Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-116/2023 29.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Salyan rayonu Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul rayonu Nəvahi kəndində qeydiyyatda olmaqla, Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına” vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan xeyli miqdarda bitkiləri əkib yetişdirməklə kültivasiya etmək qərarına gələrək bu məqsədlə təxminən 2023-cü ilin aprelmay aylarında Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisində yaşadığı evin həyətyanı torpaq sahəsinin yanında yerləşən Hacıqabul rayonu Nəvahi qəsəbə bələdiyyəsinə məxsus əkib-becərmə işlərini aparmaq üçün icazəsi olduğu torpaq sahəsində qanunsuz olaraq narkotik xassəli çətənə (kannabis) növünə adi olan xeyli miqdarda 850,0 qram çəkidə 03 ədəd bitki kolunu əkib becərməklə yetişdirmiş, onlara arqotexniki qaydada qulluq göstərməklə kustivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan əraziyə baxış keçirilərkən həmin bitki kolları (şitilləri) aşkar edilərək kökündən çıxarılıb götürülmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşayır. 5-6 ildir narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Təxminən 4-5 ay əvvəl həyətindən kənarda yerləşən torpaq sahəsində 3 ədəd çətənə kolu əkmişdir. Həmin kollaraq özü aqrotexniki qulluq etmişdir ki, sonradan həmin kolları yığıb qurudaraq çəksin. Yaxşı məhsul əldə etmək məqsədilə həmin kolların torpağının dibini yumşaltmış və tez-tez həmin kolları sulamışdır. 16 avqust 2023-cü il tarixdə saat 12:00 radələrində Hacıqabul rayonu Nəvahi kəndində özünü şübhəli apardığı üçün polis əməkdaşları ona yaxınlaşmış və üzərində narkotik vasitə saxladığından şübhələndiklərini bildirib onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən dərhal sonra şöbənin Təhqiqat bölməsinin təhqiqatçısı polis polkovnik-leytenantı Tural Namazov onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübəli şəxs kimi tutumuşdur. Sonra o, ərizə ilə müraciət edərək müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Vəkil X11 müdafiəçi kimi dəvət olunduqdan sonra iştirakçılarla birlikdə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilmiş və ondan bu barədə etirazı olub-olmaması soruşulmuşdur. O, video çəkilişə etirazı olmadığını bildirmişdir. X10 üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olubolmamasını soruşmuş, o, üzərində heç bir qanunsuz əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş və üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. O, şəxsi axtarış zamanı Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında yerləşən torpaq sahəsində 3 ədəd çətənə kolu əkdiyini və onları təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdırlar. Bundan sonra iştirakçılarla birlikdə Hacıqabul rayonu Nəvahi qəsəbəsinə getmiş və orada əkdiyi çətənə kollarını təqdim etmişdir. Əkdiyi 3 ədəd çətənə koluna baxış keçirilmiş və həmin vaxt aqronom həmin kolların aqrotexniki qaydada qulluq göstərilmiş çətənə kolları olmasını bildirmişdir. Bundan sonra çətənə kolları kökündən çıxarılaraq qablaşdırılmış və ekspertizaya göndərilməsi üçün polis şöbəsinin möhürü ilə möhürlənmişdir. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmiş və məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Onun üzərində şəxsi axtarış aparılan zaman və ya ona yaxınlaşan zaman polis əməkdaşları ona qarşı heç birr zorakılıq hərəkətləri etməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 avqust 2023-cü il tarixdə Hacıqabul rayonu Nəvahi kəndində qeydiyyatda olmaqla, Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Zeynalov X2 rayonu Nəvahi kəndində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olması barədə şübhələndiklərini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasında şübhəli olduğuna görə polis şöbəsinə dəvət olunmuş və müdafiəçi ilə təmin olunduqdan sonra Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən AR CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Sonra video çəkilişdən istifadə etməklə Tural Namazov tərəfindən əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və heç bir qanunsuz predmet və ya əşya aşkar edilməmişdir. Bu barədə T.Namazov tərəfindən protokol tərtib olunaraq ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində heç bir qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmiş, lakin yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisində çətənə bitkisi əkdiyini qeyd etmişdir. RPŞ-nin TB-nin təhqiqatçısı Tural Namazovun, əməliyyat qrupunun üzvləri, müdafiəçi və X16un iştirakı ilə Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahənin yaxınlığında olan torpaq sahəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə kollarını təqdim etmişdir. Qeyd olunan əraziyə video çəkilişdən istifadə etməklə baxış keçirilmiş və 03 ədəd çətənə kolu aşkar edilərək kökündən çıxarılıb götürülmüşdür. X16 kollara baxandan sonra həmin kollara aqrotexniki qaydada qulluq edildiyini bildirib rəy vermişdir. Götürülmüş çətənə kolları ekspertizaya göndərilməsi üçün Tural Namazov tərəfindən 1 ədəd torbaya qoyularaq PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə təhqiqatçı T.Namazov tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılat tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş X7 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Sabirabad X3 rayonu üzrə baş aqronomu işləyir. xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Hacıqabul rayon PŞ-nin əməkdaşları onu Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən ona məxsus həyətyanı torpaq sahəsinin yaxınlığında olan torpaq sahəsinə baxış keçirilməsində mütəxəssis qismində iştirak etmək üçün dəvət etmişlər. O, Hacıqabul RPŞ-nin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən ona məxsus olan həyətyanı torpaq sahəsinin yaxınlığında olan torpaq sahəsinə gəlmiş və onlar özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Təqsirləndirilən şəxs ona məxsu həyətyanı sahənin yaxınlığında olan torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, onun və polis əməkdaşlarının iştirakı ilə qeyd edilən əraziyə videoçəkilişdən istifadə etməklə baxış keçirilmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs 3 ədəd çətənə kolunun yerini göstərmişdir. Bundan sonra o, həmin kollara baxmış və həmin kollara aqrotexniki qaydada qulluq edildiyini bildirib rəy vermişdir. Onun və polis əməkdaşlarının iştirakı ilə həmin kollar qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntüdən görünür ki, aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən evinin həyətyanı sahəsinin yaxınlığında yerləşən torpaq sahəsindən qanunsuz olaraq narkotik xassəli çətənə (kannabis) növünə aid olan əkilmiş xeyli miqdarda 3 ədəd bitki kolu (ştili) aşkar edilib götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin çətənə kollarını özü əkib-becərdiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Sabirabad X3 rayonu üzrə baş aqronomu X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən evinin həyətyanı sahəsinin yaxınlığında yerləşən torpaq sahəsindən 3 ədəd çətənəyə bənzər bitki kolları aşkar edilmişdir. Aşkar edilmiş 3 ədəd narkotik tərkibli çətənəyə bənzər kollar kultivasiya olunaraq becərilmiş və onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/816№-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs həyətyani...” sözləri yazılımış və imzalar olan polietilen torbadakı 3 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi- 850,0 qram olan bitki ştilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 3 ədəd çətənə (kannabis) bitkisinin ştillərinə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İİİ siyahısının 1.2-ci bəndində çətənə növlü bitkilərin xeyli miqdarı dedikdə 3-15 ədəd (6-30 hissə) başa düşülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5595 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs çətənə toxumlarını Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşadığı evin yaxınlığında olan torpaq sahəsində öz istifadəsi üçün əkib onlara aqrotexniki qaydada qulluq etmişdir. Bundan başqa keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasını və çətənə bitkisinin toxumlarının mənbəyini müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən yaşayış evinin həyətyanı sahəsinin yaxınlığında yerləşən Hacıqabul rayon Nəvahi qəsəbə Bələdiyyəsinə məxsus torpaq sahəsində əkib becərdiyi narkotik xassəli çətənə (kannabis) növünə aid olan xeyli miqdarda 3 ədəd bitki kolu (849,7 qram) maddi sübut kimi tanınmışdır. Hacıqabul RİHB-nın İƏD-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 30 saylı arayışdan müəyyən olunur ki, Zeynalov X2 rayonu Navahi qəsəbəsində ailə üzvləri – 1962-ci il təvəllüdlü anası X1, 1985-ci il təvəllüdlü həyat yoldaşı X5, 2010-cu il təvəllüdlü qızı X8, 2012-ci il təvəllüdlü oğlu X6 və 2013-cü il təvəllüdlü oğlu X13 ilə birlikdə yaşayır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Tutulmuş şəxsin azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:15–də Hacıqabul RPŞ-nin MSY– dən azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Zeynalov X2 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)-117/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3, 234.1, 66.2, 66.3-cü maddələrilə təqsirli bilinərək 2 il 6 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən cəzanın çəkilməmiş qalan hissəsi 1 il azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 fevral 2013cü il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına, habelə çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiya edilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhəti tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, toplanması və kultivasiyasında əks olunur. Bu əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, toplama, habelə tərkibində xüsusi növ narkotik maddələr olan bitkiləri kultivasiya etmə anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. Məhkəmə iclasında tədqiq edilmiş və bir-biri ilə uzlaşan təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, baxış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyi və digər sənədlərlə müəyyən edilir ki, təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik xassəli çətənə (kannabis) növünə aid olan xeyli miqdar hesab edilən 3 ədəd bitki kolunu (ştilini) əkib becərməklə yetişdirmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki cinayətinə görə məhkumluğu ödənilməsə də, onun əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cəzadan azad olunduqdan sonra qısa müddət ərzində yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini səciyyələndirən mənfi hal kimi nəzərə alır və əvvəllər barəsində təyin edilmiş cəzanın islahedici təsirinin yetərli olmaması, habelə cəzanın məqsədinə tam nail olunmadığı qənaətinə gəlir. Eyni zamanda, məhkəmə AR CM-nin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutuaraq Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.7-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni tərkibində narkotik maddələr olan xeyli miqdarda bitkiləri əkib yetişdirməklə kültivasiya etməsi, şəxsiyyətinin xüsusiyyətləri, əvvəllər analoji cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, şübhəli şəxs qismində tutulduğu iki gün cəzadan çıxılmaqla, cəza çəkmə müddətinin əvvəli hökmün elan edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökmün icrasının təmin edilməsi məqsədilə “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 3 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 3 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49,74 manat (qırx doqquz manat, yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) . Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-116/2023
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-116/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver