Məhkəmə qərarları › İş №1(071)-1/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-1/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-1/2022 03.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1994-cü ildə Ağcabədi rayonu Boyat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi sürücülüklə məşğul olan, Ağcabədi rayonu Boyat kəndində qeydiyyatda olan və yaşayan, 17.08.2021-ci il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün 13.09.2021-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə daxil olmuşdur. Cinayət işinin ibtidai istintaq materiallarına və ittiham aktına əsasən Təqsirləndirilən şəxs 28.05.2021-ci il tarixdə saat 17:28-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Mercedes-Benz E270» markalı GE İT 361 İİ dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu Atbulaq kəndi ərazisindən keçən 82-ci kilometrliyində Bakı istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-cı maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq sürücü kimi nəqliyyat vasitəsini geriyə hərəkət etdirən zaman təhlükəsiz manevr aparmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etmə şərtlərinə əməl etməyib yolun sağ hərəkət zolağında dayandırmış olduğu həmin avtomobili geriyə hərəkət etdirərək, arxadan Bakı istiqamətində eyni zolaqda 80 km/saat sürətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21074 markalı Az **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşdurmuş, nəticədə onun tərəfindən yolhərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs1 sağ budunun travmatik çıxığı və sağ sirkə kasasının qapalı yerdəyişən qəlpəli sınığı xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, «Mercedes- Benz E270» markalı GE İT 361 İİ dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişini Zərərçəkmiş şəxs2 sağ almacıq sümüyü üzərinin sıyrığı kimi sağlamlığına zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətin almasına, VAZ-21074 markalı Az **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin zədələnməsi nəticəsində həmin avtomobilin sahibi X2 3208 (üç min iki yüz səkkiz) manat maddi ziyan vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında 03.06.2022-ci il tarixdə ərizə təqdim edərək, ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqdan olan böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə özünü tam təqsirli bildiyini bildirdi və “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən onun barəsində olan Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclasında bildirdi ki, Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsinə etiraz etmir. Onun səhhətinə dəymiş zərərə görə əməliyyat xərcinin məhkəmədən kənar qaydada ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə razılıq əldə etmişlər. Məhkəmədən kənar qaydada ödəniş aparılmadığı təqdirdə, Təqsirləndirilən şəxs qarşı məhkəmədə mülki qayda iddia qaldıracaqdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Odur ki, cinayət işi üzrə icraatına xitam verilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi (atası) Şahid1, zərər çəkmiş şəxs və mülki iddiaçı X2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilsə də, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi (atası) Şahid1, zərər çəkmiş şəxs və mülki iddiaçı X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı X4 əvvəlki məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, “Vaz 21074” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobili tanışı Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etməyə vermişdir. 28.05.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 onun avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu Atbulaq kəndi ərazisindən keçən hissəsindən Bakı istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş və Saleh özü də sınıq xəsarəti almışdır. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilin zədələnməsinə görə ona 3208 manat maddi ziyan dəymişdir. Hazırda avtomobilinə dəymiş 3208 manat maddi ziyanın ödənilməsini Təqsirləndirilən şəxs tələb edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi yoxlamanın 02.06.2021-ci il tarixli 173 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sağ almacıq sümüyü üzərinin sıyrığı kimi xəsarəti vardır.Həmin xəsarət küt əşyanın təsirindən əmələ gəlməməklə, müxtəlif şəraitlərdə və eyni zamanı baş vermiş avtomobil qəzası zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti müayinədən 3-4 gün əvvələ uyğundur. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir.(İş.v. 52-53). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi yoxlamanın 09.07.2021-ci il tarixli 254 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ budun travmatik çıxığı, sağ sirkə kasasının qapalı yer dəyişən qəlpəli sınığı kimi xəsarətləri vardır. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə, müxtəlif şəraitlərdə və eyni zamanda baş vermiş avtomobil qəzası zamanı avtomobil hissələrinin təsirindən əmələ gəlməsi mümkündür. Müddəti hadisə gününə 28.05.2021-ci il tarixə uyğundur, qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. (İş v. 79-80). Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.06.2021-ci il tarixli 8/1211 №-li ekspert rəyindən görünür ki, «Mercedes Benz E270» markalı GE İT 361 İİ dövlət qeydiyyat nişanlı avomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “VAZ-21074” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqnda” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (iş v. 75-78). Hacıqabul rayon Mərkəzi xəstəxanası, publik hüquqi şəxs tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 28 may 2021-ci il tarixli 296 və 297 nömrəli aktlarında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 həmin tarixdə alkoqol sərxoşluğu vəziyyətinin olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi tərəfindən verilmiş 16.06.2021-ci il tarixli 016-70616-1221 və 016-70618-1221 nömrəli məktublarından müəyyən edilir ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1994-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 06.08.2015-ci il tarixdə (06.08.2025-ci il tarixədək) AE 910563 nömrəli «BC» katoqoriyalı; xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 isə 22.10.2013-cu il tarixdə (22.10.2023cü il tarixədək) AD 107024 nömrəli «BC» katoqoriyalı sürücülük vəsiqələri verilmişdir, onların sürücülük hüquqlarının məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır. (İş v. 71-74) Şirvan şəhəri Avtomotoservis və Ticarət müəssisəsi tərəfindən verilmiş 15 iyun 2021-ci il tarixli aktlardan görünür ki, “VAZ 21074” markalı ** BH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 3.208 (üç min iki yüz səkkiz) manat, «Mercedes Benz E270» markalı GE İT 361 İİ dövlət qeydiyyat nişanlı avtomobilə isə 5.135 (beş min yüz otuz beş) manat dəyərində maddi ziyan dəymişdir. (iş.v 69-70). Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.06.2021-ci il tarixli 8/1211 №-li ekspert rəyini vermiş ekspert X8 03.12.2021-ci il tarixdə hadisə yerinə dəvət edilmiş və tərəflərin iştirakı ilə ekspert izah etmişdir ki, cinayət işi üzrə ekspert kimi verdiyi 25.06.2021-ci il tarixli 8/1211 №-li ekspert rəyini müstəntiqin verdiyi məlumatlar əsasında hazırlamışdır. Təqdim edilmiş məlumatlara əsasən hər iki sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Lakin ekspertiza tədqiqatı aparılarkən yol-nəqliyyat hadisəsinin baş verməsini özündə əks etdirən video görüntüyə baxış keçirilməmişdir. Məhkəmə baxışı zamanı araşdırılmış məlumatlar və təqdim edilən video görüntüyə baxmaqla əlavə yol-nəqliyyət hadisəsi ekspertizası aparılması mümkündür. Bunun nəticəsində yenidən əlavə ekspert rəyi hazırlanmaqla, hadisəyə tamamilə aydınlıq gətirilməsi mümkündür. Hacıqabul rayon Məhkəməsinin 22.12.2021-ci il tarixli 1(071)-121/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə komputer-texniki (video görüntü) ekspertizası və əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.04.2022-ci il tarixli 8/269-4/129 nömrəli ekspert rəyindən görünür ki, «Mercedes Benz E270» markalı GE İT 361 İİ dövlət qeydiyyat nişanlı avomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “VAZ-21074” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqnda” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis mayoru X5 cinayət işi üzrə sübutların qiymətlərilməsi haqqında 16.08.2021-ci il tarixli qərarı ilə “VAZ-21074” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 özünün xəsarət alması faktı əsasında onun əməli cinayət tərkibi kimi qiymətləndirilmədiyindən barəsində cinayət işinin başlanması rədd edilmişdir. “VAZ-21074” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Republikası İXM-nin 327.1-ci maddəsinin tələbinə əsasən tədbir görülməsi və qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-nın 7-ci tağımına göndərilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-nın 7-ci tağımının YPX inspektoru Tərlan İslamovun 28.05.2021-ci il tarixli TP ******* nömrəli qərarı ilə İPX4139869 nömrəli protokola əsasən “VAZ-21074” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 28.05.2021-ci il tarixdə Azərbaycan Republikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat inzibati cərimə edilmişdir. Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlu məhkəmə iclasında rəy verərək bildirdi ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 10-11-ci hissələrində nəzərdə tutulmuş şəxslərin dairəsinə daxil deyildir, Qərarın 9.1-ci bəndinin təsiri altına düşür. Odur ki, Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin təsiri altına düşdüyündən, iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi üçün əsaslar vardır. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda özünü ona istinad olunan əməl üzrə tam təqsirli bilir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs ərizəsindən (vəsatətindən) görünür ki, o, Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 9.1-ci bəndinə əsasən cinayət təqibinə, yəni barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Məhkəmə iş materiallarını araşdırıb, dövlət ittihamçısının amnistiya aktının tətbiq edilməsinə dair rəyini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət əməlini 28.05.2021-ci il tarixdə, yəni 05.11.2021-ci ilədək törətdiyini nəzərə alaraq, onun barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qəti imkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100+400=500 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-in 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxs və mülki iddiaçı X1 mülki iddiası təmin edilməli, X2 məxsus “Vaz 21074” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə 28.05.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi zərərin əvəzi olaraq 3.208 manat pul Təqsirləndirilən şəxs tutularaq X2 ödənilməlidir. Çünki, X1 avtomobilinə ziyanın vurulmasında təqsirkar şəxs Təqsirləndirilən şəxs müəyyən edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 səhhətinə dəymiş zərərin aradan qaldırılması (müalicə xərci) üçün çəkdiyi xərcin əvəzinin ödənilməsi üçün Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut olan «Mercedes-Benz E270» markalı GE İT 361 İİ dövlət qeydiyyat nişanlı minik atomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 39.1.12, 43, 43.3, 321, 321.2.1, 354 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 500 (beş yüz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərər çəkmiş şəxs və mülki iddiaçı X1 mülki iddiası təmin edilsin. X2 məxsus “Vaz 21074” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə 28.05.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi zərərin əvəzi olaraq 3.208 (üç min iki yüz səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq X2 ödənilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 səhhətinə dəymiş zərərin aradan qaldırılması (müalicə xərci) üçün çəkdiyi xərcin əvəzinin ödənilməsi üçün Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Maddi sübut olan «Mercedes-Benz E270» markalı GE İT 361 İİ dövlət qeydiyyat nişanlı minik atomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 gün müddətində Hacıqabul rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar