Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-107/2025 18.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2n, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib etibarnamə əsasında idarə etdiyi "Chevrolet Cruze minik” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Hacıqabul rayonu Navahi kəndi ərazisinə daşımış, Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin və Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən 13 may 2025-ci il tarixdə saat 19 radələrində Bakı-Ələt-Qazax magistral yolunun Hacıqabul rayonu Navahi kəndi ərazisindən keçən hissəsində yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 720 saylı stansionar postunun ərazisində saxlanılaraq etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze minik” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 260 qram xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana avtomobilin arxa saxlanc yerində ehtiyat təkər saxlamaq üçün nəzərdə tutulmuş hissədən aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 20 ilə yaxındır ki, narkotik vasitə marixuanadan istifadə edir. Beyləqan rayonu Aşağı Çəmənli kəndində anadan olmuş, lakin hazırda Bakı şəhərində yaşayır. Hazırda Beyləqan rayonu Aşağı Çəmənli kəndində qohumları yaşayır və buna görə də, arabir qohumlarına baş çəkmək üçün Beyləqan rayonu Aşağı Çəmənli kəndinə gedir. Sonuncu dəfə 13 may 2025-ci il tarixdə səhər saatlarında qohumlara baş çəkmək üçün etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu Aşağı Çəmənli kəndinə doğru yola düşmüşdür. Həmin kənddə qohumlarını ziyarət edib kəndin mərkəzinə doğru kənd sakinləri ilə söhbət etmək üçün getmişdir. Kəndin mərkəzində özünü ona Yəhya kimi təqdim edən şəxslə təsadüfən tanış olmuş və həmsöhbət olmuşlar. O, zənn etmişdir ki, həmin şəxs kənd sakinidir. Çünki, həmin kənddə yaşamadığı və arabir gəlib getdiyi üçün kənd sakinlərini tam dəqiq tanımır. Yəhya adlı şəxslə söhbətləri xoş olduğundan kənd ərazisində adsız kafelərin birində əyləşib çay içmişlər. Söhbət əsnasında həmin şəxs ondan narkotik vasitə marixuanadan istifadə edibetmədiyini soruşmuşdur. O, cavabında 20 ilə yaxındır ki, istifadə etdiyini bildirmişdir. Həmin şəxs narkotik vasitə olacağı təqdirdə alıb-almayacağını ondan soruşmuşdur. O, narkotik vasitə qurudulmuş marixuanadan mütəmadi istifadə etdiyini, olduğu təqdirdə alıb özü ilə Bakı şəhərinə apara biləcəyini bildirmişdir. Bundan sonra özünü ona Yəhya kimi təqdim edən şəxs özündə təxminən 250-300 qram aralığında narkotik vasitə marixuana olduğunu bildirmişdir. O, həmin şəxsdən qiymətini soruşduqda, ona ümumilikdə 1800 manat ödəyəcəyini bildirmişdir. O, üzərində 1000 manat pul olduğunu, qalan pulu isə növbəti dəfə Beyləqan rayonuna gələndə görüşərək verə biləcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşmışdır. Daha sonra həmin şəxs ondan mobil nömrəsini alaraq ona xəbər edəcəyini bildirmişdir. Təxminən saat 14 radələrində xarici nömrədən vatsap vasitəsi ilə ona zəng gəlmişdir. Həmin zəngə cavab vermişdir. Bu zaman zəng edən şəxsin özünü ona Yəhya kimi təqdim edən şəxsin olduğunu görmüşdür. Həmin şəxs ona kəndin çıxışına tərəf gəlməsini istəmişdir. O, etibarnamə əsasında idarə etdiyi avtomobillə kəndin çıxışına gedərək orada Yəhya adlı şəxslə görüşmüşdür. Yəhya ona əlində olan sellofan torbanı təqdim edərək, içərisində 250-300 qram aralığında narkotik vasitə marixuana olduğunu bildirmişdir. O, üzərində olan 1000 manat pulu həmin şəxsə təqdim edərək yaxın vaxtlarda ona zəng etdiyi mobil nömrəyə zəng edərək qalan pulu verəcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşmışdır. O, Yəhya adlı şəxsdən aldığı narkotik vasitə marixuananı idarə etdiyi avtomobilin arxa baqaj hissəsində olan ehtiyyat təkərin üzərinə qoymuş və Bakı şəhərinə doğru yola düşmüşdür. Həmin vaxt onların yanlarında heç kim olmamış və idarə etdiyi avtomobildə tək olmuşdur. Həmin gün təxminən saat 19 radələrində Hacıqabul rayonu Nəvahı kəndi ərazisində yerləşən stansionar postun ərazisinə daxil olan zaman yol patrul xidmətinin əməkdaşı avtomobilə saxla işarəsi vermişdir. Avtomobili postun ərazisində saxladıqdan sonra yol polisi əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmiş və ona idarə etdiyi avtomobillə bağlı bir neçə suallar verməyə başlamışdır. O, avtomobildə narkotik vasitə marixuana olduğu üçün həyəcanlanaraq polis əməkdaşı tərəfindən ona verilən suallara fərqli formada cavab verməyə başlamışdır. Yol patrul xidmətinin əməkdaşı özünü şübhəli apardığı üçün onu sərxoşluq testindən keçirəcəyini bildirmişdir. O, heç bir etiraz etmədən testdən keçmişdir. Bir qədər keçdikdən sonra testin cavabı pozitiv çıxmışdır. Testin cavabının pozitiv çıxmağına səbəb onun arabir narkotik vasitə marixuanadan istifadə etməsi olmuşdur. Bundan sonra, polis əməkdaşları ona üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, həmin vaxt sualları cavablandırmayaraq yenidən özünü şübhəli aparmağa başlamışdır. Bundan sonra postun ərazisinə Hacıqabul rayon polis şöbəsinin əməkdaşlarının gəldiyini görmüşdür. Özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı kimi təqdim edən Zahid Salahov ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində və idarə etdiyi avtomobildə saxlamaqla danışmaqda şübhəli olduğunu bildirərək idarə etdiyi avtomobilə baxış keçirəcəyini bildirmişdir. O, ərizə ilə müraciət edərək, idarə etdiyi “Chevrolet Cruze” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və onun iştirakı ilə stansionar postun həyətində avtomobilə baxış keçirilmişdir. Baxış zamanı video çəkilişdən istifadə olunmuşdur. X3 avtomobildə qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsi barədə təklif etmişdir. O, avtomobilin arxa saxlanc yerində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Ehtiyat təkər saxlamaq üçün nəzərdə tutulmuş hissədə saxladığı içərisində narkotik vasitə marixuana olan qara rəngli sellofan torbanı təqdim etmiş və içərisində marixuana olduğunu bildirmişdir. X8 tərəfindən təqdim etdiyi bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 262 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və hər biri tərəfindən üzərinə imzalar edilmişdir. Bundan sonra avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. X8 üzərində şəxsi axtarış aparılacağını bildirərək, əlverişli şəraitin olmadığını görüb, onlarla birlikdə polis şöbəsinə gəlməsini bildirmişdir. Birlikdə polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Təhqiqatçı bir daha narkotik vasitə saxlamaqla daşımaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşyanın olubolmaması barədə ona şifahi sual verərək, olduğu təqdirdə, təqdim etməsini istəməsi barədə təklif etmişdir. O, üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. Üzərində şəxsi axtarış aparılan zaman istifadəsində olan və üzərində ***-***-**-** saylı operator nömrəsi olan Samsung markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Həmin mobil telefon zərfə qoyularaq möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Beləliklə üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Polis əməkdaşları ona yaxınlaşan zaman və ya üzərində şəxsi axtarış və avtomobilində baxış aparılan zaman ona qarşı hər hansı bir fiziki güc və ya zorakılıq hərəkətləri etməmişlər. O, narkotik vasitə qurudulmuş marixuana aldığı şəxsin şəxsiyyəti barədə tam məlumatlı deyil, sadəcə olaraq adının Yəhya olduğunu bildirdiyi üçün o, həmin şəxsi Yəhya kimi tanımış, özünü ona Yəhya adlı ilə tanıdan şəxslə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində təsadüfən tanış olmuş, daha sonra onun nömrəsini götürərək, vatsap vasitəsi ilə ona zəng etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin 720 saylı stansionar postunda BDYPİ-nin YPXA-nın 7-ci tağımın YPX-nın inspektoru vəzifəsində işləyir. 13 may 2025-ci il tarixdə Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu Navahi kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin 720 saylı stansionar postda xidmətdə olmuşlar. Həmin gün təxminən saat 19 radələrində stansionar postun ərazisinə Chevrolet Cruz markalı **-VS-*** dövlət qeydiyyat nişanlı tünd boz rəngli avtomobilin daxil olmasını görmüşdür. Həmin avtomobilin sürücüsünə nəzarət qaydasında, yəni sənədlərini yoxlamaq məqsədi ilə saxla işarəsini verdikdən sonra sürücü avtomobili postun ərazisində saxlamışdır. O, digər əməkdaş Şahid1 ilə birlikdə avtomobilin sürücü əyləşən hissəsinə yaxınlaşaraq özlərini və xidməti vəsiqələrini təqdim edib, sürücüdən avtomobilə aid müvafiq sənədləri və özünü təqdim etməsini istəmişlər. Sürücü adının Təqsirləndirilən şəxs olduğunu bildirmiş və avtomobilə aid sənədləri təqdim etməkdə tərəddüd etmişdir. Onlar Təqsirləndirilən şəxs üz nahiyəsindən və hərəkətlərindən narahat olmasını görüb, bu narahatlığın spirtli içkinin təsirindən ola biləcəyi qənaətinə gəldikləri üçün, ilk başda Təqsirləndirilən şəxs nəsə qəbul edibetmədiyini soruşmuşlar. Təqsirləndirilən şəxs onların suallarına cavab verməkdən yayındığı üçün avtomobili tərk etməsini və onlarla birlikdə stansionar postun inzibati binasına gəlməsini tələb etmişlər. Təqsirləndirilən şəxs tək olduğu üçün avtomobili tərk edən zaman avtomobili bağlamasını və açarı özü ilə birlikdə götürməsini istəmişlər. Təqsirləndirilən şəxs onların dediklərini etmiş və avtomobildən yerə düşdükdən sonra avtomobili açarla bağlayıb onlarla birlikdə postun inzibati binasına daxil olmuşdur. Onlar təkrar Təqsirləndirilən şəxs spirtli içki və ya hər hansı maddə qəbul edib-etməməsini soruşmuşlar. Təqsirləndirilən şəxs onların suallarına fərqli formada cavab verdiyi üçün Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirmək qərarına gəlmişlər və sərxoşluq testi edən zaman Təqsirləndirilən şəxs narkotik vasitə marixuana istifadə etdiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs nə zaman narkotik vasitə marixuana istifadə etdiyini soruşduqda dəqiq vaxtını bilmədiyini, lakin arabir istifadə etdiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və ya psixotrop maddə olubolmadığını soruşduqda, Təqsirləndirilən şəxs suallara cavab verməkdən imtina etmişdir. O, Təqsirləndirilən şəxs barəsində avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən inzibati qaydada protokol tərtib etmiş və raportla Hacıqabul RPŞ-nə məruzə etmişdir. Bundan sonra Hacıqabul RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis mayoru Zahid Salahov stansionar posta gəlmişdir. X16 Təhməzova qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində və idarə etdiyi avtomobildə saxlamaqla danışmaqda şübhəli olduğunu bildirərək idarə etdiyi avtomobilə baxış keçirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək idarə etdiyi “Chevrolet Cruze” markalı **- VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onların və Təqsirləndirilən şəxs iştirakı ilə stansionar postun həyətində avtomobilə baxış keçirilmişdir. Baxış zamanı videoçəkilişdən istifadə olunmuşdur. X8 Təqsirləndirilən şəxs avtomobildə qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsi barədə təklif etmişdir. Təqsirləndirilən şəxs avtomobilin arxa saxlanc yerində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra ehtiyat təkər saxlamaq üçün nəzərdə tutulmuş hissədə saxladığı içərisində narkotik vasitə marixuana olan qara rəngli sellofan torbanı təqdim etmiş və içərisində marixuana olduğunu bildirmişdir. X8 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 262 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və hər biri tərəfindən zərfin üzərinə imzalar edilmişdir. Bundan sonra Zahid Salahov tərəfindən avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. X8 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, postun ərazisində əlverişli şəraitin olmadığını görüb Təqsirləndirilən şəxs birlikdə polis şöbəsinə getməyi bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs baş X8la birlikdə Hacıqabul rayon Polis bölməsinə getmişlər. Onun Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti və və düşmənçiliyi olmamış, Təqsirləndirilən şəxs 13 may 2025-ci il tarixdə saxlanıldıqda və idarə etdiyi avtomobildə baxış aparılan zaman ona qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq olunmamış, Təqsirləndirilən şəxs saxlanılan zaman avtomobilin salonunda başqa şəxs olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadələri elan olunmaqla tədqiq edilmiş və məlum olmuşdur ki, o, Şahid2 ilə eyniməzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadələri elan olunmaqla tədqiq edilmişdir. Şahid3 məhkəməyədək icraat zamanı ifadə verərək bildirmişdir ki, Beyləqan rayonu Aşağı Çəmənli kəndində anası ilə birlikdə yaşayır, bir övladı var, 2004-cü il tarixdə boşanmışdır. Hazırda heç bir işlə məşğul olmur. Heç bir vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Buna baxmayaraq Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07 avqust 2008-ci il tarixdli hökmü ilə, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinərək, 09 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, həmin cinayətləri törətməkdə özünü təqsirli bilmişdir. Təqsirləndirilən şəxs əvvəldən tanıyır, yaşadığı Beyləqan rayonu Aşağı Çəmənli kəndində anadan olmuşdur. Qohumları yaşadığı kənddə qaldığı üçün arabir gəlib onları ziyarət edir. Həmin vaxtlarda kənddə görüşüb söhbət edirlər. Sonuncu dəfə nə vaxt görməsi yadına gəlmir. Belə ki, uzun müddətdir Ziyanı kənd ərazisində görməmişdir. O, cəzaçəkmə müəssəsindən azad olunduqdan sonra narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmir. Çünki, narkotik onu ailəsindən boşanmasına, cəmiyyətdə adının pis hallanmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmasından heç bir məlumatı olmayıb. Ziyanın narkotik vasitə istifadə etməyini ilk dəfədir eşidir. Bundan başqa o, Ziya ilə son zamanlar heç bir yerdə görüşməmiş, aralarında hazırki vaxtadək narkotik vasitə ilə bağlı heç bir söhbət olmamışdır. Ziyanın narkotik vasitə aldığı şəxs o, deyil və həmin şəxsin kim olması barədə heç bir məlumatı yoxdur. Gün ərzində yaşadığı kəndə xeyli adam gəlib-gedir o, bütün kənd əhalisini tanıya bilməz. Ailəsindən boşandığı vaxtdan və narkotik vasitələrə görə tutulduqdan sonra kənd ərazisində ondan xoşu gəlməyən xeyli insan var. Hər hansı şəxsin onun adından istifadə etməyində onun heç bir günahı yoxdur. Hamı bilir ki, həmin kənd ərazisində təkcə onun adı Yəhyadır və o, narkotik vasitələrə görə tutulmuşdur. Ola bilsin kiminsə ondan xoşu gəlmir və bu hallardan istifadə edərək, onun adını hallandırıb, Ziyaya narkotik vasitə satıb. Əgər o, nə vaxtsa Ziyaya narkotik vasitələr haqqında söhbət açmışsa gəlib onun üzünə qarşı deyər. Nə Ziya, nə də başqa şəxslər cəzaçəkmə müəssəsindən azad olunduğu gündən sonra onun narkotik vasitə ilə əlaqəsinin olmasını deyə bilməz. O, heç kimə narkotik vasitə satmamışdır. Ziya ilə sonuncu dəfə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində uzun müddət bundan əvvəl rastlaşmış, Ziya ona gəlməsi barədə heç bir məlumat verməyib, onunda Ziyanın gəlməyindən məlumatı olmayıb, qeyd edilən gün Ziya ilə heç bir yerdə qarşılaşmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə DİN-nin BDYPİ-nin 720 saylı stansionar postunun ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze minik” markalı **- VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs avtomobilin yük qoyulan yerini açaraq təkərin yanında gizlətdiyi 1 ədəd selofan torbanı təqdim edərək selofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdi. Həmin selofan torba açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olundu. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisinin 262 qram olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı Beyləqan rayonu Aşağı Çəmənli kənd sakini Yəhya adlı şəxsdən aldığını bildirdi. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibindən üzərində ***-***-**-** saylı nömrəsi olan 1 ədəd ”Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/390 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi 260 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına həmin maddənin 0,10 qramı sərf edildikdən sonra 259,9 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 500 qram olması göstərilmişdir. Əməliyyat tapşırığına cavab olaraq Hacıqabul RPŞ-nin NMQ–nun əməliyyat müvəkkili Daşqın Abbasov tərəfindən verilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs darə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı özü qəbul etmək üçün əldə edib üzərində saxlamış, həmin narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, Yəhya adlı şəxslə Təqsirləndirilən şəxs arasında hər hansı razılaşmanın, narkotik vasitənin əldə edilməsində Yəhya adlı şəxsin iştirakının olmasını müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 259,9 qram qalan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin iş üzrə icraata xitam verilmişdir. Bakı şəhər Xətai rayon MKTB tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında ailə üzvləri anası – X5, arvadı – X4, övladları – 2006-cı il təvəllüdlü X12, 2008-ci il təvəllüdlü X9, 2012-ci il təvəllüdlü X10 ilə birlikdə yaşayır. Bakı şəhər İcra Hakimiyyətinin Xətait rayon Mənzil-Kommunal Təsərrüfati Birliyinin 66 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Ambulator X1 nəticəsinə dair xx.xx.2025-ci il tarixli 3513 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətini olması ilə əlaqədar narkomaniydan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X7 azad edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid3 xx.xx.2025-ci il tarixdə saat 19:05-də şübhəli şəxs qismində tutulmuşdur. “Üzləşdirmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, ona narkotik vasitə olan qurudulmuş marixuananı satan qarşısında əyləşən şəxs Şahid3 deyil. Ona narkotik vasitə satan şəxsin Şahid3lə heç bir əlaqəsi yoxdur. İXP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda (iyirmi beş dəfədən çox) narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlaması nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə X7 azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 259,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunmasına baxmayaraq, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmamalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 7 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 77 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 18 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan – Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 259,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 7 (yeddi) saata görə 77 (yetmiş yeddi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-107/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-107/2025
18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver