Məhkəmə qərarları › İş №1(071)-11/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-11/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-11/2023 11.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işləməyən, Şəmkir rayonu Keçili kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 avqust 2022-ci il tarixdə saat 21 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən, «Muğan Petrol» YDM-də Zərərçəkmiş şəxs idarə etdiyi «DAF-TE47XS» markalı ** KG *** ADS qeydiyyat nişanlı avtomobilinin salonunda olan 1 ədəd 10 manat dəyərində qəhvəyi rəngli üzərində «Dyrich» yazıları olan, düymə ilə açılıb-bağlanan dəri materialdan olan pul kisəsini, kisənin içərsindəki 6800 manat məzənnəsində 4000 (dörd min) ABŞ dollarını və 120 manat dəyərində «SM-A205FN/DS» (Galaxy A20) model telefonu gizli yolla talayıb Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən 6930 (altı min doqquz yüz otuz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 08 avqust 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhərinə getmək məqsədi ilə Şəmkir şəhərindən keçən Bakı-Qazax magistral yolunun kənarında avtomobil gözləyərkən Sergey avtomobilini onun yanında saxlamış və hara getməsini soruşmuşdur. O da Bakı şəhərinə gedəcəyini demişdir. Sergey onu apara biləcəyini dedikdə, o, Sergeyin avtomobilinə əyləşmiş və birlikdə yola düşmüşlər. Həmin günü günorta vaxtı Goranboy rayonu Borsunlu kəndində, yolun kənarında yeməkxanaların birində əyləşib çörək yemiş və yedikləri yeməyin pulunu Sergey vermişdir. Çörək yedikdən sonra onlar yola davam etmişlər. Həmin günü saat 21 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən «Muğan Petrol» adlanan yanacaq doldurma məntəqəsinin yanında yerləşən mağazadan su almaq məqsədilə Sergey avtomobili saxlamış və su almaq üçün ona 3 manat pul vermiş, həmçinin həmin vaxt Sergey içkili olduğundan avtomobilində olan pul kisəsini və telefonunu saxlamaq üçün ona verib özü ayaq yoluna getmişdir. O, mağazadan su alıb qayıtdıqdan sonra Sergeyin avtomobilinin orada olmadığını görmüşdür. Bir qədər ətrafa baxıb Sergeyi və onun avtomobilini axtarmış, lakin nə Sergeyi, nə də onun avtomobilini görə bilməmişdir. Həmin vaxt arvadı ona zəng edərək uşağının xəstə olduğunu dediyinə görə, o, yolun əks tərəfinə keçərək Şəmkir rayonuna geri qayıtmışdır. Həmin vaxt onun Sergeyə məxsus pul kisəsini və telefonunu oğurlamaq niyyəti olmamışdır. Həmin əşyaları Sergey ayaq yoluna getdiyi üçün ona saxlamaq üçün vermişdir. 2 gün sonra Hacıqabul rayon Polis Şöbəsinin üç nəfər polis əməkdaşı Şəmkir rayonunda onu saxlayıb Hacıqabul rayonuna gətirmişlər. Yolda olarkən polis əməkdaşları ona qarşı fiziki zor tətbiq etməklə üzərində olan Sergeyə məxsus 1400 ABŞ dolları pulu və telefonu götürmüşlər. Onun Sergeyə məxsus əşyaları oğurlamaq məqsədi olmamışdır. Sadəcə həmin vaxt Sergeyi və onun avtomobilini tapa bilmədiyindən və həmin an arvadı zəng edərək uşağın xəstə olduğunu dediyindən, təcili olaraq geri qayıtmaq məcburiyyətində qalmışdır. Gedərkən də Sergeyin saxlamaq üçün ona verdiyi əşyalar üzərində qalmışdır. İttihama əsasən pul qabının içərisində 4500 ABŞ dollarının olduğu göstərilsə də, əslində pul qabının içərisində 1500 ABŞ dolları pul vəsaiti olmuşdur. Zərərçəkmiş şəxs Qırğızıstan Respublikasının vətəndaşı olmaqla ölkə hüdudlarından kənarda olduğundan, zərər çəkmiş şəxsin onlayn qaydada videokonferans vasitəsi ilə məhkəmə iclasında iştirakı təmin edilmişdir. Məhkəmə istintaqı zamanı mütəxəssisin iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2022-ci ilin avqust ayının əvvəllərində Türkiyə Cümhuriyyətində sifariş əsasında avtomobilə şirniyyat məhsulları yüklədikdən sonra Qazaxıstan Respublikası Almata şəhərinə getmək məqsədi ilə yola düşmüşdür. 06 avqust 2022-ci il tarixdə Gürcüstan Respublikası ərazisinə, 08 avqust 2022-ci il tarixdə isə oradan Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Gömrük keçid məntəqəsində sənədləşməni bitirdikdən sonra yoluna davam etmişdir. Bundan sonra tanımadığı bir ərazidə yolun sağ hissəsində bir nəfər şəxsin dayandığını görmüş, avtomobilini saxlayıb hara getməsini soruşmuş, həmin şəxs isə Bakı şəhərinə getdiyini bildirdikdə onu avtomobilinə mindirmiş və yola davam etmişdir. Artıq hava qaraldıqdan sonra Hacıqabul rayonu ərazisində olan yanacaq doldurma məntəqəsinə çatmışlar. Həmin vaxt su almaq üçün yanında olan şəxsə üç manat pul vermişdir. Həmin vaxt avtomobilin sağ qapısı içəridən açılmadığına görə özü sol tərəfdən düşüb qapını açmışdır. Həmin şəxsə isə demişdir ki, siz gedin su alın, özü isə avtomobilə baxacaqdır. Bir müddət gözlədikdən sonra həmin şəxsin qayıtmadığını görmüş, kabinaya baxdıqda isə ona məxsus “Samsung A20” markalı mobil telefonun və içərisində 4000 ABŞ dolları olan pul qabının yerində olmadığını görmüşdür. Ətrafda və mağazada həmin şəxsi nə qədər axtarsa da tapa bilmədiyi üçün orada tanımadığı şəxsin köməkliyi ilə polisə məlumat vermişdir. Təxminən 20 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. 2 gün müddətində o, dayanacaqda gözləmişdir. 2 gün sonra Şöhləddin adlı şəxs tutularkən ona demişdir ki, guya saxlamaq üçün ona məxsus əşyaları götürmüşdür. Halbuki, o, həmin əşyaları saxlamaq üçün ona verməmişdir. Zərər çəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, Türkiyə Respublikasında malları avtomobilə yükləyən zaman ona avans kimi 7000 ABŞ dolları pul vermişlər. Hadisə anına qədər o, həmin vəsaitin 3000 ABŞ dollarını yanacaq və digər ehtiyaclara xərcləmiş və xərclədiyi pulları dəftərinə qeyd etmişdir. Hadisə vaxtı onun pul qabının içərisində 4000 ABŞ dolları pul olmuşdur. Şöhləddin tutulduqdan sonra ondan üzrxahlıq etmiş və oğurladığı pulun 1400 ABŞ dollarını və mobil telefonunu ona geri qaytarmışdır. O, istintaq zamanı ifadəsində pul qabının içərisində 4500 ABŞ dolları olduğunu bildirmiş, lakin Qırğızıstan Respublikasına qayıtdıqdan sonra müdiri ilə hesablaşma aparılarkən hadisə anına qədər yolda avtomobilin ehtiyat hissəsinə xərclədiyi 500 ABŞ dolları vəsaiti dəftərinə qeyd etmədiyini, oğurluq hadisəsi zamanı əslində onun 4000 ABŞ dolları pul vəsaitinin oğurlandığını başa düşmüşdür. Sonda zərər çəkmiş şəxs oğurlanmış 4000 ABŞ dolları pul vəsaitindən cəmi 1400 ABŞ dolları hissəsinin ona qaytarıldığını, qalan vəsaitin isə qaytarılmadığını qeyd edərək, təqsirləndirilən şəxsin barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən «Muğan Petrol» adlı YDM-nin yanında olan «Bizim Kafe» adlanan yeməkxananı icarəyə götürüb işlədir. 08 avqust 2022-ci il tarixdə saat 21 radələrində yeməkxanada olarkən bir nəfər Qırğızıstan Respublikasının vətəndaşı Sergey adlı şəxs ona yaxınlaşaraq, avtomobilində adını bilmədiyi bir nəfər sərnişinlə gəldiyini, su almaq üçün ona pul verdiyini və avtomobilin sağ qapısını açılmadığı üçün qapısını açdığını, həmin şəxsin su almaq üçün mağazaya getdiyini, lakin geri qayıtmadığını, idarə etdiyi yük avtomobilinin salonunda olan pul qabının içərisindəki 4500 ABŞ dolları, «Samsug-A20» markalı mobil telefonun həmin sərnişin tərəfindən oğurlanmasını bildirmiş və ona köməklik etməsini xahiş etmişdir. Sergey adlı şəxsə AR DİN-nin 102 telefon xidmətinə məlumat verməsini bildirmiş, o, telefonunun olmadığını deyəndə həmin vaxtı istifadədə olan mobil telefonumu ona vermiş və Sergey AR DİN-nin 102 telefon xidməti ilə əlaqə saxlayaraq hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində şəxsi işi olduğu üçün saat 10 radələrində yaşadığı evdən küçəyə çıxıb ağacın altında kölgədə gələn maşını gözləyərkən ağacın altında olan kolluqda bir ədəd qəhvəyi rəngli təbbi dəridən olan pul və sənədlər yığmaq üçün qabı görüb götürmüşdür. Bir avtomobilə minib Hacıqabul rayon PŞ-nə gəlib təbbi dəridən olan qabı tapmağını bildirərək təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin qab 08 avqust 2022-ci il tarixdə Hacıqabul rayon Muğan qəsəbəsində yerləşən «Muğan Petrol» adlanan YDM-də Qırğızıstan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs idarə etdiyi «DAF-TE47XS» markalı ** KG *** ADS qeydiyyat nişanlı avtomobilin salonundan oğurlanan qabdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxsin və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Hacıqabul rayonu, Muğan qəsəbəsində yerləşən «Muğan Retrol» YDM-nin həyətində yerləşir. Baxış keçirilən zamanı 08 avqust 2022-ci il tarixdə saat 21 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən, «Muğan Petrol» YDM-də Zərərçəkmiş şəxs Valeriyeviç idarə etdiyi «DAF-TE47XS» markalı ** KG *** ADS qeydiyyat nişanlı avtomobilinin salonunda olan pul qabını, qabın içərsindəki 4500 ABŞ dollarını, 200 manat dəyərində «Samsug-A20» markalı mobil telefonu naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Hadisə yeri Hacıqabul rayonu Muğan qəsəbəsinin ərazisindən keçən Bakı-Qazax magistral yolunun sol tərəfində yerləşən “Muğan Petrol” YDM-də və market yanında yerləşir. Sürücü Zərərçəkmiş şəxs Valeriyeviç göstərərək bildirdi ki, avtomobilinin salonunda, qabaq alın şüşəsinə yaxın olan şitinin üzərində olan 200 manat dəyərində «Samsug-A20» markalı mobil telefonu, sürət qutusunun sağ tərəfində, iki oturacaq ortasında, üzərinə xalça sərilmiş boş yerdən isə dəri materialdan olan pul qabı ilə birlikdə 4500 ABŞ dollarını oğurlanmışdır. “Əşyanın təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş X3 təqdim etdiyi bir ədəd qəhvəyi rəngli üzərində iri hərflərlə yazılmış “DYPİCH” sözləri olan süni dəri materialdan pul və sənədlər yığmaq üçün qab hal şahidlərinin iştirakları ilə götürülmüşdür. “Əşyanın təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 11 ədəd 100 ABŞ dollarlı pul əskinasları və “Samsung A-20” markalı mobil telefon hal şahidlərinin iştirakları ilə götürülmüşdür. “Tanınmaya təqdim etmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş qəhvəyi rəngli üzərində iri hərflərlə “DYPİCH” sözləri olan süni dəri materialdan hazırlanmış pul və sənədlər yığmaq üçün qabı, 11 ədəd 100 ABŞ dolları əskinasları və “Samsung A-20” markalı mobil telefonu nəzərdən keçirərək, həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6138 №-li rəyindən görünür ki, «SM-A205FN/DS» (Galaxy A20) model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmasını nəzərə alınmaqla-120 (yüz iyirmi) manatdır.01 ədəd qəhvəyi rəngli üzərində «Dyrich» yazıları olan, düymə ilə açılıbbağlanan dəri materialdan olan pul kisəsi 10 (on) manatdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 11 ədəd 100 ABŞ dolları əskinasları və “Samsung A-20” markalı mobil telefon ona geri qaytarılmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 455 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən müdafiəçisinin iştirakı ilə tərtib edilmiş xx.xx.2022ci il tarixli ərizədən görünür ki, o, törətdiyi oğurluq əməlini səmimi etiraf etmiş, istintaq orqanına köməklik etmiş və oğurladığı pulun bir qismini və mobil telefonu geri qaytarmışdır. Bu səbəbdən ifadəsinin yerindən yoxlanılmasından imtina edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki,o, bundan sonra aparılan istintaq hərəkətlərində iştirak edə bilməyəcək və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla razıdır. Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2022-ci il tarixli, 22/586R nömrəli rəyindən görünür ki, Hacıqabul rayon, Muğan qəsəbəsi ərazisində Qırğızıstan vətəndaşı Zərərçəkmiş şəxs idarə etdiyi yük avtomobilində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eynilədirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izi xx.xx.1985-ci ildə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının və sağ əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-109/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və məhkəmə aktlarından görünür ki, bundan əvvəl Təqsirləndirilən şəxs Ağır Cinayətlər dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.3, 133.2.1, 133.2.4, 66.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkmə müddətinin əvvəli xx.xx.2006-cı il tarixdən hesablanmışdır. Bundan başqa, o, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(042)-33/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 2 il 6 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(104)-679/2022 nömrəli qərarına əsasən Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(042)-33/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlər dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasını çəkib qurtardığı vaxtdan (xx.xx.2018-ci il) altı il keçməmiş hazırki iş üzrə cinayət əməlini törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaradır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində zərər çəkmiş şəxsə məxsus içərisində pul vəsaiti olan pul qabını və mobil telefonu zərər çəkmiş şəxsin özünün saxlamaq üçün ona verdiyini, həmin əşyaları oğurlamaq niyyətinin olmadığını, həmin vaxt arvadından zəng gələrək uşağının xəstə olduğunu öyrəndiyinə görə təcili olaraq Şəmkir rayonuna geri qayıtdığını bildirmişdir. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, hadisə günü saat 21 radələrində Hacıqabul rayon Muğan qəsəbəsində yerləşən “Muğan Petrol” yanacaq doldurma məntəqəsinin yanında yerləşən mağazadan su almaq məqsədi ilə dayanmışlar. Sergei su almaq üçün ona 3 manat pul vermiş və avtomobilin süşələrini silmək üçün aşağı düşmüşdür. Sərnişin tərəfdən qapı içəridən açılmadığı üçün Sergei qapını onun üçün açmışdır. Sergeyin aşağı düşməsindən istifadə edib, avtomobilin salonunda olan pul qabını və Samsung A20 markalı mobil telefonu götürərək avtomobildən aşağı düşmüş və yolun digər tərəfinə keçmişdir. Bir xeyli piyada gedəndən sonra Muğan qəsəbəsinin içərisində, yolun kənarında bir mağazaya daxil olmuşdur. Mağazada Sergeyə məxsus pul qabını açmış və orada 200 manat pulun və 1400 ABŞ dolları pulun olduğunu görmüşdür. O, mağazadan çölə çıxıb çöldə bir az piyada gedib torpaq yolda 200 manat pulu və 1400 ABŞ dollarını götürüb, qara rəngli pul qabını isə yolun kənarına atıb, orada bir marşruta əyləşib Şəmkir rayonuna getmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən müdafiəçisinin iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, törətdiyi oğurluq əməlini səmimi etiraf etdiyini, istintaq orqanına köməklik etdiyini, oğurladığı pulun bir qismini və mobil telefonu geri qaytardığını qeyd edərək, ifadəsinin yerindən yoxlanılmasından imtina etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi oğurluq cinayət əməlini törətmək niyyətinin olmaması ilə bağlı ifadəsi nəinki zərər çəkmiş şəxsin ifadəsi, hətta özünün ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrlə ziddiyyət təşkil edir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşları tərəfindən Şəmkir rayonundan Hacıqabul rayonuna gətirilərkən yolda fiziki zorakılığa məruz qaldığını bildirsə də, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən qısa müddət sonra tibbi müayinədən keçirilmiş və məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən onun bədənində hər hansı xəsarət aşkar edilməmişdir. Həmçinin, təqsirləndirilən şəxsin bu barədə Hacıqabul rayon prokurorluğuna ünvanladığı şikayət üzrə aparılmış araşdırma nəticəsində keçirilmiş əməliyyat işi zamanı tutulan zaman və Haacıqabul RPŞ-yə gətirildikdən sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunazidd hərəkətlərin edilməsi müəyyən olunmadığından, xx.xx.2022-ci il tarixli qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama əsasən o, zərər çəkmiş şəxsə məxsus mobil telefonu və pul qabını oğurlayarkən, pul qabının içərisində 4500 ABŞ dolları (məzənnə ilə 7650 manat) pul olmuşdur. Lakin, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, oğurluq hadisəsi zamanı ona məxsus pul qabının içərisində əslində 4500 ABŞ dolları deyil, 4000 ABŞ dolları olmuşdur. Oğurlanmış pulun məbləği ilə bağlı hissədə zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında ziddiyyətlərin səbəbi soruşulduqda zərər çəkmiş şəxs bildirmişdir ki, Türkiyə Respublikasında malları avtomobilə yükləyən zaman ona avans kimi 7000 ABŞ dolları pul verilmiş, hadisə anına qədər o, həmin vəsaitin 3000 ABŞ dollarını yanacaq və digər ehtiyaclara xərcləmiş və xərclədiyi pulları dəftərinə qeyd etmiş, hadisə vaxtı onun pul qabının içərisində 4000 ABŞ dolları pul olmuş, Qırğızıstan Respublikasına qayıtdıqdan sonra müdiri ilə hesablaşma aparılarkən hadisə anına qədər yolda avtomobilin ehtiyat hissəsinə xərclədiyi 500 ABŞ dolları vəsaiti dəftərinə qeyd etmədiyini, oğurluq hadisəsi zamanı əslində onun 4000 ABŞ dolları pul vəsaitinin oğurlandığını başa düşmüşdür. Təqsirləndirilən şəxs həmin pul vəsaitinin 1400 ABŞ dolları hissəsini istintaq zamanı ona geri qaytarmışdır. Təqsirləndirilən şəxs isə ibtidai istintaq zamanı pul qabının içərisində 1400 ABŞ dolları olduğunu, məhkəmə istintaqı zamanı isə pul qabının içərisində 1500 ABŞ dolları pul vəsaitinin olduğunu bildirmişdir. Göründüyü kimi, oğurlanmış pul qabının içərisində olan pul vəsaitinin məbləği ilə bağlı təqsirləndirilən şəxs ziddiyyətli ifadələr vermişdir. Zərər çəkmiş şəxs isə istintaq zamanı pul qabının içərisində 4500 ABŞ dolları pul vəsaitinin olması ilə bağlı ifadə versə də, məhkəmə istintaqı zamanı pul qabının içərisində əslində 4000 ABŞ dolları olduğunu qeyd edərək, ifadələri arasındakı ziddiyyəti ağlabatanlıqla izah edə bilmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə məxsus pul qabının içərisindən oğurlanmış pul vəsaitinin məbləği 4000 ABŞ dolları kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə əsasən xx.xx.2022-ci il tarixdə 1 ABŞ dollarının 1,70 manat olması nəzərə alındıqda, 4000 ABŞ dollarının həmin tarixə məzənnə ilə 6800 manat olması müəyyən edilir. Ekspertizanın rəyinə əsasən oğurlanmış pul qapının dəyərinin 10 manat, mobil telefonun dəyərinin isə 120 manat olması nəzərə alındıqda, törədilmiş cinayət əməli nəticəsində təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə ümumilikdə 6930 manat maddi zərər vurduğu müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Onun əməlində cinayətin residivinin olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. (CM 61.1.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(042)-33/2022 nömrəli hökmünə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). İş üzrə maddi sübut olan 01 ədəd qəhvəyi rəngli üzərində «Dyrich» yazıları olan, düymə ilə açılıb-bağlanan dəri materialdan olan pul kisəsi, kisənin içərisindən oğurlanmış qalıq olan 1100 (min yüz) ABŞ dolları və «SM-A205FN/DS» (Galaxy A20) modelli mobil telefonun zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəza Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(042)-33/2022 nömrəli hökmünə əsasən ona təyin edilmiş 2 il 6 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, X1 qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1 ədəd qəhvəyi rəngli üzərində «Dyrich» yazıları olan, düymə ilə açılıb-bağlanan süni dəri materialdan olan pul kisəsi, kisənin içərsindən oğurlanmış pul vəsaitindən qalıq olan 1100 (min yüz) ABŞ dolları və «SM-A205FN/DS» (Galaxy A20) model mobil telefonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar