Məhkəmə qərarları › İş №1(071)-105/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-105/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-105/2023 22.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Samux rayonu, Alıuşaqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Qırıqlı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 16 avqust 2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yolun kənarından tapdığı Zərərçəkmiş şəxs məxsus olan "xxxx" ASC tərəfindən verilmiş plastik kartdan pulu oğurlamaq, yəni gizli olaraq talamaq üçün elektron məlumat daşıyıcısı olan həmin plastik karta qanunsuz daxil olub, həmin kartdan internet ötürücüsündən istifadə etmək yolu ilə post terminala yaxınlaşdırıb xx.xx.2023-cü il tarixdə, Abşeron rayonunda yerləşən «Al market»dən saat 18:45-də 19 manat 80 qəpik, həmin marketdən eyni tarixdə, saat 18:47-də 7 manat 60 qəpik, saat 18:50-də 19 manat 80 qəpik, saat 19:00-da 2 manat 22 qəpik, xx.xx.2023-cü il tarixdə saat 10:56-da Bakı şəhərində yerləşən «Green Petrol» YDM-də 20 manat, həmin tarixdə, saat 15:27-də Şirvan şəhərindən yerləşən «Çıraq Petrol» YDM-də 20 manat, həmin tarixdə, saat 15:54-də Şirvan şəhərində yerləşən «Brend Store 3» mağazasında 12 manat 40 qəpik və həmin tarixdə saat 16:04-də Şirvan şəhərində yerləşən «İn City» geyim mağazasından 17 manat, son olaraq həmin tarixdə saat 17:03-də Hacıqabul şəhərində yerləşən «Elegance» mağazasında 33 manat xərcləməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 151 manat 82 qəpik pulu elektron məlumat daşıyıcısına qanunsuz daxil olub vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talamışdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində bildirdi ki, o, evdə döşab, turşu və bu kimi məhsullar hazırlayaraq həmin məhsulları mövsüm vaxtı özünə məxsus “Mercedes Benz” minik markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə rayonlarda satıb ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yenə həmin avtomobili ilə Abşeron rayonunda Masazır qəsəbəsində olan zaman yolun kənarından bir ədəd “Beynəlxalq” banka məxsus plastik kart tapmışdır. Kartı götürüb cibinə qoymuş və həmin ərazidə olan “Al market”ə girmişdir. Təxminən 50 manatlıq bazarlıq, yəni siqaret, su, kalbasa və digər məhsullar almışdır. Həmin kartı kassada verib terminal vasitəsi ilə pulu ödəmişdir. Həmin gün Masazır qəsəbəsində yaşadığı kirayə evdə qalmışdır. xx.xx.2023-cü il tarixdə həmkəndlisi Ramil ondan satmağa balı olduğu üçün yoldan onu da götürməsini xahiş etmişdir. O da Şirvan şəhərinə gedən zaman “Lökbatan” dairəsi adlanan yerdən Ramili də götürüb Şirvan şəhərinə getmişdir. Yolda Bakı şəhərindən çıxandan sonra «Green Petrol» YDM-dən avtomobilinə həmin kartla 20 manatlıq yanacaq doldurmuşdur. Şirvan şəhərində malları satan vaxt ərzaq mağazasına girib həmin kartla 12 manat 40 qəpiklik 4 ədəd siqaret almışdır. Sonra həmin kartla uşaq aləmi mağazasından Ramilin qohumunun uşağı üçün 17 manat dəyərində yeni doğulan uşaq dəsti alınmışdır. Sonra həmin gün günortadan sonra saat 17 radələrində Hacıqabul şəhərinə gəlmişdir. Hacıqabul şəhərində «Elegance» avtomobil ehtiyyat hissələri mağazasına girmiş və mağazadan avtomobili üçün 33 manat dəyərində «çaşka» ehtiyat hissəsi almışdır. Sonra Ramillə Bakı şəhərinə qayıtmışlar. xx.xx.2023-cü il tarixdə ona tanımadığı polis əməkdaşı zəng edərək barəsində şikayət olduğu üçün Hacıqabul RPŞ-nə gəlməsini bildirmişdir. O da xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Hacıqabul RPŞ-nə gəlmişdir. O tamahı ucbatından tapdığı kartdan 151 manat 82 qəpik pulu terminal vasitəsilə ödəniş edərək xərcləmişdir. Sonradan həmin kartı yolun kənarına maşınla gedə-gedə tullamışdır. Həmin kartı tapması barədə Ramilin heç bir məlumatı olmamışdır. Hacıqabul rayonunda “Elegance” avtomobil ehtiyyat hissələrinin satışı mağazasından alış-veriş etdikdən sonra Ramilə kartı tapdığını bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, ailəli olmaqla himayəsində azyaşlı uşağının olmasını və ailənin yeganə qazanc gətirəni olmasını bildirdi və bunları nəzərə alıb onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş şəxs ifadəsində bildirmişdir ki, "xxxx" ASC tərəfindən verilən əmək haqqı kartı ilə 16 avqust 2023-cü il tarixdə, saat 16:19-da Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “ŞOK” marketdən 9 manat 72 qəpik alış-veriş edib evə gəlmişdir. Sonra 18 avqust 2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Araz marketdən Masazır-2”-dən alış- verib etdikdən sonra kartla ödəniş etmək istəyəndə əmək haqqı kartının üzərində olmadığını görüb nə qədər axtarsa da tapa bilməyəndə kartı naməlum şəraitdə itirdiyini bilmişdir. Dərhal mobil tədbiqinə baxanda 16 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixə kimi olan müddət ərzində naməlum şəxs tərəfindən iki gün ərzində müxtəlif mağazalardan terminal vasitəsi ilə alış veriş edildiyini görmüşdür. Bank tədbiqindən plastik kartı tapan naməlum şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə saat 18:45-də Abşeron rayonunda yerləşən “Al market’dən 19 manat 80 qəpik, yenidən eyni yerdən saat 18:47də 7 manat 60 qəpik, saat 18:50-də 19 manat 80 qəpik, saat 19:00-da 2 manat 22 qəpik alış veriş edildiyini görmüşdür. Sonradan bank tətbiqinə baxanda xx.xx.2023-cü il tarixdə, saat 10:56-da Bakı şəhərində yerləşən “Green Petrol” yanacaq doldurma məntəqəsindən 20 manatlıq yanacaq vurduqdan sonra xx.xx.2023-cü il tarixdə, saat 15:27-də Şirvan şəhərində yerləşən "Çıraq Petrol” YDM-dən 20 manatlıq yanacaq vurulmasını, daha sonra Şirvan şəhəridə yerləşən “Brend Stores-3” adlı mağazadan saat 15:54-də 12 manat 40 qəpiklik, həmin gün saat 16:04-də Şirvan şəhəri "İncity” geyim mağazasından 17 manatlıq alışveriş edildiyini görmüşdür. Ən son isə həmin kart vasitəsi ilə Hacıqabul şəhərində xx.xx.2023-cü il tarixdə, saat 17:03-də "ELAGANCE” mağazasından 33 manatlıq alış-veriş edilmişdir. Bundan sonra o kartının blokladığından kartından pul çəkilməmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə müraciət edərək bu barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. O, bal, döşab, turşu kimi mallar alıb satmaqla çörəkpulu qazanır. Arif də bu alveri etdiyindən çox vaxt rayonlara birgə gedib mallarını satırlar. Əsasən də Bakı şəhərində alver edirlər. Rayonlara gedəndə də isə Arifə məxsus “Mercedes Benz” markalı avtomobilə şərikli benzin vurub bir yerdə gedirlər. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Ariflə birlikdə Bakı şəhərindən rayon istiqamətinə yola düşmüşlər. Yolda Bakı şəhərinin çıxacağında yanacaqdoldurma məntəqəsindən Arif plastik kartla 20 manatlıq benzin vurmuşdur. Belə gedən vaxtlarda yanacağa şərik olduğundan Arifə malı satandan sonra yanacağın yarı pulunu verəcəyini bildirmişdir. Həmin günü Salyan şəhərinə, oradan da Şirvan şəhərinə gətmişlər. Şirvan şəhərində bir neçə mal satdıqdan sonra Arif kartı ona verib mağazadan özü üçün siqaret almağı xahiş etmişdir. Mağazadan özünə 2 qutu “Vikeroy”, Arifə də 2 qutu “Vinston” siqareti almış, üzərində xırda olmadığından o siqareti kartdan istifadə etməklə almışdır. Arifə isə sonda hesablaşıb pulunu verəcəyini bildirmişdir. Həmin vaxt kartla uşaq mağazasından 17 manata çağa dəsti almış, sonra isə Hacıqabul şəhərinə getmişlər. Hacıqabul şəhərində təxminən saat 17 radələrində kənarında olan «Elegance» avtomobil ehtiyat hissəsiləri mağazasından Arifin avtomobili üçün bir ədəd çaşka alaraq terminal vasitəsi ilə 33 manat pul ödəmişdir. Sonra kartı Arifə vermişdir Bundan sonra Bakı şəhərinə çıxıb getmişlər. O, Arifin kartından alış-veriş etmiş, həmçinin yanacaq üçün xərclədiyi pulu, yəni Arifə olan borcunu vermişdir. O, Arifin istifadə etdiyi kartın oğurluq olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Elegance” avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan mağazada satıcı işləyir. 17 avqust 2023-cü il tarixdə saat 17 radələrində mağazada olan zaman tanımadığı iki nəfər şəxs mağazaya daxil olmuş və “Mercedes Benz” markalı avtomobil üçün “çaşqa” adlanan ehtiyat hissəsi istəmiş, o, da həmin şəxslərə ehtiyat hissəsini təqdim edərək, satış qiymətini həmin şəxslərə bildirmişdir. Lakin həmin şəxslər ehtiyyat hissəsnin baha olduğunu ona bildirdikdə, endirim edərək həmin “çaşqa”nı 33 manata satmışdır. Ödənişi isə həmin şəxslərdən birinin təqdim etdiyi plastik kartla etmişdirlər. Bundan sonra mağazadan çıxıb uzaqlaşıb getmişdirlər. Həmin şəxslərin mağazadan alış-veriş etməsinə dair video müşahidə kamerasının görüntülərini Hacıqabul RPŞ-nin Təhqiqat bölməsində izahat verən zaman könüllü olaraq təqdim etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Könüllü təqdim edilən kamera görüntülərinin götürülməsi haqqında” xx.xx.2023-ü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:03-də Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Elegance” avtomobil ehtiyat hissələrinin satışı mağazasından 2 nəfər şəxs “Mercedes Benz” markalı avtomobil üçün “çaşqa” adlanan ehtiyat hissəsi almışdır və ödəniş plastik kartla həyata keçirilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Elegance” avtomobil ehtiyat hissələrinin satışı mağazasına Təqsirləndirilən şəxs və Şahid2 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı hər iki şəxs xx.xx.2023-cü il tarixdə saat 17:03-də Təqsirləndirilən şəxs tapdığı "xxxx" ASC-yə məxsus plastik kart vasitəsi ilə 33 manat ödəniş etməklə həmin mağazadan “Mercedes Benz” markalı avtomobil üçün “çaşqa” adlanan ehtiyat hissəsi aldığını bildirmişlər. Hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Baxış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs istifadə etdiyi telefona baxış keçirilmiş, telefonun ekran görüntülərindən əldə olunmuş tarixçələrdə 16 avqust 2023-cü il tarixdə 4127********0357 kart hesabından (Al MARKET 3898) saat 18:47-də 7 manat 60 qəpik, saat 18:50-də 19 manat 80 qəpik, saat 19:00-da 2 manat 22 qəpik, xx.xx.2023-cü il tarixdə 4127********0357 kart hesabından (GREEN PETROL) saat 10:56-da 20 manat, (CİRAQ PETROL) saat 15:27-də 20 manat, (Brend Store 3) saat 15:54-də 12 manat 40 qəpik, (?N C?TY) saat 16:04-də 17 manat, (“Elegance”) saat 17:03-də 33 manatlıq alış-veriş edilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “İrşad” elektroniks mağazasının qarşısından "xxxx" ASC-yə məxsus tapdığı kartın yerini göstərmiş, bu barədə protokol tərtib olunmuş və ifadənin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək yerdən tapdığı "xxxx" ASC-yə məxsus plastik kart vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli küçəsində yerləşən “Al Market” mağazasından 19 manat 80 qəpik, 7 manat 60 qəpik, 19 manat 80 qəpik, 2 manat 22 qəpik olmaqla alış-veriş etdiyini bildirmiş, bu barədə protokol tərtib olunmuş və ifadənin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. “Götürülmə aparılması haqqında” xx.xx.2023-ü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Quliyev X5 rayonu, Masazır qəsəbəsi, Füzuli küçəsində yerləşən “Al Market” mağazasından kart vasitəsi ilə ödəniş etməklə müxtəlif məhsullar almışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək yerdən tapdığı "xxxx" ASC-yə məxsus plastik kart vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən “Green Oil” yanacaqdoldurma məntəqəsindən üzərində 4 yazılan yanacaq doldurma sahəsindən kart vasitəsi ilə ödəniş etməklə idarə etdiyi avtomobilə 20 manat məbləğində benzin vurduğu bildirmiş, bu barədə protokol tərtib olunmuş və ifadənin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək yerdən tapdığı "xxxx" ASC-yə məxsus plastik kart vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Şirvan şəhərində yerləşən “Çıraq Petrol” yanacaqdoldurma məntəqəsindən kart vasitəsi ilə ödəniş etməklə idarə etdiyi avtomobilə 20 manat məbləğində benzin vurduğu bildirmiş, bu barədə protokol tərtib olunmuş və ifadənin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək yerdən tapdığı "xxxx" ASC-yə məxsus plastik kart vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən “Brend Stores” mağazasından 12 manat 40 qəpik olmaqla alış-veriş etdiyini bildirmiş, bu barədə protokol tərtib olunmuş və ifadənin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək yerdən tapdığı "xxxx" ASC-yə məxsus plastik kart vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Elegance” avtomobil ehtiyyatı hissələri mağazasından 33 manat məbləğində “çaşka” ehtiyyat hissəsi aldığını bildirmiş, bu barədə protokol tərtib olunmuş və ifadənin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Elegance” mağazasından və Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Al Market” mağazasından kartla alış-veriş etməsinə dair görüntüləri özündə əks etdirən 2 ədəd DVD disklər və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 5 ədəd telefon ekran görüntülərinin surətləri maddi sübut kimi tanınaraq cinayət işinin materlallarına əlavə edilmişdir. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş əmək haqqı (plastik) kartdan 151 manat 82 qəpik pulu talayan zaman başqa şəxslərin iştirak edib-etməməsi və Təqsirləndirilən şəxs Hacıqabul rayonu və ətraf ərazilərdə digər talama və mülkiyyət əleyhinə cinayətlər törətməsi, başqa cinayətlərdə iştirakının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 14:30-da Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X3 azad edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsinə və məhkum edilməsinə dair məlumatlar yoxdur. Göygöl rayon Qırıqlı kənd İƏD-i üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon Qırıqlı kəndində qeydiyyatdadır və ailə üzvləri - 1986-cı il təvəllüdlü arvadı X4, 2007-ci il təvəllüdlü oğlu X7 və 2012-ci il təvəllüdlü qızı X1 ibarətdir. Abşeron rayon Masazır kənd İƏD-i üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Quliyev X5 rayon Masazır kəndində yaşayır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin Qeydinin 1-ci bəndində isə göstərilir ki, bu Məcəllənin 177.2.1- 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarında izah edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. (CM 59.1.4, 59.1.13, 59.2) Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Belə ki, təqsirləndirilən şəxs vahid niyyətlə törədilən bir oğurluq cinayət əməli törətmiş və həmin cinayət nəticəsində oğurlanmış 151,81 manat pul vəsaiti zərər çəkmiş şəxsə geri qaytarılmış, cinayətin ictimai-təhlükəli nəticəsi aradan qaldırılmışdır. Bundan başqa, təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində azyaşlı uşaqları vardır və onun məhkumluğu yoxdur. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Qırıqlı kəndində qeydiyyatda olsa da, məhkəmə istintaqı zamanı verdiyi ifadəsi və təqdim etdiyi yaşayış yeri üzrə arayışla müəyyən edilmişdir ki, o, daimi olaraq Abşeron rayonu, Masazır qəsəbəsində yaşayır. Bu səbəbdən təqsirləndirilən şəxsin daimi yaşayış yeri kimi Abşeron rayonu, Masazır qəsəbəsi kəndi qəbul edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Abşeron rayonunun və Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk və 5 ədəd telefon ekran görüntülərinin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 18 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 108 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Abşeron rayonu və Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Abşeron rayonu və Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk və 5 ədəd telefon ekran görüntülərinin surətləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 108 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar