Məhkəmə qərarları › İş №1(071)-116/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-116/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-116/2022 11.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Ağcabədi rayonu Avşar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu Avşar kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa və məhkəməyə məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 380,0 qram olan kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab qurudulmuş marixuananı təmiz çəkisi - 170,0 qram və 210,0 qram olmaqla iki ədəd polietilen torbada qablaşdırılmış halda idarə etdiyi “Kia Serato” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin əl damında (bardaçokda) daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları və DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin YPXA-nin 7-ci taqımının 720 saylı postunun əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Nəvahı kəndində yerləşən yol polisinin stosionar postunda saxlanılaraq polis şöbəsinə gətirilib avtomobilə baxış keçirilən zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Ağcabədi rayonu Avşar kəndində qeydiyyatda olmaqla yaşayır. O, narkotik vasitə olan çətənə bitkilərindən siqaretə doldurub çəkmək yolu ilə istifadə etmişdir. 2022-ci ilin iyul ayının əvvələrində yaşadığı Ağcabədi rayonu Avşar kəndində yolda gedən zaman yerdə bir ədəd sellofan torba diqqətini çəkmiş və həmin sellofan torbanı yerdən götürüb içini açıb baxan zaman həmin torbanın içərsində 2 ədəd sellofana bükülü narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş və götürüb üzərində saxlamışdır ki, sonra istifadə edər. xx.xx.2022-ci il tarixdə kirvəsi X7 onlara qonaq gəlmiş və 2 gün onlarda qaldıqdan sonra xx.xx.2022-ci il tarixdə səhər saatlarında Yusif ilə birlikdə Ağacəbədi rayonundan Bakı şəhərinə onun istifadəsində olan “Rentakar Baku”dan 1 həftəlik günü 65 manata olmaqla etibarnamə əsasında icarəyə götürdüyü “Kia serato” markalı **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhərinə yola düşmüşlər. Kamil yolda yuxuladığını bildirib avtomobili idarə etməyə ona vermiş, onlar Hacıqabul rayon ərazisinə çatmışlar ki, Hacıqabul rayon Nəvahi kəndi ərazisində yerləşən DYP postunda polis əməkdaşları onun idarə etdiyi avtomobilə saxla işarəsi vermişlər. O, avtomobili yolun kənarında saxlamış və polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərlərində və “Kia serato” markalı **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirərək, onları avtomobillə birlikdə Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona Müdafiəçi dəvət edilərək, videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. O, üzərində hər hansı bir qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılan zaman üzərindən hər hansı bir qanunsuz əşya və predment aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O, həmin protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Bundan sonra o, idarə etdiyi “Kia serato” markalı **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə qurudulmuş marixuana saxladığını polis əməkdaşlarına bildirmişdir. İdarə etdiyi “Kia serato” markalı **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin əl damında (bardaçokunda) saxladığı qurudulmuş marixuananı təqdim etmək üçün Hacıqabul rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra, onun, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə Hacıqabul rayon PŞ-nin inzibati binasının həyətində saxlanılan “Kia serato” markalı **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vidioçəklişdən istifadə edilməklə baxış və götürülmə keçirilmiş və 2 ədəd sellofan torbada olan qurudulmuş marixuanalar polis əməkdaşları tərəfindən götürülmüşdür. Aşkar olunmuş marixuana qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili işləyir. xx.xx.2022-ci il tarixdə Ağcabədi rayonu Avşar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “Kia seranto” markalı **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə və üzərində həmçinin sərnişin olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ev 33 mənzil 3-də qeydiyyatda olmaqla yaşayan X3 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaları barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə edib Təqsirləndirilən şəxs və X3 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında o, Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru, polis baş leytenantı Şahid2 və yol patrul xidməti inspektoru polis serjantı X2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs və X5, Kamil Məmmədovun istifadəsində olan və Təqsirləndirilən şəxs idarə etdiyi “Hundai Accent” markalı **- PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə Bakı-Qazax-Gürcüstan dövlət avtomobil yolunun 99-cu kilometrliyində yerləşən DİN BDYPİ-nin YPXA-nın 7-ci taqımının 720 saylı YPX postunda saxlayaraq, Təqsirləndirilən şəxs və K.Məmmədovun üzərində şəxsi axtarış aparılması məqsədi ilə Hacıqabul rayon polis şöbəsinə gətirmişlər. Hacıqabul rayon Polis şöbəsində təhqiqatçısı polis kapitanı Röyal Məmmədov tərəfindən Təqsirləndirilən şəxs və X7 müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğlarından şübhəli şəxs qismində tutulmuşlar. Bundan sonra video çəkilişdən istifadə edilməklə Röyal Məmmədov tərəfindən onun, əməliyyat qrupunun digər üzvlərinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış keçirilsə də, Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs Kamil Məmmədova məxsus olan və onun idarə etdiyi “Kia serato” markalı **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə qurudulmuş marixuana saxlamasını və avtomobilə baxış keçirilməsinə etirazının olmamadığı barədə ərizə yazmışdır. Bundan sonra bu barədə protokol tərtib edilmişdir. O, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Bundan sonra Polis şöbəsində təhqiqatçısı Röyal Məmmədov tərəfindən X7 müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulduqdan sonra video çəkilişdən istifadə edilməklə Röyal Məmmədov tərəfindən onun, əməliyyat qrupunun digər üzvlərinin və müdafiəçinin iştirakı ilə X3 üzərində şəxsi axtarış və götürmə keçirilsə də, X3 üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. X3 üzərindən “Kent” və “Sobarnie” markalı siqaretlər və 9,50 manat aşkar edilmiş və əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Bundan sonra X7 özünün istifadəsində olan və Təqsirləndirilən şəxs idarə etdiyi “Kia serato” markalı **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə X8 tərəfindən onun, əməliyyat qrupunun digər üzvləri, müdafiəçilər və şübhəli şəxslər Təqsirləndirilən şəxs və Kamil Məmmədovun iştirakı ilə Kamil Məmmədova məxsus olan və Təqsirləndirilən şəxs idarə etdiyi “Kia serato” markalı **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış və götürmə aparılmağa başlanmışdır. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs “Kia serato” markalı **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön sərnişin oturacağının qarşısında saxlanc yerindən (bardaçokdan) 01 ədəd sellofan torbanı təqdim edərək, həmin sellofan torbada özünə məxsus narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. X8 tərəfindən həmin sellofan torbaya baxış keçirilmiş, baxış zamanı həmin sellofan torbanın içərsindən 2 ədəd ayrı-ayrı sellofan torbaların içərisində qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Qurudulmuş marixuanaya bənzər maddə qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Şahid2 və X4 ibtidai istintaq zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə saat 09:15-də tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə saat 09:50-də tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə X3 üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə saat 10:10-da tərtib edilmiş baxış və götürmə protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:10-da Təqsirləndirilən şəxs idarə etdiyi “Kia serato” markalı **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön sərnişin oturacağının qarşısında saxlanc yerindən (bardaçokdan) 01 ədəd sellofan torbanının içərsindən 2 ədəd ayrı-ayrı sellofan torbaların içərsində qurudulmuş marixuananın götürülməsini özündə əks etdirən 1 ədəd disk protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18/767 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs idarə etdiyi...” sözləri və imzalar olan polietilen torbada 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi - 170,0 qram, 210,0 qram, ümumi çəkisi - 380,0 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 4360 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Nəsibov X9 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağcabədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1 və 69.3-cü maddələrinə əsasən əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(106)-185/2020 nömrəli qərarı ilə Ağcabədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nın 234.1 və 69.3-cü maddələrinə əsasən 01 il 02 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. (Ağcabədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 91/20-38-03 nömrəli arayışı) Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahid ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş çəkisi 380,0 qram qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli, öhdəsində iki azyaşlı uşağı olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(106)-185/2020 nömrəli qərarı ilə yaranmış məhkumluğu Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq, barəsində yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “ev dustaqlığı”nda olduğu, cəmi 03 (üç) ay 21 (iyirmi bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 07 (yeddi) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası, təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilməli, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Ağcabədi rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 379,96 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “ev dustaqlığı”nda olduğu, cəmi 03 (üç) ay 21 (iyirmi bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 07 (yeddi) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası, təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilsin, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Ağcabədi rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 379,96 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 11 saata görə 66 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 14 saata görə 84 manat olmaqla, cəmi 150 (yüz əlli) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar