Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-103/2025 25.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri Məshəti (Sevinc) qəsəbəsi 22-ci küçədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 24 dekabr 2024-cü il tarixdə saat 10:00 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes- Benz E220 CDİ» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisindən keçən 133,5-ci kilometrliyində Qazax istiqamətində 80-90 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin idarə olunması ilə əlaqədar hər hansı bir çətinlik (xəstəlik, əzginlik, yorğunluq və sair) olduğu halda avtomobili idarə etməməli, qarşıda onunla eyni istiqamətdə ona nisbətən sağ zolaqda nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə alaraq həmin nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli və lazım gəldikdə hərəkətin təhlükəsizliyini təmin edərək həmin nəqliyyat vasitəsini sol tərəfdən keçib getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, hərəkətin təhlükəsizliyini təmin etməyib sükan arxasında yuxulayaraq idarəetməni itirdiyindən avtomobil eyni istiqamətdə ona nisbətən sağ zolaqda 25-30 km/saat sürətlə hərəkət edən texniki cəhətdən saz vəziyyətdə olan 1991-ci il təvəllüdlü sürücü Şahid traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi əsasında idarə etdiyi MST M-542 markalı çalovlu ekskavatorun arxa sol hissəsi ilə toqquşduqdan sonra sola istiqamətlənərək əks istiqamətli hərəkət hissələrini ayıran zolaqda quraşdırılmış beton səddə dəymiş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan onun idarə etdiyi avtomobilin sərnişini 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 kəllə sümüklərinin çoxsaylı sınıqları, subdural subaraxnoid qanaxma, dərialtı hematoma xəsarətləri almaqla yetirilən anda həyat üçün təhlükəli olduğundan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, digər sərnişin 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün orta 1/3-nin qapah yerdəyişən sınığı xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olduğundan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, «BC» dərəcəli sürücüdür. «Mercedes-Benz E220 CDİ» markalı, 20-DU- 797 dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə ilə idarə edir. 24 dekabr 2024- cü il tarixdə o, həmin avtomobili ilə Bakı şəhərindən Gəncə şəhərinə qayıdırmış, avtomobilini özü idarə etmiş və avtomobilində tanımadığı 4 nəfər sərnişin olmuşdur. Bakı- Qazax-Gürcüstan yolu ilə hərəkət edib yolun Hacıqabul rayonu Muğan qəsəbəsindən keçən hissəsinə çatmışdır. Saat 10 radələri olmuş, hava gündüz və yol quru olmaqla idarə etdiyi avtomobildə texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, yolun sol zolağı ilə üzü Qazax istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olmuşdur və bu vaxt anidən sükan araxasında yuxulamışdır. Bu səbəbdən də idarə etməni itirib qarşıda gedən traktora çırpılmış, daha sonra avtomobili beton səddə dəymişdir. Hadisə zamanı avtomobilində olan sərnişinlərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Təcili yardım avtomobili həmin şəxsləri Şirvan ŞMX-na aparmışdır. Avtomobilində olan digər tanımadığı sərnişinlər isə heç bir xəsarət almamışdır. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş zərəri ödədiyini bildirərək, onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında o, Bakı şəhərində yerləşən Beynəlxalq Avtovağzaldan tanımadığı lakin sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 220 CDİ” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində sol tərəfdə arxada əyləşmiş və Gəncə şəhərinə yola düşmüşdür. Sürücü Təqsirləndirilən şəxs Bakı-Qazax-Gürcüstan yoluna daxil olmuş və Gəncə şəhərinə doğru hərəkətə başlamışdır. Yol boyu sürücü avtomobili sürətlə idarə edib telefonla danışmışdır. Sürücünün bu hərəkətlərinə o, dəfələrlə irad bildirib avtomobili təhlükəli sürməməyi və telefonla danışmamağı demişdir. Lakin sürücü ona məhəl qoymamışdır. O, bir qədər yol gələndən sonra yatmışdır. Ayılanda onu təcili yardım avtomobilinə əyləşdirdiklərini və xəsarətlər aldığını görmüşdür. Onu təcili yardım avtomobili Şirvan ŞMX-na gətirmişdir. Oradan da onu Bakı şəhərinə xəstəxanaya aparmışlar. Daha sonra ona məlum olmuşdur ki, onun əyləşdiyi avtomobilin sürücüsü Hacıqabul rayon ərazisində arxadan qarşıda gedən traktora çırpılıb, avtomobili betona vurmuşdur. Hadisə zamanı o, ağır bədən xəsarətləri almışdır. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında o, Bakı şəhəri avtovağzalından tanımadığı lakin sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 220 CDİ” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində sağ qabaqda əyləşmiş və Gəncə şəhərinə yola düşmüşdür. Sürücü Təqsirləndirilən şəxs Bakı-Qazax-Gürcüstan yoluna daxil olmuş və Gəncə şəhərinə doğru hərəkətə başlamışdır. O, bir qədər yol gələndən sonra yatmışdır. Ayılanda qəza baş verdiyini və xəsarət aldığını görmüşdür. Az sonra təcili yardım gəlib onu Şirvan ŞMX-na aparmışdır. Xəstəxanada məlum olmuşdur ki, onun sağ bud sümüyü sınmışdır. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsində maşinist işləyir. “MST-542” markalı 1** FX *** nömrəli traktoru yol vərəqəsi əsasında sürücülük vəsiqəsi olmaqla idarə edir. xx.xx.2024cü il tarixdə saat 10 radələrində idarə etdiyi həmin traktorla Bakı-Qazax-Gürcüstan yolunun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində yolun sağ ilə işə Kürdəmir istiqamətində 25-30 km/saat sürətlə düzünə hərəkətdə olmuşdur. Bu vaxt arxadan gələn sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 220 CDİ” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə toroktorun sol arxa küncünə çırpılmışdır. Bundan sonra onu vuran həmin avtomobil yolun sol kənarındakı beton səddə dəyib dayanmışdır. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 133.5-ci kilometrliyidir. Hadisə yerində hərəkət hissəsi düz, hamar, üfüqi olmaqla asfalt örtüklüdür. Toqquşma yeri yolun sağ zolağının 2 metrlik hissəsində yerləşir. “Mercedes Benz E 220 CDİ” markalı avtomobil toqquşmadan sonra beton səddə dəymişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. Sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. ƏN Vİİ№ 079743 nömrəli xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, “Mercedes Benz E 220 CDİ” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün Təqsirləndirilən şəxs etibar edilmişdir. AD № 081051 saylı X1 Şəhadətnaməsindən görünür ki, “Mercedes Benz E 220 CDİ” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 334.1, 66.2, 66.5-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Baş X7 İdarəsindən daxil olmuş 3-13-16/2-3254/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə BD 109750 nömrəli “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Gəncə şəhər Məhkəməsinin qərarı ilə məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə isə həmin qərara xitam verilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 49 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – kəllə sümüklərinin çoxsaylı sınıqları, subdural və subaraxnoid qanaxma, dərialtı hematoma. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2024-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 137 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ bud sümüyünün orta 1/3 qapalı yerdəyişən sınığı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2024-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 28 fevral 2025-ci il tarixli, 8/55 nömrəli rəyindən məlum olur ki, “Mercedes Benz E 220 CDİ” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqnda» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2026-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Hacıqabul RPŞ-dən daxil olmuş 3-13-78/2-11858/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Hacıqabul RPŞ-nin MSY-nə təhvil verilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Gəncə şəhər İH başçısının Məshəti QİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Məshəti qəsəbəsində 22-ci küçədə qeydiyyatsız yaşayır. Gəncə şəhər İH başçısının Məshəti QİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. . Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 notaril qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncunun ona dəymiş zərəri ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncunun ona dəymiş zərəri ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı, barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən zərərçəkmiş şəxslə barışmaqla əlaqədar təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildikdə şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Bununla əlaqədar hazırki məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra qərarın surəti təqsirləndirilən şəxsin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 17 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 187 manat pul köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 39, 43, 186, 321, 346-347, 356, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi tətbiq edilməklə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci mаddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz E220 CDİ” markalı **- DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 17 (on yeddi) saata görə 187 (yüz səksən yeddi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Qərardan, qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-103/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-103/2025
25.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver