Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-105/2022 18.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, X9 katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1987-ci ildə Hacıqabul (Qazı-Məmməd) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri N.Tusi küçəsi ev 156-da qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi; xx.xx.1972-ci ildə Hacıqabul (Qazı-Məmməd) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində 3 uşağı olan, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 3də qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsiistehlak miqdarından artıq miqdarda, 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,370 qram narkotik vasitə olan heroini əldə edib əynində olan göy rəngli cıns şalvarın qabaq sağ cibində daşıyaraq saxlamış, 14 may 2022-ci il tarixdə saat 12 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Nəsrəddin Tusi küçəsində yaşadığı 156 nömrəli fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilib üzərindəşəxsi axtarış və götürmə aparılan zaman yuxarıda qeyd edilən narkotik vasitə olan heroin üzərindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən satış məqsədi olmadan qanunsuz olaraq xx.xx.2022-ci il tarixdə saat axşam saatlarında ünvan 1 ünvanda yerləşən evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 şəxsi pulu olan 20 manat pul vəsaiti müqabilində satın almaqla əldə etdiyini şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla ümumi çəkisi 0,441 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 ədəd siqaret kağızı bükümündə qablaşdırılmış halda əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri Cəyirli məhəlləsində yerləşən məktəbin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə istintaqa məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 0,738 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 0,441 qram çəkidəki hissəsini 01 iyun 2022-ci il tarixdə axşam saatlarında ünvan 2 ünvanında yerləşən evin yaxınlığında 20 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmış, qalan 0,297 qram çəkidəki hissəsi isə 1 ədəd siqaret kağız kəsiyi bükümündə qablaşdırılmış halda xx.xx.2022-ci il tarixdə saat 14:15-də Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı küçədə saxlanılaraq polis şöbəsinə gətirilib üzərindəşəxsi axtarış aparılan zaman qeyd olunan narkotik vasitəəynində olan qara rəngli şalvarın arxa sağ cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Hacıqabul şəhəri Nəsrəddin Tusi küçəsi ev 156-da qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. O, 2015-2016-cı ildən narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində evdən çıxıb mağazaya tərəf gedərkən yerdən içərisinə narkotik vasitə olan heroin olan 01 ədəd kağız kəsiyi bükümü tapmışdır. Heroini istifadə etmək məqsədi ilə əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibinə qoymuşdur. Tapdığı heroindən istifadə etmiş, qalan hissəsini kağız bükülüyə büküb əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı Hacıqabul şəhəri N.Tusi küçəsində olan zaman Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Hacıqabul RPŞ-yə gəlmişdir. Polis şöbəsində ona müdafiəçi dəvət edilmiş, videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibində gizlətdiyi 01 ədəd kağız kəsiyinə bükülmüş bükülünü təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu və yerdən tapdığını, öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və cinayət xarakterli heç bir əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroin qablaşdırlıb möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. O, protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və ya zor tətbiq edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 qonşu kimi tanıyır, onunla aralarında ədavət və düşmənçilik yoxdur. O, onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparıldığı dövrdə, yəni 01 iyun 2022-ci il tarixdə axşam saatlarında qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı evə gedib qapını döyərək, Nazimi çölə çağırmış və 20 manat pul verib bir ədəd siqaretin gümüşü kağızı bükümündə heroin almışdır. Həmin bükümün bir hissəsini axşam özü istifadə etmişdir. Qalan hissəsini sonra istifadə etmək üçün şalvarının cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə günün birinci yarısında Hacıqabul şəhərində Cəyirli məhəlləsi adlanan yerdə orta məktəbin yaxınlığında olan zaman Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilmişdi. Videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt o, Nazimdən alaraq əynində olan şalvarının qabaq sağ cibində saxladığı bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Üzərindən aşkar edilən heroini 01 iyun 2022-ci il tarixdə axşam saatlarında qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 20 manata aldığını polis əməkdaşlarına bildirmişdir. O, narkotik vasitə və psixotrop maddə qəbul etsə də, narkotik vasitənin alqı-satqısı ilə məşğul olmur. Bu dəfə də Polis şöbəsində ona heç bir təzyiq edilməmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi, özünü Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır, onunla aralarında ədavət və düşmənçilik yoxdur. Telmanla eyni küçədə yaşayırlar. 01 iyun 2022-ci il tarixdə axşam saat 23 radələrində Telman ona zəng edərək narkotik vasitə tapmağını xahiş etmişdir. Telmana ondan uzaq durmasını dedikdə, Telman ona narkotik maddə verməsə, onu şərləyib tutduracağını demişdir. 02 iyun 2022-ci il tarixdə gecə saat 02 radələrində Telman yenidən onun evinə gələrək yaşadığı evin qapısını döyüb ondan siqaret istəmişdir. Telmanın evinə gecə gəlməyini qonşusu Oktay və yoldaşı Sahilədə görmüşdür. Telman ona demişdir ki, Telmanı onun üzünə durmağı üçün polis Samid və başqaları məcbur edirlər. xx.xx.2022-ci il tarixdə yaşadığı evdən çıxıb mağazaya getmək üçün küçəyə çıxan zaman Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda və narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə aparmışlar. Hacıqabul rayon polis şöbəsində Eldar Sultanov əlini onun cibinə salmışdır, o, bunu Eldara irad bildirmişdir. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın qabaq sağ və sol ciblərindən 01 manat pul əskinası, elektron nəzarət cihazı, mobil telefon, salfetka və şalvarının arxa cibindən isə dəsmalın içərisində narkotik vasitə olan heroinə bənzər maddə olan büküm aşkar olunmuşdur. Üzərindən aşkar edilən narkotik vasitə ona məxsus deyildir. Mobil telefon və elektron cihaz ona məxsusdur. Hesab edir ki, narkotik vasitəni Eldar onun cibinə atmışdır. O, narkotik vasitə qəbul etsə də, narkotik vasitənin alqı-satqısı ilə məşğul olmur. O, narkotik vasitə tapdıqda istifadə etmişdir. Telmana narkotik vasitə satmamışdır. Eldar Sultanov və digər polis əməkdaşları ilə aralarıvn heç bir ədavət, düşmənçilik yoxdur. Evli, öhdəsində 3 azyaşlı uşağı var. Bunları nəzərə alaraq onun əməlinin CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci hissəsinə tövsif edilməsini xahiş etdi. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 may 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Hacıqabul şəhəri N.Tusi küçəsi ev 156-da yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqla saxlayır. Bununla bağlı tərəfindən Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul olunmuş, daha sonra isə həmin qərarın icra olunması ilə bağlı o və Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əldə etdikləri məlumat əsasında həmin gün Şahid3lə birlikdə Hacıqabul şəhəri N.Tusi küçəsinə getmişlər. Həmin küçədə olarkən yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs1 görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim edib, sonuncunu Hacıqabul RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 də etiraz etməmiş və onlar birlikdə Hacıqabul RPŞ-yə gəlmişlər. Hacıqabul RPŞ-yə gəldikdən sonra raportla rəhbərliyə müraciət etmişlər, daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ cibindən bir ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümdəki maddə narkotik vasitə heroindir, həmin heroini 14 may 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında küçədə yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılmış, sonra protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı hər hansı bir məlumat əldə olunmamışdır. Şahid1 daha sonra ifadəsində göstərdi ki, 02 iyun 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Hacıqabul şəhəri N.Tusi küçəsi ev 156-da yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqla saxlayır. Bununla bağlı tərəfindən Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul olunmuş, daha sonra isə həmin qərarın icra olunması ilə bağlı o və Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili X2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əldə etdikləri məlumat əsasında həmin gün Cavid Misirxanovla birlikdə Hacıqabul şəhəri cəyirli məhləsi deyilən əraziyə getmişlər. Həmin ərazidə olarkən məktəbin yaxınlığında Təqsirləndirilən şəxs1 görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim edib Hacıqabul RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməmiş və onlarla birlikdə Hacıqabul RPŞ-yə gəlmişdir. Hacıqabul RPŞ-yə gəldikdən sonra raportla rəhbərliyə müraciət etmişlər, daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümdəki maddə narkotik vasitə heroindir, həmin heroini 01 iyun 2022-ci il tarixdə axşam saatlarında qonşusu Təqsirləndirilən şəxs2 Hacıqabul rayonu ərazisində 20 manata almış və istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılmış, sonra protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı hər hansı bir məlumat əldə olunmamışdır. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul RPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 iyun 2022-ci il tarixdə xidmətdə olarkən icraatına Hacıqabul RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Röyal Məmmədovun tapşırığı daxil olmuşdur. Tapşırıqda Təqsirləndirilən şəxs1 02 iyun 2022-ci il tarixdə üzərinə şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə heroin aşkar olunması, Təqsirləndirilən şəxs1 həmin heroini qonşusu Nazim adlı şəxsdən aldığını göstərməsi, Nazim adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək izahatının alınması məqsədi ilə polis şöbəsinə gətirilməsi qeyd olunmuşdur. O, Nazim adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirmiş və Nazim adlı şəxsin ünvan 3-da yaşayan Təqsirləndirilən şəxs2 olmasını müəyyən etmişdir. O, Hacıqabul RPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid4 və Hacıqabul RPŞ-nin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə 02 iyun 2022-ci il tarixdə ünvan 3 ünvana getmişlər və Təqsirləndirilən şəxs2 evinin qarşısında saxlayaraq Hacıqabul rayon Polis şöbəsinə gətirmiş və Təhqiqat bölməsinə təhvil vermişlər. Təhqiqat bölməsində Təqsirləndirilən şəxs2 müdafiəçi verilmiş, müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarının sağ arxa cibindən bir ədəd cib dəsmalının içərisindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, üzərindən aşkar olunmuş büküm ona məxsus deyil, həmin bükümdən heç bir məlumatı yoxdur. Daha sonra aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılmış, sonra protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 saxlayarkən və polis şöbəsinə gətirərkən, həmçinin polis şöbəsində Təqsirləndirilən şəxs2 qarşı heç bir qanunsuz hərəkət etməmiş, onu döyməmiş, təsir göstərməmişlər. Təqsirləndirilən şəxs2 cibinə o və ya digər polis əməkdaşı narkotik vasitə atmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində göstərdikləri həqiqətə uyğun deyildir və belə ifadə verməklə məsuliyyətdən yayınmaq istəyir. Şahid Hacıqabul RPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid4 məhkəmə iclasında Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şahid Hacıqabul RPŞ-nin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında Şahid1 və Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Cinayət işində olan 14 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cıns şalvarın qabaq sağ cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan 02 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan 02 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın arxa sağ cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli 18/618 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş: “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlə...” sözləri yazılmış və imzalar olan kağız zərfdəki 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,297 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vastə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlə...” sözləri yazılmış və imzalar olan kağız zərfdəki 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,441 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vastə heroindir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlə sözləri və imzalar olan 2 ədəd zərfdəki 2 ədəd büküm heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir-biriləri ilə eynidirlər. Heroin - 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (Siyahı İ). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18/538 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 üstündən aşkar olunmuş kütlə» sözləri yazılmış kağız paketin içərisindəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,370 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 23 may 2022-ci il tarixli 2725 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 14 iyul 2022-ci il tarixli 3794 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Quliyev X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)-145/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxslərin özlərinin ifadələri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, eləcə də maddi sübutlar, iş materialinda olan DVD diskə əlavə edilmiş audio və video yazı və işdəki digər sənədlərlə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi olmadan istintaqa və məhkəməyə məlum olmayan mənbədən təmiz çəkisi 0,370 qram narkotik vasitə olan heroini, həmçinin Təqsirləndirilən şəxs2 0,441 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 20 manata satın almaqla əldə etmə, saxlama, daşıma cinayətini törətməsi; Təqsirləndirilən şəxs2 isə satış məqsədləri ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,738 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmə, heroinin 0,441 qram çəkidəki hissəsini 20 manata Təqsirləndirilən şəxs1 satması, qalan 0,297 qram çəkidəki hissəsini üstündə saxlamaqla, əldə etmə, saxlama, daşıma və satma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi; Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəs ilə tövsif edilmişdir və onlar ittiham olunduqları maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilməməsini və Təqsirləndirilən şəxs1 heroin satmadığına, onun üzərindən aşkar olunmuş heroinin polis əməkdaşı Şahid2 tərəfindən onun cibinə qoyulmasına dair məhkəmə iclasında ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və onun məsuliyyətdən kənarda qalmaq niyyəti güddüyünü təsdiq edir. Çünki, məhkəmə iclasında şahidlər və digər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini satdığını söyləmişlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəza yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayətləri təkrar törətməsini Azərbaycan Respublikası CMin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində 5 nəfər ailə üzvünün (arvadı X4, oğlanları X6 və X7, qızı X5) olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)-145/2021 nömrəli hökmü ilə yaranmış məhkumluğu Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-in 67.1-ci hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)-145/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 01 (bir) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 06 (altı) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,247 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən 02 iyun 2022-ci il tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,391 qram narkotik vasitə heroin, xx.xx.2022-ci il tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,320 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 69,10 manat Təqsirləndirilən şəxs1, 30,40 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)-145/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 01 (bir) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 06 (altı) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin. Qəti olaraq Təqsirləndirilən şəxs2 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,247 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən 02 iyun 2022-ci il tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,391 qram narkotik vasitə heroin, xx.xx.2022-ci il tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,320 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs1, 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 74 saata görə 444 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 28 saata görə 168 manat olmaqla, cəmi 612 (altı yüz on iki) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 32 saata görə 192 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 21 saata görə 126 manat olmaqla, cəmi 318 (üç yüz on səkkiz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-105/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-105/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver