Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-102/2022 28.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1961-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 18 ünvanda qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri əkib, yetişdirməklə kultivasiya etmək qərarına gələrək, bu məqsədlə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr ərzində yaşadığı Hacıqabul şəhəri Ə.Vahid küçəsindəki 18 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımtikildə olan iki ədəd dibçəkdə 6 ədəd olmaqla, tərkibində narkotik maddələr olan və əkilib becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib becərməklə yetişdirmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilərkən ümumilikdə 6 ədəd olan həmin bitki kolları onun evinin həyətyanı sahəsində yerləşən yarımtikildə dibçəkdə aşkar edilərək kökündən çıxarılmaqla götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs vahid niyyətlə və satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxta və mənbədən 0,315 qram çəkidə narkotik vasitə olan heroini əldə edib, daşıyaraq üzərində saxlamış, həmin heroinin 0,046 qram çəkidə hissəsini xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Hacıqabul şəhəri Ə.Vahid küçəsindəki 18 nömrəli fərdi yaşayış evinin yaxınlığında 5 manata tanışı Şahid1 satmış, heroinin qalan 0,269 qram çəkidə hissəsini isə bir ədəd siqaretin qara rəngli kağız kəsiyi bükümündə qablaşdırılmış halda xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri Ə.Vahid küçəsindəki 18 nömrəli fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarının qabaq sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 237.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, Hacıqabul şəhəri Ə.Vahid küçəsi 18 nömrəli fərdi yaşayış evində daimi qeydiyyatda olmaqla yaşayır. O, 2022-ci ilin aprel ayında yaşadığı küçədə yerdən 1 ədəd kibrit qutusu tapmışdır. Onun içərisinə baxan zaman içərisində çətənə toxumu olduğunu görmüşdür. Narkotik vasitə istifadə etdiyindən həmin toxumları əkmək qərarına gəlmişdir. O, toxumlardan 8 ədədini 05 aprel 2022-ci il tarixdə yaşadığı evin həyatyanı sahəsində yerləşən yardımçı tikilidə iki ədəd dibçəkdə əkmişdir. Onlara mütəmadi olaraq aqrotexniki qulluq etmişdir. Həmin kolların dibini bıçaqla yumşaltmış və sulamışdır. Yaşadığı evin həyətyanı sahəsində əkdiyi 8 ədəd toxumdan 6 ədədi bitmişdir. Əkdiyi kolların yarpaqlarını avqust-sentyabr ayında dərməli idi. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Hacıqabul şəhərində olarkən Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona qanunsuz olaraq narkotik vasitələrin əkilib becərilməsində şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. O, üzərində qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Budnan sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. O, şəxsi axtarış zamanı yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə olan 2 ədəd dibçəkdə narkotik vasitə olan marixuana əkdiyini demişdir. Bu barədə protokol tərtib olunmuşdur. O, protokolun məzmunu ilə tanış olmuş və protokolu imzalamışdır. Bundan sonra o, evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə vermişdir. Aqronomun iştirakı ilə yaşadığı evin həyatyanı sahəsinə baxış keçirmişlər. Polis əməkdaşları ilə birlikdə gələn aqronom kollara baxandan sonra bildirmişdir ki, həmin kollara aqrotexniki qaydada qulluq edilmişdir. Polis əməkdaşları tərəfindən onun müdafiəçisinin iştirakı ilə həmin kollar kökündən çıxarılaraq sayılmış, 6 ədəd olduğu müəyyən olunandan sonra zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O, protokolun məzmunu ilə tanış olandan sonra, protokolu imzalamışdır. O, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Barəsində cinayət işinin istintaqı aparıldığı müddətdə xx.xx.2022-ci il tarixdə yaşadığı küçədə gəzərkən yerdən bir ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroin tapmışdır. O, bükümü cibinə qoymuş və həmin gün Hacıqabul rayonu ərazisində tanışı Şahid1 görmüşdür. Asif ondan narkotik vasitə heroin olub-olmadığını soruşmuşdur. O, Asifə bildirmişdir ki, varıdır, bir bükümünü 5 manata satır. Asif razılaşmış ona 5 manat vermişdir. Bunun əvəzində o, özündə olan bükümdəki narkotik vasitə heroindən bir qədərini siqaretin kağızına büküb Asifə vermişdir. Daha sonra isə Asiflə sağollaşmışlar. Növbəti gün, yəni 14 iyun 2022-ci il tarixdə o, yaşadığı küçədə olarkən bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşıb narkotik vasitələrin üzərində saxlamaqla daşımağında və satmağında şübhəli olduğunu bildirib onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Hacıqabul RPŞ-yə gəlmişdir. Hacıqabul RPŞ-də olarkən ona müdafiəçi təqdim olunmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. O, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindəki 1 ədəd qara rəngli siqaretin kağız bükümündəki narkotik vasitə heroini çıxarıb təqdim etmiş və həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu bildirməklə, onu 1 gün əvvəl Hacıqabul rayonu ərazisində yerdən tapdığını, bir hissəsini tanışı Şahid1 5 manata satdığını demişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə qablaşdırılaraq götürülmüş, sonra bu barədə protokol tərtib olunmuşdur. O, bütün iştirakçılar kimi həmin protokola imza etmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Xəstəliyin və 61 yaşının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, heç bir yerdə işləmir, bir neçə ildir ki, narkotik vasitə istifadə edir, narkotik vasitə heroini falqaya bükməklə çəkir. 13 iyun 2022-ci il tarixdə yaşadığı ünvandan çıxıb ünvan 2hid küçəsində olarkən tanıdığı Təqsirləndirilən şəxs görmüş və sonuncudan narkotik vasitə heroin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs ona üzərində narkotik vasitə heroin olduğunu, bir bükümünü 5 manata sata biləcəyini bildirmişdir. O, razılaşmış və Qədirə 5 manat pul vermişdir. Qədir 5 manatı alaraq ona bir ədəd siqaret kağızında narkotik vasitə heroin vermişdir. O, heroini şalvarının arxa cibinə qoyaraq evinə getmişdir. Həmin günü qeyd olunan narkotik vasitədən istifadə etməyə imkan tapmamışdır. 14 iyun 2022-ci il tarixdə Hacıqabul şəhərində yaşadığı küçədə gəzərkən polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu bildirib, onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Hacıqabul RPŞ-yə gəlmişdir. Hacıqabul RPŞ-də olarkən ona müdafiəçi təqdim olunmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ arxa cibindəki 1 ədəd qara rəngli siqaretin kağız bükümündəki narkotik vasitə heroini çıxarıb təqdim etmiş və həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, 1 gün əvvəl Hacıqabul şəhəri Ə.Vahid küçəsində tanışı Təqsirləndirilən şəxs 5 manata öz istifadəsi üçün aldığını demişdir. Onun təqdim etdiyi maddə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 aprel 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 18-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilərin əkib becərməsi ilə məşğul olur. Bununla bağlı Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş və qərarın icra olunması ilə bağlı ondan və Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Məlumat əsasında həmin gün Şahid4la birlikdə Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri Ə.Vahid küçəsinə getmişdir. Küçədə olarkən Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim edib, Təqsirləndirilən şəxs Hacıqabul RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Hacıqabul RPŞ-yə gəlmişdir. Hacıqabul RPŞ-yə gəldikdən sonra raportla rəhbərliyə müraciət etmişlər. Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmişdir. Müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, yaşadığı ünvanda yarımtikilidə dibçəkdə çətənə kolları əkdiyini bildirmişdir. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilən zaman sonuncu yaşadığı evin həyətindəki yarımtikilidən 2 ədəd dibçək qab təqdim etmiş, həmin qablara baxış keçirilən zaman qabların birində 2 ədəd, birində isə 4 ədəd çətənə bitkilərinin əkilməsi müəyyən olunmuşdur. Həmin vaxt baxışda iştirak edən aqronom dibçəklərdə əkilən çətənə bitkilərinə baxmış və həmin bitkilərin həqiqətən də çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü də dibçəklərdə olan çətənə bitkilərinə qulluq etdiyini, onlara daima su verdiyini, diblərini boşaltdığını demişdir. Daha sonra aşkar olunmuş çətənə bitkiləri qablaşdırılaraq götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, 14 iyun 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Hacıqabul şəhəri M.Müşviq küçəsi ev 25-də yaşayan Şahid1 üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqla saxlayır. Bununla bağlı o, Şahid1 ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etmişdir. Qərarın icra olunması ilə bağlı onun və Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. O, məlumat əsasında həmin gün Şahid3la birlikdə Şahid1 yaşadığı ünvana getmişlər. Şahid1 yaşadığı küçədə görüb, ona yaxınlaşaraq özlərini təqdim etmiş və Hacıqabul RPŞ-yə dəvət etmişlər. Şahid1 etiraz etməmiş və onlarla birlikdə Hacıqabul RPŞ-yə gəlmişdir. Hacıqabul RPŞ-yə gəldikdən sonra raportla rəhbərliyə müraciət etmişlər. Müdafiəçi ilə təmin edildikdən sonra Şahid1 üzərinə müdafiəçinin, onların iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 əynində olan göy rəngli şalvarının sağ arxa cibindən 1 ədəd qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Şahid1 bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümdəki maddə narkotik vasitə heroindir, heroini 1 gün əvvəl tanışı Təqsirləndirilən şəxs Hacıqabul rayonu ərazisində 5 manata almış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Şahid1 aşkar olunmuş maddə qablaşdırılmışdır. Təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Onlar protokola imza etmişlər. Həmin gün Təhqiqat bölməsindən daxil olmuş tapşırıq əsasında Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 18-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, daşıması və satması ilə şübhəli bilindiyinə görə xx.xx.2022-ci il tarixdə yaşadığı küçədə saxlayaraq Hacıqabul RPŞ-yə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının qabaq sağ yan cibindən 1 ədəd qara rəngli siqaretin kağız bükümündə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, heroini 1 gün əvvəl Hacıqabul şəhərində yaşadığı küçədə yerdən tapdığını, bir hissəsini tanışı Şahid1 5 manata satdığını, qalanını isə öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılmış, sonra protokol tərtib olunmuş və bütün iştirakçılar protokola imza etmişlər. Şahid Hacıqabul RPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid4 məhkəmə iclasında Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şahid5 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Hacıqabul rayon İcra Hakimiyyətində şöbə müdiri işləyir, aqronomdur. Təxminən 18 il olar ki, aqronom-mütəxəssis kimi işləyir. 23 aprel 2022-ci il tarixdə saat 13 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları ona Hacıqabul şəhəri, Ə.Vahid küçəsi, ev 18-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yarımtikilinin içərisində narkotik tərkibli bitkilərin əkib becərməsi ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsində mütəxəssis qismində iştirak edə biləcəyini soruşmuşlar. O da etiraz etməmişdir. Bundan sonra Hacıqabul rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri, Ə.Vahid küçəsindəki 18 nömrəli fərdi yaşayış evinə gələrək özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yarımçıq tikilinin içərisinə baxış keçirilməsi barədə etirazının olub-olmadığı soruşmuşlar. Təqsirləndirilən şəxs bu barədə etirazının olmadığını bildirdikdən sonra onun, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə 23 aprel 2022-ci il tarixdə saat 13:00-da Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 18-də yerləşən evinin həyətyanı sahəsində yerləşən yarımçıq tikiliyə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs evin həyətində yarımçıq tikilinin içərisində olan 2 ədəd dibçəkdə əkilmiş, aqrotexniki qaydada qulluq edilmiş, dibləri yumşaldılmış, gübrələnmiş və sulanmış 2 ədəd dibçəkdə cəmi 6 ədəd narkotik tərkibli çətənə kollarını əkib becərdiyini bildirərək həmin bitkiləri göstərmişdir. O, kollara baxandan sonra həmin kollara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Onun, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə həmin kollar kökündən çıxarılaraq sayılmış və 6 ədəd olduğu müəyyən olunandan sonra kağız paketdə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs başqa harada çətənə kolu əkməsi soruşulduqda, Təqsirləndirilən şəxs başqa heç bir yerdə çətənə kolu əkmədiyini bildirmişdir. Baxış keçirilib qutarandan sonra bu barədə protokol tərtib olunmuşdur. O, protokolun məzmunu ilə tanış olandan sonra protokolu imzalamışdır. 23 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri Ə.Vahid küçəsindəki 18 nömrəli evin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətində olan yarımtikilidən 2 ədəd dibçək qablarda 6 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar olunaraq götürülmüşdür. Hacıqabul rayon X3 Bölməsinin müstəntiqi Ayxan İsgəndərlinin icraatında Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə, icraatında Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi 21 iyun 2022-ci il tarixdə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilməklə iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələrinə tövsif edilmişdir. Şəxsi axtarış və götürmə barədə 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ arxa cibindən bir ədəd qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ qabaq yan cibindən bir ədəd qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsinin xx.xx.2022-ci il tarixli 18/455 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «…Təqsirləndirilən şəxs həyətyanı sahəsində..» sözləri və imzalar olan kağız paketdə ümumi sayı 06 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 6,02 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 06 ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. (iş v. 140-143) Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli aqronomu rəyinə əsasən Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri Ə.Vahid küçəsi 18 saylı evin həyətindəki yarımtikilidə 2 ədəd plastmas qabda aşkar olunmuş, cəmi 6 ədəd bitkilərə xüsusi qulluq göstərilməsi, həmin bitkilərin narkotik tərkibli olması, bitkilərin 5-10 sm hündürlükdə olması müəyyən olunmuşdur. (iş v. 144) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsinin xx.xx.2022-ci il tarixli 18/660 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “xx.xx.2022-ci il tarixdə Hacıqabul şəhər sakini Şahid1 üzərindən aşkar edilərək götürülmüş kütlə.” sözlər və imzalar olan zərfdəki 01 ədəd qara rəngli siqaret kağızı bükümündə təmiz çəkisi - 0,046 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “xx.xx.2022-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə.” sözlər və imzalar olan zərfdəki 01 ədəd göy rəngli siqaret kağızı bükümündə təmiz çəkisi - 0,269 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərilərində “xx.xx.2022-ci il tarixdə Hacıqabul şəhər sakini Şahid1 üzərindən aşkar edilərək götürülmüş kütlə.” və “xx.xx.2022-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə.” sözlər və imzalar olan 02 ədəd zərfdəki 2 büküm heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. (iş v. 58-62) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 3705 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(071)-93/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətindəki yarımtikilidə 2 ədəd dibçəkdə 6 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, onlara aqrotexniki qaydada qulluq göstərib becərmə, yetişdirmə (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayətini, daha sonra satış məqsədi ilə qanunsuz olaraq 0,315 qram çəkidə narkotik vasitə olan heroini əldə edib, daşıyaraq üzərində saxlamaqla, həmin heroinin 0,046 qram çəkidə hissəsini tanışı Şahid1 satmaqla, heroinin qalan 0,269 qram çəkidə hissəsini isə üstündə saxlamaqla, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini əldə etmə, saxlama, satma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-in 234.2 və 237.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,219 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış yaş vəziyyətdə ümumi çəkisi 5,90 qram olan 6 ədəd çətənə (kannabis) bitkisinin ştilləri, həmçinin Şahid1 üzərindən aşkar edilərək götürülmüş və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,026 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 30,40+31,95=62,35 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il saat 12:10-da xx.xx.2022-ci il saat 11:00-a kimi olan 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,219 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış yaş vəziyyətdə ümumi çəkisi 5,90 qram olan 6 ədəd çətənə (kannabis) bitkisinin ştilləri, həmçinin Şahid1 üzərindən aşkar edilərək götürülmüş və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,026 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 30,40+31,95=62,35 (altmış iki manat otuz beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 36,5 saata görə 219 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 29 saata görə 174 manat olmaqla, cəmi 393 (üç yüz doxsan üç) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-102/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-102/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver