Məhkəmə qərarları › İş №1(070)-9/2025

Xocalı Rayon Məhkəməsi Hökm — İş №1(070)-9/2025

01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu Meşəli İş № 1(070)-9/2025 01.09.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1989-cu il tarixdə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1992-ci il tarixdə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən vahid tamah niyyətilə qabacadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli talamaq, yəni oğurluq etmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xx.xx.2024-cü il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə alternativ yollardan istifadə etməklə Xocalı rayonunun Pircamal kəndi ərazisinə gəlib “Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə qorunub saxlanması və idarə edilməsi üçün həvalə edilmiş həmin kəndin adsız küçələrindən və yol kənarlarından 7350 (yeddi min üç yüz əlli) kiloqram çəkidə 3307,5 (üç min üç yüz yeddi manat əlli qəpik) manat dəyərində olan dəmir metalı cinayətin törədilməsində əvvəlcədən razılaşdıqları qaydada həcmi və çəkisi böyük olan hissəsini Təqsirləndirilən şəxs3 idarə etdiyi “Doosan” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı ekskavator vasitəsilə, həcmi böyük olmayan və yüngül hissəsini isə birlikdə əlləri ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi “KAMAZ” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yığıb aparmaqla, qəsdən vahid tamah niyyətilə qabacadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli talayıb, zərərçəkmiş hüquqi şəxs “Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli talamaqla oğurluq etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli talamaq, yəni oğurluq etmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xx.xx.2024-cü il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə Xocalı rayonunun Pircamal kəndi ərazisinə alternativ yollardan istifadə etməklə gəlib “Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə qorunub saxlanması və idarə edilməsi üçün həvalə edilmiş həmin kəndin adsız küçələrindən və yol kənarlarından 7350 (yeddi min üç yüz əlli) kiloqram çəkidə 3307,5 (üç min üç yüz yeddi manat əlli qəpik) manat dəyərində olan dəmir metalı cinayətin törədilməsində əvvəlcədən razılaşdıqları qaydada həcmi və çəkisi böyük olan hissəsini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 idarə etdiyi “Doosan” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı ekskavator vasitəsilə, həcmi böyük olmayan və yüngül hissəsini isə birlikdə əlləri ilə özünün idarə etdiyi “KAMAZ” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yığıb aparmaqla, qəsdən vahid tamah niyyətilə qabacadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli talayıb, zərərçəkmiş hüquqi şəxs “Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qəsdən vahid tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli talamaqla oğurluq etmişdir. Belə ki, o, qəsdən vahid tamah niyyətilə özgənin əmlakını gizli talamaq, yəni oğurluq etmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xx.xx.2024-cü il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Xocalı rayonunun Pircamal kəndi ərazisinə alternativ yollardan istifadə etməklə gəlib “Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə qorunub saxlanması və idarə edilməsi üçün həvalə edilmiş həmin kəndin adsız küçələrindən və yol kənarlarından 7350 (yeddi min üç yüz əlli) kiloqram çəkidə 3307,5 (üç min üç yüz yeddi manat, əlli qəpik) manat dəyərində olan dəmir metalı cinayətin törədilməsində əvvəlcədən razılaşdıqları qaydada həcmi və çəkisi böyük olan hissəsini idarə etdiyi “Doosan” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı ekskavator vasitəsilə, həcmi böyük olmayan və yüngül hissəsini isə birlikdə əlləri ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 idarə etdiyi “KAMAZ” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yığıb aparmaqla, qəsdən vahid tamah niyyətilə qabacadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli talayıb, zərərçəkmiş hüquqi şəxs “Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüqüqi şəxsinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun Ağdam rayonunun ərazisindən əlvan metal toplamaqla bağlı xidmət müqaviləsi olmuşdur. Belə ki, onun bu fəaliyyətlə bağlı “X26” MMC ilə müqaviləsi vardır. O, həmin müqavilə əsasında Ağdam rayonu ərazisindən metal toplamışdır. Ağdam rayonu ərazisində işləyən zaman bilmədən Xocalı rayonunun ərazisinə keçmiş və orada olan dəmir parçalarını maşına yığıb çıxarkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. Yolda nişan olmadığından o, Xocalı rayonu ərazisinə keçdiyini bilməmişdir. Xocalı rayonunun ərazisindən, həmçinin Ağdam rayonu ərazisindən götürdükləri dəmir hissələri XPŞ-yə dəvət olunan zaman təhvil vermişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, xidmət müqaviləsində Ağdam rayonunun ərazisində fəaliyyət göstərməsi müəyyən olunmuşdur. Həmin rayondan başqa o, Füzuli və Xocavənd rayonu ərazisində də fəaliyyət göstərə bilərdi. Hadisə baş verən zaman təxminən bir ay olardı ki, o, həmin işdə işləyirdi. Xidmət müqavilələrində göstərilən ərazi ilə onların bilməyərək keçdikləri Xocalı rayonunun ərazisi bir-birlərinə qonşu kəndlərdir. Ərazidə kəndlərin adı qeyd olunan lövhələr göstərilməmişdir. Oğurluqda özünü qismən təqsirli bilir. Səhvi ondan ibarətdir ki, işlədiyi şirkətə əvvəlcədən başqa kəndin ərazisinə daxil olanda məlumat verməmişdir. Kəndin ərazisinə daxil olduqdan sonra başqa kəndin ərazisi olduğunu bilmiş, lakin buna baxmayaraq dəmir toplamağa davam etmişdir. Son olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, tutduğu əməlindən peşmandır. Yəni xidməti müqaviləsində qeyd olunmayan əraziyə keçdiyi və oradan dəmir yığdığı üçün peşmandır. Yekunda himayəsində 3 uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, sürücü işləyir. Ağdam rayonunun Xıdırlı, Kəngərli kəndlərində başqa şəxslərin qumunu, daşını daşıyır. Ağdam rayonunu heç vaxt görməmişdir. Ona görə də Ağdam rayonunun ərazisini dəqiq tanımır. Dəmir yığan zaman Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları saxlayanda həmin ərazinin Xocalı rayonuna aid olduğunu bilmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, ibtidai istintaq zaman verdiyi ifadəni təsdiq edir. Xocalı rayonu ərazisindən iki maşın tullantı metal yığmışlar. Lakin ərazinin Xocalı rayonuna aid olduğunu bilməmişdir. Bilmədən Xocalı rayonunun ərazisinə keçməkdə özünü təqsirli bilir. Həmin ərazinin Xocalı rayonuna aid olduğunu bilsəydi keçib oradan dəmir yığmazdı. Son olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, əməlindən peşmandır. Yekunda himayəsində uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ekskavator sürücüsü işləyir. Müqavilə ilə Ağdam rayonuna işləməyə gəlmişdir. Səhər saat 9:00-dan axşam 18:00-dək işdə olur. Dəmir toplayan zaman bilməyərəkdən Xocalı rayonunun ərazisinə keçərək dəmir yığmışlar. İş saatı bitdikdən sonra isə idarə etdiyi texnikanı Ağdam rayonunun ərazisində saxlamışdır. Səhəri gün onlar Xocalı RPŞ-yə dəvət olunmuşlar. Topladıqları dəmirləri polis şöbəsinə təhvil vermişlər. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirdi ki, onlar Ağdam rayonunun ərazisində işləyən zaman yerdən lazımsız dəmirləri yığarkən nə polis əməkdaşları, nə də başqa biri onlara yaxınlaşmışdır. Dəmir yığmaq üçün keçdikləri ərazinin Xocalı rayonuna aid olduğunu əvvəlcədən bilməmişdir. Son olaraq Təqsirləndirilən şəxs3 bildirdi ki, əməlindən peşmandır. Bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verilmiş ifadəni təsdiq etdiyini bildirmiş, işə onların iştirakı olmadan baxılmasını və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsi elan olunarkən məlum oldu ki, ünvan 5 ünvanda yaşayır və “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Hüquq və insan resursları departamentinin Hüquq şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. İşlədiyi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” adları çəkilən şəhərə və rayonlara əhalinin qayıdışı ilə əlaqədar mövcud mənzil fondunun qorunması və saxlanılması, yeni çoxmənzilli bina və fərdi yaşayış evlərinin tikintisinin təşkili, habelə onların idarə edilməsi, eləcə də müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Xocalı RPŞ-nin İstintaq qrupundan daxil olmuş xx.xx.2025-ci il tarixli məktub və qərarla tanış olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən Xocalı rayonunun Pircamal kəndində yerləşən adsız küçələrdən və yol kənarlarından oğurlanaraq Ağdam rayonunun Abdal-Gülablı kəndində yerləşən məktəb binasının həyətində toplanmış dəmir qapılar, dəmir darvazalar, dəmir borular, dəmir çənlər, işıq dirəkləri və s. kimi dəmir materialları Xidmət tərəfindən qorunub saxlanılan mənzil fondlarının tərkibinə daxildir. Buna görə də qeyd olunan əşyaların adları çəkilən şəxslər tərəfindən oğurlanması nəticəsində Xidmətə maddi ziyan dəymişdir. Əlavə olaraq bildirmişdir ki, adları çəkilən şəxslər tərəfindən qeyd olunan əşyaların hər biri geri qaytarılaraq Xocalı RPŞ-nin saxlanc anbarındadır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, 2024-cü ildən Xocalı RPŞ-də xidmət edir. xx.xx.2024-cü il tarixdə idarə etdiyi xidməti avtomobillə Xocalı rayonunun Pircamal kəndi istiqamətindən Ağdam rayonunun Abdal-Gülablı kəndi istiqamətində hərəkət edərkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşılaşmışdır. Bu zaman rayonun Pircamal kəndi istiqamətindən ekskavator gəlməsini görmüş və Təqsirləndirilən şəxs1 ekskavatorun orada nə etməsini və onlarla əlaqəli olub-olmamasını soruşmuşdur. Sonuncu qeyd olunan ekskavatordan Pircamal kəndi ərazisində qara metal hissələri oğurlamaqda istifadə etdiklərini bildirmiş və bundan sonra onu RPŞ-yə dəvət etmişdir. İdarə etdiyi avtomobillə hərəkət etməyə başlamış və Təqsirləndirilən şəxs1 da ardı ilə gəlmişdir. Bir qədər uzaqlaşdıqdan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin gəlməməsini anlamışdır. Sonuncu ilə əlaqə saxlayan zaman o, atasının səhhəti pisləşdiyi üçün təcili olaraq yaşadığı Ağcabədi rayonuna getməli olduğunu və daha sonra Xocalı RPŞ-yə gələcəyini bildirmişdir. Abdal-Gülablı kəndinə geri qayıdarkən ekskavatorun kənd ərazisində yerləşən tikilinin yanında olmasını görmüş, lakin içində heç kim olmamış və qapıları bağlı olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, ünvan 7 ünvanda yaşayır və qonşusu X9 məxsus “Kamaz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə müvafiq portal icazəsi əsasında işğaldan azad olunmuş ərazilərə yük aparır. Təqsirləndirilən şəxs1 uzun müddətdir həmkəndli kimi tanıyır və dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs1 əvvəllər işlədiyi şirkətdə müqavilə əsasında işğaldan azad olunmuş ərazilərdən qara metal hissələrinin daşınması işini həyata keçirməsi barədə məlumatı olmuş, ancaq sonralar qanunsuz olaraq qara metal hissələrinin daşınması işini həyata keçirməsindən məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 zəng vuraraq növbəti gün özünə məxsus “Mercedes” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam şəhərinə getməyi təklif etmiş və o, razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Ağcabədi şəhərində Təqsirləndirilən şəxs1la görüşmüş və birlikdə Ağdam rayonunun Abdal-Gülablı kəndi ərazisində yerləşən məktəb binasının yanına gəlmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs1 burada gözləməyini, avtomobillə bir yerə gedib-gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 avtomobili götürüb Xocalı rayonunun Pircamal kəndi istiqamətində hərəkətə başlamış, özü isə kənd ərazisində gəzmişdir. Kənd ərazisində gəzən zaman məktəb binasının arxa hissəsində toplanmış halda metal kütlələri görmüşdür. Bu müddət ərzində 2 dəfə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə metal hissələri yüklənmiş halda Təqsirləndirilən şəxs1 getdiyi istiqamətdən gələrək Abdal-Gülablı kəndi ərazisində yerləşən məktəbin inzibati binasının arxa tərəfində yığılmış metal hissələrinin olduğu yerə gətirib metal boşaltmışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Ağdam rayonu ərazisində müqavilə əsasında metal yığıqlarını bildiyindən, Təqsirləndirilən şəxs2 idarə etdiyi yük avtomobili ilə iki dəfə Abdal-Gülablı kəndi ərazisində yerləşən məktəb binasının arxa tərəfinə gətirdiyi metal hissələrini qanunsuz olaraq əldə etmələrindən, yəni oğurlamalarından məlumatı olmamışdır. Təxminən 2 saat sonra Təqsirləndirilən şəxs1 zəng vurmuş və avtomobildə nasazlıq olduğunu və təmir edə bilmədiyini bildirmiş, Pircamal kəndi istiqamətinə gəlməyini və avtomobili təmir etməyini söyləmişdir. Bundan sonra piyada həmin kənd istiqamətində Təqsirləndirilən şəxs1 yanına getmişdir. Bir müddət piyada hərəkət etdikdən sonra kənd ərazisində yerləşən bulağın yanında Təqsirləndirilən şəxs1 “Mercedes” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etməyə çalışdığını görmüşdür. Avtomobili təmir etdikdən sonra Təqsirləndirilən şəxs1la birlikdə qeyd olunan avtomobillə Abdal-Gülablı kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən 10 dəqiqə sonra avtomobili qeyd olunan kənd ərazisində olan məktəb binasından bir qədər irəlidə olan tikilinin qarşısında saxlamışlar. Həmin yerdə avtomobili saxlayandan bir qədər sonra “Chevrolet Niva” markalı avtomobil yanlarına gəlmiş və onlar RPŞ-yə dəvət edilmişlər. Bir az sonra Təqsirləndirilən şəxs1 zəng gəlmiş və Ağcabədi rayonuna geri qayıtmağını, özünün RPŞ-yə gedəcəyini bildirmişdir. Sonradan Pərvizlə əlaqəsi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AFXBTİ/24-192 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi qara və əlvan metal qırıntılarını “X27” MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür; AD seriyalı, 701790 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KAMAZ 5511 yük” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X10 mülkiyyətindədir; Azərbaycan Respublikası DİN-in BDYPİ Qİİ tərəfindən verilmiş BC seriyalı, 757656 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “B1, B, C1, C” kateqoriyalı sürücüdür; AZ seriyalı, 034639 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DOOSAN DX210WA” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir; SV seriyalı, 019994 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ vardır; “Baxış keçirilməsi haqqında” 10 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X2 RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X13, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və hal şahidlərinin iştirakı ilə dəmir materialların toplandığı Ağdam rayonunun Abdal-Gülablı kəndində yerləşən məktəb binasının həyətyanı sahəsinə baxış keçirtmişdir. Baxış zamanı həmin ərazidən üst-üstə qalaqlanmış şəkildə toplanan dəmir darvazalar, dəmir qapılar, dəmir borular, dəmir barmaqlıqlar, dəmir su çənləri, təkərli su çəni, dəmir tor çəpərlər, işıq dirəkləri aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd olunan dəmir materiallarının bir hissəsini müqavilə əsasında qanuni olaraq Ağdam rayonunun Abdal-Gülablı kəndi ərazisindən götürdüklərini, bir hissəsini isə Xocalı rayonunun Pircamal kəndindən oğurladıqlarını bildirmişlər. Adları qeyd olunan şəxslər dəmir materiallarını “Doosan” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı ekskavator vasitəsilə toplayaraq “Kamaz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib Ağdam rayonunun Abdal-Gülablı kəndində yerləşən məktəb binasının həyətyanı sahəsinə gətirmələrini bildirmişlər. Həmin dəmir materiallar qeyd olunan “Kamaz” markalı yük avtomobilinə yüklənərək “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən anbarına boşaldılmışdır; 10 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Ağdam rayonunun Abdal-Gülablı kəndində yerləşən məktəb binasının arxa hissəsinə toplanmış dəmir kütlə hissələrə ayrılaraq Təqsirləndirilən şəxs3 idarə etdiyi “Doosan” markalı qrefer texnikası vasitəsilə, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kamaz” markalı yük avtomobilinə yükləndikdən sonra çəkilmiş və müəyyən edilmişdir ki, Xocalı rayonu ərazisindən götürülmüş dəmir metal kütləsi birinci hissədə 2850 kq , ikinci hissədə 2150 kq, üçüncü hissədə 2350 kq olmaqla, ümumilikdə 7350 kq, Ağdam rayonunun Abdal-Gülablı kəndi ərazisindən götürülmüş dəmir metal kütləsi isə birinci hissədə 2300 kq, ikinci hissədə 2050 kq və üçüncü hissədə 1650 kq olmaqla, ümumilikdə 6000 kq, qeyd olunan dəmir kütləsinin ümumi çəkisi isə 13 ton 350 kqdır. Ümumilikdə 13 ton 350 kq dəmir metal kütləsi “Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən poliqonuna boşaldılmışdır; “Baxış keçirilməsi haqqında” 11 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Xocalı RPŞ-nin İQ-nin müstəntiqi X2 RPŞ-nin NH-nin sürücüsü X1, Təqsirləndirilən şəxs1 və hal şahidlərinin iştirakı ilə Ağdam rayonunun Abdal-Gülablı kəndindən oğurlanaraq toplanan dəmir metal kütləsinin yerləşdiyi Xocalı rayonunun Pircamal kəndində yerləşən adsız küçələrə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, qeyd olunan kənd Xocalı rayonunun cənub-şərq hissəsində Ağdam rayonunun kəndləri ilə qonşuluqda yerləşir. Təqsirləndirilən şəxs1 Xocalı rayonunun Pircamal kəndi ərazisində əsas yolun sağ tərəf hissəsi ilə kəsişən 2ci küçəni təqdim edərək küçənin giriş hissəsində sol tərəfdə yerə söykənmiş darvaza qapılarını götürmələrini bildirmişdir. Bundan əlavə həmin küçədən sağda söykənmiş vəziyyətdə olan darvaza qapılarını, darvazanın dəmir dirəyinin bir tayını Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kamaz” markalı avtomobilə yükləyərək apardıqlarını bildirmişdir. Bundan əlavə həmin küçənin sonunda sol tərəfdə yerə söykənmiş vəziyyətdə olan darvaza qapısını təqdim edərək həmin darvaza qapısının aparıldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 qeyd olunan küçəyə paralel olan növbəti küçəni təqdim edərək sağ tərəfdə olan darvaza qapısının metal qalıqlarını eyni qaydada toplayaraq götürmələrini bildirmişdir. Bundan başqa qeyd olunan küçənin sonunda sağ tərəfdə yerləşən qaraj və anbar tipli tikililərin qarşısında olan boş sahəni təqdim edərək, sahədə olan darvaza qapılarını eyni zamanda qara metal kütlələrini eyni qaydada aparmalarını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan yerlərdən qara metal materiallarını göstərilən yerlərdən topladıqlarını və qeyd olunan yük avtomobili ilə Ağdam rayonunun Abdal-Gülablı kəndi ərazisində toplayaraq növbəti tarixlərdə işğaldan azad olunmuş ərazilərdən çıxarıb satmaq niyyətində olmalarını bildirmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2025-ci il tarixli, 9/461 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 13 ton 350 kiloqram çəkidə olan dəmir metalın (metal qırıntı kimi) 1 kiloqramının 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 0,45 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 27 may 2025-ci il tarixli, 18-1-23/2-622/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyil; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 27 may 2025-ci il tarixli, 18-1-23/2-621/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyil; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 20 iyun 2025-ci il tarixli, 18-1-20/2-2076/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Abşeron Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur; Təqsirləndirilən şəxs1 ilə “X27” MMC arasında bağlanmış 07 sentyabr 2024-cü il tarixli “Xidmət müqaviləsi”ndən görünür ki, “X27” MMC tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixədək müvəqqəti əsaslarla metal qırıntılarının qəbul və təhvil aktlarının hazırlanması və sahə nəzarəti işləri üzrə xidmətlərin göstərilməsi tapşırılmışdır; Təqsirləndirilən şəxs2 ilə “X27” MMC arasında bağlanmış 07 sentyabr 2024-cü il tarixli “Yükdaşıma xidmət müqaviləsi”ndən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixədək ona etibar edilmiş “KAMAZ 5511” yük markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “X27” MMC-nin təyin etdiyi məntəqələr arasında metal və digər sənaye yüklərinin daşınmasını həyata keçirir; Təqsirləndirilən şəxs3 ilə “X27” MMC arasında bağlanmış 07 sentyabr 2024-cü il tarixli “Xidmət müqaviləsi”ndən görünür ki, “X27” MMC Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixədək sonuncunun icarəyə götürdüyü texnika vasitəsilə müxtəlif sahələrdə torpaq qazıntısı və yükləmə işlərinin görülməsi üzrə xidmətlərin göstərilməsini tapşırmışdır; “X27” MMC-nin 29 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə “X27” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqavilələri “X27” MMC ilə “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AFXBTİ/24-192 saylı alğı-satqı müqaviləsi əsasında bağlanmış və göstəriləcək xidmət Ağdam, Füzuli və Xocavənd rayonları ərazisində nəzərdə tutulmuşdur; “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 iyun 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 iyun 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 iyul 2025-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 07 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 19 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən Xocalı rayonunun Pircamal kəndi ərazisindən oğurlanaraq Ağdam rayonunun Abdal-Gülablı kəndində yerləşən məktəb binasının həyətinə toplanmış 7350 kiloqram dəmir metal hissələri öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi nəzərə alınaraq maddi sübut qismində tanınmış və “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən poliqonunda saxlanılır; “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2022-ci il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxs1dur; “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs2dur; “Elektron məhkəmə” informasiya sitemindən çıxarışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X14 atası Təqsirləndirilən şəxs3dur. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onların qismən etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə, təqsirləndirilən şəxslərin özlərini qismən təqsirli bilmələrinə, yəni Ağdam rayonu ərazisindən xidmət müqaviləsi əsasında metal toplamaq səlahiyyətlərinin olmasına, bilməyərək Xocalı rayonu ərazisinə keçərək oradan da metal toplamalarına dair ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin onların tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Təqsirləndirilən şəxslərin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - təqsirləndirilən şəxslər “X26” MMC ilə aralarında xidmət müqavilələrinin olmasını bildirsələr də, həmin müqavilələrin məzmunundan göründüyü kimi şirkət tərəfindən onlara metal qırıntılarının qəbul və təhvil aktlarının hazırlanması, sahə nəzarəti işləri üzrə xidmətlərin göstərilməsi, nəqliyyat vasitəsi ilə şirkətin təyin etiyi məntəqələr arasında metal və digər sənaye yüklərinin daşınması, torpaq qazıntısı və yükləmə işlərinin görülməsi tapşırılmışdır. Həmçinin xidmətlərin Ağdam, Füzuli və Xocavənd rayonlarında göstərilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxslər tərəfindən bu xidmətlərin Xocalı rayonu ərazisində göstərilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda təqsirləndirilən şəxslərin Ağdam, Füzuli və Xocavənd rayonları ərazisində başqa şəxslərə məxsus metalların yığılmasına dair müqavilədə müddəa nəzərdə tutulmamışdır (əsas: iş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilələr, “X26” MMC-nin xx.xx.2025-ci il tarixli məktubu); - ərazidə müvafiq nişanların quraşdırılmaması ilə bağlı təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri xüsusatlara dair məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən inzibati ərazi bölgüsü Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlərə aiddir və qanunla tənzimlənir. Nəzərə alınmalıdır ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasının ərazi quruluşunun və inzibati ərazi bölgüsünün, habelə ərazi vahidlərinin qeydiyyatının, sərhədlərinin müəyyən edilməsinin və dəyişdirilməsinin, adlandırılmasının və ya onların adlarının dəyişdirilməsinin hüquqi əsaslarını, eləcə də Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsü ilə bağlı digər məsələlərin tənzimlənməsində dövlət orqanlarının və bələdiyyələrin səlahiyyətlərini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsininn İİİ hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir; - ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (əsas: iş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30 iyun 2025-ci il tarixli protokol); - ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (əsas: iş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30 iyun 2025-ci il tarixli protokol); - ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (əsas: iş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 07 iyul 2025-ci il tarixli protokol). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 11-ci bəndinə əsasən CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. CM-in 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli qismən etiraf edib peşman olmasını; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Ağcabədi RİHB-nin Ağcabədi şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamə); - himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan Ağcabədi RİHB-nin Ağcabədi şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış, “Elektron məhkəmə” informasiya sistemindən çıxarış). İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli qismən etiraf edib peşman olmasını; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Ağcabədi RİHB-nin Hindarx qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli xasiyyətnamə); - himyəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan iş materiallarında olan Ağcabədi RİHB-nin Hindarx qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış, “Elektron məhkəmə” informasiya sistemindən çıxarış). İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli qismən etiraf edib peşman olmasını; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 73 nömrəli xasiyyətnamə); - himyəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan iş materiallarında olan 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 791 nömrəli arayış, “Elektron məhkəmə” informasiya sistemindən çıxarış). İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə CM-in 52-1 maddəsində qeyd olunan vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut - “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən poliqonunda saxlanılan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən Xocalı rayonunun Pircamal kəndi ərazisindən oğurlanaraq Ağdam rayonunun Abdal-Gülablı kəndində yerləşən məktəb binasının həyətinə toplanmış 7350 kiloqram dəmir metal hissələri qanuni sahibi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. Məhkəmə, həmçinin müdafiəçilər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə vəkillər Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Ağcabədi rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Ağcabədi rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Xocalı rayonunun Əsgəran qəsəbəsində yerləşən poliqonunda saxlanılan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən Xocalı rayonunun Pircamal kəndi ərazisindən oğurlanaraq Ağdam rayonunun Abdal-Gülablı kəndində yerləşən məktəb binasının həyətinə toplanmış 7350 kiloqram dəmir metal hissələri qanuni sahibi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar