Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-107/2023 06.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X11 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Salyan rayonu, Atbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1981-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Hacıqabul şəhəri, X.Məmmədov küçəsi, ev 37-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1, Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən "xxxx" MMCnin X8 filalının Hacıqabul şöbəsinin 256 nömrə tutumlu EATS-nə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 29 avqust 2023-cü il tarixdə, saat 02 radələrində Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən 256 nömrə tutumlu EATS-ə məxsus inzibati binanın pəncərəsində olan barmaqlıqlarını yerindən çıxartmaq üçün öncədən dəmir parçasını özü ilə götürüb, EATS-in inzibati binasının yanına gəlmiş, aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2la birlikdə əvvəlcədən özü ilə götürdüyü bir ədəd dəmir parçası ilə inzibati binanın pəncərəsinin qarşısında olan dəmir barmaqlıqlarını yerindən çıxardıqdan sonra pəncərənin şüşəsini əli ilə qırıb EATS-in inzibati binasına qanunsuz daxil olmuş, orada olan 256 nömrə tutumlu EATS-ə məxsus 820 manat dəyərində AKSA tipli, 6,5 kvt gücündə generatoru götürüb binaya daxil olduğu pəncərənin yanında onu gözləyən Təqsirləndirilən şəxs2 yanına gətirdikdən sonra birlikdə həmin generatoru onun daxil olduğu pəncərədən çıxartmaqla zərərçəkmiş şəxsə məxsus 820 manat dəyərində əmlakı qabacadan əlbir olan bir qrup şəxs halında inzibati binaya qanunsuz daxil olmaqla gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2, Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən "xxxx" MMCnin X8 filalının Hacıqabul şöbəsinin 256 nömrə tutumlu EATS-ə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 29 avqust 2023-cü il tarixdə, saat 02 radələrində Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən 256 nömrə tutumlu EATS-nə məxsus inzibati binanın pəncərəsində olan barmaqlıqlarını yerindən çıxartmaq üçün Təqsirləndirilən şəxs1 öncədən dəmir parçasını özü ilə götürüb, EATS-in inzibati binasının yanına gəlmiş, aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1la birlikdə sonuncunun əvvəlcədən özü ilə götürdüyü bir ədəd dəmir parçası ilə inzibati binanın pəncərəsinin qarşısında olan dəmir barmaqlıqlarını yerindən çıxardıqdan sonra pəncərənin şüşəsini əli ilə qırıb Təqsirləndirilən şəxs1 EATS-in inzibati binasına qanunsuz daxil olmasına şərait yaradaraq kənar şəxslərin gəlməsi halında məlumat vermək üçün özü binanın ətrafında gözləmiş, Təqsirləndirilən şəxs1 orada olan 256 nömrə tutumlu EATS-ə məxsus 820 manat dəyərində AKSA tipli, 6,5 kvt gücündə generatoru götürüb onun yanına gətirdikdən sonra birlikdə həmin generatoru binanın pəncərəsindən çıxartmaqla zərərçəkmiş şəxsə məxsus cəmi 820 manat dəyərində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında inzibati binaya qanunsuz daxil olmaqla gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs2 iki ilə yaxındır ki, tanıyır. Hadisədən iki ay əvvəl Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən EATS-nə öz işləri ilə əlaqədar getmiş və orada EATS-in inzibati binasinda bir ədəd təkərli generatorun olduğunu görmüşdür. Maddi imkanı olmaması səbəbindən o, həmin EATS-də olan təkərli generatoru oğurlayıb satmaq fikirinə gəlmişdir. Hadisədən təqribən 15 gün öncə işləri ilə əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinə gedən zaman, Ələt qəsəbəsində tanışı Təqsirləndirilən şəxs2la rastlaşmış və söhbət əsnasında o, Təqsirləndirilən şəxs2 EATS-də generatorun olduğunu bildirib ona generatoru oğurlayıb satmaq təklifini etmişdir. Təqsirləndirilən şəxs2 da heç bir yerdə işləmədiyi və maddi çətinlikləri olduğu üçün onunla razılaşmış, lakin sonradan onlar bu fikirdən daşınmışlar. xx.xx.2023-cü il tarixdə o, iş axtarmaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsinə getmiş, həmin günü saat 14 radələrində o, Hacıqabul rayonuna qayıdan zaman Təqsirləndirilən şəxs2la rastlaşmışdır. O, Təqsirləndirilən şəxs2la görüşüb söhbət etmiş və maddi çətinliklərinin olduğunu ona bildirmişdir. Söhbət əsnasında o, yenə də EATS-in inzibati binasında olan generatoru oğurlayıb satmaları barədə söhbət etməyə başlamış, Təqsirləndirilən şəxs2 onunla tam razı olub həmin günü axşam saat 22 radələrində Hacıqabul rayonu, Atbulaq kəndinə gələcəyini bildirmişdir. Bundan sonra o, mikroavtobusun gəlməyini gözləmiş və mikroavtobus gəldikdən sonra yaşadığı evə getmişdir. Həmin günü saat 22 radələrində Təqsirləndirilən şəxs2 onun yaşadığı Hacıqabul rayonu, Atbulaq kəndinə gəlmişdir. O, Təqsirləndirilən şəxs2la yolun kənarında görüşüb yaxınlıqda yerləşən fərdi yaşayış evinin çəpərinin yaxınlığında əyləşib söhbət etməyə başlamışdır. Onlar EATS-ə gedib baxmış və orada pəncərələrdə dəmir barmaqcıqların olduğunu görüb generatoru oğurlamaq fikrindən daşınmışlar. Lakin, onlar pəncərədə olan dəmir barmaqcıqları dəmirlə çıxarda biləcəklərini düşünüb yenə də generatoru oğurlamaq fikrinə gəlmişlər. Onların oğurluq əməllərini heç kimin görməməsi üçün gecə saatlarını gözləməyə başlamışlar. O, Atbulaq kəndində yerləşən EATS-in inzibati binasına pəncərədən daxil olmaq üçün pəncərədə olan qoruyucu dəmir barmaqcıqları yerindən çıxartmaq məqsədi ilə yaşadığı evin yaxınlığından bərk əyilməyən dəmir parçası götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində o, və Təqsirləndirilən şəxs2 EATS-in olduğu yerə getmişlər. Orada o, və Təqsirləndirilən şəxs2 EATS-in binasının pəncərəsində olan dəmir barmaqcıqları özü ilə gətirdiyi dəmir parçasının köməyi ilə yerindən çıxarıb bir kənara qoymuşlar. Sonra onlar pəncərənin şüşəsini sındırmış və o, EATS-in inzibati binasına daxil olmuşdur. O, binaya daxil olduqdan sonra generatoru pəncərənin yanına gətirmiş və Təqsirləndirilən şəxs2la köməkləşib generatoru oradan çölə çıxartmışlar. Onlar generatoru çölə çıxardıqdan sonra onları heç kimin görmədiyindən tam əmin olub generatoru götürüb oradan uzaqlaşmışlar. Onlar generatoru EATS-dən 200 metr aralıda, Atbulaq kəndinin kənarında yulğunun altına qoymuş və generatoru gizlədikdən bir qədər sonra gözləmişlər. Sonra Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsi ilə Ələt qəsəbəsinə taksi sifariş vermişdir. Təqsirləndirilən şəxs2 onu gözləməsini bildirib yoldan keçən avtomobillərin biri ilə Ələt qəsəbəsinə sifariş verdiyi taksini qarşılamaq üçün getmişdir. O, Təqsirləndirilən şəxs2 Hacıqabul rayonu, Atbulaq kəndində yolun kənarında gözləməyə başlamışdır. Təxminən saat 07 radələrində onun yanında “Toyota Corolla” markalı, **-EA-*** dövlət nömrə nişanlı avtomobil dayanmış və o, avtomobilə nəzər saldıqda avtomobilin ön oturacağında Təqsirləndirilən şəxs2 əyləşdiyini görmüşdür. Təqsirləndirilən şəxs2 ona avtomobilə əyləşməyini bildirmişdir. Avtomobilə əyləşəndən sonra avtomobil hərəkətə davam etmişdir. Bir qədər irəlidə Təqsirləndirilən şəxs2 avtomobilin sürücüsünə Atbulaq kəndində əks istiqamətdə dönməsini bildirmişdir. Sürücü avtomobili əks istiqamətə döndərəndən sonra Təqsirləndirilən şəxs2 ona generatoru gizlədikləri yerə sürməsini bildirmişdir. Onlar generatorun olduğu yerə gəldikdə Təqsirləndirilən şəxs2 və o, avtomobildən düşüb generatoru avtomobilə qoymaq istəyəndə avtomobili idarə edən sürücü onlardan nə səbəbə generatoru buradan götürdüklərini soruşmuşdur. O, sürücüyə həmin generatorun onlara məxsus olduğunu, işlək vəziyyətdə olmadığı üçün aparıb satmaq istədiklərini bildirmişdir. Onlar generatoru avtomobilə qoyduqdan sonra Bakı şəhərinə getmişlər. Bakı şəhərində onlar əvvəlcə “20 Yanvar” darəsinə getmiş, daha sonra onlar 3-cü mikrorayon darəsinə getmişlər. Orada o, və Təqsirləndirilən şəxs2 avtomobildən düşərək generatoru satmaq üçün yaxınlıqda yerləşən bir neçə mağazalara getmiş, lakin orada işləyən şəxslər həmin generatoru onlardan almamış və onlara belə əşyaların alqı-satqısının 8-ci mikrorayonda aparıldığını bildirmişdirlər. Bundan sonra onlar sürücüyə onları 8-ci mikrorayona aparmasını xahiş etmişlər. Sürücü onlara həmin yerə gedən yolun uzaq və tıxac oldugunu bildirəndə onlar sürücüyə pulunu artıqlaması ilə verəcəklərini bildirmişlər. Bundan sonra sürücü onları 8-ci mikrorayonda olan bazara aparmışdır. Lakin, onlar həmin generatoru orada da sata bilmədikləri üçün, “Dərnəgül dairəsi” adlanan ərazidə yerləşən metal qəbuletmə məntəqəsinə getmişlər. O və Təqsirləndirilən şəxs2 avtomobildən düşərək metal qəbuletmə məntəqəsində işləyən şəxsə yaxınlaşıb generatorun onlara məxsus olduğunu, həmin generatoru yenisi ilə əvəz etmək üçün satdıqlarını bildirib generatoru 300 manata satmaq istədiklərini qeyd etmişlər. Metal qəbuletmə məntəqəsində işləyən şəxs generatorun tam işlək vəziyyətdə olmadığını və işlənmiş olduğunu qeyd edərək onlara generatorun müqabilində 170 manat pul verə biləcəyini demişdir. Onlar taksi sürücüsünə borclu olduqlarından və generatoru sata bilmədiklərindən metal qəbuletmə məntəqəsində işləyən şəxslə razılaşıb generatoru 170 manata satmışlar. Onlar generatoru satdıqdan sonra əldə etdikləri pulun 75 manatını taksi sürücüsünə vermiş, qalan pulun 50 manatını Təqsirləndirilən şəxs2 özünə götürmüş, 45 manatını isə ona vermişdir. Bundan sonra sürücü onları “20 Yanvar” dairəsinə gətirmiş və onlar orada düşüb evlərinə getmək üçün başqa bir taksi ilə “Lökbatan” dairəsinə getmişlər. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman Hacıqabul rayon polis şöbəsinin əməkdaşları gəlib Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən EATS-indən generator oğurladığını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 iki ilə yaxındır ki, tanıyır. Hadisədən təxminən 15 gün əvvəl Ələt qəsəbəsində Təqsirləndirilən şəxs1la rastlaşmışdır. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 ona EATS-ində generatorun olduğunu bildirib ona generatoru oğurlayıb satmaq təklifini etmişdir. O, heç bir yerdə işləmədiyi və maddi çətinlikləri olduğu üçün Təqsirləndirilən şəxs1la razılaşmış, lakin sonradan onlar bu fikirdən daşınmışlar. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yolun kənarında duran zaman təsadüfən Təqsirləndirilən şəxs1la rastlaşmışdır. Təqsirləndirilən şəxs1 Hacıqabul rayonuna getmək üçün mikroavtobus gözlədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1la bir qədər söhbət etmiş və ona maddi çətinliklərinin olduğunu bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 ona yenə də EATS-in inzibati binasında olan generatoru oğurlayıb satmaq barədə söhbət etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs1la razılaşmış və həmin günü axşam saat 22 radələrində Hacıqabul rayonu, Atbulaq kəndinə gələcəyini bildirmişdir. Həmin günü saat 22 radələrində o, Hacıqabul rayonu, Atbulaq kəndinə gəlmış və Təqsirləndirilən şəxs1la yolun kənarında görüşüb yaxınlıqda yerləşən fərdi yaşayış evinin çəpərinin yaxınlığında əyləşərək söhbət etməyə başlamışlar. Onlar EATS-nə gedib baxmış və orada pəncərələrdə dəmir barmaqcıqların olduğunu görüb generatoru oğurlamaq fikrindən daşınmışlar. Lakin, onlar pəncərədə olan dəmir barmaqcıqları dəmirlə çıxarda biləcəklərini düşünüb yenə də generatoru oğurlamaq fikrinə gəlmişlər. Oğurluq etdiklərini heç kimin görməməsi üçün onlar gecə saatlarını gözləməyə başlamışlar. Təqsirləndirilən şəxs1 Atbulaq kəndində yerləşən EATS-in inzibati binasına pəncərədən daxil olmaq üçün pəncərədə olan qoruyucu dəmir barmaqcılıqları yerindən çıxartmaq məqsədi ilə yaşadığı evin yaxınlığından bərk əyilməyən dəmir parçası götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində o və Təqsirləndirilən şəxs1 EATS-in olduğu yerə getmişlər. Orada o və Təqsirləndirilən şəxs1 EATS-in binasının pəncərəsində olan dəmir barmaqcıqları dəmir parçasının köməyi ilə yerindən çıxarıb bir kənara qoymuş və pəncərənin şüşəsini sındırmışlar. Təqsirləndirilən şəxs1 EATS-in inzibati binasına daxil olmuş, o isə çöldə gözləmişdir. Təqsirləndirilən şəxs1 binaya daxil olduqdan sonra generatoru pəncərənin yanına gətirmişdir. O, Təqsirləndirilən şəxs1 generatoru çölə çıxarmağa kömək eləmiş və onlar heç kimin onları görmədiyindən tam əmin olub generatoru götürüb oradan uzaqlaşmışlar. Onlar generatoru EATS-in inzibati binasından təxminən 200 metr aralıda Atbulaq kəndinin kənarında yulğunun altına qoymuş və generatoru gizlədikdən sonra bir qədər gözləmişlər. Sonra o, mobil telefon vasitəsi ilə Ələt qəsəbəsinə taksi sifariş vermiş və Təqsirləndirilən şəxs1 onu gözləməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 onu Hacıqabul rayonu, Atbulaq kəndində yolun kənarında gözləmişdir. O isə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində sifariş etdiyi taksini qarşılamaq üçün getmişdir. O, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsində sifariş etdiyi “Toyota Corolla” markalı taksiyə əyləşmiş və sürücü Şahid1 əvvəlcə Hacıqabul rayonu, Atbulaq kəndinə getmək lazım olduğunu bildirmişdir. Şahid1 ona sifarişdə Bakı şəhəri, “20 Yanvar” dairəsinə getmək lazım olduğunun göstərildiyini bildirəndə o, Elxan İsaevə onu Hacıqabul rayonu, Atbulaq kəndinə aparmasını və bunun müqabilində ona sifarişdə göstərilən 20 manat pula əlavə olaraq pul verəcəyini bildirmişdir. O, Şahid1 Hacıqabul rayonu, Atbulaq kəndində əmisi oğluna aid ticarət obyektinin olduğunu və həmin obyektdən avtomobilə yerləşən əşyanı Bakı şəhəri, “20 Yanvar” dairəsinə aparmaq lazım olduğunu bildirmişdir. Təxminən saat 07 radələrində Hacıqabul rayonu, Atbulaq kəndinə gəlmiş və kəndin girəcəyindən bir qədər irəlidə yolun kənarında dayanmış Təqsirləndirilən şəxs1 Şahid1 göstərərək əmisi oğlunun olduğunu bildirib avtomobili onun yanında saxlamağını xahiş etmişdir. Şahid1 avtomobili saxlayandan sonra Təqsirləndirilən şəxs1 avtomobilin arxa oturacağına əyləşmiş və avtomobil hərəkətə davam etmişdir. Bir qədər irəlidə o, Şahid1 Atbulaq kəndində avtomobillə əks istiqamətdə dönməsini bildirmişdir. Şahid1 avtomobili əks istiqamətə döndərəndən sonra o, Şahid1 generatoru gizlətdikləri yerə sürməsini bildirmişdir. Onlar generatorun olduğu yerə gəldikdə Təqsirləndirilən şəxs1 və o, avtomobildən düşüb generatoru avtomobilə qoymaq istəyəndə taksi sürücüsü Şahid1 onlardan nə səbəbə generatoru buradan götürdüklərini soruşmuşdur. Onlar Şahid1 həmin generatorun onlara məxsus olduğunu, işlək vəziyyətdə olmadığı üçün aparıb satmaq istədiklərini bildirmişdir. Şahid1 onun həmin generatorun ticarət obyektində olması barədə ona məlumat verdiyini yadına saldıqda o, Şahid1 ticarət obyektinin kənarda olduğunu və ora avtomobilin getməsinə imkan olmadığı üçün generatoru bura gətirdiklərini bildirib ona narahat olmamasını və generatorun onlara məxsus olduğunu yenə də bildirmişdir. Onlar generatoru avtomobilə qoyduqdan sonra Bakı şəhərinə getmişlər. Bakı şəhərində onlar əvvəlcə “20 Yanvar” darəsinə getmiş, daha sonra onlar 3-cü mikrorayon dairəsinə gəlmişlər. Orada o və Təqsirləndirilən şəxs1 avtomobildən düşərək generatoru satmaq üçün yaxınlıqda yerləşən bir neçə mağazalara getmiş, lakin orada işləyən şəxslər həmin generatoru onlardan almamış və onlara belə əşyaların alqı-satqısının 8-ci mikrorayonda aparıldığını bildirmişlər. Bundan sonra onlar sürücü Şahid1 onları 8-ci mikrorayona aparmasını xahiş etmişlər. Şahid1 onlara həmin yerə gedən yolun uzaq və tıxac oldugunu bildirəndə onlar Şahid1 pulunu artıqlaması ilə verəcəklərini bildirmişdir. Bundan sonra Şahid1 onlarla razılaşmış və onları 8-ci mikrorayonda yerləşən bazara gətirmişdir. Lakin, onlar həmin generatoru orada da sata bilməmiş və onlar “Dərnəgül dairəsi” adlanan yerə gəlmişlər. Onlar orada metal qəbuletmə məntəqəsinin olduğunu görmüş və taksi sürücüsü Şahid1 avtomobili həmin məntəqəyə sürməsini xahiş etmişlər. O və Təqsirləndirilən şəxs1 avtomobildən düşərək metal qəbuletmə məntəqəsində işləyən şəxsə yaxınlaşmışlar. Orada olan şəxsə generatorun onlara məxsus olduğunu, həmin generatoru yenisi ilə əvəz etmək üçün satdıqlarını bildirib generatoru 300 manata satmaq istədiklərini qeyd etmişlər. Metal qəbuletmə məntəqəsində işləyən şəxs generatorun tam işlək vəziyyətdə olmadığını və işlənmiş olduğunu qeyd edərək onlara generatorun müqabilində 170 manat pul verə biləcəyini bildirmişdir. Onlar generatoru 170 manata satmağa razılaşmışlar. Onlar generatoru satdıqdan sonra əldə edilən pulun 75 manatını Şahid1 vermiş, 45 manatını Təqsirləndirilən şəxs1 vermiş və 50 manatı özündə saxlamışdır. Bundan sonra Şahid1 onları “20 Yanvar” dairəsinə gətirmiş və onlar orada düşüb başqa bir taksi ilə Lökbatan dairəsinə gəlmişlər. Oradan o, mikroavtobusla Ələt qəsəbəsinə gəlmiş, Təqsirləndirilən şəxs1 isə Atbulaq kəndinə getmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, yaşadığı evdə olan zaman Hacıqabul rayon polis şöbəsinin əməkdaşları gəlib Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən EATS-indən generator oğurladığını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Şahid4 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsi ifadəsində bildirmişdir ki, 17 ildir ki, "xxxx" MMC-nin X9 Filialının Hacıqabul şöbəsinin müdiri vəzifəsində işləyir. Hacıqabul rayon ərazisində yerləşən EATS-lər onların idarəsinin nəzdindədirlər. Hər bir EATS-də sahə mantyorları işləyirlər. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən EATS-in sahə mantyoru Şahid3 onun mobil nömrəsinə zəng edərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü tarixə keçən gecə Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən 256 nömrə tutumlu EATS-in binasının pəncərəsi və dəmir barmaqlığı sındırılmaqla binaya daxil olmuş naməlum şəxs (şəxslər) tərəfindən “AKSA” modelli, 6,5 kvt gücündə generatorun oğurlandığını bildirmişdir. O, bunu biləndən dərhal sonra baş vermiş hadisə barədə polis şöbəsinə məlumat vermiş və hadisə baş verdiyi yerə getmişdir. Orada o, 256 nömrə tutumlu EATS-in inzibati binasının giriş hissəsindən sağ tərəfdə yerləşən pəncərəsinin şüşəsinin sınmış və pəncərədə olan barmaqcıqların yerindən çıxarılaraq kənara atılmış vəziyyətdə olduğunu görmüşdür. O, sahə mantyoru Şahid3 genaratorun haradan oğurlandığını soruşanda İsa Fərzəliyev ona həmin generatorun EATS-in inzibati binasının daxilində girişdən sol tərəftə olduğunu bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, həmin generator 2014-cü ildə istifadəyə verilmiş, generatorun oğurlanması nəticəsində "xxxx" Məhdud Məsuliyyət Cəmiyyəti X9 Filialına 820 manat maddi ziyan vurulmuş, oğurlanan generator tam işlək vəziyyətdə olmuş, yalnız generatorun üzərində akkumulyator olmamışdır. Həmin genereator akkumlyatorsuz olmuşdur. Bundan əlavə o, bildirmişdir ki, polis əməkdaşları oğurlanan generatorun qiyməti barədə ondan soruşanda o, həmin generatorun bazar qiymətinin 1200 manat olduğunu şifahi qaydada bildirmiş, lakin sonradan o, həmin generatorun istismara verilməsi barədə sənədlərə nəzər saldıqda həmin generatorun qiymətinin 820 manat olduğunu bilib bu barədə Hacıqabul rayon polis şöbəsinə rəsmi məktub göndərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Sərxan oğlu ifadəsində bildirdi ki, o, etibarnamə ilə idarə etdiyi “Toyota Corolla” markalı, **-EA-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. O, 4 ilə yaxındır ki, “*2111 Maxsim Taksi” şirkətində elektron qaydada qeydiyyatdan keçmişdir və həmin şirkət ona etibarnamə ilə idarə etdiyi avtomobil ilə sərnişin daşıması üçün sifarişlər ötürür. 29 avqust saat 06:20də ona şirkət tərəfindən sifariş qəbul olunması barədə bildiriş gəlmiş və sifariş verən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsindən Bakı şəhəri, “20 Yanvar” dairəsinə gedəcəyini bildirmişdir. O, sifarişi qəbul edib Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinə getmişdir. Orada adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 ona yaxınlaşmış və taksi sifariş etdiyini bildirib əvvəlcə Hacıqabul rayonu, Atbulaq kəndinə getmək lazım olduğunu qeyd etmişdir. O, Təqsirləndirilən şəxs2 sifarişdə onu Bakı şəhəri, “20 Yanvar” dairəsinə aparmaq lazım olduğunun göstərildiyini bildirəndə Təqsirləndirilən şəxs2 ona sifarişdə göstərilən puldan əlavə olaraq pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona yol pulunu onun özünün vaxt sərfiyyəti ilə hesablayıb ona deyə biləcəyini və həmin pulu ona ödəyəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2la razılaşıb onu Hacıqabul rayonu, Atbulaq kəndinə aparmışdır. Yolda Təqsirləndirilən şəxs2 ona Hacıqabul rayonu, Atbulaq kəndində əmisi oğluna aid ticarət obyektinin olduğunu və həmin obyektdən avtomobilə yerləşən əşyanı Bakı şəhəri, “20 Yanvar” dairəsinə aparmaq lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ona həmin əşyanın nə olduğunu deməmiş, yalnız avtomobilə yerləşəcəyini qeyd etmişdir. Hacıqabul rayonu, Atbulaq kəndinin girəcəyindən bir qədər irəlidə Təqsirləndirilən şəxs2 ona yolun kənarında dayanmış adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 göstərərək əmisi oğlunun olduğunu bildirib avtomobili onun yanında saxlamağı bildirmişdir. O, avtomobili saxlayandan sonra Təqsirləndirilən şəxs1 arxa oturacağa əyləşmiş və onlar hərəkətini davam etdirmişdir. Hacıqabul rayonu, Atbulaq kəndində Təqsirləndirilən şəxs2 ona yoldan Bakı şəhəri istiqamətinə dönməyi bildirmişdir. O, Hacıqabul rayonu, Atbulaq kəndində avtomobillə əks yola dönmüş, bir qədər getdikdən sonra Təqsirləndirilən şəxs2 ona yolu göstərərək həmin yerə sürməsini bildirmişdir. O, avtomobili onun göstərdiyi yerə sürmüş, Təqsirləndirilən şəxs2 yaxınlıqda olan yulğun kolunun yanında avtomobilini saxlamasını bildirmişdir. O, avtomobili saxlayandan sonra Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 avtomobildən düşüb yulğun kolunun yanından bir ədəd təkərli generatoru götürüb onun idarə etdiyi avtomobilin bağaj hissəsinə qoymuşlar. O, buna təəccüblənib Təqsirləndirilən şəxs2 əşyanı ticarət obyektindən götürəcəyini bildirdiyini qeyd etmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs1 ona ticarət obyektinin yaxınlıqda yerləşdiyini, avtomobillə ora yaxınlaşmaq mümkün olmadığını, bu səbəbdən generatoru bura gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə ona narahat olmamasını, həmin generatorun onlara məxsus olduğunu, işlək vəziyyətdə olmadığı üçün aparıb satıb yenisini alacağını bildirmişdir. O, onlara inanıb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhərinə yola düşmüşdür. Yolda Təqsirləndirilən şəxs1 ona Bakı şəhərində “20 Yanvar” darəsinə sürməsini bildirmişdir. Onlar saat 11 radələrində Bakı şəhərinə çatmışdır. O, avtomobili “20 Yanvar” darəsinin yaxınlığına sürmüş və orada Təqsirləndirilən şəxs1 ona avtomobili 3-cü mikrorayon darəsinə sürməyi bildirmişdir. O, avtomobili Təqsirləndirilən şəxs1 dediyi yerə sürmüşdür. Orada o, avtomobili müxtəlif tikinti materialları satılan yerin yaxınlığında saxlamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşüb orada işləyən tanımadığı şəxslərə generatoru satmaq istəmişlər. Lakin, heç kim həmin generatoru almamışdır. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 təkrar onun idarə etdiyi avtomobilə əyləşib ona 8-ci mikrorayonda yerləşən bazara sürməyini bildirmişlər. O, onlara uzaq və tıxac olduğunu bildirəndə onlar onun pulunu verəcəklərini bildirmişlər. O, avtomobili 8-ci mikrorayona sürmüşdür. Orada da generatoru heç kim almamış və Təqsirləndirilən şəxs1 ona Dərnəgül yoluna sürməyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 sözü ilə avtomobili Dərnəgül yoluna sürmüşdür. Orada “LukOiL” yanacaq doldurma məntəqəsinin yaxınlığında metal qəbulu məntəqəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona avtomobili saxlamasını bildirmişlər. O, avtomobili saxlayandan sonra Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 avtomobildən düşüb orada işləyən şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə generatorun özlərinə məxsus olduğunu bildirib satmaq istədiklərini qeyd etmişlər. Həmin şəxs onlara şəxsiyyət vəsiqələrini təqdim etmələrini bildirəndə Təqsirləndirilən şəxs2 mobil telefonunda şəxsiyyət vəsiqəsinin şəklinin olduğunu bildirib həmin şəxsə şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin şəklinin mobil telefona göndərildiyini görəndən sonra generatoru onlardan alıb 170 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona onları “20 Yanvar” dairəsinə aparmağı xahiş etmişlər. O, onlarla razılaşıb onları “20 Yanvar” dairəsinə aparmışdır. Yolda Təqsirləndirilən şəxs2 ondan yol pulunun nə qədər olduğunu soruşmuşdur. O, Təqsirləndirilən şəxs2 yol pulunun 75 manat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ona verilən 170 manat pulu ona təqdim etmiş, o, Təqsirləndirilən şəxs2 95 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs2 95 manat pulu ondan götürəndən sonra 45 manatı Təqsirləndirilən şəxs1 vermişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “20 Yanvar” darəsinin yaxınlığına gətirib düşürmüş və öz işləri ilə əlaqədar getmişdir. Həmin günü təxminən iki saat sonra ona polis əməkdaşları zəng etmiş və ona Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə generatoru Hacıqabul rayonu, Atbulaq kəndindəki EATS-indən oğurladıqlarını bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, təxminən 9 aya yaxındır ki, Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən 256 nömrə tutumlu EATS-də sahə mantyoru işləyir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində o, işlədiyi Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən 256 nömrə tutumlu EATS-ə getmiş, EATS-in inzibati binasının giriş qapsını açıb içəri daxil olmuş və binaya daxil olduqda girişdən sağda yerləşən otağın içəri tərəfində döşəmədə pəncərənin şüşə qırıntılarının olduğunu görmüşdür. O, pəncərəyə nəzər saldıqda pəncərənin şüşəsinin sınmış olduğunu görmüş, dərhal EATS-in binasının otaqlarına nəzər salmış və otaqlara baxdıqda yalnız binanın giriş qapısından solda qoyulmuş bir ədəd sarı rəngli təkərli “AKSA” modelli, 6,5 kvt gücündə generatorun yerində olmadığını aşkar etmişdir. O, binadan küçəyə çıxıb sınmış pəncərənin olduğu yerə getmiş və pəncərənin çöl tərəfindəki dəmir barmaqcıqların yerindən çıxarılaraq kənara atıldığını görmüşdür. O, EATS-in binasından oğurluq baş verdiyini başa düşmüşdür. O, bir daha binanın içərsinə və çölünə nəzər salmış, lakin oradan adı çəkilən “AKSA” modelli, 6,5 kvt gücündə generatordan başqa heçnə oğurlanmadığını görmüşdür. Bundan sonra o, oğurluq hadisəsinin baş verməsi barədə "xxxx" MMC-nin X9 Filialının Hacıqabul şöbəsinin müdiri Şahid4 zəng edib məlumat vermiş, bir qədər sonra onun işlədiyi yerə polis əməkdaşları və Şahid4 gəlmişdir. O, orada əyani şəkildə generatorun haradan oğurlandığını polis əməkdaşlarına göstərmiş, sonra o, Hacıqabul rayon polis şöbəsinə gəlib izahat vermişdir. O, həmçinin qeyd etmişdir ki, Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən 256 nömrə tutumlu EATS-dən 256 nömrə tutumlu EATS-in binasının içərsindən bir ədəd sarı rəngli təkərli “AKSA” modelli, 6,5 kvt gücündə generator oğurlanmış, həmin generatorun akkumulyatoru olmasa da tam işlək vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 256 nömrə tutumlu EATS-in binası Hacıqabul rayonu, Atbulaq kəndində yerləşir. Həmin binaya baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “AKSA” modelli, 6,5 kvt gücündə generator Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Dərnəgül dairəsi” adlanan yerdə metal qəbulu məntəqəsində Şahid2 götürülmüşdür. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 və Heydərov X4 rayonu, Atbulaq kəndi ərazisində yerləşən EATS-in inzibati binasının içərisində olan generatoru hansı qaydada oğlurladıqlarını hadisə yerində əyani şəkildə göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi Bakı şəhəri Nərimanov rayonu “Dərnəgül” dairəsi yaxınlığında dəmir əlvan metal qəbul məntəqəsində xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona generator satmaları barədə video görüntünü özündə əks etdirən DVD disk götürülmüşdür. Həmin diskə baxış zamanı müəyyən edilmişdir ki, təhlükəsizlik kamerası metal qəbulu məntəqəsinin giriş hissəsində quraşdırılmış və məntəqənin ərazisini çəkir. Videogörüntüdə “Toyota Corolla” markalı avtomobilin yük yerinin açıq olması, yanında bir neçə şəxsin olduğu görünür. Videogörüntü tədqiq edilərkən təqsirləndirilən şəxslər hər ikisi bildirdilər ki, həmin vaxt onlar oğurladıqları generatoru Şahid2 satmaqla bağlı danışıqlar aparırlar. “Əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən “AKSA” modelli, 6,5 kvt gücündə generator maddi sübut kimi tanınmış və həmin maddi sübut Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən 256 nömrə tutumlu EATS-nin binasına gündəlik istifadə olunması nəzərə alınmaqla "xxxx" MMC-nin X9 Filialının Hacıqabul şöbəsinə qaytarılmışdır. Həmçinin, Şahid2 təqdim etdiyi Bakı şəhəri Nərimanov rayonu “Dərnəgül” dairəsi yaxınlığında dəmir əlvan metal qəbul məntəqəsində xx.xx.2023-cü il tarixdə saat 13 radələrində satmaları barədə video görüntünü özündə əks etdirən DVD formatlı disk maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/7085 saylı rəyindən görünür ki, 2014-cü ildə istismara verilmiş “AKSA” modelli, 6,5 kvt gücündə işıq generatorunun orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 600 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X9 Filialının Hacıqabul şöbəsindən 31 avqust 2023-cü il tarixdə alınmış 9/223 saylı məktubdan görünür ki, 28 avqust 20223-cü il tarixdən 29 avqust 2023cü il tarixinə keçən gecə xidməti əraziləri olan 256 nömrə tutumlu Atbulaq kənd EATS-dən oğurlanmış “AKSA” tipli, 6,5 kvt gücündə generatora görə 820 (səkkiz yüz iyirmi) manat, sındıırılmış bir ədəd plastik pəncərəyə görə 120 (yüz iyirmi) manat, sındırılmış bir ədəd dəmir barmaqlığa görə isə 110 (yüz on) manat, ümumilikdə 1050 (min əlli) manat maddi ziyan dəymişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X6 azad edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X6 azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının Atbulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 30 saylı arayışdan görünür ki, Zairov X5 rayonu Atbulaq kəndində qeydiyyatda olmaqla, xx.xx.1960-ci il təvəllüdlü anası X1 ilə birlikdə yaşayır. Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının Atbulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Bakı şəhəri, Qaradağ rayonu İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 136 saylı arayışdan görünür ki, Heydərov X4 şəhəri, X.Məmmədov küçəsi, ev 37-də qeydiyyatda olmaqla, Bakı şəhəri. Qaradağ rayonu, Ələt qəsəbəsi Baş Ələt st. İ massiv 143-də həyat yoldaşı və 2019, 2020 və 2021-ci il təvəllüdlü üç azyaşlı uşaqları ilə birlikdə yaşayır. Zərər çəkmiş şəxsin nümayəndəsi X7 tərəfindən istintaq orqanına təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, oğurluq cinayət əməli nəticəsində "xxxx" MMCyə dəymiş 820 manat maddi ziyan tam ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət işinin materiallarından görünür ki, oğurlanmış əmlakın zərər çəkmiş şəxs tərəfindən qeyd edilmiş dəyəri ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən dəyəri arasında ziddiyyət mövcuddur. Belə ki, oğurlanmış əmlakı dəyəri ekspert rəyində 600 manat göstərilsə də, zərər çəkmiş şəxs tərəfindən həmin əmlakın dəyəri 820 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, ekspertiza rəyində oğurlanmış əşyanın təxmini qiyməti göstərildiyindən, zərər çəkmiş şəxs isə oğurlanmış əşyanın dəyərini həmin əşyanın istismara verilməsi barədə sənədlərə əsasən bildirdiyindən, oğurlanmış əşyanın dəyəri müəyyən edilərkən ekspertiza rəyində göstərilən deyil, zərər çəkmiş şəxsin göstərdiyi qiymət, yəni 820 manat əsas götürülməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarda həmçinin qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olaraq oğurluq cinayət əməlini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Onların qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxsə dəymiş maddi zərəri ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (59.1.13). Onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxsə dəymiş maddi zərəri ödəməsini və himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (59.1.4, 59.1.13). Onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslər cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından mövcud vəziyyətdə onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bundan başqa, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, şəxsiyyətləri, o cümlədən cəzalarını yüngülləşdirən halların olması və cəzalarını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitlərinə təsiri nəzərə alınmalı və onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa onların üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan əlavə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış generatorun qanuni sahibinə qaytarılması nəzərə alınmalı, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 işlədikləri Şirvan Regional Vəkil Bürosunun hesabına hər bir müdafiəçiyə münasibətdə 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış AKSA modelli, 6,5 kvt gücündə generatorun qanuni sahibinə qaytarılması nəzərə alınsın, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №1(071)-107/2023
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-107/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver