Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu Meşəli İş № 1(070)-5/2025 07.07.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Ağdaş rayonunun Əmirarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Əmirarx kəndində qeydiyyatda olan, Yevlax rayonunun Quşçu kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2 və 177.2.3-cü, xx.xx.1995-ci il tarixdə Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, sonuncu dəfə Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(061)- 6/2025 nömrəli hökmü ilə qəti olaraq 3 il 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və hazırda həmin cəzanı çəkən, Laçın rayonunun Şəlvə kəndində qeydiyyatda olan, Bərdə rayonunun Mirzalıbəyli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 32.5,177.2.2 və 32.5,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini və xx.xx.1980-ci il tarixdə Bərdə rayonunun Türkmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də usta işləyən, məhkumluğu olmayan, Bərdə rayonunun Türkmən kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-in 32.5,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qeyrilərinin köməkçiliyi ilə qəsdən tamah niyyətilə, təkrarən, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26 dekabr 2024-cü il tarixdə gecə saat 24 radələrində Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki saxlanc yeri hesab edilən "xxxx" MMC-yə məxsus material anbarının qapısında olan qıfılı yerdən götürdüyü istintaqa məlum olmayan dəmir parçası vasitəsilə fiziki güc tətbiq edib sındırmaqla qanunsuz daxil olub içəridə olan 100 metrlik top şəklində yığılmış, izolyasiya edilmiş, üzərində “Prysmian Kablo 3x4 mm2” yazıları olan, en kəsiyinin ölçüsü 12 mm və içərisində hər biri izolyasiya edilmiş 3 jilalı 3x4 ölçüdə, cəmi 700 metr uzunluqda ümumilikdə 2800 (iki min səkkiz yüz) manat dəyərində olan mis əsaslı elektrik naqili götürərək evin həyətinin darvazasından çıxardıb küçədə qaranlıq yerə qoymuş, cinayət əməlini davam etdirərək həmin evin həyətinə qayıdıb 1000 metrlik top şəklində yığılmış, izolyasiya edilmiş, üzərində “Göksan Kablo 3x10 mm2” yazıları olan, en kəsiyinin ölçüsü 22 mm və içərisində hər biri izolyasiya edilmiş 3 jilalı 3x6 ölçüdə elektrik naqilinin 700 (yeddi yüz) manat dəyərində olan mis əsaslı 100 metr hissəsini kəsərək götürüb yenə evin həyətinin darvazasından küçəyə çıxardıb əvvəl götürdüyü naqillərin yanına qoyaraq cinayət yolu ilə əldə edilmiş əmlak barəsində sərəncam verəcəyi barədə qabaqcadan vəd edən Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra sonuncunun gəlib idarə etdiyi “VAZ-21703” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən elektrik naqillərini aparması ilə, ümumilikdə 3500 (üç min beş yüz) manat dəyərində qeyd olunan naqilləri qəsdən tamah niyyətilə, tanışı Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə, saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 28 dekabr 2024-cü il tarixdə gecə saat 24 radələrində Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki saxlanc yeri hesab edilən "xxxx" MMC-yə məxsus material anbarına əvvəlcədən qıfılını sındırdığı qapısından qanunsuz daxil olub içəridə olan 100 metrlik top şəklində yığılmış, izolyasiya edilmiş, üzərində “Prysmian Kablo 3x4 mm2” yazıları olan, en kəsiyinin ölçüsü 12 mm və içərisində hər biri izolyasiya edilmiş 3 jilalı 3x4 ölçüdə, cəmi 400 metr uzunluqda ümumilikdə 1600 (bir min altı yüz) manat dəyərində olan mis əsaslı elektrik naqili götürərək evin həyətinin darvazasından çıxardıb küçədə qaranlıq yerə qoyaraq cinayət yolu ilə əldə edilmiş əmlak barəsində sərəncam verəcəyi barədə qabaqcadan vəd edən Təqsirləndirilən şəxs3 məlumat verdikdən sonra sonuncunun gəlib qeyd edilən elektrik naqillərini aparması ilə, ümumilikdə 1600 (bir min altı yüz) manat dəyərində qeyd olunan naqilləri qəsdən tamah niyyətilə, tanışı Təqsirləndirilən şəxs3 köməkçiliyi ilə, saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq təkrarən talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 3 yanvar 2025-ci il tarixdə axşam saat 19 radələrində Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki saxlanc yeri hesab edilən "xxxx" MMC-yə məxsus material anbarına əvvəlcədən qıfılını sındırdığı qapısından qanunsuz daxil olub içəridə olan 100 metrlik top şəklində yığılmış, izolyasiya edilmiş, üzərində “Göksan Kablo 450/750 2023” yazıları olan, en kəsiyinin ölçüsü 4 mm, cəmi 700 metr uzunluqda ümumilikdə 560 (beş yüz altmış) manat dəyərində olan mis əsaslı elektrik naqili götürərək evin həyətinə qoyduqdan sonra cinayət əməlini davam etdirərək həyətdə 1000 metrlik top şəklində yığılmış, izolyasiya edilmiş, üzərində “Göksan Kablo 3x10 mm2” yazıları olan, en kəsiyinin ölçüsü 22 mm və içərisində hər biri izolyasiya edilmiş 3 jilalı 3x6 ölçüdə olan elektrik naqilinin 1505 (bir min beş yüz beş) manat dəyərində olan mis əsaslı 215 metr hissəsini kəsərək götürüb həyətə qoyduğu naqillərlə birlikdə evin həyətinin darvazasından çıxardıb küçədə qaranlıq yerə qoyaraq cinayət yolu ilə əldə edilmiş əmlak barəsində sərəncam verəcəyi barədə qabaqcadan vəd edən Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra sonuncunun gəlib idarə etdiyi “VAZ-21703” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən elektrik naqillərini aparması ilə, ümumilikdə 2065 (iki min altmış beş) manat dəyərində qeyd olunan naqilləri qəsdən tamah niyyətilə, tanışı Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə, saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq təkrarən talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyətilə, təkrarən, saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli talayaraq oğurluq cinayətini törətməsində təkrarən köməkçi qismində iştirak etmişdir. Belə ki, o, özgəyə, yəni "xxxx" MMC-yə məxsus əmlakın Təqsirləndirilən şəxs1 tərəfindən qəsdən tamah niyyətilə hüquqazidd və əvəzsiz olaraq talanaraq oğurlanmasına köməklik etmək məqsədilə cinayət yolu ilə əldə edilmiş əmlak barəsində sərəncam verəcəyi barədə sonuncuya qabaqcadan vəd etdikdən sonra Təqsirləndirilən şəxs1 "xxxx" MMC-yə məxsus əmlakı qəsdən tamah niyyətilə hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə 26 dekabr 2024-cü il tarixdə gecə saat 24 radələrində Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki saxlanc yeri hesab edilən "xxxx" MMC-yə məxsus material anbarının qapısında olan qıfılı yerdən götürdüyü istintaqa məlum olmayan dəmir parçası vasitəsilə fiziki güc tətbiq edib sındırmaqla qanunsuz daxil olub içəridə olan 100 metrlik top şəklində yığılmış, izolyasiya edilmiş, üzərində “Prysmian Kablo 3x4 mm2” yazıları olan, en kəsiyinin ölçüsü 12 mm və içərisində hər biri izolyasiya edilmiş 3 jilalı 3x4 ölçüdə, cəmi 700 metr uzunluqda ümumilikdə 2800 (iki min səkkiz yüz) manat dəyərində olan mis əsaslı elektrik naqili götürərək evin həyətinin darvazasından çıxardıb küçədə qaranlıq yerə qoyub, cinayət əməlini davam etdirərək həmin evin həyətinə qayıdıb 1000 metrlik top şəklində yığılmış, izolyasiya edilmiş, üzərində “Göksan Kablo 3x10 mm2” yazıları olan, en kəsiyinin ölçüsü 22 mm və içərisində hər biri izolyasiya edilmiş 3 jilalı 3x6 ölçüdə elektrik naqilinin 700 (yeddi yüz) manat dəyərində olan mis əsaslı 100 metr hissəsini kəsərək götürüb yenə evin həyətinin darvazasından küçəyə çıxardıb əvvəl götürdüyü naqillərin yanına qoyaraq cinayət yolu ilə əldə edilmiş əmlak barəsində sərəncam verəcəyi barədə qabaqcadan verdiyi vədinə uyğun olaraq ona məlumat verdikdən sonra qabaqcadan verdiyi vədinə əməl edərək idarə etdiyi “VAZ-21703” markalı, **- UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib qeyd edilən elektrik naqillərini apararaq cinayət yolu ilə əldə edilmiş əmlak barəsində sərəncam verməklə, ümumilikdə 3500 (üç min beş yüz) manat dəyərində qeyd olunan naqillərin Təqsirləndirilən şəxs1 tərəfindən qəsdən tamah niyyətilə saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talanıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla oğurluq etməsində qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmişdir. Bundan başqa o, özgəyə, yəni "xxxx" MMC-yə məxsus əmlakın Təqsirləndirilən şəxs1 tərəfindən qəsdən tamah niyyətilə hüquqazidd və əvəzsiz olaraq təkrarən talanaraq oğurlanmasına təkrarən köməklik etmək məqsədilə cinayət yolu ilə əldə ədilmiş əmlak barəsində sərəncam verəcəyi barədə sonuncuya təkrarən qabaqcadan vəd etdikdən sonra Təqsirləndirilən şəxs1 3 yanvar 2025-ci il tarixdə axşam saat 19 radələrində Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki saxlanc yeri hesab edilən "xxxx" MMC-yə məxsus material anbarına əvvəlcədən qıfılını sındırdığı qapısından qanunsuz daxil olub içəridə olan 100 metrlik top şəklində yığılmış, izolyasiya edilmiş, üzərində “Göksan Kablo 450/750 2023” yazıları olan, en kəsiyinin ölçüsü 4 mm, cəmi 700 metr uzunluqda ümumilikdə 560 (beş yüz altmış) manat dəyərində olan mis əsaslı elektrik naqili götürərək evin həyətinə qoyub cinayət əməlini davam etdirərək həyətdə 1000 metrlik top şəklində yığılmış, izolyasiya edilmiş, üzərində “Göksan Kablo 3x10 mm2” yazıları olan, en kəsiyinin ölçüsü 22 mm və içərisində hər biri izolyasiya edilmiş 3 jilalı 3x6 ölçüdə olan elektrik naqilinin 1505 (bir min beş yüz beş) manat dəyərində olan mis əsaslı 215 metr hissəsini kəsərək götürüb həyətə qoyduğu naqillərlə birlikdə evin həyətinin darvazasından çıxardıb küçədə qaranlıq yerə qoyaraq cinayət yolu ilə əldə edilmiş əmlak barəsində sərəncam verəcəyi barədə qabaqcadan verdiyi vədinə uyğun olaraq ona məlumat verdikdən sonra qabaqcadan verdiyi vədinə əməl edərək idarə etdiyi “VAZ-21703” markalı, **- UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib qeyd edilən elektrik naqillərini apararaq cinayət yolu ilə əldə edilmiş əmlak barəsində sərəncam verməklə, ümumilikdə 2065 (iki min altmış beş) manat dəyərində qeyd olunan naqillərin Təqsirləndirilən şəxs1 tərəfindən qəsdən tamah niyyətilə saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq təkrarən talanıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla oğurluq etməsində qabaqcadan vəd etməklə təkrarən köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyətilə, təkrarən, saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli talayaraq oğurluq cinayətini törətməsində köməkçi qismində iştirak etmişdir. Belə ki, o, özgəyə, yəni "xxxx" MMC-yə məxsus əmlakın Təqsirləndirilən şəxs1 tərəfindən qəsdən tamah niyyətilə hüquqazidd və əvəzsiz olaraq talanaraq oğurlanmasına köməklik etmək məqsədilə cinayət yolu ilə əldə edilmiş əmlak barəsində sərəncam verəcəyi barədə sonuncuya qabaqcadan vəd etdikdən sonra Təqsirləndirilən şəxs1 "xxxx" MMC-yə məxsus əmlakı qəsdən tamah niyyətilə hüquqazidd və əvəzsiz olaraq təkrarən oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə 28 dekabr 2024-cü il tarixdə gecə saat 24 radələrində Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus material anbarına əvvəlcədən qıfılını sındırdığı qapısından qanunsuz daxil olub oradan MMC-yə məxsus 100 metrlik top şəklində yığılmış, izolyasiya edilmiş, üzərində “Prysmian Kablo 3x4 mm2” yazıları olan, en kəsiyinin ölçüsü 12 mm və içərisində hər biri izolyasiya edilmiş 3 jilalı 3x4 ölçüdə, cəmi 400 metr uzunluqda ümumilikdə 1600 (bir min altı yüz) manat dəyərində olan mis əsaslı elektrik naqili götürərək evin həyətinin darvazasından çıxardıb küçədə qaranlıq yerə qoyaraq cinayət yolu ilə əldə edilmiş əmlak barəsində sərəncam verəcəyi barədə qabaqcadan verdiyi vədinə uyğun olaraq ona məlumat verdikdən sonra gəlib qeyd edilən elektrik naqillərini apararaq cinayət yolu ilə əldə edilmiş əmlak barəsində sərəncam verməklə, ümumilikdə 1600 (bir min altı yüz) manat dəyərində qeyd olunan naqillərin Təqsirləndirilən şəxs1 tərəfindən qəsdən tamah niyyətilə saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq təkrarən talanıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla oğurluq etməsində qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, "xxxx" MMC-də usta işləmiş və 2024-cü ilin yanvar ayının əvvəllərində işdən ayrılmışdır. İşlədiyi dövrdə "xxxx" MMC-nin Xocalı rayonunun ərazisində həyata keçirdiyi tikinti-quruculuq işlərində usta kimi fəaliyyət göstərmişdir. Həmin şirkət "xxxx" MMC şirkəti ilə ortaq olaraq Xocalı rayonunun ərazisində tikinti-quruculuq işləri həyata keçirir. İşlə əlaqədar olaraq Xocalı rayonunun Əsgəran qəsəbəsində digər işçilərlə birlikdə şirkətin istifadəsində olan xidməti evdə yaşamışdır. Həmin evin həyətində və evin altında yerləşən anbarda işdə istifadə edilən inşaat materialları, eləcə də müxtəlif ölçülərdə olan elektrik naqilləri olmuşdur. Həmin naqilləri əvvəlcədən görmüş və pula ehtiyacı olduğu üçün həmin naqillərin bir hissəsini oğurlayıb satmaq niyyəti yaranmışdır. Həmin naqilləri oğurlayacağı təqdirdə kimə və haraya sata biləcəyi barədə düşünmüş, bu məqsədlə ilk öncə niyyəti barədə iş yoldaşı olan Təqsirləndirilən şəxs3 ilə də söhbət etmişdir. Sonuncu ona elektrik naqillərini oğurlayıb gətirdiyi təqdirdə münasib qiymətə satın alacağını vəd etmişdir. Təqsirləndirilən şəxs3 həmin naqilləri ala bilməyəcəyindən ehtiyat edib hər ehtimala qarşı əlavə variant kimi eyni zamanda bu niyyəti barədə digər iş yoldaşı Təqsirləndirilən şəxs2 da məlumat vermişdir. Təqsirləndirilən şəxs2 da ona elektrik naqillərini oğurladıqdan sonra satın alacağını vəd etmişdir. Lakin ona əvvəlcədən pul lazım olduğundan xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 zəng edərək ondan pul istəmiş, qarşılığında yaxın günlərdə şirkətdən naqil oğurlayıb sonuncuya satacağını demişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşıb sonuncuya təqdim etdiyi kart hesabına həmin tarixdə 150 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 12 radələrində Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən xidməti evdə qalan işçilərin hamısı yatmışdır. Həmin vaxt evin altında yerləşən anbara daxil olub orada olan elektrik naqillərini oğurlamaq niyyətini həyata keçirmək üçün münasib şərait və vaxt olduğunu düşünərək mobil telefonla Təqsirləndirilən şəxs2 zəng edərək niyyətini həmin vaxt həyata keçirəcəyi barədə sonuncuya məlumat vermişdir. Təqsirləndirilən şəxs2 həmin vaxt münasib olduğundan gəlib onun oğurladığı naqilləri götürə biləcəyini demişdir. Bundan sonra sakitcə qaldığı evin həyətinə çıxıb anbarın qarşısına gəlmiş, yerdən dəmir parçası götürüb fiziki güc tətbiq edərək qapının üzərinə bağlanmış qıfılı sındırmış və gizli şəkildə həmin qapıdan anbarın içərisinə daxil olmuşdur. İçəridə 3x4 ölçüdə olan ağ rəngli “Prysmian” markalı elektrik naqillərindən hər topda 100 metr naqil olmaqla 7 top naqili oğurlayıb evin darvazasından çöl tərəfdə qaranlıq yerə qoymuşdur. Qapının sınmış qıfılını görüntü üçün qapının üzərinə asdıqdan sonra həyətə qayıdıb orada böyük 1000 metrlik top şəklində olan 3x10 ölçüdə ağ rəngli “Göksan” markalı elektrik naqilindən təxminən 1 metrlik hissələrlə ümumilikdə 100 metr hissəsini balta ilə kəsib toplamış və həyətdən çölə çıxarıb digərinin yanına qoymuşdur. Təqsirləndirilən şəxs2la əlaqə saxlayaraq qabaqcadan razılaşdıqları qaydada oğurladığı elektrik naqillərini gəlib götürməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 “VAZ-21703” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş və onun oğurlayaraq çölə topladığı elektrik naqillərini idarə etdiyi avtomobilin yük yerinə yığaraq aparmışdır. Sonuncu həmin elektrik naqillərinin qarşılığında əvvəlcədən verdiyi 150 manat borcu silmişdir. Növbəti günlərdə həmin naqillərin oğurlamasından heç kimin xəbəri olmadığını və ona yenidən pul lazım olmasını nəzərə alıb təkrarən həmin naqillərdən oğurlayıb satmaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs3la telefonla əlaqə saxlamış və sonuncuya həmin gün naqil oğurlayacağı barədə məlumat vermiş, Təqsirləndirilən şəxs3 onun oğurlayacağı naqillərdən 1 topunu 20 manatdan ala biləcəyini vəd etmişdir. xx.xx.2024cü il tarixdə axşam saat 6-da işdən çıxdıqdan sonra Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən qaldığı evə gəlmişdir. Həmin gün işçilərin hamısı evdə olduğundan gecə saat 12 radələrində işçilərin yatmağından istifadə edib evin altında yerləşən anbara gizli şəkildə daxil olmaq üçün həyətə çıxaraq əvvəlcədən qapısının qıfılını sındırdığı anbara daxil olub içəridə olan 3x4 ölçüdə olan ağ rəngli “Prysmian” markalı elektrik naqillərindən hər topda 100 metr olmaqla 4 top götürüb darvazanın çöl hissəsində olan qaranlıq yerə qoyaraq yenidən həyətə qayıtmışdır. Qapının əvvəlcədən sındırdığı qıfılını şübhə yaratmaması üçün qapının qıfıl dəliyinə asdıqdan sonra Təqsirləndirilən şəxs3 zəng edib elektrik naqillərini əvvəlcədən razılaşdıqları qaydada oğurlayıb çölə qoyduğunu və gəlib götürməsini bildirmişdir. Təqsirləndirilən şəxs3 həmin yerə gələrək naqilləri götürərkən o, evin daxilində olduğu üçün sonuncunu görməmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 ona məxsus kart hesabına razılaşdıqları formada 80 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə işdən çıxıb bayram tətili ilə əlaqədar Yevlax rayonuna valideynlərinin yanına getmiş, xx.xx.2025-ci il tarixdə yenidən işə qayıtmışdır. Həmin elektrik naqillərini oğurlamasından yenə də heç kimin xəbəri olmamışdır. Bu da onu yenidən həmin naqillərdən oğurluq etməyə sövq etmişdir. Bu səbəbdən həmin gün axşam saat 20 radələrində Təqsirləndirilən şəxs2la mobil telefonla əlaqə saxlayıb həmin elektrik naqillərindən oğurlaya biləcəyini və istəyib-istəmədiyini soruşmuşdur. Eyni zamanda əvvəlkindən çox oğurlayacağını bildirərək artıq pul verməsini Təqsirləndirilən şəxs2 demişdir. Təqsirləndirilən şəxs2 həmin elektrik naqillərini 300 manata alacağını vəd etmişdir. Həmin vaxt bayramdan sonra ona yenidən pul lazım olduğundan tez bir zamanda niyyətini həyata keçirmək qərarına gəlmişdir. xx.xx.2025-ci il tarixdə Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən işlədiyi şirkətin istifadəsində olan xidməti evdə heç kim olmamışdır. Belə ki, bütün işçilər bayramla əlaqədar yaşadıqları rayona getmişlər. Saat 19 radələrində evin həyətinə enib əvvəlcədən qapısının qıfılını sındırdığı anbarın qapısından asdığı qırıq qıfılı çıxarıb içəriyə daxil olaraq içəridə olan 1x4 ölçüdə, “Göksan” markalı elektrik naqillərindən hər bir topda 100 metr olan naqildən 7 top götürüb həyətə qoyduqdan sonra, həyətdə olan 3x10 ölçüdə olan, “Göksan” markalı elektrik naqilindən balta ilə təxminən 1 metrlik hissələrlə ümumilikdə 215 metr kəsib digərinin yanına qoymuş və Təqsirləndirilən şəxs2 zəng vuraraq gəlib götürməsini bildirmişdir. Həyətə yığdığı naqilləri darvazadan çölə çıxarıb əvvəlcədən razılaşdıqları qaydada küçəyə qoymuş və küçədə heç kimin onu görməməsi üçün dərhal yenidən həyətə daxil olmuşdur. Təqsirləndirilən şəxs2 saat təxminən 20 radələrində “VAZ-21703” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə evin qarşısına gəlmiş, həmin naqilləri gəldiyi avtomobilə yükləyərək oradan uzaqlaşmışdır. Həmin vaxt evin içərisində olduğu üçün Vahid Əsəsdovun naqilləri yükləyib getməsini görməmişdir. xx.xx.2025-ci il tarixdə səhhəti ilə bağlı problemlər olduğu üçün Yevlax rayonuna valideynlərinin yanına getmişdir. xx.xx.2025-ci il tarixdə yeni iş tapmaq üçün Bakı şəhərinə getmiş, həmin gün səhər saatlarında Təqsirləndirilən şəxs2 ona məxsus kart hesabına razılaşdıqları kimi 300 manat pul göndərmişdir. Daha sonra işlədiyi şirkətdən ona zəng vurub Xocalı RPŞ-yə yaxınlaşaraq izahat verməli olduğu bildirilmişdir. xx.xx.2025-ci il tarixdə yenidən Xocalı rayonuna qayıdaraq RPŞ-yə gəlmişdir. Verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, hazırda Ağdaş RPŞ tərəfindən onun digər oğurluq əməlinə görə cinayət işi başlanılmışdır və ibtidai istintaqı aparılır. Son olaraq Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə dəyən ziyanı ödəməsini, zərərçəkmiş hüquqi şəxsin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdən Xocalı rayonu ərazisində fəaliyyət göstərən "xxxx" MMC-də mühafizəçi işləmiş, hazırda həmin işdən ayrılmışdır. Hər gün saat 18:00-da Xocalı şəhəri ərazisində şirkətin bərpasını həyata keçirdiyi binanın mühafizəsi üçün getmiş, növbəti gün səhər saat 08:00-da işdən çıxıb yaşadığı Bərdə rayonuna qayıtmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında iş yerində tanış olduğu, şirkətdə usta işləyən Təqsirləndirilən şəxs1 ona zəng vuraraq yaxın günlərdə Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən işlədiyi şirkətin istifadəsində olan xidməti evin həyətində və zirzəmisində olan material anbarından şirkətə məxsus elektrik naqillərindən oğurlamaq istəməsini demiş, ona satacağı təqdirdə alıb-almayacağını soruşmuşdur. Təqsirləndirilən şəxs1la razılaşdıqdan sonra sonuncu həmin vaxt pul lazım olduğunu bildirib əvvəlcədən ondan 150 (yüz əlli) manat pul verməsini xahiş etmiş, əvəzində həmin yerdən oğurlayacağı naqilləri ona satacağını bildirmişdir. Təqsirləndirilən şəxs1la əldə etdiyi razılığa əsasən həmin gün təqdim etdiyi kart hesabına Bərdə rayonundan 150 manat pul göndərmişdir. xx.xx.2024cü il tarixdə gecə saat 12 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək elektrik naqillərini oğurlayıb evdən çölə qoymasını və gəlib götürməsini bildirmişdir. Əvvəlcədən razılaşdığı qaydada rayonun Əsgəran qəsəbəsində Təqsirləndirilən şəxs1 qaldığı şirkətə məxsus xidməti evin qarşısına dostu X10 məxsus, sürücülük hüququ və müvafiq etibarnamə olmadan idarə etdiyi “VAZ-21703” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş və Təqsirləndirilən şəxs1 oğurlayaraq oraya qoyduğu 3x4 ölçüdə olan ağ rəngli “Prysmian” markalı elektrik naqillərindən hər topda 100 metr naqil olmaqla 7 top və 1 metrlik hissələrə bölünmüş 100 metr 3x10 ölçüdə olan ağ rəngli “Göksan” markalı elektrik naqillərini tək halda avtomobilin yük yerinə yığmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 evin daxilində olmuş, küçədə isə heç kim olmamışdır. Daha sonra Xocalı şəhərinə iş yerinə geri qayıtmışdır. xx.xx.2024-cü il tarixdə səhər saat 08:00-da işdən çıxıb yaşadığı Bərdə rayonuna getməzdən əvvəl polis postunda aşkar olunmaması üçün həmin naqilləri avtomobilin salonunda oturacaqların altına gizlətmişdir. Bərdə rayonunda yaşadığı evə getdikdən sonra gizli şəkildə apardığı elektrik naqillərinin plastik-rezin üzlüyünü qaldığı evin həyətində yandırıb onları mis kütləsi halına gətirmişdir. Daha sonra Bərdə rayonu ərazisində metal qəbulu ilə məşğul olan şəxs kimi tanıdığı Şahid2 zəng edib mis alıb-almamasını soruşmuş, sonuncu metal kütləsinə yerində baxmaq istədiyini bildirdiyinə görə o, idarə etdiyi “VAZ-21703” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin kütləni Şahid2 qaldığı evə aparmışdır. Şahid2 həmin mis kütləsinə baxdıqdan sonra onları haradan əldə etdiyini soruşmuş, cavabında evində görülən təmir işləri ilə əlaqədar yaşadığı evdən gətirdiyini bildirmişdir. Gətirdiyi mis kütləsini 200 manat qarşılığında Şahid2 satmışdır. Həmin vaxtdan xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs1la əlaqəsi olmamışdır. xx.xx.2025-ci il tarixdə axşam saat 20:00 radələrində işdə olarkən Təqsirləndirilən şəxs1 ona zəng edib qaldıqları evdən şirkətə məxsus naqillərdən yenidən oğurlamaq istəməsini demiş və ondan alıb-almayacağını soruşmuşdur. Təqsirləndirilən şəxs1 ona əvvəl satdığından artıq sayda kabel satacağını demişdir. Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşıb 300 manata ala biləcəyini vəd etmişdir. xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində işdə olarkən Təqsirləndirilən şəxs1 zəng vurub əvvəlcədən razılaşdıqları qaydada 1x4 metr ölçüdə, “Göksan” markalı elektrik naqillərindən 7 top və 3x10 ölçüdə olan, “Göksan” markalı elektrik naqilindən 215 metr oğurlayıb evin çölünə yığmasını və gəlib götürməsini bildirmişdir. Bundan sonra Əsgəran qəsəbəsində yerləşən həmin evin qarşısına gəlmiş və Təqsirləndirilən şəxs1 əvvəlcədən razılaşdıqları qaydada oğurlayaraq topladığı elektrik naqillərini götürüb tək halda idarə etdiyi “VAZ-21703” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığmışdır. Həmin naqilləri avtomobilə toplayan zaman tək olmuş və heç kim ona köməklik etməmişdir. Daha sonra Xocalı şəhərində olan iş yerinə geri qayıtmışdır. xx.xx.2025-ci il tarixdə səhər saat 08:00-da işdən çıxıb yaşadığı Bərdə rayonuna getməmişdən öncə polis postunda aşkar olunmaması üçün həmin naqilləri yenə eyni qaydada avtomobilin salonunda oturacaqların altına gizlətmişdir. Daha sonra Bərdə rayonunda yaşadığı evə getmiş və gizli şəkildə apardığı elektrik naqillərini qaldığı evin həyətində əvvəlki qaydada yandıraraq mis kütləsini ayırmışdır. Həmin mis kütləsini satmaq məqsədilə yenidən Şahid2 ilə əlaqə saxladıqdan sonra Bərdə rayonunda görüşüb 350 manata sonuncuya satmışdır. Şahid2 həmin mis kütləsini haradan əldə etməsi barədə heç bir məlumat verməmişdir. Həmin gün axşam saatlarında yenidən işə qayıtmışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bərdə rayonunda olan zaman terminal vasitəsilə Təqsirləndirilən şəxs1 kart hesabına razılaşdıqları qaydada 300 manat pul göndərmişdir. Həmin tarixdə axşam saatlarında "xxxx" MMC-nin rəhbərliyindən ona zəng edilərək elektrik naqillərinin oğurlanması ilə bağlı Xocalı RPŞ-yə gedib izahat verməsi bildirilmiş və o, RPŞ-yə yaxınlaşmışdır. Verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, hazırda Ağdaş RPŞ tərəfindən onun digər oğurluq əməlinə görə cinayət işi başlanılmışdır və ibtidai istintaqı aparılır. Son olaraq Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə dəyən ziyanı ödəməsini, zərərçəkmiş hüquqi şəxsin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamla özünü təqsirli bilsə də, ilkin olaraq ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli ifadə verdi və göstərdi ki, 11 ildir "xxxx" MMC-də işləyir. Elgiz ona Xankəndi şəhərindən 4 top kabel gətirdiyini və onu satmaq istədiyini bildirmişdir. O, kabellərin qiymətini öyrənmiş, pulu olmadığı üçün almaq istəməmişdir. Elgiz ondan nə qədər pul verə biləcəyini soruşduqda o, qırx manatının olduğunu, həmin məbləğə ala biləcəyini demişdir. Aralarında olan razılığa əsasən qırx manat verərək Elgizdən 4 top kabel almışdır. Aldığı kabellərin yarısını öz evində istifadə etmiş, yarısını isə qaytarmışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirdi ki, o, kabellərin oğurluq olduğunu öncədən bilməmişdir. Elgiz ona kabelləri Xankəndi şəhərindən gətirdiyini bildirmişdir. Kabellər açılmamış vəziyyətdə, təzə olmuşdur. Lakin üzərində olan yazılara, kabellərin markasına fikir verməmişdir. Kabellərin işlədiyi şirkətə aid olduğunu bilsəydi onları almazdı. Kabelləri ucuz olduğu üçün almışdır. Kabelləri aldığı üçün əməlindən peşmandır. İbtidai istintaq zamanı sərbəst ifadə vermişdir. Ona hər hansı təzyiq olmamışdır. Çarpaz dindirmə zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs3 kabelləri anbardan oğurladığını əvvəlcədən demişdir. Həmçinin ibtidai istintaq zamanı ifadə verərkən də bunu bildirmişdir. Yəni Təqsirləndirilən şəxs3 onun kabelləri oğurlamasından məlumatı olmuşdur. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan olunarkən məlum oldu ki, o, 2024-cü ilin mart ayından "xxxx" MMC-nin Xocalı rayonu ərazisində həyata keçirdiyi tikinti-quruculuq işlərində usta işləmişdir. Həmin şirkət "xxxx" MMC şirkəti ilə ortaq olaraq Xocalı rayonu ərazisində tikinti-quruculuq işləri həyata keçirir. İşlə əlaqədar Xankəndi şəhərində verilmiş evdə qalmışdır. Təqsirləndirilən şəxs1 ilə iş yerində tanış olmuşdur. Təqsirləndirilən şəxs1 əvvəllər pula ehtiyacı olduğu üçün Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən qaldıqları evdə olan, "xxxx" MMC-yə məxsus elektrik naqillərindən oğurlayıb satmaq istədiyini bildirmişdir. O, Elgizə belə bir şey olduqda xəbər verməsini söyləmiş, oğurlayacağı təqdirdə ondan həmin naqillərdən alacağını vəd etmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı Bərdə rayonuna getmişdir. Təqsirləndirilən şəxs1 həmin gün axşam saatlarında zəng edib qaldığı evin anbarından elektrik naqili oğurlayacağını bildirmişdir. O, Elgizə həmin naqili ala biləcəyini demiş və hər 100 metrlik topuna görə 20 manat pul verəcəyini vəd etmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 12 radələrində Təqsirləndirilən şəxs1 ona zəng vurmuş və razılaşdıqları kimi 3x4 ölçüdə olan “Prysmian” markalı elektrik naqillərindən 4 top oğurlayıb evin çölünə, yəni küçəyə qoyduğunu və gəlib götürməyini bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 elektrik naqillərinin oğurlayaraq qoyduğu yerə gəlmişdir. Razılaşdıqları kimi elektrik naqillərini götürüb yaxınlıqda qaldığı evə apararaq gizlətmiş və növbəti tarixdə Təqsirləndirilən şəxs1 kart hesabına 80 manat pul göndərmişdir. Gizlətdiyi naqilləri hissə-hissə iki dəfəyə qaldığı Bərdə rayonuna gedərkən əl çantasına qoymaqla yaşadığı evə aparmışdır. Həmin elektrik naqillərindən bir qismini qaldığı evə elektrik xətti çəkmək üçün istifadə etmiş, qalan hissəsini isə evdə saxlamışdır. xx.xx.2025-ci il tarixdə yenidən işə gəlmiş, lakin səhhətilə bağlı problemlər olduğu üçün yaşadığı Bərdə rayonuna geri qayıtmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 zəng edib Əsgəran qəsəbəsinə gedərkən onu da götürməyini bildirmişdir. Onlar Bərdə rayonunda görüşmüş və birlikdə Əsgəran qəsəbəsinə gəlmişlər. xx.xx.2025-ci il tarixdə iş yerindən Xocalı RPŞ-yə yaxınlaşıb izahat verməli olduğu bildirilmiş və o, RPŞ-yə yaxınlaşmışdır. Daha sonra polis əməkdaşları tərəfindən yaşadığı Bərdə şəhərində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs1 aldığı 3x4 ölçüdə olan, bir topunun üzərindən bir qədər istifadə edilmiş, 4 top “Prysmian” markalı elektrik naqilləri aşkar edilərək götürülmüşdür. Son olaraq Təqsirləndirilən şəxs3 əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə dəyən ziyanı ödəməsini, zərərçəkmiş hüquqi şəxsin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 2013-cü il tarixdən "xxxx" MMC-də elektrik mühəndisi işləyir. "xxxx" MMC şirkəti ilə "xxxx" MMC şirkəti müştərək olaraq Xocalı rayonu ərazisində tikinti-quruculuq işləri həyata keçirir. Xocalı rayonu ərazisində həyata keçirilən tikinti-quruculuq işləri ilə əlaqədar rayonunun Əsgəran qəsəbəsində yerləşən fərdi yaşayış evində qalmışdır. Həmin evin zirzəmi hissəsində yerləşən anbarın içərisinə şirkətin işlərində istifadə olunan müxtəlif inşaat materialları, eləcə də müxtəlif ölçüdə olan elektrik naqilləri alınaraq yığılmışdır. Həmin anbarın qapısı dəmir qıfılla bağlı olmuşdur. Elektrik naqilləri “Göksan” markalı, 1x4 mm ölçüdə mavi rəngli, “Prysmian” markalı, 3x4 mm ölçüdə ağ rəngli və “Göksan” markalı, 3x10 mm ölçüdə ağ rəngli olmuşdur. “Göksan” markalı, 3x10 mm ölçüdə olan ağ rəngli elektrik kabelinin topunun ölçüsü böyük olduğundan, anbarın qapısından içəri keçmədiyindən həmin kabellər top halında evin həyətində saxlanmışdır. Hər dəfə həmin kabeldən kəsib götürdükdə istifadə etdiyi hissənin üzərində zavod üsulu ilə yazılmış ölçü göstəricisinə qələmlə işarə qoymuşdur. Sonuncu dəfə kabeldən kəsib götürdükdə artıq 1000 metrdən 367 metr istifadə edilmiş, yəni kabel üzərində olan ölçü göstəricisi 633 metrdə olmuşdur. Ailə vəziyyəti ilə əlaqədar olaraq şirkət rəhbərliyindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək icazə alıb yaşadığı Bakı şəhərinə getmiş, xx.xx.2025-ci il tarixdə yenidən işə qayıtmışdır. xx.xx.2025-ci il tarixdə evdə olarkən iş yoldaşı olan Şahid1 ona yaxınlaşaraq qaldığı evin alt hissəsində olan anbarın qapısının kilidinin sındırılmasını bildirmişdir. Anbarın qarşısına gəldikdə həqiqətən qıfılın sındırıldığını görmüş, Şahid1la birlikdə anbarın içərisinə daxil olmuşdur. Həmin anbara iş vaxtı tez-tez daxil olduğundan və orada olan top şəklində elektrik naqillərinin sayını bildiyindən 1 topda 100 metr olmaqla 30 top 1x4 mm ölçüdə olan, “Göksan” markalı, 15 top 3x4 mm ölçüdə olan, “Prysmian” markalı elektrik naqillərinin olmamasını görmüş və onların oğurlanmasını düşünmüşdür. Həyətə çıxıb 3x10 mm ölçüdə olan, “Göksan” markalı elektrik naqillərinə baxdıqda isə sonuncu dəfə istifadə etdiyi yerdən, yəni qalan 633 metrdən də əlavə olaraq 360 metr hissəsi olmaqla ümumilikdə 727 metr hissəsinin istifadə edilməsini, 273 metr hissəsinin qalmasını görmüşdür. Amma sonuncu dəfə istifadə etdikdə kabel üzərində olan zavod üsulu ilə yazılmış ölçü göstəricisi 367 metrdə qalmış və bu barədə üzərində qələmlə qeyd etmişdir. 360 metr 3x10 mm ölçüdə olan, “Göksan” markalı elektrik naqili yerində olmamışdır. Bu barədə şirkət rəhbərliyinə bildirmiş və ona işçilərdən soruşaraq dəqiqləşdirməsi tapşırılmışdır. Həmin vaxt işçilər bayram tətilindən gec qayıtdığından 2 gün gözləmiş, lakin dəqiqləşdirə bilmədiyindən xx.xx.2025-ci il tarixdə Xocalı RPŞ-yə yaxınlaşıb bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin naqillərin bir hissəsi o, işdə olmadığı müddətdə istifadə edilmiş, lakin 3x10 mm ölçüdə olan, “Göksan” markalı elektrik naqilindən 315 metr, 1x4 mm ölçüdə olan “Göksan” markalı elektrik naqilindən 7 top, 3x4 ölçüdə olan, “Prysmian” markalı elektrik naqilindən isə 11 top oğurlanmışdır. Son olaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxslər tərəfindən "xxxx" MMC-yə dəymiş zərərin tam ödənildiyini, heç bir şikayət və tələblərinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, uzun müddətdir "xxxx" MMC-də işləyir. 2023-cü ilin sentyabr ayının sonlarında "xxxx" MMC Xocalı rayonu ərazisində tikintiquruculuq işləri həyata keçirməyə başlamışdır. Qalmaq üçün ona Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində ev verilmişdir. Həmin evdə şirkətdə işləyən digər işçilərlə birlikdə yaşamışdır. Qeyd olunan evin zirzəmisində şirkətin həyata keçirdiyi tikinti-quruculuq işlərində istifadə olunan inşaat materiallarının yığıldığı material anbarı vardır. Həmin anbara nəzarət onun tərəfindən həyata keçirilmiş, anbarın qapısı dəmir qıfılla bağlı olmuşdur. İşçilər anbarın içərisindən tikintidə lazım olan meterialları götürdükdən sonra qapını bağlamış, açar isə həmişə onda olmuşdur. İşçilər həmişə anbarın içərisindən inşaat materiallarını onun icazəsi və iştirakı ilə götürmüşlər. Sərbəst halda işçilərin həmin anbardan inşaat materialları götürməsinə icazə verilməmişdir. Həmin anbarın içərisində “Göksan” markalı, 1x4 mm ölçüdə mavi rəngli və “Prysmian” markalı, 3x4 mm ölçüdə ağ rəngli elektrik naqilləri olmuşdur. 3x10 mm ölçüdə “Göksan” markalı elektrik naqilinin ölçüsü böyük olduğundan həmin kabelləri top şəklində evin həyətində saxlamışdır. 2024-cü ilin dekabr ayının sonlarında konkret xatırlamadığı tarixdə şirkət rəhbərliyindən icazə alaraq yaşadığı Şamaxı rayonuna getmiş, dekabr ayının 30-da geri qayıtmışdır. xx.xx.2025-ci il tarixdə həmin anbarın qarşısında olarkən qapının kilidinin sındırıldığını görmüşdür. Həmin naqillərdən konkret olaraq hansı hissəsinin yerində olub-olmamasını öyrənmək məqsədilə "xxxx" MMC-də elektrik işləyən Nümayəndə məlumat vermişdir. Belə ki, Nümayəndə mütəmadi olaraq qeyd olunan anbardan onun iştirakı ilə elektrik naqilləri götürdüyündən anbarda olan elektrik naqillərinin sayı barədə Fuadın məlumatlı olduğunu düşünmüşdür. Nümayəndəla birlikdə anbarın içərisinə daxil olduqda orada olan elektrik naqilləri və kabellərinin bir hissəsinin yerində olmamasını görmüş, qapının qıfılı sındırıldığından naqillərdən bir hissəsinin oğurlanmasını düşünmüşdür. Nümayəndə daha sonra həyətə çıxmış və həyətdə olan 3x10 mm ölçüdə “Göksan” markalı elektrik naqilindən də oğurlanmasını bildirmişdir. Bu barədə şirkət rəhbərliyinə məlumat vermiş, şirkətdən ona işçilər tərəfindən naqillərdən istifadə edilib-edilməməsinin dəqiqləşdirilməsi deyilmişdir. Elektrik naqillərinin sayını ilkin olaraq hesabladıqdan sonra 3x10 mm ölçüdə “Göksan” markalı elektrik naqilindən 360 metr, 1x4 mm ölçüdə “Göksan” markalı elektrik naqilindən 30 top və 3x4 mm ölçüdə “Prysmian” markalı elektrik naqilindən 15 topun yerində olmaması qənaətinə gəlmişdir. Bu zaman işçilər bayram tətili ilə əlaqədar yaşadığı rayonlarda olduğu üçün həmin gün Xocalı RPŞ-yə müraciət etməmişdir. Bundan sonra, yəni xx.xx.2025ci il tarixdə Nümayəndə məsələ ilə bağlı Xocalı RPŞ-yə müraciət etmişdir. Daha sonra 3x10 mm ölçüdə “Göksan” markalı elektrik naqilindən 45 metr, 1x4 mm ölçüdə “Göksan” markalı elektrik naqilindən 23 top və 3x4 mm ölçüdə “Prysmian” markalı elektrik naqilindən 4 topun işçilər tərəfindən istifadə olunması, lakin 3x10 mm ölçüdə “Göksan” markalı elektrik naqilindən 315 metr, 1x4 mm ölçüdə “Göksan” markalı elektrik naqilindən 7 top, 3x4 ölçüdə “Prysmian” markalı elektrik naqilindən isə 11 top oğurlanması məlum olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixdə Şahid2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, Bərdə rayonu ərazisində metal yığıb rayon ərazisində yerləşən metal qəbulu müəssisələrinə satmaqla məşğul olur. 2024-cü ilin dekabr ayının sonlarında telefonuna tanımadığı nömrədən zəng gəlmiş, həmin şəxs adının Vahid olmasını və özündə olan mis kütləsini gətirib ona satmaq istədiyini bildirmişdir. O, təklifi qəbul edərək mis kütləsinə yerində baxmaq istədiyini bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs2 mis kütləsini özü ilə gətirdikdən sonra qiymət barədə danışmış və 1 kiloqramını 10,4 manatdan almağa dair razılaşmışlar. Təqsirləndirilən şəxs2 gətirdiyi mis kütləsini evində olan tərəzi ilə çəkmiş və ümumi çəkisi təxminən 20 kiloqram gəlmişdir. Həmin mis kütləsinin qarşılığında Təqsirləndirilən şəxs2 təxminən 200 manat pul vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs2 yenidən ona zəng vuraraq 26 kiloqram mis kütləsi olmasını bildirmişdir. Vahid əvvəlki qaydada mis kütləsini onun yaşadığı evə gətirmiş, evdə olan tərəzi vasitəsilə həmin mis kütləsini çəkərək təxminən 33 kiloqram olmasını müəyyən etmişdir. Qeyd olunan mis kütləsinin qarşılığında Təqsirləndirilən şəxs2 təxminən 350 manat pul vermişdir. Həmin mis kütləsini Təqsirləndirilən şəxs2 birinci aldığı mis kütləsinin və əvvəlki tarixlərdən də özündə olan mis kütləsinin yanına qoymuşdur. Bundan bir neçə gün sonra Xocalı RPŞ-nin əməkdaşları onunla əlaqə saxlamış və Xocalı rayonu ərazisindən elektrik naqilləri oğurlanması ilə bağlı onu RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 ona satdığı naqillərin oğurluq olmasından məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X1 RPŞ-nin CAB-ın rəisi X15, Nümayəndə və hal şahidlərinin iştirakı ilə Xocalı rayonu, Əsgəran qəsəbəsində müxtəlif ölçülü elektrik naqillərinin oğurlandığı fərdi yaşayış evinin həyətinə və həmin evin altında yerləşən anbara baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən və "xxxx" MMC-nin işçilərinin qaldığı fərdi yaşayış evinin həyəti və həmin evin altında yerləşən zirzəmisində olan şirkətə məxsus inşaat materiallarının və elektrik naqillərinin saxlanıldığı anbardır. Həmin evin həyətində də şirkətə məxsus müxtəlif inşaat materialları və böyük ölçülü top şəklində yığılmış elektrik naqilləri vardır. Nümayəndə evin həyətində yerləşən 1000 metrlik top şəklində “Göksan” markalı, 3x10 mm ölçüdə olan elektrik naqilindən ümumilikdə 360 metr oğurlanmasını bildirmişdir. Daha sonra həmin evin zirzəmisində anbar kimi istifadə olunan yeri təqdim edərək oradan 15 top 3x4 mm ölçüdə olan “Prysmian” markalı, 30 top 1x4 ölçüdə olan “Göksan” markalı elektrik naqillərinin oğurlanmasını bildirmişdir. Baxış zamanı anbarın dəmir əsaslı giriş qapısının kilidlənməsində istifadə olunan sarı rəngli, metal qıfılın sındırılması müəyyən edilmiş və həmin sınmış qıfıl hadisə yerindən aşkar edilərək götürülmüşdür. Bundan başqa həmin yerdən oğurlanmış yuxarıda ölçüləri və markaları göstərilən naqillərdən 30 sm uzunluqda nümunələr götürülmüşdür. Fotoşəkillər çəkilərək fotocədvəl şəklində protokola əlavə olunmuşdur; "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 04 nömrəli məktubundan görünür ki, Bərdə rayon Ticarət Mərkəzi nəzdində olan satış bazarında 2025-ci ilin yanvar ayı ərzində 15 top 3x4 ölçüdə olan, “PRYSMİAN” markalı elektrik naqilinin 1 metri 2,4 manat olmaqla 3600 manat, 360 metr 3x10 ölçüdə olan, “Göksan” markalı elektrik naqilinin 1 metri 9 manat olmaqla 3240 manat, 30 top 1x4 ölçüdə olan, “Göksan” markalı elektrik naqilinin 1 metri 0,9 manat olmaqla 2700 manatdır. Qeyd olunan elektrik naqillərinin ümumi orta bazar qiyməti 9540 (doqquz min beş yüz qırx) manat təşkil etmişdir; “Baxış keçirilməsi haqqında” 17 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X1 RPŞ-nin CAB-ın rəisi X15, Xocalı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Həsənov Nicat Şahid oğlu, Təqsirləndirilən şəxs2 və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Təqsirləndirilən şəxs2 yaşadığı Bərdə rayonunun Mirzalıbəyli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsidir. Qeyd olunan ev birmərtəbəli fərdi yaşayış evidir və təxminən 3 hektara yaxın ərazisi vardır. Təqsirləndirilən şəxs2 təqdimatı ilə keçirilən baxış zamanı qeyd olunan evin arxa tərəfində yerləşən əkin sahəsi kimi istifadə olunan torpaq sahəsinin sonunda, yəni Təqsirləndirilən şəxs1 Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən və "xxxx" MMC-yə məxsus oğurladığı elektrik naqillərini Vahid Əhmədova satdıqdan sonra sonuncunun həmin elektrik naqillərini yandıraraq mis halına gətirdiyi ərazidə kül izləri və torpaq örtüyün yanma təsirindən boz-qara rəngdə olması müəyyən edilmişdir. Fotoşəkillər çəkilərək cədvəl şəklində protokola əlavə olunmuşdur; “Baxış keçirilməsi haqqında” 17 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X1 RPŞ-nin CAB-ın rəisi X15, Xocalı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Həsənov Nicat Şahid oğlu, Təqsirləndirilən şəxs3 və hal şahidlərinin iştirakı ilə Xocalı rayonu, Əsgəran qəsəbəsində yerləşən və "xxxx" MMC-yə məxsus oğurlanmış elektrik naqillərinin yerləşdiyi fərdi yaşayış evinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Təqsirləndirilən şəxs3 yaşadığı Bərdə rayonunun Türkmən kəndində yerləşən fərdi yaşayış evidir. Qeyd olunan ev 1 mərtəbəli və təxminən 2 hektara yaxın ərazisi olan həyət evidir. Təqsirləndirilən şəxs3 iştirakı ilə həmin evə keçirilən baxış zamanı həyətin içərisində olan fərdi yaşayış evinin sol tərəfində Təqsirləndirilən şəxs1 Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən və "xxxx" MMC şirkətinin istifadəsində olan fərdi yaşayış evinin saxlanc yerindən oğurlayaraq Təqsirləndirilən şəxs3 satdığı 4 top 3x4 ölçüdə “Prysmian” markalı elektrik naqilləri aşkar edilmişdir. Aşkar edilmiş 4 top elektrik naqilləri sübut kimi götürülmüşdür. Fotoşəkillər çəkilərək cədvəl şəklində protokola əlavə olunmuşdur; “Yevlax Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 10 fevral 2025-ci il tarixli, PHŞ-637/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 12 fevral 2025-ci il tarixli, 18- 1-28/2-311/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə RMX-nin Poliklinika şöbəsinin Narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 12 fevral 2025-ci il tarixli, 18- 1-28/2-310/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Bərdə RMX-nin Poliklinika şöbəsinin Narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir; Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-45/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 1 gün müddət (20-21 iyul 2023-cü il) nəzərə alınmaqla qəti olaraq ona 2 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(104)- 372/2024 nömrəli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-45/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır; Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(061)-6/2025 nömrəli hökmündən (həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 1(061)-6/2025 nömrəli hökmdəki şübhə və anlaşılmazlığa dair qərarı nəzərə alınmaqla) görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 32.5,177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yeni hökmlə təyin ediliş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)- 45/2024 nömrəli hökmü ilə CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 4 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 1 gün (20-21 iyul 2023-cü il), şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün (26-28 iyul 2024-cü il), 28 iyul 2024-cü il tarixdən 27 avqust 2024cü il tarixə kimi həbsdə saxlanıldığı və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş müddət hökm çıxarılan günə, yəni 14 yanvar 2025-ci il tarixə olan 5 ay 20 gün CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmış və qəti olaraq ona 3 il 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur; “Baxış keçirilməsi haqqında” 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin baş müstəntiqi X16 icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Xocalı rayonu, Əsgəran qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus naqilləri oğurlayaraq qabaqcadan vəd etdiyi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 satması qarşılığında sonuncuların Təqsirləndirilən şəxs1 məxsus bank kartına etdikləri pul köçürmələrini müəyyənləşdirmək üçün Təqsirləndirilən şəxs1 məxsus 4169-7388-6323- **** saylı "xxxx" ASC-nin plastik kart hesabının xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində nəzərdə tutulmuş xx.xx.2025-ci il tarixli 4 vərəqdən ibarət çıxarışa baxış keçirtmişdir. Baxış zaman müəyyən edildi ki, çıxarışda olan cədvələ əsasən Təqsirləndirilən şəxs1 məxsus kart hesabına xx.xx.2024-cü il tarixdə 150 manat pul Təqsirləndirilən şəxs2, xx.xx.2024-cü il tarixdə 80 manat pul Təqsirləndirilən şəxs3, xx.xx.2025-ci il tarixdə 300 manat pul Təqsirləndirilən şəxs2 tərəfindən köçürülmüşdür; "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 07 nömrəli məktubundan görünür ki, oğurluq nəticəsində şirkətə vurulmuş ziyan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən tam həcmdə ödənilmişdir. Şirkət olaraq həmin şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2025-ci il tarixli, 9/459 nömrəli rəyindən görünür ki, Bakı şəhərində yerlşən inşaat malları satışı mağazalarında olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda qeyd edilən elektrik naqillərinin 1 metrinin təqdim edilmiş nümunələrə əsasən orta bazar qiyməti təxminən belədir: 01 ədəd göy rəngli, 90 sm uzunluğunda, izolyasiya edilmiş, üzərində “Göksan Kablo 450/750 2023” yazıları və n kəsinin ölçüsü 4 mm olan mis əsaslı elektrik naqil - 0,8 manat; 01 ədəd ağ rəngli, 60 sm uzunluğunda, izolyasiya edilmiş, üzərində “Prymian Kablo 3x4 mm2” yazıları olan, n kəsinin ölçüsü 12 mm və içərisində hər biri izolyasiya edilmiş 3 jilalı 3x4 ölçüdə mis əsaslı elektrik naqil - 4 manat; 01 ədəd ağ rəngli, 38 sm uzunluğunda, izolyasiya edilmiş, üzərində “Göksan Kablo 3x10 mm2” yazıları olan, n kəsinin ölçüsü 22 mm və içərisində hər biri izolyasiya edilmiş 3 jilalı 3x6 ölçüdə mis əsaslı elektrik naqil - 7 manat. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 may 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; İ-4273 nömrəli “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur; İ-6446 nömrəli “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur; İ-23712 nömrəli “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur; Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 153375 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 müharibə veteranıdır; Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası müdafiə nazirinin 053t nömrəli, 21 iyun 2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunmuşdur; “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 may 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 may 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 07 may 2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 07 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 07 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 10 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar edilən bir topunun üzərindən müəyyən qədər istifadə edilmiş, ümumilikdə 4 ədəd 100 metrlik top şəklində yığılmış, izolyasiya edilmiş, üzərində “Prysmian Kablo 3x4 mm2” yazıları olan, en kəsiyinin ölçüsü 12 mm və içərisində hər biri izolyasiya edilmiş 3 jilalı 3x4 ölçüdə elektrik naqilləri, "xxxx" MMC-nin istifadəsində olan Xocalı rayonu, Əsgəran qəsəbəsi ərazisində yerləşən qapının üzərində olmuş və Təqsirləndirilən şəxs1 tərəfindən sındırılmış sarı rəngli metal qıfıl maddi sübut kimi tanınmışdır; “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxs1dur; “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxs3dur; Məhkəmənin sorğusuna cavab olaraq: Ağdaş RPŞ-nin xx.xx.2025-ci il tarixli, 3-13-62/**********/2025 nömrəli məktubundan görünür ki, hazırda Ağdaş RPŞ-nin İstintaq bölməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparılır; Bərdə rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli, 59/09 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 barəsində Bərdə Rayon Məhkəməsinin 1(021)-45/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü və hökmün icrasına dair göstərişi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək cəzasının 09 ay 04 gün müddətini çəkmiş və 02 il 02 ay 24 gün çəkilməmiş cəzası qalmışdır; Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(061)-6/2025 nömrəli hökmün və məhkəmənin digər yekun qərarının icra edilməsi haqqında göstərişindən görünür ki, Tərtər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs2 barəsində olan 1(061)-6/2025 nömrəli hökmü xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; Xocalı RPŞ-nin xx.xx.2025-ci il tarixli, 3-13-81/2-5790/2025 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş aktdan görünür ki, ********* saylı cinayət işi üzrə maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar edilən bir topunun üzərindən müəyyən qədər istifadə edilmiş, ümumilikdə 4 ədəd 100 metrlik top şəklində yığılmış, izolyasiya edilmiş, üzərində “Prysmian Kablo 3x4 mm2” yazıları olan, en kəsiyinin ölçüsü 12 mm və içərisində hər biri izolyasiya edilmiş 3 jilalı 3x4 ölçüdə elektrik naqilləri, "xxxx" MMC-nin istifadəsində olan Xocalı rayonu, Əsgəran qəsəbəsi ərazisində yerləşən qapının üzərində olmuş və Təqsirləndirilən şəxs1 tərəfindən sındırılmış sarı rəngli metal qıfıl qanuni sahibi "xxxx" MMC-yə qaytarılmışdır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 32.5,177.2.2 və 32.5,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin, Təqsirləndirilən şəxs3 tərəfindən isə CM-in 32.5,177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144-146-cı maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusata, yəni elektrik naqillərinin Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanaraq ona satılacağından məlumatsız olmasına tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən Təqsirləndirilən şəxs1 ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi bu xüsusat məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ifadəsində əvvəlcədən elektrik naqillərini oğurlayaraq Təqsirləndirilən şəxs3 satacağını bildirdiyini qeyd etmiş, həmçinin bu xüsusatı çarpaz dindirmə zamanı da demişdir; - ifadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs1 həmin xüsusatı, yəni əvvəlcədən elektrik naqillərini oğurlayaraq Təqsirləndirilən şəxs3 satacağını qeyd etmişdir; - Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə 80 manat pul vəsaitini Təqsirləndirilən şəxs1 məxsus bank kartına göndərmişdir; - ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 ifadəsində Təqsirləndirilən şəxs1 elektrik naqillərini oğurlayaraq ona satacağından əvvəlcədən məlumatlı olduğunu göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 9-cu bəndinə əsasən özgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməyibsə, cinayətin icraçısı tərəfindən törədilən əməl cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilə bilməz. Belə halda, CM-in 33.3cü maddəsinə müvafiq olaraq, cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməlidir; 11-ci bəndinə əsasən özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-in 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir; 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir; 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir; 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir; 21-ci bəndinə əsasən oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs “daxil olmaq” əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-in 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir; 22-ci bəndinə əsasən şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-in 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-in 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011ci il tarixli Qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarında qeyd edilir ki, bir iştirakçının hərəkətinin icraçının hərəkəti üçün şərait yaratdığı hal təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq) hərəkətlərini ehtiva edir və heç bir halda birgə icraçılıq kimi tövsif edilə bilməz. Məsələn, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-in 32.5-ci maddəsinə müvafiq olaraq köməkçi formada iştirakçı kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in göstərilən maddəsinin təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələbi adıçəkilən cinayət iştirakçılarının birləşməsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini təşkil etməməsindən və onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Yəni təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Bu səbəbdən CM-in 33.1-ci maddəsində iştirakçıların məsuliyyətinin onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilməsi öz əksini tapmışdır. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumu qərara gəlmişdir ki: - CM-in 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz; - CM-in 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. CM-in: 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar; 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır; 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər; 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri CM-in 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs2 əməlləri CM-in 32.5,177.2.2 və 32.5,177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 əməli isə CM-in 32.5,177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - törətdiyi əməli etiraf edib peşman olmasını; - zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə vurulmuş zərəri ödəməsini və zərərçəkmiş hüquqi şəxsin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmamasını; - himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: “Elektron məhkəmə” informasiya sitemindən çıxarış). - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Yevlax şəhər İHB-nin Xaldan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə vurulmuş zərəri ödəməsini və zərərçəkmiş hüquqi şəxsin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmamasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Bərdə rayonu üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə); - müharibə veteranı olmasını, təltiflərini (əsas: iş materiallarında olan İ-4273 nömrəli, İ- 6446 nömrəli, İ-23712 nömrəli, xx.xx.2024-cü il tarixli, 153375 nömrəli vəsiqələrin surətləri). İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi göstərilsə də, CM-in 18-ci maddəsinin tələbləri baxımından bu yolverilməzdir. Belə ki, Təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin və Tərtər Rayon Məhkəməsinin müvafiq hökmləri ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Yəni Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı həmin hal nəzərə alınmır. Həmçinin Təqsirləndirilən şəxs2 hazırki əməllərini barəsində Tərtər Rayon Məhkəməsinin hökmü çıxarılmazdan əvvəl törətmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 hərbi xidmət əleyhinə və oğurluq cinayətləri törətməyə görə məhkum olunmuş və onun məhkumluğu ödənilmişdir. Daha sonra ona Bərdə Rayon Məhkəməsinin və Tərtər Rayon Məhkəməsinin müvafiq hökmləri ilə dələduzluq və oğurluq cinayətlərinə görə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir və hazırda həmin cəzanı çəkir. Həmçinin Təqsirləndirilən şəxs2 tərəfindən hazırki cinayət əməlləri törədilmişdir. Məhkəmə göstərilənləri Təqsirləndirilən şəxs2 şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır və hesab edir ki, bu hallar Təqsirləndirilən şəxs2 cinayət törətməyə meylli şəxs kimi xarakterizə olunmasına əsas verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 CM-in 32.5,177.2.2 və 32.5,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-45/2024 nömrəli hökmü ilə CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq qəti olaraq ona 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Daha sonra Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(061)-6/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-in 32.5,177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yeni hökmlə təyin ediliş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-45/2024 nömrəli hökmü ilə CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 4 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 1 gün (20-21 iyul 2023-cü il), şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün (26-28 iyul 2024-cü il), 28 iyul 2024-cü il tarixdən 27 avqust 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş müddət hökm çıxarılan günə, yəni 14 yanvar 2025-ci il tarixə olan 5 ay 20 gün CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmış və qəti olaraq ona 3 il 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2024-cü il tarixdən çəkməyə başlamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 hazırki iş üzrə cinayət əməlini Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(061)-6/2025 nömrəli hökmündən əvvəl törətmişdir. CM-in: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə CM-in 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 hazırda baxılan iş üzrə törətmiş olduğu cinayət əməlini Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 1(061)-6/2025 nömrəli hökmündən əvvəl törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-in 66.5-ci maddəsinə əsasən Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(061)-6/2025 nömrəli hökmü ilə ona təyin olunmuş 4 il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, həmin cəza hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanılma yolu ilə ona cəza təyin olunmalıdır. Bundan başqa Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(061)-6/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş olan 9 (doqquz) ay 4 (dörd) günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 4 (dörd) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 1 gün (20-21 iyul 2023-cü il) Bərdə RPŞ-də saxlanılmış, 2 gün (26-28 iyul 2024-cü il) şübhəli şəxs qismində tutulmuş, onun barəsində 28 iyul 2024-cü il tarixdən 14 yanvar 2025-ci il tarixədək barəsində həbs və ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən həmin müddət, yəni 5 ay 20 gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmaqla qəti cəza müəyyən edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 07 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 32.5,177.2.2 və 32.5,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(061)-6/2025 nömrəli hökmü ilə ona təyin olunmuş 4 il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, həmin cəza hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanılmalı, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(061)-6/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş olan 9 (doqquz) ay 4 (dörd) günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 4 (dörd) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmalı, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbs və ev dustaqlığında olduğu 5 ay 20 gün müddət (1 gün (20-21 iyul 2023-cü il) Bərdə RPŞ-də saxlanılması, 2 gün (26-28 iyul 2024-cü il) şübhəli şəxs qismində tutulması, 28 iyul 2024-cü il tarixdən 14 yanvar 2025-ci il tarixədək barəsində həbs və ev dustaqlığı qətimkan tədbiri seçilməsi) həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmaqla qəti cəza müəyyən olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 07 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - əməlindən peşman olmasını; - zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə vurulmuş zərəri ödəməsini və zərərçəkmiş hüquqi şəxsin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmamasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bərdə RİHB-nin Mirzəxan-Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə); - himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını (“Elektron məhkəmə” informasiya sitemindən çıxarış, Bərdə RİHB-nin Mirzəxan-Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 252 nömrəli arayış). İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 32.5,177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 CM-in 32.5,177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs2 CM-in 32.5,177.2.2 və 32.5,177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs3 CM-in 32.5,177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar edilən bir topunun üzərindən müəyyən qədər istifadə edilmiş, ümumilikdə 4 ədəd 100 metrlik top şəklində yığılmış, izolyasiya edilmiş, üzərində “Prysmian Kablo 3x4 mm2” yazıları olan, en kəsiyinin ölçüsü 12 mm və içərisində hər biri izolyasiya edilmiş 3 jilalı 3x4 ölçüdə elektrik naqilləri, "xxxx" MMC-nin istifadəsində olan Xocalı rayonu, Əsgəran qəsəbəsi ərazisində yerləşən qapının üzərində olmuş və Təqsirləndirilən şəxs1 tərəfindən sındırılmış sarı rəngli metal qıfılın qanuni sahibi "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. Məhkəmə, həmçinin müdafiəçilər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə vəkillər Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatı üçün cəmi 132 (yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Ağdaş rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.2 və 32.5,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(061)-6/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(061)-6/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş olan 9 (doqquz) ay 4 (dörd) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 4 (dörd) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq ona təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablansın və Təqsirləndirilən şəxs2 2 (iki) il 7 (yeddi) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbs və ev dustaqlığında olduğu 5 ay 20 gün müddət (1 gün (20-21 iyul 2023-cü il) Bərdə RPŞ-də saxlanılması, 2 gün (26-28 iyul 2024-cü il) şübhəli şəxs qismində tutulması, 28 iyul 2024-cü il tarixdən 14 yanvar 2025-ci il tarixədək barəsində həbs və ev dustaqlığı qətimkan tədbiri seçilməsi) həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin edilmiş 2 (iki) il 7 (yeddi) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs2 2 (iki) il 1 (bir) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 07 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bərdə rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar edilən bir topunun üzərindən müəyyən qədər istifadə edilmiş, ümumilikdə 4 ədəd 100 metrlik top şəklində yığılmış, izolyasiya edilmiş, üzərində “Prysmian Kablo 3x4 mm2” yazıları olan, en kəsiyinin ölçüsü 12 mm və içərisində hər biri izolyasiya edilmiş 3 jilalı 3x4 ölçüdə elektrik naqillərinin, "xxxx" MMC-nin istifadəsində olan Xocalı rayonu, Əsgəran qəsəbəsi ərazisində yerləşən qapının üzərində olmuş və Təqsirləndirilən şəxs1 tərəfindən sındırılmış sarı rəngli metal qıfılın qanuni sahibi "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatı üçün cəmi 132 (yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatı üçün cəmi 132 (yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatı üçün cəmi 132 (yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(070)-5/2025
Xocalı Rayon Məhkəməsi Hökm — İş №1(070)-5/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver