Məhkəmə qərarları › İş №1(070)-6/2025

Xocalı Rayon Məhkəməsi Hökm — İş №1(070)-6/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu Meşəli İş № 1(070)-6/2025 07.07.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 Saday oğlunun və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonunun Qarğabazar kəndində qeydiyyatda olan, Beyləqan rayonunun Birinci Şahsevən kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Saday oğlunun və xx.xx.2000-ci il tarixdə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonunun Birinci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Saday oğlu qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin xeyli miqdarda əmlakını gizli talayaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 2024-cü ilin oktyabr ayından dekabr ayının sonunadək olan müddət ərzində istintaqa məlum olmayan günlərdə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə qorunub saxlanması və idarə edilməsi üçün həvalə edilmiş Xocalı rayonunun Qızıloba kəndi ərazisində yerləşən adsız küçələrin birindən diametri 75 mm ölçüdə, 240 metr uzunluqda 1440 (bir min dörd yüz qırx) manat dəyərində metal borunu, rayonun Qarabulaq kəndi ərazisindən diametri 18 sm ölçüdə, 21 (iyirmi bir) metr uzunluqda 294 (iki yüz doxsan dörd) manat dəyərində metal boruşəkilli işıq dirəklərini, diametri 15 sm ölçüdə, 70 (yetmiş) metr uzunluqda 840 (səkkiz yüz qırx) manat dəyərində metal boruşəkilli işıq dirəklərini, diametri 12 sm ölçüdə, 35 (otuz beş) metr uzunluqda 332,5 (üç yüz otuz iki manat, 50 qəpik) manat dəyərində metal boruşəkilli işıq dirəklərini, diametri 10 sm ölçüdə, 56 (əlli altı) metr uzunluqda 448 (dörd yüz qırx səkkiz) manat dəyərində metal boruşəkilli işıq dirəklərini və həmin rayonun Dağyurd kəndi ərazisində yerləşən adsız küçələrin birindən diametri 100 mm ölçüdə, 240 metr uzunluqda 1920 (bir min doqquz yüz iyirmi) manat dəyərində metal boruları, 5 (beş) cüt 2x5 metr ölçüdə, cəmi 500 (beş yüz) manat dəyərində olan metal darvazaları qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə gətirdikləri qaz və oksigenlə işləyən dəmir kəsən aparat vasitəsilə sonuncu ilə birlikdə kəsərək, darvazaları isə çərçivələrdən çıxarmaqla götürüb etibarnamə olmadan idarə etdiyi “Mercedes Ateko” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığıb aparmaqla, ümumilikdə xeyli miqdarda, yəni 5774,5 (beş min yeddi yüz yetmiş dörd manat əlli qəpik) manat dəyərində qeyd olunan əşyaları qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində gizli talayıb, zərərçəkmiş hüquqi şəxs “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin xeyli miqdarda əmlakını gizli talayaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 2024-cü ilin oktyabr ayından dekabr ayının sonunadək olan müddət ərzində istintaqa məlum olmayan günlərdə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə qorunub saxlanması və idarə edilməsi üçün həvalə edilmiş Xocalı rayonunun Qızıloba kəndi ərazisində yerləşən adsız küçələrin birindən diametri 75 mm ölçüdə, 240 metr uzunluqda 1440 (bir min dörd yüz qırx) manat dəyərində metal borunu, rayonun Qarabulaq kəndi ərazisindən diametri 18 sm ölçüdə, 21 (iyirmi bir) metr uzunluqda 294 (iki yüz doxsan dörd) manat dəyərində metal boruşəkilli işıq dirəklərini, diametri 15 sm ölçüdə, 70 (yetmiş) metr uzunluqda 840 (səkkiz yüz qırx) manat dəyərində metal boruşəkilli işıq dirəklərini, diametri 12 sm ölçüdə, 35 (otuz beş) metr uzunluqda 332,5 (üç yüz otuz iki manat, 50 qəpik) manat dəyərində metal boruşəkilli işıq dirəklərini, diametri 10 sm ölçüdə, 56 (əlli altı) metr uzunluqda 448 (dörd yüz qırx səkkiz) manat dəyərində metal boruşəkilli işıq dirəklərini və həmin rayonun Dağyurd kəndi ərazisində yerləşən adsız küçələrin birindən diametri 100 mm ölçüdə, 240 metr uzunluqda 1920 (bir min doqquz yüz iyirmi) manat dəyərində metal boruları, 5 (beş) cüt 2x5 metr ölçüdə, cəmi 500 (beş yüz) manat dəyərində olan metal darvazaları qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə gətirdikləri qaz və oksigenlə işləyən dəmir kəsən aparat vasitəsilə sonuncu ilə birlikdə kəsərək, darvazaları isə çərçivələrdən çıxarmaqla götürüb Təqsirləndirilən şəxs1 etibarnamə olmadan idarə etdiyi “Mercedes Ateko” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığıb aparmaqla, ümumilikdə xeyli miqdarda, yəni 5774,5 (beş min yeddi yüz yetmiş dörd manat, əlli qəpik) manat dəyərində qeyd olunan əşyaları qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində gizli talayıb, zərərçəkmiş hüquqi şəxs “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Saday oğlu irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Beyləqan rayonunun Birinci Şahsevən kəndində yaşayır. Yaşadığı kənd və ətraf kəndlərin ərazisində qara metal alaraq satıb pul qazanmaqla məşğul olur. Bəzən aldığı qara metalların həcmi çox olduğundan həmkəndlisi Şahid2 məxsus “Mercedes” markalı avtomobili xahiş edib götürüb istifadə etmişdir. Təxminən 2024-cü ilin əvvəllərində yaşadığı rayon ərazisində qara metal hissələri tükəndiyindən metal qəbulunu dayandırmışdır. 2024-cü ilin təxminən oktyabr ayında özünə məxsus “NİVA” markalı minik avtomobili ilə gəzmək üçün Şuşa şəhərinə gələn zaman Xocalı rayonunun işğaldan azad edilmiş kəndlərinin ərazisindən keçərkən kənd ərazisində çoxlu sayda metal hissələrinin olmasını görmüş və həmin metal hissələrini oğurlayaraq satıb pul əldə etmək niyyəti yaranmışdır. Hətta geri qayıdan zaman gizli şəkildə həmin kəndlərin ərazisinə daxil olaraq kənd ərazisinə gələn alternativ yolları da müəyyən etmişdir. Daha sonra bu barədə həmkəndlisi Təqsirləndirilən şəxs2 məlumat vermiş və sonuncu ilə birlikdə gizli şəkildə həmin kənd ərazilərinə gələrək metal kütlələri oğurlamaq üçün razılaşmışdır. Razılığa əsasən Təqsirləndirilən şəxs2 ilə “NİVA” markalı minik avtomobili ilə gələrək metallara baxmışdır. Həmin metal hissələrini oğurlayıb satacaqları təqdirdə əldə edəcəkləri gəliri aralarında yarıyarıya bölmək üçün razılaşmışlar. 2024-cü ilin təxminən oktyabr ayının sonunda, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Şahid2 məxsus “Mercedes” markalı, **- LM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xocalı rayonunun Dağyurd, Qızıloba və adını sonradan bildiyi Qarabulaq kəndinə gəlmişlər. Qeyd olunan ərazilərə gələn zaman Təqsirləndirilən şəxs2 ona məxsus “NİVA” markalı minik avtomobili, o isə Şahid2 məxsus “Mercedes” markalı yük avtomobilini idarə etmişdir. Onlar kənd ərazisinə daxil olub əvvəlcədən gəldikləri razılığa əsasən orada olan metal qaz borularını və metal boruşəkilli işıq dirəklərini qaz və oksigenlə işləyən səyyar kəsim avadanlığı vasitəsilə avtomobilə yerləşəcək ölçüdə kəsərək “Mercedes” markalı yük avtomobili ilə yaşadığı Beyləqan rayonuna aparmışlar. Sonuncu dəfə təxminən dekabr ayının sonlarında yenə eyni qaydada Təqsirləndirilən şəxs2 ilə gizli şəkildə alternativ yollardan istifadə edərək həmin yük avtomobili ilə Xocalı rayonunun Dağyurd ərazisinə daxil olaraq kənd ərazisindən birlikdə 240 metr uzunluğunda, sarı rəngli boya ilə boyanmış, 10 sm diametrli qaz borusunu və 5 ədəd həyətin metal darvazaların cüt qapılarını oğurlayaraq qaz borularını yük avtomobilinə yerləşəcək ölçüdə kəsərək avtomobilin yük yerinə yığmışlar. Bu üsul və qayda ilə onlar ümumilikdə təxminən 4-5 dəfə qeyd olunan kəndlərin ərazilərinə daxil olaraq bu kimi oğurluqlar edib gizli şəkildə alternativ yollardan istifadə edərək Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisinə apararaq Şahid1 məxsus metal qəbulu müəssəsinə satıb, əvvəlcədən razılaşdıqları qayadada əldə etdiyi pulu Təqsirləndirilən şəxs2 ilə aralarında bölmüşlər. Son olaraq Təqsirləndirilən şəxs1 Saday oğlu əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2024-cü ilin təxminən oktyabr ayının sonlarında xatırlamadığı tarixdə yaşadığı kənddə Təqsirləndirilən şəxs1la söhbət edən zaman sonuncu Şuşa şəhərinə gedən zaman yolda olan kəndlərdə xeyli metal hissələri olmasını deyərək birlikdə həmin kəndlərə gedib oradan metal hissələri oğurlayaraq gətirib satmağı və gəliri yarıya bölməyi təklif etmiş, Cehunun təklifi ilə razılaşmışdır. Razılığa görə həmin vaxtdan təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs1la birlikdə sonuncuya məxsus “NİVA” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə gəzmək üçün Şuşa şəhərinə gedən zaman Xocalı rayonunun işğaldan azad edilmiş kəndlərinin ərazisindən keçərkən kənd ərazisində çoxlu sayda metal hissələri olmasını görmüş və həmin metallardan bir hissəsini oğurlayıb sataraq gəlir əldə etmək niyyətini bir daha dəqiqləşdirmişdir. 2024-cü ilin təxminən oktyabr ayında Təqsirləndirilən şəxs1 ilə birlikdə “Mercedes” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xocalı rayonunun Dağyurd, Qızıloba və Dağyurd kəndinə gəlmişdir. Təqsirləndirilən şəxs1 qeyd etdiyi yük avtomobilini, o isə sonuncuya məxsus “NİVA” markalı avtomobili idarə etmişdir. Həmin yük avtomobili həmkəndlisi Şahid2 məxsus olmuş və sonuncudan həmin avtomobili alan zaman ona işğaldan azad edilmiş yerlərə gedəcəyini bildirməmişdir. Kənd ərazisinə daxil olub əvvəlcədən gəldikləri razılığa əsasən orada olan metal qaz borularını və metal boruşəkilli işıq dirəklərini qaz və oksigenlə işləyən səyyar kəsim avadanlığı vasitəsilə avtomobilə yerləşəcək ölçüdə kəsərək oğurlayıb “Mercedes” markalı yük avtomobili ilə yaşadığı Beyləqan rayonuna aparmışlar. Sonuncu dəfə təxminən dekabr ayının sonlarında yenə eyni qaydada Təqsirləndirilən şəxs1 ilə gizli şəkildə alternativ yollardan istifadə edərək, həmin yük avtomobili ilə Xocalı rayonun Dağyurd kəndi ərazisinə daxil olaraq kənd ərazisindən 240 metr uzunluğunda, sarı rəngli boya ilə boyanmış, 10 sm diametrli qaz borusunu və 3 ədəd həyətin metal darvaza qapılarını, eləcə də həmin həyətlərin birinin qarşısından 2 cüt darvazanın qapılarını oğurlayaraq, qaz borularını yük avtomobilinə yerləşəcək ölçüdə kəsərək avtomobilin yük yerinə yığmışlar. Bu üsul və qayda ilə onlar ümumilikdə təxminən 4-5 dəfə qeyd olunan kəndlərin ərazilərinə daxil olaraq bu kimi oğurluqlar edib gizli şəkildə alternativ yollardan istifadə edərək Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisinə apararaq Şahid1 məxsus metal qəbulu müəssəsinə satıb əvvəlcədən razılaşdıqları qayadada əldə etdiyi pulu Təqsirləndirilən şəxs1la arasında bölmüşlər. Son olaraq Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı Xidmətin nümayəndəsi tərəfindən verilmiş ifadəni təsdiq etdiklərini bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin təqsirləndirilən şəxslərin müəssisəyə dəymiş ziyanı ödədiklərini, şikayətlərinin olmamasını, Təqsirləndirilən şəxs1 Saday oğlu və Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını bildirərək onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə Fərhad oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin mənzil fondunun idarə edilməsi və məskunlaşma departamentinin Xocalı rayon şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. İşlədiyi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi adları çəkilən şəhərə və rayonlara əhalinin qayıdışı ilə əlaqədar mövcud mənzil fondunun qorunması və saxlanılması, yeni çoxmənzilli bina və fərdi yaşayış evlərinin tikintisinin təşkili, habelə onların idarə edilməsi, eləcə də müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Xocalı RPŞ-nin İstintaq qrupundan daxil olmuş xx.xx.2025-ci il tarixli məktub və qərarla tanış olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2024-cü ilin oktyabr-dekabr ayları ərzində Xocalı rayonunun Qızıloba kəndi ərazisində yerləşən adsız küçələrin birindən diametri 75 mm ölçüdə, cəmi 240 metr uzunluqda olan metal boru, rayonun Qarabulaq kəndi ərazisindən 3 (üç) ədəd, diametri 18 sm ölçüdə, hər birinin uzunluğu 7 (yeddi) metr olan metal boruşəkilli işıq dirəkləri, 10 (on) ədəd, diametri 15 sm ölçüdə, hər birinin uzunluğu 7 (yeddi) metr olan metal boruşəkilli işıq dirəkləri, 5 (beş) ədəd, diametri 12 sm ölçüdə, hər birinin uzunluğu 7 (yeddi) metr olan metal boruşəkilli işıq dirəkləri, 8 (səkkiz) ədəd, diametri 10 sm ölçüdə, hər birinin uzunluğu 7 (yeddi) metr olan metal boruşəkilli işıq dirəkləri və həmin rayonun Dağyurd kəndi ərazisində yerləşən adsız küçələrin birindən diametri 100 mm ölçüdə, cəmi 240 metr uzunluqda olan metal borular və 5 (beş) cüt 2x5 m ölçüdə olan metal darvazalar Xidmət tərəfindən qorunub saxlanılan əmlak fondlarının tərkibinə daxildir. Buna görə də həmin adları çəkilən metal əşyalarının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması nəticəsində Xidmətə maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Beyləqan rayonunun Birinci Şahsevən kəndində yaşayır və fərdi sahibkar kimi əlvan və qara metal qəbulu ilə məşğul olur. Müxtəlif səyyar əlvan və qara metal qəbulu ilə məşğul olan şəxslərdən həmin metal kütlələrini alaraq daha böyük metal qəbulu məntəqələrinə satır. Metal qəbulu məntəqəsi yaşadığı Birinci Şahsevən kəndi ərazisində yerləşir. Qəbul məntəqəsində yer olmadığı təqdirdə bəzən qəbul edilən metal hissələrini kənd ərazisində yerləşən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə yığmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmkəndliləridir və aralarında heç bir ədavət yoxdur. Təqsirləndirilən şəxs1 da kənd ərazisində və digər kəndlərdən idarə etdiyi “QAZ-2410” markalı avtomobillə səyyar şəkildə qara metal alğı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 təxminən 2024-cü ilin əvvəllərindən qara metal satmamış, təxminən 2024-cü ilin okyabr ayının sonlarından başlayaraq qara dəmir metal kütlələri gətirib satmağa başlamışdır. Həmin vaxtdan 2024-cü ilin dekabr ayının sonunadək təxminən 4-5 dəfə Təqsirləndirilən şəxs1 və onunla birlikdə gələn Təqsirləndirilən şəxs2 metal almışdır. Sonuncu dəfə təxminən dekabr ayının sonunda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sarı rəngli boya ilə boyanmış dəmir borular, eləcə də əlavə metal darvazalar da gətirmişlər. Həmin boruları və gətirdikləri metal hissələrini hardan əldə etmələrini soruşduqda, onlar Beyləqan rayonu ərazisindən müxtəlif şəxslərdən almalarını, xüsusən də sarı rəngli metal boruları Beyləqan rayonunun kəndlərindən bir neçəsinə yeni qaz xətti çəkilməsi ilə əlaqədar köhnə xətlərin satılmasını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2024-cü ilin oktyabr-dekabr ayları ərzində satdığı müxtəlif ölçülü metal borular, boru şəkilli işıq dirəkləri və metal darvazalar yaşadığı Birinci Şahsevən kəndində fərdi yaşayış evinin həyətində olmuş və razılığı ilə baxış keçirilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2024-cü ilin təxminən oktyabr-dekabr ayları ərzində aldığı metal hissələrinin hamısı onun həyətyanı sahəsindən aşkar edilənlər olmuş və alınan metallardan heç bir satış həyata keçirilməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, özünə məxsus “Mercedes” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. Həmin yük avtomobilini tanışlarına ehtiyac olduğu təqdirdə idarə etmək üçün vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onunla eyni kənddə yaşayır və aralarında heç bir ədavət yoxdur. Bir neçə dəfə, xüsusilə 2024-cü ilin oktyabr-dekabr ayları ərzində təxminən 4-5 dəfə avtomobilini Təqsirləndirilən şəxs1 idarə etmək üçün vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona məxsus yük avtomobili ilə 2024-cü ilin oktyabr-dekabr ayları ərzində Xocalı rayonunun Dağyurd, Qarabulaq və Qızıloba kəndlərindən oğurluq etmələrindən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: BD seriyalı, 541303 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21213” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 mülkiyyətindədir; xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamənin surətindən görünür ki, “VAZ 21213” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixədək idarə etməyi və s. Təqsirləndirilən şəxs1 Saday oğluna etibar etmişdir; AC seriyalı, 750125 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 814” yük markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X6 mülkiyyətindədir; “Baxış keçirilməsi haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X2 RPŞ-nin CAB-ın rəisi X11, NH-nin sürücüsü X8, Təqsirləndirilən şəxs2 və hal şahidlərinin iştirakı ilə Xocalı rayonunun Qızıloba kəndi ərazisində yerləşən küçələrdən birinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Xocalı rayonunun Qızıloba kəndinin daxili küçələrindən biridir. Təqsirləndirilən şəxs2 qeyd olunan ərazini təqdim edərək kənd ərazisindən ümumilikdə uzunluğu 196 metr, diametri 7,5 mm olan qaz borusu, eləcə də qeyd olunan qaz borusunun asılmasında istifadə olunan 2 metr uzunluğunda 22 ədəd ağ-sarı rəngli dirəkləri kəsib toplayaraq oğurlamalarını bildirmişdir. Təqsirləndirilən şəxs2 Xocalı rayonunun Qızıloba kəndindən qeyd olunan əşyaları 17 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə kənd ərazisinə daxil olaraq oğurlayıb “Mercedes Ateko” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşıyaraq kənd ərazisindən çıxarmalarını bildirmişdir. Fotoşəkillər çəkilərək fotocədvəl şəkilndə protokola əlavə olunmuşdur; “Baxış keçirilməsi haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X2 RPŞ-nin CAB-ın rəisi X11, NH-nin sürücüsü X8, Təqsirləndirilən şəxs1 Saday oğlunun və hal şahidlərinin iştirakı ilə Xocalı rayonunun Qızıloba kəndi ərazisində yerləşən küçələrdən birinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Xocalı rayonunun Qızıloba kəndinin daxili küçələrindən biridir. Təqsirləndirilən şəxs1 qeyd olunan ərazini təqdim edərək kənd ərazisindən ümumilikdə uzunluğu 196 metr, diametri 7,5 mm olan qaz borusu, eləcə də qeyd olunan qaz borusunun asılmasında istifadə olunan 2 metr uzunluğunda 22 ədəd ağ-sarı rəngli dirəklərini kəsib toplayaraq oğurlamalarını bildirilmişdir. Təqsirləndirilən şəxs1 Xocalı rayonu Qızıloba kəndindən qeyd olunan əşyaları 17 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə kənd ərazisinə daxil olaraq oğurlayıb “Mercedes Ateko” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşıyaraq kənd ərazisindən çıxarmalarını bildirmişdir. Fotoşəkillər çəkilərək cədvəl şəklində protokola əlavə olunmuşdur; “Baxış keçirilməsi haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X2 RPŞ-nin CAB-ın rəisi X11, NH-nin sürücüsü X8, Təqsirləndirilən şəxs2 və hal şahidlərinin iştirakı ilə dəmir boruların kəsilərək oğurlanması ilə bağlı Xocalı rayonunun Qarabulaq kəndi ərazisinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Xocalı rayonunun Qarabulaq kəndi ərazisindən keçən avtomobil yolunun sağ tərəfində yerləşən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kəsərək oğurladığı boruşəkilli dirəklərin torpaqda qalan hissəsinin yerləşdiyi ərazidir. Təqsirləndirilən şəxs2 kəsərək oğurladığı işıq dirəklərinin torpaqda qalan hissəsini təqdim edərək ümumilikdə kənd ərazisindən keçən yolun kənarlarından hər birinin uzunluğu 7 metr olan 3 ədəd 20 sm diametrli, 1 ədəd 18 sm diametrli, 10 ədəd 15 sm diametrli, 5 ədəd 12 sm diametrli, 8 ədəd 10 sm diametrli olmaqla, ümumilikdə 27 ədəd boruşəkilli işıq dirəklərini qaynaq aparatı ilə kəsərək oğurlamarını bildirmişdir. Baxış zamanı qeyd olunan ölçülərdə olan boruşəkilli dirəklərin torpaqda qalan hissələrinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; “Baxış keçirilməsi haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X2 RPŞ-nin CAB-ın rəisi X11, NH-nin sürücüsü X8, Təqsirləndirilən şəxs1 Saday oğlunun və hal şahidlərinin iştirakı ilə dəmir boruların kəsilərək oğurlanması ilə bağlı Xocalı rayonunun Qarabulaq kəndi ərazisinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Xocalı rayonunun Qarabulaq kəndi ərazisindən keçən avtomobil yolunun sağ tərəfində yerləşən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kəsərək oğurladığı boruşəkilli dirəklərin torpaqda qalan hissəsinin yerləşdiyi ərazidir. Təqsirləndirilən şəxs1 kəsərək oğurladığı işıq dirəklərinin torpaqda qalan hissəsini təqdim edərək ümumilikdə kənd ərazisindən keçən yolun kənarlarından hər birinin uzunluğu 7 metr olan 3 ədəd 20 sm diametrli, 1 ədəd 18 sm diametrli, 10 ədəd 15 sm diametrli, 5 ədəd 12 sm diametrli, 8 ədəd 10 sm diametrli olmaqla, ümumilikdə 27 ədəd boruşəkilli işıq dirəklərini qaynaq aparatı ilə kəsərək oğurlamarını bildirmişdir. Baxış zamanı qeyd olunan ölçülərdə olan boruşəkilli dirəklərin torpaqda qalan hissələrinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; “Baxış keçirilməsi haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X2 RPŞ-nin CAB-ın rəisi X11, NH-nin sürücüsü X8, Təqsirləndirilən şəxs2 və hal şahidlərinin iştirakı ilə dəmir boruların kəsilərək oğurlanması ilə bağlı Xocalı rayonunun Dağyurd kəndində yerləşən giriş darvazası götürülmüş fərdi yaşayış evlərinə və qaz borularının kəsilərək oğurlandığı yerə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Xocalı rayonunun Dağyurd kəndində yerləşən, həyətinin giriş darvazası sökülərək oğurlanmış fərdi yaşayış evləri və həmin kənd ərazisində qaz borularının kəsilərək oğurlandığı küçədir. Təqsirləndirilən şəxs2 qeyd olunan kənd ərazisində yerləşən 3 ədəd ayrıayrı fərdi yaşayış evini təqdim edərək həmin evlərin həyətlərinin giriş darvazalarını, eləcə də həmin küçələrin birində divara söykənmiş vəziyyətdə olan iki cüt darvazanı oğurlayıb aparmalarını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdimatı ilə kənd ərazisində yerləşən küçələrin birinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin küçədən 198 metr uzunluqda qaz borularının və həmin qaz borusunun olduğu 21 ədəd 100 mm diametrli, hər biri 2 m uzunluğunda boz rəngli dəmir metal boruşəkilli dirəkləri kəsərək toplayıb oğurlamalarını bildirmişdir. Fotoşəkillər çəkilərək cədvəl şəklində protokola əlavə olunmuşdur; “Baxış keçirilməsi haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X2 RPŞ-nin CAB-ın rəisi X11, NH-nin sürücüsü X8, Təqsirləndirilən şəxs1 və hal şahidlərinin iştirakı ilə dəmir boruların kəsilərək oğurlanması ilə bağlı Xocalı rayonunun Dağyurd kəndində yerləşən giriş darvazası götürülmüş fərdi yaşayış evlərinə və qaz borularının kəsilərək oğurlandığı yerə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Xocalı rayonunun Dağyurd kəndində yerləşən, həyətinin giriş darvazası sökülərək oğurlanmış fərdi yaşayış evləri və həmin kənd ərazisində qaz borularının kəsilərək oğurlandığı küçədir. Təqsirləndirilən şəxs1 qeyd olunan kənd ərazisində yerləşən 3 ədəd ayrıayrı fərdi yaşayış evini təqdim edərək həmin evlərin həyətlərinin giriş darvazalarını, eləcə də həmin küçələrin birində divara söykənmiş vəziyyətdə olan iki cüt darvazanı oğurlayıb aparmalarını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdimatı ilə kənd ərazisində yerləşən küçələrin birinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin küçədən 198 metr uzunluqda qaz borularının və həmin qaz borusunun olduğu 21 ədəd 100 mm diametrli, hər biri 2 m uzunluğunda boz rəngli dəmir metal boruşəkilli dirəkləri kəsərək toplayıb oğurlamalarını bildirmişdir. Fotoşəkillər çəkilərək cədvəl şəklində protokola əlavə olunmuşdur; “Baxış keçirilməsi haqqında” 12 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X2 RPŞ-nin CAB-ın rəisi X11, CAB-ın baş əməliyyat müvəkkili X4, Şahid1 X9 və hal şahidlərinin iştirakı ilə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yerləşən və Şahid1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsidir. Sahənin girişi yaşayış evinin giriş hissəsindən sağ arxa tərəfdə yerləşir. Həyətyanı sahənin giriş hissəsində yaşıl rəngli metal, ikitaylı darvaza vardır. Şahid1 həyətyanı sahəni təqdim edərək qohumu Habil Ağayevlə birlikdə işlətdikləri müəssisənin həyətində yer qalmadığından müəssisəyə gətirilən metal hissələrinin oraya yığılmasını bildirmişdir. Həyətin giriş hissəsində sol tərəfdə hündürlüyü 2 metr, eni 5 metr, uzunluğu 10 metr üzəri şiferlə örtülmüş çardaq vardır. Həyətin orta hissəsində giriş darvazası ilə birlikdə üzbəüz üst-üstə yığılmış halda sarı rəngli, uzunluqları təxminən 2, 4 və 5 metr ölçülərdə olan metal qaz boruları, hər birinin uzunluğu 7 metr olan 2 ədəd diametri 20 sm-lik, 1 ədəd diametri 18 sm-lik, 5 ədəd diametri 15 sm-lik və 2 ədəd diametri 10 sm-lik boruşəkilli işıq dirəkləri aşkar edilmişdir. Həmin metal kütləsindən sağ tərəfdə eyni qaydada üst-üstə yığılmış ağ-sarı rəngli 75 mm diametrli metal qaz boruları, alt hissəsində 5 cüt müxtəlif ölçülü metal darvazalar vardır. Həmin kütlənin yanında isə hər birinin uzunluğu 7 metr olan, 1 ədəd diametri 20 sm-lik, 5 ədəd diametri 15 sm-lik, 5 ədəd diametri 12 sm-lik, 6 ədəd diametri 10 sm-lik işıq dirəkləri vardır. Həmin işıq dirəkləri daşınacağı avtomobilə yerləşməsi üçün ortadan iki hissəyə bölünmüşdür. Qeyd olunan qaz boruları və dirəklərinin əksəriyyətinin uc hissəsində qaynaqla kəsmə avadanlığının ərimə izləri mövcuddur. Eyni zamanda işıq dirəklərinin bəzilərinin uc hissəsində tünd qəhvəyi rəngli, şüşə (çini) materialdan olan izolyatorlar vardır. Şahid1 aşkar olunan metal hissələrinin 2024-cü ilin noyabr-dekabr aylarında 4-5 dəfə olmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən onlara məxsus metal qəbulu müəssəsinə satılmasını bildirmişdir. Aşkar olunan 240 metr, 10 sm diametrli sarı rəngli, metal boru, 240 metr, 7,5 sm diametrli ağ-sarı rəngli müxtəlif hissələrə bölünmüş metal boru və 5 cüt hər qapısı 2x2, 5 metr ölçüdə olan metal darvaza qapıları müvafiq qaydada götürülmüşdür. Fotoşəkillər çəkilərək cədvəl şəklində protokola əlavə olunmuşdur; "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 09 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin nəzdində olan satış bazarında 240 metr uzunluqda 75 mm-lik metal qaz borusunun 1 metri 4 manat olmaqla 960 manat, 240 metr uzunluqda 100 mm-lik metal qaz borusunun 1 metri 5 manat olmaqla 1200 manat, 3 ədəd hər birinin uzunluğu 7 metr olan 20 sm diametrli boruşəkilli işıq dirəklərinin 1 metrinin qiyməti 10 manat olmaqla, ümumilikdə 210 manat, 1 ədəd uzunluğu 7 metr olan 18 sm diametrli boruşəkilli işıq dirəyinin 1 metri 10 manat olmaqla, ümumilikdə 70 manat, 10 ədəd hər birinin uzunluğu 7 metr olan 15 sm diametrli boruşəkilli işıq dirəklərinin 1 metri 8 manat olmaqla, ümumilikdə 560 manat, 5 ədəd hər birinin uzunluğu 7 metr olan 12 sm diametrli boruşəkilli işıq dirəklərinin 1 metrinin qiyməti 6 manat olmaqla, ümumilikdə 210 manat, 8 ədəd hər birinin uzunluğu 7 metr olan 10 sm diametrli boruşəkilli işıq dirəklərinin 1 metri 6 manat olmaqla, ümumilikdə 340 manat, 5 cüt metal darvazaların hər biri 250 manat olmaqla, ümumilikdə 1250 manat olmaqla, 2025-ci ilin yanvar ayı ərzində qeyd olunan metal hissələrinin orta bazar qiyməti ümumilikdə 4800 manat təşkil etmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Məhərrəmov X13 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunub; Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(064)-51/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Saday oğlu CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur; xx.xx.2021-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” Qərardan görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs1 Saday oğlu cəzadan azad edilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 17 fevral 2025-ci il tarixli, 18-1-29/2-267/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Saday oğlu “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nevropsixoloji, ruhi-əsəb və digər kabinetlərində dispanser qeydiyyatında yoxdur; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 17 fevral 2025-ci il tarixli, 18-1-29/2-266/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nevropsixoloji, ruhi-əsəb və digər kabinetlərində dispanser qeydiyyatında yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2025-ci il tarixli, 3/213 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 10 ədəd metal boru kəsikləri ümumi əlamətlərinə - forma, ölçü, rəng, quruluşuna və s. əsasən birbirilərinə uyğun gəlir. Lakin onların arasında vahid bölünmə xətti olmadığından metal boru kəsikləri əvvəllər vahid bütövlük təşkil edib-etməməsini dəqiq müəyyən etmək mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2025-ci il tarixli, 6/881 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 10 ədəd müxtəlif ölçülü, üzərlərində çox sayda karroziya izləri olan boru nümunələrinin metalı dəmir əsaslı (99%) ərintidən hazırlanmışdır. Borular kimyəvi tərkibinə görə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2025-ci il tarixli, 9/825 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən və fotoşəkilləri təqdim edilən 6 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq, təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə olduğu halda orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5274,5 manat müəyyən edilir. 5 cüt hər tayı 2x2,5 metr ölçüdə olan, istifadə olmuş metal darvaza qapılarının satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Borular kimyəvi tərkibinə görə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır; “Daşınar əmlakın qiymətləndirilməsi barədə” "xxxx" MMC-nin 06 may 2025-ci il tarixli, UNİ/M-10-227/225 nömrəli hesabatından görünür ki, əmlakın mövcud vəziyyəti, təyinatı, istifadə imkanları nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən siyahı üzrə təqdim edilən qurğuların oğurlanması nəticəsində “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə 5774,5 manat maddi ziyan dəymişdir. Xidməq haqqı 100 (yüz) manat təşkil edir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 23 may 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 Saday oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 23 may 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 23 may 2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 Saday oğlunun ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 23 may 2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 26 may 2025-ci il tarixli qərardan görünür ki, Şahid1 yaşadığı Beyləqan rayonunun Birinci Şahsevən kəndində yerləşən evin həyətindən aşkar edilən müxtəlif hissələrə bölünmüş ümumilikdə 240 metr uzunluqda 75 mm ölçüdə olan və ümumilikdə 240 metr uzunluqda 100 mm ölçüdə olan metal boru, 3 (üç) ədəd, diametri 18 sm ölçüdə , hər birinin uzunluğu 7 (yeddi) metr olan metal boruşəkilli işıq dirəkləri, 10 (on) ədəd, diametri 15 sm ölçüdə, hər birinin uzunluğu 7 (yeddi) metr olan metal boruçəkilli işıq dirəkləri, 5 (beş) ədəd, diametri 12 sm ölçüdə, hər birinin uzunluğu 7 (yeddi) metr olan metal boruşəkilli işıq dirəkləri, 8 (səkkiz) ədəd, diametri 10 sm ölçüdə, hər birinin uzunluğu 7 (yeddi) metr olan metal boruşəkilli uşıq dirəkləri və 5 (beş) ədəd 2x2,5 m ölçüdə metal darvazalar maddi sübut kimi tanınmış və Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Saday oğlu və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 11-ci bəndinə əsasən CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.4-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır; 27-ci bəndinə əsasən özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman CM-in 177.2.4, 180.2.5, 181.2.4-cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə, CM-in 177.3.2, 180.3.2, 181.3.2-ci maddələri ilə - “külli miqdarda” ziyan vurma əlaməti üzrə, CM-in 177.4, 180.4, 181.4-cü maddələri ilə - “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə və ya əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan dəyərdə və ya beş yüz min manatdan yuxarı dəyərdə olsun və qəsdin məhz xeyli və ya külli və ya xüsusilə külli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. CM-in 177.2.1 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Saday oğlu və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Saday oğluna cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə vurulmuş ziyanı ödəməsini və hüquqi şəxsin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmamasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Beyləqan rayon İHB-nin Birinci Şahsevən kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə); - himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan Beyləqan rayon İHB-nin Birinci Şahsevən kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 167 nömrəli arayış). İş üzrə Təqsirləndirilən şəxs1 Saday oğlunun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 Saday oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs1 Saday oğlunun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona CM-in 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Saday oğlunun üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Saday oğlu CMin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - ilk dəfə məhkum olunmasını; - zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə vurulmuş ziyanı ödəməsini və hüquqi şəxsin (nümayəndəsinin) ona qarşı şikayət və tələbinin olmamasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Beyləqan rayon İHB-nin Birinci Şahsevən kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Saday oğlu və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Şahid1 yaşadığı Beyləqan rayonunun Birinci Şahsevən kəndində yerləşən evin həyətindən aşkar edilən müxtəlif hissələrə bölünmüş ümumilikdə 240 metr uzunluqda 75 mm ölçüdə olan və ümumilikdə 240 metr uzunluqda 100 mm ölçüdə olan metal boru, 3 (üç) ədəd, diametri 18 sm ölçüdə , hər birinin uzunluğu 7 (yeddi) metr olan metal boruşəkilli işıq dirəkləri, 10 (on) ədəd, diametri 15 sm ölçüdə, hər birinin uzunluğu 7 (yeddi) metr olan metal boruçəkilli işıq dirəkləri, 5 (beş) ədəd, diametri 12 sm ölçüdə, hər birinin uzunluğu 7 (yeddi) metr olan metal boruşəkilli işıq dirəkləri, 8 (səkkiz) ədəd, diametri 10 sm ölçüdə, hər birinin uzunluğu 7 (yeddi) metr olan metal boruşəkilli uşıq dirəkləri və 5 (beş) ədəd 2x2,5 m ölçüdə metal darvazalar qanuni sahibi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 214 (iki yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Saday oğlu və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. İş üzrə 100 (yüz) manat xidmət haqqı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Saday oğlu və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) köçürülməlidir. Məhkəmə, həmçinin müdafiəçilər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə vəkillər Müdafiəçi2 və Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Beyləqan rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Beyləqan rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Şahid1 yaşadığı Beyləqan rayonunun Birinci Şahsevən kəndində yerləşən evin həyətindən aşkar edilən müxtəlif hissələrə bölünmüş ümumilikdə 240 metr uzunluqda 75 mm ölçüdə olan və ümumilikdə 240 metr uzunluqda 100 mm ölçüdə olan metal boru, 3 (üç) ədəd, diametri 18 sm ölçüdə , hər birinin uzunluğu 7 (yeddi) metr olan metal boruşəkilli işıq dirəkləri, 10 (on) ədəd, diametri 15 sm ölçüdə, hər birinin uzunluğu 7 (yeddi) metr olan metal boruçəkilli işıq dirəkləri, 5 (beş) ədəd, diametri 12 sm ölçüdə, hər birinin uzunluğu 7 (yeddi) metr olan metal boruşəkilli işıq dirəkləri, 8 (səkkiz) ədəd, diametri 10 sm ölçüdə, hər birinin uzunluğu 7 (yeddi) metr olan metal boruşəkilli uşıq dirəkləri və 5 (beş) ədəd 2x2,5 m ölçüdə metal darvazalar qanuni sahibi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 214 (iki yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə 100 (yüz) manat xidmət haqqı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar