Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-119/2025 25.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1964-cü ildə Şamaxı rayonu İkinci Udulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Hacıqabul rayonu İkinci Udulu kəndinə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokola əsasən Təqsirləndirilən şəxs 29 avqust 2025-ci il tarixdə saat 13 radələrində Hacıqabul rayonu İkinci Udulu kəndində evin həyətində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən Zərərçəkmiş şəxs mətbəxdə istifadə edilən qazanla sağ qoluna və şüşə materialından olan qəndqabı ilə başına vuraraq sonuncuya sağ tərəfli başın çapılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurma cinayəti törətmişdir. Belə ki, iş materiallarında olan sübutlardan aşkar görünür ki, Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs təhqiqat orqanına verdiyi ifadəsində bildirmişdir ki, o, Hacıqabul rayonu İkinci Udulu kəndində yaşayır. Zərərçəkmiş şəxs onun gəlinidir. Zanbağ ailəsi ilə birlikdə ona məxsus evdə yaşayır. 29 avqust 2025-ci il tarixdə saat 13 radələrində Hacıqabul rayonu İkinci Udulu kəndində yaşadığı evdə olan zaman qabyuyanda axşamdan yeyilmiş çirkli qabların olduğunu görmüşdür. Zanbağa axşamdan yemək yeyilmiş qabların çirkli olduğunu və həmin qabları yumamasını irad bildirmişdir. Zanbağ onu təhqir etdiyi üçün əsəbləşib yerdə olan şüşə materialından olan qəndqabını Zanbağa atmışdır. Zanbağ kənara çəkildiyi üçün şüşə qəndqabı dəmirə dəyib qırılmış və şüşə qırıqları Zanbağın başına dəyərək kəsmişdir. Oğlu Taleh otaqdan həyətə düşüb Zanbağın başının qanadığını görmüş və Zanbağı ilkin olaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına, sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər Zanbağa tibbi yardım göstərərək başına tikiş qoymuşlar. Təhqiqat zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Hacıqabul rayonu İkinci Udulu kəndində yaşayır. 2017-də ildə Hacıqabul rayonu İkinci Udulu kənd sakini Şahid ilə ailə həyatı qurmuş və nikahlarından 2 övladları vardır. Ailəsi ilə birlikdə Təqsirləndirilən şəxs məxsus evdə yaşayır. 29 avqust 2025-ci il tarixdə saat 13 radələrində Hacıqabul rayonu İkinci Udulu kəndində yaşadığı evin həyətində olan zaman qaynanası Maarifə qabları yumamağı ona irad bildirib mətbəxdə istifadə olunan qazanla sağ qoluna vurmuşdur. Sonra Maarifə şüşə qəndqabını arxadan atdıqda qaçmış, qəndqabı başının arxa hissəsində dəyib başını yarmışdır. Həyat yoldaşı Şahid onu taksi ilə ilkin olaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına, sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər ona tibbi yardım göstərərək başına tikiş qoymuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “şifahi ərizə” barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edərək 29 avqust 2025-ci il tarixdə saat 13 radələrində Hacıqabul rayonu İkinci Udulu kəndində yerləşən yaşadığı evdə qaynanası Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsini bildirərək onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Hacıqabul rayonu İkinci Udulu kəndində yerləşən fərdi yaşayış evidir. İş materiallarında olan “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X4 daxil olmuş 05 sentyabr 2025-ci il tarixli, 18-1-41/2-746/2025 nömrəli məktubdan görünür ki, Hacıqabul rayonu, İkinci Udulu kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X6 konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. İş materiallarında olan Hacıqabul rayonu İcra Hakimiyyəti Başçısının İkinci Udulu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 149 və 150 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Hacıqabul rayonu İkinci Udulu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan Hacıqabul rayonu İcra Hakimiyyəti Başçısının İkinci Udulu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaşayış yerləri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ-nin xx.xx.2025-ci il tarixli, 202 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət sağ tərəfli başın çapılmış yarasıdır. Qeyd olunan xəsarətin küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Müddəti müayinədən 3-4 gün əvvələ uyğundur. Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə itirilməsinə səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınmaq barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılması Hacıqabul Rayon Məhkəməsinə aiddir. İbtidai araşdırma zamanı Azərbaycan Respublikası CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilməmişdir. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat CPM-nin tələblərinə uyğun aparılmış və yekun protokol həmin Məcəllənin tələblərinə uyğun tərtib edilmişdir. Məhkəmə hazırlıq iclası zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, hazırda Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Həmçinin məhkəmə hazırlıq iclası zamanı, Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, özünü verilmiş ittiham üzrə tam təqsirli bilir, əməlindən səmimi peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı ödəmişdir və ona qarşı hər hansı tələbi yoxdur. Bu səbəbdən onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamşısı Dövlət ittihamçısı çıxışında bildirdi ki, Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən Müdafiəçi çıxışında tərəflərin barışması, dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması hallarının nəzərə alınaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdirlər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194- cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-civə 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 5 (beş) saata görə 55 (əlli beş) manat pul köçürülməlidir. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 175.2, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 5 (beş) saata görə 55 (əlli beş) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. İBAZAZ2X, H/n AZ85İBAZ********************, Kod: 805681, VÖEN **********, M/h AZ03NABZ**********0000002944, VÖEN **********). Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(071)-119/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-119/2025
25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver