Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-10/2022 11.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-cı ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmayan, Kəlbəcər rayonundan məcburi köçkün, İmişli rayonunda Baytar həkimi işləyən, Kəlbəcər rayonu “20 Yanvar” küçəsi ev 111-də qeydiyyatda olmaqla, Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-nun 6 saylı yataqxanasının həyətindəki tikintidə məskunlaşmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30.08.2021-ci ildə saat 19-30 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan Mercedes Benz E240 minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul-Horadiz yolu ilə Hacıqabul istiqamətində 80-90 km\saat sürətlə idarə edərkən yolun Hacıqabul rayonu ərazisindən keçən 4-cü kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücü daim dəyişən yol şəraitinə nəzarət etməli və təhlükəsiz hərəkəti təmin etməli, ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağının kifayət qədər məsafədə boş olmasına və həmin manevrin hərəkətin digər iştrakçıları üçün təhlükə yaratmayacağına əmin olmalı, ötməni kifayət qədər qısa müddətdə başa çatdıracağına və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməmiş və özündən qabaqda hərəkətdə olan naməlum Shacman yük markalı avtomobilini ötüb keçmək istəyən zaman ehtiyatsızlıqdan avtomobili qarşı yola çıxartmış və həmin vaxt qarşı yolda 80-85 km\saat sürətlə hərəktdə olan X5 idarə etdiyi Mercedes Benz 220D minik markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Mercedes Benz 220D minik markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X4 baş beynin diffuz travması, sağ bud sümüyünün açıq-qəlpəli sınığı, sol bud sümüyünün qapalı sınığı, təpə, alın təpə, alın, burun, sağ almacıq nahiyyələrində sıyrıqlar, xayada əzilmiş-cırılmış yara ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölmüş, Zərərçəkmiş şəxs3 sağ qulaq seyvanın ön səthinin kəsilmiş yarası, sağ mil sümüyünün distal metafizinin qapalı, qəlpəli, oynaqdaxili yerdəyişən sınığı, sol ayağın İ barmağının qopması, bədənin səthi sıyrılmış yaraları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər dəymiş, Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün aşağı 1\3-nin qapalı, qəlpəli, yerdəyişən sınığı, hər iki əlin arxa səthinin sıyrıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər dəymiş, azyaşlı Zərərçəkmiş şəxs4 sol bazu və hər iki bud sümüyünün qapalı, yerdəyişən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər dəymiş, X2 lll-Vİİ qabırğaların və 5,6,7-ci döş fəqərələrinin yerini dəyişməyən sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər dəymiş, Zərərçəkmiş şəxs5 sol Vİİ qabırğanın yerdəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər dəymiş və X7 məxsus Mercedes Benz 220D minik markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olaraq 7890 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 30 avqust 2021-ci il tarixdə saat 19-30 radələrində özünə məxsus, etibarnamə əsasında idarə etdiyi Mercedes Benz E240 minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul- Horadiz yolu ilə Hacıqabul istiqamətində saatda 80-90 km.sürətlə idarə edərkən Hacıqabul rayonu ərazisində ondan qabaqda eyni istiqamətdə hərəkətdə olan dövlət qeydiyyat nişanını bilmədiyi yük avtomobilini ötüb keçən zaman, qarşı yola çıxmış onun avtomobili qarşı yolda hərəkətdə olan Mercedes Benz 220D minik markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin vaxt avtomobildə tək olmuşdur. Özü xəsarət almışdır. Hadisə yerinə TTY avtomobili çağırmışlar. Onun avtomobili ilə toqquşan avtomobildə olan şəxsləri xəsarət aldıqları üçün xəstəxanaya aparmışlar. Sonradan məlum olmuşdur ki, xəsarət alan şəxslərdən biri ölmüşdür. Hadisənin baş verməsinə görə çox təəsüflənir. O, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, azyaşlı Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və X3 müalicəsinə maddi köməklik etmişdir. Zərərçəkmiş şəxs2 və ailə üzvlərin müalicəsinə və əməliyyat xərclərinə təxminən 16.000-17.000 manat xərc çəkmişdir və əlavə olaraq Zərərçəkmiş şəxs2 3.500 manat nağd pul ödəmişdir. Həmçinin mərhum X1 dəfn və yas mərasimlərinin keçirilməsi xərclərinə maddi köməklik etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və X8, zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə ilə barışmışdır, onlar bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişlər. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışmasını və dəymiş zərəri ödəməsini, məcburi köçkün olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X1 hüquqi varisi (oğlu) Zərərçəkmiş şəxs1 məhkəmənin hazırlıq iclasında ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi olmadığını bildirmiş və məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o məhkəməyə gəlməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Zərərçəkmiş şəxs və mülki iddaçı X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 30.08.2021ci ildə özünə məxsus, texniki cəhətdən saz olan Mercedes Benz minik markalı ** VO *** dövlət deydiyyat nişanlı avtomobili Hacıqabul-Horadiz yolu ilə Horadiz istiqamətində öz hərəkət zolağı ilə 80-85 km\saat sürətlə hərəkət etdirərkən Hacıqabul rayonu ərazisində qarşı yolda hərəkətdə olan dövlət qeydiyyat nişanı ona məlum olmayan Shacman yük markalı avtomobilin arxasından qəflətən sürətlə Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E240 minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxmış və avtomobillər arasında məsafə az olduğu üçün o heç bir tədbir görə bilməmiş və onun yolunda avtomobillər toqquşmuşdur. Həmin vaxt avtomobildə biri azyaşlı olmaqla 5 nəfər sərnişin olmuşdur. O, özü və avtomobilində olan sərnişinlər xasarət aldıqları üçün onları Şirvan ŞMX-na aparmışlar. Orada məlum olmuşdur ki, onun avtomobilində qabaqda sağda oturan şəxs X4 ölmüşdür. Baş vermiş YNH-i nəticəsində ona məxsus göstərilən avtomobil əzilərək ona 7890 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs avtomobilinin icbari sığortası tərəfindən onun avtomobilinə dəymiş zərərə görə ödəniləcək məbləği və özünün xəsarət almasına görə ona ödəniləcək sığorta ödənişini almaqla, ona dəymiş zərəri tam ödənilmiş hesab edəcəkdir. Bu səbəbdən Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və iddia tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, X7 məxsus olan Mercedes Benz minik markalı ** VO *** dövlət deydiyyat nişanlı avtomobillə sərnişin kimi arvadı Zərərçəkmiş şəxs3 və uşaqları kimi saxladıqları azyaşlı Zərərçəkmiş şəxs4 ilə birlikdə 30.08.2021-ci ildə Hacıqabul-Horadiz yolu ilə Horadiz istiqamətində hərəkət edərkən Hacıqabul rayonu ərazisində qarşı yolda hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E240 minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O, və arvadı Zərərçəkmiş şəxs3 və uşaqları kimi saxladıqları azyaşlı Zərərçəkmiş şəxs4 xəsarət almışlar. Təqsirləndirilən şəxs onun və ailə üzvlərinin əməliyyat və müalicə xərclərini tam ödəmişdir, evdə olduğu müddət ərzində də ona maddi köməklik etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq ona 3.500 manat nağd pul vermişdir. O, səhhətinə vurulmuş zərərlə bağlı sığorta ödənişini də alacaqdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və iddia tələbi yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim edir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 30.08.2021-ci ildə sərnişin kimi Mercedes Benz minik markalı ** VO *** dövlət deydiyyat nişanlı avtomobildə Hacıqabul- Horadiz yolu ilə Horadiz istiqamətində gedərkən o arxada həyat yoldaşı Zərərçəkmiş şəxs2la, uşaqları kimi saxladıqları azyaşlı Zərərçəkmiş şəxs4 və tanımadığı bir şəxs oturmuşlar. Avtomobildə qabaqda sağda da tanımadığı bir şəxs olmuşdur. Hacıqabul rayon ərazisində Yusuflə onu yuxu tutmuşdur. Zərbədən ayılan zaman avtomobillərin toqquşmasını bilmişdir. Həmin YNH-i nəticəsində xəsarət aldıqları üçün onları xəstəxanaya aparmışlar. Avtomobildə yatdığı üçün hadisənin necə və hansı şəraitdə baş verməsini görməmişdir. Lakin sonradan həyat yoldaşı Möysüm ona bildirmişdir ki, başqa bir Mercedes Benz markalı avtomobil onların yoluna çıxdığı üçün avtomobillər toqquşmuşdur. Təqsirləndirilən şəxs onun və ailə üzvlərinin müalicə xərclərini tam ödəmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq onun əri Möysümə 3.500 manat nağd pul vermişdir. O, səhhətinə vurulmuş zərərlə bağlı sığorta ödənişini də alacaqdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və iddia tələbi yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim edir. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 30.08.2021-ci ildə sərnişin kimi Mercedes Benz minik markalı ** VO *** dövlət deydiyyat nişanlı avtomobildə Hacıqabul- Horadiz yolu ilə Horadiz istiqamətində gedərkən o arxada oturmuşdur. Avtomobildə qabaqda sağda da tanımadığı bir şəxs, salonda isə ondan başqa sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və azyaşlı Yusif olmuşdur. Hacıqabul rayon ərazisində onların olduğu avtomobil başqa bir Mercedes Benz markalı avtomobillə toqquşmuşdur. O, və digər sərnişinlər xəsarət almışlar, bir nəfər sərnişin isə blmüşdür. Təqsirləndirilən şəxs onun müalicəsinə köməklik etmişdir. O, səhhətinə vurulmuş zərərlə bağlı sığorta ödənişini də alacaqdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və iddia tələbi yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim edir. Zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, 31,08.2016-cı ildə anadan olmuş azyaşlı Zərərçəkmiş şəxs4 onun oğludur. O, həyat yoldaşından boşandığı üçün oğlu Zərərçəkmiş şəxs4 saxlamaqda çətinlik çəkdiyindən onu çoxdan tanıdığı Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs2 saxlamaq üçün vermişdir. Zərərçəkmiş şəxs4 həmin şəxslərə verərkən qanuni rəsmiləşdirməmişdir. 01.09.2021-ci il tarixdə məlumat almışdır ki, 30.08.2021-ci ildə oğlu Zərərçəkmiş şəxs4 tanışları Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs2la birlikdə Bakı şəhərindən İmişli rayonuna gedərkən YNH-i baş vermiş və onlar hər üçü xəsarət almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 21.09.2021-ci il tarixli 486 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 müayinəsi zamanı sağ qulaq seyvanın ön səthinin kəsilmiş yarası, sağ mil sümüyünün distal metafizinin qapalı, qəlpəli, oynaqdaxili yerdəyişən sınığı, sol ayağın İ barmağının qopması, bədənin səthi sıyrılmış yaraları müəyyən edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər 30.08.2021-ci il tarixdə baş vermiş YNH-i nəticəsində yarana bilərdi. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 21.09.2021-ci il tarixli 487 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı sağ bud sümüyünün aşağı 1\3-nin qapalı, qəlpəli, yerdəyişən sınığı, hər iki əlin arxa səthinin sıyrıqları müəyyən edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər 30.08.2021-ci il tarixdə baş vermiş YNH-i nəticəsində yarana bilərdi. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 21.09.2021-ci il tarixli 488 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 müayinəsi zamanı sol bazu və hər iki bud sümüyünün qapalı, yerdəyişən sınığı müəyyən edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər 30.08.2021-ci il tarixdə baş vermiş YNH- i nəticəsində yarana bilərdi. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 30.08.2021-ci il tarixli 36 saylı meyitin ekspertizası rəyindən görünür ki, X1 meytinin müayinəsi zamanı baş beynin diffuz travması, sağ bud sümüyünün açıq-qəlpəli sınığı, sol bud sümüyünün qapalı sınığı, təpə, alın təpə, alın, burun, sağ almacıq nahiyyələrində sıyrıqlar, xayada əzilmiş-cırılmış yara müəyyən edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər 30.08.2021-ci il tarixdə sərnişin olduğu Mercedes Benz minik markalı avtomobilin digər hərəkətdə olan avtomobillə toqquşması nəticəsində yarana bilərdi. Dərəcəsinə görə bu xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. X1 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur.Ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir. X4 ölümündən əvvəl spirtli içki və narkotik vasitələr qəbul etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 12.11.2021-ci il tarixli 572 saylı ekspert rəyindən görünür ki, X5 müayinəsi zamanı sağ lll-Vİİ qabırğaların və 5,6,7-ci döş fəqərələrinin yerinidəyişməyən sınıqları müəyyən edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər 30.08.2021-ci il tarixdə baş vermiş YNH-i nəticəsində yarana bilərdi. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 12.11.2021-ci il tarixli 573 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 müayinəsi zamanı sol Vİİ qabırğanın yerdəyişməyən sınığı müəyyən edilmişdir. Həmin xəsarət küt əşya təsirindən əmələ gəlmişdir. Həmin xəsarət 30.08.2021-ci il tarixdə baş vermiş YNH-i nəticəsində yarana bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 11.09.2021-ci il tarixli 484 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı sağ bqaşüstü nahiyədə, sağ əlin İİ barmağında sıyrıqlar, sağ almacıqda qançır - küt əşya təsiindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 30.08.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığı zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03.11.2021-ci il tarixli 8\2599 nömrəli ekspert rəyindən görünür ki, Mercedes Benz E240 minik markalı ** DA *** qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-cı maddəsinin 1-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsindən alınmış 28.10.2021-ci il tarixli 016-129756-1221 saylı məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüquqlarının məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 06.05.2016-cı il tarixdə (06.05.2026-cı il tarixədək müddətə etibarlı olan) AE seryalı 116825 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsi verilməsi barədə informasiya mövcuddur. Şirvan Avtomotoservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş 08.10.2021-ci il tarixli ziyan aktdan görünür ki, 30.08.2021-ci il tarixdə baş vermiş YNH-i nəticəsində “Mercedes Benz” minik markalı ** VO *** dövlət qeydiyat nişanlı avtomobilə 7890 manat ziyan dəymişdir. Azərbaycan Respublikası DİN BƏSİMİ tərəfindən 13.10.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (İş v. 87). Beləliklə, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxs və mülki iddiaçı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün təcili yardım çağırmasını, ictimai faydalı əməklə məşğul olmasını, müsbət xasiyyətnaməyə malik olmasını, zərər çəkmiş şəxsin hüquqi varisi, digər zərərçəkmiş şəxs və mülki iddiaçı və zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş zərərin əvəzini ödəməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı hər hansı bir maddi tələbinin və şikayətinin olmadığını bildirmələrini və bu barədə məhkəməyə ərizələr təqdim etmələrini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.13-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E240 minik” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs və “Mercedes Benz 220D” markalı ** VO *** avtomobilin sahibi X6 qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia ərizəsi verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E240 minik” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs və “Mercedes Benz 220D” markalı ** VO *** avtomobilin sahibi X6 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-10/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-10/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver