Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-115/2025 22.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Müdafiəçi – Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 193,00 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386,00 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(006)- 3772/2022 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(071)- 610/2022 nömrəli qərarı ilə on gün, Azərbaycan Respublikası İXM-in 528.1- 1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(071)-357/2023 nömrəli qərarı ilə on beş gün, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(071 )-321/2024 nömrəli qərarı ilə səkkiz gün müddətində inzibati qaydada həbs edilməsinə, bundan sonra icra üçün ona yeni müddət təyin edilərək xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün verilən xx.xx.2025-ci il tarixli təqdimata əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(006)-3772/2022 nömrəli qətnaməsi üzrə cəmi cəmi 2566,00 (iki min beş yüz altmış altı) manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə faktiki ailə qurmuş, rəsmi nikahları olmamışdır. Münasibətlərindən xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X7 adında iki övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da, sonradan bu münasibətlər pozulduğundan ayrılmışlar. Daha sonra Zərərçəkmiş şəxs aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 193,00 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386,00 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Hacıqabul rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə onun yaşadığı ünvana göndərilmişdir. İcra məmurunun qanuni tələbini icra etmədiyindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə on gün, Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə on beş gün, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə səkkiz gün müddətində inzibati qaydada həbs edilmişdir. Ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməyi tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq olunmuşdur. Hacıqabul rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli təqdimatına əsasən cəmi 2566,00 (iki min beş yüz altmış altı) manat aliment borcu yaranmışdır. Yaranmış aliment borcunun ondan alınaraq zərərçəkmiş şəxsə ödənilməsini, əks halda cəzalandırılmağı üçün tədbir görülməsinə dair Zərərçəkmiş şəxs ərizə ilə Hacıqabul rayon İcra və Probasiya şöbəsinə müraciət etmişdir. Fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla ayda təxminən 700-800 manat qazancının olduğunu və həmin qazancının öz dolanışığına və xəstə bacısının müalicələrinə xərcləndiyini və bu səbəbdən məhkəmə qətnaməsi üzrə yığılan aliment borcunu zərərçəkmiş şəxsə ödəyə bilmədiyini bildirmişdir. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, ona olan aliment borcunu tam ödədiyini bildirərək, onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə faktiki ailə qurmuşlar, onların xx.xx.2006cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X7 adında iki övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulduğundan Təqsirləndirilən şəxs ayrılmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqlarla maraqlanmamış və heç bir maddi köməklik göstərməmişdir. Bu səbəbdən o, aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 193,00 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386,00 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmuru tərəfindən göndərilmiş icraata başlamaq haqqında qərarı və bildirişləri qəbul etsə də, aliment pulunu maddi imkanı olduğu halda ödəməkdən qərəzli olaraq yayınmışdır. İcra məmurunun qanuni tələbini icra etmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə on gün, Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə on beş gün, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə səkkiz gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməsi tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilsə də, işləməsinə və gəlir əldə etməsinə baxmayaraq alimenti ödəməmiş və Hacıqabul rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli təqdimatına əsasən cəmi 2566,00 (iki min beş yüz altmış altı) manat aliment borcu yaranmışdır. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona olan aliment borcunun tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində bildirmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(006)-3772/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səhsən altı) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilən icra sənədi xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirlərinin tətbiq olunması məqsədi ilə Təqsirləndirilən şəxs mülkiyyətində tələbin yönəldilməsinə yol verilən əmlak və gəlirlərin müəyyən edilməsi məqsədi ilə icra tədbirləri həyata keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı bir rəsmi gəlir və əmlak aşkar edilməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi və məhkəmə qərarını icra etmədiyi üçün borclu Təqsirləndirilən şəxs barəsində sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə protokol tərtib edilərək Hacıqabul rayon Məhkəməsinə təqdim edilmiş və Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. İcra sənədinin icrasının təmin olunması məqsədi ilə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs müvafiq işlə təmin olunması üçün Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X4 X1 filialına müraciət edilmişdir. Həmin təşkilatın məktubundan məlum olmuşdur ki, onun müvafiq işlə təmin olunması məqsədi ilə filialın əməkdaşları onun telefon nömrəsi ilə əlaqə saxlamağa çalışmış, əlaqə saxlamaq mümkün olmadığından Təqsirləndirilən şəxs ünvanına məktub göndərilmişdir. Tələbkar Zərərçəkmiş şəxs ərizə ilə şöbəyə müraciət edərək Təqsirləndirilən şəxs aliment borcu yarandığını və onun cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tələbkara 2566.00 manat aliment borcu yaranmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən borcluya olan aliment borcu tam həcmdə ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul rayon icra şöbəsinin icra məmuru Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-3772/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs 29 aprel 2006-cı il təvəllüdlü X6 və 18 sentyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-3772/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3772/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(071)-610/2022 saylı, xx.xx.2023-cü il tarixli, 3(071)-357/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3(071)-321/2024 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, müvafiq olaraq on gün, on beş gün və səkkiz gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. “Cinayət məsuliyyətinə cəlb olunma haqqında” xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)- 3772/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkara ödəməli olduğu 2566 manat məbləğində aliment borcu qalmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Hacıqabul rayon məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən yaranmış 2566 manat aliment borcu tam həcmdə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 306.1-ci mаddəsinin qeyd hissəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs təqdimat verilən tarixə yaranmış 2566 manat aliment borcunu tam şəkildə zərər çəkmiş Zərərçəkmiş şəxs ödəmişdir. Bununla da onun təqdimat verilən tarixədək hesablanmış ittihamda göstərilən aliment borcunu tam şəkildə ödədiyi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi bank hesabına 165 manat pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 306.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 306.1-ci maddəsinin Qeyd hissəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün Hacıqabul rayonu Kapital Bankına aşağıdakı hesabına 15 (on beş) saata görə 165 (bir yüz altımış beş) manat pul köçürülsün. (Bank rekvizitləri: X12 Hacıqabul filialı; Kod: 200639; VÖEN **********; Muxbir hesabı; **********944; S.W.İ.F.T BİK: AİİBAZ 2X; Hesab adı: Müdafiəçi. h/hesabın №-si ********************; VÖEN: **********). Qərardan, qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-115/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-115/2025
22.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver