Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-104/2023 27.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1-də daimi qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023cü il tarixdə saat 04:30-da tanışı - Hacıqabul şəhəri, Xəqani küçəsi, ev 48-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus həmin ünvanda yerləşən həyətyanı sahəsinin yanına gəlib, həyətin mişar daşından inşa olunan hasarını aşmaqla həyətyanı sahəyə qanunsuz daxil olub oradan 140 manat dəyərində bir ədəd samovarı gizli yolla taladıqdan sonra həmin samovarı həyətyanı sahədən çıxarıb öz yaşadığı ünvan 1 ünvanının bağ sahəsində gizlətmiş, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində isə həmin samovarı tanışı X5 20 manata satmış və əldə olunan gəliri şəxsi ehtiyacları üçün xərcləmiş, bununla da o, Zərərçəkmiş şəxs 140 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:45-də Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində saxlanılaraq Hacıqabul rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən bir ədəd kağız bükülüdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,586 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan göy rəngli şalvarının sağ ön cibindən aşkar edilib götürülmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs оnа elаn edilmiş ittihаmlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanda yaşayır. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs ilə hər hansı bir düşmənçilik və ya şəxi ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 04:30 radələrində Xəqani küçəsi ilə hərəkətdə olan zaman Zərərçəkmiş şəxs həyətinə baxmış və orada bir ədəd somavar olmasını görmüşdür. Pula ehtiyacı olduğuna görə həmin samovarı oğurlamaq istəmişdir. Bu məqsədlə dərhal hasardan aşaraq həyətə daxil olmuşdur. Həyətdə bağ sahəsinin yanındakı səkinin yanında qoyulmuş samovarı götürmüş və təkrar hasardan çölə aşaraq oranı tərk etmişdir. Sonra yaşadığı evə getmiş və samovarı bağda gizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evin qarşısında dayanan zaman qonşusu Faiq Nəzərovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə gəldiyini görmüş və ona əli ilə işarə edib avtomobili saxlatmışdır. Faiq Nəzərova pula ehtiyacı olduğunu və özünə məxsus samovarı satmaq istədiyini bildirmişdir. Həmin samovarı Faiqə 20 manata satmağa razılaşmışlar və Faiq ona 1 ədəd 20 manatlıq pul əskinazı verib həmin samovarı ondan almışdır. Sonra Faiq avtomobili sürüb oradan uzaqlaşıb getmişdir. Faiqin ona verdiyi 20 manata pul ilə özünə narkotik vasitə almışdır. Çünki, o, uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitəni inyeksiya yolu ilə qəbul edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 16:00 radələrində yaşadığı Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində olan zaman Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona oğurluqda şübhəli olduğunu bildirmiş və onu Hacıqabul rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman, o, polis əməkdaşlarına Zərərçəkmiş şəxs həyətindən samovar oğurladığını etiraf etmişdir. Sonra polis əməkdaşları məsuliyyətinin yüngül olması məqsədi ilə oğurluq əməlini bağlayacaqlarını, bunun müqabilində narkotik vasitə saxlaması ilə cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirdilər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Bundan sonra ona içərisində heroin olan bir ədəd büküm təqdim edilmişdir. Həmin vaxt polis əməkdaşları ona qarşı fiziki zorakılıq tətbiq etməmişdilər. Videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman ona verilmiş heroini cibindən çıxararaq təhqiqatçıya təqdim etmişdir. Əslində isə onun üzərindən çıxan heroin ona məxsus deyildir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, ünvan 2 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onunla eyni məhəllədə yaşayır. xx.xx.2023-cü il tarixdə səhər saat 08:30 radələrində həyətlərindən bir ədəd samovarın yerində olmadığını görmüşdür. Samavarı nə qədər axtarsa da tapa bilməmişdir. Ailə üzvlərindən bu barədə soruşmuş, lakin onlar da məlumatının olmadığını bildirmişdirlər. Bundan sonra başa düşmüşdür ki, samovar oğurlanmışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə müraciət edərək bu barədə məlumat vermişdir. Sonradan samovarın Elnur tərəfindən oğurlandığını bilmişdir. Hazırda oğurlanmış samovar ona qaytarılmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadıqları küçədə Təqsirləndirilən şəxs ilə görüşən zaman Elnur ona uşağının xəstə olmasını və təcili pul lazım olduğunu bildirmiş, bu səbəbdən özünə məxsus olan samovarı satmaq istədiyini demişdir. O da Elnurla razılaşıb həmin samovarı 20 manat pul qarşılığında almışdır. Bundan sonra onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər və ona həmin samovarın oğurluq olmasını bildirmişlər. O da həmin samovarı könüllü olaraq polisə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hazırda Sabirabad RPŞ-nin əməliyyat müvəkkili işləyir. Bundan əvvəl isə Hacıqabul RPŞnin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin gün saat 18:45-də Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs şalvarının sağ ön cibində gizlətdiyi bir ədəd kağız kəsiyi bükümü təqdim edərək, bükülünün içərisində heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə oxşar maddə poçt zərfinə qoyularaq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşir. Hadisə yerinə zərər çəkmiş şəxsin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı zərər çəkmiş şəxs samovarın oğurlandığı yeri göstərmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, ünvan 1-də yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən 1 ədəd samovarı oğurlayaraq xx.xx.2023-cü tarixdə saat 17:30 radələrində 20 manat pul müqabilində ünvan 4 ünvanında yaşayan X1. “Könüllü təqdim etmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd odunla işləyən samovar X4 götürülmüşdür. “Əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd samovar maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, bir ədəd samovar saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6258 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş təxminən 6-7 litr su tutumlu odun samovarının istifadə olması nəzərə alınmaqla 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 140 manat müəyyən edilir. “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın qabaq sağ cibindən bir ədəd kağız bükümünü təqdim edərək içərisində heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhərində evlərindən təxminən 200 metr aralıda küçədən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə-bioloji ekspertizasının 13 avqust 2023-cü il tarixli 18/800 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən....” sözlər və imzalar olan kağız paketdəki bir ədəd ağ rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,586 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 0,536 qram qalıq qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 0,15 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5918 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini haradan və kimdən əldə etməsini əməliiyat yolu ilə müəyyən etmək olmamışdır. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,536 qram qalan narkotik vasitə heroin, eləcə də şəxsi axtarışın keçirilməsini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələei ilə yenidən itiham elan edilmişdir. “Elektron-məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində xx.xx.2017-ci il təvəllüdlü və xx.xx.2022-ci il təvəllüdlü olmaqla, iki azyaşlı uşaqları vardır. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-71/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Sonuncu dəfə o, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(071)-40/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 315.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.2, 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmışdır. Məhkəmənin hökmü ilə təyin edilmiş cərimə cəzasını ödəmədiyinə görə Hacıqabul rayon Məhkəməsinin 7(071)-4/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(071)-40/2019 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3000 manat cərimə cəzası 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Hacıqabul rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 7(071)-4/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixə çəkilməmiş hissəsi 1 ay 26 gün təşkil edir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(071)-40/2019 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti başa çatdıqdan sonra iki il keçməmiş hazırki cinayət əməllərini törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətin residivini yaradır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs onun üzərindən narkotik vasitə heroinin aşkar edilməsi epizodu ilə bağlı özünü təqsirli bilməyərək, ifadəsində üzərindən aşkar edilmiş həmin narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən oğurluq hadisəsi ilə əlaqədar tutularkən həmin maddəni ona polis əməkdaşlarının verdiyini, polsi əməkdaşları məsuliyyətinin yüngül olması məqsədi ilə oğurluq işini bağlayacaqlarını, lakin əvəzində onu narkotik vasitə saxlaması ilə sənədləşdirə biləcəklərini təklif etdikləri üçün bunu qəbul etdiyini, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, təxminən 2015-ci ildən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Belə ki, narkotik vasitəni ineksiya yolu ilə bədəninə qəbul edir. 12 avqust 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı ünvan 1 ünvanından çıxıb küçədə hərəkət edərək gəzməyə başlamışdır. Təxminən evindən 200 metr məsafədə aralandıqdan sonra yerdə kağız büküm görmüşdür. Həmin kağız büküm diqqətini cəlb etmiş və açıb içinə baxan zaman kağız bükümdə narkotik maddə heroin olmasını bilmişdir. Əvvəldən də heroindən istifadə etdiyi üçün bükümdəki kütlənin heroin olmasını dərhal bilmiş və ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra narkotik vasitəni istifadə etmək məqsədilə əynində olan göy rəngli şalvarın sağ ön cibinə qoymuşdur. Bundan sonra gedib öz işləri ilə məşğul olmuşdur. Həmin vaxtdan sonra üzərində olan narkotik vasitədən istifadə etməmişdir. Lakin heç kimin məlumatı olmasın deyə üzərində gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:45-də evə qayıdan zaman evinin yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış aparılacağını demişlər. Həmin vaxt o, əynində olan göy rəngli şalvarın sağ ön cibində saxladığı bir ədəd kağız bükülüsünü təqdim edərək bükülünün içərisində heroin olduğunu bildirmiş və polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada zorakılığın olmadığını bildirmişdir. Məhkəmə iclasında da təqsirləndirilən şəxs ifadəsində polis şöbəsində olarkən ona qarşı hər hansı formada zorakılığın olmadığını bildirmişdir. Bundan əlavə, Hacıqabul Rayon Məhkəməsinin 4(071)-71/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar vəsatətə baxılarkən, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. İşin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki və ya psixi zorakılığa məruz qalması məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə bütün izahat və ifadələrində, eləcə də barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə məhkəmə iclasında baxılarkən verdiyi izahatında törətdiyi əməli etiraf edərək, narkotik vasitə heroini əldə edib saxladığını və polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilən zaman həmin maddənin aşkar olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə ona qarşı zorakılıq olunması barədə məsələ irəli sürməmiş, bu barədə hər hansı formada prokurora və ya məhkəməyə şikayət verməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa, oğurluq cinayət əməli ilə bağlı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda, oğurlanmış samovarın dəyəri zərər çəkmiş şəxsin ifadəsi əsasında 160 manat müəyyən edilmişdir. Zərər çəkmiş şəxs istintaq orqanına ilkin müraciət ərizəsində isə oğurlanmış samovarın dəyərinin 80 manat olduğunu bildirmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 27-ci bəndində göstərilmişdir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Göründüyü kimi, oğurlanmış əmlakın dəyəri ilə bağlı zərər çəkmiş şəxsin verdiyi məlumatlar bir-birinə uyğun gəlmir. Ekspertiza rəyində isə oğurlanmış əmlakın orta bazar qiyməti 140 manat göstərilmişdir. Odur ki, məhkəmə ekspertiza rəyini daha mötəbər sübut kimi qiymətləndirərək, cinayət əməli nəticəsində oğurlanmış samovarın dəyərinin 140 manat olması qənaətinə gəlir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin yaşayış sahəsinə qanunsuz daxil olaraq zərər çəkmiş şəxsə 140 manat ziyan vuraraq oğurluq cinayət əməlini törətməsi, bundan başqa satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi və üzərində saxlayaraq daşıması tamamilə sübuta yetirilir. Onun bu əməlləri ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM 59.1.4, 59.2). Onun əməlində cinayətin residivinin olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. (CM 61.1.1) Oğurluq cinayətinin predmeti olan bir ədəd samovar zərər çəkmiş şəxsə qaytarılmış olsa da, həmin əşya təqsirləndirilən şəxs tərəfindən deyil, onun satıldığı şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş, həmin orqan isə samovarı zərər çəkmiş şəxsə qaytarmışdır. Bu səbəbdən cinayət nəticəsində vurulmuş zərərin aradan qaldırılmasını məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə almır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuş və həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuş və həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən şəxsin əməlində cinayətin residivi olduqda, ona CM-in 177.2.3-cü maddəsi ilə iki il altı aydan, CM-in 234.1ci maddəsi ilə bir il altı aydan az azadlıqdan məhrum etmə cəzası təyin edilməməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təqsirli bilindiyi normaların sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətinin mənfi xarakterizə olunması, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Hacıqabul rayon Məhkəməsinin 7(071)-4/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmaqla, müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməklə ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,586 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalıdır. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 150 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq, Təqsirləndirilən şəxs 3 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 7(071)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 7 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 ay 26 gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, müəyyən edilmiş 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,586 qram olan narkotik vasitə heroin məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49,74 manat (qırx doqquz manat, yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 150 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) . Hökmdən elan edildiyi andan, təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(071)-104/2023
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-104/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver