Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-11/2024 07.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxsin hüquqi varisi – X3, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun Vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Sabirabad rayonu Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Hacıqabul sürücülük məktəbində təlim ustası işləmiş, Sabirabad rayonu Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs 16 iyun 2023cü il tarixdə saat 12 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü təhlükə yaranan andan tədbir görməklə avtomobili toqquşma yerinə çatmadan dayandırmalı olmasına dair tələblərini pozaraq ayıq vəziyyətdə xx.xx.2019-cu il tarixli AC-913557 saylı “ABCD” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə HV və MHM-nin Hacıqabul filialının mülkiyyətində olan “X23 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Şirvan avtomobil yolu ilə Hacıqabul şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən yuxarıda göstərilən qaydalara əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyib yol hərəkəti qaydalarını pozaraq onunla əks hərəkət yolunda Şirvan şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il tarixli AE- 129250 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə X3 mülkiyyətində olan “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin sürücünün avtomobili öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli olmasına dair tələblərini pozaraq idarəetməni itirib onun hərəkət zolağına qayıtması nəticəsində hər iki avtomobil toqquşmuş, nəticədə onun ehtiyatsızlığından “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 başın küt travması nəticəsində baş beyinə subdural qansızma ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək onun ölümünə və özünün idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sol dirsək nahiyyəsinin sınığı, hər iki mil-bilək oynaqlarının qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Hacıqabul rayon üzrə sürücülük məktəbində təlim ustası işləyir və sürücülük məktəbinə məxsus “X23 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı təlim avtomobilini idarə edir. Avtomobili idarə etmək üçün sürücülük hüququ vardır. 16 iyun 2023-cü il tarixdə saat 12 radələrində Şirvan şəhərindən Hacıqabul şəhərinə getmək məqsədilə yola düşmüş, Şirvan şəhərinin çıxacağında “Şəhidlər Xiyabanının” yaxınlığında tanıdığı Hacıqabul şəhər sakini Zakirin yolun kənarında dayandığını görmüş, avtomobili yolun kənarında saxlayıb Zakiri aparmaq üçün onu avtomobilinə dəvət etmişdir. Zakir avtomobilə əyləşdikdən sonra hərəkət edərək Hacıqabul-Şirvan yolunun kənarında “Pirsaat-Petrol” adlı YDM-nə gəlib avtomobilinə 10 manatlıq yanacaq almışdır. Bundan sonra avtomobilə əyləşib Hacıqabul şəhər istiqamətində yoluna davam edərək təxminən 400 metr gələndən sonra Hacıqabul-Şirvan yolunun kənarında “Endi” adlı marketə çatmağa az qalmış Hacıqabul şəhər istiqamətindən gələn ağ rəngli “Vaz-21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ tərəfinə çıxdığını və geri öz hərəkət hissəsinə qayıdarkən qəflətən onun hərəkət hissəsinə çıxaraq onun idarə etdiyi avtomobilin qarşısında olmuşdur. O, hadisənin qarşısını almaq məqsədilə avtomobilin əyləcindən istifadə etmiş, lakin “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə gəldiyi üçün idarə etdiyi avtomobilin qarşısı ilə həmin avtomobilin sağ orta hissəsindən vurmuş və avtomobillər yolun sağ hərəkət hissəsinə çıxıb dayanmışlar. Hadisə zamanı özü və avtomobildə sərnişin kimi əyləşmiş Zakir adlı şəxs xəsarət aldığı üçün Şirvan şəhər xəstəxanasına aparılmış, orada digər sürücünün ölməsini eşitmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 onun əri olmuşdur. O, Vüqarla 2010-cu ildə ailə həyatı qurmuş, birgə nikahlarından 2 övladları var. Zərərçəkmiş şəxs1 Salyan rayon ərazisində yerləşən “Salyan OİL”-DƏ həkim işləmişdir. 16 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Salyan rayonunda yerləşən “Salyan OİL”-də xidmətdə olmalı idi. Bununla bağlı həmin gün saat 08 radələrində Zərərçəkmiş şəxs1 Salyan rayonuna getmək məqsədilə idarə etdiyi “Vaz 21154” markalı **-ND-*** dövlət qeydiyyat nüşanlı avtomobillə yola düşmüşdür. Saat 12 radələrində Vüqardan telefon zəngi gəlmədiyi üçün narahat olub istifadə etdiyi telefon nömrəsindən Vüqarın istifadə etdiyi telefon nömrəsinə zəng vurmuş, telefona tanımadığı bir nəfər şəxs cavab verərək Vüqarın Hacıqabul rayon ərazisində yolnəqliyyat hadisəsinə düşdüyünü və aldığı xəsarətlərdən vəfar etdiyini bildirmişdir. Həmin gün Vüqarın meyiti Şirvan şəhər mərkəzi xəstəxanasının morqunda tibb-ekspert tərəfindən müayinə olunduqdan sonra meyiti Gəncə şəhərində yaşadığı evə gətirilmiş və səhəri gün dəfn edilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 16 iyun 2023-cü il tarixdə Şirvan şəhərindən Hacıqabul şəhərinə gəlmək məqsədilə Şirvan şəhərində yerləşən “Şəhidlər Xiyabanının” qarşısısnda olan dayancağa gəlmişdir. Orada avtobus gözləyən zaman tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “X23 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı təlim avtomobili ilə dayanıb Hacıqabul şəhərinə getdiyini, onu da, apara biləcəyini demişdir. O, etiraz etməmiş və avtomobilin qabaq sağ oturacağına əyləşmişdir. Təqsirləndirilən şəxs yoluna davam edib Hacıqabul-Şirvan yolunun kənarında “Pirsaat-Petrol” YDM-nə gəlib avtomobilinə yanacaq alıb Hacıqabul şəhəri istiqamətinə tərəf hərəkət etməyə başlamışdır. “Endi” adlı mağazaya az qalmış Hacıqabul şəhər istiqamətindən gələn ağ rəngli “Vaz 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ tərəfinə çıxdığını və geri öz hissəsinə qayıdıb qəflətən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkət zolağına çıxdığı üçün Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısı ilə həmin avtomobilin sağ orta hissəsindən vurmuş, hadisə vaxtı xəsarət aldığı üçün Şirvan şəhər xəstəxanasına aparılmışdır. Orada olarkən digər avtomobildə olan sürücünün öldüyünü eşitmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hacıqabul RPŞ-nin NH-nin məsul növbətçisi, polis mayoru S.Kərimov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:33-də Şirvan TTY stansiyasının həkimi Ramazanzadə Vüsal telefon vasitəsilə məlumat verərək Sabirabad rayon Qaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs başın sol alın nahiyəsinin açıq kəsilmiş yarası diaqnozlu xəsarət almasını bildirmişdir. Hacıqabul RPŞ-nin NH-nin məsul növbətçisi, polis mayoru S.Kərimov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:20-də Şirvan ŞMX-nın həkimi Əhmədov telefon vasitəsilə məlumat verərək ünvan 1 ünvanında yaşayan X1 mil və dirsək nahiyyəsinin sınığı diaqnozlu xəsarət almasını bildirmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən yol-nəqliyyat hadisəsi 16 iyun 2023-cü il tarixdə saat 12:15 radələrində Hacıqabul-Şirvan yolunun 03-cü kilometrliyində baş vermişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz 21154” markalı **-ND- *** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhəri istiqamətində olarkən idarəetməni itirərək yolun sağ hissəsinə çıxmış, yolun əks istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “X23 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı təlim avtomobillə toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən ölmüşdür. Həmin yol quru və düz olmaqla asfalt örtüklüdür. Yolun hərəkət hissəsinin eni 9 metr, Hacıqabul-Şirvan yolunun Şirvan şəhəri istiqamətində sağ ehtiyyat hissəsinin eni 3 metr, sol ehtiyyat hissəsinin eni isə 2,4 metrdir. Hadisə baş verən yerdə hərəkət sürətinin 90 km/saat olması barədə yol nişanı var və hadisə baş verən yer həmin yol nişanının təsiri altına düşür. Toqquşma nöqtəsi yolun asfalt hissəsinə axmış maye və avtomobillərdən qopmuş hissələrə, habelə sürtünmə izlərinə əsasən müəyyən edilmişdir. Toqquşma nöqtəsi Hacıqabul-Şirvan yolunun sol tərəfində olmaqla toqquşma nöqtəsindən asfalt yolun sağ kənarına qədər olan məsafə 5,4 metr, sol kənarına kimi olan məsafə isə 3,6 metrdir. “Vaz 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ hərəkət hissəsindən sağ ehtiyat hissəyə çıxaraq 15 metr məsafə, yolun sağ ehtiyat hissəsindən hərəkət hissəsinə çıxdığı yerdən toqquşma yerinə kimi 10,7 metr məsafə qət etmişdir. Toqquşmadan sonra hər iki avtomobil Hacıqabul istiqamətində olan yolun sağ ehtiyat hissəsində dayanmışdır. Toqquşma nöqtəsindən “X23 minik-təlim” markalı **-AA- *** dövlət qeydiyyat nişanlı təlim avtomobilə kimi olan məsafə 5 metr, “Vaz 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə kimi olan məsafə 8 metrdir. “Götürmənin aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təhlükəsiz şəhər kamerasında olan videogörüntü iş üçün əhəmiyyət kəsb etdiyindən həmin görüntülər götürülmüşdür. “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul-Şirvan yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüləri rayon PŞ-də olan Təhlükəsizlik şəhər kamerasında olan görüntülərə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: “X23 minik-təlim” markalı **- AA-*** dövlət qeydiyyat nişanlı təlim avtomobili Hacıqabul-Şirvan yolunda Hacıqabul şəhər istiqamətində, “Vaz 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil isə həmin yolda Şirvan şəhər istiqamətində hərəkətdə olmuş, “Vaz 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə saat 12:25:40 saniyədə yolun hərəkət hissəsindən sağ ehtiyat hissəyə çıxmış, 12:25:42 saniyədə yolun hərəkət hissəsinə qayıtmış və 12:25:44 saniyədə avtomobillər arasında Hacıqabul-Şirvan yolunun Şirvan şəhər istiqamətində sol hərəkət hissəsində toqquşma olmuşdur. AE 129250 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il tarixdə 10 il müddətinə (xx.xx.2028-ci il tarixədək) BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. AD № 408339 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ağ rəngli “Vaz 21154” markalı SEDAN tipli **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. ƏN-№ 675352 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “Vaz 21154” markalı SEDAN tipli **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti xx.xx.2028-ci il tarixədək Zərərçəkmiş şəxs1 verilmişdir. AC 813557 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə 8 il müddətinə (xx.xx.2027-ci il tarixədək) A BE CE DE kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Sabirabad rayon İH-nin Quruzma kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Əkbərov X8 rayonu Qaraqaşlı kəndində ailə üzvləri: arvadı – X9, övladları – X14, X12 və X10 ilə birlikdə yaşayır. Sabirabad rayon İH-nin Quruzma kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur. “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X11 zərərçəkmişin hüquqi varisi qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 09 nömrəli rəyindən” görünür ki, mərhum Zərərçəkmiş şəxs1 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – boyun nahiyyəsinin arxa səthinin sıyrığı, başın ənsə nahiyyəsinin sıyrığı, döş qəfəsinin sağ yan hissəsinin sıyrığı, sağ bazunun yan səthinin sıyrığı, qarın nahiyyəsinin ön səthinin sıyrığı, sağ baldırın yuxarı 1/3 hissəsinin sıyrıqları, alın nahiyyəsinin qançırı, başın ənsə nahiyyəsinin çapılmış yarası, sağ qaşüstü nahiyyəsnin çapılmış yarası, sağ dirsək oynağının cırılmış yarası, sağ dirsək oynağının açıq sınığı, baş beyinə subdural qansızma. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) qüvvətli təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gəlmişdir. Xəsarətlər həyatı olmaqla ölümdən bir qədər əvvəl əmələ gəlmişdir. Yuxarıda qeyd olunan xəsarətlərdən baş beyinə subdural qansızma həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Sağ dirsək oynağının açıq sınığı canlı şəxslərdə götürüldüyü kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. Başın ənsə nahiyyəsinin çapılmış yarası, sağ qaşüstü nahiyyənin çapılmış yarası, sağ dirsək oynağının cırılmış yarası canlı şəxslərdə götürüldüyü kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb başın küt travması nəticəsində büş beyinə subdural qansızma olmuşdur. Mərhum Zərərçəkmiş şəxs1 ölümündən əvvəl spirtli içki və narkotik maddə qəbul etməmişdir. “Maddi sübutların ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən” görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. “Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 177 nömrəli rəyindən” görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ diz oynağının ön səthinin qançırı, sol diz oynağının ön səthinin qançırı, sol bazunun və sol saidin yan səthlərinin qançırları, sağ bazunun yan səthinin orta 1/3 hissəsinin qançırı, alının əzilmiş yarası. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. “Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2046 nömrəli rəyindən” görünür ki, istintaq tərəfindən qərarda sürücü Təqsirləndirilən şəxs ifadəsinə əsasən göstərilən təhlükə yaranan anda avtomobillər arasında 1-2 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyil və təhlükə yaranan anda avtomobillər arasında 1-2 metrdən xeyli böyük məsafə olmuşdur. Təhlükə yaranan anda avtomobillər arasında 1-2 metr məsafənin olması real hadisə mexanizminə uyğun olmadığından “X23” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21154 markalı **- ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 254 nömrəli rəyindən” görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol dirsək nahiyyəsinin sınığı, hər iki mil-bilək oynaqlarının qapalı sınıqları. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. “Əlavə Məhkəmə yol-nəqliyyat ekspertizasının təyin edilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, “X23” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz hərəkət istiqamətinə nəzərən yolun sağ ehtiyat hissəsində olarkən sola istiqamətləndiyi andan yaranmış və həmin andan toqquşmaya kimi 3 saniyə vaxt keçmişdir. “Əlavə Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının” xx.xx.2023-cü il tarixli, 8/2681 nömrəli rəyindən görünür ki, “X23” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə VAZ-21154 markalı **- ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz hərəkət istiqamətinə nəzərən yolun sağ ehtiyat hissəsində olarkən sola istiqamətləndiyi andan yaranması və həmin andan toqquşmaya kimi 3 saniyə vaxtın keçməsi nəzərə alınmaqla, X23” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hacıqabul RPŞ-nin DYP-nin rəisi polis mayoru Sübhan İsgəndərov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Sabirabad rayonu Qarqaşlı kəndində anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə A BE CE DE kateqoriyalı AC 813557 №-li sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması barədə AR DİN-in BDYPİ-nin vebportalı sistemində hər hansı bir məlumat yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi və cinayət işinə hissəvi xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmasına və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Zərərçəkmiş şəxs1 barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilmişdir. “Vəsatətin rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən təkrar məhkəmə yol-nəqliyyat ekspertizasının keçirilməsi haqqında verilmiş yazılı vəsatət əsassız olduğundan rədd edilmişdir. Məhkəmə iclasında hadisənin görüntülərini əks etdirən Təhlükəsiz Şəhər Xidməti kameraları vasitəsilə qeydə alınmış 02 dəqiqə 59 saniyəlik diskdə olan video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin video görüntünün 01-ci dəqiqəsinin 41-ci saniyəsində VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil yolun sağ tərəfinə istiqamətlənir. Video görüntünün 01-ci dəqiqənin 42-ci saniyəsində VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil ani bir anda yolun sol istiqamətinə tərəf, yəni X23” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağı tərəfə istiqamətlənir. Video görüntünün 01-ci dəqiqənin 44-cü saniyəsində “X23” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilin sağ yan hissəsindən dəyərək toqquşmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “X23” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 üçün təhlükənin yaranma anı yolun sağ ehtiyat hissəsinə çıxmış VAZ-21154 markalı avtomobilin öz hərəkət istiqamətinə nəzərən yolun sağ ehtiyat hissəsində olarkən sola istiqamətləndiyi andan yaranmış və həmin andan toqquşmaya kimi 2 saniyə vaxt keçmişdir. Məhkəmə iclasında Təhlükəsiz Şəhər Xidməti kameralarına baxış keçirilərək hadisənin yaranma anı ilə toqquşmanın baş verdiyi an arasında müddətin 2 saniyə olması müəyyən edilərkən məhkəmə hesab etmişdir ki, həmin müddətin müəyyən edilməsi elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi bilik tələb etmədiyindən həmin müddətin müəyyən edilməsini sadə müşahidə aparmaqla müəyyən etmək mümkündür. Belə ki, Azərbaycan Respubikasının Cinayət-prosessual Məcəlləsinin 264-cü maddəsinə əsasən ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə aparılır. Təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, mütəxəssis və cinayət prosesinin digər iştirakçılarının xüsusi biliklərə malik olması cinayət təqibi orqanını müvafiq hallarda ekspertizanın təyin edilməsi zərurətindən azad etmir. Bu Məcəllənin 140.0.1—140.0.4-cü maddələrində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsi məcburidir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər: ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri — tibb sahəsində ekspertin rəyi; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması — psixiatriya sahəsində ekspertlərin rəyi; şahidin və ya zərər çəkmiş şəxsin cinayət işi üzrə müəyyən edilməli halları xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində düzgün qavrayıb təsvir edə bilməməsi — psixiatriya sahəsində ekspertlərin rəyi; zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsin müəyyən yaş həddinə çatması haqqında sənədləri olmadıqda yaşın müəyyən edilməsi — tibb və psixologiya sahəsində ekspertlərin rəyi; təqsirləndirilən şəxsin əvvəlki məhkumluğunun olması və ona müəyyən cəza təyin edilməsi — məhkəmə hökmünün surəti. Qanunvericiliyin normalarından göründüyü kimi ekspertizanın təyin edilməsinin zəruri olduğu hallar qanunda birbaşa qeyd edilmişdir. Həmin siyahıda müşahidə kameralarında olan görüntülərdə müddətin müəyyən edilməsi halı qeyd edilməmişdir. Qeyd edilənlərə əsasən müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/663 nömrəli rəyindən görünür ki, təqdim olunmuş məlumatlara əsasən “X23” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Təqdim olunmuş məlumatlara əsasən VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi üzrə toplanmış sənədlərdən görünür ki, ibtidai istintaq dövrü zamanı 2 dəfə yol-nəqliyyat ekspertizası keçirilmişdir. 11 avqust 2023-cü il tarixli 8/2046 saylı ekspert rəyində avtomobillər arasında 1-2 metr məsafənin olmasının real hadisə mexanizminə uyğun olmadığından Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar tədqiqat aparılmamışdır. Həmin ekspert rəyində VAZ-21154 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluğun olması və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanının olması qeyd edilmişdir. Növbəti dəfə keçirilmiş əlavə yol-nəqliyyat ekspertizasının xx.xx.2023-cü il tarixli 8/2681 saylı ekspert rəyində isə X23” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olması və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanının olması qeyd edilmişdir. Ekspertin qeyd edilən qənaətə gəlməsinə səbəb əlavə məhkəmə yol-nəqliyyat ekspertizasının keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda Hacıqabul Rayon Polis X2 baş müstəntiqi Bəxtiyar Qurbanovun təhlükənin yaranma anından avtomobillərin toqquşması anına kimi keçən müddətin 2 saniyə deyil, 3 saniyə olması ilə əlaqədar yanlış qənaətə gəlməsi olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ibtidai istintaq dövründə alınmış 11 avqust 2023-cü il tarixli 8/2046 saylı və xx.xx.2023-cü il tarixli 8/2681 saylı ekspert rəyləri məhkəmə araşdırması zamanı keçirilmiş təkrar yol-nəqliyyat ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/663 nömrəli rəyilə, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla, eləcə də işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin toplanmış sübutlarla təsdiq edilmədiyindən və uyğunluq təşkil etmədiyindən həmin rəyləri sübut növü qismində qəbul etmir. Belə ki, məhkəmə istintaqı zamanı araşdırılmış və toplanmış sübutlarla müəyyən edilmişdir ki, 16 iyun 2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə HV və MHM-nin Hacıqabul filialının mülkiyyətində olan “X23 miniktəlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Şirvan avtomobil yolu ilə Hacıqabul şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən, əks hərəkət yolunda Şirvan şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə X6 mülkiyyətində olan “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobili öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməyərək idarəetməni itirib əvvəlcə yolun sağ hərəkətsiz hissəsinə, sonra isə ani anda sol tərəfə, yəni “X23 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxması nəticəsində hər iki avtomobil toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən ölmüş, “X23 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 isə az ağır xəsarət almışdır. Yol-nəqliyyat hadisəsi “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozulması, yəni avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətinin təmin edilməməsi və idarəetmənin itirilməsi səbəbindən baş vermiş, təhlükənin yaranma anından toqquşma anına kimi 2 saniyə vaxtın keçməsi nəzərə alınmaqla, X23 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələlərinə uyğunsuzluq olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti yol hərəkəti və nəqliyyat vasitəsinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermis bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına” dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəməyol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Həmçinin həmin qərarda göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarın 18-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilimişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının rəyi əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da, yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. CPM-in 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Qərarın 20-ci bəndində qeyd edilimişdir ki, CM-in 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər. İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs 16 iyun 2023cü il tarixdə saat 12 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü təhlükə yaranan andan tədbir görməklə abtomobili toqquşma yerinə çatmadan dayandırmalı olmasına dair tələblərini pozaraq ayıq vəziyyətdə xx.xx.2019-cu il tarixli AC-913557 saylı “ABCD” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi il HV və MHM-nin Hacıqabul filialının mülkiyyətində olan “X23 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Şirvan avtomobil yolu ilə Hacıqabul şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən yuxarıda göstərilən qaydalara əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyib yol hərəkəti qaydalarını pozaraq onunla əks hərəkət yolunda Şirvan şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il tarixli AE- 129250 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə X6 mülkiyyətində olan “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin sürücünün avtomobili öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli olmasına dair tələblərini pozaraq idarəetməni itirib onun hərəkət zolağına qayıtması nəticəsində hər iki avtomobil toqquşmuş, nəticədə onun ehtiyatsızlığından “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 başın küt travması nəticəsində baş beyinə subdural qansızma ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək onun ölümünə və özünün idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sol dirsək nahiyyəsinin sınığı, hər iki mil-bilək oynaqlarının qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. ibtidai istintaq zamanı Hacıqabul rayon polis şöbəsinin müstəntiqi Bəxtiyar Qurbanov təklükənin yaranma anından avtomobillərin toqquşması anına kimi 3 saniyə vaxtın keçməsini əsas götürmüş və bu müddət ekspert tərəfindən rəyin verilməsində həledici rol oynamışdır. Halbuki, məhkəmə araşdırması zamanı toplanmış sübutlardan müəyyən olunmuşdur ki, “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə yolun sağ hərəkət hissəsindən sol hissəyə meyilləndiyi andan “X23 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs üçün təhlükənin yaranma anı olmuş və həmin andan avtomobillərin toqquşmasına kimi 2 saniyə vaxt keçmişdir. Belə olan halda isə sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olması az inandırıcı olduğundan müdafiə tərəfindən verilmiş vəsatət əsasında təkrar məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin olunmuş və alınmış Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/663 nömrəli ekspert rəyi ilə məhkəmə istintaqı zamanı müəyyən edilmiş mexanizm üzrə “X23 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olmaması ilə yanaşı və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələlərinə uyğunsuzluğun olmaması müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yol nəqliyyat hadisəsini törətməsi göstərilsə də, məhkəmədə müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən mövcud hallar tam, hərtərəfli və obyektiv araşdırılmadan və hadisənin baş vermə səbəbləri düzgün müəyyən edilməklə iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmədən Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış və yuxarıda sadalanan sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2023-cü il tarixli 8/2046 saylı və xx.xx.2023-cü il tarixli 8/2681 saylı ekspert rəyləri sübut növü kimi qəbul etməmək qənaətinə gəlmişdir. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 42.1.4-cü maddəsinə əsasən törədilən əməldə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmasına dair ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin törədilən cinayət əməlində təqsiri sübuta yetirilmədiyinə görə istinad edilən ittiham üzrə təqsirləndirilən şəxsə bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır. CPM-in 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “X23 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə zərərçəkmişin hüquqi varisi X7 təhvil verilməsi nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququndan imtina edərək ona Bakı şəhər 20 saylı Vəkillər Kollegiyasının Vəkili Müdafiəçi1 tərəfindən müqavilə əsasında hüquqi yardımın göstərilməsi nəzərə alınmalıdır. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək cinayət nəticəsində ona dəymiş 19785,09 (on doqquz min yeddi yüz səksən beş manat doqquz qəpik) manat maddi zərərin və 5000 (beş min) manat mənəvi zərərin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 4 saylı qərarının 74-cü bəndidnə əsasən təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış tanınmış “X23 minik-təlim” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “VAZ 21154” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə zərərçəkmişin hüquqi varisi X7 təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi andan, təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-11/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-11/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver