Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-109/2023 15.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X16 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Sabirabad rayonu, Əlləhədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, DOST MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Ələtli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 22 may 2023-cü il tarixdə saat 20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinə sərəncam verməyə dair etibarnamə əsasında idarə etdiyi X1 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 230” minik markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, Ələtli-Talış kənd yolunun Meyniman kəndi ərazisindən keçən hissəsində 30 km/saat surətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə, yəni gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olmasına dair tələblərə əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək yol hərəkəti qaydalarını pozub hərəkət istiqaməti üzrə yolun sağ ehtiyat hissəsi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vuraraq sonuncuya politravma, QKBT, üz sümüklərinin çoxsaylı sınıqları, sol baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığı, sağ tərəfli İV-Vİİ qabırqaların sınıqları, sol baldır sümüklərinin metal millə fiksasiyasından sonrakı vəziyyət-mazollaşma əlamətləri ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu, Ələtli kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Alxan adlı şəxdən “Mercedes Benz 230” minik markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında almış və həmin vaxtdan avtomobili idarə edir. Lakin, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi “Mercedes Benz 230” minik markalı avtomobillə həyat yoldaşı Şahid ilə birlikdə yaşadığı Hacıqabul rayonu, Ələtli kəndindən Hacıqabul rayonu Meyniman kəndinə getmişlər. Meyniman kəndi ərazisində hərəkət surəti təxminən 30 km/saat olmuşdur. Hərəkətdə olan zaman qarşıdan gələn avtomobilin işığı onun gözünə düşmüşdür. Ona görə də yolu görə bilməmişdir. Birdən birə avtomobilinin ön alın şüşəsinə nəyinsə dəyməsini hiss etmişdir. Dərhal avtomobili saxlamış və bir nəfər şəxsi vurduğunu görmüşdür. Dərhal ətrafdan insanları köməyə çağırmağa başlamışdır. Həmin şəxsə tibbi yardım etməyə çalışmışdır. Lakin, onun xəsarətinin ağır olmasını və ayağının ağrıdığını dediyi üçün dərhal X7 zəng etmişdir. Bundan sonra TTYS-nın əməkdaşları gəlmiş və zərər çəkəni avtomobilə mindirib onu xəstəxanaya aparmışlar. Özü isə hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onun istirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Sonradan avtomobil ilə vurduğu şəxsin Meyniman kənd sakini Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Həmin vaxtı qarşıdan gələn avtomobilin işığı gözünə düşdüyü üçün o, Zərərçəkmiş şəxs görə bilməmişdir. Hadisə anidən baş vermişdir. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını bildirdi və bu halları nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Hacıqabul rayonu, Meyniman kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Meyniman kəndi ərazisində işlətdiyi kafedən çıxıb yaşadığı ev istiqamətində yolun sağ ehtiyat hissəsi ilə gedərkən arxa tərəfdən gələn avtomobil qəfil onu vurmuşdur. Bundan sonra nəyin necə baş verməsini xatırlamır. Sonra ona məlum olub ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan onu idarə etdiyi avtomobil ilə vurub və sonra onu xəstəxanaya aparmışlar. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 230” minik markalı **-UB- *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Hacıqabul rayonu, Ələtli kəndindən Hacıqabul rayonu Meyniman kəndinə getmişlər. Həmin vaxtı o avtomobildə ön sərnişin oturacağında oturmuşdur. Meyniman kəndi ərazisində hərəkətdə olan zaman qarşıdan gələn avtomobilin işıqları Qubadın gözünə düşdüyündən, Qubad yolu görə bilməmiş və yolun kənarı ilə gedən piyadanı vurmuşdur. Qubad dərhal avtomobili saxlamış və onlar ətrafdan insanları köməyə çağırmağa başlamışlar. Bir müddət sonra təcili tibbi yardım avtomobili gəlmiş və yaralını xəstəxanaya aparmışdır. Özləri isə hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişlər. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” 201 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə saat 20 radələrində, sutkanın qaranlıq vaxtı baş vermişdir. Hadisə Hacıqabul rayonu Meyniman kəndi ərazisində Ələtli-Talış kənd yolunun sağ tərəfində baş vermişdir. Həmin yol quru və düz olmaqla asfalt örtüklüdür, Yolun sağ ehtiyat hissəsi 2,30 metr və sol ehtiyat hissəsi isə 4,40 metrdir. Yolun eni 6,30 metrdir. Yolun sağ kənarından piyadanın vurulduğu yerə qədər məsafə 2 metrdir. Piyadanın vurulduğu yerdən avtomobilin dayandığı yerə qədər məsafə 2,30 metrdir. Hadisə yerindən yolun sağ kəanrına olan məsafə 4,30 metrdir. Avtomobilin sağ ön farası və ön alın şüşəsinin sınmışdır və piyadanın olduğu yerdə həmin şüşülərin sınıb tökülmüş hissələri vardır. Hadisə yerində piyada vurduqdan sonra əks hərəkət yolunda dayanmış “Mercedes Benz 230” minik markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomobil vardır. Sürücü Təqsirləndirilən şəxs hadisə yerini təqdim edir və xəsarət almış piyada yoxdur. Hadisə baş verən yerdə süni işıqlandırma üçün nəzərdə tutulmuş işıq dirəkləri vardır və yol işıqlandırılır. Mersedes-Benz 230 minik markalı **-UB- *** dövlət qeydiyyat nişanlı avtomobilin yolda tormoz izi yoxdur. Hadisə yerində hərəkət üsulu nizamlanmayandır. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 özünə məxsus Mercedes-Benz 230 minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncamverici bütün səlahiyyətləri bir il müddətinə X5 vermişdir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəqsiqəsi verilməsi barədə DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində məlumat mövcud deyil və hal-hazırda onun adı sürücülük hüququndan məhrum olanların siyahısında yoxdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1859/K saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik vasitələrin və digər bihuşedici maddələrin təyinatını aparmaq mümkün olmamışıdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1859A/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 206 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – politravma, QKBT, üz sümüklərinin çoxsaylı sınıqları, sol baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığı. Sağ tərəfli İV-Vİİ qabırqaların sınıqları. Sol baldır sümüklərinin metal millə fiksasiyasından sonrakı vəziyyət (mazollaşma əlamətləri). Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın(əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1773 saylı rəyindən görünür ki, təqdim olunmuş məlumatlara əsasən “Mercedes-Benz 230” minik markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “Mercedes-Benz 230” minik markalı **-UB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hacıqabul rayon İHB Ələtli kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Hacıqabul rayon İHB Ələtli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Qarayev X4 rayonu Ələtli kəndində oğlu xx.xx.1993-cü il təvəllüdlü X9 (İkinci Qarabağ müharibəsi qazisi), qızı xx.xx.1995-ci il təvəllüdlü X8, oğlu xx.xx.2000ci il təvəllüdlü X6 və həyat yoldaşı xx.xx.1971-ci il təvəllüdlü Şahid ilə birlikdə yaşayır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı xəsarət aldığına görə Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinə əsasən göz qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mercedes Benz 230” minik markalı **-UB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən qarşıdan gələn avtomobilin işığı gözünü qamaşdırdıqda qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olmasına dair yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək yol hərəkəti qaydalarını pozmuş və öz hərəkət istiqaməti üzrə yolun sağ ehtiyat hissəsi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vuraraq sonuncunun sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə etinasızlıq göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi baş vermiş və baş vermiş nəticə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Eyni zamanda hadisə vaxtı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəməklə onunla barışıq əldə etməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.12, 59.1.13, 59.2). Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, hadisədən sonrakı davranışı, şəxsiyyətinin müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası aşağı həddə təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut qismində tanınmış avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “Mercedes Benz 230” minik markalı **-UB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X17
Məhkəmə qərarları › İş №1(071)-109/2023
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-109/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver