikli su tənzimləyicisi (hidrofor), 1 (bir) ədəd təxminən 3 il işlənmiş balta, 1 (bir) ədəd 1 il işlənmiş 30x40 sm ölçüdə kabab barmaqlığı qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, 1 (bir) ədəd “Toshiba” markalı, GR-S33UB-C model, 100 litrlik 6 il istifadə edilmiş, Tailand istehsallı ikiqapılı soyuducu, 1 (bir) ədəd “WİKASS” markalı, VCR-12 model, 120 litr tutumlu dondurucu, 1 (bir) ədəd “HEC” markalı, ES80V-HE1 model, şaquli tipli, 80 litr həcmli, 1,75 kVt güclü, 1 il istifadə edilmiş su qızdırıcısı (ariston), 1 (bir) ədəd “İNDESİT” markalı, WİA 122 model, 5 kq tutumlu, 2005-ci il buraxılışlı, 18 il istifadə edilmiş, İtaliya istehsalı paltaryuyan maşın, 1 (bir) ədəd “HOFFMANN” markalı, WH500AS model, 6 kq tutumlu, 2018-ci il buraxılışlı, 4 il istifadə edilmiş, Çin istehsallı paltaryuyan maşın, 1 (bir) ədəd “Bonita” markalı FSBN5831İ model, 2020-ci il istehsallı, 3 il istifadə edilmiş, alt hissəsi sobalı qaz piltəsi, 1 (bir) ədəd “Hisense” markalı, RD-22DC4SA1 model, 160 litrlik, 3 il istifadə olunmuş, ikiqapılı soyuducu və 1 (bir) ədəd “Sharp” markalı, SJ-K26N-BE model, 22 litrlik, 5 il istifadə olunmuş, ikiqapılı soyuducu qanuni sahibi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. İş üzrə 100 (yüz) manat xidmət haqqı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) köçürülməlidir. Məhkəmə, həmçinin müdafiəçilər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə vəkillər Müdafiəçi2 və Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 9 (doqquz) iş saatı üçün cəmi 99 (doxsan doqquz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, 1 (bir) ədəd “Family” markalı, “WFD-510L” model, Koreya istehsalı olan su dispenseri, 1 (bir) ədəd “Bosch” markalı, “GWS 2200” model, Çin istehsalı olan, səyyar, elektrikli ovuc daşlayıcısı (laqonda), 1 (bir) ədəd “Mİ1HT5” markalı, “M 60” model, Çin istehsalı olan elektrikli su nasosu, 1 (bir) ədəd “SKOM” markalı, “SC-300” model, Çin istehsalı olan elektrikli su tənzimləyicisi (hidrofor), 1 (bir) ədəd təxminən 3 il işlənmiş balta, 1 (bir) ədəd 1 il işlənmiş 30x40 sm ölçüdə kabab barmaqlığı qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, 1 (bir) ədəd “Toshiba” markalı, GR-S33UB-C model, 100 litrlik 6 il istifadə edilmiş, Tailand istehsallı ikiqapılı soyuducu, 1 (bir) ədəd “WİKASS” markalı, VCR-12 model, 120 litr tutumlu dondurucu, 1 (bir) ədəd “HEC” markalı, ES80V-HE1 model, şaquli tipli, 80 litr həcmli, 1,75 kVt güclü, 1 il istifadə edilmiş su qızdırıcısı (ariston), 1 (bir) ədəd “İNDESİT” markalı, WİA 122 model, 5 kq tutumlu, 2005-ci il buraxılışlı, 18 il istifadə edilmiş, İtaliya istehsalı paltaryuyan maşın, 1 (bir) ədəd “HOFFMANN” markalı, WH500AS model, 6 kq tutumlu, 2018-ci il buraxılışlı, 4 il istifadə edilmiş, Çin istehsallı paltaryuyan maşın, 1 (bir) ədəd “Bonita” markalı FSBN5831İ model, 2020-ci il istehsallı, 3 il istifadə edilmiş, alt hissəsi sobalı qaz piltəsi, 1 (bir) ədəd “Hisense” markalı, RD-22DC4SA1 model, 160 litrlik, 3 il istifadə olunmuş, ikiqapılı soyuducu və 1 (bir) ədəd “Sharp” markalı, SJ-K26N-BE model, 22 litrlik, 5 il istifadə olunmuş, ikiqapılı soyuducu qanuni sahibi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə 100 (yüz) manat xidmət haqqı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 9 (doqquz) iş saatı üçün cəmi 99 (doxsan doqquz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 9 (doqquz) iş saatı üçün cəmi 99 (doxsan doqquz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 9 (doqquz) iş saatı üçün cəmi 99 (doxsan doqquz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs4 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 9 (doqquz) iş saatı üçün cəmi 99 (doxsan doqquz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar