Məhkəmə qərarları › İş №1(070)-7/2025

Xocalı Rayon Məhkəməsi Hökm — İş №1(070)-7/2025

25.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu Meşəli İş № 1(070)-7/2025 25.08.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Əhmədağalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1985-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Əhmədağalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 29,177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli talamaqla oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli talamaq, yəni oğurluq etmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2025-ci il tarixdə Ağdam rayonunun Təzəkənd kəndi ərazisində yerləşən polis postundan keçdikdən sonra alternativ yoldan istifadə etməklə “Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə qorunub saxlanması və idarə edilməsi üçün həvalə edilmiş Xocalı rayonunun Pircamal kəndi ərazisində yerləşən adsız küçələrdən birində olan 172x75 sm ölçüdə 90 (doxsan) manat dəyərində 1 ədəd plastik qapını, 195x82 sm ölçüdə 90 (doxsan) manat dəyərində 1 ədəd plastik qapını, 40 (qırx) manat dəyərində 1 ədəd “Sina” markalı unitazı, hər birisi 5 (beş) manat olmaqla, ümumi dəyəri 10 (on) manat olan yumşaq örtüklü 2 ədəd stulu, 30 manat dəyərində 1 ədəd dəmir qapanı, 10 manat dəyərində 1 ədəd “Sprayer” markalı dərman səpən aparatı qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə idarə etdiyi “UAZ” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığmış, həmin küçədə toplu və səpələnmiş halda olan diametri 100 mm ölçüdə olan 182 metr uzunluqda 1456 (bir min dörd yüz əlli altı) manat dəyərində metal borunu, diametri 80 mm olan 8 metr uzunluqda 56 (əlli altı) manat dəyərində metal borunu, diametri 75 mm ölçüdə olan 6 metr uzunluqda 36 (otuz altı) manat dəyərində metal borunu, diametri 70 mm ölçüdə olan 4 metr uzunluqda 22 (iyirmi iki) manat dəyərində metal borunu, diametri 60 mm ölçüdə olan 10 metr uzunluqda 50 (əlli) manat dəyərində metal borunu, diametri 50 mm ölçüdə olan 27 metr uzunluqda 108 (bir yüz səkkiz) manat dəyərində metal borunu, diametri 40 mm ölçüdə olan 56 metr uzunluqda 196 (bir yüz doxsan altı) manat dəyərində metal borunu, diametri 30 mm ölçüdə olan 8 metr uzunluqda 24 (iyirmi dörd) manat dəyərində metal borunu ərazidən gizli yolla aparılmasını təmin etmək məqsədilə idarə etdiyi avtomobilin yük yerinə sığması üçün qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə özünə məxsus ovuc daşlayıcı vasitəsilə müxtəlif hissələrə kəsib toplamaqla ümumilikdə 2218 (iki min iki yüz on səkkiz) manat dəyərində qeyd olunan əşyaları oğurlamaq niyyətlərini həyata keçirərkən əməlinin ərazidə xidmət aparan polis əməkdaşlarının aşkar etməsi səbəbindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli talamaqla oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli talamaq, yəni oğurluq etmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, xx.xx.2025-ci il tarixdə Ağdam rayonunun Təzəkənd kəndi ərazisində yerləşən polis postundan keçdikdən sonra alternativ yoldan istifadə etməklə “Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə qorunub saxlanması və idarə edilməsi üçün həvalə edilmiş Xocalı rayonunun Pircamal kəndi ərazisində yerləşən adsız küçələrdən birində olan 172x75 sm ölçüdə 90 (doxsan) manat dəyərində 1 ədəd plastik qapını, 195x82 sm ölçüdə 90 (doxsan) manat dəyərində 1 ədəd plastik qapını, 40 (qırx) manat dəyərində 1 ədəd “Sina” markalı unitazı, hər birisi 5 (beş) manat olmaqla, ümumi dəyəri 10 (on) manat olan yumşaq örtüklü 2 ədəd stulu, 30 manat dəyərində 1 ədəd dəmir qapanı, 10 manat dəyərində 1 ədəd “Sprayer” markalı dərman səpən aparatı qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la birlikdə sonuncunun idarə etdiyi “UAZ” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığmış, həmin küçədə toplu və səpələnmiş halda olan diametri 100 mm ölçüdə olan 182 metr uzunluqda 1456 (bir min dörd yüz əlli altı) manat dəyərində metal borunu, diametri 80 mm olan 8 metr uzunluqda 56 (əlli altı) manat dəyərində metal borunu, diametri 75 mm ölçüdə olan 6 metr uzunluqda 36 (otuz altı) manat dəyərində metal borunu, diametri 70 mm ölçüdə olan 4 metr uzunluqda 22 (iyirmi iki) manat dəyərində metal borunu, diametri 60 mm ölçüdə olan 10 metr uzunluqda 50 (əlli) manat dəyərində metal borunu, diametri 50 mm ölçüdə olan 27 metr uzunluqda 108 (bir yüz səkkiz) manat dəyərində metal borunu, diametri 40 mm ölçüdə olan 56 metr uzunluqda 196 (bir yüz doxsan altı) manat dəyərində metal borunu, diametri 30 mm ölçüdə olan 8 metr uzunluqda 24 (iyirmi dörd) manat dəyərində metal borunu ərazidən gizli yolla aparılmasını təmin etmək məqsədilə qeyd olunan avtomobilin yük yerinə sığması üçün qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncuya məxsus ovuc daşlayıcı vasitəsilə müxtəlif hissələrə kəsib toplamaqla ümumilikdə 2218 (iki min iki yüz on səkkiz) manat dəyərində qeyd olunan əşyaları oğurlamaq niyyətlərini həyata keçirərkən əməlinin ərazidə xidmət aparan polis əməkdaşlarının aşkar etməsi səbəbindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Ağdam RPŞ-də İTB-nin sahə polis nəfəri kimi xidmət etmişdir. Bu səbəbdən Xocalı rayonunun Naxçıvanlı və Pircamal kəndləri ərazisinə gedən yolları tanıyır. Lakin əvvəllər həmin kəndlərin ərazisinə gəlməmişdir. Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs2 tanışlarıdır. Mart ayının sonlarında İsgəndər və Abbasla görüşüb Ağdam və Xocalı rayonu ərazilərinə gəzmək məqsədilə getmək qərarına gəlmişlər. xx.xx.2025-ci il tarixdə saat təxminən 20:00 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Şahid1 yaşadığı evə gəlmişdir. Sonuncuya məxsus “UAZ” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağdam rayonunun Təzəkənd kəndində yerləşən polis postundan müvafiq icazə əsasında keçərək Ağdam rayonunun Abdal-Gülablı kəndinə, oradan isə Xocalı rayonunun Pircamal kəndinə gəlmişlər. “UAZ” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Şahid1 məxsus olsa da, onun adına rəsmiləşdirilmişdir. Yaxın münasibətləri olduğundan istənilən vaxt həmin avtomobili Şahid1 istəyə bilir. Həmin gün təxminən saat 21:00 radələrində Xocalı rayonunun Pircamal kəndinə çatıb İsgəndər və özü hər birisi ayrılıqda özləri üçün müəyyən əşyalar götürüb maşına yığmışlar. Təqsirləndirilən şəxs2 isə həmin vaxt sadəcə olaraq kənd ərazisində gəzmiş və heç bir əşya götürməmiş, onlara hər hansı köməklik etməmişdir. Həmin vaxt kənd ərazisində küçədə təxminən 100 metr uzunluqda, müxtəlif ölçülərdə üst-üstə toplanmış və səpələnmiş halda olan metal borular olmuşdur. Həmin boruları gördüyü zaman onların hamısını oğurlamaq niyyəti yaranmış və yaxın günlərdə hazırlıqlı şəkildə yenidən həmin kəndə gələrək boruları oğurlamaq qərarına gəlmişdir. Belə ki, həmin vaxt özü ilə həmin boruları kəsmək üçün heç bir alət və avadanlıq gətirməmişdir. Təxminən 1-2 saat sonra həmin kənd ərazisindən çıxaraq Ağdam rayonunun Çıraqlı kəndinə, oradan isə evlərinə getmişlər. Növbəti gün Şahid1lə görüşmüş və “UAZ” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin lazım olmasını bildirdikdən sonra sonuncu axşam gəlib avtomobili evlərindən götürə biləcəyini qeyd etmişdir. Şahid1lə görüşdükdən sonra həmkəndlisi Təqsirləndirilən şəxs2 zəng vurmuş və onunla yaşadıqları Ağdam rayonunun Əhmədağalı kəndində görüşmüşdür. Ona xx.xx.2025-ci il tarixdə Pircamal kəndində olarkən yerdə səpələnmiş halda təxminən 100 metr uzunluqda, müxtəlif ölçülərdə olan metal boruları gördüyünü, onları, eləcə də kənd ərazisindən müxtəlif əşyalar oğurlamaq üçün həmin kənd ərazisinə getmək istədiyini bildirərək gəlmək istəyib-istəmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs2 təklifini qəbul edərək onunla razılaşmışdır. Ona növbəti gün əlaqə saxlayacağını və birlikdə gedəcəklərini bildirmişdir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Şahid1lə əlaqə saxlamış və yaşadığı evə gedib “UAZ” markalı avtomobili götürmüşdür. Digər günlərdə də tez-tez həmin avtomobili götürdüyünə görə Şahid1 hansı səbəbdən avtomobili istədiyini soruşmamışdır. Avtomobili götürüb yaşadığı evə gətirmişdir. Evə gətirdikdən sonra Təqsirləndirilən şəxs2la birlikdə Xocalı rayonunun Pircamal kəndindən oğurlayacaqları dəmir boruları kəsmək məqsədilə özünə məxsus olan elektrikli generator və ovuc daşlayıcını avtomobilə qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində dostu Təqsirləndirilən şəxs2 mobil telefonla zəng vuraraq əvvəlcədən qurduqları plana və gəldikləri razılığa əsasən Xocalı rayonunun Pircamal kəndində boruları oğurlamaq məqsədilə getmək üçün hazır olmasını bildirmişdir. Təxminən yarım saat sonra kənd ərazisindən Təqsirləndirilən şəxs2 götürmüş və birlikdə yola çıxmışlar. Həmin vaxt təsadüfən Paşabəyli kənd sakini Şahid2 zəng vuraraq işğaldan azad olunan ərazilərə gedib-getmədiyini soruşmuşdur. Belə ki, o, bir neçə gün öncə işğaldan azad edilmiş ərazilərə gəzmək məqsədilə getmək istədiyini bildirərkən cavab olaraq gedəcəyi təqdirdə xəbər verəcəyini söyləmişdir. Danışıq zamanı elə işğaldan azad olunan ərazilərə getdiyini qeyd etmiş, Şahid2 onu da aparmağını xahiş etmişdir. Razılıq verdikdən sonra Əhmədağalı kəndində görüşüb birlikdə yola çıxmışlar. İdarə etdiyi avtomobillə birlikdə Ağdam rayonunun Abdal-Gülablı kəndinə gəlmiş, orada bir qədər istirahət edib yemək yemişlər. Daha sonra idarə etdiyi avtomobillə birlikdə Xocalı rayonunun Pircamal kəndinə dəmir boruları gördüyü küçəyə gəlmişlər. Lakin Şahid2 həmin kəndə hansı məqsədlə gəlmələri barədə heç nə deməmişlər. Kənd ərazisinə çatdıqdan sonra Şahid2 avtomobildən enib kəndi gəzməyə başlamışdır. O isə Təqsirləndirilən şəxs2la birlikdə dəmir boruları gördüyü küçəyə gəlmişdir. Həmin küçədə xeyli sayda müxtəlif əşyalar olmuşdur. Qeyd olunan əşyaların içərisindən birlikdə 1 (bir) ədəd 172x75 sm ölçüdə və 1 (bir) ədəd 195x82 sm ölçüdə 2 (iki) ədəd plastik qapıları, 1 ədəd unitaz, 2 ədəd yumşaq örtüklü stul, 1 ədəd qeyri işlək, dəmir qapan və 1 ədəd dərmansəpən aparatı yaşadıqları fərdi yaşayış evlərində istifadə etmək məqsədilə oğurlayıb idarə etdiyi avtomobilin yanına gətirmişlər. Avtomobilin yük yerində olan elektrikli generator və ovuc daşlayıcını yerə endirib oğurladıqları əşyaları yük yerinə yığmışlar. Əşyaları avtomobilə yüklədikdən sonra səpələnmiş halda olan dəmir boruları “UAZ” markalı avtomobilin yaxınlığına toplamışlar. Boruları topladıqdan sonra Təqsirləndirilən şəxs2 generatoru işə salıb ovuc daşlayıcı ilə borulardan bir neçəsini kəsməyə başlamışdır. Həmin boruları kəsməkdə məqsədləri onları avtomobilə yerləşəcək ölçülərdə bölmək olmuşdur. Belə ki, həmin küçədə olan bütün dəmir boruları yaşadıqları fərdi yaşayış evlərində istifadə etmək məqsədilə kəsib aparmaq niyyətləri olmuşdur. Bir az sonra kənd ərazisinə yaxınlaşan avtomobil səsini eşitmiş, Təqsirləndirilən şəxs2 generatoru söndürməsini söyləmişdir. Cəld Şahid2 çağırmış və avtomobil səsi gəlməsini, görünməmələri üçün gizlənməsini bildirmişdir. Buna görə də generator və ovuc daşlayıcını yaxınlıqda olan evlərin birinin daxilinə gizlətmiş, özləri də ətrafda olan evlərdən birinə gizlənmişlər. Təqsirləndirilən şəxs2 və Şahid2 qarşı tərəfdə gələn şəxslərə baxan zaman özü evin arxa hissəsində olmuşdur. Onlar gələn şəxslərin polis əməkdaşları olduğunu deyən zaman evin arxa tərəfindən həyətə çıxmış və orada gizlənmişdir. Polis əməkdaşlarının Şahid2 gizləndiyi yerdən tapdıqlarını eşidib oradan uzaqlaşmalarını gözləmişdir. Mobil telefonla İsgəndərə zəng vurmuş və “UAZ” markalı avtomobillə oğurluq məqsədilə Xocalı rayonunun Pircamal kəndində gəlmələrini, lakin polis əməkdaşları tərəfindən yaxalandıqlarını və qaçıb gizləndiklərini bildirmişdir. Şahid1 yanlarına gələcəyini söyləmişdir. Təxminən 1 saat sonra Şahid1 polis əməkdaşlarının yanına çatmasını gizləndiyi yerdən görmüşdür. Şahid1 gəlib çatdıqdan bir az sonra polis əməkdaşları ilə birlikdə oradan getmişlər. Daha sonra gizli şəkildə qaçaraq Ağdam rayonunun Abdal-Gülablı kəndi istiqamətində getmişdir. Həmin vaxt telefonu açıb Təqsirləndirilən şəxs2la əlaqə saxlamış və onun hələ də kənddə qaldığını öyrənmişdir. Təqsirləndirilən şəxs2 xəstə olduğundan onu tapmaq üçün yenidən Pircamal kəndi ərazisinə gəlmişdir. Təqsirləndirilən şəxs2 tapdıqdan sonra birlikdə Abdal-Gülablı kəndi istiqamətinə gəlmiş və yoldan keçən yük maşınlarından birinə əyləşib ərazini tərk etmişlər. Bu səbəbdən də cinayət əməllərini başa çatdıra bilməmişlər. Son olaraq Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 və Təqsirləndirilən şəxs1 tanışlarıdır. Mart ayının sonlarında Ağdam rayonu ərazisində görüşüb söhbət edən zaman Ağdam rayonunun Abdal- Gülablı kəndi ərazisindən Xocalı rayonunun Pircamal kəndi ərazisinə getmək qərarına gəlmişlər. xx.xx.2025-ci il tarixdə saat təxminən 20:00 radələrində Təqsirləndirilən şəxs1la birlikdə Şahid1 yaşadığı evə gəlmişlər. Sonuncuya məxsus “UAZ” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə Ağdam rayonunun Təzəkənd kəndində yerləşən polis postundan müvafiq icazə əsasında keçərək Ağdam rayonunun Abdal-Gülablı kəndinə, oradan isə Xocalı rayonunun Pircamal kəndinə gəlmişlər. Həmin gün təxminən saat 21:00 radələrində həmin kəndə çatmışlar. Kənd ərazisinə çatdıqdan sonra avtomobili saxlayıb yerə enmiş və kənd ərazisində gəzməyə başlamışlar. Aydın və İsgəndərlə birlikdə kənd ərazisində yerləşən küçələrin birində hərəkətdə olarkən həmin küçədə olan fərdi yaşayış evlərinin qarşısında müxtəlif əşyalar olmasını görmüşlər. Həmin əşyaların içərisindən Təqsirləndirilən şəxs1 öz istifadəsi üçün 5 ədəd süni dəri örtüklü yumşaq dəmir əsaslı stul, müxtəlif ölçülü hissələrə bölünmüş, ümumilikdə 6 metr uzunluğunda 87 sm hündürlükdə çəpər kimi istifadə olunmuş dəmir barmaqlıq, Şahid1 isə öz şəxsi istifadəsi üçün 12 (on iki) ədəd taxta materialından stul, 2 (iki) ədəd 85x245 sm ölçüdə olan ayaqları açılıb-bağlana bilən taxta “OSB” mebel materiallı stol, 2 ədəd təsərrüfat üçün metal yaba başlığı və 1 ədəd metal bel başlığı oğurlayaraq avtomobilə yükləmişlər. Həmin əşyaların içərisindən öz istifadəsi üçün heç nə götürməmiş, eləcə də onlara heç bir köməklik etməmişdir. Sadəcə olaraq kənd ərazisində gəzmişdir. Həmin vaxt kənd ərazisində küçədə üst-üstə topalanmış və səpələnmiş halda təxminən 100 metr uzunluqda, müxtəlif ölçülərdə metal borular olmuşdur. Təxminən 1-2 saat sonra həmin kənd ərazisindən çıxaraq Ağdam rayonunun Çıraqlı kəndinə, oradan isə evlərinə getmişlər. İlk öncə yaşadığı Əhmədağalı kəndinə gəlmişlər və Təqsirləndirilən şəxs1 özü üçün oğurladığı əşyaları evinə düşürdükdən sonra Şahid1 avtomobillə birlikdə getmişdir. Özü isə yaşadığı fərdi yaşayış evinə getmişdir. Növbəti gün Təqsirləndirilən şəxs1 zəng vuraraq Xocalı rayonunun Pircamal kəndində olarkən yerdə səpələnmiş halda təxminən 100 metr uzunluqda müxtəlif ölçülərdə olan boruları, eləcə də müxtəlif məişət əşyaları oğurlamaq məqsədilə oraya getmək istədiyini və gəlmək istəyib-istəmədiyini bildirmiş və təklifini qəbul etmişdir. Razılığa əsasən axşam saatlarında Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısına getmişdir. Evə çatdıqda Şahid1 məxsus “UAZ” markalı avtomobilin orada olmasını görmüşdür. Təqsirləndirilən şəxs1 evdən özünə məxsus olan generator və ovuc daşlayıcını qeyd olunan avtomobilə qoymaq üçün kömək etməyini istəmiş və birlikdə həmin əşyaları avtomobilin yük yerinə qoymuşlar. xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində Təqsirləndirilən şəxs1 əlaqə saxlamış və əvvəlcədən qurduqları plana və gəldikləri razılığa əsasən Xocalı rayonunun Pircamal kəndində olan dəmir boruları oğurlamaq məqsədilə getmək üçün hazır olduğunu bildirmişdir. Təxminən yarım saat sonra yaşadıqları Ağdam rayonunun Əhmədağalı kəndində görüşmüş və “UAZ” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətə başlamışlar. Təqsirləndirilən şəxs1la yenicə hərəkətə başlayan zaman sonuncuya zəng gəlmiş və bir qədər danışdıqdan sonra söndürüb Paşabəyli kənd sakini Şahid2 da onlarla gedəcəyini bildirmişdir. Bir az sonra Nicat da Ağdam rayonunun Əhmədağalı kəndinə gəlmiş və birlikdə yola çıxmışlar. Birlikdə Abdal-Gülablı kəndinə gəlmiş, orada bir qədər istirahət edib yemək yedikdən sonra avtomobillə Xocalı rayonunun Pircamal kəndində dəmir boruları gördükləri küçəyə gəlmişlər. Lakin Şahid2 həmin kəndə hansı məqsədlə gəlmələri barədə heç nə deməmişlər. Şahid2 avtomobildən yerə enib kənd ərazisində gəzməyə başlamışdır. Təqsirləndirilən şəxs1la həmin küçədə xeyli sayda müxtəlif əşyalar olmasını görmüşlər. Qeyd olunan əşyaların içərisindən 1 (bir) ədəd 172x75 sm ölçüdə və 1 (bir) ədəd 195x82 sm ölçüdə 2 (iki) ədəd plastik qapıları, 1 ədəd unitaz, 2 ədəd yumşaq örtüklü stul, 1 ədəd dəmir qapan və 1 ədəd dərmansəpən aparat oğurlayıb Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yanına gətirib avtomobilin yük yerində olan elektrikli generator və ovuc daşlayıcını yerə endirib oğurladıqları əşyaları yük yerinə yığmışlar. Əşyaları avtomobilə yüklədikdən sonra küçədə səpələnmiş halda olan dəmir boruları “UAZ” markalı avtomobilin yaxınlığına toplamağa başlamışlar. Boruları topladıqdan sonra generatoru işə salıb ovuc daşlayıcı ilə borulardan bir neçəsini kəsməyə başlamışdır. Həmin boruları kəsməkdə məqsədləri onları avtomobilə yerləşəcək ölçülərdə hissələrə bölmək olmuşdur. Həmin küçədə olan bütün dəmir boruları yaşadıqları fərdi yaşayış evlərində istifadə etmək məqsədilə kəsmək niyyətləri olmuşdur. Həmin borulardan yaşadıqları Ağdam rayonunun Əhmədağalı kəndində yerləşən fərdi yaşayış evinin həyətində çardaq düzəltmək məqsədi olmuşdur. Qeyd olunan boruları satmaq niyyəti olmamışdır. Elə həmin vaxt kənd ərazisinə yaxınlaşan avtomobil səsini eşitmişlər. Təqsirləndirilən şəxs1 generatoru söndürməyini söyləmişdir. Təqsirləndirilən şəxs1 Şahid2 çağırmış və avtomobil səsi gəlməsini, görünməmələri üçün gizlənməsini bildirmişdir. Təqsirləndirilən şəxs1la birlikdə generator və ovuc daşlayıcını yaxınlıqda olan evlərin birinin daxilinə gizlətmişlər. Özləri də ətrafda olan evlərdən birinə gizlənmişlər. Polis əməkdaşlarının Şahid2 gizləndiyi yerdən tapdıqlarını eşidib oradan uzaqlaşmalarını gözləmişdir. Polis əməkdaşları uzaqlaşdıqdan sonra gizləndiyi evdən çıxıb təsadüfi bir istiqamətdə hərəkət etməyə başlamışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs1 kənd ərazisindən səsini eşitmiş, ona qarşılıq verdikdən sonra olduğu yeri tapıb yanına gəlmişdir. Piyada şəkildə Ağdam rayonunun Abdal-Gülablı kəndinə gəlib yoldan keçən bir yük avtomobili ilə ərazini tərk etmişlər. Bu səbəbdən də cinayət əməllərini başa çatdıra bilməmişlər. Son olaraq Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəyən ziyanı ödəməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən Xidmətə dəymiş ziyan ödənilmişdir. İşə onların iştirakı olmadan baxılmasını və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Hüquq və insan resursları departamentinin Hüquq şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. İşlədiyi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” adları çəkilən şəhərə və rayonlara əhalinin qayıdışı ilə əlaqədar mövcud mənzil fondunun qorunması və saxlanılması, yeni çoxmənzilli bina və fərdi yaşayış evlərinin tikintisinin təşkili, habelə onların idarə edilməsi, eləcə də müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Xocalı RPŞ-nin İstintaq qrupundan daxil olmuş xx.xx.2025-ci il tarixli məktub və qərarla tanış olaraq bildirmişdir ki, Şahid1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Xocalı rayonu, Pircamal kəndi ərazisindən oğurladıqları 5 ədəd, süni dəri örtüklü, yumşaq dəmir əsaslı stul, 12 (on iki) ədəd taxta materialından stul, müxtəlif ölçülü hissələrə bölünmüş, ümumilikdə 6 metr uzunluğunda 87 sm hündürlükdə çəpər kimi istifadə olunmuş dəmir barmaqlıq (məhəccər), 2 (iki) ədəd 85x245 sm ölçüdə olan, ayaqları açılıb-bağlana bilən, taxta “OSB”, mebel materiallı stol, müxtəlif sayda təsərrüfat alətləri (yaba, bel və s.) və xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurlamağa cəhd etdiyi 1 (bir) ədəd 172x75 sm ölçüdə və 1 (bir) ədəd 195x82 sm ölçüdə 2 (iki) ədəd plastik qapılar, 1 ədəd unitaz, 2 ədəd yumşaq örtüklü stul, 1 ədəd qeyri-işlək, dəmir qapan və 1 ədəd dərmansəpən aparat və müxtəlif uzunluqlarda və ölçülərdə olan dəmir borular Xidmət tərəfindən qorunub saxlanılan mənzil fondlarının tərkibinə daxildir. Buna görə də qeyd olunan əşyaların adları çəkilən şəxslər tərəfindən oğurlanması nəticəsində Xidmətə maddi ziyan dəymişdir. Əlavə olaraq bildirmişdir ki, adları çəkilən şəxslər tərəfindən qeyd olunan əşyaların hər biri geri qaytarılaraq Xocalı RPŞ-nin saxlanc anbarındadır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, 2018-ci ildən daxili işlər orqanlarında, 2024-cü ildən isə Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə xidməti zərurətlə əlaqədar olaraq PPXB-nin manqa komandiri Şahid4 ilə rayonun Pircamal kəndində olarkən Asim kəndin aşağı hissəsindən elektrikli generator səsi gəldiyini bildirmişdir. Bu zaman özünə məxsus idarə etdiyi “VAZ 2107” markalı avtomobillə səs gələn istiqamətdə hərəkətə başlamış, həmin istiqamətdə hərəkətdə olarkən elektrikli generatorun səsi kəsilmişdir. Kənd ərazisində yerləşən adsız küçələrdən birinə daxil olmuş və orada “UAZ” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını görmüşdür. Lakin ətrafda heç kim olmamışdır. Avtomobilə yaxınlaşdıqdan sonra arxa qapısını açdıqda yük yerində müxtəlif əşyalar olmasını görmüş, bu barədə RPŞ-yə məlumat vermişlər. Həmçinin “UAZ” markalı, **- DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığına xeyli sayda müxtəlif uzunluqda və ölçüdə olan metal borular toplanmışdır. Az sonra RPŞ əməkdaşları qeyd olunan avtomobilin aşkar olunduğu Pircamal kəndində yerləşən adsız küçəyə gəlmişlər. Birlikdə qeyd olunan əşyaları həmin avtomobilə toplayan şəxsləri axtarmağa başlamışlar. Şahid4 həmin avtomobilin olduğu küçədə yerləşən fərdi yaşayış evlərindən birinə daxil olmuş və orada elektrikli generator və ovuc daşlayıcı olmasını bildirmişdir. Həmin istiqamətə getdikdə Asim qeyd olunan fərdi yaşayış evinin digər otağında adını sonradan bildiyi Şahid2 olmasını müəyyən etmişdir. Şahid2 həmin avtomobilin və əşyaların ona məxsus olmadığını, sadəcə gəzmək məqsədilə həmin kəndə gəldiyini bildirmişdir. Həmçinin həmin küçədə olan boruların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən özləri ilə gətirdikləri generator və ovuc daşlayıcı vasitəsilə hissələrə bölünərək toplanmasını, eləcə də “UAZ” markalı avtomobilin içərisində olan əşyaların da adları qeyd olunan şəxslər tərəfindən həmin küçədən oğurlanaraq qeyd olunan avtomobilə yükləndiyini bildirmişdir. Polis əməkdaşları həmin əraziyə baxış keçirtmiş və bir müddət sonra “UAZ” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb Şahid2la birlikdə RPŞ-yə getmişlər. Məhkəmə iclasında Şahid4 iş üzrə digər Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Şahid2 məhkəməyə teleqram ünvanlayaraq onkoloji xəstə olduğundan maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanışlarıdır. Lakin Şahid2 tanımır. “UAZ” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili özünə məxsusdur və həmin avtomobil əksər vaxtlarda əvvəl Ağdam RPŞ-də birlikdə işlədiyi, yaxın münasibətinin olduğu Təqsirləndirilən şəxs1 olur. Mart ayının sonlarında Ağdam rayonu ərazisində görüşüb söhbət edən zaman Ağdam rayonunun Abdal-Gülablı kəndi ərazisindən Xocalı rayonunun Pircamal kəndi ərazisinə getmək qərarına gəlmişlər. xx.xx.2025-ci il tarixdə saat təxminən 20:00 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə “UAZ” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağdam rayonunun Təzəkənd kəndində yerləşən polis postundan müvafiq icazə əsasında keçərək Ağdam rayonunun Abdal-Gülablı kəndinə, oradan isə Xocalı rayonunun Pircamal kəndinə gəlmişlər. Kənd ərazisinə çatdıqdan sonra avtomobili saxlayıb yerə enmiş və kənd ərazisində gəzməyə başlamışlar. Kənd ərazisində yerləşən küçələrin birində hərəkətdə olarkən həmin küçədə olan fərdi yaşayış evlərinin qarşısında müxtəlif əşyalar olmasını görmüş və həmin əşyalardan öz şəxsi istifadəsi məqsədilə götürmək istəmişdir. Buna görə də həmin əşyaların içərisindən şəxsi istifadəsi məqsədilə 12 (on iki) ədəd taxta materialından stul, 2 (iki) ədəd 85x245 sm ölçüdə olan ayaqları açılmış taxta “OSB” mebel materiallı stol, 2 ədəd təsərrüfatda istifadə olunan metal yaba başlığı və 1 ədəd metal bel başlığı oğurlayaraq gəldikləri avtomobilin yük yerinə qoymuşdur. Qeyd olunan əşyaları yaşadığı fərdi yaşayış evində şəxsi istifadə məqsədilə oğurlamışdır. Təqsirləndirilən şəxs1 da küçədə olan əşyaların içərisindən öz istifadəsi üçün 5 ədəd süni dəri örtüklü yumşaq dəmir əsaslı stul və müxtəlif ölçülü hissələrə bölünmüş, ümumilikdə 6 metr uzunluğunda 87 sm hündürlükdə çəpər kimi istifadə olunmuş dəmir barmaqlıq (məhəccər) götürərək özü gəldikləri avtomobilin yük yerinə qoymuşdur. Təqsirləndirilən şəxs2 isə həmin vaxt sadəcə olaraq kənd ərazisində gəzmiş, əvvəlcədən hər hansı əşya götürmək niyyəti olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs2 kənd ərazisindən heç nə götürməmiş, həmçinin o və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda oğurladığı əşyaları götürməsinə hər hansı köməklik etməmişdir. Gəldikləri avtomobillə həmin kənd ərazisindən çıxaraq Ağdam rayonu ərazisinə, oradan isə rayonun Çıraqlı kəndinə keçib evlərinə getmişlər. İlk öncə Təqsirləndirilən şəxs1 oğurladığı əşyaları avtomobildən endirərək yaşadığı evə aparmış, özü isə avtomobili idarə edərək yaşadığı fərdi yaşayış evinə gəldikdən sonra oğurladığı əşyaları evin həyətinə düşürmüşdür. Həmin əşyaları yaşadığı fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman təqdim etmişdir. Ertəsi gün, yəni xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs1la görüşən zaman sonuncu ona məxsus “UAZ” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin lazım olmasını bildirmişdir. O, axşam gəlib avtomobili götürə biləcəyini söyləmiş, həmin gün axşam saat 20-21 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısına gələrək ondan avtomobilin açarını götürüb idarə edərək getmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə qeyd olunan avtomobili öz şəxsi istifadəsi məqsədilə götürdüyündən həmin gün avtomobili hansı məqsədlə götürməsini soruşmamış, həmçinin sonuncu ona avtomobili götürmək məqsədinin nə olması barədə heç nə deməmişdir. xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs1 mobil telefonla zəng vuraraq “UAZ” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xocalı rayonunun Pircamal kəndi ərazisində oğurluq edərkən polis əməkdaşları tərəfindən aşkar olunduqlarını, lakin hadisə yerindən qaçmalarını bildirmişdir. Bundan sonra atasına məxsus “Lifan” markalı avtomobillə Xocalı rayonunun Pircamal kəndi ərazisinə gəlmişdir. Həmin əraziyə çatdıqda adını sonradan bildiyi Şahid2 və polis əməkdaşları da orada olmuşdur. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, Təqsirləndirilən şəxs1 tanışıdır, lakin Şahid1 və Təqsirləndirilən şəxs2 tanımır. Təxminən mart ayının sonlarında konkret xatırlamadığı tarixdə tanışı Təqsirləndirilən şəxs1la söhbət edəkən Ağdam rayonu Abdal-Gülablı kəndi ərazisinə gəzmək məqsədilə getdiyi təqdirdə xəbər verməsini söyləmişdir. Getmək istədiyindən Təqsirləndirilən şəxs1 gedəcəyi təqdirdə gəzmək üçün onu da aparmağını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 11:00 radələrində Təqsirləndirilən şəxs1 mobil telefonla zəng edərək ondan Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərinə gedib getməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 cavabında Əhmədağalı kəndinə gəlməyini və birlikdə getmələrini bildirmişdir. Onun dediyi yerə gəlib Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 “UAZ” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə gəldikdən sonra onlarla görüşmüş və həmin avtomobildə əyləşərək birlikdə qeyd olunan avtomobillə yola çıxmışlar. Ağdam rayonu ərazisinə polis postundan keçərək daxil olduqdan sonra Abdal-Gülablı kəndi ərazisinə gəlmişlər. Kənd ərazisini gəzdikdən sonra orada özlərilə gətirdikləri yeməyi yemişlər. Bir az sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlıqda olan Xocalı rayonunun kəndlərinə getmək istədiklərini bildirmişlər. Birlikdə gəldikləri avtomobillə Xocalı rayonunun tanımadığı kəndinə getmişlər. Kənd ərazisində avtomobildən yerə enib gəzməyə başlamışlar. Təqsirləndirilən şəxs1 Abbas Abasovla birlikdə, özü isə tək gəzmişdir. Aydın və Abbas birlikdə avtomobili saxladıqları yerin ətrafında olan səpələnmiş və toplanmış halda olan metal boruları avtomobilin yaxınlığına gətirərək avtomobildə gətirdikləri generatoru işə salaraq və özlərində olan metal kəsən ovuc daşlayıcı ilə metal boruları kəsməyə başlamışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əşyaları oğurlamaq niyyətilə toplamalarından şübhələnməmişdir. Belə ki, onlar həmin kənd ərazisinə maneəsiz birbaşa gəldiyindən həmin əşyaları götürmələrinin qanuni olduğunu düşünmüşdür. Bir müddət sonra kənd ərazisində digər küçədə gəzərkən Təqsirləndirilən şəxs1 çağırmasını eşitmiş və dərhal ona tərəf getməyə başlamışdır. Təqsirləndirilən şəxs1la qabaqlaşdıqdan sonra avtomobil səsi gəldiyini və gizlənməyini söyləmişdir. Həmin vaxt onların qeyd olunan əşyaları icazəsiz götürdüklərini anlamışdır. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 “UAZ” markalı avtomobilin yaxınlığında olan generator və ovuc daşlayıcını yaxınlıqda olan bir evin içərisində gizlətmişlər. Özü də qorxaraq həmin evdə gizlənmişdir. Belə ki, həmin əşyaların oğurlanmasından özündən də şübhə edilməsindən qorxmuşdur. Bir az sonra küçədən avtomobillərin səsini eşitmişdir. Həmin evdə gizlənib çölə çıxmaqdan qorxub içəridə gözləmişdir. Həmin vaxt içəriyə bir nəfər polis əməkdaşı daxil olaraq onu gizləndiyi yerdən aşkar etmişdir. Həyətə çıxdıqda polis əməkdaşları orada nə etdiyini soruşmuş, onlara həmin yerə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la gəldiyini, həmin avtomobilin yanında olan əşya və metal boruların onlar tərəfindən həmin yerə yığılmasını və onlar barədə heç bir məlumatı olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin avtomobilə, onun içərisində və ətrafında olan əşyalara baxış keçirərək onu RPŞ-yə dəvət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 01 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X1 RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3, PPXB-nin polis nəfəri Şahid4, Şahid2 və hal şahidlərinin iştirakı ilə Xocalı rayonunun Pircamal kəndində yerləşən küçələrdən birinə baxış keçirtmişdir. Baxış zamanı oradan “VAZ” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Şahid2 təqdimatı ilə qeyd olunan yük avtomobilinə baxış keçirilmiş və yük yerindən Xocalı rayonunun Pircamal kəndi ərazisindən oğurlanmış 1 ədəd 172x75 sm ölçüdə və 1 ədəd 195x82 sm ölçüdə olan 2 ədəd plastik qapı, 1 ədəd “Sina” markalı unitaz, 2 ədəd stul, 1 ədəd qeyri-işlək dəmir qapan və 1 ədəd “SPRAYE R” markalı dərmansəpən aparat aşkar edilərək götürülmüşdür. Həmçinin qeyd olunan avtomobilin olduğu yerdən, yəni ətrafından ovuc daşlayıcı vasitəsilə müxtəlif uzunluqlarda kəsilərək toplanmış və səpələnmiş halda diametri 100 mm, ümumi uzunluğu 182 metr, diametri 80 mm, ümumi uzunluğu 8 metr, diametri 75 mm, ümumi uzunluğu 6 metr, diametri 70 mm, ümumi uzunluğu 4 metr, diametri 60 mm, ümumi uzunluğu 10 metr, diametri 50 mm, ümumi uzunluğu 27 metr, diametri 40 mm, ümumi uzunluğu 56 metr, diametri 30 mm, ümumi uzunluğu 8 metr olan borular aşkar edilmişdir. Şahid2 qeyd olunan ərazidə üst-üstə toplanmış halda olan boruları təqdim edərək onların ovuc daşlayıcı vasitəsilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən kəsilərək toplanmasını, yerdə qalan səpələnmiş halda olan metal boruların da adları qeyd olunan şəxslər tərəfindən kəsilərək toplamaq məqsədlərinin olmasını, lakin polis əməkdaşlarının həmin yerə gəlməsindən sonra qaçıb gizləndiklərini bildirmişdir. Qeyd olunan əşyalar, həmçinin metal borular götürülmüşdür; “Baxış keçirilməsi haqqında” 02 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X1 RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X2, Şahid1 və hal şahidlərinin iştirakı ilə Şahid1 Ağdam rayonunun İmamqulubəyli kəndində yerləşən yaşadığı fərdi yaşayış evinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, həyətyanı sahədə iki ədəd fərdi yaşayış evi yerləşir. Fərdi yaşayış evinin darvazasından içəri girdikdə sağ tərəfdə yerləşən çardağın altında Şahid1 tərəfindən Xocalı rayonunun Pircamal kəndi ərazisində yerləşən küçədən oğurlanaraq gətirilmiş 12 ədəd taxta materialdan olan stul, 2 ədəd 85x245 sm ölçüdə olan ayaqları açılıb-bağla bilən taxta “OSB” mebel materiallı stol və kənd təsərrüfatı alətləri (yaba, bel) aşkar edilərək götürülmüşdür; “Baxış keçirilməsi haqqında” 02 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X1 RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X6, CAB-ın əməliyyat müvəkkili Həsənov Nicat Şahid oğlunun, X7 və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı Ağdam rayonunun Əhmədağalı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, qeyd olunan ev birmərtəbəlidir. Həyətyanı sahəyə baxış keçirilən zaman fərdi yaşayış evinin sağ kənarından Təqsirləndirilən şəxs1 tərəfindən Xocalı rayonunun Pircamal kəndində yerləşən adsız keçədən oğurlanmış 5 ədəd süni dəri örtüklü yumşaq dəmir əsaslı stul və müxtəlif ölçülü hissələrə bölünmüş ümumilikdə 6 metr uzunluğunda, 87 sm hündürlükdə çəpər kimi istifadə olunmuş dəmir barmaqlıqlar aşkar edilərək götürülmüşdür. Fotoşəkilləri çəkilərək fotocədvəl şəklində protokola əlavə edilmişdir. Protokol oxunmuş, əlavə və etiraz daxil olmamışdır; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 21 aprel 2025-ci il tarixli, 18-1-21/3-1322/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 30 aprel 2025-ci il tarixli, 18-1-21/3-1417/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Vaqif oğlu “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; “Daşınar əmlakın qiymətləndirilməsi barədə” "xxxx" MMC-nin 19 iyun 2025-ci il tarixli, UNİ/İ-29-303/225 nömrəli hesabatından görünür ki, əmlakın mövcud vəziyyəti, təyinatı, istifadə imkanları nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən siyahı üzrə təqdim edilən qurğuların oğurlanması nəticəsində “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə 19 iyun 2025-ci il tarixinə 2391 manat maddi ziyan dəymişdir. Xidməq haqqı 100 (yüz) manat təşkil edir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 iyun 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 iyun 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 24 iyun 2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 24 iyun 2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 25 iyun 2025-ci il tarixli qərardan görünür ki, 1 (bir) ədəd 172x75 sm ölçüdə və 1 (bir) ədəd 195x82 sm ölçüdə 2 (iki) ədəd plastik qapılar, 1 ədəd unitaz, 2 ədəd yumşaq örtüklü stul, 1 ədəd qeyri-işlək dəmir qapan və 1 ədəd dərmansəpən aparat, diametri 100 mm ölçüdə olan 182 metr uzunluqda metal boru, diametri 80 mm olan 8 metr metal boru, diametri 75 mm ölçüdə olan 6 metr uzunluqda metal boru, diametri 70 mm ölçüdə olan 4 metr uzunluqda metal boru, diametri 60 mm ölçüdə olan 10 metr uzunluqda metal boru, diametri 50 mm ölçüdə olan 27 metr uzunluqda metal boru, diametri 40 mm ölçüdə olan 56 metr uzunluqda metal boru, diametri 30 mm ölçüdə olan 8 metr uzunluqda metal boru, eləcə də həmin boruların kəsilməsində istifadə olunan 1 ədəd elektrikli generator və 1 ədəd ovuc daşlayıcı maddi sübut kimi tanınmış və Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılır; Zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 17-4/2-1144/2025 nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxslər tərəfindən Xidmətə dəymiş ziyan ödənilmişdir; “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxs1dur; “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxs2dur. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 29,177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 11-ci bəndinə əsasən CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.4-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır; CM-in: 27.3-cü maddəsinə əsasən başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir; 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur; 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-in 29,177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə vurulmuş ziyanı ödəməsini; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Ağdam rayon İHB-nin Əhmədağalı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə); - himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan “Elektron məhkəmə” informasiya sitemindən çıxarış, Ağdam rayon İHBnin Əhmədağalı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 336 nömrəli arayış). İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona CM-in 29,177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 29,177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə vurulmuş ziyanı ödəməsini; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Ağdam rayon İHB-nin Əhmədağalı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə); - himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan “Elektron məhkəmə” informasiya sitemindən çıxarış, Ağdam rayon İHBnin Əhmədağalı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 337 nömrəli arayış). İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 29,177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 29,177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 29,177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, 1 (bir) ədəd 172x75 sm ölçüdə və 1 (bir) ədəd 195x82 sm ölçüdə 2 (iki) ədəd plastik qapılar, 1 ədəd unitaz, 2 ədəd yumşaq örtüklü stul, 1 ədəd qeyri-işlək dəmir qapan və 1 ədəd dərmansəpən aparat, diametri 100 mm ölçüdə olan 182 metr uzunluqda metal boru, diametri 80 mm olan 8 metr metal boru, diametri 75 mm ölçüdə olan 6 metr uzunluqda metal boru, diametri 70 mm ölçüdə olan 4 metr uzunluqda metal boru, diametri 60 mm ölçüdə olan 10 metr uzunluqda metal boru, diametri 50 mm ölçüdə olan 27 metr uzunluqda metal boru, diametri 40 mm ölçüdə olan 56 metr uzunluqda metal boru, diametri 30 mm ölçüdə olan 8 metr uzunluqda metal boru qanuni sahibi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə qaytarılmalıdır. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, boruların kəsilməsində istifadə olunan 1 ədəd elektrikli generator və 1 ədəd ovuc daşlayıcı qanuni sahibi Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə 100 (yüz) manat xidmət haqqı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) köçürülməlidir. Məhkəmə, həmçinin müdafiəçilər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə vəkillər Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Ağdam rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Ağdam rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, 1 (bir) ədəd 172x75 sm ölçüdə və 1 (bir) ədəd 195x82 sm ölçüdə 2 (iki) ədəd plastik qapılar, 1 ədəd unitaz, 2 ədəd yumşaq örtüklü stul, 1 ədəd qeyri-işlək dəmir qapan və 1 ədəd dərmansəpən aparat, diametri 100 mm ölçüdə olan 182 metr uzunluqda metal boru, diametri 80 mm olan 8 metr metal boru, diametri 75 mm ölçüdə olan 6 metr uzunluqda metal boru, diametri 70 mm ölçüdə olan 4 metr uzunluqda metal boru, diametri 60 mm ölçüdə olan 10 metr uzunluqda metal boru, diametri 50 mm ölçüdə olan 27 metr uzunluqda metal boru, diametri 40 mm ölçüdə olan 56 metr uzunluqda metal boru, diametri 30 mm ölçüdə olan 8 metr uzunluqda metal boru qanuni sahibi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə qaytarılsın. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, boruların kəsilməsində istifadə olunan 1 ədəd elektrikli generator və 1 ədəd ovuc daşlayıcı qanuni sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə 100 (yüz) manat xidmət haqqı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar