Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-114/2023 29.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, 3-cü dərəcəli əlil, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri, Ş.İ.Xətai küçəsi ev 4, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 04 iyun 2023-cü il tarixdə saat 18:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnu təsdiq edən sürücülük vəsiqəsi olmadan özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ 11113 markalı ** VB *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu ərazisindən keçən 110-cu kilometrliyində Qazax istiqəmtində 90 km/saat sürətlə hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin edə bilməyib avtomobili hərəkət hissəsindən sağ tərəfə çıxararaq aşırmış, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan həmin avtomobilin sərnişini 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs QKBT, üz sümüklərinin çox saylı sınıqları, ənsə nahiyyəsinin kəsilmiş yarası, sağ kürək sümüyünün sınığı, sağ qasıq oturaq sümüklərinin sınığı xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir il əvvəl “VAZ 11113” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və həmin vaxtdan avtomobili idarə edir. Lakin, avtomobil idarə etmək üçün onun sürücülük vəsiqəsi yoxdur. 04 iyun 2023-cu il tarixdə o, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları Hacıqabul şəhərində yerləşən evdən çıxıb, özünə məxsus “VAZ 11113” markalı avtomobili ilə Hacıqabul rayonu Navahi kəndində yaşayan qızıgilə getmişdir. Həmin günü Nəvai kəndindən Hacıqabul şəhərinə geri qayıdarkən Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qarşıda gedən tanımadığı minik avtomobilini ötmək üçün yolun sol zolağına çıxmaq istəmiş, lakin həmin avtomobil qəfildən sağ zolaqdan sol zolağa keçdiyindən o, avtomobilini sağ zolağa qaytarıb tormuz vermişdir. Bu an avtomobil oynamış və saxlaya bilməmiş, avtomobilin idarə etməsini itirmişdir. Nəticədə avtomobil yolun sağına çökəklik olan ağaclıq sahəyə çıxıb aşmışdır. Hadisə zamanı onun özü və avtomobilində olan həyat yoldaşı xəsarətlər almışlar. Onları təcili yardım avtomobili Şirvan şəhər MX-na gətirmişdir. Hadisə anidən baş vermişdir. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərər çəkmiş şəxsin həyat yoldaşı olmasını, zərərçəkmişlə barışıq əldə etdiyini bildirdi və bu halları nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 04 iyun 2023-cu il tarixdə o, həyat yoldaşı Təqsirləndirilən şəxsla birlikdə Hacıqabul rayonu Navahi kəndində yaşayan qızıgildən yoldaşının idarə etdiyi “VAZ 11113” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə yaşadıqları Hacıqabul şəhərinə qayıdırdılar. Avtomobili yoldaşı idarə etmiş o, arxa sol tərəfdə əyləşmişdir. Bakı-Qazax yolu ilə yoldaşı Təqsirləndirilən şəxs hərəkətdə olan zaman avtomobili yolun hərəkət hissəsindən sağa ağaclıq sahəsinə çıxarıb aşırmşdır. Hadisə zamanı onlar xəsarət almışlar. Yol nəqliyyat hadisəsi zamanı xəsarət almağı ilə bağlı yoldaşından heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” 213 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində sutkanın günüz vaxtı baş vermişdir. Hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu Pirsaat qəsəbəsi ərazisindən keçən Qazax istiqamətində yaşayış yerindən kənarda baş vermişdir. Həmin yol quru və düz olmaqla asfalt örtüklüdür, Yol örtüyü iki hərəkət hissəsi olmaqla eni 7,50 metr, hərəkət hissəsinin eni 7,50 metrdir. Yol sol kənarında dəmir metal səd var. Yol zolaqlarını ağ qırıq-qırıq xətt ayırır. Yolun hər iki kənarı sarı xəttlə işarə edilmişdir. Hərəkət hissəsini sağdan 4 metr ehtiyyat hissəsi birləşdirir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 212 saylı rəyindən görünür ki, X2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – QKBT.Üz sümüklərinin çoxsaylı sınıqları. Ənsə nahiyyəsinin kəsilmiş yarası. Sağ kürək sümüyünün sınığı. Sağ qasıq oturaq sümüklərinin sınığı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın(əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 213 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol bazu sümüyünün cəttahı boynunun yerdəyişmiş sınığı. Sol qasıq, oturaq sümüklərinin sınığı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın(əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1830 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ- 11113 40” minik markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Şirvan RQİ və TBŞ-si tərəfindən verilmiş BD 269313 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 11113” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Təqsirləndirilən şəxs mülkiyyətindədir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına sürücülük vəsiqəsi verilməmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci ildən ümumi xəstəliyə görə 3-cü qrup əlildir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “VAZ 11113” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hacıqabul rayon İHB 1 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. xx.xx.1987-ci il tarixli 377123 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 122 nömrə ilə qeydiyyat aparılmışdır. Zərər çəkmiş şəxs X3 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı xəsarət aldığına görə Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 11113 40” minik markalı **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamsına dair yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək yol hərəkəti qaydalarını pozmuş və avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin edə bilməyib avtomobili hərəkət hissəsindən sağ tərəfə çıxararaq aşırmış və nəticədə X1 az ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə etinasızlıq göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi baş vermiş və baş vermiş nəticə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Eyni zamanda hadisə vaxtı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolu və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 29 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.12, 59.2). Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətinin müsbət xarakterizə olunması, zərər çəkmiş şəxsin onun ailə üzvü olması, hadisə nəticəsində özünün də xəsarət alması, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası aşağı həddə təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut qismində tanınmış avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 72 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “VAZ-11113” minik markalı **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 72 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №1(071)-114/2023
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-114/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver