Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-11/2022 21.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxslər Şahid1 və Şahid2, Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1950-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Hacıqabul Bələdiyyəsində hüquqşünas işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu E.Ovçuyev küçəsi ev 3 mənzil 48-də daimi qeydiyyatda olmaqla, Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 10-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 27 iyun 2021-ci il tarixdə saat 09:30-da sürücülük vəsiqəsi və etibarnaməsi olmaqla idarə etdiyi «VAZ-21065» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri İ.Qayıbov küçəsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 və 6-cı hissələrinin tələblərinə zidd olaraq, hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı apardığı manevri təhlükəsiz aparmalı, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, sağa və geriyə dönmə əməliyyatı etməzdən əvvəl həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyəti tutmalı olduğu halda, bunlara əməl etməyərək hərəkətini davam etdirərək, həmin vaxt eyni istiqamətdə sol zolaqda hərəkətdə olan «Daewoo Nexia» markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan “Daewoo Nexia” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Şahid2 sağ əlin 4-cü barmağının 1-ci falanqası üzərinin əzilmiş-didilmiş yarası, sağ əlin 4-cü barmağının dırnaq falanqasının qopması, yerdəyişmiş sınığı ilə müşayət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, zərərçəkmiş şəxs X5 məxsus “Daewoo Nexia” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3.760 (üç min yeddi yüz altmış) manat, Hacıqabul rayon İcra hakimiyyətinə məxsus olan işıq dirəyini sındırmaqla, zərərçəkmiş hüquqi şəxs Hacıqabul rayon İcra hakimiyyətinə 2200 (iki min iki yüz) manat maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında 21.01.2022-ci il tarixdə ərizə təqdim edərək, ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqdan olan az ağır cinayət əməlini törətməkdə tam təqsirli bilərək, zərərçəkmiş şəxslərlə barışdığını və onlara dəymiş maddi zərərin ödənildiyini bildirdi. Onun xx.xx.1950-ci ildə doğulmaqla 71 yaşı olmasını nəzərə alaraq, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 1.14-cü bəndinə əsasən onun barəsində olan Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs Şahid1 məhkəmə iclasında ərizə verərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona məxsus “Daewoo Nexia” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə Təqsirləndirilən şəxs avtomobilinin icbari sığortası tərəfindən ona 3.760 manat sığorta ödənişi veriləcəkdir. O, sığorta məbləğini almağa razıdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Odur ki, cinayət işi üzrə icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Şahid2 məhkəmə iclasında ərizə verərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun səhhətinə dəymiş zərərə görə Təqsirləndirilən şəxs avtomobilinin icbari sığortası tərəfindən ona 1.500 manat sığorta ödənişi veriləcəkdir. O, sığorta məbləğini almağa razıdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Odur ki, cinayət işi üzrə icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə verərək bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən Hacıqabul rayon İcra Hakimiyyətinə vuruulmuş 2.200 manat maddi zərərin 960 manatını Hacıqabul rayon İcra Hakimiyyətinə nağd ödəmişdir, qalan 1240 manatını isə sığorta şirkəti Hacıqabul rayon İcra Hakimiyyətinə ödəyəcəkdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayətləri yoxdur. Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlu məhkəmə iclasında rəy verərək bildirdi ki, X6 xx.xx.1950-ci ildə Hacıqabul rayonunda doğulmuşdur, 05.11.2021-ci ildə onun 71 yaşı tamam olmuşdur. Şəxsin təqsirləndirildiyi CM-nin 263.1-ci maddə böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. X6 “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 10-11-ci hissələrində nəzərdə tutulmuş şəxslərin dairəsinə daxil deyildir, Qərarın 1.14 və 9.1-ci bəndinin təsiri altına düşür. Odur ki, X6 “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 1.14 və 9.1-ci bəndinin təsiri altına düşdüyündən, iş üzrə icrata bəraətverici əsaslar olmadan xitam verilməsi üçün əsaslar vardır. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, X3 istinad olunan cinayət əməli tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 1.14-cü bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 10- cu və 11ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Müəyyən edilmişdir ki, X6 Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda özünü ona istinad olunan əməl üzrə tam təqsirli bilmişdir. Eyni zamanda X6 xx.xx.1950-ci ildə Hacıqabul rayonunda doğulmuşdur, 05.11.2021-ci ildə onun 71 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs X2 ərizəsindən (vəsatətindən) görünür ki, o, Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli amnistiya Qərarına görə cinayət təqibinə, yəni barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Məhkəmə iş materiallarını araşdırıb, dövlət ittihamçısının amnistiya aktının tətbiq edilməsinə dair rəyini dinləyib hesab edir ki, 71 yaşı tamam olmuş X2 ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət əməlini 27.06.2021-ci il tarixdə, yəni 05.11.2021-ci ilədək törətdiyini və iş üzrə vurulmuş zərərin tam ödənildiyini nəzərə alaraq, onun barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 1.14-cü bəndi tətbiq edilməklə, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qəti imkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 200 manat pul X1 tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçiyə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 39.1.12, 43, 43.3, 321, 321.2.1-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 1.14-cü və 9.1-ci bəndlərinə əsasən Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 200 (iki yüz) manat pul X1 tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. X2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 gün müddətində Hacıqabul rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-11/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-11/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver