Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-119/2024 09.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Hacıqabul RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləmiş, hazırda işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 17 may 2024-cü il tarixdə saat 02:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla və ayıq vəziyyətdə idarə etdiyi "xxxx" MMC-nə məxsus “Toyota Prado” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhərinin İ.Qayıbov küçəsində Şirvan şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycn Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, avtomobili hərəkət sürəti 50 km/saata qədər məhdudlaşdırılmış yolda 50 km/saat sürətdən artıq sürətlə idarə etməməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri yerinə yetirməyərək avtomobili yol şəraitinə uyğun olmayan 90-100 km/saat sürətlə idarə etməklə hərəkət təhlükəsizliyini, avtomobilin dayanıqlı hərəkətini təmin edə bilməmiş və idaetməni itirərək avtomobili yolun sağ kənarındakı “Avropa kursları” hazırlıq kursunun mişar daşlarından inşa olunmuş hasarına vurmuş, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişin X4 alt çənə nahiyyəsinin qançırı, sol gözün üst göz qapağı üzərinin qançırları kimi sağlamlığa zərər vurmayan, alının tüklü hissəsinin əzilmiş-cırılmış yarası, başın ənsə nahiyyəsinin əzilmiş yarası kimi sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik, kəllə əsası sümüyünün sınığı, beynin yumşaq toxumasına və mədəciklərinə qansızmalar kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər alaraq, həmin xəsarətlərdən başın və bədənin müxtəlif hissələrinin küt travması nəticəsində kəllə əsası sümüyünün sınığından sonra baş vermiş beynin yumşaq toxumasına və mədəciklərinə qansızmalar səbəbindən zərərçəkmiş şəxsin hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ilin aprel ayından X11, 2023-cü ilin fevral ayından Hacıqabul RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət etmişdir. Baş vermiş hadisə ilə əlaqədar xx.xx.2024-cü il tarixdən xidmətdən azad olunmuş, X9 onun komandiri olmuş, R.Əsgərov Hacıqabul RPŞ-nin Post-patrul xidməti bölüyünün bölük komandirinin müavini vəzifəsində xidmət etmiş və polis kapitanı xüsusi rütbəsini daşımış, onunla yaxşı münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində çoxdan tanıdığı keçmiş polis işçisi olan Məhərrəmlə Şirvan şəhərində yerləşən kafedə görüşmüş, görüşməklərinin məqsədi vaxt keçirmək və söhbət edib hal-əhval tutmaq olmuşdur. Bir qədər sonra Ramil Əsgərov onların olduğu kafeyə gəlmiş, Ramillə görüşdükdən sonra saat 23:00 radələrində Məhərrəmin istifadəsində olan “Toyota Prado” markalı, “**-AA-***” dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhərində yerləşən “Affa” restoranına gəlmişlər. Restoranda bir az oturub çay içib söhbətləşdikdən sonra saat 02:15 radələrində restorandan çıxmışlar. Həmin vaxt Ramil ondan onu evlərinə aparmasını xahiş etmiş, o, R.Əsgərovu evlərinə aparmaq üçün Məhərrəmdən maşının açarını istəmiş, sonuncu avtomobilin açarını ona vermişdir. Bundan sonra Ramil Əsgərovla birlikdə restorandan çıxmış, özü sükan arxasında oturmuş, Ramil qabaq sərnişin oturacağında əyləşmiş, Şirvan şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Saat 02:30 radələrində “Toyota Prado” markalı avtomobillə Hacıqabul şəhərinin İsmət Qayıbov küçəsində yolun sağ zolağı ilə təxminən 90-100 km/saat sürətlə hərəkət etmiş, həmin vaxt təhlükəsizlik kəməri taxmış, lakin Ramil təhlükəsizlik kəməri taxmamış, hava çox yağışlı olmuş, bu vaxt “Avropa kursları” hazırlıq kursunun qarşısında döngəyə 90-100 km/saat sürətlə daxil olduğu üçün və asfalt yol yağışdan sürüşkən olduğu üçün idarəetməni itirib avtomobili kursun hasarına çırpmışdır. Hadisə baş verən zaman yoldan çıxmamaq üçün tormoz əyləcinə basıb sükanı sola doğru fırlamağa çalışmış, lakin sürətlə hərəkət etdiyi üçün avtomobil sürüşərək yoldan çıxmış və 5-6 metr sağda olan kursun hasarına çırpılmışdır. Hadisə qəflətən bir neçə saniyə içində baş vermiş və zərbənin təsirindən huşunu itirmiş, daha sonra baş verənləri və onu maşından necə çıxarmaqlarını isə xatırlamır. Xəstəxanaya aparılıb ilkin yardım göstərildikdən sonra özünə gəlmiş və Ramilin maşında hadisə yerində öldüyünü öyrənmişdir. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 hüquqi varisi ilə barışdığını ona dəymiş ziyanı tamamilə ödədiyini bildirərək baş vermiş hadisəyə görə çox peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi vasiri X10 ifadəsində bildirmişdir ki, baş vermiş hadisə nəticəsində ölmüş Ramil Əsgərov onun həyat yoldaşı olmuşdur. Onlar 2 azyaşlı övladları ilə birlikdə Şirvan şəhərində yaşamışlar. O, R.Əsgərovla sonuncu dəfə xx.xx.2024-cü tarixdə saat 22:45 radələrində telefonla danışmış, həmin vaxt Ramildən evə gəlib-gəlməyəcəyini soruşmuş, Ramil isə ona tədbirə hazırlaşdıqları üçün evə gec gələcəyini bildirmişdir. Bundan sonra evdə uşaqlarla birlikdə yatmış, səhər saat 05:00 radələrində isə Ramilin yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünü öyrənmişdir. Həmin gün Ramil gecə saatlarında iş yoldaşı olan Post Patrul Xidməti Bölüyünün əməkdaşı İlqar adında şəxslə birlikdə olmuş, Hacıqabul şəhərində yolda olarkən İlqarın idarə etdiyi avtomobil yolun kənarındakı hasara çırpılmış, nəticədə avtomobildə olan Ramil hadisə yerində ölmüş, İlqar isə bədən xəsarətləri almışdır. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, onunla barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2021-ci ilin sentyabr ayına kimi Hacıqabul RPŞ-də polis nəfəri kimi işləmiş, Təqsirləndirilən şəxs və X12 RPŞ-də işlədikləri üçün tanımışdır. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Təqsirləndirilən şəxsla Şirvan şəhərində yerləşən kafedə görüşmüş, daha sonra Ramil Əsgərov həmin kafeyə gəlmiş, görüşdükdən sonra onun istifadəsində olan “Toyota Prado” markalı, “**-AA-***” dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhərində yerləşən “Affa” restoranına gəlmişlər. Restoranda çay içib söhbətləşdikdən sonra saat 02:10 radələrində restorandan çıxmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs Ramil Əsgərovu evlərinə aparmaq üçün onun avtomobilinin açarını istəmiş, o, avtomobilin açarını Təqsirləndirilən şəxs vermiş, İlqar avtomobildə sükan arxasında, Ramil isə qabaqda sərnişin oturacağında əyləşmişlər. Bundan bir qədər sonra o, Təqsirləndirilən şəxs zəng vurub harada olduğunu öyrənməyə çalışmış, sonuncunun mobil telefonu söndürülmüş vəziyyətdə olmuşdur. Bundan sonra o, R.Əsgərova məxsus mobil telefona zəng etmiş, lakin sonuncu telefon zənginə cavab verməmişdir. Bundan bir qədər sonra yenidən R.Əsgərova məxsus mobil telefona zəng etmiş, həmin telefon zənginə təcili tibbi yardımın işçisi cavab vermişdir. O, həmin şəxsdən nə baş verdiyini soruşduqda, sonuncu avtomobildə olan şəxslərin qəza etdiyini demiş, qəzanın baş verdiyi yeri öyrəndikdən sonra tez həmin yerə getmişdir. Avtomobil qəzası Hacıqabul şəhərinin İ.Qayıbov küçəsində “Avropa kursları” adlanan yerin qarşısında olmuş, hadisənin baş verdiyi yerə çatanda İlqarın idarə etdiyi onun istifadəsində olan “Toyota Prado” markalı avtomobilin kursun mişar daşından hörülmüş hasarı ilə toqquşduğunu görmüş, hadisə nəticəsində avtomobil çox yararsız hala düşmüş, həmin vaxt təcili tibbi yardım işçilərinin köməyi ilə İlqarı avtomobilin sürücü qoltuğundan çıxarıb TTY avtomobilinə qoymuş, İlqar başından xəsarət almış və qan içində özündə olmamışdır. Ramil Əsgərov isə avtomobilin qabaq sərnişin oturacağında hadisə yerində aldığı xəsarətlərdən vəfat etmişdir. Təcili tibbi yardım işçilərinin köməyi ilə Ramili maşından çıxarıb TTY avtomobilinə qoymuş, daha sonra TTY avtomobili İlqarı və Ramilin meyitini Şirvan şəhər xəstəxanasına aparmış, qəzaya düşmüş avtomobilindən maşının sənədlərini götürmüş, daha sonra avtomobili Hacıqabul RPŞ-nin duracağına yerləşdirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2001-ci il tarixdən Hacıqabul rayon X5 Tibbi Yardım şöbəsinin müdiri vəzifəsini icra edir. xx.xx.2024-cü il tarixdə bir nəfər Hacıqabul şəhər sakini “103” qaynar xətt mərkəzinə zəng edərək Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və xəsarət alanların olması barədə məlumat vermiş, həmin məlumat əsasında feldşer Dəyanətlə birlikdə təcili tibbi yardım maşını ilə saat 02:35 radələrində hadisənin baş verdiyi yerə getmişdir. Həmin gün hava şəraiti çox yağışlı olmuş, hadisə yerinə çatanda “Toyota Prado” markalı avtomobilin “Avropa kursları” adlı təhsil müəssisəsinin hasarına çırpılıb dayandığını görmüşdür. Baş vermiş hadisə barədə Hacıqabul RPŞ-nə zəng vurub məlumat vermiş, qəzaya düşmüş avtomobildə olan sərnişin hadisə yerində vəfat etmiş, sürücü isə ağır xəsarətlər almışdır. Həmin vaxt keçmiş polis işçisi olan Məhərrəm də hadisə yerinə gəlmiş, Məhərrəm hadisə nəticəsində ölmüş Ramilin telefonuna zəng edərkən telefonu feldşer Dəyanət götürmüş və hadisə barədə ona məlumat vermiş, buna görə də Məhərrəm tez hadisənin baş verdiyi yerə gəlmişdir. Bundan sonra köməkləşib çətinliklə maşının qapılarını açmış, hadisə yerində ölmüş Ramil adında polis əməkdaşını və sürücü İlqar adında polis əməkdaşını maşından çıxartmış, həmin vaxt İlqar özündə olmamış, baş nahiyəsindən ağır travma almış və şok vəziyyətində olmuşdur. İlqarı və Ramilin meyitini təcili tibbi yardım maşınına qoyub Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Maşında gedərkən İlqara ilkin tibbi yardım göstərmiş, onun başına sarğı qoymuş və qan saxlayıcı dərmanlardan istifadə etmiş, xəstəxanaya çatdıqdan sonra İlqarı Acil şöbəsinə yerləşdirmiş, Ramili isə morqa aparmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş vermə yeri ünvan 2 ünvanında yerləşən “Avropa kursları” adlanan hazırlıq kurslarının inzibati binasının yaxınlığıdır. Yol örtüyünün eni 15 metr, hərəkət zolaqlarının sayı 4, hərəkət hissəsinin eni 3,5 metrdir. Yolda hərəkət sürəti 50 km/saat məhdudlaşdırılmışdır. “Toyota Prado” markalı minik avtomobili **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə yarində yolun sağ tərəfindən 6.7 metr məsafədə dayanmış vəziyyətdədir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. “Meyitə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış gecə vaxtı, qapalı şəraitdə, süni işıqlandırma şəraitində aparılır. X2 məxsusdur. Meyitdə aşağıdakı zədələr aşkar edilmişdir – başın ənsə nahiyyəsinin 2x1 sm ölçüdə əzilmiş yara, alının tüklü hissəsində 2,2x1,5 sm ölçüdə əzilmiş-cırılmış yara, alt çənə nahiyyəsində 4x3 sm ölçüdə çəhrayımtıl-qırmızı rəngli qançır, sol gözün üst göz qapağı üzərində 4x3, 3,5x2 ölçülərdə çəhrayımtıl-qırmızı rəngli qançırlar. Meyitin bədəni üzərində müayinə zamanı yuxarıda qeyd olunanlardan başqa hər hansı bir travmatik zədələr və ya onların obyektiv izləri aşkar olunmamışdır. “Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” barədə xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmişdir. “Avtomobilə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən avtomobil “Toyota Prado” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobilə baxış keçirilən zaman onun ön hissəsinin, sürücünün əyləşdiyi sol hissəsinin və arxa hissəsinin əzildiyi, avtomobilin ümumən yarasız vəziyyətdə olduğu, ön hissədə olan şüşənin, sol qapılarda olan şüşələrin sındığı, sol tərəfdən ön və arxa təkərlərin çıxdığı müəyyən edilir. Avtomobilin təkərlərinin deşilməsi və digər formada zədələnməsi əlamətləri görünmür. Avtomobilin sürücünün əyləşdiyi sol tərəfdən qapıların əzildiyi və yarasız vəziyyətdə olduğu, içərisində isə arxa oturacaqların və ön sağ oturacağın zədələndiyi, ön sağ sərnişin oturacağının önündə hava yastığının açıldığı görünür. “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X8 zərərçəkmiş şəxsin hüquqi vasiri qismində tanınmışdır. 01 saylı xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser” markalı nəqliyyat vasitəsini idaetmə hüququ 1 il müddətinə Şahid1 verilir. “06 iyun 2024-cü il tarixli xidməti xasiyyətnamədən” görünür ki, Təqsirləndirilən şəxs 2018-ci ilin aprel ayından 2023-cü ilin fevral ayınadək Hacıqabul RPŞ-nin PPXB-nin əməkdaşı olmuşdur. Xidmət etdiyi müddət ərzində özünü yaxşı tərəfdən göstərməyə çalışsa da, cinayətkarlıqla mübarizədə fəaliyyəti qənaətbəxş olmamışdır. Polislə bir araya sığmayan fəaliyyətlə məşğul olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. DİN-nin DYPİ-nin Şirvan regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən verilmiş 3-13-13-7/2-5213/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə “B,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, sonradan həmin sürücülük vəsiqəsi itirildiyindən 3 saylı Səyyar “Asan xidmət” mərkəzində “B1,B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Maddi sübutların ekspertizası haqqında 1739/K saylı xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan nümunələrində metil, etil, propil, butil, amil spirtləri, alkaloidlər, fenotiazin, pirazalon, 1,4 benzodiazepin və kannabinoid aşkar edilməmişdir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 08 saylı rəyindən görünür ki, X4 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alt çənə nahiyyəsinin qançırı, sol gözün üst göz qapağı üzərinin qançırları, alının tüklü hissəsinin əzilmiş-cırılmış yarası, başın ənsə nahiyyəsinin əzilmiş yarası, kəllə əsası sümüyünün sınığı, beynin yumşaq toxumasına və mədəciklərinə qansızma. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın qüvvətli təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə, eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gəlmişdir. Xəsarətlər həyatı olmaqla ölümdən bir qədər əvvəl əmələ gəlmişdir. X1 ölümünə səbəb başın və bədənin müxtəlif hissələrinin küt travması nəticəsində kəllə əsası sümüyünün sınığından sonra baş vermiş beyinin yumşaq toxumasına və mədəciklərinə qansızmalar olmuşdur. X3 ölümündən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 269 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, başın sol alın-təpə nahiyyəsinin cırılmışkəsilmiş yarası, döş qəfəsinin küt travması, sol qabırğaların arxa akisilyar hissələrinin qapalı yerdəyişməsi, sol tərəfli hemotoraks, sol bazunun yuxarı 1/3-nin cırılmışkəsilmişyarası. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın qüvvətli təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə, eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ bilər. Yuxarıda qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/1916 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prado” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 50 km/saata məhdudlaşdırılmış yol sahəsində avtomobili 50 km/saatdan artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Avtomobilin maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Mercedes-Benz E280” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Şirvan şəhər 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, ondan heç bir şikayət, tələbinin olmamasını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; Həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 6 4 - c ü maddəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/1916 saylı rəylərindən görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 64cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobildə sərnişin olmuş X9 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə etinasızlıq göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi baş vermiş və baş vermiş nəticə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Lakin, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X10 ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.12, 59.1.13, 59.2). Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, hadisədən sonrakı davranışı, şəxsiyyətinin müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası aşağı həddə təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut qismində tanınmış avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “Toyota Prado” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-119/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-119/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver