Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-113/2022 18.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs4 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakı ilə, xx.xx.1998-cı ildə Bərdə rayonu Kətəlparaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri; xx.xx.2002-cı ildə Bərdə rayonu Mustafaağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Mustafaağalı kəndində daimi qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 3126-cı məhəllədə nömrəsiz evdə yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri; xx.xx.1994-cü ildə Bərdə rayonu Kətəlparaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində iki azyaşlı uşağı olan, tikintidə qəlibçi işləyən, əvvəllər məhkum olunmuş, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü Mədən 123-cü korpusda 77 nömrəli fərdi yaşayış evində yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri; xx.xx.1986-cı ildə Bərdə rayonu Kətəlparaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində iki azyaşlı uşağı olan, fərdi qaydada usta işləyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsi 10-cu korpus ev 125A-da qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 19 fevral 2022-ci il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Nəvahi qəsəbəsinə gələrək, həmin qəsəbədə X5 məxsus fərdi yaşayış evinin qarşısında küçədə saxlanılmış Vaz-2107 markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı mühərrik hissəsini açaraq oradan bir ədəd 95 manat dəyərində akkumlyatoru, avtomobilin qapısını açaraq salonundan bir ədəd 250 manat dəyərində «Pioneer» markalı maqnitafonu gizli talayıb, zərər çəkmiş X5 ümumilikdə 345 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs2 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 20 fevral 2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Atbulaq kəndinə gələrək, həmin kənddə Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə, oradan isə başqa saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan hər birinin dəyəri 190 manat olmaqla, cəmi 380 manat dəyərində iki baş xırdabuynuzlu qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 380 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 23 fevral 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Padar kəndi ərazisində Bakı-Qazax avtomobil yolunun kənarında olarkən, yolun kənarında otlayan qoyun sürüsünün yanında Təqsirləndirilən şəxs2 avtomobili saxladıqdan sonra, o, kənar şəxslərin gözü qarşısında qoyun sürüsündən Zərərçəkmiş şəxs3 məxsus 140 manat dəyərində bir baş xırdabuynuzlu qoyunu açıq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs3 140 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs2 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 24 fevral 2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Muğan qəsəbəsinə gələrək, həmin qəsəbədə Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətinə, oradan isə başqa saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan bir baş 165 manat dəyərində və bir baş 190 manat dəyərində cəmi iki baş xırdabuynuzlu qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 355 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs2 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 25 fevral 2022-ci il tarixdə saat 13 radələrində Bərdə rayonu Hacallı kəndinə gəlib, həmin kənddə Zərərçəkmiş şəxs7 məxsus olan dəmir torla əhatələnmiş başqa saxlanc yeri hesab olunan yerə qanunsuz daxil olmaqla, orada saxlanılan qoyun sürüsündən hər biri 210 manat dəyərində olan iki baş qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 420 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs2 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 26 fevral 2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonu Sığırlı kəndinə gəlib, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili həmin kənddə yaşayan Zərərçəkmiş şəxs6 fərdi yaşayış evinin qarşısında saxladıqdan sonra o, həmin fərdi yaşayış evinin həyətinə, oradan isə başqa saxlanc yeri hesab olunan tövləyə, həmin tövlənin qapısını açmaqla qanunsuz daxil olaraq, oradan Təqsirləndirilən şəxs3lə bir baş 425 manat dəyərində iribuynuzlu erkək dananı gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs6 425 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs2 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 26 fevral 2022-ci il tarixdə saat 15 radələrində Bərdə rayonu Hacallı kəndinə gəlib, həmin kənddə Zərərçəkmiş şəxs7 məxsus olan dəmir torla əhatələnmiş başqa saxlanc yeri hesab olunan yerə qanunsuz daxil olmaqla, həmin yerdə saxlanılan qoyun sürüsündən 210 manat dəyərində olan bir baş qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs7 210 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs2 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 28 fevral 2022-ci il tarixdə saat 03 radələrində Bərdə rayonu Qurdlar kəndinə gəlib, həmin kənddə Zərərçəkmiş şəxs8 məxsus başqa saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olmaqla, həmin tövlədən Zərərçəkmiş şəxs8 məxsus hər biri 220 manat olmaqla, cəmi 1100 manat dəyərində beş baş qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 1100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 05 mart 2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Atbulaq kəndinə gələrək, həmin kənddə Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin həyətinə, oradan isə başqa saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan bir baş 175 manat dəyərində, bir baş 105 manat dəyərində, hər biri 235 manat olmaqla, cəmi 470 manat dəyərində iki baş, ümumilikdə dörd baş xırdabuynuzlu qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 750 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 19 fevral 2022-ci il tarixdə saat 05 radələrində idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Nəvahi qəsəbəsinə gələrək, həmin qəsəbədə X5 məxsus fərdi yaşayış evinin qarşısında küçədə saxlanılmış Vaz-2107 markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı mühərrik hissəsini açaraq oradan bir ədəd 95 manat dəyərində akkumlyatoru, avtomobilin qapısını açaraq salonundan bir ədəd 250 manat dəyərində «Pioneer» markalı maqnitafonu gizli talayıb, zərər çəkmiş X5 ümumilikdə 345 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs1 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 20 fevral 2022-ci il tarixdə saat 02 radələrində idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Atbulaq kəndinə gələrək, həmin kənddə Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə, oradan isə başqa saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan hər birinin dəyəri 190 manat olmaqla cəmi 380 manat dəyərində iki baş xırdabuynuzlu qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 380 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 23 fevral 2022-ci il tarixdə saat 11 radələrində idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, Padar kəndi ərazisində Bakı-Qazax avtomobil yolunun kənarında olarkən, yolun kənarında otlayan qoyun sürüsünün yanında avtomobili saxladıqdan sonra, Təqsirləndirilən şəxs1 kənar şəxslərin gözü qarşısında qoyun sürüsündən Zərərçəkmiş şəxs3 məxsus 140 manat dəyərində bir baş xırdabuynuzlu qoyunu açıq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs3 140 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs1 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 24 fevral 2022-ci il tarixdə saat 02 radələrində idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Muğan qəsəbəsinə gələrək, həmin qəsəbədə Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətinə, oradan isə başqa saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan bir baş 165 manat dəyərində və bir baş 190 manat dəyərində cəmi iki baş xırdabuynuzlu qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 355 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs1 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 25 fevral 2022-ci il tarixdə saat 13 radələrində Bərdə rayonu Hacallı kəndinə gəlib, həmin kənddə Zərərçəkmiş şəxs7 məxsus olan dəmir torla əhatələnmiş başqa saxlanc yeri hesab olunan yerə qanunsuz daxil olmaqla, həmin yerdə saxlanılan qoyun sürüsündən hər biri 210 manat dəyərində olan iki baş qoyun heyvanını gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 420 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs1 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 26 fevral 2022-ci il tarixdə saat 02 radələrində idarə etdiyi “Mercedes” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonu Sığırlı kəndinə gəlib, idarə etdiyi avtomobili həmin kənddə yaşayan Zərərçəkmiş şəxs6 fərdi yaşayış evinin qarşısında saxladıqdan sonra Təqsirləndirilən şəxs1 həmin fərdi yaşayış evinin həyətinə, oradan isə başqa saxlanc yeri hesab olunan tövləyə, həmin tövlənin qapısını açmaqla qanunsuz daxil olaraq, oradan Təqsirləndirilən şəxs3lə bir baş 425 manat dəyərində iribuynuzlu erkək dananı gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs6 425 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs1 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 26 fevral 2022-ci il tarixdə saat 15 radələrində Bərdə rayonu Hacallı kəndinə gəlib, həmin kənddə Zərərçəkmiş şəxs7 məxsus olan dəmir torla əhatələnmiş başqa saxlanc yeri hesab olunan yerə qanunsuz daxil olmaqla, həmin yerdə saxlanılan qoyun sürüsündən 210 manat dəyərində olan bir baş qoyun heyvanını gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs7 210 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs1 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 28 fevral 2022-ci il tarixdə saat 03 radələrində Bərdə rayonu Qurdlar kəndinə gəlib, həmin kənddə Zərərçəkmiş şəxs8 məxsus başqa saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olmaqla, həmin tövlədən Zərərçəkmiş şəxs8 məxsus hər biri 220 manat olmaqla, cəmi 1100 manat dəyərində beş baş qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 1100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 05 mart 2022-ci il tarixdə saat 02 radələrində idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Atbulaq kəndinə gələrək, həmin kənddə Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin həyətinə, oradan isə başqa saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan bir baş 175 manat dəyərində, bir baş 105 manat dəyərində, hər biri 235 manat olmaqla cəmi 470 manat dəyərində iki baş, ümumilikdə dörd baş xırdabuynuzlu qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 750 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 19 fevral 2022-ci il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Nəvahi qəsəbəsinə gələrək, həmin qəsəbədə X5 məxsus fərdi yaşayış evinin qarşısında küçədə saxlanılmış Vaz-2107 markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı mühərrik hissəsini açaraq oradan bir ədəd 95 manat dəyərində akkumlyatoru, avtomobilin qapısını açaraq salonundan bir ədəd 250 manat dəyərində «Pioneer» markalı maqnitafonu gizli talayıb, zərər çəkmiş X5 ümumilikdə 345 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 20 fevral 2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Atbulaq kəndinə gələrək, həmin kənddə Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə, oradan isə başqa saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan hər birinin dəyəri 190 manat olmaqla, cəmi 380 manat dəyərində iki baş xırdabuynuzlu qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 380 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 24 fevral 2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Muğan qəsəbəsinə gələrək, həmin qəsəbədə Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətinə, oradan isə başqa saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan bir baş 165 manat dəyərində və bir baş 190 manat dəyərində cəmi iki baş xırdabuynuzlu qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 355 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 25 fevral 2022-ci il tarixdə saat 13 radələrində Bərdə rayonu Hacallı kəndinə gəlib, həmin kənddə Zərərçəkmiş şəxs7 məxsus olan dəmir torla əhatələnmiş başqa saxlanc yeri hesab olunan yerə qanunsuz daxil olmaqla, həmin yerdə saxlanılan qoyun sürüsündən hər biri 210 manat dəyərində olan iki baş qoyun heyvanını gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 420 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 26 fevral 2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonu Sığırlı kəndinə gəlib, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili həmin kənddə yaşayan Zərərçəkmiş şəxs6 fərdi yaşayış evinin qarşısında saxladıqdan sonra Təqsirləndirilən şəxs1 həmin fərdi yaşayış evinin həyətinə, oradan isə başqa saxlanc yeri hesab olunan tövləyə, həmin tövlənin qapısını açmaqla qanunsuz daxil olaraq, oradan onunla birlikdə bir baş 425 manat dəyərində iribuynuzlu erkək dananı gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs6 425 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 26 fevral 2022-ci il tarixdə saat 15 radələrində Bərdə rayonu Hacallı kəndinə gəlib, həmin kənddə Zərərçəkmiş şəxs7 məxsus olan dəmir torla əhatələnmiş başqa saxlanc yeri hesab olunan yerə qanunsuz daxil olmaqla, həmin yerdə saxlanılan qoyun sürüsündən 210 manat dəyərində olan bir baş qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs7 210 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 28 fevral 2022-ci il tarixdə saat 03 radələrində Bərdə rayonu Qurdlar kəndinə gəlib, həmin kənddə Zərərçəkmiş şəxs8 məxsus başqa saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olmaqla, həmin tövlədən Zərərçəkmiş şəxs8 məxsus hər biri 220 manat olmaqla cəmi 1100 manat dəyərində beş baş qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 1100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 05 mart 2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Atbulaq kəndinə gələrək, həmin kənddə Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin həyətinə, oradan isə başqa saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan bir baş 175 manat dəyərində, bir baş 105 manat dəyərində, hər biri 235 manat olmaqla, cəmi 470 manat dəyərində iki baş, ümumilikdə dörd baş xırdabuynuzlu qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 750 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 05 mart 2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Atbulaq kəndinə gələrək, həmin kənddə Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin həyətinə, oradan isə başqa saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan bir baş 175 manat dəyərində, bir baş 105 manat dəyərində, hər biri 235 manat olmaqla, cəmi 470 manat dəyərində iki baş, ümumilikdə dörd baş xırdabuynuzlu qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 750 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, maddi vəziyyəti ağır olduğu üçün bibisi oğlanları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə o, Huseynlə Bakı şəhərindən Bərdə rayonuna taksi avtomobillə yola düşmüşlər. Hacıqabul rayonu Nəvahi kəndinə çatdıqda taksi avtomobil xarab olmuşdur. O, bibisi oğlu Təqsirləndirilən şəxs2 zəng vurub çağırmışdır. Elşad özünə məxsus Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə onların yanına gəldikdən sonra, saat 05 radələrində birlikdə Nəvahi kəndindən 1 ədəd akkumlyator və 1 ədəd maqnitafon oğurlayıb Bakı şəhərinə qayıtmışlar və onları Bakı şəhərində Binəqədi rayonu ərazisində «Elit» yolu deyilən ərazidə olan metal qəbulu məntəqəsinə 40 manat satmışlar və pulu aralarında bölmüşlər. Bundan sonra yenə oğurluq etmək üçün Hacıqabul rayonu istiqamətində yola düşmüşlər. 19 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixə keçən gecə Hacıqabul rayonu Atbulaq kəndi ərazisində asfalt yolda Elşad avtomobili saxlamışdır. Həmin vaxt hava qaranlıq olmuş və saat 02 radələri olmuşdur. Onlar üçü də avtomobildən düşüb Atbulaq kəndinə daxil olmuşlar və kəndi gəzməyə başlamışlar. Kənddə bir ev və evin həyətində tövlə olduğunu görüb, qərara gəlmişlər ki, həmin tövləyə daxil olub oğurluq etsinlər. Həmin vaxt o, Elşada demişdir ki, gedib avtomobili gətirsin. Elşad da avtomobilin yanına getmişdir. Həmin vaxt o və Huseyn tanımadıqları bir nəfər məxsus evin həyətinə, oradan isə tövləyə daxil olub tövlədən bir ədəd qoyunu götürüb yola düşmüşlər. Onlar Elşadın yanına çatdıqda sonuncu yanlarına gəlmək istəmişdir. Onlar qoyunu avtomobilin arxa yük yerinə qoymuşlar və yenidən üçü həmin evin yanına gəlmişlər və həmin evin həyətində olan tövlədən bir ədəd də qoyun oğurlayıb birlikdə avtomobilin yanına gəlmişlər və qoyunu avtomobilin arxa yük yerinə qoymuşlar. Sonra Elşad avtomobili idarə edib Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərində Binəqədi rayonu ərazisində yerləşən bazarda qoyunları satmışlar və pulu aralarında bölmüşlər. Qoyunları neçəyə satdıqlarını xatırlamır. Bu məsələdən sonra 23 fevral 2022-ci il tarixdə səhər saatlarında o və Elşad sonuncunun idarə etdiyi avtomobillə Bakı şəhərində Bərdə rayon istiqamətində yola düşmüşlər. Saat 10-11 radələrində Hacıqabul rayonu Padar kəndi ərazisində olarkən yolun kənarında qoyun sürüsünü görüb qərara gəlmişlər ki, həmin sürüdən bir ədəd qoyun götürsünlər. Buna görə Elşad avtomobili həmin qoyun sürüsünün yanında yolun kənarında saxlamışdır. O, cəld avtomobildən düşüb sürünün içərisindən bir ədəd qoyunu qucağına alıb avtomobilin yanına gətirmiş, qoyun böyük olduğuna görə Elşad sükan arxasında düşmüş və ona kömək edərək, birlikdə qoyunu avtomobilin arxa oturacağına qoymuşlar və cəld avtomobilə oturmuşlar, Elşad avtomobili idarə edib oradan uzaqlaşmışlar. Sürünün yanında iki nəfər şəxs olmuşdur. Həmin şəxslərin onu görübgörmədiklərini bilmir. Həmin vaxt onlar avtomobili Bərdə rayonu istiqamətinə sürmüşlər, lakin bir müddət sonra geriyə Bakı şəhərinə qayıtmışlar. Oğurladıqları qoyunu Bakı şəhərində Binəqədi rayonu ərazisində heyvan bazarında tanımadığı şəxsə satmış və pulunu Elşadla öz arasında bölmüşdür. Bundan sonra Bakı şəhərində Hüseynlə görüşüb, o, Elşad və Hüseyn elşadın avtomobili ilə Bərdə rayonu istiqamətində yola düşmüşlər. 23 fevral 2022-ci il tarixdən 24 fevral 2022-ci il tarixə keçən gecə saat 02 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində olarkən Elşad avtomobili yolun kənarında saxlamış və onlar üçü birlikdə oğurluq məqsədilə Muğan qəsəbəsinə daxil olmuşlar. Qəsəbədə bir qədər gəzib bir ev görmüşlər, həmin evin həyətində tövlə olmuşdur. Qərara gəlmişlər ki, həmin tövlədən oğurluq etsinlər. Buna görə tövlənin qapısını açıb tövləyə daxil olaraq oradan 2 ədəd qoyun götürmüş və qucaqlarında həmin qoyunları avtomobilin yanına gətirərək avtomobilin arxa yük yerinə qoymuşlar. Sonra birlikdə Bakı şəhərinə qayıtmışlar və qoyunları Bakı şəhərində Binəqədi rayonu ərazisində yerləşən bazarda satmışlar və pulu aralarında bölmüşlər. Bundan başqa, 25 fevral 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərində olan zaman qohumları Təqsirləndirilən şəxs3lə və Təqsirləndirilən şəxs2lə razılaşmışlar ki, Bərdə rayonu istiqamətində Elşadın idarə etdiyi Mercedes markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax avtomagistralı boyunca hərəkət etsinlər və yol kənarında olan evlərin birinin tövləsinə daxil olaraq ordan heyvan oğurlasınlar. 25 fevral 2022-ci il tarixdə saat 13 radələrində Ağcəbədi rayonuna gedən kanalüstü magistral yola getmişlər, Ağcəbədi istiqamətinə solda yoldan təxminən 50 metr aralıda görmüşlər ki, tövlənin yanında setka çəpərə qoyunlar salınmışdır. Həmin qoyunlardan oğlurlamaq qərarına gəlmişlər. Biraz getmişlər və dönüb geri qayıtmışlar. Elşad maşını həmin çəpərin yanından biraz arxada saxlamış və o, Hüseynlə maşından düşüb həmin yerə getmişlər. Hüseyn setka çəpərin üstündən tullanıb içəri keçmiş, qoyunlardan ikisini götürüb setka çəpərin üstündən ona vermiş, o da gətirib qoyunları maşının arxa salonuna qoymuşdur. Sonra həmin qoyunları Bərdə rayonu Əliyanlı kəndində olan qəssəbxanaya 110 manata satmışlar. Qoyunların satışından əldə etdikləri pulları isə üçü öz aralarında bölmüşlər və birlikdə Bərdə rayonu istiqamətindən Bakı şəhərinə yola düşmüşlər. Yolda olarkən restoranların birində oturub birlikdə yemək yemişlər və əldə etdikləri pullardan xərcləmişlər. Bundan başqa, 26 fevral 2022-ci il tarixdə saat 02 radələrində Bərdə rayonundan qayıdan zaman Kürdəmir rayonu Sığırlı kənd ərazisində olan zaman o, yol kənarında olan evlərin birinin qarşısında Elşada avtomobili saxlamağını demişdir. Elşad avtomobili Bakı-Qazax yolunun Kürdəmir rayonu Sığırlı kənd ərazisindən keçən hissəsində, yolun kənarında saxlamış, o, Hüseynlə avtomobildən düşmüşlər və yolun sağ kənarında, yoldan biraz aşağı hissədə yerləşən evə tərəf getmişlər. O, darvazanın sol tərəfindən həyətə daxil olmuş, Huseyn isə tövlənin küçəyə olan arxa qapısının qarşısında dayanmışdır. O, qapını açmış, sonra gedib Elşadın avtomobilinə yaxınlaşmış və avtomobili yolun sağ kənarında yerləşən evin qarşısına verməsini demişdir. Elşad avtomobili arxaya verərək, tövlənin qarşısında saxlamış və baqajı açmış, onlar tövləyə daxil olmuşlar, tövlədən bir baş dananı oğurlayaraq avtomobilin baqajına qoymuşlar. Təxminən iri buynuzlu heyvanın diri çəkisi 70-80 kq olmuş, həmin heyvanı götürdükdən sonra Bakı şəhərinə aparmışlar. Heyvanın çəkisi az olduğu üçün qəssaba müraciət etməmişlər. Oğurladıqları dananı Bakı şəhəri Binəqədi rayon ərazisində yerləşən mal bazarında tanımadıqları şəxsə 300 manata satmışlar. Həmin pulu o, Elşad və Hüseyn bölmüşlər, hərəsinə 100 manat pul düşmüşdür. Bundan başqa, 26 fevral 2022-ci il tarixdə gündüz vaxtı Bakı şəhərində olarkən qohumları Təqsirləndirilən şəxs3lə və Təqsirləndirilən şəxs2lə razılaşmışlar ki, Bərdə rayonu istiqamətində Elşadın idarə etdiyi Mercedes markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etsinlər və yol kənarında olan evlərin birinin tövləsinə daxil olaraq ordan heyvan oğurlasınlar. Həmin gün saat 15 radələrində Bərdə rayonu ərazisindən 25 fevral 2022-ci il tarixdə 2 baş qoyun oğurladıqları yerin yanına gəlmişlər. Elşad avtomobili idarə edib yenə maşını əvvəlki saxladığı yerdə saxlamış və maşının içində gözləmişdir. O və Hüseyn maşından düşüb xırdabuynuzlu heyvanların salındığı setka çəpərə yaxınlaşmışlar. Yenə Hüseyn xırdabuynuzlu heyvanların salındığı yerə setkanın üstündən tullanıb daxil olmuş və orada saxlanılan xırdabuynuzlu heyvanlardan 1 baş dişi qoyunu oğurlayıb setkanın üstündən ona vermişdir. O, qoyunu maşının baqajına qoymuşdur. Sonra həmin qoyunu Yevlax rayonu ərazisinə aparıb orada 50 manata satmışlar. Bundan başqa, 27 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixə keçən gecə saat 02 radələrində Bərdə rayonunda Qurdlar kəndində tanımadığı şəxsin yola tərəf qapısı olan tövlədən beş baş quzu oğurlamışlar. Belə ki, maşını Elşad tövlədən təxminən 100 metr aralıda saxlamışdır. O və Hüseyn tövlənin yol tərəfdən olan qapısını açıb tövləyə daxil olmuşlar və iki baş quzunu oğurlayıb gətirib maşının baqajına qoymuşlar. Sonra yenə birlikdə həmin tövləyə qayıdıb həmin tövlədən üç baş quzu oğurlayıb aparmışlar. Cəmi beş baş xırdabuynuzlu heyvanı oğurlayıb maşının baqajına qoymuşlar və Bakı şəhərinə getmişlər. Oğurladıqları beş baş quzunu Bakı şəhərində Biləcəri qəsəbəsində tanımadıqları qəssaba 710 manata satmışlar. 50 manat benzinə çıxmışlar. Qalan pulu aralarında bərabər bölmüşlər. Sonra evə getmişlər. Bundan başqa, 04 mart 2022-ci il tarixdə saat 23 radələrində yenə də oğurluq etmək məqsədi ilə o, Huseyn, Elşad və əmisi Vəliyev X4 avtomobili ilə Bakı şəhərindən Hacıqabul rayonu istiqamətində yola düşmüşlər. Onlar 05 mart 2022-ci il tarixdə saat 02 radələrində Hacıqabul rayonu Atbulaq kəndinə gəldikdə, avtomobil ilə kəndin içərisində bir qədər gəzmişlər və münasib bir yer taparaq oradan oğurluq etmək qərarına gəlmişlər. Həmin evin həyətində tövlə olmuş və tövlənin küçəyə baxan qapısı olmuşdur. Elşad avtomobili evin yanında saxlamış və o, Etibar və Huseyn avtomobildən düşmüşlər. Elşad avtomobili kənarda saxlayıb yanlarına gələnə kimi o, tövlənin küçəyə baxan qapısını açmışdır. Orada aralarında olan razılığa əsasən Etibar küçədə dayanmış, o, Elşad və Huseyn tövləyə daxil olmuşlar. Tövlədə inək olmuş, qoyunlar isə tövlədən evin həyətinə açılan qapıdan çıxdıqda oradakı hasara alınmış xüsusi yerdə olmuşdur. Elşad tövlədə olan pəncərədən evin həyətinə baxmağa başlamış, o, Huseynlə qoyunların 4 ədədini tövləyə salmışlar və hər biri 1 ədəd qoyun götürüb küçəyə çıxmışlar. Elşad isə tövlədəki pəncərədən evin həyətinə baxmışdır ki, kimsə gəlsə xəbər etsin. O və Huseyn hərəsi 1 ədəd qoyun götürüb çıxdıqda tövlədə olan digər 2 qoyun tövlədən küçəyə qaçmışlar. Onlar qoyunları avtomobilin arxa yük yerinə qoyduqdan sonra küçədə olan 2 qoyunu da tutmuşlar və avtomobilin arxa yük yerinə qoymuşlar. Sonra onlar Bakı şəhərinə yola düşmüşlər və Bakı şəhərində həmin 4 ədəd qoyunu Binəqədi rayonu ərazisindəki bazarda satmışlar, pulu isə aralarında bölmüşlər. Qoyunları neçəyə satdıqlarını isə xatırlamır. Yuxarıda qeyd olunan oğurluqlardan başqa heç bir oğurluq etməmişdir. Törətdiyi əməllərdən peşmandır. Onlar oğurluq cinayətlərini törədərkən onları kənardan görən olmamışdır. Hacıqabul rayonu Padar kəndi ərazisində qoyunu oğurlayan zaman kənarda həmin qoyunlara nəzarət edən şəxsin olduğunu gördüyü zaman törətdiyi cinayət əməlinin ifşa oluna biləcəyini dərk etmiş və başa düşmüşdür. Bərdə RPŞ-də ifadəni müstəntiq onun sözləri ilə yazsa da, bir qədər səhvlərə yol vermişdir. Onlar Bərdə rayonu ərazisindən Ağcəbədi istiqamətinə solda yoldan təxminən 50 metr aralıda olan tövlədən 25 fevral 2022-ci il tarixdə iki baş qoyun oğurlamışlar və həmin qoyunları Bərdə rayonunda olan qəssaba satmışlar. Həmin yerdən bir ədəd qoyunu isə 26 fevral 2022-ci il tarixdə saat 15 radələrində oğurlamışlar. Bərdə rayonu ərazisində törətdikləri oğurluqlar zamanı Təqsirləndirilən şəxs4 onlarla birlikdə olmamışdır. Sadəcə olaraq Bərdə RPŞ-də ifadəni müstəntiq kompüter vasitəsilə yazmış və səhvən həmin oğurluqlarda Etibarın da yanlarında olduğunu qeyd etmişdir. Lakin Etibar onlarla olmamışdır. Bərdə RPŞ-də müstəntiq tərəfindən ifadəsi səhv alınmış, o da həmin ifadəyə oxumayıb imza etmişdir. Hazırda ifadəsində hər şeyi olduğu kimi qeyd edir və Qullar kəndi ərazisindən 5 ədəd qoyun oğurlamışlar. O, baş vermiş oğurluq hadisələri ilə bağlı hər şeyi yuxarıda ifadəsində göstərmiş, başqa oğurluq etməmişdir. Padar qəsəbəsində yolun kənarındakı sürüdən qoyunu o, və Elşad götürmüşdür. Hüseyn və Etibar onlarla olmamışdır. Törətdiyi əməldən peşman olmuşdur, zərərçəkmiş şəxslərə vurduqları 4.125 manat maddi zərəri tamamilə ödəmişlər. Zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. O, fəhlə işləyir və ailəsinin maddi təminatını ödəyir. Onun əmisi X6 xx.xx.1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşdə şəhid olmuşdur, digər əmisi X7 ikinci Qarabağ müharibəsində iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Baş Nazirinin xx.xx.2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Bütün bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, onun özünə məxsus Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2022-ci ilin fevral ayının əvvəllərində maddi sıxıntıları olduğu üçün xalası oğlu X11 və dayısı oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etməyə qərar vermişlər. 19 fevral 2022-ci il tarixdə Huseyn və Təhmasib Bakı şəhərindən Bərdə rayonuna taksi avtomobillə yola düşmüşlər. Həmin gün Təhmasib onunla əlaqə saxlayıb Hacıqabul rayonu Nəvahi kəndi ərazisində avtomobilin xarab olduğunu və gəlib onları aparmasını istəmişdir. O, idarə etdiyi Mersedes markalı avtomobillə Bakı şəhərindən çıxıb Hacıqabul rayonu Nəvahi kəndinə gəlmişdir. Həmin gün saat 05 radələrində Huseyn və Təhmasiblə Nəvahi kəndindən 1 ədəd akkumlyator və 1 ədəd maqnitafon oğurlayıb Bakı şəhərinə qayıtmışlar və onları Bakı şəhərində Binəqədi rayonu ərazisində «Elit» yolu deyilən ərazidə olan metal qəbulu məntəqəsinə 40 manat satmışlar və pulu aralarında bölmüşlər. Bundan sonra yenə də oğurluq etmək üçün Hacıqabul rayonu istiqamətində yola düşmüşlər. 19 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixə keçən gecə Hacıqabul rayonu Atbulaq kəndi ərazisində asfalt yolda o, avtomobili saxlamışdır. Həmin vaxt hava qaranlıq olmuş və saat 02 radələri olmuşdur. Onlar üçü avtomobildən düşüb Atbulaq kəndinə daxil olmuşlar və kəndi gəzməyə başlamışlar. Kənddə bir ev və evin həyətində tövlə olduğunu görüb, qərara gəlmişlər ki, həmin tövləyə daxil olub oğurluq etsinlər. Həmin vaxt Təhmasib və Huseyn ona demişlər ki, gedib avtomobili gətirsin. O, avtomobilin yanına gəlmişdir. Avtomobilin yanına gəlib çatana kimi Təhmasib və Huseyn bir ədəd qoyunu qucaqda gətirmişlər. O, avtomobilin arxa yük yerini açıb qoyunu oraya qoymuşlar. Sonra yenidən üçü həmin evin yanına gəlmişlər və həmin evin həyətində olan tövlədən bir ədəd də qoyun oğurlayıb birlikdə avtomobilin yanına gəlmişlər. Qoyunu avtomobilin arxa yük yerinə qoymuşlar. Sonra o, avtomobili idarə edib Bakı şəhərinə yola düşmüşlər və Bakı şəhərində Binəqədi rayonu ərazisində yerləşən bazarda qoyunları satmışlar və pulu aralarında bölmüşlər. Qoyunları neçəyə satıldığını xatırlamır. Bu məsələdən sonra 23 fevral 2022-ci il tarixdə səhər saatlarında yenə də o və Təhmasib onun idarə etdiyi avtomobillə Bakı şəhərində Bərdə rayon istiqamətində yola düşmüşlər. Saat 10-11 radələrində Hacıqabul rayonu Padar kəndi ərazisində olarkən yolun kənarında qoyun sürüsünü görüb qərara gəlmişlər ki, həmin sürüdən bir ədəd qoyun götürüb talasınlar. Buna görə o, avtomobili həmin qoyun sürüsünün yanında yolun kənarında saxlamış və Təhmasib cəld avtomobildən düşüb sürünün içərisindən bir ədəd qoyunu qucağına alıb avtomobilin arxa oturacağına qoymaq istəmişdir. Lakin qoyun böyük olduğuna görə gücü çatmadığını görüb, tez sükan arxasından düşmüş, Təhmasibə kömək edərək qoyunu avtomobilin arxa oturacağına qoymuşlar. Sonra Təhmasiblə birlikdə cəld avtomobilə oturmuşlar, o, avtomobili idarə edib oradan uzaqlaşmışdır. Sürünün başında iki nəfər şəxs olmuşdur. Həmin şəxslərin Təhmasibi və onu görübgörmədiklərini bilmir. Həmin vaxt o, avtomobili Bərdə rayonu istiqamətinə sürmüş, lakin bir müddət sonra geriyə Bakı şəhərinə qayıtmışlar. Həmin vaxt Hüseyn onların yanında olmamışdır. Oğurladıqları qoyunu Bakı şəhərində Binəqədi rayonu ərazisində heyvan bazarında tanımadığı şəxsə satdıqdan sonra yenə də Bərdə rayonu istiqamətində yola düşmüşlər. Həmin vaxt Bakı şəhərində Hüseynlə görüşüb sonuncunu da yanlarında aparmışlar. 23 fevral 2022-ci il tarixdən 24 fevral 2022-ci il tarixə keçən gecə saat 02 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində olarkən o, avtomobili yolun kənarında saxlamış və onlar üçü birlikdə oğurluq məqsədilə Muğan qəsəbəsinə daxil olmuşlar. Qəsəbədə bir qədər gəzib bir ev görmüşlər, həmin evin həyətində tövlə vardır. Qərara gəlmişlər ki, həmin tövlədən oğurluq etsinlər. Buna görə tövlənin qapısını açıb tövləyə daxil olaraq oradan 2 ədəd qoyunu götürmüşlər və qucaqlarında həmin qoyunları avtomobilin yanına gətirərək avtomobilin arxasındakı yük yerinə qoymuşlar. Sonra birlikdə Bakı şəhərinə qayıtmışlar və qoyunları Bakı şəhərində Binəqədi rayonu ərazisində yerləşən bazarda satmışlar və pulu aralarında bölmüşlər. Bundan başqa, 25 fevral 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərində olan zaman qohumları Təqsirləndirilən şəxs3lə və Təqsirləndirilən şəxs1lə razılaşmışlar ki, Bərdə rayonu istiqamətində onun idarə etdiyi Mercedes markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax avtomagistralı boyunca hərəkət etsinlər və yol kənarında olan evlərin birinin tövləsinə daxil olaraq ordan heyvan oğurlasınlar. 25 fevral 2022-ci il tarixdə saat 13 radələrində Ağcəbədi rayonuna gedən kanalüstü magistral yola getmişlər, Ağcəbədi istiqamətinə solda yoldan təxminən 50 metr aralıda görmüşlər ki, tövlənin yanında setka çəpərdə qoyunlar salınmışdır. Həmin qoyunlardan oğlurlamaq qərarına gəlmişlər. Biraz getmişlər və dönüb geri qayıtmışlar. O, maşını həmin çəpərin yanından biraz arxada saxlamış və o, Təhmasib və Hüseyn maşından düşüb həmin yerə getmişlər. Hüseyn setka çəpərin üstündən tullanıb içəri keçmiş, qoyunlardan ikisini götürüb setka çəpərin üstündən Təhmasibə vermiş, Təhmasib də gətirib qoyunları maşının arxa salonuna qoymuşdur. Sonra həmin qoyunları Bərdə rayonu, Əliyanlı kəndində olan qəssəbxanaya 110 manata satmışlar. Qoyunların satışından əldə etdikləri pulları isə üçü öz aralarında bölmüşlər və birlikdə Bərdə rayonu istiqamətindən Bakı şəhərinə yola düşmüşlər. Yolda olarkən restoranların birində oturub birlikdə yemək də yemişlər və əldə etdikləri pullardan xərcləmişlər. Bundan başqa, 26 fevral 2022-ci il tarixdə saat 02 radələrində Bərdə rayonundan qayıdan zaman Kürdəmir rayonu Sığırlı kənd ərazisində olan zaman Təhmasib yol kənarında olan evlərin birinin qarşısında avtomobili saxlamağını demiş, o, avtomobili Bakı-Qazax yolunun Kürdəmir rayonu, Sığırlı kənd ərazisindən keçən hissəsində, yolun kənarında saxlamış, Hüseyn və Təhmasib avtomobildən düşmüşlər və yolun sağ kənarında, yoldan bir az aşağı hissədə yerləşən evə tərəf getmişlər. Təxminən 8-10 dəqiqədən sonra Təhmasib onun avtomobilinə yaxınlaşmış və avtomobili yolun sağ kənarında yerləşən evin qarşısına verməyini demişdir. O da avtomobili arxaarxaya verərək, tövlənin qarşısında saxlamış və baqajı açaraq, Təhmasib və Huseyn tövləyə daxil olmuş, tövlədən bir baş dananı çölə çıxarmışlar, onlar birlikdə dananı oğurlayaraq avtomobilin baqajına qoymuşlar. Təxminən iri buynuzlu heyvanın diri çəkisi 70-80 kq olmuş, həmin heyvanı götürdükdən sonra Bakı şəhərinə aparmışlar. Heyvanın çəkisi az olduğu üçün qəssaba müraciət etməmişlər, həmin oğurladıqları heyvanı Bakı şəhəri Binəqədi rayon ərazisində yerləşən mal bazarında tanımadıqları şəxsə 300 manata satmışlar. Həmin pulu Hüseyn, Təhmasib və o bölmüşlər, hərəsinə 100 manat pul düşmüşdür. Bundan başqa, 26 fevral 2022-ci il tarixdə gündüz vaxtı Bakı şəhərində olarkən qohumları Təqsirləndirilən şəxs3lə və Təqsirləndirilən şəxs1lə razılaşmışlar ki, Bərdə rayonu istiqamətində onun idarə etdiyi Mercedes markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etsinlər və yol kənarında olan evlərin birinin tövləsinə daxil olaraq ordan heyvan oğurlasınlar. Həmin gün saat 15 radələrində Bərdə rayonu ərazisindən xx.xx.2022-ci il tarixdə 2 baş qoyunu oğurladıqları yerin yanına gəlmişlər. O, avtomobili idarə edib yenə maşını əvvəlki saxladığı yerdə saxlamış və maşının içində gözləmişdir. Təhmasib və Hüseyn isə maşından düşüb xırdabuynuzlu heyvanların salındığı setka çəpərə yaxınlaşmışlar. Yenə Hüseyn xırdabuynuzlu heyvanların salındığı yerə setkanın üstündən tullanıb daxil olmuş və orada saxlanılan xırdabuynuzlu heyvanlardan 1 baş dişi qoyun oğurlayıb setkanın üstündən Təhmasibə vermiş və Təhmasib qoyunu maşının baqajına qoymuşdur. Sonra həmin qoyunu Yevlax rayonu ərazisinə aparıb orada 50 manata satmışlar. Bundan başqa, 27 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixə keçən gecə saat 02 radələrində Bərdə rayonunda Qurdlar kəndində tanımadığı şəxsin yola tərəf qapısı olan tövlədən beş baş quzu oğurlamışlar. Belə ki, maşını o, tövlədən təxminən 100 metr aralıda saxlamışdır. Təhmasib və Hüseyn tövlənin yol tərəfdən olan qapısını açıb tövləyə daxil olmuşlar və iki baş quzunu oğurlayıb gətirib maşının baqajına qoymuşlar. Sonra yenə birlikdə həmin tövləyə qayıdıb həmin tövlədən üç baş quzu oğurlayıb aparmışlar. Cəmi beş baş xırdabuynuzlu heyvanları oğurlayıb maşınının baqajına qoymuşlar və Bakı şəhərinə getmişlər. Oğurladıqları beş baş quzuları Bakı şəhərində Biləcəri qəsəbəsində tanımadıqları qəssaba 710 manata satmışlar. 50 manat benzinə çıxmışlar. Qalan pulu aralarında bərabər bölmüşlər. Sonra evə getmişlər. Bundan başqa, 04 mart 2022-ci il tarixdə saat 23 radələrində yenə də oğurluq etmək məqsədi ilə o, Huseyn, Təhmasib və dayısı Təqsirləndirilən şəxs4 onun avtomobili ilə Bakı şəhərindən Hacıqabul rayonu istiqamətində yola düşmüşlər. Onlar 05 mart 2022-ci il tarixdə saat 02 radələrində Hacıqabul rayonu Atbulaq kəndinə gəldikdə, avtomobil ilə kəndin içərisində bir qədər gəzmişlər və münasib bir yer taparaq oradan oğurluq etmək qərarına gəlmişlər. Həmin evin həyətində tövlə vardır və tövlənin küçəyə baxan qapısı vardır. O, avtomobili evin yanında saxlamış və Etibar, Təhmasib və Huseyn avtomobildən düşmüşlər. O isə avtomobili bir qədər idarə edib kənarda saxlamış və avtomobildən düşərək Təhmasibgilin yanına gəlmişdir. Onlar artıq tövlənin qapısını açmışlar. Orada aralarında olan razılığa əsasən Etibar küçədə dayanmış, o, Təhmasib və Huseyn tövləyə daxil olmuşlar. Tövlədə inək olmuş, qoyunlar isə tövlədən evin həyətinə açılan qapıdan çıxdıqda oradakı hasara alınmış xüsusi yerdə olmuşdur. O, tövlədə olan pəncərədən evin həyətinə baxmağa başlamış, Huseyn və Təhmasib isə qoyunların 4 ədədini tövləyə salmışlar və hər biri 1 ədəd qoyun götürüb küçəyə çıxmışlar. O isə tövlədəki pəncərədən evin həyətinə baxmışdır ki, kimsə gəlsə xəbər etsin. Təhmasib və Huseyn hərəsi 1 ədəd qoyun götürüb çıxdıqda tövlədə olan digər 2 qoyun tövlədən küçəyə qaçmışlar. O, tövlədə olarkən Huseyn və Təhmasibin həmin qoyunları tutmaq istədiklərini eşitmış və çölə çıxmışdır ki, səs etməsinlər. Daha sonra küçədə olan qoyunları da tutmuşlar və avtomobilin arxa yük yerinə qoyaraq oradan uzaqlaşmışlar. Onlar Bakı şəhərinə yola düşmüşlər və Bakı şəhərində həmin 4 ədəd qoyunu Binəqədi rayonu ərazisindəki bazarda satmışlar, pulu isə aralarında bölmüşlər. Qoyunları neçəyə satdıqlarını isə xatırlamır. Yuxarıda qeyd olunan oğurluqlardan başqa heç bir oğurluq etməmişdir. Oğurluq cinayətlərini törədərkən onları kənardan görən olmamışdır. Hacıqabul rayonu Padar kəndi ərazisində Təhmasiblə birlikdə qoyunu oğurlayan zaman kənarda həmin qoyunlara nəzarət edən şəxsin olduğunu gördüyü zaman törətdiyi cinayət əməlinin ifşa oluna biləcəyini dərk etmiş və başa düşmüşdür. Bərdə RPŞ-də ifadəni müstəntiq onun sözləri ilə yazsa da, bir qədər səhvlərə yol vermişdir. Onlar Bərdə rayonu ərazisindən Ağcəbədi istiqamətinə solda yoldan təxminən 50 metr aralıda olan tövlədən 25 fevral 2022-ci il tarixdə iki baş qoyun oğurlamışlar və həmin qoyunları Bərdə rayonunda olan qəssaba satmışlar. Həmin yerdən bir ədəd qoyunu isə 26 fevral 2022-ci il tarixdə saat 15 radələrində oğurlamışlar. Bərdə rayonu ərazisində törətdikləri oğurluqlar zamanı Təqsirləndirilən şəxs4 onlarla birlikdə olmamışdır. Sadəcə olaraq Bərdə RPŞ-də ifadəni müstəntiq kompüter vasitəsilə yazmış və səhvən həmin oğurluqlarda Etibarın da yanlarında olduğunu qeyd etmişdir. Lakin Etibar onlarla olmamışdır. Qeyd etdiyi kimi Bərdə RPŞ-də müstəntiq tərəfindən ifadəsi səhv alınmış, o da həmin ifadəyə oxumayıb imza etmişdir. Hazırda ifadəsində hər şeyi olduğu kimi qeyd edir və Qullar kəndi ərazisindən 5 ədəd qoyun oğurlamışlar. Törətdiyi əməldən peşman olmuşdur, zərərçəkmiş şəxslərə vurduqları 4.125 manat maddi zərəri tamamilə ödəmişlər. Zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. O, fəhlə işləyir və ailəsinin maddi təminatını ödəyir. Onun dayısı X6 xx.xx.1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşdə şəhid olmuşdur, digər dayısı X7 ikinci Qarabağ müharibəsində iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə və Azərbaycan Respublikası Baş Nazirinin xx.xx.2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Bütün bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi, ona Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, son zamanlar maddi vəziyyətdən çətinlik çəkdiyi üçün qohumları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etmək qərarına gəlmişlər. 19 fevral 2022-ci il tarixdə o, Təhmasiblə Bakı şəhərindən Bərdə rayonuna taksi avtomobillə yola düşmüşlər. Hacıqabul rayonu Nəvahi kəndinə çatdıqda taksi avtomobil xarab olmuş və Təhmasib Təqsirləndirilən şəxs2 zəng vurub onu çağırmışdır. Elşad özünə məxsus Mersedes markalı **-XV- *** dövlət qeydiyyat nişanlı avtomobillə gəldikdən sonra həmin gün saat 05 radələrində birlikdə Nəvahi kəndindən 1 ədəd akkumlyator və 1 ədəd maqnitafon oğurlayıb Bakı şəhərinə qayıtmışlar və onları Bakı şəhərində Binəqədi rayonu ərazisində «Elit» yolu deyilən ərazidə olan metal qəbulu yerinə 40 manata satmışlar və pulu aralarında bölmüşlər. Bundan sonra yenə də oğurluq etmək üçün Hacıqabul rayonu istiqamətində yola düşmüşlər. 19 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixə keçən gecə Hacıqabul rayonu Atbulaq kəndi ərazisində asfalt yolda Elşad avtomobili saxlamışdır. Həmin vaxt hava qaranlıq olmuş və saat 02 radələri olmuşdur. Onlar üçü avtomobildən düşüb Atbulaq kəndinə daxil olmuşlar və kəndi gəzməyə başlamışlar. Kənddə bir ev və evin həyətində tövlə olduğunu görüb, qərara gəlmişlər ki, həmin tövləyə daxil olub oğurluq etsinlər. Həmin vaxt Təhmasib Elşada demişdir ki, gedib avtomobili gətirsin. Elşad da avtomobilin yanına getmişdir. Həmin vaxt o və Təhmasib tanımadıqları bir nəfərə məxsus evin həyətinə, oradan isə tövləyə daxil olub tövlədən bir ədəd qoyunu götürüb yola düşmüşlər. Onlar Elşadın yanına çatdıqda sonuncu yanlarına gəlmək istəmişdir. Onlar qoyunu avtomobilin arxa yük yerinə qoymuşlar və yenidən üçü həmin evin yanına gəlmişlər. Həmin evin həyətində olan tövlədən bir ədəd də qoyun oğurlayıb birlikdə avtomobilin yanına gəlmişlər və qoyunu avtomobilin arxa yük yerinə qoymuşlar. Sonra Elşad avtomobili idarə edib Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərində Binəqədi rayonu ərazisində yerləşən bazarda qoyunları satmışlar və pulu aralarında bölmüşlər. Qoyunları neçəyə satıldığını xatırlamır. Bundan başqa, 23 fevral 2022-ci il tarixdən 24 fevral 2022-ci il tarixə keçən gecə saat 02 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində Elşad və Təhmasiblə olarkən Elşad avtomobili yolun kənarında saxlamış və onlar üçü birlikdə oğurluq məqsədilə Muğan qəsəbəsinə daxil olmuşlar. Qəsəbədə bir qədər gəzib bir ev görmüşlər, həmin evin həyətində tövlə vardır. Qərara gəlmişlər ki, həmin tövlədən oğurluq etsinlər. Buna görə tövlənin qapısını açıb tövləyə daxil olaraq oradan 2 ədəd qoyun götürmüşlər və qucaqlarında həmin qoyunları avtomobilin yanına gətirərək, avtomobilin arxa yük yerinə qoymuşlar. Sonra birlikdə Bakı şəhərinə qayıtmışlar və qoyunları Bakı şəhərində Binəqədi rayonu ərazisində yerləşən bazarda satmışlar və pulu aralarında bölmüşlər. Bundan başqa, 25 fevral 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərində olan zaman qohumları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə razılaşmışlar ki, Bərdə rayonu istiqamətində Elşadın idarə etdiyi Mercedes markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax avtomagistralı boyunca hərəkət etsinlər və yol kənarında olan evlərin birinin tövləsinə daxil olaraq ordan heyvan oğurlasınlar. 25 fevral 2022-ci il tarixdə saat 13 radələrində Ağcəbədi rayonuna gedən kanalüstü magistral yola getmişlər, Ağcəbədi istiqamətinə solda yoldan təxminən 50 metr aralıda görmüşlər ki, tövlənin yanında setka çəpərdə qoyunlar salınmışdır. Həmin qoyunlardan oğlurlamaq qərarına gəlmişlər. Biraz getmişlər və dönüb geri qayıtmışlar. Elşad maşını həmin çəpərin yanından biraz arxada saxlamış və o, Təhmasib və Elşad maşından düşüb həmin yerə getmişlər. O, setka çəpərin üstündən tullanıb içəri keçmiş, qoyunlardan ikisini götürüb setka çəpərin üstündən Təhmasibə vermiş, Təhmasib də gətirib qoyunları maşının arxa salonuna qoymuşdur. Sonra həmin qoyunları Bərdə rayonu, Əliyanlı kəndində olan qəssəbxanaya 110 manata satmışlar. Qoyunların satışından əldə etdikləri pulları isə üçü öz aralarında bölmüşlər və birlikdə Bərdə rayonu istiqamətindən Bakı şəhərinə yola düşmüşlər. Yolda olarkən restoranların birində oturub birlikdə yemək də yemişlər və əldə etdikləri pullardan xərcləmişlər. Bundan başqa, 26 fevral 2022-ci il tarixdə saat 02 radələrində Bərdə rayonundan qayıdan zaman Kürdəmir rayonu Sığırlı kənd ərazisində olan zaman Təhmasib yol kənarında olan evlərin birinin qarşısında Elşada avtomobili saxlamağını demiş, Elşad avtomobili Bakı-Qazax yolunun Kürdəmir rayonu, Sığırlı kənd ərazisindən keçən hissəsində, yolun kənarında saxlamış, o və Təhmasib avtomobildən düşmüşlər və yolun sağ kənarında, yoldan biraz aşağı hissədə yerləşən evə tərəf getmişlər. Təhmasib darvazanın sol tərəfindən həyətə daxil olmuş, o isə tövlənin küçəyə olan arxa qapısının qarşısında dayanmış, Təhmasib qapını açmış, sonra gedib Elşadın avtomobilinə yaxınlaşmış və avtomobili yolun sağ kənarında yerləşən evin qarşısına verməyini demişdir. Elşad da avtomobili arxa-arxaya verərək, tövlənin qarşısında saxlamış və baqajı açmış, o və Təhmasib tövləyə daxil olmuşlar, tövlədən bir baş dananı çölə çıxarmışlar, hər üçü heyvanı oğurlayaraq avtomobilin baqajına qoymuşlar. Təxminən iri buynuzlu heyvanın diri çəkisi 70-80 kq olmuş, həmin heyvanı götürdükdən sonra Bakı şəhərinə aparmışlar. Heyvanın çəkisi az olduğu üçün qəssaba müraciət etməmişlər, həmin oğurladıqları heyvanı Bakı şəhəri Binəqədi rayon ərazisində yerləşən mal bazarında tanımadıqları şəxsə 300 manata satmışlar. Həmin pulu o, Elşad və Təhmasib bölmüşlər, hərəsinə 100 manat pul düşmüşdür. Bundan başqa, 26 fevral 2022-ci il tarixdə gündüz vaxtı Bakı şəhərində olarkən qohumları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə razılaşmışlar ki, Bərdə rayonu istiqamətində Elşadın idarə etdiyi Mercedes markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etsinlər və yol kənarında olan evlərin birinin tövləsinə daxil olaraq ordan heyvan oğurlasınlar. Həmin gün saat 15 radələrində Bərdə rayonu ərazisindən 25 fevral 2022-ci il tarixdə 2 baş qoyun oğurladıqları yerin yanına gəlmişlər. Elşad avtomobili idarə edib yenə maşını əvvəlki saxladığı yerdə saxlamış və maşının içində gözləmişdir. O və Təhmasib isə maşından düşüb xırdabuynuzlu heyvanların salındığı setka çəpərə yaxınlaşmışlar. Yenə o, qoyunların salındığı yerə setkanın üstündən tullanıb daxil olmuş və orada saxlanılan heyvanlardan 1 baş dişi qoyun oğurlayıb setkanın üstündən Təhmasibə vermiş və Təhmasib qoyunu maşının baqajına qoymuşdur. Sonra həmin qoyunu Yevlax rayonu ərazisinə aparıb orada 50 manata satmışlar. Bundan başqa, 27 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixə keçən gecə saat 02 radələrində Bərdə rayonunda Qurdlar kəndində tanımadığı şəxsin yola tərəf qapısı olan tövlədən beş baş quzu oğurlamışlar. Belə ki, maşını Elşad tövlədən təxminən 100 metr aralıda saxlamışdır. Təhmasib və o, tövlənin yol tərəfdən olan qapısını açıb tövləyə daxil olmuşlar və iki baş quzunu oğurlayıb gətirib maşının baqajına qoymuşlar. Sonra yenə birlikdə həmin tövləyə qayıdıb həmin tövlədən üç baş quzu oğurlayıb aparmışlar. Cəmi beş baş qoyunu oğurlayıb maşının baqajına qoymuşlar və Bakı şəhərinə getmişlər. Oğurladıqları beş baş quzuları Bakı şəhərində Biləcəri qəsəbəsində tanımadıqları qəssaba 710 manata satmışlar. 50 manat benzinə çıxmışlar. Qalan pulu aralarında bərabər bölmüşlər. Sonra evə getmişlər. Bundan başqa, 04 mart 2022-ci il tarixdə saat 23 radələrində yenə də oğurluq etmək məqsədi ilə o, Təhmasib, Elşad və qohumu Vəliyev X4 avtomobili ilə Bakı şəhərindən Hacıqabul rayonu istiqamətində yola düşmüşlər. Onlar 05 mart 2022-ci il tarixdə saat 02 radələrində Hacıqabul rayonu Atbulaq kəndinə gəldikdə, avtomobil ilə kəndin içərisində bir qədər gəzmişlər və münasib bir yer taparaq oradan oğurluq etmək qərarına gəlmişlər. Həmin evin həyətində tövlə olmuş və tövlənin küçəyə baxan qapısı olmuşdur. Elşad avtomobili evin yanında saxlamışdır. O, Etibar və Təhmasib avtomobildən düşmüşlər. Elşad avtomobili kənarda saxlayıb yanlarına gələnə kimi Təhmasib tövlənin küçəyə baxan qapısını açmışdır. Orada aralarında olan razılığa əsasən Etibar küçədə dayanmışdır. O, Elşad və Təhmasib tövləyə daxil olmuşlar. Tövlədə inək vardır, qoyunlar isə tövlədən evin həyətinə açılan qapıdan çıxdıqda oradakı hasara alınmış xüsusi yerdə olmuşdur. Elşad tövlədə olan pəncərədən evin həyətinə baxmağa başlamışdır, Təhmasib və o isə qoyunların 4 ədədini tövləyə salmışlar və hər biri 1 ədəd qoyun götürüb küçəyə çıxmışlar. Elşad isə tövlədəki pəncərədən evin həyətinə baxmışdır ki, kimsə gəlsə xəbər etsin. O və Təhmasib hərəsi 1 ədəd qoyun götürüb çıxdıqda tövlədə olan digər 2 qoyun tövlədən küçəyə qaçmışlar. Onlar qoyunları avtomobilin arxa yük yerinə qoyduqdan sonra küçədə olan 2 qoyunu da tutmuşlar və avtomobilin arxa yük yerinə qoymuşlar. Sonra onlar Bakı şəhərinə yola düşmüşlər və Bakı şəhərində həmin 4 ədəd qoyunu Binəqədi rayonu ərazisindəki bazarda satmışlar, pulu isə aralarında bölmüşlər. Qoyunları neçəyə satdıqlarını isə xatırlamır. Təqsirləndirilən şəxs3 ifadəsində həmçinin göstərmişdir ki, oğurluq cinayətlərini törədərkən onları kənardan görən olmamışdır. Oğurluq yolu ilə əldə etdikləri heyvanları satdıqları şəxslərə onların oğurluq olması barədə məlumat verməmişlər. Bərdə RPŞ-də ifadəni müstəntiq onun sözləri ilə yazsa da, bir qədər səhvlərə yol vermişdir. Onlar Bərdə rayonu ərazisindən Ağcəbədi istiqamətinə solda yoldan təxminən 50 metr aralıda olan tövlədən 25 fevral 2022-ci il tarixdə iki baş qoyun oğurlamışlar və həmin qoyunları Bərdə rayonunda olan qəssaba satmışlar. Həmin yerdən bir ədəd qoyunu isə 26 fevral 2022-ci il tarixdə saat 15 radələrində oğurlamışlar. Bərdə rayonu ərazisində törətdikləri oğurluqlar zamanı Təqsirləndirilən şəxs4 onlarla birlikdə olmamışdır. Sadəcə olaraq Bərdə RPŞ-də ifadəni müstəntiq kompüter vasitəsilə yazmış və səhvən həmin oğurluqlarda Etibarın da yanlarında olduğunu qeyd etmişdir. Lakin Etibar onlarla olmamışdır. Qeyd etdiyi kimi Bərdə RPŞ-də müstəntiq tərəfindən ifadəsi səhv alınmış, o da həmin ifadəyə oxumayıb imza etmişdir. Hazırda ifadəsində hər şeyi olduğu kimi qeyd edir və Qullar kəndi ərazisindən 5 ədəd qoyun oğurlamışlar. O, özünü soyğunçuluq cinayətini törətməkdə təqsirli bilmir. Çünki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 23 fevral 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Padar kəndi ərazisində Bakı-Qazax avtomobil yolunun kənarında otlayan qoyun sürüsündən Zərərçəkmiş şəxs3 məxsus 140 manat dəyərində bir baş xırdabuynuzlu qoyunun oğurlanmasında iştirak etməmişdir. O, 23 fevral 2022-ci il tarixdə Bakı şəhərində anası Quliyeva Sadəgülüün doğum günündə olmuş, ailə üzvləri ilə birlikdə anasının ad gününü qeyd etmiş, kabab bişirmişdir. Həmin gün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə görüşməmiş və heç bir cinayət törətməmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Zərərçəkmiş şəxslərə vurduqları maddi zərəri tamamilə ödəmişlər. Zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Evlidir, arvadı, iki azyaşlı övladı, 2-ci qrup əlil olan atası və xx.xx.2011-ci il təvəlllüdlü qardaşı X14 onun himayəsindədir. Ailədə ondan başqa qazanc gətirən yoxdur. Onun dayısı X6 xx.xx.1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşdə şəhid olmuşdur, digər dayısı X7 ikinci Qarabağ müharibəsində iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə və Azərbaycan Respublikası Baş Nazirinin xx.xx.2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Bütün bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs4 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, qardaşı oğlu Təqsirləndirilən şəxs1 son zamanlar onun evində yaşamışdır. 04 mart 2022-ci il tarixdə axşam saatlarında evdə olarkən Təhmasib demişdir ki, qohumları X11 və Təqsirləndirilən şəxs2 ilə Hacıqabul rayonuna oğurluğa gedirlər, istəyirsə o da gəlsin. O, həbsdən təzə çıxdığı üçün əvvəlcə getmək istəməmiş, lakin maddi vəziyyəti ağır olduğu üçün razılaşmışdır. 04 mart 2022-ci il tarixdə saat 23 radələrində oğurluq etmək məqsədi ilə o, Huseyn, Elşad və Təhmasib Elşadın idarə etdiyyi Mersedes markalı avtomobillə Bakı şəhərindən Hacıqabul rayonu istiqamətində yola düşmüşlər. Onlar 05 mart 2022-ci il tarixdə saat 02 radələrində Hacıqabul rayonu Atbulaq kəndinə gəldikdə, avtomobil ilə kəndin içərisində bir qədər gəzmişlər. Münasib bir yer taparaq oradan oğurluq etmək qərarına gəlmişlər. Bir evin həyətində tövlə olduğunu və tövlənin küçəyə baxan qapısı olduğunu görmüşlər. Elşad avtomobili evin yanında saxlamışdır. O, Təhmasib və Huseyn avtomobildən düşmüşlər. Elşad avtomobili kənarda saxlayıb yanlarına gələnə kimi Təhmasib və Huseyn tövlənin küçəyə baxan qapısını açmışlar. Orada aralarında olan razılığa əsasən o, küçədə dayanmış, onlar isə tövləyə girib oradan 4 ədəd qoyun oğurlayaraq gətirmişlər. Onlar qoyunları avtomobilin arxa yük yerinə qoyub Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərində həmin 4 ədəd qoyunu Binəqədi rayonu ərazisindəki bazarda satmışlar, pulu isə aralarında bölmüşlər. Qoyunları neçəyə satdıqlarını xatırlamır. O, qeyd olunan oğurluqdan başqa heç bir oğurluq cinayətində iştirak etməmişdir. Oğurluq cinayətini törədərkən onları kənardan görən olmamışdır. Zərərçəkmiş şəxsə vurduqları maddi zərəri tamamilə ödəmişlər. Zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Evlidir, arvadı, iki azyaşlı övladı onun himayəsindədir. Ailədə ondan başqa qazanc gətirən yoxdur. Onun qardaşı X6 xx.xx.1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşdə şəhid olmuşdur, digər qardaşı X7 ikinci Qarabağ müharibəsində iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə və Azərbaycan Respublikası Baş Nazirinin xx.xx.2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Bütün bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxslər X9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 məhkəməyə ərizə göndərərək, onlara təymiş maddi zərərin tamamilə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə zərərçəkmiş şəxslərin ərizələrini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs X9 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Hacıqabul rayonu Nəvahi qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır. Vaz-2107 markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Avtomobili həmişə yaşadığı evin qarşısında küçədə saxlayır və qapılarını açarla bağlayır. Sonuncu dəfə 18 fevral 2022-ci il tarixdə avtomobili idarə edib axşam saatlarında yaşadığı evin qarşısında küçədə saxlamış və qapılarını bağlamışdır. Növbəti gün, yəni 19 fevral 2022-ci il tarixdə saat 09 radələrində avtomobilin yanına gəlib qapını açıb içəri baxdıqda görmüşdür ki, avtomobilin içərisində olan bir ədəd Pioneer markalı maqnitafon yerində yoxdur və oğurlanmışdır. Həmin vaxt avtomobilin mühərrik hissəsinə baxdıqda orada akkumlyatorun da olmadığını görmüş və onun da oğurlandığını başa düşmüşdür. Həmin ərəfələrdə o, bununla bağlı Hacıqabul RPŞ-yə müraciət etməmişdir. 08 mart 2022-ci il tarixdə isə Hacıqabul RPŞ-dən ona zəng olunduqda polis şöbəsinə gəlmiş və onun avtomobilindən oğurluq edən şəxslərin tutulduğunu öyrəndikdən sonra bununla bağlı ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Pioneer markalı maqnitafonun dəyəri 250 manat, akkumlyatorun dəyəri isə 95 manat olmuş və ona ümumilikdə 345 manat ziyan dəymişdir. Sonradan ona tutulan şəxslərin ailə üzvləri tərəfindən akkumlyator və maqnitafon alınıb ona verilmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Hacıqabul rayonu Atbulaq kəndində qeydiyyatda olmaqla orada yaşayır. O, yaşadığı evin həyətində xırdabuynuzlu və iribuynuzlu heyvanlar saxlayır. Heyvanları saxlamaq üçün evinin həyətində tövləsi var. Heyvanları həm həyətdə, həm də küçədə otladır. 20 fevral 2022-ci il tarixdə heyvanlar çöldə otladıqdan sonra o, heyvanları yaşadığı evin həyətindəki tövləyə salmış və evinə getmişdir. Növbəti gün, yəni 21 fevral 2022-ci il tarixdə heyvanları tövlədən çıxarıb saydıqda 2 baş qoyunun olmadığını görmüşdür. O, həmin gün qoyunları axtarsa da, tapa bilməmişdir. Buna görə başa düşmüşdür ki, qoyunlarının ikisi oğurlanmışdır. Buna görə 22 fevral 2022-ci il tarixdə Hacıqabul RPŞ-yə gələrək ərizə ilə müraciət etmişdir. Hacıqabul RPŞ-də izahat verən zaman o, səhvən qoyunların küçədən aparılıdığını qeyd etmişdir. Əslində qoyunları tövlədən oğurlanmışdır. Qoyunların hər biri 1 il 3 aylıq olmaqla 35 kiloqram çəkidə olmuşlar, hər biri 245 manat olmuş, ona ümumilikdə 490 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, hal-hazırda fərdi sahibkarlıqla, yəni qoyun-quzu saxlamaqla, heyvandarlıqla məşğul olur. Özünə məxsus olan qoyun-quzularını Hacıqabul rayonu Padar ərazisində yerləşən fermada saxlamış və həmin fermadan qışlaq kimi istifadə etmiş, onun qoyun-quzuları xeyli sayda olduğundan həmin təsərrüfat heyvanlarına 2021-ci il sentyabr ayından etibarən tanışları Şahid1 və Şahid2 nəzarət etmişlər, Yaşar çoban olmuş və onun Hacıqabul rayonu Padar kəndi ərazisində yerləşən fermasında qoyunquzuları bəsləmişdir. Özü isə gah həmin fermada, gah da İsmayıllı rayonunda olur və fermaya nəzarət edir. xx.xx.2022-ci il tarixdə fermasında çoban olan Yaşar ona zəng edərək bildirmişdir ki, naməlum şəxslər boz metallik rəngli “Mercedes” markalı avtomobillə Hacıqabul rayonu Padar kəndi ərazisində ona məxsus olan qoyun sürüsünün yanından keçərkən bir ədəd 120 manat dəyərində olan quzunu yolun qırağından götürüb avtomobilə qoyaraq hadisə yerindən uzaqlaşmışlar. Həmin vaxt o, İsmayıllı rayonunda olmuş, daha sonra o, Hacıqabul RPŞ-yə gələrək ona məxsus bir baş quzunun otlayan zaman yolun kənarından çobanının gözü qarşısından naməlum şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Həmin quzu 20 kiloqram çəkidə olmaqla 6 aylıq olmuşdur. Həmin hadisə nəticəsində ona 120 manat ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır. Yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində tövləsi vardır, tövlədə inək, dana, toyuq-cücə və qoyun-quzu saxlayır, heyvandarlıqla məşğul olur. Həmin təsərrüfat heyvanlarını evinin həyətində saxlayır və küçəyə, örüşə çıxartmır, həmin heyvanlar evin həyətində otlayırlar. Sonuncu dəfə 23 fevral 2022-ci il tarixdə heyvanları tövləyə salmış və tövlənin qapısını bağlamışdır. Tövlənin qapısı içəridən bağlanır və içərinin dəmir cəftəsini bağlamaq üçün çöldən xüsusi dəmiri vardır. 24 fevral 2022-ci il tarixdə səhər saatlarında yuxudan ayılıb həyətə düşmüşdür. Həyətə düşüb tövlənin qapısını açaraq heyvanları çölə çıxaran zaman görmüşdür ki, tövlədə olan iki baş qoyun yoxdur. O, bununla bağlı həmin gün Hacıqabul RPŞ-yə gəlib ərizə vermiş və heyvanlarının itməsini qeyd etmişdir. Həmin vaxt heyvanların dəqiq itmiş və ya oğurlandığını bilməmişdir. Buna görə ərizəsində iki baş qoyunun itməsini qeyd etmişdir. Sonradan isə qoyunlarının oğurlanması məlum olduğu üçün o, təkrar ərizə ilə Hacıqabul RPŞ-yə müraciət etmişdir. Ona məxsus iki baş qoyundan biri 1 il 6 aylıq olmaqla 30 kiloqram çəkidə olmuş, dəyəri 200 manat, digər qoyun isə 1 il 8 aylıq olmaqla 35 kiloqram olmuş və dəyəri 300 manat olmuşdur. Ona ümumilikdə 500 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Hacıqabul rayonu Atbulaq kəndində qeydiyyatda olmaqla orada yaşayır, hal-hazırda Atbulaq bələdiyyəsinin sədri işləyir. O, yaşadığı evin həyətində mal-qara saxlayır, həmin heyvanların arasında qoyunlar da vardır. Həmin qoyunlar hər gün həyətdə otladıqdan sonra axşam saatlarında tövləyə salınır. Sonuncu dəfə 04 mart 2022-ci il tarixdə axşam saatlarında qoyunları tövləyə salıb yaşadığı evə daxil olmuşdur. Həmin gün gecə saatlarında həyətdə hər hansı səs-küy eşitməmişdir. Növbəti gün, yəni 05 mart 2022-ci il tarixdə səhər saatlarında evdən həyətə çıxdıqda görmüşdür ki, tövlədə qoyunların 4 başı yoxdur. Həmin vaxt o, tövlənin qapısının açıq olduğunu görüb başa düşmüşdür ki, qoyunlarını oğurlamışlar. Tövlənin iki qapısı vardır ki, həmin qapılardan biri birbaşa küçəyə açılır və qapı içəridən açılır. Həmin qapı da açıq vəziyyətdə olmuşdur. Həmin gün işləri ilə bağlı polis şöbəsinə gəlib ərizə verə bilməmişdir. Ona görə bu gün gəlib ərizə vermişdir. Qoyunların ikisi 1 il 04 aylıq olmaqla 34 kiloqram çəkidə 300 manat dəyərində, biri 08 aylıq olmaqla 25 kiloqram çəkidə 250 manat dəyərində, biri isə 06 aylıq olmaqla 15 kiloqram çəkidə 150 manat dəyərində olmuş, ona ümumi 1000 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, şəxsi təsərrüfatında altı baş inək və üç baş erkək danası vardır, həmin heyvanları yaşadığı evin həyətinin giriş hissəsində sol tərəfdə yerləşən, qapısı həyətyanı bağ sahəsinə və küçəyə açılan tövlədə saxlamışdır. Heyvanlar nobata ötürmür, həyətdə qapalı şəraitdə saxlayır. Tövlənin qapıları dəmirdəndir, tövlənin küçəyə açılan qapını arxadan dəmir keçəcək ilə bağlamışdır. xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində yuxudan oyanıb tövləyə gedib heyvanları açıb buraxmaq istəyəndə görmüşdür ki, erkək danalardan bir baş yerində yoxdur, həmçinin tövlənin küçəyə açılan qapısı içəridən deyil küçə tərəfdən bağlıdır, həmçinin həyətyanı bağ sahəsinin kənarında olan dəmir hasarın bir hissəsi əyilmiş, bilmişdir ki, naməlum şəxs həmin hissədən həyətyanı bağ sahəsinə, oradan da tövləyə girərək tövlədəki ona məxsus təxminən 7 aylıq erkək dananı tövlənin küçə qapısından çıxardıb gizli yolla aparmaqla oğurlamışdır. O, DİN-nin 102 xidmətinə və Kürdəmir RPŞ-na ərizə ilə müraciət edərək, ona məxsus dananı oğurlamış şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Ona məxsus oğurlanmış bir baş erkək dana ağımtılqırmızımtıl rəngli olmuş, orta köklükdə olmuş, diri çəkisi təxminən 90-100 kq olmuşdur. Qiyməti hazırda təxminən 500 manat təşkil etmişdir. Həmin hadisəni heç kim görməmişdir. Zərərçəkmiş şəxs7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, kənd təsərrüfatı ilə məşğul olur. Şəxsi təsərrüfatında 18 baş xırdabuynuzlu heyvanı vardır. Həmin heyvanları özü otarır. Yaşadığı evin həyətində olan tövlənin arxa tərəfində ot tayasının ətrafında dəmir torla əhatələnmiş yer düzəltmişdir. Qoyunları və quzuları gündüz olanda həmin yerə salır ki, ot yesinlər, eyni zamanda da yemini də orada verir. 25 fevral 2022-ci il tarixdə səhər saat təxminən 10 radələrində qoyunları tövlədən çıxardıb həyətdə olan ağıla salmışdır. Həmin günü saat 12.00 radələrində qoyunlara su verməyə gələndə görmüşdür ki, iki baş quzular yoxdur. O, bu barədə bacısının əri X8 demişdir. Etibar gəlmiş və 102 xidmətinə məlumat vermişdir. Sonra hadisə yerinə polislər gəlmişlər. O, tək yaşayır, subaydır, valideynləri vəfat etmişdir. Tək yaşadığına görə heç bir yerə gedə bilmir. Etibar 102 xidmətinə öz adından zəng etdiyinə görə öz adından da polis şöbəsinə ərizə vermişdir. Səhərisi günü xx.xx.2022-ci il tarixdə saat təxminən 17.00 radələrində qoyunları həyətdə olan ağıldan çıxardıb tövləyə salanda görmüşdür ki, bir baş ana qoyun yoxdur, bilmişdir ki, yenə oğurluq olmuşdur. Əmisi oğlu İlhama zəng edib demişdir. Əmisi oğlu İlham gəlmiş və bu barədə 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonra hadisə yerinə polislər gəlmişlər. Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurlanmış üç baş xırdabuynuzlu heyvanların hər biri yeddi aylıq, diri çəkisi 30 kq olan iki baş erkək quzu, bir baş üç illik qoyun olmuşdur. İki baş quzuları 360 manat, bir baş qoyun isə 200 manat olmuşdur. Üç baş xırdabuynuzlu heyvanlarının oğurlanması nəticəsində ona ümumilikdə 560 manat maddi ziyan dəymişdir. Həmin iki baş xırdabuynuzlu heyvanlar ona məxsusdur Etibara məxsus deyil. O, tənha yaşadığına görə Etibar onun heyvanlarının oğurlandığını öz adından ərizə yazmışdır. Həqiqətdə isə həmin heyvanlar ona məxsusdur. O, həmin günü oğurluq olmasını əmisi oğlu Əhlimana demiş, Əhliman da öz adından 102 xidmətinə zəng etsə də ərizəni o, öz adından vermişdir. Zərərçəkmiş şəxs8 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Bərdə rayon Qurtlar kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Kənd təsərrüfatı ilə məşğul olur. Şəxsi təsərrüfatında 100 baş xırdabuynuzlu heyvanı vardır. Həmin heyvanları özləri otarırlar. Axşamlar olanda həmin heyvanları evinin həyətində olan tövləyə salırlar. 27 fevral 2022-ci il tarixdə gecə saat təxminən 24.00 radələrində o, tövlədə olan heyvanlara nəzarət edib evə getmişdir. 28 fevral 2022ci il tarixdə saat 14.00 radələrində o, tövlədə heyvanlara yem verəndə görmüşdür ki, 5 baş iri erkək toğlular yoxdur. Bilmişdir ki, 28 fevral 2022-ci il tarixə keçən gecə saatlarında tövlədən beş baş erkək toğlular oğurlanmışdır. O, dərhal həmin günü beş baş toğlularının oğurlanması barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurlanmış beş baş xırdabuynuzlu heyvanları hər biri, bir il altı aylıq, hər birinin diri çəkisi ayrı-ayrılıqda təxminən 40 kq olmuşdur. İki baş xırdabuynuzlu heyvanı qara rəngli, üç baş isə sarı rəngli olmuşdur. Beş baş xırdabuynuzlu heyvanlarının oğurlanması nəticəsində ona ümumilikdə 1250 manat maddi ziyan dəymişdir. Heyvanların salındığı tövlənin girişində içəriyə açılan dəmir qapı, həm də çölə açılan dəmir barmaqlıqlar vardır. Tövlənin dəmir qapısının rəzəsini çöldən bağlamışlar, lakin qıfıl vurmamışlar. Oğurluq olanda tövlənin giriş qapısının rəzəsini açıb içəri girib oğurlamışlar. Eyni zamanda tövlədən çölə çıxanda da həyətin tövlə tərəfdə olan dəmir qapısının da qıfılını vurmamışlar. Həmin qapının da həm içəridən həm də çöldən açılan rəzəsi vardır. Şahid1 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, 2021-ci ilin oktyabr ayından tanışı Tapdıq adlı şəxsin icarəyə götürdüyü fermada sonuncunun xırda və iri buynuzlu heyvanlarına baxmaq məqsədilə Hacıqabul rayonu Padar kəndində yerləşən fermada ailəsi ilə birlikdə çobanlıq edir. Fermanın otlaq ərazisi Bakı-Qazax avtomagistral yolunun sağ və sol tərəflərində yerləşdiyindən o, mütəmadi olaraq heyvanları yolun kənarında otladır. 23 fevral 2022-ci il tarixdə səhər saatlarında oğlu Elvinlə həmişə olduğu kimi Tapdıqa məxsus heyvanları avtomagistral yolunun sağ tərəfinə keçirmişlər. Həmin vaxt təmizlik işçiləri yolu təmizləmişlər. O, Elvinlə heyvanların qalanını gətirmək üçün yolun əks tərəfinə keçmək istəmişdir. Bu zaman adını bilmədiyi yol işçisi qışqıraraq yolun kənarında dayanan avtomobili göstərib qoyunu tutduğunu demişdir. O, həmin yerə baxdıqda ondan təxminən 100 metr aralıda metallik rəngli Mersedes markalı avtomobilin yolun kənarında dayandığını və avtomobildən düşən iki nəfərin quzunu tutub maşına tərəf apardığını görmüşdür. O, qışqırdığından onlar onu görüb daha da tez bir hərəkətlə quzunu avtomobilə qoyub, özləri də maşına minib oradan uzaqlaşmışlar. O da bundan sonra Tapdıqa mobil telefonla zəng edib olanları danışmışdır. O, qışqıraraq onları çağırmışdır ki, bəlkə onu görüb quzunu atıb gedərlər, lakin həmin şəxslər əksini edib onu gördükdən sonra quzunu avtomobilə qoyub aparmışlar. Avtomobilin qeydiyyat nişanını uzaq olduğu üçün görə bilməmişdir. Avtomobildən düşən şəxslərin üzünü də tam aydın görməmiş, quzu Tapdıqa məxsus olmuşdur. Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Şahid5 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, hazırda 2 saylı Maqistral yolların istismarı MMC-də fəhlə işləyir. 23 fevral 2022-ci il tarixdə səhər saat 08-dən başlayaraq işdə olmuşdur. Onun işi Bakı-Qazax avtomagistral yolunun 133-cü kilometrliyindən 168-ci kilometrliyinə qədər olan hissəsində yolu təmizləməkdən ibarətdir. 23 fevral 2022-ci il tarixdə saat 11 radələrində iş yoldaşları Şahid6 və Şahid7 ilə birlikdə avtomagistral yolun 151-ci kilometrliyində, yəni Hacıqabul rayonu Padar kəndi ərazisində avtomobil yolunda təmizlik işləri görərkən, onlardan təxminən 400- 500 metr aralıda, üzü Kürdəmir rayonu istiqamətində yolun sağ tərəfində Mersedes markalı boz rəngli avtomobil dayanmışdır. Birdən həmin avtomobildən bir nəfər cavan oğlanın düşərək yolun sağ kənarında otlayan qoyun sürüsünə daxil olub, oradan bir ədəd qoyunu qucağına alaraq avtomobilə tərəf hərəkət etdiyini görüb, həmin şəxsin qoyunu oğurladığını başa düşərək, qışqırıb hərəkətlərini dayandırmasını tələb etməyə başlamışlar, həmçinin həmin vaxt onlardan 200 metr aralıda olan qoyunlara baxan çobana səslənib, baş verənləri izah etmişlər və çoban da həmin şəxsin dalınca qışqırmağa başlamışdır. Lakin həmin şəxs qucağında olan qoyunu avtomobilin arxa oturacağına qoyub oradan uzaqlaşmağa başlamışdır. Həmin şəxslə aralarında 400-500 metr məsafə olduğu üçün həmin şəxsin sifətini görməmişdir. Həmin şəxsi görsə tanıya bilməz. O, həmin avtomobilin dövlət qeydiyyat nişanını görməmiş, lakin arxa hissəsindən Mersedes markalı avtomobil olduğunu və boz rəngdə olduğunu görmüşdür. Həmin şəxsin onları görüb-görmədiyini bilmir, həmin şəxs onların və çobanın qışqırmağına fikir verməmiş və qoyunu avtomobilin arxa oturacağına qoyub oradan uzaqlaşmışdır. Həmin şəxs avtomobilin arxa oturacağına oturduğu üçün avtomobili bir nəfər başqa şəxsin idarə etməsi aydındır, lakin başqa avtomobildə kiminsə olubolmamasını bilmir. Şahid6 və Şahid7 ibtidai istintaq zamanı Şahid5 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Şahid9 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, hal-hazırda Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən ət kəsimi yerində qəssab işləyir. Qəssab işlədiyi üçün tez-tez bazardan qoyun, quzu və dana kimi təsərrüfat heyvanları alıb kəsərək mağazada satır, həmin heyvanları adətən Bakı şəhərindən və ya Bərdədə yerləşən bazardan alır və mağazada kəsib satır. Təxminən 1 ay bundan əvvəl o, mağazada olarkən gümüşü rəngli “Mercedes Benz” markalı avtomobil işlədiyi qəssabxananın qarşısında dayanmış, həmin avtomobildən 1 nəfər düşmüş, özünə məxsus quzularının olmasını və quzu satdığını bildirmişdir. O da quzulara baxmaq istədiyini bildirmiş, daha sonra həmin adam getmiş və sonradan həmin adam yanına gələrək 4 dənə quzunu avtomobildən düşürtmüş, o, həmin quzulara baxmış, xəstə olub-olmadığını yoxlamış və tərəzidə çəkmişdir. Həmin dörd dənə quzunu 710 manata almağa razılaşmışlar, həmin quzuların oğurluq olub-olmadığını həmin şəxsdən soruşmuş, həmin şəxs isə quzuların özünə məxsus olduğunu və oğurluq olmadığını demişdir. Bundan sonra o, 710 manat verib həmin quzuları almışdır. Həmin quzuların oğurluq olduğunu bilməmiş, həmin şəxs quzuların özünə məxsus olduğunu demişdir. Həmin şəxsin video görüntüsünü telefonuna həmin vaxt çəkmişdir. Şahid8 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, hal-hazırda Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən atasına məxsus ət kəsimi yerində qəssab işləyir. Qəssab işlədiyi üçün tez-tez bazardan qoyun, quzu və dana kimi təsərrüfat heyvanları alıb kəsərək mağazada satır, həmin heyvanları adətən atası Bakı şəhərindən və ya Bərdədə yerləşən bazardan alır və mağazada kəsib satırlar. Təxminən 1 ay bundan əvvəl o, mağazada olarkən gümüşü rəngli “Mercedes Benz” markalı avtomobil işlədiyi qəssabxananın qarşısında dayanmış, həmin avtomobildən 3 nəfər düşmüş, Bərdədən gəldiklərini və quzu satdıqlarını bildirmişlər. O da quzulara baxmaq istədiyini bildirmiş, bundan sonra həmin üç nəfər 2 dənə quzunu avtomobildən düşürtmüşlər, o, həmin quzulara baxmış, xəstə olub-olmadığını yoxlamış və tərəzidə çəkmişdir. Həmin iki dənə quzunu 300 manata almağa razılaşmışlar, həmin quzuların oğurluq olub-olmadığını həmin şəxslərdən soruşmuş, onlar isə quzuların onlara məxsus olduğunu və oğurluq olmadığını demişlər. Bundan sonra o, 300 manat verib həmin quzuları onlardan almışdır. Həmin quzuların oğurluq olduğunu bilməmiş, həmin şəxslər quzuların onların özlərinə məxsus olduğunu demişlər. Şahid4 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 İspəndiyar oğlunu, Təqsirləndirilən şəxs1 Xanlar oğlunu, Təqsirləndirilən şəxs3 tanımır, qohum deyillər, ədavətləri yoxdur. Onun Bərdə rayon Əliyanlı kəndinin kənarında yol kənarı qəssabxanası vardır. Dəqiq tarixi yadında olmayan vaxtı təxminən bir ay bundan əvvəl ona məxsus olan qəsabxanada işləyən Şəmistan ona zəng edib demişdir ki, bir baş qoyun bir baş da quzu satırlar. O, da demişdir ki, maşına qoyub gətirsinlər onlara, evdədir. Bir baş qoyunu və bir baş quzunu həmin şəxslərin metallik rəngli dövlət nömrə nişanın sonu 554 olan 4 fara Mercedes makralı maşınla onun həyətinə gətirmişlər. Həmin şəxslər sürücü ilə birlikdə üç nəfər olmuşlar. Bir baş quzunu və bir baş qoyunu ikisini bir yerdə 130 manata demişlər, arıq olduğuna görə razılaşmamışlar, sonra 110 manata razılaşaraq almışdır. Həmin şəxslər də çıxıb getmişlər. Bundan sonra o, həmin şəxslərdən heyvan almamış və həmin şəxsləri görməmişdir. Həmin şəxslərdən aldığı iki baş xırdabuynuzlu heyvanların oğurluq olduğunu bilməmişdir. Belə ki, həmin şəxslərdən biri Kətəlparaq kəndindən olduğunu demişdir, hətta ona demişdir ki, nömrəsini götürsün, heyvan birdən xəstə olsa zəng edib qaytarsın. Ona demişdir ki, öz heyvanıdır satır. Onunla danışığı boydan bir az hündür olan şəxs aparmışdır. Bilsəydi oğurluqdur almazdı, yaxud polisə məlumat verərdi. Onların onunla alver danışığı yəni heyvanların satışında qiymətdə razılaşmamağı onu inandırmış, heç bir şübhə olmamışdır. Şahid3 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 İspəndiyar oğlunu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 tanımır, qohum deyillər, ədavətləri yoxdur. Həmkəndlisi Şahid4 məxsus Bərdə rayon Əliyanlı kəndinin kənarında yol kənarı qəssabxananı işlədir. Dəqiq tarixi yadında olmayan vaxtı təxminən bir ay bundan əvvəl qəsabxanada olmuşdur. Həmin vaxt tanımadığı metallik rəngli dövlət nömrə nişanın sonu 554 olan 4 fara Mercedes makralı maşınla üç nəfər ona yaxınlaşıb bir baş quzu və bir baş da qoyun satdıqlarını demişlər. Heyvanlar arıq olmuşdur. O da zəng edib Azada demişdir. Azad demişdir ki, maşına qoyub onlara gətirsinlər. Bir baş qoyunu və bir baş quzunu həmin şəxslərin metallik rəngli dövlət nömrə nişanın sonu 554 olan 4 fara Mercedes markalı maşınla Azadın həyətinə aparmışlar. Həmin şəxslər sürücü ilə birlikdə üç nəfər olmuşlar. Quzunu və qoyunu bir yerdə 130 manata demişlər, arıq olduğuna görə razılaşmamışlar, sonra 110 manata razılaşmışlar Azad almışdır. Həmin şəxslər də çıxıb getmişlər. Bundan sonra o, həmin şəxsləri görməmiş və həmin şəxslərdən heyvan almamışdır. Həmin şəxslərin satdığı iki baş xırdabuynuzlu heyvanların oğurluq olduğunu bilməmişdir. Belə ki, həmin şəxslərdən biri Kətəlparaq kəndindən olduğunu demişdir, hətta ona «Quran»a and içib demişdir ki, öz qapısından gətirmiş, öz heyvanıdır. Cinayət işində olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid9 istintaqa təqdim etdiyi bir ədəd diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, bir ədəd disk DVD formatında olmaqla həmin disk kompyuterin diskovoduna daxil edilib açıldıqda diskdə bir ədəd videofaylın olması müəyyən olunmuşdur. Həmin videofayl açıldıqda, videofaylın 17 saniyə müddətində olması müşahidə olunur. Videofaylda bir nəfər şəxs qarşısında olan cavan oğlandan əvvəlcə adını soruşduqda, həmin şəxs «Təqsirləndirilən şəxs1 Əbylər oğlu» deyə cavab verir. Daha sonra video çəkən şəxs qarşısındakı şəxsdən «nə gətirib satmısan mənə?» sualına qarşıda olan şəxs «4 dənə quzu gətirib satmışam» deyə cavab verir. Daha sonra video çəkən şəxs qarşısında olan şəxsdən «Bərdə rayonundansan?» sual verir, qarşıda olan şəxs isə «Xeyr, Beyləqandanam» deyə cavab verir. Daha sonra video çəkən şəxs «adın necə oldu» deyə sual verir, qarşıda olan şəxs isə «Təqsirləndirilən şəxs1, 710 manatda pul almışam səndən» deyə cavab verir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4268 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən iri və xırdabuynuzlu heyvanların 2022-ci ilin fevral-mart ayına olan orta bazar qiyməti aşağıdakı kimidir: İş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 iyun 2022-ci il tarixli 9/4268 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən iri və xırdabuynuzlu heyvanların 2022-ci ilin fevral-mart ayına olan orta bazar qiyməti aşağıdakı kimidir: - bir baş diri çəkisi 90-100 kiloqram olan erkək dana 425 manat; - bir baş 07 aylıq, 30 kiloqram çəkidə erkək quzu 210 manat; - bir baş 01 illik, 30 kiloqram çəkidə erkək qoyun 165 manat; - bir baş 01 il 06 aylıq, 40 kiloqram çəkidə erkək qoyun 220 manat; - bir baş 06 aylıq 20 kiloqram çəkidə quzu 140 manat; - bir baş 01 il 03 aylıq 35 kiloqram çəkidə qoyun 190 manat; - bir baş 01 il 06 aylıq 30 kiloqram çəkidə qoyun 165 manat; - bir baş 01 il 08 aylıq 35 kiloqram çəkidə qoyun 190 manat; - bir baş 08 aylıq 25 kiloqram çəkidə quzu 175 manat; - bir baş 06 aylıq 15 kiloqram çəkidə quzu 105 manat; - bir baş 01 il 04 aylıq 34 kiloqram çəkidə quzu 235 manat olmaqla, cəmi 2.222 manat təşkil edir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvəllər Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, həmin cəza CM-nin 70-ci maddəsi tətbiq edilməklə 06 ay sınaq müddəti ilə əvəz edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilmişdir və məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs4 əvəllər Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialinda olan sənədlərlə, ifadələrin yerində yoxlanmasına dair protokollarla, işdəki digər sənədlərlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri; Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi; Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilmişdir. Onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham səhv ittiham kimi qiymətləndirilməli və Azərbaycan Respublikası Cinayət Prosessul Məcəlləsinin 318.1-ci maddəsinə əsasən ümumi ittihamdan xaric edilməlidir. Çünki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgənin əmlakını ələ keçirmək qərarına gəlməsi və bu məqsədlə 23 fevral 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Padar kəndi ərazisində Bakı-Qazax avtomobil yolunun kənarında olarkən, yolun kənarında otlayan qoyun sürüsünün yanında Təqsirləndirilən şəxs2 avtomobili saxladıqdan sonra, Təqsirləndirilən şəxs1 kənar şəxslərin gözü qarşısında qoyun sürüsündən Zərərçəkmiş şəxs3 məxsus 140 manat dəyərində bir baş xırdabuynuzlu qoyun heyvanını açıq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq edərkən, Təqsirləndirilən şəxs3 onlarla birlikdə olmamış və soyğunçuluq cinayətinin törədilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs3 23 fevral 2022-ci il tarixdə Bakı şəhərində anası Quliyeva Sadəgülün doğum günündə olmuş, ailə üzvləri ilə birlikdə anasının ad gününü qeyd etmişdir. Təqsirləndirilən şəxs3 həmin gün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə görüşməmiş və soyğunçuluq cinayətinin törədilməsində iştirak etməmişdir. Bu hal digər təqsirləndirilən şəxslərin ifadələri, xüsusilə də Şahid1 ifadəsi ilə təsdiq edilir. Hadisənin şahidi olmuş Şahid1 ifadəsində göstərir ki, “adını bilmədiüyim yol işçisi qışqıraraq yolun kənarında dayanan avtomobili göstəribyoyunu tutduğunu dedi. Mən həmin yerə baxdıqda məndən təxminən 100 metr aralıda metallik rəngli Mersedes markalı avtomobilin yolun kənarında dayandığını və avtomobildən düşən iki nəfərin quzunu tutub maşına tərəf apardığını gördüm. Mən qışqırdığından onlar məni görüb daha da tez bir hərəkətlə quzunu avtomobilə qoyub, özləri də maşına minib oradan uzaqlaşdılar”. Bu hal onu bir daha təsdiq edir ki, həmin iki nəfər Elşad və Təhmasib olmuş, soyuğunçuluq cinayətini də yalnız iki nəfər Elşad və Təhmasib törətmişdir. Həmin vaxt üçüncü şəxs, yəni Hüseyn orada olmamış və bu cinayətin törədilməsində iştirak etməmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs3 verilmiş ittiham səhv ittiham hesab edilir və hökm çıxarılarkən ümumi ittihamdan xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduqları 4.125 manat maddi zərəri tamamilə ödəmələrini, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi olmadığını, onun fəhlə işləyirərək ailəsinin maddi təminatını ödəməsini, onun əmisi X2 xx.xx.1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşdə şəhid olmasını, digər əmisi X3 ikinci Qarabağ müharibəsində iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Baş Nazirinin xx.xx.2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduqları 4.125 manat maddi zərəri tamamilə ödəmələrini, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbinin olmadığını, onun fəhlə işləyirərək ailəsinin maddi təminatını ödədiyini, onun dayısı X2 xx.xx.1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşdə şəhid olmasını, digər dayısı X3 ikinci Qarabağ müharibəsində iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Baş Nazirinin xx.xx.2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduqları maddi zərəri tamamilə ödəmələrini, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayəti və tələbinin olmadığını, evli, arvadı, iki azyaşlı övladı, 2-ci qrup əlil olan atası və xx.xx.2011-ci il təvəlllüdlü qardaşı X14 onun himayəsində olmasını, ailədə ondan başqa qazanc gətirən şəxs olmamasını, onun dayısı X2 xx.xx.1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşdə şəhid olmasını, digər dayısı X3 ikinci Qarabağ müharibəsində iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Baş Nazirinin xx.xx.2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduqları maddi zərəri tamamilə ödəmələrini, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs4 qarşı heç bir şikayəti və tələbinin olmadığını, evlidir, arvadı, iki azyaşlı övladının onun himayəsində olmasını, ailədə ondan başqa qazanc gətirən olmadığını, onun qardaşı X2 xx.xx.1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşdə şəhid olmasını, digər qardaşı X3 ikinci Qarabağ müharibəsində iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Baş Nazirinin xx.xx.2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 nömrəli qərarının 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Maddənin sanksiyasında azadlıqdan məhrumetmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-nin 53-cü maddəsi xatırlanmadan birbaşa CM-nin 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər. Şəxs CM-nin Xüsusi Hissəsinin bir neçə maddəsi ilə təqsirli bilindikdə və ona bu maddələrin hər birinin sanksiyalarında nəzərdə tutulan cəzalardan aşağı həddə cəza təyin edilməsi zərurəti yarandıqda CM-nin 62-ci maddəsi ilə müəyyən edilən qaydalar hər bir maddə üzrə ayrıca tətbiq olunmalı və yalnız bundan sonra qəti cəza CM-nin 66-cı maddəsi ilə müəyyən edilən qaydalarda təyin edilməlidir. Cinayətlərin məcmusu üzrə qəti cəza təyin edildikdən sonra CM-nin 62-ci maddəsinin tətbiq olunması yolverilməzdir. Qərarın 11-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 65.3-cü maddəsində təsbit edilən ikinci qaydaya görə isə məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsində qeyd olunan halların müəyyən edilməsi səbəbindən şəxsin barəsində cəzanın məhz bu hallara (CM-in 62-ci maddəsinə) müvafiq olaraq təyin edilməsi (bir tərəfdən müstəsna halların, digər tərəfdən residivin olması kimi toqquşan xüsusatların rəqabətini birincinin xeyrinə həll etməsi) haqqında nəticəyə gələrsə, artıq təqsirkara Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən tələbləri nəzərə almadan cəza təyin edir. Yəni, bu halda məhkəmə Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərildiyi kimi yalnız Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ağır cəza növündə və bu cəzanın dörddə üçü (xüsusi təhlükəli residivə görə) və yaxud üçdə ikisi (təhlükəli residivə görə), və yaxud yarısı (residivə görə) həddində deyil, maddənin sanksiyasında nəzərdə tutulmuş istənilən daha yüngül növ cəzanı və yaxud həmin maddənin sanksiyası daxilində lakin, CM-in 65.2-ci maddəsində qeyd olunan hədlərdən aşağı həddə, habelə Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərildiyi kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az və yaxud ümumiyyətlə maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza növü təyin edə bilər. Bütün hallarda Cinayət-Prosessual Məcəllənin 353.2-ci maddəsinə müvafiq olaraq hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin Cinayət Məcəlləsinin 65.3-cü maddəsində təsbit edilən qaydaya əsasən (CM-in 65.2-ci maddəsində göstərilən imperativ tələbləri) nəzərə almadan cəza təyin etməsi, o cümlədən CM-in 62-ci maddəsi ilə ehtiva olunan halların mövcud olması müvafiq surətdə əsaslandırılmalıdır. Hökmün nəticəvi hissəsində isə cəzanın təyin edilməsi üzrə qərarda (müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az və yaxud maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza növü təyin edildiyi hallarda) Cinayət Məcəlləsinin 65.3-cü maddəsinə istinad etmək tələb olunmur və yalnız Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilməlidir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna halların olduğunu nəzərə alaraq, Cinayət Məcəlləsinin 65.3-cü maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 residivə görə cəzanı, Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunmasını məqsədə müvafiq hesab etməklə, onların hadisə zamanı və törətdikləri cinayət hadisəsindən sonrakı davranışlarını, ictimai faydalı işlə məşğul olmasını, təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, onların ailələrindən, cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların mövcud olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onların hadisə zamanı və törətdikləri cinayət hadisəsindən sonrakı davranışlarını, ictimai faydalı işlə məşğul olmasını, təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, onların ailələrindən, cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq edərək, onlara Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddəsi ilə müəyyən ediləndən daha yüngül cəza - azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Həmçinin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə X10 cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, hadisə zamanı və törətdiyi cinayət hadisəsindən sonrakı davranışını, ictimai faydalı işlə məşğul olmasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun ailəsindən, cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “ev dustaqlığı”nda olduğu - cəmi 08 (səkkiz) ay 11 (on bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “ev dustaqlığı”nda olduğu - cəmi 08 (səkkiz) ay 11 (on bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 08 (səkkiz) ay 09 (doqquz) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs4 xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 08 (səkkiz) ay 11 (on bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılmalıdır. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00dək və yaşadığı yerin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və onlar məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin əvəzinin təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçilərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddəsi ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs1 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “ev dustaqlığı”nda olduğu - cəmi 08 (səkkiz) ay 11 (on bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Bərdə rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddəsi ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs2 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “ev dustaqlığı”nda olduğu - cəmi 08 (səkkiz) ay 11 (on bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və faktiki yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham səhv ittiham kimi qiymətləndirilsin və Azərbaycan Respublikası Cinayət Prosessul Məcəlləsinin 318.1-ci maddəsinə əsasən ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 08 (səkkiz) ay 09 (doqquz) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və faktiki yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 08 (səkkiz) ay 11 (on bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin əvəzinin təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 63 saata görə 378 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 30 saata görə 180 manat olmaqla, cəmi 558 (beş yüz əlli səkkiz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi4 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 60 saata görə 240 manat; məhkəmə baxışı zamanı iştirak etdiyi 30 saata görə 180 manat olmaqla, cəmi 420 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 60 saata görə 360 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 30 saata görə 180 manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs4 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi5 məhkəməyədək icraat zamanı iştirak etdiyi 60 saata görə 360 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 30 saata görə 180 manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-113/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-113/2022
18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver