Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-111/2024 24.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər – X5 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul Quşçuluq Şirkəti MMC-də laboratoriya işçisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2004-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, təqsirləndirilir ondan ötrü ki, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 09 iyun 2024-cü il tarixdə saat 13 radələrində birlikdə işlədikləri Hacıqabul Quşçuluq Şirkəti MMC-nin Hacıqabul rayonu, Ağacanlı kəndində yerləşən inzibati ərazisində olan dərman saxlama anbarının yaxınlığına gəlib aralarında olan razılaşmaya uyğun olaraq kənar şəxslər gəldiyi halda Təqsirləndirilən şəxs2 xəbər vermək məqsədilə kənarda gözləmiş, sonuncu isə anbara qapını açmaqla qanunsuz daxil olub Hacıqabul Quşçuluq Şirkəti MMC-nə məxsus hər biri 150 manat olmaqla, ümumilikdə 1800 manat dəyərində 12 ədəd Doxy-500 WS markalı və hər biri 145 manat olmaqla, ümumilikdə 580 manat dəyərində 4 ədəd Macrolan WS markalı antibiotik dərmanlarını oğurlayıb oradan uzaqlaşmaqla, zərərçəkmiş şəxs Hacıqabul Quşçuluq Şirkəti ММС-nə məxsus cəmi 2380 manat dəyərində yuxarıda göstərilən əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olmaqla oğurlamış, yəni gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 09 iyun 2024-cü il tarixdə saat 13 radələrində birlikdə işlədikləri Hacıqabul Quşçuluq Şirkəti MMC-nin Hacıqabul rayonu, Ağacanlı kəndində yerləşən inzibati ərazisində olan dərman saxlama anbarının yaxınlığına gəlib aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 kənar şəxslər gəldiyi halda ona xəbər vermək məqsədilə kənarda gözləmiş, o isə anbara qapını açmaqla qanunsuz daxil olub Hacıqabul Quşçuluq Şirkəti MMC-nə məxsus hər biri 150 manat olmaqla, ümumilikdə 1800 manat dəyərində 12 ədəd Doxy-500 WS markalı və hər biri 145 manat olmaqla, ümumilikdə 580 manat dəyərində 4 ədəd Macrolan WS markalı antibiotik dərmanlarını oğurlayıb oradan uzaqlaşmaqla, zərərçəkmiş şəxs Hacıqabul Quşçuluq Şirkəti ММС-nə məxsus cəmi 2380 manat dəyərində yuxarıda göstərilən əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olmaqla oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, evlidir və bir azyaşlı övladı vardır. Hacıqabul Quşçuluq Şirkəti MMC-də laboratoriya işçisi işləyir. Təxmini 2 ay olar ki, həmin şirkətdə işə başlamışdır. O, şirkətdə laboratoriyanın dizinfeksiya edilməsi ilə məşğuldur. Şirkətdə işə başladıqdan sonra Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs2 həmin şirkətdə sayımçı işləyir və yumurtaların, toyuqların və sairə məhsulları saymaqla məşğuldur. O, Təqsirləndirilən şəxs2la söhbət zamanı anbarda olan dərmanların nə olmasını və qiymətlərini soruşmuşdur. Təqsirləndirilən şəxs2 ona həmin dərmanların toyuqlara verilən vitamin olmasını və qiymətlərinin bahalı olmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 həmin dərmanları şirkətdən çıxara bildikləri halda aparıb çöldə satıb pul qazana biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 da, onunla razılaşmışdır. O, internet şəbəkəsində Şirvan şəhərində yerləşən baytarlıq mağazalarını axtarmış və instagram sosial şəbəkəsində “shirvan_baytarlıq” adı ilə qeydiyyatdan keçmiş səhifənin info hissəsində yerləşən ********** saylı telefon nömrəsi ilə əlaqə saxlamışdır. O, həmin şəxsə zəng edərək Gürcüstan Respublikasından heyvanlar üçün dərmanlar gətirdiyini bildirərək, həmin dərmanları almaq istəyib-istəmədiyini ondan soruşmuşdur. Həmin şəxs özünü ona Cavid adı ilə təqdim etmişdir. Cavid ondan nömrəni hardan əldən etdiyini soruşmuşdur. O, Cavidə nömrəni internetdən götürdüyünü bildirmişdir. Cavid buna etiraz etməmiş və aptekə yaxınlaşıb dərmanları təqdim edə biləcəyini bildirmişdir. Dərmanları hardan əldən etdiyini soruşan zaman o, Cavidə dərmanları qanuni yolla aldığını və narahat olmamasını bildirmişdir. Cavid özünün Gəncə şəhərində tələbə olmasını və oxuduğu üçün hal-hazırda Şirvan şəhərində olmadığını bildirmişdir. Buna görə də malları aparıb Şirvan şəhərində yerləşən aptekə verməyini və orada olan işçilərə bu barədə tapşıracağını bildirmişdir. Caviddən razılıq aldıqdan sonra o, bu barədə Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Dərmanlardan bir neçəsini kənara qoymasını və axşam işdən çıxandan sonra aparıb həmin dərmanları satacaqlarını bildirmişdir. 09 iyun 2024-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs2 dərmanları anbardan çıxarmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 orada olan əməkdaşların nahar fasiləsində olmasından istifadə edib dərmanlan anbardan çıxarıb anbarın yanında yerləşən otluqda gizlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ona dərmanları otluqda gizlətdiyini bildirmişdir. O, həmin dərmanları otluqdan götürüb şirkətin ərazisində verləşən kanalın digər tərəfinə tullamışdır. Dərmanların sayının çox olmasına gorə şirkətin servıs avtomobili ilə getməyin riskli olmasını düşünmüşlər və buna görə Təqsirləndirilən şəxs2 qohumu Hüseyn adlı şəxsə zəng edərək işdən çıxanda onları avtomobil ilə gəlib götürməsini ondan xahiş etmişdir. İşdən çıxdıqdan sonra, saat 18 radələrində dərmanları tulladıqları yerdən götürmüşlər. Həmin dərmanlar 12 ədəd Doxy-500WS, 4 ədəd Macrolan WS dərmanları olmuşdur. Həmin dərmanları 2 ədəd selofan torbalara yığmışlar. Bir qədər sonra Hüseyn gəlmiş və onun “Mersedes Benz” markalı avtomobilinə əyləşmişlər. Onlar avtomobillə Şirvan şəhəri istiqamətində olarkən yol-patrul xidmətinin əməkdaşı avtomobili saxlamışdır. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən etdiyi əməli etiraf etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq hərəkətləri edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, subaydır və Hacıqabul Quşçuluq Şirkəti MMC-də sayımçı işləyir. Təxmini 2 ay olar ki, həmin şirkətdə işə başlamışdır. O, şirkətdə məhsulların sayımı ilə məşğuldur. Şirkətdə işə başladıqdan sonra X5 ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 həmin şirkətdə işləyir və dizinfeksiya işləri ilə məşğuldur. Təqsirləndirilən şəxs1 söhbət zamanı anbarda olan dərmanların nə olmasını və qiymətlərini ondan soruşmuşdur. O, həmin dərmanların toyuqlara verildiyini və qiymətlərinin bahalı olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 dərmanları anbardan çıxara biləcəklərini və satıb pul əldə edə biləcəklərini və bununla əlaqədar tanışlarının olduğunu ona demişdir. O, sayım işləri ilə məşğul olduğuna görə, anbarın açarının anbardarı əvəz edən Anar adlı şəxsdə olduğunu, Anar istirahətdə olan zaman anbarın açarları onun oturduğu otaqda şkafda olduğunu bildiyi üçün M.Abbasovla razılaşmışdır. 09 iyun 2024-cü il tarixdə saat 13 radələrində əməkdaşların nahaı fasiləsində olmasından istifadə edib anbarın açarını götürmüş və anbara daxil olmuşdur. Oradan 12 ədəd Doxy-500WS. 4 ədəd Macrolan WS dərmanları oğurlayıb anbarın yanında yerləşən otluq ərazidə gizlətmişdir. Bundan sonra dərmanları qoyduğu yer barədə Təqsirləndirilən şəxs1 bildirmişdir. Sonra öz işləri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 isə dərmanları o qoyduğu verdən götürüb şirkətin ərazisində yerləşən kanalın digər tərəfinə tullamışdır. O, dərmanların çox olmasım görüb şirkətin servis avtomobili ilə evə getməklərinin riskli olmasını düşünmüş və buna görə qohumu Hüseynə zəng edərək onu işdən çıxanda gəlib avtomobili ilə götürməsini xahiş etmişdir. Saat 18 radələrində dərmanları tulladıqları yerdən götürmüş və 2 ədəd qara rəngli selofan torbalara yığmışlar. Bir qədər sonra Hüseyn gəlmiş və onun “Mersedes Benz” markalı avtomobilinə əyləşmişlər. Onlar avtomobillə Şirvan şəhəri istiqamətində olarkən yol-patrul xidmətinin əməkdaşı avtomobili saxlamışdır. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən etdiyi əməli etiraf etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq hərəkətləri edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Hacıqabul Quşçuluq Şirkəti MMC-də hüquqşünas vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 və Məmmədov X2 Quşçuluq Şiıkəti MMC-də işləyirlər. Onlarla heç bir şəxsi ədavəti və ay düşməçiliyi yoxdur. Təqsirləndirilən şəxs2 şirkətdə sayım işlərinə baxır və bütün məhsulların sayımı ilə məşğuldur. Təqsirləndirilən şəxs1 isə laboratoriya işçisidir və dizenfeksiya işlər ilə məşğuldur. 10 iyun 2024-cü il tarixdə şirkət rəhbərliyi ona anbardan dərman oğurladığını bildirmişdir. Yalnız bundan sonra onun bu barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dərman anbarına daxil olmaq, oradan dərmanları başqa yerə daşımaq kimi hüquqları olmamışdır. 09 iyun 2024-cü il tarixdə Hacıqabul Quşçuluq Şirkəti MMC-nə məxsus hər birinin qiyməti 150 manat olan 12 ədəd Doxy- 500WS və hər birinin qiyməti 145 manat olan 4 ədəd Macrolan WS antibiotik dərmanlarının oğurlanması nəticəsində şirkətə 2380 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxsin nümayəndəsi təqsirləndirilən şəxslər tərəfindən cinayət nəticəsində dəymiş ziyanın tam şəkildə ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, subaydır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində МАХЕ hərbi qulluqçi qismində xidmət edir. Təqsirləndirilən şəxs2 onun dayısı oğludur. Təqsirləndirilən şəxs1 isə tanımır. Onlarla heç bir şəxsi ədavəti və ya düşməçiliyi yoxdur. 09 iyun 2024-cü il tarixdə dayısı oğlu Təqsirləndirilən şəxs2 ona zəng edərək, Hacıqabul rayonu, Ağacanlı kəndində yerləşən işlədiyi quşçuluq şirkətindən saat 17:20 radələrində onları oradan avtomobillə gəlib götürə bilib-bilməyəcəyimi soruşmuşdur. O, Təqsirləndirilən şəxs2 bunun səbəbini soruşduqda, o, servis xidmət avtomobilinin gec gələcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 avtomobilini təmir etdirdiyini və sonra gəlib götürə biləcəyini bildirmişdir. Etibarnamə əsasında idarə etdiyi Mersedes Benz markalı **- VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 09 iyun 2024-cü il tarixdə saat 17 radələrində Hacıqabul rayonu Ağacanlı kəndində yerləşən quşçuluq şirkətinin yanına getmişdir. Ora çatdıqdan sonra Təqsirləndirilən şəxs2 zəng edərək şirkətin giriş qapısında olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 ona giriş qapısından yox, arxa yolla gəlməyini bildirmişdir. O, avtomobili bir qədər irəli sürmüş və Təqsirləndirilən şəxs2 tanımadığı bir şəxslə əllərində olan qara rəngli sellofan torba ilə avtomobilə yaxınlaşdığını görmüşdür. Tanımadığı şəxs avtomobilin ön sərnişin oturacağında, dayısı oğlu Məhəmməd isə arxa sərnişin oturacağında əyləşmişdir. O, avtomobillə Şirvan şəhəri istiqamətində hərəkətdə olan zaman yol-patrul xidmətinin əməkdaşı işarə verib avtomobili saxlamasını tələb etmişdir. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə gətirmişdirlər. Orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 avtomobilə əyləşmiş sonrada adını bildiyi Təqsirləndirilən şəxs1lə birlikdə oğurluq etmişlər. O, oğurluq cinayətindən məlumatı olmamışdır. Əgər oğurluq haqqında məlumatı olsaydı dərhal polisə məlumat verərdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələri elan olunmaqla tədqiq edilmiş və məlum olmuşdur ki, onlar Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Hacıqabul Quşçuluq Şirkəti MMC-yə məxsus hər birinin qiyməti 150 manat olan 12 ədəd Doxy-500WS və hər birinin qiyməti 145 manat olan 4 ədəd Macrolan WS antibiotik dərmanların oğurlanması faktı ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. AE 538122 saylı xx.xx.2020-ci il tarixli sürücülük vəsiqəsindən görünür ki, Şahid1 “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. ƏN 358359 saylı etibarnamədən görünür ki, mülkiyyətçi X11 tərəfindən “Mersedes Benz” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək və digər səlahiyyətlər Şahid1 verilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, Şahid1 idarə etdiyi “Mersedes Benz” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildə oğurlanmış dərmanlar olduğunu etiraf edərək 2 ədəd qara rəngli selofan torbalar təqdim etmişlər. Həmin torbalara baxış keçirilərkən onların içərisində 12 ədəd Doxy-500WS və 4 ədəd Macrolan WS antibiotik dərmanları aşkar edildi. “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Hacıqabul rayonu Ağacanlı kəndi ərazisində yerləşən Hacıqabul Quşçuluq Şirkəti MMC-nin ərazisində yerləşən dərman anbarının yerləşdiyi əraziyə baxış keçirilmişdir. Həmin anbar şirkətin əsas girin qapısının sol tərəfində yerləşir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-i zərərçəkmiş şəxs qismində tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 19:00-dan azadlığı faktiki məhdudlaşdırılmaqla, saat 20:00-da Hacıqabul RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 19:00-dan azadlığı faktiki məhdudlaşdırılmaqla, saat 20:00-da Hacıqabul RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Tutulmuş şəxsin azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində MSY-dən azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Tutulmuş şəxsin azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində MSY-dən azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən zərərçəkmiş şəxs Hacıqabul Quşçuluq Şirkəti MMC-nə məxsus 12 ədəd Doxy-500WS və 4 ədəd Macrolan WS antibiotik dərmanları maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmişdir. AZ-İV 914015 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X1 birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X9 anadan olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2368 saylı Sərəncamı ilə təsdiq edilmiş İ-1172 saylı Azərbaycan Respublikasının Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş İ-94 saylı Azərbaycan Respublikasının Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. ünvan 3 sahə ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhəri 20 Yanvar küçəsi ev 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. ünvan 3 sahə ərazi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. ünvan 3 sahə ərazi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. AZ-İV 014015 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X1 birgə nikahından xx.xx.2023-cü il tarixdə X9 adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Abasov X6 Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmiş, Tovuz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş 271475/10-25 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən cəzanın çəkilməmiş hissəsi 01 il 08 ay 26 gün təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli ********* saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən dərmanların 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2380 manat müəyyən edilir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək oğurluq cinayət əməli nəticəsində Hacıqabul Quşçuluq Şirkəti” MMC-yə dəymiş maddi ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayət əməlini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Onların qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törədilmiş cinayəti könüllü etiraf edərək peşmançılıq hissi keçirməsini, zərər çəkmiş şəxslərə dəymiş maddi zərəri ödəməsini, yaşayış yerində müsbət xarakterizə edilməsini, himayəsində azyaşlı övladının olmasını, Vətən Müharibəsində iştirak edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində xidmətini və onun medallarla təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (59.1.4, 59.1.12, 59.1.13, 59.2). Onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayəti könüllü etiraf edərək peşmançılıq hissi keçirməsini, zərər çəkmiş şəxslərə dəymiş maddi zərəri ödəməsini, yaşayış yerində müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (59.1.12, 59.1.13, 59.2). Onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Tovuz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş 271475/10-25 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən cəzanın çəkilməmiş hissəsi 01 il 08 ay 26 gün təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Tovuz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ərzində hazır ki, cinayət əməlini törətməsinə baxmayaraq, şəxsin hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsi və Vətən müharibəsində iştirak etməsi kimi qeyd edilən yüngülləşdirici halların mövcudluğu onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi daha məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslər cəmiyyətdən təcrid edilmədən islah olunmaları imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından mövcud vəziyyətdə onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bundan başqa, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, şəxsiyyətləri, o cümlədən cəzalarını yüngülləşdirən halların olması və cəzalarını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitlərinə təsiri nəzərə alınmalı və onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qanunvericiliyin qeyd edilən normalarından görünür ki, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilərkən Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddindən də, artıq cəzanın təyin edilməsi münkündür. Lakin, bu halda Məcəllənin ümumi hissəsində həmin cəza üçün nəzərdə tutulmuş yuxarı hədd nəzərə alınmalı və yuxarıda həddən artıq cəzanın verilməsi mümkün deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2ci bəndində nəzərdə tutulmuş yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həmin cəza Məcəllənin 66.5-ci maddəsinə əsasən Tovuz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona Məcəllənin 177.2-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddindən artıq, lakin Məcəllənin ümumi hissəsində nəzərdə tutulmuş cəzanın yuxarı həddindən artıq olmamaq şərti ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həm əvvəlki həm də, hazırki cinayətlə əlaqədar şübhəli şəxs qismində saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2-ci bəndində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan əlavə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 180 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin, Tovuz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki cəza ilə qismən toplamaqla Təqsirləndirilən şəxs1 4 (dörd) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2 gün müddət, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 8 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 5 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiz ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 180 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-111/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-111/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver