Məhkəmə qərarları › İş №1(071)-115/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-115/2022

24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-115/2022 24.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1990-cı ildə Beyləqan rayonu Mil qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, öhdəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Beyləqan rayonu Mil qəsəbəsində qeydiyyatda olan və müvəqqəti Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi məhəllə 14/15 bina 8 mənzil 53-də yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi; xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Məcidov küçəsi 2 №-li evdə qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Dənizkənarı küçədə yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 400,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 1 ədəd sellofan torbada qablaşdırılmış halda aralarında bərabər bölmək və həmin narkotik vasitəni birgə daşımaq barədə aralarında olan razılaşma əsasında tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nexia Ravov R-3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun sağ oturacağının altında daşıyaraq saxlamış, 27 iyul 2022-ci il tarixdə saat 09:30-da Hacıqabul rayon polis şöbəsinin əməkdaşları və AR DİN-nin BDYPİ-nin 7-ci tağımının YPXA-nın əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Hacıqabul rayonu Nəvahı kəndində yerləşən 720 saylı stasionar postunda saxlanılaraq polis şöbəsinə gətirilib həmin avtomobilə baxış və götürmə zamanı qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 məxsus ümumi təmiz çəkisi 400,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 1 ədəd sellofon torbada qablaşdırılmış halda aralarında bərabər bölmək və həmin narkotik vasitəni birgə daşımaq barədə aralarında olan razılaşma əsasında idarə etdiyi “Nexia Ravov R-3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun sağ oturacağının altında daşıyaraq saxlamış, 27 iyul 2022-ci il tarixdə saat 09:30-da Hacıqabul rayon polis şöbəsinin əməkdaşları və AR DİN-nin BDYPİ-nin 7-ci tağımının YPXA-nın əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Hacıqabul rayonu Nəvahı kəndində yerləşən 720 saylı stasionar postunda saxlanılaraq polis şöbəsinə gətirilib həmin avtomobilə baxış və götürmə zamanı qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 tanıyır, onunla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur, münasibəti yaxşıdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində kirayədə yaşadığı evdən valideyinlərin yaşadığı Beyləqan rayonu Mil qəsəbəsinə getmişdir. xx.xx.2022-ci il tarixdə Mil qəsəbənin kənarı ilə gedərkən kolluğun arasında qara rəngli politelin torbanı görmüş, həmin qara rəngli politelin torbanı götürüb içərisinə baxarkən, orada narkotik vasitə olan marixuanaya oxşar kütlənin olduğunu görmüşdür. Qəbul etmək üçün həmin marixuananı qara rəngli politelin torbaya büküb gizlətmişdir. 24 iyul 2022-ci il tarixdə Beyləqan rayonundan Bakı şəhərinə getmək məqsədi ilə yola düşərkən içərisində narkotik vasitə marixuana olan qara rəngli politelin torbanı özü ilə götürüb dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli “Mersedes” markalı avtomobilə əyləşib yola düşmüşdür. Yolda gələrkən marixuananın iyi gəldiyini, taksidə əyləşən digər sərnişinlər ondan şübhələndikləri üçün Hacıqabul rayonu “Sever” adlanan ərazidə avtomobili saxalatdırıb tualetə getmək adı ilə avtomobildən aşağı düşüb, yol kənarında marixuananı gizlətmiş və avtomobilə əyləşib Bakı şəhərinə getmişdir. 26 iyul 2022-ci il tarixdə kirayədə qaldığı yerdə tanış olduğu taksi sürücüsü Təqsirləndirilən şəxs2 ilə söhbət edən zamanı marixuananı gizlətdiyini, birgə gelib marixuananı oradan gətirməyini təklif etmişdir. Müseyib də narkotik vasitə marixuana aludəçisi olduğundan həmin marixuananın yarısını ona vermək şərti ilə Hacıqabul şəhərinə gəlməyə razılaşmışdır. Həmin günü gecə vaxtı Müseyibin idarə etdiyi “Nexia Ravon R3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib YDM-ə gələrək, 10 manatlıq yanacaq alandan sonra Bakı şəhərindən narkotik vasitəni atdığı Hacıqabul şəhəri “Sever” adlanan əraziyə gəlmək məqsədi ilə yola düşmüşlər. Həmin günü təxminən saat 21:30 radələrində marixuananı atdığı Hacıqabul şəhəri “Sever” adlanan əraziyə gəlib marixuananı götürüb avtomobilə əyləşmiş, torbanı isə sərnişin qismində əyləşdiyi qabaq sağ oturacağın arxa tərəfdən altına qoymuş, Hacıqabul şəhərində yol kənarında olan yeməkxanaların birinə gədib, şam yeməyi yeyib avtomobildə yatmışlar. 27 iyul 2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhərinə getmək məqsədi ilə yola düşmüşlər. Həmin günü saat 09:30 radələrində Bakı şəhərinə gedən zamanı Hacıqabul rayonu Nəvahı kəndində yerləşən BDYPİ-nin 720 saylı stosionar postunda Müseybin idarə etdiyi avtomobil saxlanılmış, üzərlərində narkotik vasitə olmasında şübhəli olduqları üçün Hacıqabul rayon PŞ-nə dəvət edilmişlər. Hacıqabul RPŞ-də müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmamasını soruşulmuş, üzərində hər hansı bir qanunsuz əşya və predmetin olmadığını, sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nexia Ravon R3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobildə ona məxsus marixuana olmasını bildirmişdir. Onun, müdafiəçisinin, Müseyibin, onun müdafiəçinin iştirakı ilə polis əməkdaşları avtomobilə baxış keirmiş, baxış zamanı sürücü Təqsirləndirilən şəxs2 özünə məxsus “Nexia Ravon R3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oğuracağının altında olan politeiln torbanı təqdim edərək, içərisində narkotik vasitə marixuana olmasını bildirmişdir. Aşkar olunan kütlə qablaşdırılaraq möhürlənmiş, bu barədə tərtib edilmiş protokola imza etmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Evlidir, öhdəsində iki azyaşlı uşağı var. Ailədə yeganə qazanc gətirən şəxsdir. Ondan başqa işləyən yoxdur. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır, onunla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur, münasibəti yaxşıdır. “Nexia Ravon R3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti göstərir. 26 iyul 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs1 ilə görüşmüş, söhbət edərkən Təqsirləndirilən şəxs1 marixuananı Hacıqabul rayonunda gizlətdiyini, birlikdə gedib marixuananı oradan gətirməyi ona təklif etmişdir. Narkotik vasitə marixuanadan arada-bir istifadə etdiyi üçün həmin marixuananın yarısını ona vermək şərti ilə Təqsirləndirilən şəxs1lə Hacıqabula getməyə razılıq vermişdir. Təqsirləndirilən şəxs1 onun idarə etdiyi “Nexia Ravon R3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib YDM-ə gələrək, 10 manatlıq yanacaq alandan sonra Bakı şəhərindən Hacıqabul şəhərinə gəlmək məqsədi ilə yola düşmüşdür. Həmin günü təxminən saat 21:30 radələrində Hacıqabul rayonu “Sever” adlanan əraziyə gəlib çatmış, Vüsal avtomobildən düşüb bir qara rəngli politelin torbanın içərisində qurudulmuş marixuananı özü ilə gətirib avtomobilə əyləşmişdir. İçərisində marixuana olan torbanı sərnişin qismində əyləşdiyi qabaq sağ oturacağın arxa tərəfdən altına qoymuşdur. Onlar şam yeməyi yemək üçün Hacıqabul şəhərində yol kənarında olan yeməkxanaların birinə gəlmişlər. Çörək yeyəndən sonra avtomobildə yatmışlar. 27 iyul 2022-ci il tarixdə saat 09:30 radələri Bakı şəhəri istiqamətinə tərəf avtomobili idarə edən zaman Hacıqabul rayonu Nəvahı kəndində yerləşən BDYPİ-nin 720 saylı stosionar postunda avtomobili saxlanılmış, polis əməkdaşları özlərini təqdim edərək, narkotik vasitə olmasında şübhəli olduğu üçün Hacıqabul rayon PŞ-nə dəvət olunmuşlar. Hacıqabul RPŞ-də müdafiə olunması üçün müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmamasını soruşulmuş, üzərində hər hansı bir qanunsuz əşya və predmetin olmadığını, lakin idarə etdiyi “Nexia Ravon R3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobildə Vüsala məxsus marixuana olduğunu bildirmişdir. Onun, müdafiəçinin, Vüsalın, onun müdafiəçisinin iştirakları ilə polis əməkdaşları onun avtomobilinə baxış keçirmişlər. Baxış zamanı “Nexia Ravon R3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oğuracağının altında içərisində narkotik vasitə marixuana olan polietilen torbanı təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Bu barədə tərtib edilmiş prtotokolun məzmunu ilə tanış olandan sonra protokolu imzalamışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Evlidir, ailədə yeganə qazanc gətirən şəxsdir. Ondan başqa işləyən yoxdur. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul rayon PŞ-nin NMQ-da əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 iyul 2022-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nexia Ravon R3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobildə və həmin avtomobildən olan sərnişin Beyləqan rayon sakini Təqsirləndirilən şəxs1 üzərində narkotik maddə olması barədə əməliyyat məlumatı almışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə məruzə etmiş və əməliyyat müşahidə qrupu yaradılaraq AR DİN BDYP-nin YPXA-nın 7-ci tağımının 720 saylı YPX-nin polis nəfəri X2 əməliyyat müşahidə qrupuna daxil olmuşdur. 27 iyul 2022-ci il tarixdə saat 09:30 dəqiqədə Hacıqabul rayonu Nəvahı kənd ərazisində olan 723 saylı DYP-nin stasionar postunda Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nexia Ravon R3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil saxlayaraq, sürücü və sərnişini narkotik vasitə saxlamaqda şübhəli olduqları üçün Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçilər dəvət olunmuşdur. Müdafiəçilərin iştirakı və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmış və qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nexia Ravon R3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sellofan torbada ona məxsus marixuana vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 razılığı əsasında müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 məxsus “Nexia Ravon” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 özünə məxsus “Nexia Ravon R3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oğuracağının altında olan politelin torbanın təqdim edərək içərisində narkotik vasitə marixuana olmasını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq götürülmüş və bu barədə tərtib edilmiş prtotokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 marixunanın Təqsirləndirilən şəxs1 məxsus olduğunu, aralarında bərabər bölməklə özləri istifadə edəcəklərini bildirmişlər. Şahid AR DİN-nin, BDYP-nin YPXA-nın 7-ci tağımının 720 saylı YPX-nin polis nəfəri X2 ibtidai istintaq zamanı Şahid ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru N.Ağayev tərəfindən tərtib edilmiş baxış keçirmə və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd disk iş materialların əlavə edilmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru N.Ağayev tərəfindən tərtib edilmiş baxış keçirmə və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd disk iş materialların əlavə edilmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru N.Ağayev tərəfindən tərtib edilmiş baxış keçirmə və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Nexia Ravon R3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin qabaq sağ oğuracağının altında politelin torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Baxış keçirmə və götürmə aparılması ilə əlaqədar narkotivk vasitənin aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk iş materialların əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 27 iyul 2022-ci il tarixli 18/793 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs: imza. Təqsirləndirilən şəxs1, imza Təqsirləndirilən şəxs2» sözləri və imzalar olan qara rəngli politelin torbada olan 01 ədəd göy rəngli politelin torbada təmiz çəkisi - 400,0 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (iş v. 57-60) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 4147 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 173-174) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 4148 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabioidlərin və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 175-176) Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmayıb. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki Təqsirləndirilən şəxs2 əvvəllər Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 1(003)-253/2010 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 1(003)-253/2010 nömrəli hökmü ilə yaranmış məhkumluğu ödənilmişdir, məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin etirafedici ifadələri, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübutlar və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş şəxsi istehlak miqdarında artıq miqdarda olmaqla, ümumi təmiz çəkisi Təqsirləndirilən şəxs1 400,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 1 ədəd sellofan torbada qablaşdırılmış halda aralarında bərabər bölmək və həmin narkotik vasitəni birgə daşımaq barədə aralarında olan razılaşma əsasında tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nexia Ravov R-3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun sağ oturacağının altında daşıyaraq saxlamış və Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 məxsus ümumi təmiz çəkisi 400,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 1 ədəd sellofon torbada qablaşdırılmış halda aralarında bərabər bölmək və həmin narkotik vasitəni birgə daşımaq barədə aralarında olan razılaşma əsasında idarə etdiyi “Nexia Ravov R-3” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun sağ oturacağının altında daşıyaraq saxlamaqla cinayət törətməsi tamamilə sübuta yetirilmişdir. Onların əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, evli, öhdəsində iki azyaşlı uşağı olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, evli, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq, barəsində yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslərə ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılmalıdır. Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxslərin üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməli, onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 399,90 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 399,90 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat, Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi3 məhkəmə baxışı zamanı iştirak etdiyi 10 saata görə 60 (altmış) manat əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 10 saata görə 60 manat olmaqla, cəmi 180 (yüz səksən) manat əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar