Məhkəmə qərarları › İş №1(071)-1/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-1/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-1/2023 18.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X26 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxslər – X10 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Sabirabad rayonunun Qarasu kəndində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN **********), Hacıqabul rayonunun Qarasu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 259.2.4-cü maddələri ilə, xx xxxxxx 1986-cı il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonunun Qarasu bələdiyyəsinin sədri vəzifəsində işləyən, Hacıqabul rayonunun Qarasu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs1 külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə və qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına becərmə və tutma cinayət əməllərini törətmişdir. Belə ki, o, yaşadığı Hacıqabul rayonunun Qarasu kəndində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********46 saylı reyestr nömrəsi ilə Qarasu Bələdiyyəsinin mülkiyyətində qeydə alınmış 25 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon Notariat ofisinin 3M-35 nömrəli icarə müqaviləsi əsasında Qarasu Bələdiyyəsindən qardaşı X1 adına sonuncunun ona verdiyi xx.xx.2015-ci il tarixli 7E-683 reyestr nömrəli bütün əmlakın idarə edilməsi və üzərində sərəncam verilməsi haqqında etibarnamə ilə 49 il müddətinə icarəyə götürərək istifadə etməyə başlamış, həmin torpaq sahəsini şumlayıb əkib-becərmək məqsədilə torpaq sahəsi üzərində yabanı halda bitmiş meşə fonduna daxil olmayan 97 ədəd köküstə yaş yulğun kollarını qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və müvafiq icra hakimiyyəti orqanının yaşıllıqların götürülməsi ilə bağlı rəyi və qərarı olmadan 14-15 fevral 2022-ci il tarixlərində qanunsuz kəsərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə külli miqdar təşkil edən 7760 (yeddi min yeddi yüz altmış) manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 528 S saylı sərəncamı ilə təyinatı dəyişdirilərək kənd təsərrüfatı təyinatlı torpaqlar kimi əkin dövriyyəsinə cəlb edilən Hacıqabul rayonunun Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 102 ha torpaq sahəsi üzərində Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən icarə müqaviləsi ləğv edildiyi vaxtdan və həmin 102 ha torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar suvarma kanalları çəkildikdən sonra ona birləşmiş 11 ha torpaq sahəsindən, ümumilikdə Hacıqabul rayonunun Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 113 ha torpaq sahəsindən xx.xx.2017-ci il tarixdən etibarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüquqları olmadan istifadə etməklə, həmin torpaq sahəsinin 33,2 ha. hissəsini özbaşına becərərək arpa və buğda bitkiləri əkmiş, qalan 79.8 ha. hissəsini isə örüş torpaqları kimi istifadə etməklə bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan ələ keçirməklə, Hacıqabul rayonunun Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 113 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan həmin torpaq sahəsini özbaşına becərmiş və özbaşına tutmuşdur. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 259.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Həmçinin, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməklə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdən Hacıqabul rayonu Qarasu Bələdiyyəsinin sədri vəzifəsində işləməklə vəzifəli şəxs olaraq, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.6, 4.0.9, 23.1, 23.2-ci maddələrinin tələblərinə əsasən “bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin etmək; bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarətin bələdiyyələrin həyata keçirməsi”; “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.2.2, 8.2.3, 9.0.1, 12.3-cü maddələrinin tələblərinə əsasən, “bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələrin həyata keçirməsi; yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq; mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq; yaşıllıqların uçotununun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili; bələdiyyələrin yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi”; “Torpaq Məcəlləsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 47-ci maddələrinin tələblərinə əsasən, “bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetmənin bələdiyyələr tərəfindən həyata keçirilməsi”; “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli qərarının 1.5, 2.5 və 3.5-ci maddələrinin tələblərinə əsasən, “bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunun və monitorinqinin bələdiyyələr tərəfindən aparılması; uçota alınan yaşıllıqlar barədə məlumatların bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr tərəfindən hər il yanvarın 1-də ümumiləşdirilməsi və tərtib olunmuş hesabatların bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməsi; ildə azı bir dəfə yaşıllıqların monitorinqinin həyata keçirilməsi” kimi qanunlarla və qanunvericilik aktları ilə bələdiyyə torpaqlarının və yaşıllıqların mühafizəsi sahəsində onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanlarının olmasına baxmayaraq, işə laqeyd münasibəti nəticəsində həmin vəzifələri yerinə yetirməməklə, Hacıqabul rayonu Qarasu Bələdiyyəsinin mülkiyyətində olan **********46 saylı reyestr nömrəli 25 ha. torpaq sahəsindən icarə hüquqları əsasında istifadə edən X10 tərəfindən torpaq sahəsi üzərində yabanı halda bitmiş meşə fonduna daxil olmayan 97 ədəd köküstə yaş yulğun kollarının 14-15 fevral 2022-ci il tarixlərində qanunsuz olaraq kəsilməsinə səbəb olmuş, nəticədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə külli miqdar təşkil edən 7760 (yeddi min yeddi yüz altmış) manat dəyərində ziyan vurulmasında ifadə olunan dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 188.3 və 259.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, fərdi sahibkar kimi Hacıqabul rayon Qarasu kəndində maldarlıq və əkinçiliklə məşğul olmuşdur. 2003-cü ildə Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 157 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi örüş sahəsi kimi 15 il müddətinə “Lahıc” KFT-yə icarəyə verilmiş, həmin fermer təsərrüfatının rəhbəri Şahid8 157 ha torpaq sahəsinin 102 ha hissəsini istifadə etmədiyi üçün 2005-ci ildə Qarasu Bələdiyyəsinin sabiq sədri İslam Hüseynovun razılığı əsasında onun qardaşı Rahib Şıxaliyevlə subicarə müqaviləsi bağlayaraq həmin torpaq sahəsini ona subicarəyə vermişdir. Lakin, torpaq sahəsini faktiki olaraq o, ferma və çoban evləri tikdirib örüş sahəsi kimi istifadə etmiş, bələdiyyəyə illik subicarə haqqı ödəmişdir. 05 oktyabr 2016-cı il tarixdə Nazirlər Kabinetinin sərəncamı əsasında Hacıqabul rayon Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 1247 ha örüş təyinatlı torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb olunmuş, onun istifadə etdiyi 102 ha torpaq sahəsi də təyinatı dəyişilmiş torpaq sahələrindən olmuşdur. Buna görə də 2017-ci il tarixdə Qarasu Bələdiyyəsinin sabiq sədri İslam Hüseynov 2017-ci ildə Şirvan İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək Şahid8lə onun arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi barədə iddia qaldırmış, həmin ildə Şirvan İnzibati-İqtisadi məhkəməsinin qətnaməsi əsasında icarə müqaviləsinə xitam verilmiş, nəticədə qardaşı Rahib Şıxaliyevin bağladığı subicarə müqaviləsi qüvvədən düşmüşdür. 2016-cı ildə torpaq sahələrinin təyinatı dəyişdirilərək əkinə cəlb edildikdə həmin ərazilərdə su kanalları çəkilmiş, buna görə torpaq sahələrinin sərhədləri dəyişilərək istifadə olunmayan 11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun istifadəsində olan 102 ha torpaq sahəsinə birləşərək ümumi sahəsi 113 ha olmuşdur. O, 113 ha torpaq sahəsinin təxminən 33 ha hissəsində arpa və buğda ekmiş, təxminən 80 ha hissəsini isə mal-qara üçün örüş sahəsi kimi istifadə etmişdir. Həmin 113 ha torpaq sahəsi hazırda Qarasu Bələdiyyəsinin mülkiyyətindədir. Lakin, o, icarə müqaviləsi bağlanması üçün Qarasu Bələdiyyəsinin sabiq sədri İslam Hüseynova və hazırki sədri Təqsirləndirilən şəxs2 dəfələrlə müraciət etsə də, bunun müsbət nəticəsi olmamışdır. Ona görə də hazırda 113 ha torpaq sahələrini istifadə etsə də, onun istifadə hüququnu təsdiq edən hər hansı bir rəsmi sənədi olmamışdır. Bundan başqa, 2021-ci ilin aprel ayında qardaşı Rahib Şıxaliyev bələdiyyə mülkiyyətində olan 25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkinçiliklə məşğul olması üçün hərrac yolu ilə 49 il müddətinə icarəyə götürmüşdür. Rahibin 2015-ci ildə ona verdiyi etibarnamə əsasında həmin torpaq sahəsindən o istifadə etmişdir. 15 fevral 2022-ci il tarixində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid7 ona zəng edərək sözügedən torpaq sahəsində yulğun kollarının kəsilməsini bildirmiş, keçiriləcək baxışda iştirak etmək üçün onu həmin əraziyə dəvət etmişdir. Həmin vaxt o, işi olduğu üçün əraziyə gedə bilməmişdir. Şahid7 ona məlumat verənə kimi yulğun kollarının kəsilməsindən məlumatı olmamışdır. Yulğun kollarının kim tərəfindən nə vaxt kəsilməsindən onun məlumatı olmamışdır. Yulğun kolları onun tərəfindən və ya onun göstərişi ilə kəsilməmişdir. O, 25 ha torpaq sahəsinin mühafizəsini həyata keçirməmiş, torpaq sahəsini hasarlanmamışdır. 2021-ci ilin dekabr ayında orada arpa əkdiyi üçün 2022-ci ilin yanvar ayının sonlarında əkinlərin vəziyyətini yoxlamaq məqsədilə oraya getmiş, həmin vaxt yulğun kollarının kəsilməmiş olduğunu görmüşdür. 15 fevral 2022-ci il tarixdə 3 saylı RETSİ-nin əməkdaşı Şahid7 ona zəng edərək həmin torpaq sahəsində 97 ədəd yulğun kollarının kəsilməsi barədə məlumat vermişdir. 1-2 gün sonra torpaq sahəsinə gedərkən yulğun kollarının kəsilməsini görmüşdür. 25 ha torpaq sahəsi mühafizə olunmadığı üçün oraya kənar şəxslərin daxil olması və yulğun kollarını kəsməsi mümkündür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 18 fevral 2020-ci il tarixdən Hacıqabul rayonu Qarasu Bələdiyyəsinin sədri vəzifəsində işləyir. 24 fevral 2021-ci il tarixdə Hacıqabul rayon Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 25 ha torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı onunla Hərracların Təşkili üzrə X14 ərazi Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanmış, 01 aprel 2021-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi X12 olmuşdur. Bundan sonra Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 49 il müddətinə Rahib Şıxaliyevə icarəyə verilmişdir. Həmin torpaq sahəsindən Rahibin, qardaşı Təqsirləndirilən şəxs1 verdiyi etibarnamə əsasında Bəhlul istifadə etmişdir. 15 fevral 2022-ci il tarixdə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid7 onun istifadəsində olan mobil nömrəyə zəng edərək Təqsirləndirilən şəxs1 istifadəsində olan 25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yulğun kollarının qanunsuz kəsilməsi barədə məlumat daxil olduğunu bildirmiş və həmin torpaq sahəsinə baxışda iştirak etməsini istəmişdir. Baxışda o, Şahid7, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Şirvan ərazi şöbəsinin sektor müdiri Rafiq Mirzəyev və 3 saylı RETSİ-yə yulğun kollarının qanunsuz kəsilməsi ilə bağlı məlumat vermiş Şahid1 də iştirak etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 əraziyə gəlməmişdir. Onlar baxış zamanı həmin ərazidə 97 ədəd köküstə yaş yulğun kolunun kəsilməsini müəyyən etmişlər. Həmin torpaq sahəsindəki yulğun kollarını kimin kəsdiyini görməmişdir. Lakin, torpaq sahəsi Bəhlulun istifadəsində olduğuna görə torpaq sahəsinə kənardan heç kim müdaxilə edə bilməz. Ona görə hesab edir ki, yulğun kollarını Bəhlul kəsmişdir. Torpaq sahələrindəki yulğun kollarının kəsilməsinin, məhv edilməsinin məsuliyyətə səbəb olması, yulğun kollarının götürülməsi üçün rəsmi qaydada bələdiyyəyə müraciət etməli olması barədə Bəhlula və ya onun qardaşına məlumat verməmiş, ümumiyyətlə yulğun kollarının mühafizəsi ilə bağlı hər hansı qabaqlayıcı tədbir görməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 heç bir rəsmi sənədi olmadan bələdiyyəyə məxsus 113 ha torpaq sahəsini zəbt etmişdir. Belə ki, 28 noyabr 2003-cü il tarixində Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 157 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin örüş sahəsi kimi “Lahıc” X9 15 il müddətinə icarəyə verilmişdir. Təxminən 2005-ci ildə təsərrüfatın rəhbəri Şahid8 həmin torpaq sahələrini istifadə etmədiyi üçün Rahib Şıxaliyevlə subicarə müqaviləsi bağlayaraq 157 ha torpaq sahəsinin 102 hektarını ona subicarəyə vermişdir. Lakin, həmin torpaq sahəsini faktiki olaraq Təqsirləndirilən şəxs1 istifadə etmişdir. Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Hacıqabul rayon Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 1247 ha örüş təyinatlı torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb olunmuşdur. Buna görə də 2017-ci ildə Qarasu Bələdiyyəsinin sabiq sədri X19 Babayevlə bağlanmış icarə müqaviləsinə xitam verilməsi üçün iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 29 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən həmin icarəsi müqaviləsinin ləğv edilmişdir. Torpaq sahələrinin təyinatı dəyişdirilərək əkinə cəlb edildiyi üçün ərazidə su kanalları çəkilmiş, torpaq sahələrinin sərhədlərində dəyişiklik olunmuş və nəticədə istifadə olunmayan 11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Təqsirləndirilən şəxs1 istifadəsində olan 102 ha torpaq sahəsinə birləşdirilərək ümumi sahənin 113 ha təşkil etmişdir. 29 noyabr 2017-ci il tarixdən hazıradək Bəhlul 113 ha torpaq sahəsini istifadə və icarə hüququ olmadan qanunsuz olaraq istifadə etmişdir. O, 113 ha torpaq sahəsinin 79,8 ha sahəsinin təyinatını pozaraq örüş sahəsi kimi, 33,2 ha torpaq sahəsini isə arpa əkməklə istifadə etmişdir. Bəhlulun torpaq sahəsini qanunsuz olaraq zəbt etməsi, əkin təyinatlı torpaq sahəsini örüş sahəsi kimi istifadə etməsi barədə 2021-ci ildə Hacıqabul rayon Polis Şöbəsinə, ƏMDX-nin Şirvan Ərazi Şöbəsinə, Şirvan Regional Ədliyyə İdarəsinə rəsmi qaydada müraciət etmiş, eyni zamanda Bəhlula ünvanlandığı məktublarla torpaq sahəsini zəbt etməsinin onun cinayət məsuliyyətinə səbəb olduğunu, həmin torpaq sahələrini geri qaytarmasını, hərrac və müsabiqə vasitəsilə həmin torpaq sahələrini icarəyə götürə biləcəyi barədə ona məlumat vermişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş və mülki iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə1 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə Qarasu kənd sakini Şahid1 3 saylı RETSİ-nin əməkdaşı Şahid7 zəng edərək Təqsirləndirilən şəxs1 istifadəsində olan 25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yulğun kollarının kəsilməsi barədə məlumat vermişdir. Həmin tarixdə Şahid7 yulğun kollarının kəsilməsi ilə bağlı daxil olmuş məlumatı araşdırmış, torpaq sahəsinə baxış keçirmiş və məlumat öz təsdiqini tapmışdır. Belə ki, torpaq sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, 97 ədəd yaş yulğun kolları kəsilmiş və bununla da təbiətə 7760 manat zərər dəymişdir. Bundan başqa, mövcud qanunvericiliyə əsasən bələdiyyələrin vəzifələrindən biri mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqların uçotunu və monitorinqini aparmaqdır. Hacıqabul rayonununda fəaliyyət göstərən bələdiyyələrin bir hissəsi aparılmış uçot və monitorinqlə bağlı hesablarını tərtib edərək aidiyyəti üzrə 3 saylı RETSİ-yə göndərirlər. Lakin, Hacıqabul rayonu, Qarasu bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs2 tərəfindən 2021-ci il üzrə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqların uçotu və monitorinqi ilə bağlı heç bir tədbir həyata keçirilməmiş, bununla bağlı hər hansı hesabat 3 saylı RETSİ-yə təqdim olunmamışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş Hacıqabul rayon Qarasu bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 ifadəsində bildirdi ki, 05 oktyabr 2016-cı il tarixdə Qarasu bələdiyyəsinin mülkiyyətində olan 157 ha torpaq sahəsinin 102 ha hissəsinin təyinatı dəyişdirilərək əkinə cəlb edildiyi üçün 2017-ci ildə məhkəmənin qərarı əsasında 157 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə xitam verilmişdir. 102 ha torpaq sahəsinin yanında olan 11 ha torpaq sahəsi də ona birləşdirilmiş və ümumilikdə 113 ha olmuşdur. Təqsirləndirilən şəxs1 2017-ci ildən hal-hazıradək 113 ha torpaq sahəsindən qanunsuz istifadə edir. O, zəbt etdiyi torpaq sahəsinin 79,8 ha hissəsini örüş sahəsi kimi, 33,2 ha hissəsini isə əkməklə istifadə edir. Təqsirləndirilən şəxs1 113 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etməsi, əkin təyinatlı torpaq sahəsini örüş sahəsi kimi istifadə etməsi ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciətlər olunmuş, Təqsirləndirilən şəxs1 özünə məktublar ünvanlanmışdır. Lakin, bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs1 torpaq sahəsini zəbtdən azad etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, qardaşı Şahid2 ilə birlikdə Qarasu kəndində istifadələrində olan torpaq sahələrində əkinçilik və maldarlıqla məşğul olur. Qarasu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 25 ha torpaq sahəsi Rahib Şıxaliyevə icarəyə verilmişdir. Lakin, həmin torpaq sahəsini faktiki olaraq Təqsirləndirilən şəxs1 istifadə edir. Onların istifadəsində olan torpaq sahəsi ilə Bəhlulun istifadəsində olan 25 ha torpaq sahəsi bir-birinə yaxın ərazidə yerləşirlər. 27 yanvar 2022-ci il tarixdə istifadəsində olan torpaq sahəsini suvarmaq üçün kanala suyun gəlib-gəlmədiyini yoxlamaq üçün getmişdir. Həmin vaxt Bəhlulun istifadəsində olan 25 ha torpaq sahəsinin şumlanmış hissəsində yulğun kollarının məhv edilmiş olduğunu görmüşdür. Ona görə də bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub göndərmişdir. Bundan sonra onun məlumatı əsasında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində araşdırma aparılmışdır. 14 fevral 2022-ci il tarixdə Bəhlulun istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş və 11 ədəd yulğun kolunun kotana ilişərək kökündən çıxdığı müəyyən edilmişdir. Nəticədə Təqsirləndirilən şəxs1 təbiətə ziyan vurduğuna görə 2000 manat cərimə olunmuşdur. Daha sonra 15 fevral 2022-ci il tarixdə səhər saat 8 radələrində torpaq sahəsinin suvarılması məqsədi ilə kanala suyun gəlib gəlmədiyini yoxlamaq üçün yenidən torpaq sahəsinin olduğu yerə getmişdir. Bəhlulun istifadəsində olan 25 ha torpaq sahəsinin yanından keçərkən həmin ərazidə yulğun kollarının kəsilmiş olduğunu görmüş və bu barədə 3 saylı RETSİ-nin əməkdaşı Şahid7 telefonla zəng edərək məlumat vermişdir. Bundan sonra onun, Şahid7, Şahid6 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 15 fevral 2022-ci il tarixdə baxış keçirilmişdir. Baxışdan iştirak etməsi üçün Bəhlula məlumat verilsə də, o, baxışda iştirak etməmişdir. Baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, 97 ədəd yulğun kolu kəsilmişdir. Yulğun kollarının bir hissəsi balta ilə, bir hissəsi elektrikli mişarla kəsilmişdir. 97 ədəd yulğun kolları bir gün əvvəl, yəni 11 ədəd yulğun kolunun kəsilməsi ilə əlaqədar 14 fevral 2022-ci il tarixdə əraziyə baxış keçirilən zaman yerində idi və görünürdü. 97 ədəd yulğun kolu 14 fevral 2022-ci il tarixdən 15 fevral 2022-ci il tarixə saat 8-dək olan müddət ərzində kəsilmişdir. O, yulğun kollarının kimin kəsdiyini görməmişdir. Həmin torpaq sahəsində Bəhlul əkinçiliklə məşğul olur. Yulğun kollarını kəsmədən bütün torpaq sahəsində əkinçiliklə məşğul olmaq mümkün deyil. Yulğun kollarının kəsilməsində yalnız Bəhlulun marağı vardır. Buna görə məhz Bəhlulun yulğun kollarını kəsdiyini düşünür. Sözügedən torpaq sahəsi hasarlanmamışdır. Lakin, Bəhlulun çoban itləri var ki, onlar Bəhlulun istifadəsində olan həm 25 ha torpaq sahəsini, həm də 113 ha torpaq sahəsini qoruyurlar. Çoban itləri torpaq sahələrini qoruduqları üçün torpaq sahəsinə kənar şəxslərin daxil olması mümkün deyil. 113 ha torpaq sahəsi ilə 25 ha torpaq sahəsi yaxın olduqları üçün 113 ha torpaq sahəsində olan fermadan 25 ha torpaq sahəsini aydın görmək olur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Qarasu kəndində fermada yaşayır və maldarlıqla məşğul olur. Təqsirləndirilən şəxs1 istifadəsində olan örüş və əkin sahələri onun mal-qara otardığı otlaq sahəsi ilə həmsərhəddir. Bəhlulun istifadəsində olan torpaq sahəsində yulğun kolları kəsilmişdir. O, yulğun kollarını kimin kəsdiyini görməmişdir. Hadisədən sonra da yulğun kollarının kimin kəsdiyini bilməmişdir. Yulğun kollarının bir hissəsi balta ilə, bir hissəsi isə mişarla kəsilmişdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Qarasu kəndində yaşayır. Qarasu bələdiyyəsi tərəfindən bələdiyyənin mülkiyyətində olan 25 ha torpaq sahəsi Rahib Şıxaliyevə icarəyə verilmişdir, lakin həmin torpaq sahəsini faktiki olaraq onun qardaşı Təqsirləndirilən şəxs1 istifadə edir. O, digər çobanlarla birlikdə Bəhlulun istifadəsində olan digər torpaq sahəsində yerləşən fermasındakı heyvanların otarılması ilə məşğul olur. Bəhlulun istifadəsində olan 25 ha torpaq sahəsində olan yulğun kollarının kəsilməsindən sonradan məlumatı olsa da, həmin kolların kim tərəfindən və nə vaxt kəsilməsini görməmiş, bu barədə hər hansı məlumatı olmamışdır. Ərazidə olan çoban itləri onu, digər çobanları, onların ailə üzvlərini, eyni zamanda Bəhlul və Rahibi tanıyır. Çoban itləri onlardan başqa kənar şəxsləri tanımır. Kənardan kimsə torpaq sahəsinə daxil olduqda çoban itləri onlara hücum çəkir. Lakin, ərazi olduqca geniş olduğu üçün uzaq məsafədən yulğun kollarının olduğu yeri görmək mümkün deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 30 dekabr 2021-ci il tarixdə Hacıqabul rayon X25 Mərkəzinə müraciət edərək bələdiyyə tərəfindən onun qardaşı Rahib Şıxaliyevə icarəyə verilmiş 25 ha torpaq sahəsində 2021-ci ilin noyabr ayında buğda əkməsi, həmin torpaq sahəsində selləmə üsulu ilə suvarma aparması, oradan 15 sentner məhsul götürəcəyi barədə bəyan verərək həmin torpaq sahəsi üçün subsidiya almaq istədiyini bildirmişdir. Bundan sonra DAİM-də bitkiçilik sektorunda məsləhətçi işləyən Ağababa Sadıqov və Şahid2 iştirakı ilə həmin 25 ha torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı sözügedən torpaq sahəsinin bir hissəsinin şumlanmış, digər hissəsinin şumlanmamış olduğunu, yulğun kollarının kəsilmiş olduğunu, lakin torpaq sahəsində əkin işlərinin aparılmamasının müəyyən etmişlər. Hacıqabul rayon DAİM-ə qayıdaraq direktor X24 Şıxaliyevin yanlış bəyan verməsi barədə məlumat vermişdir. Sonradan Təqsirləndirilən şəxs1 iştirakı ilə növbəti baxış zamanı ona yanlış bəyan verdiyini demiş, Bəhlul isə onun dediyini təsdiq edərək torpaq sahəsinin onun istifadəsində olduğunu, torpaq sahəsini şumladığını, əkin üçün gecikdiyini, yaxın vaxtlarda həmin torpaq sahəsini əkəcəyini bildirmişdir. Baxış zamanı ərazidə yulğun kollarının kəsilməsini görsə də, həmin kolların kim tərəfindən nə vaxt kəsilməsini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, o, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şirvan Ərazi şöbəsinin Torpaqların İdarə edilməsi və X4 Sektorunun müdiri işləyir. Qarasu kənd sakini Şahid1 müraciətinə əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan 25 ha torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı ərazidə olan 11 ədəd yulğun kolunun kotana ilişərək kökündən çıxdığını müəyyən etmişlər. Buna görə Təqsirləndirilən şəxs1 barəsində inzibati cərimə tətbiq edilmişdir. Bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Şahid1 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid7 zəng edərək Təqsirləndirilən şəxs1 istifadəsində olan 25 ha torpaq sahəsində yulğun kollarının kəsilməsi barədə məlumat vermişdir. Həmin tarixdə sözügedən əraziyə onun, məlumatı verən Şahid1, 3 saylı RETSİ-nin əməkdaşı Şahid7 və bələdiyyə sədri Təqsirləndirilən şəxs2 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 97 ədəd kök üstə yaş yulğun kolları boğazından kəsilmişdir. Bir gün əvvəl xx.xx.2022-ci il tarixdə əraziyə baxış keçirilərkən həmin yulğun kolları kəsilməmişdi. Yulğun kollarının kəsilmə izlərinə əsasən demək olarki onların bir hissəsi balta ilə, bir hissəsi isə motorlu mişar ilə kəsilmişdir. Lakin, yulğun kollarının konkret olaraq kimin tərəfindən kəsilməsi barədə məlumatı olmamışdır. Əraziyə baxış keçirilən zaman fermada olan çoban itləri onlara hücum çəkməmişlər. Bundan başqa qeyd edir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan digər 113 ha torpaq sahəsi onun tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Həmin torpaq sahəsi təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmişdir və Qarasu Bələdiyyəsinin mülkiyyətindədir. Təqsirləndirilən şəxs1 zəbt etdiyi həmin torpaq sahəsinin bir hissəsində arpa əlmiş, qalan hissələrində isə ferma tikmiş və ərazidə heyvandarlıqla məşğul olur. Təqsirləndirilən şəxs1 113 ha torpaq sahəsini zəbt etməsi faktı ilə bağlı toplanmış sənədlər Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, 3 saylı Regional və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun baş məsləhətçi müfəttişi vəzifəsində işləyir. Qarasu kənd sakini Şahid1 xx.xx.2022-ci il tarixdə şikayət ərizəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək Təqsirləndirilən şəxs1 istifadəsində olan 25 ha torpaq sahəsində yulğun kollarının məhv edilməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə sözügedən torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı 25 ha torpaq sahəsində şumlama işləri aparılan zaman 11 ədəd yaş yulğun kollarının kotana ilişərək kökündən çıxdığı müəyyən edilmişdir. Bunun nəticəsində təbiətə dəymiş ziyanan görə Təqsirləndirilən şəxs1 inzibati məsuliyyətə cəlb edilərək cərimə edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 yulğun kollarının şumlama zamanı kökündən çıxdığını etiraf etmişdir. Bundan bir gün sonra Şahid1 səhər saatlarında ona zəng edərək Təqsirləndirilən şəxs1 istifadəsində olan 25 ha torpaq sahəsində yulğun kollarının kəsilməsi barədə məlumat vermişdir. Həmin məlumat əsasında onun, məlumatı verən Şahid1, Şahid6 və Təqsirləndirilən şəxs2 iştirakı ilə əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsində 97 ədəd kök üstə yaş yulğun kolları kök boğazından kəsilmişdir. Kəsintilərin izlərinə əsasən demək olar ki, kolların bir hissəsi balta ilə, bir hissəsi mişarla kəsilmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs1 zəng edərək bu barədə məlumat verib çağırsa da, Bəhlul Şıxalıyev yulğun kollarının onun tərəfindən kəsilmədiyini bildirərək əraziyə gəlməmişdir. Həmin gün Təqsirləndirilən şəxs1 ilə görüşən zaman o yulğun kollarının Şahid1 və ya onun qohumları tərəfindən qərəzli olaraq kəsildiyini iddia etmişdir. xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsinə baxış keçirilərkən 97 ədəd yulğun kolları kəsilməmişdi. Şahid həmçinin bildirmişdir ki, yulğun kollarının kəsildiyi ərazi ilə Bəhlula məxsus ferma arasında kifayət qədər məsafə vardır və onlar xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə torpaq sahəsinə baxış keçirilərkən Bəhlula məxsus fermada olan itlər onların üzərinə hücum etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, 2000-ci ildə “Lahıc” X11 Təsərrüfatını yaratmışdır. 2003-cü ildə Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 157 ha torpaq sahəsini örüş sahəsi kimi Təsərüfatın adından 15 illik icarəyə götürmüşdür. Sonradan həmin torpaq sahəsinin 102 ha hissəsini Rahib Şıxaliyevə sub icarəyə vermişdir. Lakin, həmin torpaq sahəsini faktiki olaraq onun qardaşı Bəhlul Şıxalıyev istifadə edirdi. Hacıqabul rayonunun Qarasu kəndində yerləşən Bəhlul Şıxəliyevin istifadə etdiyi 102 ha və ətrafında olan 11 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla Qarasu Bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli 528 S nömrəli Sərəncamı əsasında kənd təsərrüfatı təyinatlı torpaqlar kimi əkin dövriyyəsinə cəlb edilmiş, torpaq sahələri əkinə cəlb edildiyi üçün ərazidə su kanallarının çəkilməsinə başlanılmış, bu səbəbdən torpaq sahələrinin sərhədlərində olan dəyişikliklərə görə həmin ərazidə istifadə olunmayan 11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Təqsirləndirilən şəxs1 istifadəsində olan 102 ha torpaq sahəsinə birləşdirilərək ümumi torpaq sahəsi 113 ha təşkil etmişdir. Şirvan İnzibati-İqtisadi məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi əsasında “Lahıc” X15 ilə Hacıqabul rayonu, Qarasu Bələdiyyəsinin sabiq sədri İslam Hüseynov arasında bağlanmış icarə müqaviləsi ləğv edildiyi üçün 157 ha torpaq sahəsinin 102 ha hissəsinin Təqsirləndirilən şəxs1 subicarəyə verilməsinə dair bağlanmış subicarə müqaviləsi də qüvvədən düşmüşdür. Həmin vaxtdan Təqsirləndirilən şəxs1 Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunsuz olaraq istifadə edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 Hümbət oğlu ifadəsində bildirdi ki, ona məxsus traktorları var və həmin traktorlar vasitəsi ilə rayon ərazisində kənd sakinlərinin torpaq sahələrinin şumlanmasını həyata keçirir. Təqsirləndirilən şəxs1 2021-ci ilin dekabr ayında onunla əlaqə saxlayaraq istifadəsində olan torpaq sahəsini şumlatmaq istədiyini demişdir. O da işçisi Siyasətə həmin torpaq sahəsini şumlamağı tapşırmışdır. Siyasət Bəhlulun istifadəsində olan torpaq sahəsinin təxminən 15 hektarını şumlamış, qalan hissələrdə yulğun kolları olduğundan şumlanmamışdır. Siyasətin deməsinə görə Bəhlul ona demişdir ki, şumlanmamış 10 ha ərazidə olan kollar təmizləndikdən sonra gəlib həmin ərazini də şumlayarsan. Onun Bəhlulun istifadəsindəki torpaq sahəsində olan yulğun kollarının kəsilməsindən məlumatı olmamışdır. Yulğun kollarının kəsilməsi barədə yalnız ifadə verməyə çağırılarkən məlumatı olmuşdur. Lakin, kolların kimin tərəfindən kəsilməsindən məlumatı olmamışdır. O, həmin əraziləri çox yaxşı tanıyır. Bəhlulun fermaları olan yer ilə şumlanan ərazi arasında təxminən 400 metr məsafə var. Arada su kanalı keçir. O, şumlanan ərazidə olarkən fermada olan çoban itləri onlara hücum etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 Şahid9 Hümbət oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 3M-35 nömrəli, notarial qaydada təsdiq olunmuş icarə müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 25 ha olan torpaq sahəsi Qarasu Bələdiyyəsi tərəfindən X6 icarəyə verilmişdir. İcarə müqaviləsini icarəçinin adından onun etibarnamə üzrə nümayəndəsi kimi Təqsirləndirilən şəxs1 imzalamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Hacıqabul rayonu, Qarasu Bələdiyyəsinin mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 25 ha kənd təsərrüfatı təyinatlı torpaq (əkin) xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən X6 icarəyə verilmişdir. İş materiallarında olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi-müfəttiş Şahid7, ƏMDK-nın Şirvan Ərazi Şöbəsinin sektor müdiri Müdafiəçi4, Hacıqabul rayonu, Qarasu bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs2 və şikayətçi Şahid1 iştirakları ilə tərtib edilmiş 73725 nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 2 sakini Şahid1 xx.xx.2022-ci il tarixli şifahi müraciətində Hacıqabul rayonu Qarasu kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən Rahib Şıxaliyevə məxsus 25 ha əkin təyinatlı torpaq sahəsində davamlı olaraq kökü üstə yaş yulğun kollarının kəsilməsi barədə məlumat vermişdir. Məlumatla əlaqədar araşdırma aparılmış və Rahib Şıxaliyevin istifadəsində olar 25 ha torpaq sahəsinə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsinin şumlanmamış hissəsində və şum altında olan hissəsində ümumi sayı 97 ədəd kökü üstə yaş yulğun kolları kök boğazından kəsilmişdir. Aşkar olunmuş faktla bağlı Təqsirləndirilən şəxs1 izahatında qardaşı Rahib Şıxaliyevə məxsus 25 ha torpaq sahəsində kəsilmiş yulğun kollarından xəbəri olmadığını, Şahid1 qərəzli şəkildə ondan qisas aldığını, sözügedən yulğun kollarının Şahid1 və onun qohumları tərəfindən kəsildiyini bildirmişdir. Aşkar olunmuş faktla əlaqədar Şahid1 izahat verərək bildirdi ki, Rahib Şıxaliyevə məxsus torpaq sahəsində Təqsirləndirilən şəxs1 tərəfindən 97 ədəd yulğun kolları kəsilmişdir. Sözügedən yulğun kolları torpağın şumlanmasında maneə yaratdığı üçün kəsilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixdə daxil olmuş 9/2495 nömrəli rəyində göstərilmişdir ki, AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 73725 №li akta əlavə edilmiş “X5”nə əsasən köküstə yaş olmaqla ümumilikdə 97 ədəd yulğun kolunun qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 7760,00 manat müəyyən edilir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 25 ha torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsinin həm şumlanmamış hissəsində, həm də şumlanmış yerlərində ümumilikdə 97 ədəd yulğun kollarının kəsildiyi müəyyən edilmişdir. Həmin yulğun kollarının kəsildiyi köklərinə baxıldıqda kolların həm balta ilə, həm də motorlu mişarla kəsilmiş olduğu görünür. Bundan sonra Qarasu bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 tərəfindən istifadə olunan həmin torpaq sahəsinə baxış keçirildi. Müəyyən edildi ki, sözügedən torpaq sahəsi 113 ha sahəni əhatə etməklə, Təqsirləndirilən şəxs1 icarə hüququ ilə istifadə etdiyi 25 ha torpaq sahəsinin yanında torpaq sahələrini ayıran beton su kanalının sol tərəfində yerləşir. Həmin 113 ha torpaq sahəsinin bütün ərazisinə baxış keçirilən zaman sahənin başlanğıcından 20.2 ha hissənin əkildiyi, daha sonra sahənin 79.8 ha hissəsində ferma, çoban evləri olmaqla örüş sahəsi kimi istifadə edildiyi və hər hansı əkin işlərinin aparılmadığı, sahənin sonunda isə 13 ha ərazinin əkildiyi müəyyən edilmişdir. İş materiallarında olan X21 İnkişaf Mərkəzinnin xx.xx.2022-ci il tarixli 44 saylı məktubundan görünür ki, X12 30 dekabr 2021-ci il tarixində X21 İnkişaf Mərkəzinə müraciət edərək 25 ha torpaq sahəsinə payızlıq yumşaq buğda əkini bəyan vermişdir. Bəyan edərkən buğda əkinin 2021-ci ilin noyabr ayında əkib, 15 sentner proqnozu ilə qeyd etdirmişdir. İş materiallarında olan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2022-ci il tarixli, MİHO/1222-2022-1440 saylı məktubundan görünür ki, X3 25 hektar torpaq sahəsi üzərində istifadə hüququna dair sənədi və əkin barədə məlumatları EKTİS-ə daxil edilmişdir. EKTİS-ə daxil etdiyi məlumatlara əsasən, həmin torpaq sahəsində həyata keçirdiyi payızlıq buğda əkininə görə hesablanmiş 5250 AZN (beş min iki yüz əlli manat) əkin subsidiyası onun kart hesabına köçürülmüşdür. İş materiallarında olan Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2022-ci il tarixli, MİHO/1.2.2-2-2022-1818 saylı məktubundan görünür ki, 2022-ci ilin 18 may tarixində Agentliyin və X25 Mərkəzi əməkdaşlarının birgə iştirakı ilə X6 məxsus bəyan İD ******* olan 25 hektarlıq payızlıq buğdanın monitorinqi zamanı buğda əkini əvəzinə 19.264 hektar arpa əkildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5.2.3 və 5.2.4-cü yarımbəndlərinə əsasən bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ ilə monitorinq nəticəsində müəyyənləşdiirlmiş məbləğ arasındakı fərq 20-50 faiz olduqda cari il ərzində, fərq 50 faizdən çox olduqda cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. Həmin Qaydanın 5.5-ci maddəsinə əsasən, fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2-5.3-cü bəndlərinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Agentliyə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə öəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. X2 yanlış bəyanı nəticəsində cari ildə ona ödənilən 5250 manat subsidiya məbləğinin Agentliyə geri qaytarılması üçün qanunvericilikdə müəyyən olun muş müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********88 saylı məktubundan görünür ki, Hacıqabul rayonu, Qarasu Bələdiyyəsinin mülkiyyətində aid kənd təsərrüfatı təyinatlı əkin sahələrindən X6 25.0 ha torpaq sahəsi icarəyə verilmişdir. Qeyd olunan 25.0 ha torpaq sahəsinə dair X2 icarə hüquqları **********46 reyestr nömrəli çıxarış ilə dövlət qeydiyyatına alınmışdır. Təqsirləndirilən şəxs1 tərəfindən zəbt olumuş 113.0 ha torpaq sahəsinə dair elektron kadastr məlumat bazasına əsasən aparılan araşdırılma zamanı müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********55 saylı məktubundan görünür ki, aparılmış araşdırma zamanı 113 ha torpaq sahəsinin Qarasu Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasında olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli 528 s saylı sərəncamı ilə təyinatı dəyişdirilərək əkinə keçirilmiş torpaq sahəsi olduğu və heç kimin icarəsinə verilmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 42/168 saylı məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs1 3 saylı RETSİ-nin rəisi Azər Quliyevə verdiyi izahatında 25 ha torpaq sahəsini onun şumlatdırıb əkdiyini, şum aparılan 11 ədəd yaş yulğun kolunun kotana ilişərək məhv olduğunu (kökündən çıxdığını), həmin yerin əkin sahəsi olduğunu və qanuni olaraq əkdiyini, əvvəllər istifadəsində olan, hazırda sənədləri olmadığı 113 ha torpaq sahəsi ilə bağlı sənədinin vaxtının uzadılması ilə əlaqədar Qarasu bələdiyyəsinə müraciət etdiyini bildirmişdir. Məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 25 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin torpaq sahəsinin şumlanması nəticəsində təbiətə ziyan dəymiş, Təqsirləndirilən şəxs1 tərəfindən “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 10-cu maddəsinin tələbləri pozulmuş, zəbt altında olan 113 ha torpaq sahəsinin 33.2 ha-da (20.2ha+13.0 ha) Təqsirləndirilən şəxs1 tərəfindən arpa əkilmiş, 79.8 ha sahə toxunulmamış qalmışdır və bu sahəsinin üzərində ferma, çoban evləri mövcuddur. Keçirilmiş baxışla bağlı xx.xx.2022-ci il tarixində tərtib olunmuş 66838 nörməli akt 3 saylı RETSİ-nin əməkdaşı-baş məsləhətçimüfəttişi Şahid7, ƏMDK-nin Şirvan ərazi şöbəsinin sektor müdiri Şahid6, Hacıqabul rayonu, Qarasu Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs2, şikayətçi Şahid1 və Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 25 ha əkin torpaq sahəsində köküstə yaş 11 (on bir) ədəd yulğun kollarını məhv etmiş və nəticədə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərini pozmuşdur. Buna görə də “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 (iki min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Hacıqabul rayon Qarasu Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Hacıqabul rayonu Qarasu kənd sakini Təqsirləndirilən şəxs1 istifadəsində olan 113 ha torpaq sahəsi Hacıqabul rayon, Qarasu Bələdiyyəsinin mülkiyyətindədir. 113 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və 05 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 528 S saylı sərəncamı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb olunmuşdur. 29 noyabr 2017-ci il tarixindən etibarən, Təqsirləndirilən şəxs1 Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 113 ha kənd təsərrüfatı təyinatlı əkin dövriyyəsinə cəlb edilmiş torpaq sahəsini zəbt etmişdir. 2021-2022-ci illər ərzində 113 ha torpaq sahəsini Qarasu Bələdiyyəsinə geri qaytarması üçün Təqsirləndirilən şəxs1 məktublar göndərilmiş, lakin nəticəsi olmamışdır. Bununla yanaşı, sözügedən torpaq sahəsinin Qarasu Bələdiyyəsinə geri qaytarılması ilə bağlı tədbirlərin görülməsi üçün Hacıqabul rayon Polis Şöbəsinə, ƏMDX-nin Şirvan Ərazi Şöbəsinə, Şirvan Regional Ədliyyə İdarəsinə Qarasu bələdiyyəsi tərəfindən rəsmi qaydada müraciətlər ünvanlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 528 s saylı sərəncamına əsasən, Hacıqabul rayonunun inzibati ərazisində yerləşən 30000,0 hektar, o cümlədən Qarasu Bələdiyyəsinin ərazisində yerləşən 1247,23 hektar torpaq (örüş) sahəsinin məqsədli təyinatı dəyişdirilərək əkinə cəlb edilmişdir. İş materiallarında olan Hacıqabul rayon Qarasu Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 iştirakı ilə keçirilmiş həmin iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 528 s saylı sərəncamı ilə təyinatı dəyişdirilmiş torpaq sahələrinin örüş sahəsi kimi istifadəsinin mümkünsüz olduğu, həmin sərəncama əsasən, torpaq icarə müqavilələrin ləğv edilməsinin zəruruliyi, qüvvədə olan müqavilələrin hər iki tərəfin razılığı əsasında və ya məhkəmə qaydasında ləğv ediləcəyi, qanunvericiliyə əsasən, torpaq hərracları və ya müsabiqə vasitəsilə həmin torpaqların yeni təyinatla icarəyə götürülə biləcəyi bildirilmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(086)-421/2017 saylı qətnaməsindən görünür ki, Hacıqabul rayon Qarasu Bələdiyyəsi ilə “Lahıc” X15 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 09 nömrəli torpaq icarəsi müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı xx.xx.2022-ci i tarixli, **********65 saylı məktubundan görünür ki, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin kənar şəxs tərəfindən zəbt edilməsi və həmin torpaq sahələrinin məqsədli təyinatından kənar istifadə olunması barədə vətəndaş Şahid1 daxil olmuş 27 yanvar 2022-ci il tarixli müraciətinə baxılmış, müraciətdə qeyd olunan məsələ ilə bağlı Xidmətin Şirvan ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırma aparılan zaman qanunvericilikdə nəzərdə tutulmuş qaydada mulkiyyət, istifadə və ya icarə hüququ olmadan vətəndaş Təqsirləndirilən şəxs1 tərəfindən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən (X-301260; Y-4452686) istifadə olunması faktı müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsinin əlamətlərinə uyğun gəlir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 113 ha torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 79.8 ha sahəni örüş sahəsi kimi, 33.2 ha sahəni isə arpa əkərək heç bir hüquqi sənədi olmadan qanunsuz istifadə etmişdir. İş materiallarında olan Hacıqabul rayon Qarasu Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 06 nömrəli iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Qarasu bələdiyyəsinin sədri seçilmişdir. İş materiallarında olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 42/167 saylı məktubdan görünür ki, “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli qərarının 2.5-ci maddəsinə əsasən, uçota alınan yaşıllıqlar barədə məlumatlar bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr tərəfindən hər il yanvar ayının 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar bələdiyyələr tərəfindən fevral ayının 20-dək təsdiq edilərək kağız və ya elektron daşıyıcılarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. 2021-ci il üçün Hacıqabul rayon Qarasu Bələdiyyəsi tərəfindən mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqların uçotu və monitorinqi barədə məlumat verilməmişdir. İş materiallarında olan əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, tapşırıqda göstərilən ünvan 2 bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs1 49 il müddətinə icarəyə verilmiş 25 ha torpaq kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan 97 ədəd kökü üstə yaş yulğun kolunu kəsən şəxslər və həmin vaxt ətrafda olaraq ona şahid olmuş şəxslərin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişlər. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Qarasu kənd İnzibati Ərazi Dairə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı (14 yaşadək) uşağı vardır. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Qarasu kənd İnzibati Ərazi Dairə üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları yer üzrə müsbət xarakterizə olunmuşlar. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri nəzərə alıb, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və onun həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsasən işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Hacıqabul rayonu Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixli icarə müqaviləsi əsasında X7 49 il müddətinə icarəyə verilmiş, lakin həmin torpaq sahəsindən ona verilmiş etibarnamə əsasında faktiki olaraq Təqsirləndirilən şəxs1 istifadə etmişdir. Şıxaliyev X8 rayon Qarasu kəndi ərazisində bələdiyyəyə məxsus 25 ha əkin torpaq sahəsində köküstə yaş 11 ədəd yulğun kollarını məhv etməsinə görə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixdə İXM-in 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, daha sonra xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən həmin maddə ilə təqsirli bilinərək 2000 manat cərimə edilmişdir. Həmin inzibati xəta ilə əlaqədar Təqsirləndirilən şəxs1, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində verdiyi izahatında 25 ha torpaq sahəsini onun şumlatdırıb əkdiyini, şum aparan zaman 11 ədəd yaş yulğun kolunun kotana ilişərək kökündən çıxdığını bildirmişdir. Təqsirləndirilən şəxs1, həmçinin Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 25 ha torpaq sahəsində 11 ədəd yaş yulğun kolunu məhv etməsi ilə bağlı tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 66838 nömrəli aktı imzalamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə səhər saat 8 radələrində Şahid1 torpaq sahəsinin suvarılması məqsədi ilə kanala suyun gəlib gəlmədiyini yoxlamaq üçün torpaq sahəsinin olduğu yerə gedərkən, Bəhlulun istifadəsində olan 25 ha torpaq sahəsinin yanından keçərkən həmin ərazidə yulğun kollarının kəsilmiş olduğunu görmüş və bu barədə 3 saylı RETSİ-nin əməkdaşı Şahid7 telefonla zəng edərək məlumat vermişdir. Həmin məlumat əsasında onun, Şahid7, Şahid6 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsində olan 97 ədəd yulğun kolu kəsilmişdir. Həmin şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən müəyyən olunur ki, yulğun kollarının bir hissəsi balta ilə, bir hissəsi isə motorlu mişarla kəsilmişdir və kəsilmiş olan 97 ədəd yulğun kolları bir gün əvvəl, yəni 11 ədəd yulğun kolunun kəsilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə əraziyə baxış keçirilən zaman yerində olmuşdur. 97 ədəd yulğun kolu 14 fevral 2022-ci il tarixdən 15 fevral 2022-ci il tarixə saat 8dək olan müddət ərzində kəsilmişdir. İbtidai istintaq orqanının gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 subsidiya almaq üçün istifadəsində olan 25 ha. sahədə buğda əkəcəyi ilə bağlı bəyan verərək, həmin torpaq sahəsini şumlayıb əkib-becərəcəyini düşünmüş, lakin torpaq sahəsi üzərində yulğun kolları olduğundan torpaq sahəsinin bütün hissəsini 2021-ci ilin dekabr ayında şumlatdıra bilməmişdir. Daha sonra subsidiya almaq üçün torpaq sahəsinin şumlanmamış yulğun kolları olan hissəsini 2022-ci ilin yanvar ayında öz traktoru ilə şumlamağa çalışarkən traktorun kotanı yulğun koluna ilişərək qırılmışdır. Təqsirləndirilən şəxs1 torpaq sahəsi üzərində subsidiya ilə bağlı monitorinq keçiriləcəyini bildiyindən 2022-ci ilin 14-15 fevral tarixlərində yulğun kollarını kəsərək təmizləməyə və həmin torpaq sahəsini əkin üçün hazır vəziyyətə gətirməyə çalışmışdır. Bu məqsədlə də həmin tarixlərdə 97 ədəd köküstə yaş yulğun kollarını kəsərək təbiətə ziyan vurmuşdur. Lakin, məhkəmə istintaqı zamanı qeyd edilən 97 ədəd yulğun kollarının Təqsirləndirilən şəxs1 tərəfindən kəsilməsi sübuta yetirilməmişdir. Cinayət işi üzrə onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Belə ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadələrində bir mənalı olaraq 97 ədəd yulğun kollarının onun tərəfindən və ya onun göstərişi ilə kəsilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid9 və Şahid10 da ifadələrində 97 ədəd yulğun kollarının kimin tərəfindən kəsilməsini görmədiklərini və dəqiq bilmədiklərini bildirmişlər. Şahid qismində dindirilmiş şəxslərdən yalnız Şahid1 və Şahid2, eləcə də digər Təqsirləndirilən şəxs2 ərazinin Təqsirləndirilən şəxs1 istifadəsində olmasını və ona subsidiya almaq üçün əlavə əkin sahəsinin lazım olduğunu bildirərək, yulğun kollarının onun tərəfindən kəsilmiş ola biləcəyini ehtimal etmişlər. Göründüyü kimi, məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin heç biri ifadəsində 97 ədəd yulğun kollarının Təqsirləndirilən şəxs1 tərəfindən kəsilməsini görməmişlər və ya bu barədə dəqiqliklə hər hansı məlumat verməmişlər. Bundan başqa, işin faktiki hallarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 25 ha torpaq sahəsində olan 11 ədəd yulğun kollarının kəsilməsi faktı aşkar edilərək bu barədə 66838 nömrəli akt tərtib edilmiş və daha sonra Bəhlil Şıxaliyevin İXM-in 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Bundan bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə isə həmin ərazidə 97 ədəd yulğun kollarının kəsilməsi aşkar olunmuşdur. Şahidlərin ifadələrinə əsasən xx.xx.2022-ci il tarixdə ərazidə olarkən həmin 97 ədəd yulğun kolları kəsilməmişdi. Belə olan vəziyyətdə müəyyən olunur ki, 97 ədəd yulğun kolları xx.xx.2022-ci il tarixdə əraziyə baxış keçirilməsindən xx.xx.2022-ci il tarixə saat 08:00-dək olan müddət ərzində kəsilmişdir. Həmin vaxt ərzində Təqsirləndirilən şəxs1 hansı ərazidə olmasının müəyyən edilməsi məqsədi ilə onun istifadəsində olan mobil nömrəyə dair anten məlumatların əldə edilməsi ilə bağlı məhkəmə tərəfindən müvafiq qərar qəbul edilərək "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən məhkəmə göndərilmiş bir ədəd diskdə olan mobil telefon nömrəsinə dair məlumatlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022ci il tarixdə saat 12:20-dən həmin gün saat 22:35-dək olan müddətdə Bakı şəhərinə gedib qayıtmışdır. Yəni, həmin müddət ərzində o, Qarasu kəndi ərazisində olmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihama görə o, 97 ədəd yulğun kollarını şəxsən kəsmişdir. Lakin, məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid6 və Şahid7 ifadələrində 97 ədəd yulğun kollarının bir hissəsinin balta ilə, bir hissəsinin isə motorlu mişarla kəsildiyini bildirmişlər. İşin bu halı isə onu deməyə əsas verir ki, yulğun kolları ən azı iki nəfər tərəfindən kəsilmiş ola bilər. Bundan başqa, məhkəmə iclasında dindirilmiş şahidlərdən Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs1 istifadəsində olan 25 ha torpaq sahəsinə yaxın ərazidə ona məxsus ferma olduğunu və fermada çoban itlərinin olduğunu və itlərin Təqsirləndirilən şəxs1 tanıdıqlarını, 25 ha torpaq sahəsində yulğun kolları kənar şəxslərdən tərəfindən kəsilərsə, çoban itlərinin onlara hücum edə biləcəyini, bu səbəbdən yulğun kollarının Bəhlul tərəfindən kəsildiyini ehtimal etdiklərini bildirmişlər. Lakin, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 və şahid qismində dindirilmiş Şahid3 ifadələrində həmin ərazinin geniş olduğunu, fermanın olduğu yerdən 25 ha torpaq sahəsinin olduğu yeri görmək mümkün olmadığını bildirmişlər. xx.xx.2022-ci il tarixdə torpaq sahəsinə baxışda iştirak etmiş şahidlər Şahid6 və Şahid7 isə ifadələrində xx.xx.2022-ci il tarixlərdə torpaq sahəsinə baxış keçirilərkən Bəhlula məxsus fermada olan itlərin onların üzərinə hücum etmədiyini bildirmişlər. Məhkəmə hesab edir ki, şahidlər Şahid1 və Şahid2 güman etdikləri kimi fermada olan çoban itləri kənar şəxslərin üzərinə hücum etsəydilər, onda xx.xx.2022-ci il tarixdə torpaq sahəsinə baxış keçirilən vaxt da çoban itləri baxışda iştirak edən şəxslərin üzərinə hücum etməli idilər. Lakin, baxış zamanı belə bir hal baş verməmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslər Şahid10 və Şahid9 ifadələrində Təqsirləndirilən şəxs1 istifadəsində olan 25 hektar torpaq sahəsinin 15 hektarını şumlandıqdan sonra, qalan 10 hektarında yulğun kolları olduğuna görə şumlanma işlərinin aparılmadığını, həmin vaxt Təqsirləndirilən şəxs1 şumlanmamış 10 hektar ərazini kollardan özünün təmizləyəcəyini dediyini, lakin həmin ərazidə olan yulğun kollarının kimin tərəfindən kəsildiyini məlumatlarının olmadıqlarını bildirmişlər. Məhkəmə qeyd edir ki, hətta Təqsirləndirilən şəxs1 torpaq sahəsi şumlanarkən, qalan 10 hektar sahəni kollardan özünün təmizləyəcəyini demiş olsa da, sonradan həmin ərazidə olan kolların həqiqətən onun tərəfindən kəsilməsi iş üzrə toplanmış sübutlarla təsdiq edilmir. Şahidlərin ifadələrində qeyd etdikləri həmin xüsusata əsaslanaraq yulğun kollarının Təqsirləndirilən şəxs1 tərəfindən kəsilməsi barədə irəli sürülən iddia yalnız ehtimala əsaslanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 istifadəsində olan 25 ha torpaq sahəsi açıq ərazi olduğundan və hər hansı formada mühafizə olunmadığından, həmin torpaq sahəsində olan 97 ədəd yulğun kollarının ondan qisas almaq və ya hər hansı başqa motivlə kənar şəxs(lər) tərəfindən kəsilməsi mümkündür. Həmin yulğun kollarının Təqsirləndirilən şəxs1 tərəfindən kəsilməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. 97 ədəd yulğun kollarının Təqsirləndirilən şəxs1 tərəfindən kəsilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi qənaət yalnız ehtimallara əsaslanır. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində təqsirli olması sübuta yetirilmir. Bundan başqa məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə də əsassız olmaqla, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməlində Cinayət Məcəlləsinin 314.1-ci maddəsinin tərkibi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün – vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmalıdır. Göstərilən normanın mənasına görə, bu cinayət əməlinin subyekti xüsusi subyekt olmalıdır, yəni vəzifəli şəxs olmalıdır. Obyektiv cəhətdən bu cinayət əməlinin tərkibinin yaranması üçün vacib şərt: 1) vəzifəli şəxs işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməli və ya lazımınca yerinə yetirməməlidir; 2) fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmalıdır; 3) vəzifəli şəxs işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi ilə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması arasında səbəbli əlaqə olmalıdır. Göstərilən üç şərtdən hər hansı birinin olmaması bu maddə ilə cinayət məsuliyyətini istisna edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, xx.xx.2020-ci il tarixdən Hacıqabul rayonu Qarasu Bələdiyyəsinin sədri vəzifəsində işləməklə vəzifəli şəxs olaraq, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.6, 4.0.9, 23.1, 23.2-ci maddələrinin tələblərinə əsasən “bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin etmək; bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarətin bələdiyyələrin həyata keçirməsi”; “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.2.2, 8.2.3, 9.0.1, 12.3-cü maddələrinin tələblərinə əsasən, “bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələrin həyata keçirməsi; yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq; mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq; yaşıllıqların uçotununun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili; bələdiyyələrin yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi”; “Torpaq Məcəlləsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 47-ci maddələrinin tələblərinə əsasən, “bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetmənin bələdiyyələr tərəfindən həyata keçirilməsi”; “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli qərarının 1.5, 2.5 və 3.5-ci maddələrinin tələblərinə əsasən, “bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunun və monitorinqinin bələdiyyələr tərəfindən aparılması; uçota alınan yaşıllıqlar barədə məlumatların bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr tərəfindən hər il yanvarın 1-də ümumiləşdirilməsi və tərtib olunmuş hesabatların bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməsi; ildə azı bir dəfə yaşıllıqların monitorinqinin həyata keçirilməsi” kimi qanunlarla və qanunvericilik aktları ilə bələdiyyə torpaqlarının və yaşıllıqların mühafizəsi sahəsində onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanlarının olmasına baxmayaraq, işə laqeyd münasibəti nəticəsində həmin vəzifələri yerinə yetirməməklə, Hacıqabul rayonu Qarasu Bələdiyyəsinin mülkiyyətində olan **********46 saylı reyestr nömrəli 25 ha. torpaq sahəsindən icarə hüquqları əsasında istifadə edən X10 tərəfindən torpaq sahəsi üzərində yabanı halda bitmiş meşə fonduna daxil olmayan 97 ədəd köküstə yaş yulğun kollarının 14- 15 fevral 2022-ci il tarixlərində qanunsuz olaraq kəsilməsinə səbəb olmuş, nəticədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə külli miqdar təşkil edən 7760 (yeddi min yeddi yüz altmış) manat dəyərində ziyan vurulmasında ifadə olunan dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 qarşı Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, onun vəzifəli şəxs kimi işə laqeyd münasibət göstərərək xidməti vəzifələrini yerinə yetirməməsi X10 tərəfindən torpaq sahəsi üzərində yabanı halda bitmiş 97 ədəd köküstə yaş yulğun kollarının 14-15 fevral 2022-ci il tarixlərində qanunsuz olaraq kəsilməsinə səbəb olmuş, nəticədə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 vəzifəli şəxs olaraq işə laqeyd münasibət göstərərək yuxarıda qeyd edilən qanunvericilik aktları ilə üzərinə qoyulmuş xidməti vəzifələri yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs2, iş üzrə şahid qismində, daha sonra isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, 25 ha torpaq sahəsini icarəyə verərkən torpaq sahəsi üzərində yulğun kollarının olduğunu, lakin yulğun kollarının kəsilməsinin, məhv edilməsinin məsuliyyətə səbəb olması, yulğun kollarının götürülməsi üçün rəsmi qaydada Qarasu Bələdiyyəsinə ərizə ilə müraciət etməli olması barədə Rahib və Təqsirləndirilən şəxs1 məlumat vermədiyini, icarəyə verdiyi torpaq sahəsindəki yulğun kollarının mühafizəsi ilə bağlı hər hansı qabaqlayıcı tədbir görmədiyini, 25 ha torpaq sahəsinin icarəyə verilməsi üçün bağlanmış icarə müqaviləsində yulğun kollarının zədələnməsinin, məhv edilməsinin, kəsilməsinin məsuliyyətə səbəb olduğu, buna görə də onların mühafizə edilməli olması barədə şərtlər nəzərdə tutmadığını, icarəyə verdiyi torpaq sahəsindəki yulğun kollarının uçotu və monitorinqini aparmadığını, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hesabat və ya hər hansı sənəd təqdim etmədiyini bildirmişdir. Həmçinin, cinayət işi üzrə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində, bələdiyyələrin vəzifələrindən birinin mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqların uçotunu və monitorinqinin aparılmalı olduğunu, Hacıqabul rayonunda fəaliyyət göstərən bələdiyyələr tərəfindən bir il ərzində aparılmış uçot və monitorinqlə bağlı hesabatların tərtib olunaraq növbəti ildə aidiyyəti üzrə 3 saylı RETSİ-yə göndərilməli olduğunu, lakin Hacıqabul rayonu, Qarasu bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs2 tərəfindən 2021-ci il üzrə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqların uçotu və monitorinqi ilə bağlı heç bir tədbirin həyata keçirilmədiyini, bununla bağlı hər hansı hesabatın 3 saylı RETSİ-yə təqdim olunmadığını bildirmişdir. Bundan başqa, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 42/167 saylı məktubda qeyd olunmuşdur ki, “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli qərarının 2.5-ci maddəsinə əsasən, uçota alınan yaşıllıqlar barədə məlumatlar bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr tərəfindən hər il yanvar ayının 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar bələdiyyələr tərəfindən fevral ayının 20-dək təsdiq edilərək kağız və ya elektron daşıyıcılarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Lakin, Hacıqabul rayon Qarasu bələdiyyəsi tərəfindən 2021-ci il üçün mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqların uçotu və monitorinqi barədə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilməmişdir. Həmçinin, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs1 istifadəsində olan 25 ha torpaq sahəsi üzərində olan 97 ədəd yulğun kollarının 14-xx.xx.2022-ci il tarixlərdə kəsilməsi faktı öz təsdiqini tapır. Lakin, məhkəmə araşdırması zamanı həmin yulğun kollarının Təqsirləndirilən şəxs1 tərəfindən kəsilməsi, onun bu əməli törətməkdə təqsirli olması sübuta yetirilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 istifadəsində olan 25 ha torpaq sahəsi açıq ərazi olduğundan və mühafizə olunmadığından, həmin torpaq sahəsində olan 97 ədəd yulğun kolunun qisas almaq və ya hər hansı başqa motivlə kənar şəxs(lər) tərəfindən kəsilməsi mümkündür. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün vacib olan şərtlərdən biri – onun vəzifəli şəxs olaraq işə laqeyd münasibət göstərərək qanunvericilik aktları ilə üzərinə qoyulmuş xidməti vəzifələrini yerinə yetirməməsi ilə baş vermiş nəticə (97 ədəd yulğun kollarının kəsilməsi və bununla da dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması) arasında səbəbli əlaqə mövcud olmamışdır. Səbəbli əlaqə dedikdə, iki hadisə arasındakı əlaqəni başa düşmək lazımdır. Bu hadisələrdən biri — insanın hərəkəti (hərəkətsizliyi) daxili zərurət nəticəsində başqa bir hadisəni — nəticəni doğurur. Bunların arasında səbəbli əlaqənin olması о deməkdir ki, əgər əməl olmasaydı, nəticə də olmazdı. Bu zaman şəxsin hərəkəti (hərəkətsizliyi) qanunda göstərilmiş hərəkətin (hərəkətsizliyin) xarakterinə uyğun gəldiyi, zamana görə nəticədən əvvəl gəldiyi, nəticənin baş verməsi üçün zəruri şərt olduğu və onun baş verməşinin real imkanını təcəssüm etdirdiyi, qanunauyğun şəkildə, hadisələrin müəyyən axarı üçün kənar olan qüvvələrin təsiri olmadan ictimai təhlükəli nəticə doğurduğu hallarda nəticənin səbəbi kimi qəbul oluna bilər. Hazırki iş üzrə müəyyən edilmiş 97 ədəd yulğun kollarının kəsilməsindən ibarət olan nəticə Təqsirləndirilən şəxs2 işinə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən baş verməmişdir. Bu səbəbdən də onun əməlində Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsində məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edildiyi halda, məhkəmənin ittiham hökmü çıxarması nəzərdə tutulmuşdur. Lakin, yuxarıda qeyd edildiyi kimi məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, Təqsirləndirilən şəxs2 əməlində isə Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1 və 42.1.2-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun əməlində cinayət tərkibi olmadıqda onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.1 və 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadığından, Təqsirləndirilən şəxs2 əməlində isə Cinayət Məcəlləsinin 314.1-ci maddəsinin tərkibi olmadığından onlara həmin maddələr ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul dövlət büdcəsi hesabına aid edilməlidir. Məhkəmə, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Təqsirləndirilən şəxs1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddiası ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə ona bəraət verildiyindən ona qarşı verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 74-cü bəndində göstərilir ki, bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş digər təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına becərməsi və tutması tamamilə sübuta yetirilir. Onun bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, cinayət işi üzrə zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs2, şahidlər Şahid6 və Şahid8 ifadələrində, Hacıqabul rayonunun Qarasu kəndində yerləşən Bəhlul Şıxəliyevin istifadə etdiyi 113 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmaqla Qarasu Bələdiyyəsinin mülkiyyətində olduğunu, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli 528 S nömrəli Sərəncamı əsasında kənd təsərrüfatı təyinatlı torpaqlar kimi əkin dövriyyəsinə cəlb edildiyini, torpaq sahələri əkinə cəlb edildiyi üçün ərazidə su kanallarının çəkilməsinə başlanıldığını, bu səbəbdən torpaq sahələrinin sərhədlərində olan dəyişikliklərə görə həmin ərazidə istifadə olunmayan 11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Təqsirləndirilən şəxs1 istifadəsində olan 102 ha torpaq sahəsinə birləşdirilərək ümumi torpaq sahəsinin 113 ha təşkil etdiyini, Şirvan İnzibati-İqtisadi məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi əsasında “Lahıc” X15 ilə Hacıqabul rayonu, Qarasu Bələdiyyəsinin sabiq sədri İslam Hüseynov arasında bağlanmış icarə müqaviləsi ləğv edildiyi üçün 157 ha torpaq sahəsinin 102 ha hissəsinin Təqsirləndirilən şəxs1 subicarəyə verilməsinə dair bağlanmış subicarə müqaviləsinin də qüvvədən düşdüyünü, həmin tarixdən hazırkı vaxtadək Təqsirləndirilən şəxs1 Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini istifadə və ya icarə hüququnu təsdiq edən sənədlər olmadan qanunsuz olaraq 79,8 ha sahəsinin təyinatını pozaraq örüş sahəsi kimi, 33,2 ha torpaq sahəsini isə arpa və buğda əkməklə istifadə etdiyini bildirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 da öz ifadəsində, istifadəsində olan 113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Qarasu Bələdiyyəsinin mülkiyyətində olduğunu və əkin dövriyyəsinə cəlb edildiyini, istifadə hüququnu təsdiq edən hər hansı sənədi olmadan həmin torpaq sahəsindən istifadə etdiyini, torpaq sahəsinin 33 ha hissəsində arpa və buğda əkdiyini, təxminən 80 ha hissəsini isə fermasında olan mal-qarası üçün örüş sahəsi kimi istifadə etdiyini bildirmişdir. Bnudan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 13 saylı Şirvan Ərazi İdarəsindən daxil olmuş **********55 saylı məktubda, 113 ha torpaq sahəsinin Qarasu Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli 528 s saylı sərəncamı ilə təyinatı dəyişdirilərək əkinə keçirilmiş torpaq sahəsi olduğu və heç kimin icarəsinə verilmədiyi göstərilmişdir. ƏMDX-nin Şirvan ərazi şöbəsinin 16 fevral 2022-ci il tarixli aktında da, Təqsirləndirilən şəxs1 Hacıqabul rayon Qarasu Bələdiyyəsin mülkiyyətində olan 113 ha torpaq sahəsinin 79.8 ha hissəsini örüş sahəsi kimi, 33.2 ha hissəsini isə arpa əkərək, həmin torpaq sahələrindən heç bir hüquqi sənədi olmadan qanunsuz olaraq istifadə etdiyi qeyd olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 10 mart 2022-ci il tarixli, **********65 saylı məktubunda qeyd olunmuşdur ki, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunması ilə bağlı Xidmətin Şirvan ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırma aparılan zaman qanunvericilikdə nəzərdə tutulmuş qaydada mulkiyyət, istifadə və ya icarə hüququ olmadan vətəndaş Təqsirləndirilən şəxs1 tərəfindən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən (X-301260; Y-4452686) istifadə olunması faktı müəyyən edilmişdir. Həmçinin, Şirvan İnzibati-İqtisadi məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2-2(086)- 421/2017 saylı qətnaməsinə əsasən, Hacıqabul rayon Qarasu bələdiyyəsi ilə “Lahıc” X15 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 09 nömrəli torpaq icarəsi müqaviləsi ləğv edilmişdir. Həmin icarə müqaviləsinin ləğv edilməsi ilə “Lahıc” KFT-na icarəyə verilmiş 102 ha. torpaq sahəsindən istifadə edilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 qardaşı Rahib Şıxaliyevin 2005-ci il tarixdən bağladığı subicarə müqaviləsi də qüvvədən düşmüş, nəticədə Təqsirləndirilən şəxs1 həmin torpaq sahəsindən istifadə etməsinə hər hansı hüquqi əsas qalmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1, Hacıqabul rayonu Qarasu Bələdiyyəsinin mülkiyyətində olan 113 ha torpaq sahəsini hər hansı hüququ olmadan istifadə edərək, həmin torpaq sahəsini onun mülkiyyətçisi olan Qarasu Bələdiyyəsinin icazəsi olmadan özbaşına becərərək, həmin torpaq sahəsinin 33.2 ha hissəsində arpa və buğda bitkiləri əkmiş, habelə bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini özbaşına tutaraq, həmin torpaq sahəsindən faktiki istifadə etməyə başlamış, 113 ha torpaq sahəsinin 79.8 ha hissəsini təyinatına zidd olaraq örüş sahəsi kimi istifadə etməklə torpaq sahəsini ələ keçirmiş, bununla da Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.4, 59.2). Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların isə müəyyən edilməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası aşağı həddə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi fərdi fəaliyyət göstərən X17 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 132 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X13 792 manat pul ödənilməlidir. İş üzrə maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 350, 351, 352-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə ona bəraət verilsin. Mülki iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin zərərin ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 792 manat məbləğində pul ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar