Məhkəmə qərarları › İş №1(070)-8/2025

Xocalı Rayon Məhkəməsi Hökm — İş №1(070)-8/2025

01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu Meşəli İş № 1(070)-8/2025 01.09.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Xocavənd rayonunun Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Xocavənd rayonunun Günəşli kəndində qeydiyyatda olan, Füzuli rayonunun Böyük Bəhmənli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.2007-ci il tarixdə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xocavənd rayonunun Günəşli kəndində qeydiyyatda olan, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində yaşayış sahələri və saxlanc yerlərinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə, yaşayış sahələri və saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talamaq, yəni oğurluq etmək məqsədilə 2024cü ilin sentyabr ayından 2025-ci ilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində istintaqa məlum olmayan günlərdə idarə etdiyi “VAZ 2106” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi L200” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə Füzuli rayonunun ərazisində polis postundan keçdikdən sonra alternativ yollardan istifadə etməklə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə qorunub saxlanması və idarə edilməsi üçün həvalə edilmiş Xocalı rayonunun Aşağı Yemişcan kəndi ərazisində yerləşən daş karxanasına və adsız küçələrdə olan yaşayış sahəsi hesab edilən ətrafı çəpərlənmiş fərdi yaşayış evlərinin həyətlərinə və saxlanc yerlərinə qanunsuz daxil olaraq 942,9 (doqquz yüz qırx iki manat doxsan qəpik) manat dəyərində 2245 kiloqram dəmir metalı, 66 (altmış altı) manat dəyərində 6 kiloqram mis metalı, 238 (iki yüz otuz səkkiz) manat dəyərində 85 kiloqram alüminium metalı, 665 (altı yüz altmış beş) manat dəyərində 1900 kiloqram arpanı özü təklikdə, əvvəlcədən planlaşdırdığı qaydada cinayət əməlini davam etdirərək qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli talamaq məqsədilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 2024-cü ilin dekabr ayı ərzində istintaqa məlum olmayan günlərdə həmin kənd ərazisində yerləşən daş karxanasına və adsız küçələrdə olan yaşayış sahəsi hesab edilən ətrafı çəpərlənmiş fərdi yaşayış evlərinin həyətlərinə və saxlanc yerlərinə cinayətin törədilməsində əvvəlcədən razılaşdıqları qaydada qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2lə birlikdə qanunsuz daxil olaraq 915,6 (doqquz yüz on beş manat altmış qəpik) manat dəyərində 2180 kiloqram dəmir metalı, 245 (iki yüz qırx beş) manat dəyərində 700 kiloqram arpanı və 322,5 (üç yüz iyirmi iki manat əlli qəpik) manat dəyərində 645 kiloqram buğdanı aralarındakı vəzifə bölgüsünə uyğun olaraq sonuncunun köməkliyi ilə gizli talayıb idarə etdiyi “Mitsubishi L200” markalı avtomobilin yük yerinə yığıb apararaq Füzuli rayonu ərazisində satıb qazanc əldə etməklə ümumilikdə 3395 (üç min üç yüz doxsan beş) manat dəyərində qeyd olunan əşyaları qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, yaşayış sahələri və saxlanc yerlərinə qanunsuz daxil olmaqla gizli talayıb, zərərçəkmiş hüquqi şəxs “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində yaşayış sahələri və saxlanc yerlərinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə, özgənin əmlakını gizli talamaq məqsədilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 2024-cü ilin dekabr ayı ərzində istintaqa məlum olmayan günlərdə ümumilikdə 3 dəfə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə qorunub saxlanması və idarə edilməsi üçün həvalə edilmiş Xocalı rayonunun Aşağı Yemişcan kəndi ərazisində yerləşən daş karxanasına və adsız küçələrdə olan yaşayış sahəsi hesab edilən ətrafı çəpərlənmiş fərdi yaşayış evlərinin həyətlərinə və saxlanc yerlərinə cinayətin törədilməsində əvvəlcədən razılaşdıqları qaydada qabaqcadan əlbir olduğu qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz daxil olmaqla 915,6 (doqquz yüz on beş manat altmış qəpik) manat dəyərində 2180 kiloqram dəmir metalı, 245 (iki yüz qırx beş) manat dəyərində 700 kiloqram arpanı və 322,5 (üç yüz iyirmi iki manat əlli qəpik) manat dəyərində 645 kiloqram buğdanı aralarındakı vəzifə bölgüsünə uyğun olaraq gizli talayıb qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mitsubishi L200” markalı avtomobilin yük yerinə yığaraq aparıb sonuncu ilə birlikdə Füzuli rayonu ərazisində sataraq qazanc əldə etməklə ümumilikdə 1483,1 (bir min dörd yüz səksən üç manat on qəpik) manat dəyərində qeyd olunan əşyaları qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, yaşayış sahələri və saxlanc yerlərinə qanunsuz daxil olmaqla gizli talayıb, zərərçəkmiş hüquqi şəxs “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini qeyd etdi. Əlavə olaraq ifadəsində göstərdi ki, dolanışıq üçün Xocalı rayonu ərazisindən taxıl, buğda, arpa və dəmir gətirmişdir. Etdiyi hərəkətin cinayət olduğunu bilsəydi bunları etməzdi. İlk dəfə oğurluq etdiyi ərazilərə gedərkən tək getmişdir. Növbəti dəfə gedərkən isə qardaşı oğlu Təqsirləndirilən şəxs2 da ona kömək etmək məqsədilə özü ilə aparmışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, Xocalı rayonunun ərazisindən taxıl, arpa, yararsız dəmir və avtomobil ehtiyat hissələri götürmüşdür. Taxılı üyüdərək un edib istifadə etmiş, dəmiri isə metal yığımı ilə məşğul olan məntəqəyə satmışdır. Təqsirləndirilən şəxs2 ona kömək etdiyi üçün hər dəfə 10-20 manat pul vermişdir. Yığdıqları dəmirləri metal qəbulu məntəqəsinə Mədətlə birlikdə aparmışdır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməyə hazırda maddi imkanı yoxdur. Son olaraq Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, himayəsində xəstə anasının və 2 yetkinlik yaşına çatmayan uşağının olmasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini qeyd etdi. Əlavə olaraq ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun əmisidir. Əmisi ona birlikdə Xocalı rayonuna getməyi təklif etmiş, o da təklifi qəbul etmişdir. Onlar Xocalı rayonunun ərazisindən yarasız dəmir və taxıl gətirmişlər. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, əmisinə kömək edərək yarasız dəmirləri yerdən toplayaraq gətirmişdir. Kömək etdiyinə görə əmisi ona pul vermişdir. Dəymiş zərəri ödəmək istəyir, lakin hal-hazırda ödəniş etməyə maddi imkanı çatmır. Son olaraq Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verilmiş ifadəni təsdiq etdiyini bildirmiş, işə onların iştirakı olmadan baxılmasını və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsi elan olunarkən məlum oldu ki, o, həmin hüquqi şəxsin Mənzil fondunun idarə edilməsi və məskunlaşma departamentinin Xocalı rayon şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. İşlədiyi qurum adları çəkilən şəhərə və rayonlara əhalinin qayıdışı ilə əlaqədar mövcud mənzil fondunun qorunması və saxlanılması, yeni çoxmənzilli bina və fərdi yaşayış evlərinin tikintisinin təşkili, habelə onların idarə edilməsi, eləcə də müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2024-cü ilin sentyabr-dekabr ayları ərzində və 2025-ci ilin yanvar ayının əvvəllərində Xocalı rayonunun Aşağı Yemişcan kəndi ərazisində yerləşən adsız küçələrdə olan yaşayış evlərinin həyətlərindən və saxlanc yerlərindən, karxanadan oğurlanmış 4425 kq dəmir metal, 6 kiloqram mis, 85 kiloqram alüminium, 2600 kq arpa və 645 kq buğda Xidmət tərəfindən qorunub saxlanılan mənzil fondlarının tərkibinə daxil olmaqla mühafizə altındadır. Buna görə də həmin məhsulların oğurlanması nəticəsində Xidmətə maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Füzuli rayonunun İkinci Mahmudlu kəndində metal qəbulu ilə məşğul olur. Təqsirləndirilən şəxs1 tanışıdır və aralarında heç bir ədavət yoxdur. 2024-cü ilin təxminən sentyabr ayında Təqsirləndirilən şəxs1 ona zəng vuraraq müxtəlif metal hissələri və arpa satdığını bildirmiş, onları alıb-almayacağını soruşmuş, o isə ala biləcəyini demişdir. İlk dəfə sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 “VAZ 2106” markalı minik avtomobili ilə satmaq üçün 300 kq arpa gətirmiş, həmin arpanın bir kiloqramını 40 qəpikdən alıb ümumilikdə Təqsirləndirilən şəxs1 120 manat vermişdir. Təqsirləndirilən şəxs1 həmin arpanı haradan əldə etməsini soruşan zaman sonuncu ona həmin arpanı işğaldan azad edilmiş ərazilərdə müvafiq icazə əsasında taxıl əkməsini və məhsuldan lazım olandan artıq qalan hissəsini satmasını demişdir. Növbəti dəfə, yəni oktyabr ayında dəqiq xatırlamadığı tarixlərdə Mübariz hər dəfə 400 kq olmaqla 4 dəfə arpa gətirərək ona satmışdır. Təqsirləndirilən şəxs1 arpanı ilk iki dəfə “VAZ 2106 markalı” minik avtomobili ilə, daha sonra isə “Mitsubishi L200” markalı avtomobillə gətirib satmışdır. Eyni zamanda həmin vaxtlar Mübariz 2 dəfə olmaqla hər dəfə təxminən 3 kiloqram mis və 10 kiloqram alüminium gətirib satmışdır. Növbəti bir ay ərzində, yəni 2024-cü ilin noyabr ayı ərzində Təqsirləndirilən şəxs1 ona heç nə satmamışdır. Təqsirləndirilən şəxs1 2024-cü ilin 11 dekabr tarixində yenidən ona 585 kiloqram dəmir, 200 kq arpa, 215 kq buğda satmışdır. Həmin dəmir sınmış halda olan avtomobil ehtiyat hissələrinin parçaları olmuş, arpa və buğda isə kisələrə doldurulmuş halda olmuşdur. Bundan sonra dekabr ayının təxminən ortalarında Mübariz ona bir dəfə 630 kiloqram dəmir metal hissələri, 300 kq arpa, 230 kq isə buğda, növbəti dəfə 1265 kiloqram, dekabr ayının sonlarında isə 965 kiloqram dəmir, həmçinin 200 kiloqram arpa və 200 kiloqram buğda satmışdır. Təqsirləndirilən şəxs1 dekabr ayı ərzində ona satdığı dəmir metal hissələrinin içərisində sepli traktotorun kəsilmiş sep hissələri də olmuşdur. Təqsirləndirilən şəxs1 qeyd olunan dəmir metalı və arpanı satmaq üçün gətirərkən bəzən sonuncunun yanında tanımadığı və adını bilmədiyi cavan bir oğlan olmuşdur. Sonuncu dəfə isə 6 yanvar 2025-ci il tarixində Təqsirləndirilən şəxs1 ona 900 kiloqram dəmir, 65 kiloqram alüminium satmışdır. Təqsirləndirilən şəxs1 ona satdığı metal hissələrini o, metal qəbulu ilə məşğul olan şirkətlərə satımışdır. Arpa və buğdanı isə heyvandarlıq fəaliyyəti ilə məşğul olduğu üçün istifadə etmişdir. Təqsirləndirilən şəxs1 ona satdığı metal hissələrinin az bir hissəsi yaşadığı Füzuli rayonunun İkinci Mahmudlu kəndində yerləşən fərdi yaşayış evinin həyətində olmuş, polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilərkən həmin metal hissələri götürülmüşdür. Təqsirləndirilən şəxs1 qeyd olunan dövr ərzində ona satdığı əşyaların Xocalı rayonu ərazisindən oğurlanması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, 2024-cü ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs1 ona zəng edərək qazla işləyən qaynaqla kəsmə aparatını istəmiş və yaşadığı evin həyətində istifadə edəcəyini bildirmişdir. Razılıq verdikdən sonra Təqsirləndirilən şəxs1 “Mitsubishi L200” markalı avtomobillə metal qəbulu müəssəsinə gələrək həmin aparatı aparmışdır. Bundan təxminən 2-3 gün keçdikdən sonra Təqsirləndirilən şəxs1 qaynaqla kəsmə aparatını qaytarmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 Xocalı rayonu ərazisində oğurluq etməsi səbəbindən polis əməkdaşları tərəfindən saxlanılmasını eşitmişdir. Təqsirləndirilən şəxs1 ondan aldığı qaynaqla kəsmə aparatından Xocalı rayonu ərazisindən metal oğurlamaq üçün istifadə etməsi barədə heç bir məlumatı olmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, Təqsirləndirilən şəxs1 onun tanışıdır və aralarında heç bir ədavət yoxdur. 2025-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs1lə görüşən zaman ona işğaldan azad edilmiş Xocalı rayonunun ərazisinə gəzmək üçün gedəcəyini bildirərək onunla birlikdə getməyi təklif etmiş, bu təkliflə razılaşıb gedəcəyi təqdirdə məlumat verməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində Təqsirləndirilən şəxs1 zəng edərək həmin gün saat təxminən 10:00 radələrində Xocalı rayonuna gedəcəyini demişdir. Qeyd olunan vaxtda Təqsirləndirilən şəxs1lə birlikdə sonuncunun idarə etdiyi, “Mitsubishi L200” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xocalı rayonunun ərazisinə gəlmişdir. Saat təxminən 11:00 radələrində həmin rayonun Muxtar kəndi ərazisindən Aşağı Yemişcan kəndi istiqamətində hərəkət etmişlər. Kəndə yol tapa bilmədiklərindən geri qayıtmaq qərarına gəlmişlər. Gəldikləri yolla geri qayıdarkən ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları həmin ərazilərə girişin qadağan olduğunu bildirib, həmin ərazidə nə etmələrini soruşmuşdur. Gəzmək üçün gəldiklərini bildirsələr də, polis əməkdaşları məsələyə aydınlıq gətirmək məqsədilə onları RPŞ-yə dəvət etmişdir. RPŞ-də aparılan araşdırma zamanı öyrənmişdir ki, Təqsirləndirilən şəxs1 2024-cü ilin sonlarında bir neçə dəfə Xocalı rayonunun ərazisinə gələrək oradan metal, arpa və buğda oğurlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin baş müstəntiqi X1 RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini X2, Təqsirləndirilən şəxs1 və hal şahidlərinin iştirakı ilə Xocalı rayonunun Aşağı Yemişcan kəndi ərazisində yerləşən daş sexindən Təqsirləndirilən şəxs1 tərəfindən qara metal hissələrinin oğurlanması ilə bağlı qeyd olunan daş sexinə baxış keçirtmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 qeyd olunan daş karxanasını təqdim edərək 2024-cü ilin noyabr-dekabr aylarında həmin karxanadan müxtəlif növ qara metal hissələri doğramaqla oğurlamasını bildirmişdir. Baxış zamanı daş karxanasının içərisində 1 (bir) ədəd sarı rəngli qeyri-işlək vəziyyətdə qaldırıcı kran texnikasının olması müəyyən edilmişdir. Texnikanın sepli təkər hissəsi qaynaqla kəsmə aləti vasitəsilə kəsilərək götürülmüşdür. Bundan başqa karxanada olan digər ekskavator (qeyri-işlək) texnikasının da sepli təkər hissəsinin, digər alt tərəfindəki bam hissəsinin kəsmə aləti ilə kəsilərək oğurlanması, eyni zamanda orada olan üzəri metal çardaq konstruksiya ilə yığılmış daş kəsilməsində istifadə olan kəsmə hissəsi sarı rəngdə olan dəzgahın bir neçə müxtəlif hissələrinin, eləcə də karxanada olan üzərində idarəetmə pultları yerləşən göy rəngli avadanlığın ağır metal hissələrinin kəsilərək oğurlandığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 kəsilən metal hissələrini təqdim edərək özü ilə gətirdiyi qaynaqla metal kəsən avadanlıq vasitəsilə həmin metal hissələrini kəsərək oğurlamasını və sataraq pul əldə etməsini bildirmişdir; “Baxış keçirilməsi haqqında” 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin baş müstəntiqi X1 RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Həsənov Nicat Şahid oğlu, Təqsirləndirilən şəxs1 və hal şahidlərinin iştirakı ilə Füzuli rayonunun Gecəgözlü kəndində yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, evin həyətyanı sahəsinin ətrafı çəpərlənməmişdir. Baxış zamanı evin yan tərəfində divarın dibinə yığılmış halda müxtəlif dəmir metal hissələri vardır. Qeyd olunan dəmir metal həssələrinin içərisində 2 ədəd 1 metr uzunluğunda 24x11,5 metr ölçüdə, bir ucu qaynaq vasitəsilə kəsilmiş dəmir materialdan olan ikitavr tirləri, 1 ədəd üzəri sarı boya ilə rənglənmiş silindr şəkilli istintaqa məlum olmayan texnikanın və ya qurğunun dəmir materialdan olan hissəsi, elektrikli çarx motorlarının dəmir materialdan olan müxtəlif hissələrə parçalanmış üzlük hissələri, 1 ədəd (kardan valı), yəni avtomobilin şaft mili və s. bu kimi dəmir metal parçaları aşkar edilmişdir. Aşkar edilmiş dəmir metal hissələrinin ümumi çəkisi 80 (səksən) kiloqramdır. Aşkar olunan metal hissələrinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Dəmir metal hissələrinin hər biri müvafiq baxış keçirildikdən sonra götürülmüşdür; “Baxış keçirilməsi haqqında” 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin baş müstəntiqi X1 RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Həsənov Nicat Şahid oğlu, X9, Təqsirləndirilən şəxs1 və hal şahidlərinin iştirakı ilə Füzuli rayonunun İkinci Mahmudlu kəndində yerləşən Şahid2 yaşadığı fərdi yaşayış evinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, evin həyəti daş hasarla əhatələnmiş, giriş hissəsində qırmızı rəngli dəmir darvaza vardır. Həyətin giriş hissəsindən evə qədər uzanmış çardaq vardır. Həyətin girişindən daxil olduqdan sonra ağacların yanında dəmir metal materiallarının hissələrinin toplanmış halda yığılması müəyyən edilmişdir. Həmin hissələrin içərisində elektrikli motorların üzlüklərinin parçalanmış hissələri və s. bu kimi ümumi çəkisi 400 kq olan metal hissələri aşkar edilərək götürülmüşdür; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Belə ki, Təqsirləndirilən şəxs1 Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2000 manat miqdarda cərimə cəzası təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli Qərarının 1.7-ci bəndinə əsasən cəzadan azad edilmişdir; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 06 may 2025-ci il tarixli, 18- 1-36/2-534/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Füzuli Rayon Mərkəzi Xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda olmamışdır; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 06 may 2025-ci il tarixli, 18- 1-36/2-533/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Füzuli Rayon Mərkəzi Xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda olmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 337 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müşahidə edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, cinayət əməlini törədərkən öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs2 yüngül dərəcəli əqli gerilik xəstəliyi müşahidə olunmasına baxmayaraq o, cinayət törətdikdən sonra da öz hərəkətlərini dərk etmək və onları idarə etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ittiham olunduğu əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur; “Daşınar əmlakın qiymətləndirilməsi barədə” "xxxx" MMC-nin 24 iyun 2025-ci il tarixli, UNİ/İ-39-313/225 nömrəli rəyindən görünür ki, tələb və təklifin qarşılıqlı təşəkkülü nəticəsində 1 kiloqram dəmirin qiyməti 0,42 manat, 1 kiloqram misin qiyməti 11 manat, 1 kiloqram alüminiumun qiyməti 2,8 manat, 1 kiloqram arpanın qiyməti 0,35 manat, 1 kiloqram buğdanın qiyməti 0,5 manat müəyyən edilmişdir. Xidmət haqqı 150 (yüz əlli) manat təşkil edir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 iyun 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 iyun 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Füzuli rayonunun Gecəgözlü kəndində yerləşən evin həyətindən aşkar edilən ümumi çəkisi 80 kq olan müxtəlif dəmir metal hissələri (2 ədəd bir metr uzunluqda, bir tərəfi qaynaq kəsmə aparatı vasitəsilə kəsilmiş metal ikitavr, bir ədəd kardan valı, bir ədəd üzərində sarı rəngli boya olan istintaqa məlum olmayan texnikanın ağır dəmir metal hissəsi və s.) və Şahid2 yaşadığı Füzuli rayonunun İkinci Mahmudlu kəndində yerləşən evin həyətindən aşkar edilən, ümumi çəkisi 400 kq olan müxtəlif dəmir metal hissələri maddi sübut kimi tanınmış və Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılır; Zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 17-4/2-1173/2025 nömrəli məktubundan görünür ki, cinayət işinə iştirakları olmadan baxılması və qanunamüvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur; “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxs1dur. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 11-ci bəndinə əsasən CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur; 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir; 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir; 21-ci bəndinə əsasən oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs “daxil olmaq” əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-in 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir; 22-ci bəndinə əsasən şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-in 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-in 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011ci il tarixli Qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Füzuli rayon İHB-nin Böyük Bəhmənli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə); - himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan “Elektron məhkəmə” informasiya sitemindən çıxarış). İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - yetkinlik yaşına çatmamasını (CM-in 59.1.2-ci maddəsi); - törətdiyi əməli etiraf edib peşman olmasını; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Füzuli rayon İHB-nin Kərimbəyli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 04_426 nömrəli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir; CPM-in 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: - cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; - yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; - yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmayan vaxtda törətmişdir və onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cəza tədbiri seçərkən məhkəmə cinayətin halları, təqsirləndirilən şəxsin vəziyyəti və tələbatı ilə yanaşı cəmiyyətin tələbatını da nəzərə alır. Həmçinin, qanunvericiliyin tələbindən göründüyü kimi ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs2 törətdiyi əməl həmin kateqoriyadan olan cinayətlərin dairəsinə daxil deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi), həmçinin CM-in 86-cı maddəsində sadalanan şərtlər nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 yaşadığı Füzuli rayonunun Gecəgözlü kəndində yerləşən evin həyətindən aşkar edilən, ümumi çəkisi 80 kq olan müxtəlif dəmir metal hissələri (2 ədəd bir metr uzunluqda bir tərəfi qaynaqla kəsmə aparatı vasitəsilə kəsilmiş metal ikitavr, bir ədəd kardan valı, bir ədəd üzərində sarı rəngli boya olan istintaqa məlum olmayan texnikanın ağır dəmir metal hissəsi və s.) və Şahid2 yaşadığı Füzuli rayonunun İkinci Mahmudlu kəndində yerləşən evin həyətindən aşkar edilən, ümumi çəkisi 400 kq olan müxtəlif dəmir metal hissələri qanuni sahibi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə qaytarılmalıdır. İş üzrə 150 (yüz əlli) manat xidmət haqqı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) köçürülməlidir. Məhkəmə, həmçinin müdafiəçilər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə vəkillər Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Füzuli rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Füzuli rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Xocalı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 yaşadığı Füzuli rayonunun Gecəgözlü kəndində yerləşən evin həyətindən aşkar edilən, ümumi çəkisi 80 kq olan müxtəlif dəmir metal hissələri (2 ədəd bir metr uzunluqda bir tərəfi qaynaqla kəsmə aparatı vasitəsilə kəsilmiş metal ikitavr, bir ədəd kardan valı, bir ədəd üzərində sarı rəngli boya olan istintaqa məlum olmayan texnikanın ağır dəmir metal hissəsi və s.) və Şahid2 yaşadığı Füzuli rayonunun İkinci Mahmudlu kəndində yerləşən evin həyətindən aşkar edilən, ümumi çəkisi 400 kq olan müxtəlif dəmir metal hissələri qanuni sahibi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə qaytarılsın. İş üzrə 150 (yüz əlli) manat xidmət haqqı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar