Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-110/2022 27.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-cı ildə Naxçıvan MR-nın Babək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, öhdəsində 2 uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada sürücü işləyən, Naxçıvan MR-nın Babək şəhəri Q.Əkbərov küçəsi ev 24-də qeydiyyatda olan, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kamaz 6520” markalı ** HV *** dövlət qeydiyyat nişanlı yanacaq çənli xüsusi təyinatlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu Padar qəsəbəsi ərazisindən keçən 151-ci kilometrliyində Bakı istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda eyni istiqamətdə hərəkətdə olan yük avtomobili ilə təhlükəsizliyi təmin edən ara məsafəsi saxlayaraq hərəkət etməli, yaxud həmin avtomobilin yanından hərəkətin təhlükəsizliyini təmin edib ötüb keçəməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyərək sükan arxasında yuxulamaqla, avtomobilin idarə olunması ilə əlaqədar olan hərəkətləri təhlükəsiz yerinə yetirməyib avtomobilin qabaq hissəsini yolun sağ hərəkət zolağında onunla eyni istiqamətdə düzünə 60 km/saat surətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kamaz 55111” markalı ** BD *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin arxa hisəssi ilə toqquşdurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan “Kamaz 55111” markalı ** BD *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs sağ bazunun aşağı 1/3 hissəsinin yan səthinin qançırı, sol baldırın ön səthinin orta 1/3 hissəsinin sıyrıqı, sağ bazu sümüyünün iç kondilusunun yerini dəyişmiş qəlpəli sınığı xəsarətləri almaqla, sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında özünü Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqdan olan az ağır cinayət əməlini törətməkdə təqsirli bildi və izahatında göstərdi ki, Zərərçəkmiş şəxs ilə barışmışdır və ona dəymiş maddi zərəri tam ödəmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Ona görə də, onun barəsində olan cinayət işinin icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmənin hazırlıq iclasında ərizə verərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs onun səhhətinə və avtomobilinə dəymiş maddi zərəri tamamilə ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Bunu nəzərə almağı məhkəmədən xahiş edir. Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı məhkəmənin hazırlıq iclasında rəy verərək bildirdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması, ona dəymiş maddi zərəri tamamilə ödəməsi, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və maddi tələbinin olmadığı nəzərə alınmaqla, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata, həmin Məcəlləsinin 73.3-cü və 263-cü maddəsinin Qeydinin 2-ci hissəsi tətbiq edilməklə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və məhkəmə aktından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma cinayətini törətməsi məhkəmənin hazırlıq iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş maddi zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və iddia tələbinin olmadığını, ilk dəfə ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsi və 263-cü maddəsinin Qeydinin 2-ci hissəsi tətbiq edilməklə, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi məqsədə uyğundur. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 299.3.4-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası CPM-in 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-in 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikası CPM-in 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Sahibində saxlanılan iş üzrə maddi sübut “Kamaz 6520” markalı ** HV *** dövlət qeydiyyat nişanlı yanacaq çənli xüsusi təyinatlı avtomobil sahibinə qaytarılmış hesab edilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40, 175, 299, 300 və 305ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata, həmin Məcəlləsinin 73.3-cü və 263-cü maddəsinin Qeydinin 2-ci hissəsi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut “Kamaz 6520” markalı ** HV *** dövlət qeydiyyat nişanlı yanacaq çənli xüsusi təyinatlı avtomobil sahibinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətləri olduğuna görə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Hacıqabul rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-110/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-110/2022
27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver