Məhkəmə qərarları › İş №1(071)-112/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-112/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-112/2022 10.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1994-cü ildə Kürdəmir rayonu Xırdapay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində bir azyaşlı uşağı olan, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binalarında arasında inşa edilən yaşayış binasında 19 saylı mənzildə faktiki yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri xx.xx.2022-ci il tarixdə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi; xx.xx.1985-ci ildə Kürdəmir rayonu Qarabucaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan kafedə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan istintaqa və məhkəməyə məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 40,0 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 1 ədəd torbada qablaşdırılmış halda, istifadəsində olan “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sərnişin oturan ön sağ ayaq altında daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları və DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin YPXA-nin 7-ci taqımının 720 saylı postunun əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Nəvahı kəndində yerləşən yol polisinin stosionar postunda saxlanılaraq polis şöbəsinə gətirilib avtomobilə baxış keçirilən zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan istintaqa və məhkəməyə məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,880 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini 1 ədəd bükümündə qablaşdırılmış halda, 01 ədəd bükümdə təmiz çəkisi - 1,153 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini idarə etdiyi “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sərnişin oturan ön sağ ayaq altında daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat14 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları və DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin YPXA-nin 7-ci taqımının 720 saylı postunun əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Nəvahı kəndində yerləşən yol polisinin stosionar postunda saxlanılaraq polis şöbəsinə gətirilib avtomobilə baxış keçirilən zaman qeyd olunan narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 6 və 8 saylı binalarında arasında inşa edilən yaşayış binasında 19 saylı mənzildə yaşayır. O, hərdən bir narkotik vasitə marixuanadan istifadə etmişdir. Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs2 tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində tanışı Təqsirləndirilən şəxs2la Kürdəmir rayonunda görüşmüş və söhbət əsnasında idarə etdiyi “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini 7000 manat ilkin ödəniş, qalan pulu isə banka ödəməklə Bakı şəhərində tanımadığı şəxsə satacağını bildirmişdir. Bundan sonra Ramil ondan, onunla birlikdə Bakı şəhərinə gedə biləcəyini soruşmuş və o, onunla razılaşmış və birlikdə sənədləşmə işlərini həll etmək üçün Bakı şəhərinə yola düşmüşlər. O, yorulduğu üçün avtomobili idarə etmək üçün Ramilə vermişdir. Onlar yolda hərəkətdə olarkən o, üzərində olan qurudulmuş marixuanadan bir qismini siqaretin kağızına doldurub çəkmək istəyərkən belə qərar gəlmişlər ki, Hacıqabul rayonu Nəvahi DYP postunu keçəndən sonra istifadə edərlər. Hacıqabul rayon Nəvahi kəndi ərazisində yerləşən DYP postuna çatmışlar ki, polis əməkdaşları Ramilin idarə etdiyi avtomobilə saxla işarəsi vermiş, Ramil avtomobili yolun kənarında saxlamışdır. Polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərlərində və “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirərək, onları avtomobillə birlikdə Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək, videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. O, üzərində hər hansı bir qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ cibindən 1 ədəd “KGTEL” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra üzərindən hər hansı bir qanunsuz əşya və predment aşkar edilməmiş və bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Bundan sonra ona məxsus “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə ondan etirazının olub-olmaması soruşulmuşdur. O, avtomobilinə baxış keçirlməsinə dair heç bir etirazı olmadığı barədə ərizə yazmışdır. Bundan sonra ona məxsus “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmış və baxış zamanı avtomobilin qabaq sərnişin oturacaqının ayaq altından sellofan torbalar aşkar edilmiş və sellofan torbalara baxış zamanı sellofan torbanın birinin içərisindən qurudulmuş marixuana, digər göy rəngli sellofan torbadan isə bir bükümdə narkotik vasitə heroin, bir bükümdə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Narkotik vasitələrin kimə məxsus olduğu soruşulduqda o, bir bükümdə narkotik vasitə heroin, bir bükümdə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzinin Ramilə məxsus olduğunu, sellofan torbanın içərisində olan qurudulmuş marixuananın isə özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra avtomobilin salon hissəsinə baxış keçirilən zaman sürücü tərəfdə yerləşən qapının içəri saxlanc yerindən 2 ədəd qatlanıbaçılan bıçaq aşkar edilmiş və sorğu zamanı o, bıçaqların özünə məxsus olduğunu bildirmişdir. Aşkar olunaraq götürülmüş 1 ədəd sellofan torbada qurudulmuş marixuana, 1 ədəd sellofan kəsiyində narkotik vasitə heroin, 1 ədəd sellofan kəsiyində psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və 2 ədəd qatlanıb-açılan bıçaq qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunduqdan sonra o, protokolu imzalamışdır. Əməlindən peşman olmuşdur. Evli, öhdəsində bir azyaşlı uşağı olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, ünvan 1-da daimi qeydiyyatda olmaqla yaşayır. O, uzun müddətdir ki, narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamindən istifadə edir. Əvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Kürdəmir rayonu Xırdapay kənd sakini Təqsirləndirilən şəxs1 tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində tanışı Yaqubla Kürdəmir rayonunda görüşmüş və söhbət əsnasında ona bildirmişdir ki, idarə etdiyi “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini 7000 manat ilkin ödəniş, qalan pulu isə banka ödəməklə Bakı şəhərində tanımadığı şəxsə satacaqdır. Onlar birlikdə Bakı şəhərinə sənədləşmə işlərini həll etmək üçün yola düşmüşlər. Yaqubun avtomobilini o, idarə etmişdir. Onlar yolda hərəkətdə olarkən Yaqub üzərində olan qurudulmuş marixuanadan bir qismini siqaretin kağızına doldurub çəkmək istəmişlər. Lakin qərar gəlmişlər ki, Hacıqabul rayonu Nəvahi DYP postunu keçəndən sonra istifadə etsinlər. Hacıqabul rayon Nəvahi kəndi ərazisində yerləşən DYP postuna çatmışlar ki, polis əməkdaşları onun idarə etdiyi avtomobilə saxla işarəsi vermişlər. O, avtomobili yolun kənarında saxlamış və polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərlərində və “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirərək, onları avtomobillə birlikdə Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək, videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. O, üzərində hər hansı bir qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra, üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd pul qabı və həmin pul qabının içərisindən 900 manat pul, şalvarının arxa sağ cibindən isə “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra üzərindən hər hansı bir qanunsuz əşya və predment aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Bundan sonra Yaquba məxsus olan və onun idarə etdiyi “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə ondan etirazının olub-olmaması soruşulmuşdur. O, avtomobilə baxış keçirlməsinə dair heç bir etirazı olmadığına dair ərizə yazmışdır. Bundan sonra avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı avtomobilin qabaq sərnişin oturacaqının ayaq altından sellofan torbalar aşkar edilmiş və sellofan torbalara baxış zamanı sellofan torbanın birinin içərisindən qurudulmuş marixuana, digər göy rəngli sellofan torbadan isə bir bükümdə narkotik vasitə heroin, bir bükümdə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilmiş və ondan həmin narkotik vasitələrin kimə məxsus olduğu soruşulmuşdur. O, bir bükümdə narkotik vasitə heroin, bir bükümdə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Yaqub isə sellofan torbanın içərisində olan qurudulmuş marixuananın ona məxsus olduğunu bildirmişdir. Bundan sonra avtomobilin salon hissəsinə baxış keçirilən zaman sürücü tərəfdə yerləşən qapının içəri saxlanc yerindən 2 ədəd bıçaq aşkar edilmişdir. Sorğu zamanı Yaqub bıçaqların ona məxsus olduğunu bildirdikdən sonra, aşkar olunaraq götürülmüş 1 ədəd sellofan torbada qurudulmuş marixuana, 1 ədəd sellofan kəsiyində narkotik vasitə heroin, 1 ədəd sellofan kəsiyində psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və 2 ədəd bıçaq qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Evli, öhdəsində iki azyaşlı uşağı olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 və Kürdəmir rayonu Xırdapay kəndində daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 üzərlərində və idarə etdikləri “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə narkotik vasitə saxlamaları barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə edib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında o, Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 7-ci taqımının 720 saylı postunun yol patrul xidməti baş inspektoru, polis baş leytenantı Şahid3 və yol patrul xidməti inspektoru polis serjantı Şahid2 Balahüseyin oğlunun iştirakı ilə əməliyyat qrupu yaradılmış və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə birlikdə tərəflərindən Bakı-Qazax-Gürcüstan dövlət avtomobil yolunun 99-cu kilometrliyində yerləşən DİN BDYPİ-nin YPXA-nın 7-ci taqımının 720 saylı YPX postunda saxlanılaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması məqsədi ilə Hacıqabul rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Hacıqabul rayon PŞ-nin təhqiqatçısı polis polkovnikleytenantı Tural Namazov tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduqlarından şübhəli şəxs qismində tutuldular. Bundan sonra video çəkilişdən istifadə edilməklə Tural Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvləri və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində axtarış keçirilsə də, Təqsirləndirilən şəxs1 üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın qabaq sol cibindən 01 ədəd “KGTEL” markalı mobil telefon aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçıs T.Namazov tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 özünə məxsus lakin tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə qanunsuz əşya və predmetin olmadığını bildirib, avtomobilə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmişdir. Bu barədə protokol tərtib olunmuş oda həmin protokolun məzmunu ilə tanış olandan sonra protokolu imzalamışdır. Bundan sonra Hacıqabul rayon Polis şöbəsində təhqiqatçısı Tural Namazov tərəfindən Təqsirləndirilən şəxs2 müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulduqdan sonra video çəkilişdən istifadə edilməklə Tural Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə keçirilsə də, Təqsirləndirilən şəxs2 üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və sol arxa cibindən isə 09 ədəd 100 manatlıq olmaqla ümumilikdə 900 manat pul aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı Tural Namazov tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 məxsus lakin özünün idarə idarə etdiyi “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə qanunsuz əşya və predmetin olmadığını bildirib, avtomobilə baxış keçirilməsinə etirazının olmamamsı barədə ərizə ilə müraciət etmiş, bundan sonra video çəkilişdən istifadə edilməklə təhqiqatçı Tural Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvləri müdafiəçilər və şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs1 məxsus “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış və götürmə aparılmağa başlanılmışdır. Baxış və götürmə zamanı “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sağ oturacağının ayaqaltısında içərisində 1 ədəd sellofan bükümdə narkotik vasitə marixuanaya bənzər maddə, digər 1 ədəd sellofan torbanın içərisində 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 1 ədəd bükümdə isə narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd elektron tərəzi və “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücü tərəfdə olan qapısının iç çibindən isə 2 ədəd metal materialından olan qatlanıb-açılan bıçaq aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, istifadəsində olan “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sağ oturacağının ayaqaltısından götürülmüş sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuana və sol qapının iç cibindən aşkar edilərək götürülmüş 2 ədəd qatlanıb-açılan bıçaq ona məxsusdur. Qurudulmuş marixuananı bir neçə gün bundan əvvəl Kürdəmir rayonu Qaçılı kəndində yolun kənarından tapmasını və istifadəsi üçün maşında saxladığını, aşkar edilərək götürülmüş 2 ədəd bıçaqı isə Yevlax şəhərindən tapdığını və uzun müddətdir ki, maşınında saxladığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sağ oturacağının ayaqaltısından bir ədəd sellofan torbanın işərisində olan 1 ədəd bükümün içərisində olan psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzinin ona məxsus olmasını bildirmiş, həmin maddələri 3-4 gün bundan əvvəl tanımadığı lakin adını Əkbər kimi bildiyi şəxslə “watsapp” proqramı vasitəsi ilə danışıb Kürdəmir rayonunda 50 manata aldığını və istifadə etmək üçün maşında saxladığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Şahid3 və X3 ibtidai istintaq zamanı Şahid1 oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. Cinayət işində olan 16 iyul 2022-ci il tarixdə saat 15:15-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi və götürmə aparılan zaman onun üzərindən 1 ədəd qara rəngli üzərində “KGTEL” yazısı olan mobil telefon aşkar edilmişdir. Cinayət işində olan 16 iyul 2022-ci il tarixdə saat 16:15-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi və götürmə aparılan zaman onun üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon və 09 ədəd 100 manatlıq əskinaz aşkar edilmişdir. Cinayət işində olan 16 iyul 2022-ci il tarixdə saat 16:50-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılan zaman “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sağ oturacağının ayaqaltından içərisində 1 sellofan bükümdə narkotik vasitə marixuanaya bənzər maddə, digər bir ədəd sellofan torabının içərisində 1 ədəd bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər maddə, 1 ədəd bükümdə isə narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd elektron tərəzi və “Hundai Accent” maraklı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücü tərəfdə olan qapısının iç cibindən isə 2 ədəd metal materialdan olan qatlanıb-açılan bıçaq aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 18/762 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd torbada təmiz çəkisi - 40,0 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vastə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 18/761 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,880 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi - 1,153 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir(1 siyahı) Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasıərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir(1 siyahı) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 4362 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Məmmədov X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 4537 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4922 nömrəli trcgthn rəyindən görünür ki, tkspertizaya təqdim edilmiş elektron tərəzinin tədqiqatı aparılmış və tərəzinin düzgün işlədiyi müəyyən edilmişdir. Bununla belə, tərəzinin göstərcisinin tam dəqiq olub-olmaması Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində (bundan sonra Dövlət Agentliyi) müvafiq çəki etalonları vasitəsi ilə müəyyən edilə bilər (ləğv Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri bu quruma verilmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və qərarın surətindən görünür ki Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respiblikası CM-nin 177.1-ci maddəsi ilə olan cinayət işinə Yevlax RPŞ-nin xx.xx.2012-ci il tarixli qərarı ilə CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(012)-156/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin etirafedici ifadələri, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübutlar və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 40,0 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib özünə məxsus “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə daşıyaraq saxlaması cinayətini, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq 0,880 qram narkotik vasitə olan heroini və 1,153 qram psixotrop maddə metamfetamini əldə edib idarə etdiyi və Təqsirləndirilən şəxs1 məxsus “Hundai Accent” markalı **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə daşıyaraq saxlaması cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onların əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli, öhdəsində bir azyaşlı uşağı olmasını, fərdi əməklə məşğul olmaqla ailəyə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli, öhdəsində iki azyaşlı uşağı olmasını, fərdi əməklə məşğul olmaqla ailəyə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxslərin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq, barəsində yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslrə ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “ev dustaqlığı”nda olduğu, cəmi 03 (üç) ay 24 (iyirmi dörd) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 07 (yeddi) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası, təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası, təyin edilən cəzadan çıxılmalı və onun üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilməli, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Şirvan şəhər ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, ailəli, öhdəsində iki azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq, barəsində yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “ev dustaqlığı”nda olduğu, cəmi 03 (üç) ay 24 (iyirmi dörd) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 07 (yeddi) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası, təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilməli, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95+57,40+102=190,35 manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 39,98 qram qurudulmuş marixuana, 0,830 qram heroin, 1,103 qram metamfetamin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “ev dustaqlığı”nda olduğu, cəmi 03 (üç) ay 24 (iyirmi dörd) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 07 (yeddi) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası, təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilsin, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Kürdəmir rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95+57,40+102=190,35 (yüz doxsan manat otuz beş) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 39,98 qram qurudulmuş marixuana, 0,830 qram heroin, 1,103 qram metamfetamin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Qədirov X4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat, Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi3 məhkəmə baxışı zamanı iştirak etdiyi 14 saata görə 84 (səksən dörd) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 26 saata görə 156 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 14 saata görə 84 olmaqla, cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar