Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-104/2025 14.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Hacıqabul rayon məhkəməsinin 24 iyun 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, məhkumluğu ödənilməmiş, Hacıqabul rayonu Qarasu kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan qəsəbəsində ünvansız evdə kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 228.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən öz şəxsi istifadəsi üçün xeyli miqdarda narkotik vasitə olan tiryəki, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı, bir ədəd odlu silahı, bir ədəd odlu silahın komplekt hissəsini və beş ədəd döyüş sursatlarını qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu ərazisinə daşımış, 30 aprel 2025-ci il tarixdə saat 12:38-də Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul-Bəhramtəpə yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində saxlanılaraq üzərində yoxlama aparılarkən onun İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan şəxdən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istifadəsi üçün əldə etdiyi əlində olan bir ədəd ağ rəngli kisənin içərisindən üzəri yapışqan lentlə bağlanmış 01 ədəd bükümdə təmiz çəkisi 16,98 qram xeyli miqdarda tünd qəhvəyi rəngli xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, üzəri yapışqan lentlə bağlanmış 01 ədəd bükümdə təmiz çəkisi 73,48 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana, həmin ağ rəngli kisənin içərisindən üzəri yapışqan lentlə bağlanmış 01 ədəd bükülüdə 719329 №-li, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1977-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli, sonradan təyinatını dəyişdirən əlavə dəyişiklik edilməmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, bir ədəd yivli odlu silah, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, döyüş sursatı hesab olunan və atəş üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların 05 ədəd ştat patronları aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Hacıqabul rayonu, Qarasu kəndində qeydiyyatda olsa da, Abşeron rayonu Xırdalan şəhərində ünvanınsız evdə kirayə yaşamışdır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Hazırda heç bir yerdə işləmir və mütəmadi olaraq müxtəlif narkotik vasitələrdən istifadə edir. 2025-ci ilin yanvar ayının sonları, fevral ayının əvvəllərində (dəqiq vaxt yadında deyil) onun “Whatsapp” ani mesajlaşma sistemində qeydiyyatdan keçdiyi +**********64 mobil nömrəsinə +**********23 mobil nömrədən zəng gəlmişdir. Özünü Mustafa kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı onunla tanış olmaq istədiyini və onun mobil nömrəsini ona tanışının verdiyini bildirmişdir. O, Mustafa adlı şəxsdən dəfələrlə onun mobil nömrəsini ona kimin verdiyini soruşsa da, ona bu barədə heç bir məlumat verməmişdir. Onlar mobil telefon vasitəsi ilə bir qədər söhbət etmişlər. Mustafa adlı şəxs ondan harada yaşadığını və nə ilə məşğul olduğunu soruşmuşdur. O, bir müddət mütəmadi olaraq Mustafa adlı şəxslə “Whatsapp” ani mesajlaşma sistemində söhbət etməyə başlamışdır. Mustafa adlı şəxs onunla mobil telefon vasitəsi ilə danışan zaman söhbət əsnasında onun narkotik vasitə və ya psixotrop maddə istifadə edib-etmədiyini soruşmuşdur. O, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Həmin vaxt özünü Mustafa kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ona şəxsi istifadəsi üçün narkotik vasitə lazım olacağı təqdirdə göndərə biləcəyini bildirmişdir. 2025-ci ilin aprel ayının əvvəllərində özünü Mustafa kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı yenə də, ona zəng edərək onda “Kalaşnikov” konstruksiyalı odlu silahın olduğunu bildirmiş və ondan həmin odlu silahı istəyibistəmədiyini soruşmuşdur. O, silah həvəskarı olduğu üçün həmin avtomatı almaq istədiyini, lakin bunun üçün pulunun olmadığını bildirmişdir. Özünü Mustafa kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı silahı ona göndərəciyini, pulunu isə daha sonra ona ödəyə biləcəyini bildirmişdir. O, özünü Mustafa kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə razılaşmış və ona silahı göndərəcəyi yerin ünvanını ona bildirməsini xahiş etmişdir. 29 aprel 2025-ci il tarixdə saat 23 radələrində o, qohumlarının yaşadığı Hacıqabul rayonu Qarasu kəndinə qonaq gəlmişdir. 30 aprel 2025-ci il tarixdə özünü Mustafa kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı “Whatsapp” ani mesajlaşma sistemində ona mesaj yazaraq ondan harada olduğunu soruşmuşdur. O, hazırda Hacıqabul rayonunda olduğunu bildirmişdir. Özünü Mustafa kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ona inanmayıb onun Bakı şəhərində olduğunu bildirmişdir. O, isə Hacıqabul rayonuna qonaq gəldiyini bildirmişdir. Həmin vaxt özünü Mustafa kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ona sübut üçün şəkil atmasını istəmişdir. O, özünü Mustafa kimi təqdim edən İran İslam Respublikasının vətəndaşına Bakı-Ələt-Qazax maqistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsindən şəkil çəkib göndərmişdir. O, özünü Mustafa kimi təqdim edən İran İslam Respublikasının vətəndaşından odlu silahı nə zaman göndərəciyini soruşmuşdur. Mustafa adlı şəxs ona bir qədər səbrli olmasını və yaxın vaxtda ona bu barədə xəbər edəcəyini bildirmişdir. O, həmin vaxt Mustafa adlı şəxsdən ona öz şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana və tiryək göndərməsini də xahiş etmişdir. Mustafa adlı şəxs onunla razılaşmışdır. Həmin gün saat 11 radələrində o, öz işləri ilə əlaqədar olaraq Hacıqabul-Şirvan şəhərlər arası mikroavtobusla Şirvan şəhərinə getmişdir. O, Şirvan şəhərində öz işlərinin bir qismini həll etdikdən sonra özünü Mustafa kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ona “Whatsapp” ani mesajlaşma sistemində odlu silahı və narkotik vasitə göndərdiyini bildirmiş və onların olduğu yerin şəkillərini və məkanını ona göndərmişdir. O, şəkillərə baxanda əvvəlcə həmin yerin Şirvan şəhərində olduğunu hesab etmişdir. Lakin sonradan o, həmin məkanın harada olduğunu biləndən sonra Şirvan şəhərində “Salyan dairəsi” adlanan yerin yaxınlığına gəlmişdir. O, orada nömrəsini və markasını bilmədiyi, tanımadığı taksi sürücüsündən onu Mustafa adlı şəxsin ona göndərdiyi məkana, yəni Hacıqabul-Bəhramtəpə yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsinə aparmasını xahiş etmişdir. Həmin taksi sürücüsü onu dediyi yerə 3 manat pulun müqabilində aparacağını bildirmiş və o, sürücü ilə razılaşmışdır. Bundan sonra tanımadığı taksi sürücüsü onu Hacıqabul-Bəhramtəpə yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsinə gətirib düşürtmüş və oranı tərk edib getmişdir. O, həmin yerə çatandan sonra yenə də özünü Mustafa kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı “Whatsapp'’ ani mesajlaşma sistemində ona səs ataraq məkanı tapa bilibbilmədiyini ondan soruşmuşdur. O, həmin şəxsə məkanın gediş-gəlişli yer olduğunu, biraz sakitçilik yaranan kimi odlu silah ilə narkotik vasitələri götürəcəyini bildirmişdir. O, bir qədər gözlədikdən sonra onu heç kimin görmədiyinə əmin olub Hacıqabul-Bəhramtəpə yolunun kənarında yerləşən fəaliyyəti olmayan kafenin içərisinə daxil olmuş və 1 ədəd ağ rəngli kisənin qoyulduğunu görmüşdür. O, həmin ağ rəngli kisəni götürüb fəaliyyəti olmayan kafedən çıxıb gedən zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb onu tutmuşlar və ona Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələr və odlu silah əldə edərək üzərində saxlamaqda şübhəli olduğunu və üzərinə yoxlama aparlacağını bildirmişlər. Polis əməkdaşları onun üzərinə yoxlama aparan zaman videoçəkiliş aparlacağını bildirmişlər. Bundan sonra polis əməkdaşları onun əlindəki ağ rəngli kisəni açıb içərisinə yoxlama keçirmişlər. Həmin ağ rəngli kisənin içərisindən 1 ədəd 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı, AK-74 modelli silah, həmin silaha aid patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq və 13 ədəd patron, üzəri yapışqan lentlə bağlanmış 2 ədəd bükülü açıldıqda isə birinin içərisindən narkotik vasitə tiryək, digərinin içərisindən isə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İçərisində narkotik vasitələr olan bükülülər elektron tərəzidə çəkilmişdir. Həmin vaxt içərisində narkotik vasitə qurudulmuş marixuana olan birinci böyük bükülünün çəkisinin 91 qram, içərisində narkotik vasitə tiryək olan ikinci bükülünün çəkisinin isə 22 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmişdir. Odlu silah isə darağı və patronları ilə birlikdə başqa bir kisədə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Onlar birlikdə polis şöbəsinə gəldikdən sonra polis əməkdaşları xidməti otağında onun üzərində yoxlama aparılması barədə protokol tərtib etmişlər və onlar imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Mübaşir Heybətov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşlar. Mübaşir Heybətov, onun narkotik vasitələr və odlu silah əldə edərək üzərində saxlamaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrimi ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Vəkil X4 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə onun əlində olan ağ rəngli kisədən aşkar olunan narkotik vasitələrə, odlu silaha və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşyalar yenidən qablaşdırılıb möhürlənmiş və üzərində hər biri tərəfindən imzalar edilmişdir. O, müxtəlif narkotik vasitələrdən istifadə etmiş, lakin heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Onun odlu silahdan istifadə etmək fikri, eləcə də onun heç kimlə ədavəti və ya qərəzli münasibəti olmamış, sadəcə silah həvəskarı olduğu üçün həmin odlu silahı əldə etmək istəmişdir. Mustafa adlı şəxslə danışan zaman o, narkotik vasitələri və odlu silahı Azərbaycan Respublikasına hansı yolla gətirməsi barədə heç bir məlumat verməyib. Mustafa adlı şəxs yalnız ona narkotik vasitənin və odlu silahın Hacıqabul şəhərində olduğu yeri demişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Hacıqabul rayon polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 aprel 2025-ci il tarixdə Hacıqabul rayonu Qarasu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması, satış məqsədi olmadan narkotik vasitələr və odlu silah əldə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. 30 aprel 2025-ci il tarixdə daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı və narkotik vasitələri əldə etdiyi mənbənin ifşa edilməsi, müəyyən olunaraq saxlanılması və müvafiq qaydada saxlanıldıqdan sonra üzərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün onun rəhbərliyi ilə, qrup üzvləri kimi, Hacıqabul RPŞ-nin əməkdaşları Şahid4, Şahid3 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul rayonu ərazisində əməliyyat tədbirini qurmuşlar. Həmin gün, yəni 30 aprel 2025-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yolun kənarında yerləşən işləməyən kafenin qarşısında piyada hərəkətdə olmasını müşahidə etmişlər. Onlar həmin tikiliyə tərəf hərəkət edərək getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs işləməyən kafenin içərisinə daxil olmasını, daha sonra əlində 01 ədəd ağ rəngli kisə ilə çıxaraq gəldiyi istiqamətə doğru hərəkət etməsini görmüşlər. Dərhal Təqsirləndirilən şəxs tərəf yaxınlaşmışlar və özlərini təqdim edib, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirərək onu saxlamışlar. O, ilk öncə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və odlu silah əldə edib üzərində gəzdirməsində şübhəli olduğunu, buna görə saxlanıldığını, üzərində yoxlama aparılacağını bildirib hüquq və vəzifələrini ona elan edib, yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını demişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə məlumat vermiş və üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra ilk başda Dəyanətin əlində ağ rəngli kisə onun tərəfindən götürülmüş və içərisi yoxlanılmışdır. Həmin ağ rəngli kisənin içərisindən 1 ədəd 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı, AK-74 modelli silah, həmin silaha aid patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq və 13 ədəd patron, üzəri yapışqan lentlə bağlanmış 2 ədəd bükülü aşkar edilmişdir. Həmin bükülülər onun tərəfindən açıldıqda isə birinin içərisindən narkotik vasitə tiryək, digərinin içərisindən isə narkotik vasitə qurudulmuş marixuana oxşar maddələr aşkar edilərək götürülmüşdür. İçərisində narkotik vasitələr olan bükülülər elektron tərəzidə çəkilmişdir. Həmin vaxt içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar olan birinci böyük bükülünün çəkisinin 91 qram, içərisində narkotik vasitə tiryəkə oxşar olan ikinci bükülünün çəkisinin isə 22 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmişdir. Odlu silah isə darağı və patronları ilə birlikdə başqa bir kisədə qablaşdırılaraq onun tərəfindən möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirilmiş, üzərindən özünə məxsus olan 01 ədəd Redmi markalı mobil telefon aşkar olunaraq götürülmüş və onun tərəfindən qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Həmin ərazidə protokol tərtib olunması üçün əlverişli şərait olmadığından həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Birlikdə polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Mübaşir Heybətovun xidməti otağına daxil olmuşlar. Mübaşir Heybətov, Təqsirləndirilən şəxs narkotik vasitələr və odlu silah əldə edərək üzərində saxlamaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Vəkil X4 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Mübaşir Heybətov Təqsirləndirilən şəxs üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçinin və onun iştirakı ilə Təqsirləndirilən şəxs əlində olan ağ rəngli kisədən aşkar olunan narkotik vasitələrə, odlu silaha və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşyalar yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə saxlanıldıqda və üzərində yoxlama aparılan zaman ona qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4, Şahid3 ifadələri elan olunmaqla tədqiq edilmiş və məlum olmuşdur ki, onlar şahidlər Şahid2 və Şahid1 ilə eyniməzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 30 aprel 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əlində olan kisəyə baxış keçirilən zaman 1 ədəd 5x45 çaplı “Kalaşnikov” markalı avtomat silah, həmin silaha aid 13 ədəd patron və sandıqca aşkar edildi. Bundan başqa həmin ağ kisədə bir-birinə bağlı vəziyyətdə 2 bükülü aşkar edildi. Həmin bükülülər açıldıqda birinin içərisində narkotik vasitə marixuanaya bənzər, digərinin içərisində isə narkotik vasitə tiryəkə bənzər maddələrin olması aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərək narkotik vasitə marixuanaya bənzər kütlənin çəkisinin 91 qram, narkotik vasitə tiryəkə bənzər kütlənin 22 qram olduqları müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əlində olan ağ rəngli kisədə 1 ədəd 5x45 çaplı “Kalaşnikov” markalı avtomat silah, həmin silaha aid 13 ədəd patronvə sandıqca, habelə bir-birinə bağlı vəziyyətdə 2 bükülü aşkar edilməklə, 1-ci bükülünün içərisində çəkisi 91 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 2-ci bükülünün içərisində çəkisi 22 qram narkotik vasitə tiryəkə bənzər kütlələrin qablaşdırıldığı bir ədəd zərfə və bir ədəd kisəyə bükülmüş Kalaşnikov tipli avtomat silaha, 13 ədəd patron və bir ədəd darağa təkrar açılaraq onlara baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/354-355 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs ...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 16,98 qram olan tünd qəhvəyi rəngli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 01 ədəd bükümdə təmiz çəkisi – 73,48 qram olan bitki mənşəli kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarının həddinin 5 qram, külli miqdarın həddinin 500 qram, həmin siyahısının 19-cu bəndində tiryək adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 50 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3707 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr tiryək, qurudulmuş marixuananı və Kalaşnikov konstruksiyalı, AK-74 modelli odlu silahı, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd darağı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, döyüş sursatı hesab olunan və atəş üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların 05 ədəd ştat patronları haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 16,88 qram narkotik vasitə tiryək, təmiz çəkisi 73,38 qram qalan qurudulmuş marixuana, 01 ədəd 719329 №-li, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1977-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli, yivli odlu silah, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, döyüş sursatı hesab olunan və atəş üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların 05 ədəd ştat patronları, atəş üçün yararsız 08 ədəd döyüş sursatı hesab olunmayan patronlar və 2 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:38-dən etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 14:35-də Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli 25/698 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 719329 №-li, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1977-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir – darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 08 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan ibtidai-hərbi hazırlıq dərslərində, məşq-təlim üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilmirlər və atəş üçün yararsızdırlar. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1, 228.1-ci maddələri ilə ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-19/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş 18-1-41/2-549/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində xx.xx.2024-cü ildən “F 19.2 qarışıq maddələrin qəbulundan asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2025-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul rayonu Qarasu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ələkbərov X1 qeydiyyatda olmasına baxmayaraq, Qarasu kəndində yaşamır. Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli törədilərkən Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluq ödənilməmişdir. Bu səbəbdən hazırki, cinayət əməli törədilərkən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması məlum olur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaratmır. Lakin qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanının aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi CM-nin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır. Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana və tiryək əldə etməsi və üzərində daşıyaraq saxlaması habelə, 01 ədəd 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1977-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK- 74 modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, bir ədəd yivli odlu silahı, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd darağı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, döyüş sursatı hesab olunan və atəş üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların 05 ədəd ştat patronlarını qanunsuz olaraq əldə etməsi və üzərində saxlayaraq gəzdirməsi tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 228.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları, həmin Məcəllənin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə Məcəllənin həm 234.1, həm də, 228.1-ci maddələrinə münasibətdə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryək və qurudulmuş marixuana əldə edib daşıyaraq saxlaması, habelə 01 ədəd Kalaşnikov konstruksiyalı odlu silahı, həmin silahın komplekt hissəsi olan 01 ədəd darağı, döyüş sursatı hesab olunan 05 ədəd ştat patronlarını qanunsuz olaraq əldə etməsi və üzərində saxlayaraq gəzdirməsi, şəxsiyyəti, əvvəllər cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq əvvəlki cinayət əməlinə görə məhkumluq ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız Məcəllənin 234.1-ci və 228.1-ci maddələrinə münasibətdə CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 228.1-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası çərçivəsində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar Məcəllənin 66.2ci maddəsinə əsasən qismən toplanmalı, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 16,88 qram narkotik vasitə tiryək, təmiz çəkisi 73,88 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınan və Hacıqabul rayon polis şöbəsində saxlanılan 01 ədəd 719329 №-li, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1977-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli, sonradan təyinatını dəyişdirən əlavə dəyişiklik edilməmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, bir ədəd yivli odlu silah, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, döyüş sursatı hesab olunan və atəş üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların 05 ədəd ştat patronları, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan ibtidai-hərbi hazırlıq dərslərində, məşq-təlim üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilməyən, atəş üçün yararsız olan 08 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 63,90 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edildiyinə görə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 14 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 154 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 30 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlaılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 16,88 qram narkotik vasitə tiryək, təmiz çəkisi 73,88 qram qalan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan 01 ədəd 719329 №-li, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1977-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli, sonradan təyinatını dəyişdirən əlavə dəyişiklik edilməmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, bir ədəd yivli odlu silah, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, döyüş sursatı hesab olunan və atəş üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların 05 ədəd ştat patronları, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan ibtidai-hərbi hazırlıq dərslərində, məşq-təlim üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilməyən, atəş üçün yararsız olan 08 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 63,90 manat (altmış üç bir manat doxsan qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 14 (on dörd) saata görə 154 (yüz əlli dörd) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-104/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-104/2025
14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver