Məhkəmə qərarları › İş №1(071)-10/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-10/2025

06.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-10/2025 06.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Tərcüməçi – X8, Təqsirləndirilən şəxs – X4, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Türkiyə Respublikası Hatay şəhəri Kirikhan qəsəbəsində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, 2 uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi sürücülüklə məşğul olan, Türkiyə Respublikası Hatay şəhəri Kirikhan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X9, 15 mart 2024-cü il tarixdə saat 23:40 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Ford F-Max» markalı TR 31 U 7912 dövlət qeydiyyat nişanlı «Tırsan» markalı TR 31 ABY 305 dövlət qeydiyyat nişanlı qoşqulu dartıcı yük avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən 156,9-cu kilometrliyində Qazax istiqamətində 70-73 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, qarşıda piyadanan olmasını nəzərə alaraq hərəkətin təhlükəsizliyini təmin edən lazımi hərəkətlər etməli, lazım gəldikdə isə vaxtında tormozlama əməliyyatı aparmaqla avtomobili həmin piyadaya çatmadan dayandırmalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib təhlükəsizlik tədbirlərini vaxtında yerinə yetirməyərək yolu soldan sağa doğru keçən sərxoş vəziyyətdə olan piyada xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq tərəfi ilə vurmuş, nəticədə onun tərəfindən yolhərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ gicgah sümüyünün xətti sınığı, baş beyinin sərt qişası ilə yumşaq qişası altına, toxumasına, eləcə də mədəciklərinə qansızmalar, sağ bud sümüyünün orta 1/3 hissədən açıq qəlpəli sınığı xəsarətləri ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərər çəkmiş şəxsin hadisədən dərhal sonra xəstəxanaya aparılarkən yolda ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X9 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Türkiyə Respublikasının vətəndaşıdır. 20 ildən çox sürücülük təcrübəsinə malikdir. Bu müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətməmişdir. 15 mart 2024-cü il tarixdə saat 23:40 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Ford F-Max» markalı TR 31 U 7912 dövlət qeydiyyat nişanlı «Tırsan» markalı TR 31 ABY 305 dövlət qeydiyyat nişanlı qoşqulu dartıcı yük avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən hissisəsində Qazax istiqamətində 70-73 km/saat sürətlə hərəkətdə olarkən qəflətən qarşısına atla hərəkət edən piyada çıxmışdır. O, maneədən yayınmaq məqsədilə idarə etdiyi avtomobili yolun sağ tərəfinə döndərmişdir. Bundan sonra təxminən 4-5 metr məsafədə yolu keçmək istəyən piyada görmüşdür. O, dərhal avtomobilin əyləcini basaraq maneədən yayınmağa çalışmış, lakin maneədən yayına bilməyərək idarə etdiyi avtomobillə piyadanı vurmuşdur. Həmin vaxt hava qaranlıq olduğundan, yol işıqlanmadığından və piyada hərbi geyimə oxşar paltar geyindiyindən o, piyadanı təxminən 4-5 metr məsafədən görmüş və nəticədə piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq tərəfi ilə vuraraq onun ölmünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt avtomobildə 22 ton yük olmuşdur. O, yol-nəqliyyat hadisəsinin baş verməsinin qarşısını almaq üçün bütün imkanlardan istifadə etmişdir. Mərhum Zərərçəkmiş şəxs həyat yoldaşı – onun varisi X10 dəymiş ziyanı tamailə ödəmiş və onunla barışmışdır. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə çox peşman olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi vasiri X12 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və onların birgə nikahlarından üç azyaşlı qız övladları vardır. Mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs orta təhsilli olmaqla əvvəllər Müdafiə Nazirliyinin Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsində MAHHX hərbi qulluqçu kimi xidmət etmiş və 44 günlük müharibədə iştirak edərək yaralanmışdır. Buna görədə 80 manat məbləğində təqaüd almışdır. 2023-cü ilin yay aylarında ordudan tərxis olunmuşdur. 27 dekabr 2023-cü il tarixindəndə o, mərhum həyat yoldaşı Zərərçəkmiş şəxsla birlikdə Quba rayonundan Hacıqabul rayonu Padar qəsəbəsində yerləşən Rüstəm adlı şəxsin qoyun fermasına işləməyə gəlmişdir. Həmin fermada Ramin qoyuna getmiş və o, isə fermada işləmişdir. 15 mart 2024-cü il tarixdə saat 21 radələrində qaldıqları fermadan yoldaşı Ramin bibisi oğlu Cami ilə birlikdə çıxıb, Padar qəsəbəsinə marketə ərzaq və uşaqlarının ad gününə tort almağa getmişdir. Onlar gec gəldiyindən saat 01 radələrində Camiyə zəng etmiş və Cami onlara Ramini avtomobil vurduğunu və onu xəstəxayana apardıqlarını demişdir. Sonradan ona məlum olmuşdur ki, Ramin almış olduğu xəsarətlərdən rəhmətə getmişdir və ekspertiza müayinəsindən sonra Raminin meyitini götrüb Quba rayonu Hacıhüseynli kəndinə aparmışlar. Orada Ramini dəfin etmişlər. Daha sonra hadisə barədə öyrəmişdir ki, yoldaşı Zərərçəkmiş şəxs Bakı-Qazax- Gürcüstan yolunun Hacıqabul rayonu Padar qəsəbəsi ərazisindən keçən hissəsində yolu piyada keçən zaman Türkiyə Respublikası vətəndaşı olan Bestami Bolatoğlu idarə etdiyi yük avtomobili ilə onu vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə sürücü Bestami Bolatoğlu tərəfindən ona dəymiş ziyan ödənilmiş, onunla barışmış, ondan heç bir şikayət və hər hansı bir iddia tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun dayısı oğludur. O, və Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə Hacıqabul rayonu Padar qəsəbəsi ərazisində yerləşən Rüstəm adlı şəxsin qoyun fermasında çoban kimi işləmişdir. 15 mart 2024-cü il tarixdə saat 20:15 radələrində yaşadıqları fermadan Raminlə birlikdə çıxıb, Hacıqabul rayonu Padar qəsəbəsində olan Namiq adlı şəxsin marketinə getmişdir. Onlar marketdən evə ərzaq aldıqdan sonra orada Raminlə birlikdə 4-5 ədəd butulka pivə içmişdir. Həmin günü saat 23:30 radələrində marketdən çıxıb fermaya qayıtmağa başlamışlar. Onlar gəlib Bakı-Qazax-Gürcüstan yoluna çatanda o, əlində atı dartıb yolu əks tərəfə keçirtmişdir. Ramin isə ondan aralı və ayrıca yolu keçməyə başlamışdır. Həmin vaxtı o, yolu keçəndən sonra səs eşitmiş və çönüb geri baxanda Ramini Tır yük avtomobilinin vurduğunu görmüşdür.Tez Raminin yanına qaçmış və onun xəsarətlər aldığını görüb qucağına almışdır. Türk vətəndaşı olan sürücü təcili yardım çağırmış və az sonra təcili yardım atomobili ilə həkimlər gəlib Ramini götürüb aparmışdır. Lakin təcili yardım avtomobili ilə Şirvan şəhərinə Ramin aparılan zaman yolda ölmüşdür. Ramin ondan təxminən 40 metr aralı məsafədə ayrıca yolu keçmişdir. Həmin vaxtıda o, özü sərxoş olduğundan yolu hansı şəkildə Raminin keçdiyini görməmişdir. Lakin avtomobil Ramini vurandan sonra onun vurulduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, yaşadığı Hacıqabul rayonu Padar qəsəbəsində ona məxsus «Rəsul» market vardır. Marketdə ərzaq məhsularının satışı ilə məşğul olur. Şahid1 və mərhum Zərərçəkmiş şəxs tanıyır. Həmin şəxslərin Bakı-Qazax yolunun Bakı istiqamətində sağ tərəfində Padar qəsəbəsi ərazisində yerləşən Rüstəm adlı şəxsin fermasında qalıb çobanlıq etdiklərini bilmişdir. Buna görədə həmin şəxslər onun marketinə gəlib nağd və nisyə ondan ərzaq məhsularının alışını etmişlər. Sonuncu dəfə 15 mart 2024-cü il tarixdə saat 20:30 radələrində Cami ilə Ramin onun yanına marketə gəlimişdir. Onlar marketdən 7-8 ədəd şüşə butulka pivə alıb, marketdən çıxıb çöldə içmişlər. Saat 23:15 radələrində o, marketi bağladığından Ramin ilə Cami gəlib aldıqları ərzaqları atın xurcununa yığmışdır. Gedən zamanda hərəsi bir ədəd spirtli içki olan alıb açmışlar və içməyə başlamışlar. Onlar gedərkən biri atı əlində dartaraq aparmış, digəri isə qucaqında tortu tutub getmişlər. Səhəri günü ona axşam Caminin gedəndən sonra zəng etdiyini görüb, ona zəng etmiş və Cami demişdir ki, axşam marketdən çıxıb fermaya gedən zaman Bakı-Qazax yolunu piyada keçəndə Ramini türk vətəndaşı tır yük avtomobili ilə vurmuş və təcili yardım avtomobili ilə Ramin xəstəxanaya aparılarkən yolda ölmüşdür. Bundan sonra o, Raminin öldüyünü bilmişdir. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Təhmasib Bağırov ifadəsində bildirmişdir ki, ibtidai istintaq orqanın qərarı ilə həmin cinayət işi üzrə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasını aparmışdır. Ekspertizanın təyin edilməsi haqqında qərarda X4 idarə etdiyi «Ford F-Max» markalı TR 31 U 7912 dövlət qeydiyyat nişanlı «Tırsan» markalı TR 31 ABY 305 dövlət qeydiyyat nişanlı qoşqulu dartıcı yük avtomobilinin tormoz yolunun uzunluğunun 50 metr olduğu qeyd edilmişdir. O, avtomobilin yüklə birlikdə çəkisini və tormoz yolunu nəzərə alaraq müvafiq ekspertiza metodu ilə avtomobilin həmin vaxt 84 km/saat sürətlə hərəkətdə olduğunu və sürücünün hərəkətlərində Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olduğunu, habelə onun hadisənin qarşısını almağa texniki imkanlara malik olduğunu müəyyən etmişdir. İstintaq orqanı tərəfindən avtomobilin sürətinin 70-73 km/saat olması real sürət həddi deyil. Çünki avtomobilin sürət həddi onun çəkisi nəzərə alınmaqla tormoz yolunun uzunluğu əsas götürülməklə müvafiq eskpertiza metodu ilə müəyyən edilir. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi Elnur Cəfərov ifadəsində bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar o, X4 idarə etdiyi «Ford F-Max» markalı TR 31 U 7912 dövlət qeydiyyat nişanlı «Tırsan» markalı TR 31 ABY 305 dövlət qeydiyyat nişanlı qoşqulu dartıcı yük avtomobilinin tormoz yolunu ölçmüş, bundan sonra hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilərək müvafiq protokol tərtib edilmişdir. O, hadisə vaxtı X4 avtomobili hansı sürətlə idarə etməsini müəyyən etmək imkanına malik deyil. Belə ki, avtomobilin sürət həddi yol-nəqliyyat ekspertizası tərəfindən müəyyən edilir. Ekspertiza təyin edilməsi haqqında qərarda avtomobilin 70-73 km/saat sürətlə idarə edilməsi X1 əsasən yazılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş vermə yeri Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən 156,9-cu kilometrliyidir. Yol örtüyünün eni 7,5 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 7,5 metrdir. Yolda hərəkət sürəti 90 km/saat məhdudlaşdırılmışdır. Yol işıqlandırılmır. Piyada yolun sağ kənarından sola mərkəzə doğru 2,3 metr məsafədə vurulmuşdur. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. “Məhkəmə-tibbi ekspertizasının” xx.xx.2024-cü il tarixli 03 №-li rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasının müayinəsi zamanı-sol çanaq tini nahiyyəsinin sıyrıqı, sağ əlin arxa səthinin sıyrıqı, sağ diz oynağının ön səthinin əzilmiş-cırılmış yarası,sol gicgah nahiyyəsinin çapılmış yarası,sağ gicgah nahiyyəsinin çapılmış yarası, sağ almacıq nahiyyəsinin çapılmış yarası,sağ bud sümüyünün orta 1/3 hissədən açıq qəlpəli sınığı,sağ gicgah sümüyünün xətti sınığı, baş beyinin sərt qişası ilə yumşaq qişası altına, toxumasına, eləcə də mədəciklərinə qansızmalar kimi xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) qüvvətli təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gəlmişdir. Xəsarətlər həyati olmaqla ölümündən bir qədər əvvəl əmələ gəlmişdir.Yuxarıda qeyd olunan xəsarətlərdən sağ gicgah sümüyünün xətti sınığı, baş beyinin sərt qişası ilə yumşaq qişası altına, toxumasına, eləcə də mədəciklərinə qansızmalar, sağ bud sümüyünün orta 1/3 hissədən açıq qəlpəli sınığı canlı şəxslərdə götürüldüyü kimi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Sağ diz oynağının ön səthinin əzilmiş-cırılmış yarası,sol gicgah nahiyyəsinin çapılmış yarası,sağ gicgah nahiyyəsinin çapılmış yarası, sağ almacıq nahiyyəsinin çapılmış yarası canlı şəxslərdə götürüldüyü kimi sağlamlığın qisa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə aiddir. Sol çanaq tini nahiyyəsinin sıyrıqı, sağ əlin arxa səthinin sıyrıqı isə canlı şəxslərdə götürüldüyü kimi sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt traması nəticəsində sağ gicgah sümüyünün sınığından sonra baş vermiş beyinin yumşaq toxumasına və mədəciklərinə qansızmalar olmuşdur. Mərhum ölümündən əvvəl spirti içki və narkotik maddə qəbul etməmişdir. “Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” barədə xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X2 içki qəbul etməmişdir. “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X12 zərərçəkmiş şəxsin hüquqi vasiri qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, “X15 X11 X5 İthalat İhracat Sanayi və Ticaret Limited” şirkətinə məxsus bütün avtomobillərin icarəsi, kirayəsi, xaricə yola salınması və geri qaytarılması səlahiyyətləri X6 verilir. Türkiyə Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsindən görünür ki, X6 xx.xx.2032-ci ilədək “M, B1, B, C1, C, D1, D, BE, C1E, CE, D1E, DE, F” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdi. xx.xx.2024-cü il tarixli gömrük bəyənnaməsindən görünür ki, X4 idarə etdiyi «Ford F- Max» markalı TR 31 U 7912 dövlət qeydiyyat nişanlı yük avtomobilində 22220 kq yük olmuşdur. “Təhlükəsiz Şəhər Xidmətinin kamera qurğusu vasitəsilə qeydə alınmış hadisənin görüntüsünün götürülməsi və baxış keçilməsi haqqında” xx.xx.2024-cü il tarixli prtokoldan görünür ki, sürücü X9 idarə etdiyi «Ford F-Max» markalı TR 31 U 7912 dövlət qeydiyyat nişanlı «Tırsan» markalı TR 31 ABY 305 dövlət qeydiyyat nişanlı qoşqulu dartıcı yük avtomobilini Qazax istiqamətində yolun sağ zolağında hərəkət etdirir. Yolun hərəkət hissəsi ilə soldan-sağa doğru keçən piyada Zərərçəkmiş şəxs hərəkət zolaqlarını ayıran xəttə çatanda sağ tərəfindən B.Bolatoğlunun idarə etdiyi avtomobilin gəldiyini görüb sağa doğru qaçmaq istəyir və bu anda sürücü piyadanı görüb sükanı sağa çəkir və sağ hərəkət hissəsində piyada Zərərçəkmiş şəxs avtomobilin sağ qabaq hissəsi ilə vurur. Zərbədən piyada avtomobilin qarşısında yuvarlanaraq sağ ehtiyat hissəyə yıxılır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, X9 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/967 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Ford F- Max» markalı TR 31 U 7912 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, «Ford F-Max» markalı TR 31 U 7912 dövlət qeydiyyat nişanlı yük avtomobilini maddi sübut kimi tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X9 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/967 saylı rəyindən görünür ki, sürücü X9 idarə etdiyi avtomobillə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə piyada Zərərçəkmiş şəxs vurmuş və sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Göründüyü kimi, sürücü X4 qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə etinasızlıq göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi baş vermiş və baş vermiş nəticə ilə sürücü X4 yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Lakin, qeyd edilməlidir ki, təqsirləndirilən şəxs X9 zərərçəkmiş şəxsin hüquqi varisi X12 ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs X4 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X13 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.12, 59.1.13, 59.2). Məhkəmə təqsirləndirilən şəxs X4 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X9 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, hadisədən sonrakı davranışı, şəxsiyyətinin müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası aşağı həddə təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut qismində tanınmış avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X9 azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X9 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “Ford F-Max” markalı TR 31 U 7912 dövlət qeydiyyat nişanlı avtomobilin X6 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul X3 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar