Məhkəmə qərarları › İş №1(071)-106/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-106/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-106/2022 29.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Hacıabul rayonu Nəvahı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində iki azyaşlı uşağı olan, Hacıqabul rayon Nəvahı qəsəbəsində yerləşən metal qəbul məntəqəsində sürücü işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Nəvahı kəndində yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs maddi tələbatının ödənilməsi üçün tamah niyyəti ilə soycunçuluq, yəni özgənin əmlakını açıq olaraq talama qərarına gələrək bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Hacıqabul rayonu Nəvahı qəsəbəsindəki evin həyətində anası Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunun əynində olan paltarının sağ yan cibində 340 manat pulunu və hadisə baş verən gün üçün 11,90 manat ekvivalent dəyərində 7 ABŞ dollarını ələ keçirib oradan uzaqlaşaraq özgənin əmlakını açıq olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 351,90 (üç yüz əlli bir manat doxsan qəpik) manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 180-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yuxudan durub həyətə düşmüş, əl-üzünü yuyarkən anası Zərərçəkmiş şəxs həyətdə bağda iş gördüyünü görmüşdür. O, anasına yaxınlaşıb nə etdiyini soruşmuşdur. Anası xiyar əkdiyini ona bildirmişdir. O, anasının yanında yerə oturmuşdur. Anası ondan nə olduğunu soruşmuşdur. O, başının ağrıdığını dedikdə, anası ona yemək yemədiyinə görə başının ağrıdığını demişdir. Ani vaxt anasının əynindəki paltarın sağ cibində pul olduğunu görmüş və pulu götürmək məqsədi ilə əlini anasının paltarının sağ cibinə salmışdır. Lakin anası cibində onun əlini tutmuş və pulu götürə bilməməsi üçün dizini yerə qoymuşdur. O, qəflətən paltarın sağ cibindən pulları çıxardıb, kənara çəkilərək pulları anasına göstərib götürdüyünü deyib qaçıb çıxıb getmişdir. Anası onun arxası ilə qışqırıb pulları gətirməsini desə də, o, anasına məhəl qoymayıb qaçıb çıxıb getmişdir. Küçəyə çıxandan sonra soyğunçuluq yolu ilə anasının paltarının cibindən götürdüyü pulları saymış, pulların 3 ədəd 100 manatlıq, 2 ədəd 20 manatlıq, 1 ədəd 5 ABŞ dolları, 2 ədəd 1 ABŞ dolları, yəni ümumilikdə 340 manat və 7 ABŞ doları olduğunu bilmişdir. Magistral yola çıxıb tanımadığ avtomobilə əyləşib Bakı şəhərinə metronun 28 May stansiyasının yaxınlığına getmişdir. Orada tanımadığı şəxsə 7 ABŞ dollarını vermiş və həmin şəxs ona 10 manat pul vermişdir. Pulu alandan sonra mağazaya gedib özü üçün 1 ədəd göy rəngli cins şalvar, bir ədəd göy rəngli yay köynəyi alıb əyninə geyinmiş və qalan pulları isə öz ehtiyaclarına xərcləmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 06 radələrində yaşadığı Nəvahı qəsəbəsinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən yaxalanaraq Hacıqabul RPŞ-yə gətirilmişdir. Hacıqabukul RPŞ-də anasının ondan şikayət etməsi bilmişdir. Hazırda dəymiş maddi zərəri tam ödəmişdir, anası ilə barışmışdır. Əməlindən çox peşmandır. Evlidir, öhdəsində iki azyaşlı övladı var. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs onun oğludur. O, 26 iyun 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evin həyətyanı sahəsində xiyar tumu əkərkən oğlu Sərdar yuxudan durub əl-üzünü yuduğunu görmüş, Sərdar əl-üzünü yuduqdan sonra ona yaxınlaşıb nə iş gördüyünü soruşmuşdur. O, oğluna xiyar tumu əkdiyini dedikdə Sərdar onun yanında yerə oturanda, Sərdardan nə olduğunu soruşmuşdur. Sərdar başının ağrıdığını bildirdikdə ona yemək yemədiyinə görə başının ağrıdığını demişdir. Sərdar da çayxanada şirin çörəklə çay içdiyini bildirmiş və işinin nə vaxt qurtaracağını soruşduqda, tumları əkib qurtaracağına az qaldığını dedikdən sonra ani vaxt Sərdar əlini əynində olan paltarının sağ cibinə salıb, sağ cibində olan 3 ədəd 100 manatlıq, 2 ədəd 20 manatlıq, 1 ədəd 5 ABŞ dollarını, 2 ədəd 1 ABŞ dollarını götürmək istəyərkən, o, cibində oğlunun əlini tutmuş və Sərdarın pulu götürə bilməməsi üçün dizini yerə qoymuşdur. Lakin Sərdar əlini qəflətən onun paltarının cibindən çıxardan zamanı cibinin alt hissəsi ilə yuxarı sağ tərəfi dartma nəticəsində cırılmışdır. Sərdar 3 ədəd 100 manatlıq, 2 ədəd 20 manatlıq, 1 ədəd 5 ABŞ dolları, 2 ədəd 1 ABŞ dolları, ümumilikdə 340 manat və 7 ABŞ dolları cibindən çıxardıb ona göstərib götürdüyünü deyib qaçıb çıxıb getmiş, onun arxası ilə qışqırıb pulları gətirməsini demiş, lakin Sərdar ona məhəl qoymayıb çıxıb getmişdir. O, əsəbi olduğuna görə oğlundan polisə şikayət etmişdir. Hazırda oğlu ilə barışmışdır, ona dəymiş maddi zəzərəri tamamilə ödəmişdir. Onun oğluna qarşı heç bir şikəti və tələbi yoxdur. Oğlunun azad olunmasını xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, qardaşı Təqsirləndirilən şəxs 26 iyun 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evin həyətyanı sahəsində xiyar tumu əkən anası Zərərçəkmiş şəxs cibindən 340 manat və 7 ABŞ dolları pulu çıxardıb, qaçıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs anasına dəymiş zərəri tamamilə ödəmişdir. Şahid2 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə arvadıdır. 26 iyun 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb iş yerinə getmişdir. Həmin günü saat 19:30 radələrində oğlu Sərdar anası Səbirənin əynində olan paltarın cibindən 340 manat və 7 ABŞ dolları pulu götürüb qaçıb getmişdir. Hazırda oğlu Sərdar anası Səbirəyə dəymiş maddi zərəri tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs evlidir, iki körpə uşağı var. Həmişə özünü ailədə intizamlı aparmışdır. Hadisənin hansı səbəbdən olmasını anlaya bilməmişlər. Hadisə yerinə baxış keçirlmiş, hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, hadisə yeri Hacıqabul rayonu Nəvaşı qəsəbəsində Şahid2 məxsus yaşadığı evin həyətyanı sahəsində yerləşir. Hadisə yerində üç otaqdan ibarət mişar daşından tikilmiş yaşayış evi var. Yaşayış evin həyətyanı sahəsində tərəvəz məhsulları əkilmək üçün sıralarla düzülmüş, suvarmaq üçün qazılmış torpaq sahəsi var. Təqsirləndirilən şəxs soyğunçuluq əməlini həmin əkin sahəsində törətmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. (İş v.80). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əynində olan paltarının sağ yan cibində 340 manat və hadisə baş verən gün üçün 11,90 manat ekvivalent dəyərində 7 ABŞ dollarını ələ keçirib oradan uzaqlaşaraq özgənin əmlakını açıq olaraq talayıb, zərərçəkmiş şəxsə 351,90 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 180.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, evli, öhdəsində xx.xx.2019-cu il təvəllüdlü Aylin və xx.xx.2021-ci il təvəllüdlü İnci adlı iki azyaşlı uşağı olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə barəsində olan yüngülləşdirici halların olması, ağırlaşdırıcı halların olmaması nəzərə alınaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 03 ay 01 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 06 ay 02 gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılmalıdır. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsi nəzərə alınsın. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 03 (üç) ay 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 06 (altı) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 saata görə 150 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 10 saata görə 60 manat, cəmi 210 (iki yüz on) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar