Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-104/2024 16.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Nərimanov rayon məhkəməsinin 1(005)-393/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6000 manat cərimə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs ona olan etibarından sui-istifadə edərək səlahiyyəti və imkanları olmadığı halda sonuncunun Azərbaycan Respublikası FHN-nin X2 Xilasetmə Xidmətinə işə düzəlməsini təşkil edəcəyi barədə yalan vəd verib onu aldadaraq, həmin məqsədlə 01 avqust 2023-cü ildə, saat 19:25-də 3000 (üç min) manat, həmin gün saat 19:28-də isə 1500 (bir min beş yüz) manat pul vəsaitinin Şirvan şəhəri, P.Şıxbalaoğlu küçəsində yerləşən “Ruzi” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə özünün istifadəsində olan "xxxx" ASCnə məxsus son 8 səkkiz rəqəmi 57020986 nömrəli plastik kart hesabına köçürülməsinə nail olduqdan sonra, ilkin niyyətinin davamı olaraq 04 noyabr 2023-cü ildə, saat 20:47-də 270 (iki yüz yetmiş) manat pul vəsaitinin Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 71də yerləşən fərdi yaşayış evində mobil telefona quraşdırılmış Zərərçəkmiş şəxs adına olan “ABB-MOBİLE” tətbiqi vasitəsilə özünün istifadəsində olan "xxxx" ASC-nə məxsus son 8 səkkiz rəqəmi 57020986 nömrəli plastik kart hesabına köçürülməsinə nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 4770 (dörd min yeddi yüz yetmiş) manat pul vəsaitini aldatma və etibarından sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz ehtiyacları üçün xərcləməklə zərər çəkmiş şəxsə 4770 (dörd min yeddi yüz yetmiş) manat maddi ziyan vurub dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ortaq tanışlarının vasitəsi ilə tanımış, münasibəti normal olmuşdur. Zərərçəkmiş şəxs ona yaxınlaşaraq matros kursu bitirdiyini, həmin ixtisas üzrə işləmək istədiyini və bu barədə ona kömək edib etməyəcəyi soruşduqda köməklik edə biləcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Mayak» adlı kafedə görüşərək işlə bağlı danışıb Şiraza onu FHN-də matros kimi işə düzəldə biləcəyini və bunun qarşılığında 4500 manat lazım olduğunu bildirmiş, Şiraz da razı olmuşdur. Şiraz həmin gün kursu bitiməyi ilə bağlı sənədin surətini və şəxsiyyətini təsdiq edən sənədin sürətini verdikdən sonra üzərində pul olmadığını rayona qayıtdıqdan sonra pulu kart vasitəsi ilə göndərə biləcəyini bildirib çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən 19 radələrində Şiraz zəng edərək pulunun hazır olduğunu bildirib kart hesabını soruşmuş, “Unibanka” məxsus 4098 5844 6702 0986 kart hesabını Şiraza bildirmişdir. Bundan sonra ardıcıl olaraq həmin günü 3000 manat daha sonra 1500 manat olmaqla 4500 manat pulu Şiraz onun kart hesabına göndərmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Səbail buxtası 3 ünvanında yerləşən FHN-nin X2 Xilas etmə xidmətinin Kadrlar şöbəsinə gedərək Zərərçəkmiş şəxs dayısı olduğunu bildirərib onun işə qəbul olunması uçun gəldiyini bildirmiş, kadrlar şöbəsinin rəisi Şahid sənədləri təqdim etdikdən sonra oradan çıxıb getmişlər. Zərərçəkmiş şəxs aldığı 4500 manat pulu öz ehtiyacı üçün xərcləmişdir. Daha sonra Zərərçəkmiş şəxs onunla əlaqə saxlayan zaman ən yaxın zamanda işinin həll olunaçağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Mayak» adlı kafedə görüşdükdə Zərərçəkmiş şəxs işi hazır olduğunu, forma xərcləri üçün 270 manat istədiklərini dedikdə, Şiraz üstündə pul olmadığını rayona qayıtdıqdan sonra 270 manat pulu karta göndərəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə “Uni banka” məxsus 4098- 5844-6702-0986 saylı kart hesabına Zərərçəkmiş şəxs qeyd edilən pulu göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs işi nə zaman həll olunaçağını soruşduqda ona əmrinin tezliklə veriləcəyini yalandan vədlər verib onu aldatmışdır. Sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs FHN-nin X2 Xilas Etmə xidmətinin kadrlar şöbəsinə gedərək işinin nə zaman həll olunacağı və pul verdiyini bildirmiş, oradan ona həmin işin müqabilində heç kimdən pul alınmadığını, işə qəbul pulla olunmadığını bildirmişlər. Zərərçəkmiş şəxs aldadndığını bilib bu barədə polisə müraciət etmişdir. Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs aldığı puldan FHN-nin X2 Xilas Etmə xidmətinin kadrlar idarəsinin rəisi Şahid məlumatı olmamışdır, Şahid hər hansı məbləğdə pul verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini, onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və münsaibəti normaldır. Dənizçilik kursunu 6 ay keçib həmin kurs üzrə bitirdiyini, ixtisası üzrə iş axtardığı üçün Təqsirləndirilən şəxs ilə həmsöhbət olan zaman matros kursunu bitirdiyini bildirmiş, Elçin də, onu işə düzəltməkdə kömək edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonunda yerləşən «Mayak» adlı kafedə Təqsirləndirilən şəxs Tapd oğlu ilə görüşüb çay içdikdən sonra işlə bağlı həmsöhbət olmuş, söhbət zamanı Elçin onu FHN-ə matros kimi işə düzəldə biləcəyini bunun üçün 4500 manat pul lazım olduğunu bildirdikdə Elçinə razılıq vermişdir. Kursu bitirməyi ilə bağlı sertifikatın surətini və şəxsiyyətini təsdiq edən sənədin sürətini Təqsirləndirilən şəxs vermiş, pulu isə Hacıqabul rayonuna qayıtdıqdan sonra Təqsirləndirilən şəxs bildirəcəyi kart hesabına göndərəcəyi barədə razılaşmışlar. Bundan sonra Hacıqabul şəhərinə geri qayıtmışdır. xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində .P.Şıxbalaoğlu küçəsində yerləşən «Ruzi» marketdə yerləşən “E- Manat” terminalı vasitəsi ilə saat 19:25:34-də 3000 manat və həmin tarixdə saat 19:28:17də 1500 manat pulu Təqsirləndirilən şəxs adına olan "xxxx"a məxsus «67020986» nömrəli kart hesabına göndərmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən FHN- nin X2-Xilasetmə xidmətinə getmiş, orada Kadrlar şöbəsində Fədai adlı şəxsin qəbulunda olmuş, orada Elçin özünü onun dayısı kimi təqdim etdikdən sonra sənədlərinin sürətini kadrlar şöbəsinin əməkdaşı Fədaiyə verdikdən sonra, Fədai hal hazırda vakansiya olmadığını,lakin olaçağı təqdirdə bu barədə məlumat veriləcəyini bildirdikdən sonra Elçinlə çıxıb getmişdir. Elçin ona narahat olmamağı xx.xx.2023-cü il tarixədək iş məsələsinin həll olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi tarixdə iş məsələsini həll etmədiyi üçün Elçinlə əlaqə saxlayan zaman müxtəlif bəhanələr gətirərək iş məsələsi yaxın zamanda həll olunacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonunda yerləşən «Mayak» kafesində Agacanov ilə görüşüb söhbət edən zaman Elçin ona işin məsələsinin həll olunduğunu əlavə 270 manat forma və xidməti vəsiqə üçün pul lazım olduğunu dedikdə üzərim ə pu olmadığını, yaşadığı Hacıqabul şəhərinə geri qayıdandan sonra pulu kart hesa ina göndərə biləcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:47 radələrində yaşadığı Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi 71 nömrəli evdə olarkən özünə məxsus ABB- nın kart hesabından Təqsirləndirilən şəxs adına olan "xxxx"a məxsus «67020986» nömrəli kart hesabına 270 manat pulu göndərmişdir. X1 ilə telefon əlaqəsi saxlaya bilmədiyi üçün Bakı şəhərinə gələrək FHN-nin X2 Xilasetmə xidmətinə kadrlar şöbəsinin əməkdaşı olan Fədainin yanına getmiş, ona işinin nə yerdə olması barədə soruşduqda hal hazırda vakansiya olmadığı bildirdikdə, Fədaiyə 4500 manat pul verdiyini demiş, Fədai xidmətə qəbulun pulla olmadığını, aldadıldığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən aldanılaraq 4770 manat pulunu ələ keçirilməsi barədə polisə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam olaraq təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmuşdur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmişdir. Bu səbəbdən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəmişdir. Bu səbəbdən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189- 1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73-1.1-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. İş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 1(005)- 393/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 6000 manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı saxlanıldığı, eyni zamanda həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 4 ay 2 gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 3500 manat cərimə cəzası saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-104/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-104/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver