Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-119/2022 17.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs İbrəhimxəlil qızının, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1992-cu ildə Hacıqabul rayonu Atbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş, məhkumluğu ödənlməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Hacıqabul rayonu Atbulaq kəndində yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs alkaqol sərxoşluğu vəziyyətində xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Hacıqabul rayonu Atbulaq kəndində yerləşən yolda qonşusu Zərərçəkmiş şəxs İbrəhimxəlil qızı ilə şəxsi münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı sonuncunu qəsdən boğazını sıxıb əli ilə vuraraq, sol çiyinin və sol dizinin əzilmiş yaraları xəsarətləri ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa qəsdən yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs İbrəhimxəlil qızının sağlamlığına qəsdən yüngül zərər vurma cinayətini törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində bildirdi ki, o, daima spirtli içki qəbul edir. Qonşusu Zərərçəkmiş şəxs İbrəhimxəlil qızının nəvəsi Nahid də onunla birlikdə içir. Bu səbəbdən Zərərçəkmiş şəxs İbrəhimxəlil qızı nəvəsinin içkiyə öyrənməməsi üçün onunla yol getmir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində içkili vəziyyətdə küçədə olan zaman Gülqayıtla rastlaşmış, Gülqayıt ondan nəvəsini soruşmuş, o da Gülqayıta nəvəsinin haradasa içib qaldığını demişdir. Gülqayıt buna görə onunla mübahisə etməyə başlamışdır ki, onu sən içirdirsən. Gülqayıtın nəvəsini kənddə olan söhbətgahın, yəni adamların nərd oynadığı yerdə görürdüyünə görə, yəqin orada içib qalmasını Gülqayıta demişdir. Gülqayıt onun ünvanına deyinə-deyinə həmin istiqamətə getmişdir. Gülqayıtın ona belə sözlər deyməyi onu əsəbləşdirmiş, onun arxasınca getmiş və ona başa salmışdır ki, nəvəsinin içməsində onun təqsiri yoxdur. Gülqayıt onu söymüşdür. Bu səbəbdən o, Gülqayıtın boynundan yapışmış və əli ilə Gülqayıtı vurmuşdur. Gülqayıt yerə yıxılmış, sonra durub evə tərəf getmişdir. Onun da Gülqayıtın yanı ilə öz yaşadığı evə tərəf getmiş və onu başa salmağa çalışmışdar ki, nəvəsini o içirtmir. Sonra Gülqayıt evinə getmiş, o, da öz evinə getmişdir. Gülqayıtı döysə də hədələməmiş, həmin vaxt yanlarında heç kim olmamış, Gülqayıtı döyməkdə məqsədi, onu nəvəsinə içki öyrətməsində günahlandırması olmuşdur. Hazırda əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs İbrəhimxəlil qızı məhkəmə iclasında ifadə verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində nəvəsini axtarmaq üçün küçəyə çıxıb mağaza istiqamətə gedəndə yolda qonşusu Təqsirləndirilən şəxs ilə rastlaşmış və nəvəsi Nahidi görübgörmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs demişdir ki, nəvəsi Nahid içkilidi və nərdxananın yanındadır. O, nəvəsinin dalınca həmin istiqamətə getmiş, Xəyal da onun arxasınca gəlmişdir. Həmin yerə yaxınlaşanda Xəyal arxadan onun boğazından yapışmış və boğazını sıxaraq əli ilə onu vurmuşdur. Sonra o, ayağa durmuş, evinə tərəf gedəndə Xəyal da onun yanı ilə gəlib heç kimə deməməsini bildirmişdir. Evə gəlib həyətinə girmiş və qapını arxadan bağlamışdır. Səhər tezdən də Hacıqabul şəhərində yaşayan qızı Nəzakətə zəng edib bu barədə məlumat vermişdir. Həmin vaxt yanlarında və ətrafda heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır, onun cəzalanmasını istəyir. Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə səhər tezdən Hacıqabul rayonu Atbulaq kəndində yaşayan anası Gülqayıt ona zəng edərək, axşam qonşusu Xəyal tərəfindən döyüldüyünü bildirmişdir. Bu səbəbdən o, DİN-nin 102 xidmətinə məlumat vermiş və anasının yanına getmişdir. Şirvan şəhər MTE və PA şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 210 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs İbrəhimxəlil qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol çiyinin və sol dizin əzilmiş yaraları - küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitdə, eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 2-3 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Araşdırma zamanı hadisə baş verdiyi əraziyə baxış keçirlərək ptorokol tərtib olunmuş və hadisə yerinin foto şəkilləri çəkilərək materiala əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və məhkəmə aktlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunmaqla, zərərçəkmiş şəxslə barışdığınqa görə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)-8/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(071)-30/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)- 8/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2021-ci il tarixə çəkilməmiş qalan 01 il 04 ay 14 gün hissəsi 01 (bir) il azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsdən daxil olmuş xx.xx.2022-ci il tarixli PHŞ/6-41-2-2022-77 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs İbrəhimxəlil qızı və Təqsirləndirilən şəxs xəstəxananın narkoloji və ruhi əsəb kabinetində qeydiyyatda deyildir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahid ifadələri ilə Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs İbrəhimxəlil qızına sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa qəsdən yüngül zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)-8/2021 nömrəli hökmü ilə yaranmış məhkumluğu Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs cinayət törətməyə meyllidir, tüfeyli həyat tərzi keçirir və daima sərxoş halda olur. Bu səbəbdən onun cəmiyyətdən təcrid olunmadan islah olunması ağlabatan deyildir. Odur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclası zalından “həbs” edilməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclası zalından dərhal “həbs” edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəmə baxışı zamanı iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-119/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-119/2022
17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver